Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2077/2020 05.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əliyev Ələsgər Əliabbas oğlu, Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1, vəkili V2oğlunun, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 və vəkili Qasımov İdris İbadulla oğlunun iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(106)-V1/2019 nömrəli qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İmişli Rayon Məhkəməsinin (hakim A.Əfəndiyev) xx.xx.2018-ci il tаrixli, 2(036)-291/2019 saylı qətnaməsi ilə İddiaçı1 Cavabdeh1 qarşı “mənzilin boşaldılması” tələbinə dair ilk iddiasının təmin edilərək, Cavabdeh1 ev əşyaları ilə birlikdə İmişli şəhəri, Z.Əliyeva küçəsi, 81 saylı evin 44 saylı mənzilindən çıxarılması və mənzilin boşaldılması, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı1 qarşı “orderin etibarsız hesab edilməsi və İddiaçı1 onun 1997-ci ildən indiyədək istifadəsində olan İmişli şəhəri, Z.Əliyeva küçəsi, ev 81, mənzil 44-ə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kolleg iyasının (hakimlər Q.Kərimov, Z.Babayev, N.Mirzəyev) xx.xx.2019-cu il tarixli, 2(106)-V1/2019 nömrəli qətnaməsi ilə ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, İmişli Rayon Məhkəməsinin xx.xx.2018-ci il tаrixli, 2(036)-291/2019 saylı qətnaməsinin apelyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanması qət edilmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kasasiya şikayəti vermişdir. İşin halları: İddiaçı1 Cavabdeh1 qarşı “mənzilin boşaldılması” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ev əşyaları ilə birlikdə İmişli şəhəri, Z.Əliyeva küçəsi, 81 saylı evin 44 saylı mə nzilindən çıxarılması və mənzilin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh1 cavabdeh İddiaçı1 qarşı “orderin etibarsız hesab edilməsi və İddiaçı1 İmişli şəhəri, Z.Əliyeva küçəsi, ev 81, mənzil 44-ə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddianın təmin edilməməsi, İddiaçı1 onun 1997-ci ildən indiyədək istifadəsində olan İmişli şəhəri, Z.Əliyeva küçəsi, ev 81, mənzil 44-ə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 və vəkili Nəriman ov Yusif Allahyar oğlu kasasiya şikayətini onunla əsaslandırmışlar ki, apelyasiya məhkəməsinin qəbul etdiyi qətnamədə ilk iddiaçının mənafeyi əsas götürülmüş, ilk iddia üzrə cavabdehin mənafeyi nəzərə alınmamış, işin faktiki hallarına qiymət verilməmiş, Mülki Məcəllənin 1.1-ci və Mülki Prosessual Məcəllənin 2, 9.2, 9.3, 14.1, 80 və 88-ci maddələrinin tələbləri pozulmuşdur. Məhkəmə orderin surətinin ilk iddiaçı tərəfindən məhkəməyə təqdim edilməsinə münasibət bildirməmiş, bu faktı nəzərə almamışdır. Həmçinin məhkəmə kassatorun və onun ailə üzvlərinin başqa yaşayış yeri olmadığını nəzərə alıb, onları başqa mənzillə təmin etməklə qətnamə qəbul edə bilərdi. Məhkəmə onların təmirsiz olan həmin mənzilə yaşadıqları müddətdə 20000 manat təmirinə xərc çəkmələrini də nəzərə almamışdır. İddiaçı1 20 i ldən artıqdır ki, həmin mənzildə yaşamayıb və qanuna görə vətəndaş 6 ay ərzində üzürlü səbəb olmadan ictimai mənzildə yaşamadıqda, həmin mənzilə yaşayış hüququnu itirmiş hesab edilə bilər. İddiaçı1 başqa yerdə mülkiyyətində yaşayış evi olduğundan həmin evə köçmüş, dövlət fonduna aid olan mübahisəli mənzili isə 1997-ci ildə kassatora satmışdır. Beləliklə apellyasiya məhkəməsi maddi və prosessual hüquq normalarının pozuntusu ilə qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən onlar iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(106)-V1/2019 saylı qətnaməsinin ləğv edilməsi və işin yenidən obyektiv baxılması üçün apelyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin 3-cü şəxs İmişli rayon İcra Hakimiyyətinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən, məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 və vəkili Qasımov İdris İbadulla oğlu kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdeh İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 və vəkili V2oğlu kasasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(106)-V1/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi barədə qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanması qənaətinə gələn apelyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, müəyyən olunduğu kimi, tərəflər arasında dövlət fonduna aid olan mənzillə bağlı hüquq münasibətləri 1997-ci ildə yaranmışdır. Odur ki, məhkəmə haqlı olaraq hazırki münasibətlərə həmin vaxtı qüvvədə olmuş maddi hüquq normalarının tələblərini tətbiq etmişdir. Belə k i, Azərbaycan Respublikasının MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli münasibətin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 4-cü maddəsinə əsasən dövlətə məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri dövlət mənzil fonduna aiddir. Həmin Məcəllənin 5-ci maddəsinə əsasən dövlət mənzil fondu yerli XDS-nin (yerli Sovetlərin mənzil fondu) və nazirliklərin, dövlət komitələrinin və baş idarələrinin (idarə mənzil fondu) ixtiyarındadır. 