Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2077/2024 01.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı (X20, X18, Bakı şəhəri Sabunçu Rayonu Kürdəxanı Bələdiyyəsi və Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs qismində cəlb edildikləri) iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinə hüquq, ədalətli məhkəmə araşdırması hüququ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu, Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-609/2024 nömrəli, 13 fevral 2024-cü i l tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:
2. Bakı şəhər İcra Hakimiyyəti başçısının 1991-ci ilə dair sərəncamları arasında X10 “ДСК” N 60, Ləhiş ərazisində bağ sahəsinin ayrılmasına dair xx.xx.1991-ci il tarixli sərəncamı vardır. Ləhiş bağ massivində X2 0,12 ha olan 4437A saylı bağ sahəsi ayrılmışdır. X14 xx.xx.2008-ci il tarixdə ölmüşdür;
3. Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı bələdiyyəsinin torpağın icarəyə verilməsinə dair xx.xx.2007-ci il tarixli, 518/1368 nömrəli qərarından və Kürdəxanı bələdiyyəsi və Cavabdeh2 arasında bağlanılmış eyni tarixli icarə müqaviləsi ilə, Kürdəxanı qəsəbəsinin şimal-şərq hissəsində yerləşən 1200 kv.m torpaq sahəsi 10 il müddətinə - xx.xx.2007-ci il tarixdən xx.xx.2017-ci il tarixədək sonuncunun icarəsinə verilmişdir. Sabunçu rayonu Kürdəxanı bələdiyyəsinin torpaq sahəsinin planından görünür ki, Kürdəxanı bağlar massivi (Ləhiş) bağ sahəsində yerləşən, sahəsi 1200 kv.m olan 4437 nömrəli bağ sahəsinin 518/1368 nömrəli icarə müqaviləsi əsasında xx.xx.2010-cu il tarixdə sxemi tərtib edilmişdir; 4. 4463 nömrəli bağın sahibi qismində X15, 4421 nömrəli bağın sahibi qismində X18 və 4437A nömrəli bağın sahibi qismində X13 xx.xx.2016-cı il tarixdə Bakı şəhəri 39 saylı notariat kontoru tərəfindən təsdiqlənmiş ərizələrində bildirmişlər ki, 4437 saylı bağ sahəsi ünvanında yerləşən 1200 kv.m torpaq sahəsi və üzərində tikil miş tikili 20 ildən artıqdır ki, Cavabdeh1 və ailəsinin istifadəsindədir. Həmin bağ sahəsi xx.xx.2007ci il tarixli icarə müqaviləsi və xx.xx.2010-cu il tarixli torpaq sahəsinin planına əsasən Cavabdeh2 icarəsindədir, həmin torpaq sahəsinə dair vergiləri və digər kommunal xərcləri o ödəyir;
5. Cavabdeh2 2010-cu ildə Kürdəxanı Bələdiyyəsinə təqdim etdiyi xx.xx.2007-ci il tarixli torpaq icarə müqaviləsinin kserosurəti əsasında 4437 nömrəli bağ sahəsinin xx.xx.2010-cu il tarixli plan-sxemi hazırlanmışdır. Bunun əsasında Cavabdeh2 qeydiyyata götürülərək 2018-ci ilə qədər vergiləri ödəmiş və bağ sahəsində yaranan mübahisə səbəbindən vergi ödənişləri dayandırılmışdır. 4437 nömrəli bağ sahəsinin yerləşdiyi Ləhiş bağları Kürdəxanı bələdiyyəsinin yalnız inzibati ərazisinə daxildir. İş üzrə qəbul edi lmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1, onlarla yaşayan ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən, sahəsi 0,12 ha olan 4437A saylı bağ sahəsindən məcburi qaydada çıxarılmaları, mövcud tikilinin cavabdehlərin öz vəsaiti hesabına sökülməsi, bağ sahəsinin yenidən əvvəlki vəziyyətinə qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
7. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1991-ci il tarixli 130 saylı sərancamı və həmin tarixli 37 saylı order əsasında Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən, sahəsi 0.12 ha olan 4437A saylı bağ sahəsi onun mərhum həyat yoldaşı X10 ayrılmışdır. Həyat yoldaşının 2008-ci ildə vəfatından sonra həmin bağ sahəsinə mütəmadi gedib-gələ bilməmişdir. Bundan istifadə edən Kürdəxanı bələdiyyəsinin işçiləri onun qanuni mülkiyyətində olan bağ sahəsini Cavabdeh2 adlı şəxsə, onun ailə üzvlərinin bildirdiyinə görə 8.200 manata satmışlar. Araşdırma zamanı həmin şəxs bələdiyyənin Aslan adlı əməkdaşına ödəniş etməklə bağ sahəsi aldığını və 518/1368 saylı icarə müqaviləsi bağlandığını bildirmişdir. Həmin şəxs zəbt etdiyi torpaq sahəsində özünə bağ evi tikmişdir. Tərəflərindən onlara məxsus bağ sahəsinin qanunsuz zəbt olunması barədə Sabunçu RPİ-yə müraciət edilmiş, Sabunçu RPİ-nin 15-ci PB-nin təhqiqatçısı Zaur Quliyevin xx.xx.2021-ci il tarixli qərarı ilə cinayət işinin başlanılması rədd edilmiş və mülki qaydada məhkəməyə müraci ət edilməsi tövsiyə olunmuşdur. Hesab edir ki, cavabdehlər qanunsuz olaraq heç bir hüquqmüəyyənedici sənədləri olmadan ona vərəsəlik qaydasında məxsus olan bağ sahəsini zəbt etmişlər. Həmin bağ sahəsinin cavabdehlərin zəbt etdiyi bağ sahəsi olması keçirilmiş ekspert rəyi ilə təsdiq edilmişdir. İddiaçı tərəfindən miras əmlaka vərəsəlik qaydasında hüququn tanınması barədə notariat orqanına müraciət edilmiş, Bakı şəhəri 12 saylı notariat kontoru tərəfindən xx.xx.2014-cü ildə 845 saylı məktub verilmiş, həmçinin vərəsəlik işi açılmışdır. Cavabdehlərin ona məxsus torpaq sahəsindən çıxarılmasını təmin etdikdən sonra, vərəsəlik qaydasında hüquqlarının dövlət qeydiyyatına alınması üçün müvafiq dövlət orqanına müraciət edəcəkdir.
8. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdar əsinin məhkəmə sorğusuna xx.xx.2021-ci il tarixli cavab məktubundan aydın olmuşdur ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 4437a saylı bağ evi xx.xx.1994cü il tarixli, 19734 saylı icarə müqaviləsi əsasında xx.xx.1997-ci il tarixdə X7 adına qeydiyyata alınmışdır. Arxiv qovluğunda mövcud olan keçmiş X6 və İstismarı birliyinin xx.xx.1999-cu il tarixli məktubu və xx.xx.1999-cu il tarixli akt əsasında sözügedən bağ evinin yeni nömrəsi 5402 olmuşdur. Daha sonra həmin nömrəli bağ evi xx.xx.2006-cı il tarixli alqı-satqı müqaviləsi əsasında xx.xx.2010-cu il tarixdə X16 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır, hazırda mülkiyyətindədir.
9. Məhkəmə araşdırması zamanı əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 /6831 nömrəli 24 oktyabr 2022-ci il tarixli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, X8 adına 60 saylı BTK-nın 4437A saylı bağ sahəsi mövcud vəziyyətdə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 istifadə etdikləri bağ sahəsinə uyğun gəlir. İddiaçının iddia etdiyi torpaq sahəsi cavabdehlərin istifadə etdiyi torpaq sahəsi ilə üst-üstə düşür. Mişar daşı ilə hasara alınmış bağ sahəsində faktiki olaraq birmərtəbəli yaşayış evi və həyət tikilisi mövcuddur. Vahid elektron kadastr baza məlumatlarına əsasən sahədə yerləşən tikilinin qeydiyyatı barədə məlumat aşkar edilməmişdir.
10. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/2337 nömrəli rəyindən görünür ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli mütəxə ssis rəyi və xx.xx.2023-cü il tarixli məktubuna əsasən ekspert tərəfindən müəyyən edilmişdir ki, X10 60 saylı BTK-nın 4437A saylı bağ sahəsi mövcud vəziyyətdə cavabdehlər tərəfindən istifadə olunan bağ sahəsinə uyğun gəlir. İddiaçının iddia etdiyi torpaq sahəsi cavabdehlərin istifadə etdikləri torpaq sahəsi ilə üst-üstə düşür. Mişar daşı ilə hasara alınmış bağ sahəsində faktiki olaraq 1 mərtəbəli yaşayış evi və həyət tikilisi mövcuddur. Şərti olaraq verilmiş istinad koordinatlarının göstərdiyi sahə bağların bölgüsünə dair sxematik xəritəyə və qonşu bağlara əsasən 4437 nömrəsi ilə başlayan bağlara uyğun gəlir. Şərti göstərilmiş sahənin və üzərindəki tikilinin istifadəsi barədə elektron bazada məlumat aşkar olunmamışdır.
11. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-233/2023 nömrəli, 14 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Həqiqət Mahmudova) iddia rədd edilmişdir.
12. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, ekspertin koordinatları dəqiq müəyyən edilmiş texniki sənədlər əsasında deyil, şərti koordinatlarla nəticəyə gəlməsi verilmiş rəy(lər)in həqiqiliyini şübhə altına qoyur. İddia olunan torpaq sahəsi Hüseyn Məmmədova 1991-ci ildə ayrılmış, o, xx.xx.2008-ci il tarixdə ölmüşdür. Bu müddət ərzində isə həmin torpaq sahəsindən istifadə edilməməsi tərəflərin izahatına, habelə işin hallarına görə aşkardır. Dolayısı ilə, iddiaçı torpaq sahəsinin ayrıldığı müddətdən sonra həmin torpaqdan istifadə etmələrinə dair, eləcə də, onlara ayrılmış torpaq sahəsinin sözügedən qurumun xx.xx.2005-ci il tarixli məktubunda şamil olunan torpaq qrupuna daxil olmadığını təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmişdir.
13. Məhkəmə onu da vurğulamışdır ki, hazırda iddiaçının iddia etdiyi torpaq sahəsi Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 4437A saylı bağ sahəsidir. Həmin bağ sahəsinin hüquqi vəziyyəti ilə əlaqədar aidiyyəti üzrə göndərilmiş məhkəmə sorğusuna cavab olaraq verilmiş xx.xx.2021-ci il tarixli məktub və ona əlavə edilmiş sənədlərdən göründüyü kimi, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən və hazırda iddia predmeti olan 4437A saylı bağ evi xx.xx.1994-cü il tarixli, 19734 saylı icarə müqaviləsi əsasında xx.xx.1997-ci il tarixdə X7 adına qeydiyyata alınmış, arxiv qovluğunda mövcud olan keçmiş X6 və İstismarı birliyinin xx.xx.1999-cu il tarixli məktubu və xx.xx.1999-cu il tarixli akt əsasında sözügedən bağ evinin yen i nömrəsi 5402 olmuşdur, daha sonra həmin nömrəli bağ evi xx.xx.2006-cı il tarixli alqı-satqı müqaviləsi əsasında xx.xx.2010-cu il tarixdə başqa bir şəxsin - X16 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və hazırda onun mülkiyyətindədir. İddiaçı isə hazırda başqa şəxsin mülkiyyətində olan 4437A saylı bağ sahəsindən cavabdehlərin çıxarılmasını xahiş edir. Eyni zamanda, İddiaçı cavabdehlərin yerləşdiyi 4437 torpaq sahəsi üzərində onun mövcud olmuş, yaxud davam edən hüquqlarının mövcudluğuna dair sübut təqdim edə və ya keçirilmiş məhkəmə proseslərində sübuta yetirə bilməmişdir.
14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunl uğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə əsassız və qanunsuz qətnamə qəbul etmiş, iddiaçının vərəsəlik və mülkiyyət hüquqlarının pozulması ilə nəticələnmişdir. Sabunçu Rayon Məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, iddia ərizəsinin dəlillərinə müfəssəl hüquqi qiymət verməmişdir. Bu səbəbdən onun gəldiyi nəticə maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1991-ci il tarixli 130 saylı sərəncamı və həmin sərəncama istinad edilməklə Bağlar İdarəsini nəzdində fəaliyyət göstərən 60 saylı Ləhiş bağ tikinti kooperaitivi tərəfindən verilmiş 37 saylı order əsasında Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən, sahəsi 0,12 ha. olan 4437A saylı bağ sahəsi onun mərhum həyat yoldaşı X10 4 nəfər ailə tərkibi (X14, həyat yoldaşı İddiaçı, oğlanları X19 və X17) ayrılmış, həyat yoldaşının xx.xx.2008-ci ildə uzun müddət xəstəliyi ilə əlaqədar vaxtsız vəfatından sonrakı müddətdə vərəsəliklə bağlı Bakı şəhəri 12 saylı Notariat Ofisində vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən olunmuş, habelə notariat ofisi tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edilərək, həmin bağ sahəsinin vərəsəlik qaydasında rəsmiləşdirilməsi üçün çıxarış verilməsi xahiş olunmuşdur. Qeyd olunan bağ sahəsinin onun vəfat etmiş həyat yoldaşına məxsus olması və cavabdehin zəbt etdiyi torpaq sahəsi ilə üst-üstə düşməsi məhkəmənin qərardadı əsasında verilmiş mütəxəssis və ekspert rəyləri ilə tam təsdiq edildiyi halda, habelə cavabdehə aid hər hansı hüquq müəyyənedici sənəd mövcud olmadığı halda, Sabunçu Rayon Məhkəməsi onun mülkiyyət və vərəsəlik hüquqlarını kobudcasına pozaraq, iddia tələblərini rədd etmişdir. Vəfat etmiş həyat yoldaşına 4 nəfər ailə tərkibi ilə ayrılmış bağ torpaq sahəsinin faktiki olaraq bütöv hissəsinin cavabdehlər tərəfindən istifadə edildiyi məhkəmə iclasında sübuta yetirilmiş, cavabdehlər özləri də mübahisəli ərazinin onların istifadəsində olduğunu inkar etməmiş, ancaq həmin torpaq sahəsinin bələdiyyənin 10 illik icarə müqaviləsinin surətinə əsasən özlərinə aid olduğunu iddia etmişlər. Mütəxəssis və ekspertiza rəyləri ilə torpaq sahəsinin yerquruluşu planı ilə də həmin torpaq sahəsinin sənəd üzrə onun istinad etdiyi 4437A saylı bağ torpaq sahəsi olduğu təsdiq edilmişdir. İddiaçı ilkin olaraq hüquq-mühafizə orqanlarına şikayət ərizəsi ilə müraciət etmiş, lakin cinayət işinin bağlanması rədd edilərək, mübahisənin mülki qaydada həll edilməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. O, 2 ildən artıq gedən məhkəmə araşdırması müddətində tələbinin əsası kimi istinad etdiyi sübutları təqdim etsə də, birinci instansiya məhkəməsi bu sübutlara bi rtərəfli qaydada hüquqi qiymət vermişdir. Halbuki, qanunverciliyin tələbinə görə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. O, məhz cavabdehləri məhkəmə qaydasında torpaq sahəsindən çıxartdıqdan sonra, həmin torpaq sahəsi üzərində hüquqlarının qeydiyyatının aparılması üçün daşınmaz əmlakın dövlət reyestri xidmətinə müraciət edəcək. Qanunverciliyin tələblərindən də göründüyü kimi, torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Hazırki vəziyyətdə qeyd olunan mübahisəli torpaq sahəsi bağlar xx.xx.2007-ci ildə ləğv edilmiş Bağlar idarəsinin ərazisi olmaqla, bələdiyyələrin, o cümlədən Kürdəxanı bələdiyyəsinin həmin torpaq sahəsinə heç bir aidiyyəti olmamış, həmin torpaq sahəsi bələdiyyəyə ayrılan sahənin ərazisi hüquqları daxilində yerləşmir. Cavabdehin istinad etdiyi icarə müqaviləsi də ümumiyyətlə Kürdəxanı bələdiyyəsinin arxivində mövcud deyil və həqiqətdə belə bir sənədləşmə aparılmamışdır. Yalnız Cavabdeh2 sonradan icarə müqaviləsinin kserosurətini həmin vaxt bələdiyyədə işləmiş Aslan adlı şəxs vasitəsilə təqdim edərək həmin sahənin onun icarəsində olmasını bildirmişdir. Lakin belə bir müqavilə əslində mövcud olmamış, habelə müddəti 11 aydan artıq icarə müqavilələrinin dövlət reyestrində qeydiyyatı aparılmalı olduğu halda, belə bir qeydiyyat aparılmamışdır.
17. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2 (103)-609/2024 nömrəli, 13 fevral 2024-cü il tarixli qərardadı ilə Mülki Prosessual Məcəllənin 261.0.7-ci maddəsinə əsasən iş üzrə icraata Cavabdeh1 aid hissədə xitam verilmişdir.
18. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-609/2024 nömrəli, 13 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Cəmilə Musayeva - sədrlik edən və məruzəçi, Fuad Babayev və Günay Axundova) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia rədd edilmişdir.
19. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iddia ərizəsində cavabdehin məcburi qaydada çıxarılması, mövcud tikilinin onun öz vəsaiti hesabına sökülməsi, sahənin əvvəlki vəziyyətinə qaytarılması xahiş edilən bağ sahəsi Cavabdeh2 istifadə etdiyi bağ sahəsidir. Baxmayaraq ki, Bakı şəhər İc ra Hakimiyyəti başçısının xx.xx.1991-ci il tarixli 130 saylı sərancamı və eyni tarixli 37 saylı orderdə bağ sahəsinin nömrəsi 4473A kimi göstərilmiş, cavabdehin istifadəsində olan bağ sahəsinin nömrəsi 4437 kimi müəyyən edilmiş, iddiaçının izahatına və məhkəmə araşdırması zamanı əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/6831 nömrəli 24 oktyabr 2022-ci il tarixli ekspert rəyinə əsasən məhkəmə kollegiyası X8 adına 60 saylı BTK-nın 4437A saylı bağ sahəsinin mövcud vəziyyətdə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 istifadə etdikləri bağ sahəsinə uyğun gəldiyini qəbul etmişdir.
20. Məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdehin bağ sahəsinə hüquqlarının olub-olmamasının araşdırılmasının zəruriliyi iddiaçının hazırkı iddia ilə məhkəməyə müraciət etm ək üzrə subyektiv hüquqa malik olub-olmamasına dair məsələ üzrə aparılacaq araşdırmanın nəticəsindən asılıdır. Belə ki, mübahisə predmeti olan bağ sahəsinə iddiaçının hər hansı hüquqa malik olması, onun mübahisə predmeti olan sahəyə qanuni gözlənti hüququnun olması halları öz təsdiqini tapmadığı təqdirdə, ikinci məsələyə keçilməsi zərurəti aradan qalxacaqdır.
21. İşin mübahisələndirilməyən halları bundan ibarətdir ki, mübahisəli bağ sahəsi və onun üzərində cavabdeh tərəfindən tikilmiş birmərtəbəli yaşayış evi və həyət tikilisi (hər hansı hüquqmüəyyənedici sənədi mövcud deyildir) onun istifadəsində və sahibliyindədir.
22. Məhkəmə kollegiyası müəyyən etmişdir ki, mübahisəli bağ sahəsi iddiaçının mərhum ərinin adına xüsusi mülkiyyət kimi dövlət reyestrində qeydiyyatdan keçməmiş, onun mülkiyyə tində olmamışdır. O, həmin sahəyə sahiblik etməmiş, bu sahədən faktiki olaraq istifadə etməmişdir. İddiaçı ərinin həmin sahəni hasara aldığını qeyd etsə də, bu halı təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Mərhum X1 mübahisəli bağ sahəsinin özəlləşdirilməsi ilə bağlı müvafiq qanunvericilikdə nəzərdə tutulmuş qaydalara uyğun olaraq hərəkətlər etməmiş (zəruri sənədlərin toplanaraq səlahiyyətli orqanlara təqdim olunması), özəlləşdirmə hüququnu faktiki olaraq reallaşdırmamışdır. Belə olan halda onun bu hüququ subyektiv hüquqa transformasiya etməmiş, mahiyyət etibarı ilə şəxsə bağlı bir hüquq olaraq qalmış, onun ölümü ilə də xitam olunmuşdur. Beləliklə də bu əsasla mərhumun mübahisəli bağ sahəsinə olan hüquqların Mülki Məcəllənin 1153-cü maddəsinə əsasən vərəsəlik qaydasında vərəsəsinə (iddiaçıya) keçməsi, bu hüquq onun miras kütləsinə daxil olmadığından, istisna olunur.
23. Digər tərəfdən də orderdə adları qeyd edilən şəxslər, o cümlədən iddiaçı, vaxtında əvəzsiz qaydada bağ sahəsini öz mülkiyyətinə keçirmək hüququ olduğu halda, onlar qeyd olunan hüquqdan, sahənin bağ tikilməsi üçün ayrılmasına baxmayaraq tikinti işlərini aparmamaqla, səlahiyyətli orqanlara müraciət etməməklə istifadə etməmiş, sahibliyinə keçirməmişlər. Belə ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən, sahəsi 0.12 ha olan 4437A saylı bağ sahəsi Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1991-ci il tarixli 130 saylı sərancamı və həmin tarixli 37 saylı order əsasında onun mərhum həyat yoldaşı X10 ayrılmasına, onun 2008-ci il tarixində vəfat etməsinə baxmayaraq, iddiaçının y alnız 2014-cü il tarixində Bakı şəhəri 12 saylı Notariat kontoruna müraciət edərək ərinin 2008-ci il tarixdə vəfatı ilə əlaqədar vərəsəlik işinin açılmasını xahiş etdiyi müəyyən edilir.
24. Beləliklə iddiaçı özünə aid olması iddia etdiyi bağ sahəsinin cavabdeh tərəfindən boşaldılmasını və ona təhvil verilməsini, yəni özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edərək, məhkəmədə vindikasiya iddiası irəli sürmüşdür. Yuxarıda qeyd edilənlərdən isə göründüyü kimi iddia edənin əmlakın mülkiyyətçisi və ya titul sahibi olması vindikasiya iddiasının irəli sürülməsi üçün ilkin şərtdir. İddiaçının bu statusa malik olmasını sübuta yetirdiyi təqdirdə məhkəmə vindikasiya iddiasının irəli sürülməsi üçün nəzərdə tutulan digər şərtlərin mövcud olub-olmamasının yoxlanmasına keçməlidir. Yuxarıda qeyd edilənlərə əsasən də məhkəmə kollegiyası hesab edir ki, iddiaçı müvafiq iddia tələbini məhkəmədə irəli sürmək üzrə subyektiv hüquqa malik deyildir. Belə olan halda cavabdehin həmin ev üzərində hər hansı hüquqa malik olub-olmamasının hazırki işin həlli üçün heç bir əhəmiyyəti yoxdur.
25. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etməməsinə baxmayaraq kollegiya tərəfindən işə baxılarkən birinci instansiya məhkəməsinin prosessual pozuntuya yol verdiyi, bunun da düzgün olmayan qətnamənin qəbul olunması ilə nəticələndiyi müəyyən edilmişdir. Belə ki, birinci instansiya məhkəməsi “Cavabdeh1” aid hissədə müstəqil akt şəklində deyil, işi mahiyyəti üzrə həll edən qətnamə ilə icraat a xitam verməklə prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir.
26. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 14.2.6, 21, 1096, 1097.1, 1108.1-ci, MPM-in 14.2, 77.1, 88, 106.1, 217.4, 261.0.7-ci maddələrinə istinadla əsaslandırmışdır Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
27. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
28. Kassasiya şikayəti onunla əsaslandırmışdır ki, qeyd olunan bağ sahəsinin iddiaçının vəfat etmiş həyat yoldaşına məxsus olması və cavabdehin zəbt etdiyi torpaq sahəsi ilə üst-üstə düşməsi məhkəmənin qərardadı əsasında verilmiş mütəxəssis və ekspert rəyləri ilə tam təsdiq edildiyi halda, habelə cavabdeə aid hər hansı hüquq müəyyənedici s ənəd mövcud olmadığı halda, birinci və apellyasiya instansiya məhkəmələri mənim mülkiyyət və vərəsəlik hüquqlarımı kobudcasına pozaraq, iddia tələblərini qanunsuz olaraq rədd etmişlər. Apellyasiya instansiya məhkəməsinin səhv mövqeyinə görə, mərhum Hüseyn Məmmədov sağlığında adına mövcud olan bağ sahəsinə mülkiyyət hüquqnun dövlət reyestrində qeydə aldırmamış və onun mülkiyyətində olmamışdır. Bu istinad tamamilə yalnış və səhvdir. Belə ki, qanunvericlikdə hər hansı şəxsə hansısa müddət ərzində hüquqların dövlət qeydiyyatı üçün daşınmaz əmlakın dövlət reyestri xidmətinə müraciət etməli olması barədə vəzifə qoyulmamışdır. Bu hüququn həyata keçirilməməsi ona əsas vermir ki, həmin şəxsə məxsus torpaq sahəsi və ya daşınmaz əmlak saxta sənədlər əsasında kimlərsə tərəfindən zəbt edilərək əlində n alınmalıdır.
29. İddiaçının vəfat etmiş həyat yoldaşına 4 nəfər ailə tərkibi ilə ayrılmış bağ torpaq sahəsinin faktiki olaraq bütöv hissəsinin cavabdehlər tərəfindən istifadə edildiyi məhkəmə iclaslarında sübuta yetirilmiş, cavabdeh tərəf mübahisəli ərazinin onun istifadəsində olduğunu inkar etməmiş, ancaq həmin torpaq sahəsinin bələdiyyənin 10 illik icarə müqaviləsinin surətinə əsasən özünə aid olduğunu iddia etmişdir. Mütəxəssis və ekspertiza rəyləri ilə torpaq sahəsinin yerquruluşu planı ilə də həmin torpaq sahəsinin sənəd üzrə iddiaçının istinad etdiyi 4437A saylı bağ torpaq sahəsi olduğu təsdiq edilmişdir. İddiaçı ilkin olaraq hüquq-mühafizə orqanlarına şikayət ərizəsi ilə müraciət etmiş, lakin cinayət işinin bağlanması rədd edilərək, mübahisənin mülki qaydada həll edilməsi üçün məh kəməyə müraciət edilməsi tövsiyə edilmişdir. İddiaçı 3 ildən artıq gedən məhkəmə araşdırması müddətində tələbini əsası kimi istinad etdiyi sübutları təqdim etsə də, birinci və apellyasiya instansiya məhkəmələri bu sübutlara birtərəfli qaydada hüquqi qiymət vermişlər. Halbuki, qanunverciliyin tələbinə görə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. İddiaçı məhz cavabdehi məhkəmə qaydasında torpaq sahəsindən çıxartdıqdan sonra, həmin torpaq sahəsi üzərində hüquqlarının qeydiyyatının aparılması üçün daşınmaz əmlakın dövlət reyestri xidmətinə müraciət edəcək.
30. Məhkəmələr nəzərə almamışdır ki, hüquqməyyənedici sənəd olan və Bağlar İdarəsinin verdiyi 37 saylı orderdə mərhum həyat yoldaşı Hüseyn Məm mədovdan əlavə, ailə üzvü olaraq onun və iki övladının da adı qeyd edilmişdir. Yəni, həyat yoldaşından əlavə olaraq həmin bağ sahəsi ailə üzvü olaraq iddiaçı və iki oğluna da verilmişdir ki, bu zaman istifadəçi olan ailə üzvlərinin də hüquqları məhkəmələr tərəfindən kobudcasına pozulmuşdur.
31. Qanunverciliyin tələblərində də göründüyü kimi, torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Hazırki vəziyyətdə qeyd olunan mübahisəli bağ torpaq sahəsi xx.xx.2007-ci ildə ləğv edilmiş Bağlar idarəsinin ərazisi olmaqla, bələdiyyələrin, o cümlədən Kürdəxanı bələdiyyəsinin həmin torpaq sahəsinə heç bir aidiyyəti olmamış, həmin to rpaq sahəsi bələdiyyəyə ayrılan sahənin ərazisi hüquqları daxilində yerləşmir. Cavabdehin istinad etdiyi icarə müqaviləsi də ümumiyyətlə Kürdəxanı bələdiyyəsinin arxivində mövcud deyil və həqiqətdə belə bir sənədləşmə aparılmamışdır. Yalnız Cavabdeh2 sonradan icarə müqaviləsinin kserosurətini həmin vaxt bələdiyyədə işləmiş Aslan adlı şəxs vasitəsilə təqdim edərək həmin sahənin onun icarəsində olmasını bildirmişdir. Lakin belə bir müqavilə əslində mövcud olmamış, habelə müddəti 11 aydan artıq icarə müqavilələrinin dövlət reyestrində qeydiyyatı aparılmalı olduğu halda, belə bir qeydiyyat aparılmamışdır. Habelə, cavabdehin istinad etdiyi icarə müqaviləsinin müddəti 2017-ci ildə bitmişdir. Həmin torpaq sahəsi üzrəində nə Kürdəxanı bələdiyyəsinin, nədəki cavabdhein hər hansı hüquqları, o cümləd ən bələdiyyənin mülkiyyət, cavabdehin isə icarə hüquqları dövlət qeydiyyatına alınmamışdır. İcarə sahəsində isə ümumiytələ yaşayış evinin tikintisi nəzərdə tutulmamış, cavabdeh ev tikintisi ilə bağlı hər hansı səlahiyyətli dövlət orqanının icazəsini almamışdır.
32. Məhkəmələr istinad edirlər ki, dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı Şəhər Şöbəsinin xx.xx.2005- ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri İcra Hakimiyyəti Abadlaşdırma və X4 və İstismarı Birliyinə uzun müddət bağ sahələrindən istifadə etməyənlər və bağlarının sərhədlərinə çəpər-hasar çəkməyən bağ sahələri haqda yaranmış ziddiyyətlərlə əlaqədar müraciətinə belə məzmunlu cavab verilmişdir ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73.1.2 maddəsinə əsasən, torpaq sahəsinin istifadəyə və ya icarəyə verildiyi müddət qurtardıqda 4-cü abzasa əsasən torpaqdan məqsədli təyinatına görə istifadə və ya icarə şərtlərinə əməl edilmədikdə 8-ci abzasa əsasən torpaq sahəsində 1 il ərzində üzrlü səbəb olmadan istifadə edilmədikdə torpaq sahələri üzərində hüquqi və fiziki şəxslərin hüquqlarına xitam verilir.Həmçinin, qətnamədə Bakı şəhər İcra Hakimiyyəti başçısının 1992-ci il tarixli, 941 nömrəli sərəncamına istinad edilir.
33. Məhkəmələr nəzərə almamışdır ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı ŞəhərŞöbəsinin xx.xx.2005-ci il tarixli məktubu və Bakı şəhər İcra Hakimiyyəti başçısının 1992-ci il tarixli, 941 nömrəli sərəncamı ümumi xarakterli olmaqla, hazırki mübahisəyə hər hansı aidiyyəti yoxdur. Yəni, konkret olaraq iddiaçının mərhum həyat yoldaşına ailə üzvləri ilə birlikdə ayrılmış bağ torpaq sa həsinə dair hüquqmüəyyənedici sənədlər, yəni torpaq ayırma sərəncamı və order hazırkı vaxtadək ləvğ edilməyib, dəyişdirlməyib və ya məhkəmə qaydasında etibarsız sayılmayıb, habelə torpaq sahəsi hər hansı səlahiyyətli dövlət orqanı tərəfindən iddiaçının ailə üzvlərindən alınmayıb. Belə bir ləğvetmə barədə sənədlər mövcud olmadığı halda, məhkəmələr necə müəyyən etmişlər ki, iddiaçı uzun müddət bağdan istifadə etməyib. Məhkəmələr 8200 manat rüşvət müqabilində saxta sənəd ilə torpaq sahəsi verməsini müəyyən etdikləri halda, bu barədə xüsusi qərardad qəbul etməkdə maraqlı olmamışlar. Halbuki, bu barədə dəfələrlə müraciət etsə də nəticəsi olmamış, yalnız şifahi formada yekunda qiymət veriləcəyi bildirilmişdir.
34. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə, məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməli olduğu halda, birinci instansiya məhkəməsi işin hallarını düzgün araşdırmamış, iddiaçı tərəfindən səlahiyyətli dövlət orqanı hesab edilən Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyi ilə torpaq sahəsinin hazırda özəlləşmədiyi və iddiaçını vəfat etmiş həyat yoldaşına ayrılmış bağ sahəsinin ərazisi olması bildirilsə də, məhkəmələr sübutları tərsinə qiymət vermişlər.
35. Bundan başqa, məhkəmələr Daşınmaz Əmlakın DövlətReyestri Xi dmətinin 1 saylı Bakı Ərazi İdarəsinin məhkəmə sorğusuna xx.xx.2021-ci il tarixli cavab məktubuna düzgün hüquqi qiymət verməmişlər. Belə ki, həmin məktubda söhbət tamamilə başqa bağ sahəsindən, yəni Ləhiş bağlar massivindəki 5402 saylı bağdan getdiyi halda, məhkəmə iddiaçıya məxsus bağ sahəsinin xx.xx.2006-cı il tarixli alqı-satqı müqaviləsi əsasında xx.xx.2010-cu il tarixdə X16 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını qeyd etmişdir. Halbuki, işdə olan ekspertiza və mütəxəssis rəyləri ilə mübahisəli torpaq sahəsinin özəlləşmədiyi, bağ torpaq sahələrinə aid olması və iddiaçının vəfat etmiş həyat yoldaşına ayrılmış sahə olması barədə sübutlar mövcuddur. Məhkəmə həqiqətən də hesab edir ki, bu bağ xüsusi mülkiyyətdə olmaqla digər şəxsə məxsusdur. Ən azından həmin şəxslər i də üçüncü şəxs qismində məcburi qaydada cəlb etməli idilər. Bir daha qeyd edim ki, həmin cavab məktubundakı bağ, Ləhiş bağlar massivindəki 5402 saylı digər bağa aid olmaqla həmin bağla bağlı hər hansı məhkəmə mübahisəsi mövcud deyildir. Məhkəmə kollegiyası əsassız olaraq qeyd etmişdir ki, iddiaçının iddianı qaldırmağa subyektiv hüququ yoxdur. Halbuki, bu hal tamamilə əsassızdır ona görə ki, ididaçının bu hüququnu heç kim, o cümlədən məhkəmələr məhdudlaşdıra bilməzlər.
36. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə, məhkəmənin qətnamə çıxar arkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməli olduğu halda, birinci instansiya məhkəməsi işin hallarını düzgün araşdırmamışdır. Birinci və apellyasiya instansiya məhkəmələri ekspert və mütəxəssis rəylərinə düzgün hüquqi qiymət verməmiş, həmin rəylər ümumiyyətlə məhkəmələr tərəfindən araşdırma predmeti olmamışdır. Daşınmaz əmlakın dövlət qeydiyyatını aparan orqan hesab edilən DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisi konkret olaraq həmin sahənin bələdiyyə mülkiyyətinə aid olmamasını və həmin ərazinin iddiaçını vəfat etmiş həyat yoldaşına hüquqmüəyyənedici sənədlər əsasında ayrılmasını qeyd etsə də, məhkəmələr həmin sahənin artıq özəlləşdiyi və mülkiyyəçisinin olduğunu, habelə cavabdeh tərəfindən qanuni əsaslarla istifadəedildiini qeyd edirlər. Göründüyü kimi, məhkəmələr məhkəmə araşdırması zamanı əldə etdikləri mütəxəssis və ekspert rəylərini məhkəmədə tədqiq etməyib və digər sübutlarla yanaşı araşdırmamışlar. Apellyasiya instansiya məhkəməsi isə həmin rəyi tamamilə səhv təfsir etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
37. Cavabdeh kassasiya şikayətinə qarşı etirazda göstərmişdir ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-609/2024 nömrəli, 13 fevral 2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası:
38. Maddə 60, hissə
1. Hər kəsin hüquq və azadlıqlarının in zibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X12 X9:
39. Maddə 6, hissə.
1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
40. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
41. Maddə 14.2.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsinin əsaslarından biri də dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktlarıdır.
42. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
45. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
46. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
47. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
48. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
49. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədlər
50. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdı rmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
51. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
52. Baxılan işdə apelyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, mübahisəli bağ sahəsi Cavabdeh2 istifadə etdiyi bağ sahəsidir. Belə ki, Bakı şəhər İcra Hakimiyyəti ba şçısının xx.xx.1991-ci il tarixli 130 saylı sərancamı və eyni tarixli 37 saylı orderdə bağ sahəsinin nömrəsi 4473A kimi, cavabdehin istifadəsində olan bağ sahəsinin nömrəsi 4437 kimi müəyyən edilsə də, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/6831 nömrəli, 24 oktyabr 2022-ci il tarixli rəyinə əsasən X8 adına 60 saylı BTK-nın 4437A saylı bağ sahəsinin mövcud vəziyyətdə cavabdehlər Cavabdeh2 istifadə etdiyi bağ sahəsinə uyğun gəlir (§ 19).
53. Belə olan halda, hazırkı iddianın düzgün həlli üçün iddia tələbinə və iddiaçının bildirdiklərinə uyğun gələn qanuni əsasın tapılması və onlar arasında uyğunluğa (uyğunsuzluğa) dair hüquqi dəyərləndirmə aparılması zəruri olmuşdur.
54. Apelyasiya instansiyası məhkəməsi tələbin qanuni əsası kimi Mülki Məcəllənin 157.2-ci maddəsindəki vindikasi ya iddiasının şərtlərini nəzərdən keçirərək qeyd etmişdir ki, həmin iddianın irəli sürülməsi üçün ilkin şərt iddiaçının əmlakın mülkiyyətçisi və ya titul sahibi olmasıdır. Hazırkı işdə isə bu hal müəyyən edilmir, çünki, orderdə adları qeyd edilən şəxslər, o cümlədən iddiaçı, vaxtında əvəzsiz qaydada bağ sahəsini öz mülkiyyətinə keçirmək hüququ olduğu halda, onlar qeyd olunan hüquqdan, sahənin bağ tikilməsi üçün ayrılmasına baxmayaraq tikinti işlərini aparmamaqla, səlahiyyətli orqanlara müraciət etməməklə, istifadə etməmiş, sahibliyinə keçirməmişlər. İddiaçı hazırkı iddianı məhkəmədə irəli sürmək üzrə subyektiv hüquqa malik deyil, bu səbəbdən cavabdehin həmin ev üzərində hər hansı hüquqa malik olub-olmamasının hazırki işin həlli üçün heç bir əhəmiyyəti yoxdur (§ 23-24).
55. Apellyasiya məhk əməsi onu da qeyd etmişdir ki, mərhum X1 mübahisəli bağ sahəsini özəlləşdirmək hüququnu reallaşdırmamış, bu hüququ subyektiv hüquqa transformasiya etməmiş, mahiyyət etibarı ilə şəxsə bağlı bir hüquq olaraq qalmış, onun ölümü ilə də xitam olunmuşdur. Mərhumun hüquqlarının miras kütləsinə daxil olması, vərəsəlik qaydasında vərəsəsinə (iddiaçıya) keçməsi istisna olunur (§ 22).
56. Kassasiya məhkəməsi bu mövqelərlə ilə razılaşmır, ona görə ki, əvvəla, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu oxşar hüquq münasibətləri - mübahisəli torpaq sahələrinin hüquqi vəziyyətinin dəyişdirilməsinin həmin torpaq sahəsinin qanuni istifadəçisinin vərəsələri tərəfindən həyata keçirilməsinin mümkünlüyü və məhz bu baxımdan iddiaçının vərəsə kimi subyektiv hüququnun olub-olmaması ilə əlaqədar V.Kiçibəyovun şikayəti üzrə 15 yanvar 2018-ci il tarixli qərarında vurğulamışdır ki, “məhkəmələr tərəfindən torpaq sahələri üzərində icarə müqaviləsi üzrə hüquqların vərəsələrə keçməsi məsələləri həll edilərkən Mülki Məcəllənin vərəsəlik hüququnu tənzimləyən müvafiq normaları nəzərə alınmalıdır. Konstitusiyanın 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur”.
57. Bundan əlavə, iddiaçının özünün mübahisəli sahə üzərində sözügedən orderdən irəli gələn hüququnu hansı andan və hansı əsasla itirməsi əsaslandırılmamışdır. Məhkəmə iddiaçının bağ sahəsini öz mülkiyyətinə keçirmək hüququnu “vaxtında” həyata keçirmədiyini qeyd etsə də, bunun məhz hansı müddətdə (zaman kəsiyində) edilməli olduğu, torpaqdan istifadə edilmədiyinə görə hüququn itməsinin hansı qaydada rəsmiləşməsi (orderin hüquqi qüvvədən düşməsi/salınması və s.) və bunların normativ əsası qətnamədə göstərilməmişdir.
58. Bu xüsusuatla bağlı kassasiya şikayətinin dəlillərindən biri ondan ibarətdir ki, məhkəmələr torpaqdan məqsədli təyinatına görə istifadə edilməməsinə görə torpaq sahələri üzərində şəxslərin hüquqlarına xitam verilməsi ilə bağlı normativ aktlara istinad etsələr də, nəzərə almamışlar ki, həmin aktlar ümumi xarakterlidir, konkret olaraq iddiaçının mərhum həyat yoldaşına ailə üzvləri ilə birlikdə ayrılmış bağ torpa q sahəsinə dair hüquqmüəyyənedici sənədlər, yəni torpaq ayırma sərəncamı və order hazırki vaxtadək ləvğ edilməmiş, dəyişdirilməmiş və ya məhkəmə qaydasında etibarsız sayılmamış, habelə torpaq sahəsi hər hansı səlahiyyətli dövlət orqanı tərəfindən iddiaçının ailə üzvlərindən alınmamışdır.
59. Kassasiya məhkəməsi hesab edir ki, bağ sahəsini ayıran orqan (və ya onun hüquqi varisi) tərəfindən iddiaçının torpaqdan istifadə etmədiyinə görə orderinin ləğv edilməsi və sahənin başqasına verilməsi barədə akt qəbul olunmadan və ya digər rəsmi sənədləşmələr aparılmadan iddiaçının orderinin hüquqi qüvvəsinin qalmaması, eləcə də özəlləşdirmə üçün qanuni bir müddəti göstərmədən, bağ sahəsini öz mülkiyyətinə keçirmədiyinə görə torpağa olan hüququnu birdəfəlik itirməsi nəticəsinə gəlinməsi qanunvericiliyə uyğun olmamışdır.
60. Belə ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunun 9-cu maddəsinə əsasən, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.
61. Bundan başqa, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.7-ci maddəsində göstərilmişdir ki, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlə rinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur.
62. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısında Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövl ət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair sənədlər sırasında rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərar da nəzərdə tutulmuşdur.
63. Göründüyü kimi vətəndaşların qanuni istifadəsindəki fərdi bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir, eləcə də müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarəl əri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən orderlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. Beləliklə, hüququ qanunla müəyyən edilmiş qaydada aradan qalxmamış torpaq istifadəçisinin həmin torpaq sahəsinə gözlənilən mülkiyyət hüququnun olduğu qəbul edilir.
64. Bu baxımdan iddiaçının dəlillərinə yuxarıda sadalanan qanunvericilik əsasında hüquqi qiymət verilməsi zəruri olsa da, məhkəmə bu istiqamətdə müvafiq əsaslandırma aparmamışdır. İddiaçının torpağa dair subyektiv hüququnun olmamasını bildirən məhkəmə, cavabdehin həmin sahə üzərindəki sahibliyinin qanuni, yoxsa qanunsuz olmasını isə ümumiyyətlə araşdırmamışdır.
65. Halbuki, mübahisənin düzgün həlli üçün tərəflərin izahatları dinlən ilməklə təqdim olunmuş sübutlar əsasında iddiaçının əsaslandığı orderin hüquqi qüvvəsi yoxlanılmalı, iddia qaldırılan anda iddiaçının mübahisəli sahəyə hüququnun olub-olmamasına, bu hüququn aradan qalxmadığı qənaətinə gəlinərsə, gözlənilən mülkiyyətin müdafiəsi çərçivəsində Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozisiya şərtlərinə uyğun olaraq, cavabdehin torpaq üzərindəki sahibliyinin qanuni əsasa söykənib-söykənmədiyinə (bu aspektdə cavabdehin əsaslandığı bələdiyyə aktının, icarə müqaviləsinin hüquqi qüvvəsinə, onların hansı hüquqi nəticələr doğurmasına və s.) əsaslandırılmış şəkildə hüquqi qiymət verilməklə iddia həll edilməlidir.
66. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
67. Baxılan işdə isə bu tələb lərə əməl olunmamış, qətnamə iş üzrə müəyyən edilmiş hallara, tərəflərin qarşılıqlı münasibətinə və qanunvericiliyə uyğun qaydada əsaslandırılmamışdır (§ 46-47).
68. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması qəbul edilmiş qərarın iş üzrə tərəflərdə qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin.
69. Məhkəmə kollegiyası vurğulayır ki, mübahisəyə yuxarıda göstərilən şəkildə hüquqi qiymət vermədən, aidiyyəti maddi hüquq normaların ı yoxlamadan çıxarılmış qətnamə əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan, əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin aktı kimi qəbul etməyə imkan vermir.
70. Bu qaydalara riayət edilməməsi Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə təminat verilən hüquq və azadlıqların məhkəmə müdafiəsi hüququnun, İnsan Hüquqlarının və X12 X5 6-cı maddəsində əks olunmuş ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət edir (§ 38-39).
71. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qərarlarında vurğulamışdır ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi d əlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır (S.Əliyevanın şikayəti üzrə 31 may 2006-cı il tarixli, N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli qərarlar).
72. Qeyd olunanlara əsasən kassasiya kollegiyası bu qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.
73. Tə krar apellyasiya baxışında tərəflərin izahatları və dəlilləri dinlənilməli, mübahisəli hallar, habelə bu hallar üzrə sübutetmə yükü düzgün müəyyən edilməklə işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmalı, təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməli, tərəflərin dəlillərinin hansı səbəbdən qəbul edilibedilməməsi əsaslandırılmalı, ədalətli məhkəmə araşdırması hüququ təmin olunmaqla mübahisəyə qanunvericiliyə uyğun qaydada yekun hüquqi qiymət verilməlidir.
74. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6 09/2024 nömrəli, 13 fevral 2024-cü il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.