48-ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd XDS-nin İK vətəndaşlara order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Qeyd edildiyi kimi, İmişli rayon İH başçısının xx.xx.1992-ci il tarixli 05 saylı sərəncamı əsasında İmişli İH başçısının H-İİ orderi ilə ilk iddia üzrə İddiaçı1 və onun ailə üzvlərinə verlmiş və * (indiki Z.Əliyeva) saylı, yaşayış sahəsi 37,04 kv.m olan, 3 otaqdan ibarətJmənzilə dair Order hal-hazırda qüvvədə olduğundan, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 isə ilk İddiaçı1 ailə üzvü olmaması səbəbindən, onunla birlikdə yaşamaması, ümumi təsərrüfat aparmaması, həmçinin Cavabdeh1 həmin mənzilə yaşayış hüququ verən hər-hansı sənədin olmamasını nəzərə alan apelyasiya kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi ilk iddia tələbinin təmin olunması qənaətinə g əlməkdə haqlı olmuşdur. Həmçinin, işdən müəyyən edilmişdir ki, mübahisəli mənzil dövlət mənzil fonduna aiddir və order əsasında ilk iddia üzrə İddiaçı1 istifadəsinə verilmiş və mülkiyyət hüququ əsasında qeydiyyatdan keçməmiş mübahisəli mənzil alqı-satqı müqaviləsinin predmeti sayıla bilməz. Odur ki, birinci instansiya məhkəməsinin, ilk iddia üzrə cavabdehin oğlu İ.Şükürovun mübahisəli mənzilə qeydiyyata alınması halının, həmin mənzilin L satılması kimi nəzərə alınmamasına dair gəldiyi nəticə iş materiallarına uyğun olmaqla əsaslıdır. Bundan başqa, iş materiallarından göründüyü kimi, Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxx 2019-cu il tarixli qətnaməsinə əsasən həmin iş üzrə iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı1 və İmişli RİH-nə qarşı mənzilə yaşayış hüququnun tanınması na dair iddiası təmin edilməmiş, həmin qətnamə ilə müstəqil tələb irəli sürən üçüncü şəxs İmişli RİH-nin cavabdehlər İddiaçı1 və qeyrilərinə qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi, orderin ləğv edilməsi və mənzil kirayə müqaviləsinə xitam verilməsi tələbinə dair iddiası da əsassız hesab edildiyindən təmin edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 82.1-ci maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilən və işdə iştirak edən şəxslərə aid olan hallar başqa işə baxan məhkəmə üçün vacibdir. Həmin maddddənin 82.3-cü maddəsinə əsasən isə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunan faktlar həmin şəxslərin iştirak etdiyi başqa mülki işlərə baxıldıqda yenidən sübut edilmir. xx xxxxxxx 2009-cu ilədək qüvv ədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Göründüyü kimi, istinad edilən maddədə icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malik olması göstərilmişdir. İşdən göründüyü kimi ilk iddia üzrə Cavabdeh1 ilk iddiaçının ailə üzvü olmamış və o, icarədarla birlikdə ümumi təsərrüfat aparmamış, həmçinin o, qanunvericilikdə nəzərdə tutulmuş qaydada icarədarla ümumi təsərrüfat aparan şəxslər kateqoriyasına aid edilən şəxs deyildir. Ona görə də apelyasiya kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanması qənaətinə gəlmişdir. Kasasiya kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kasasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya şikayətinin dəlilləri ilə əsasən eynilik təşkil etmiş, apelyasiya kollegiyası mübahisə ilə bağlı düzgün hüquqi möv qedə olmuş və mövqeyini maddi və prosessual hüquq normalarının tələblərinə riayət etməklə düzgün əsaslandırmışdır. Odur ki, kasasiya şikayətinin dəlilləri apelyasiya instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2ci maddələrinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, kasasiya kollegiyası belə qənaətə gəlir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. İş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.20 19-cu il tarixli, 2(106)V1/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2077/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2077/2020
05.06.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver