Məhkəmə qərarları › İş №2(102)-2078/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2078/2023

08.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2078/2023 08.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 12 saylı Regional Ərazi İdarəsi cəlb edilməklə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-2078/2023 (Açar sözlər: hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi, əmək stajı) Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X14 (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və X2 ibarət tərkibdə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazi rliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 12 saylı Regional Ərazi İdarəsi cəlb edilməklə “hüquqi əhəmiyyəti olan faktın, əmək stajının müəyyən edilməsi” barədə ərizəsi ilə bağlı mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1268/2022 saylı, 17 avqust 2022-ci il tarixli qətnaməsindən Ərizəçi (vəkil X4) tərəfindən verilmiş kassasiya şikayətinə 08 may 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Ərizəçi xx.xx.1955-ci il tarixdə Laçın rayonunda anadan olmuş, 1992-ci ildə Laçın rayonu işğal olunduqdan sonra Kürdəmir rayonu, Şilyan kəndində məskunlaşmışdır. Ərizəçi əmək fəaliyyətini təsdiq edə bilmədiyi üçün, ona yaşa görə əmək pensiyası təyin edilməmişdir.

2. Kürdəmir rayon Dövlət Arxivinin 08 iyul 2020-ci il tarixli arayışına əsasən, Kürdəmir rayonu, “C.Cabbarlı” adına kolxozun 1992-1997-ci illərə dair şəxsi heyətə aid sənədləri Kürdəmir rayon Dövlət Arxivinə təhvil verilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

3. Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 12 saylı Regional Ərazi İdarəsi cəlb edilməklə “hüquqi əhəmiyyəti olan faktın, əmək stajının müəyyən edilməsi” barədə ərizə ilə Kürdəmir Rayon Məhkəməsinə müraciət edərək, 1971-1974-cü illərdə Laçın rayonu Avtonəqliyyat birliyində fəhlə, 1976-cı ildən 18 may 1992-ci ilə kimi həmin birlikdə sürücü, 1992-ci ildən 1997-ci ilədək isə Kürdəmir rayonu “C.Cabbarlı” a dına kolxozunda malabaxan işləməsi ilə bağlı əmək stajının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Ərizə onunla əsaslandırılmışdır ki, o, 1955-ci ildə Laçın rayonunda anadan olmuş, 1971-ci ilin iyul ayından Laçın rayon Avtonəqliyyat birliyində fəhlə kimi əmək fəaliyyətinə başlamış və 1974-cü ilə kimi orada fəhlə işləmişdir. 1976-cı ildə hərbi xidmətdən qayıdandan sonra həmin birlikdə sürücü kimi əmək fəaliyyətini davam etdirmiş və Laçın rayonu işğal olunanadək, yəni 18 may 1992-ci il tarixədək orada işləmişdir. Laçın rayonu işğal olunandan sonra Kürdəmir rayonunun Şilyan kəndinə pənah gətirmiş, vəziyyəti acınacaqlı olduğundan onu “C.Cabbarlı” adına kolxoza malabaxan kimi işə qəbul etmişlər və 1997-ci ilin axırlarına kimi həmin kolxozda işləmişdir. 2020-ci ildə yaşa görə əmək pensiyası hüququ yarandığından Dövlət Sosial Müdafiə Fondunun 12 saylı Regional Ərazi İdarəsinə müraciət etmiş, lakin əmək kitabçasını təqdim edə bilmədiyindən, ona yaşa görə əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. Əmək kitabçası işğal zamanı yanaraq məhv olmuşdur. “C.Cabbarlı” adına kolxozun sənədləri isə Dövlət Arxivinə təhvil verilməmişdir.

5. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, o, 1969-cu ildə Laçın Kommunal Təsərrüfatında dülgər kimi işə başlamış və 1972-ci ildə həqiqi hərbi xidmətə getmişdir. Hərbi xidmətdən qayıtdıqdan sonra 1974-cü ildə yenidən Laçın Kommunal, Təsərrüfatında əmək fəaliyyətini davam etdirib, xx.xx.1992ci il tarixə kimi orada işləmişdir. O, Laçın Kommunal Təsərrüfatında işlədiyi müddətdə Ərizəçi Laçın rayon Avtonəqliyyat birliyində əvvəl fəhlə, sonra isə sürücü işlədiyini görmüşdür. xx.xx.1992-ci il tarixdə Laçın rayonu işğal olunandan sonra Səfiyar Gəfərov da ailə üzvləri ilə onlarla birlikdə məcburi köçkün kimi Kürdəmir rayonunun Şilyan kəndinə gəlib orada məskunlaşmışlar. Sonradan o, Şilyan kəndindən çıxıb Kürdəmir şərərindəki Peşə liseyinin binasına köçmüş, Səfiyar isə Şilyan kəndində qalıb “C.Cabbarlı” adına kolxozda işləmişdir.

6. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, o, 1984-1986-cı il və 1988-1997-ci illərdə Kürdəmir rayonunun keçmiş “C.Cabbarlı” adına kolxozunda Şiralıyev Şiralının başçılıq etdiyi pambıqçılıq briqadasında sıravi kolxozçu işləmişdir. O, kolxozda işlədiyi müddətdə kolxozun mal fermasına yem tədarü kü ilə bağlı işlərdə də iştirak etmiş və həmin vaxtlarda Ərizəçi kolxozun mal fermasında malabaxan işlədiyini görmüşdür.

7. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdiri ki, o, 1986-cı ildən kolxozların fəaliyyətinə xitam verilənə kimi Kürdəmir rayonunun keçmiş “C.Cabbarlı” adına kolxozunda mühasib vəzifəsində işləmişdir. Laçın rayonundan məcburi köçkün olan Ərizəçi Laçın rayonu işğal olunandan sonra 1992-ci ilin may ayında Şilyan kəndinə gələrək məskunlaşmış və həmin ilin may ayından da keçmiş “C.Cabbarlı” adına kolxozun mal fermasında malabaxan işinə qəbul olunub 1997-ci ilin axırına kimi fermada malabaxan işləmişdir. Kolxozların fəaliyyətinə xitam verildiynə görə 1997-ci ilin axırında Səfiyar da digər kolxoz üzvləri ilə birlikdə kolxoz üzvlüyün dən çıxmışlar. Ərizəçi keçmiş “C.Cabbarlı” adına kolxozun mal fermasında malabaxan işlədiyi müddətdə ferma müdirinin mühasibatlığa təqdim etdiyi işə davamiyyət cədvəlinə əsasən ona əmək haqqı yazılmış və əmək haqqı cədvəlinə əsasən ona əmək haqqı vermişdir. Sonradan kolxozun şəxsi heyətə dair sənədlərinin kimə təhvil verilməsindən heç bir məlumatı olmamışdır.

8. Kürdəmir Rayon Məhkəməsinin 2(041)-294/2022 saylı, 24 fevral 2022-ci il tarixli qətnaməsi (hakim Müseyib Bayramov) ərizə təmin edilmişdir.

9. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Ərizəçi 1955-ci ildə Laçın rayonunda anadan olmuşdur. 1971-ci ilin iyul ayında Laçın rayon Avtonəqliyyat birliyində fəhlə kimi əmək fəaliyyətinə başlamışdır. 1974-cü ilə kimi orda fəhlə, 1976-cı ildən, yəni hərbi xidmətdən qayıtdıqdan sonra is ə Laçın rayonu işğal olunan günə, xx.xx.1992-ci ilə kimi sürücü işləmişdir. 1992-ci ildə məcburi köçkün kimi Kürdəmir rayonunun Şilyan kəndinə köçərək həmin ildən keçmiş “C.Cabbarlı” adına kolxozun mal fermasında malabaxan kimi işə qəbul olunub 1997-ci ilin axırına kimi həmin kolxozun mal fermasında mərhum X3 ilə birlikdə malabaxan işləmişdir. Kolxozların fəaliyyətinə xitam verildiyinə görə kolxozdan işdən çıxmışdır. Əmək kitabçası Laçın rayonu işğal olunan zaman yanaraq məhv olmuş, “C.Cabbarlı” adına kolxozun sənədləri isə Dövlət arxivinə təhvil verilməmişdir.

10. Qeyd olunanları nəzərə alan məhkəmə ərizənin təmin edilməsi nəticəsinə gəlmişdir.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 38, 60-cı, Avropa Konvensiyasının 6-cı, Azərbaycan Res publikasının Əmək Məcəlləsinin 2.1, 13.1, 45-ci maddəsinin 1-ci, 48-ci maddəsinin 3-cü, 68-ci maddəsinin 1, 2-ci, 83-cü maddəsinin 1-ci, 154-cü maddəsinin 1-ci, 172-ci maddəsinin 1,2,4,5-ci hissələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 77.1, 78.1, 82.1, 88, 217.4, 308-ci, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1, 25-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

12. Qətnamədən maraqlı şəxs apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, ərizənin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birin ci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və qanunvericiliyin tələblərinə zidd qərar qəbul etmişdir. Belə ki, məhkəmə ərizəçinin 23 il 11 ay 17 gün işləməsi faktını təsdiq etmişdir. Belə ki, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 25 il sığorta stajı tələb olunur. Məhkəmə qaydasında təsdiq olunmuş illər yaşa görə əmək pensiyası üçün tələb olunan sığorta stajının yarısından çoxdur. Həmçinin məhkəmədə şahid qismində dindirilmiş Qorxmaz Xudiyev ərizəçi ilə eyni müəssisədə deyil, Laçın Kommunal Təsərrüfatı şöbəsində işləmişdir.

14. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1268/2022 saylı, 17 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Tale Kərimov (sədrlik edən və məruzəçi), Müşfiq Həsənov və Zeynal Zeynalov) apellyasiy a şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul olunaraq, ərizə qismən təmin edilmiş, Ərizəçi 21 aprel 1982-ci ildən 16 iyul 1990-cı il tarixədək “Azərittifaq” Laçın rayon İstehlak Cəmiyyətinin Təsərrüfat hesablı Avtoqarajında sürücü, 01 iyun 1992-ci ildən 30 dekabr 1997-ci il tarixədək Kürdəmir rayonu “C.Cabbarlı” adına kolxozda malabaxan işləməsindən ibarət hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi, ərizənin qalan hissələrdə təmin olunmaması qət edilmişdir.

15. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, ərizə ilə bağlı düzgün hüquqi nəticəyə gəlməmişdir.

16. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, ərizəçinin birinci instansiya məhkəməsinə sübut kimi təqdim etdiyi şahid Qorxmaz Xudiyevin ifadəsi sübut kimi qəbul oluna bilməz. Belə ki, sonuncu ərizəçi ilə eyni müəssisədə birlikdə işləməmişdir. Bundan başqa, ərizəçi həmin dövrdə 01 oktyabr 1973-cü ildən 15 fevral 1974-cü ilə kimi X17 Məktəbində avtomobil sürücüsü kursunu üçüncü dərəcəli sürücülük ixtisası üzrə oxuyaraq bitirmiş, 09 may 1974-cü ildə həqiqi hərbi xidmətə gedib 25 may 1976-cı ildə tərxis olunmuşdur. Bununla belə məhkəmə hesab etmişdir ki, ərizəçinin 21 aprel 1982- ci ildən başlayaraq 16 iyul 1990-cı il tarixədək olan dövr ərzində “Azərittifaq” Laçın rayon İstehlak Cəmiyyətinin Təsərrüfat hesablı Avtoqarajında sürücü işləməsi iş materiallarındakı yük avtomobillərinə dair yol qaimələrinin əsilləri ilə təsdiqini tapır. Həm çinin, ərizəçinin Laçın rayonundan məcburi köçkün düşəndən sonra məskunlaşdığı Kürdəmir rayonunun Şilyan kəndində “C.Cabbarlı” adına kolxozda 1997-ci ilin axırlarına kimi malabaxan işləməsi onunla eyni dövrdə həmin kolxozda işləyən şəxslərin şahid ifadələri ilə təsdiqini tapır.

17. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 38, 60-cı, Avropa Konvensiyasının 6-cı, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 80, 88, 307.2.11, 308, 385.1-ci maddələrinə və “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” xx.xx.2019-cu il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarının 13.1-ci bəndinə istinad etməklə ə saslandırmışdır. Kassasiya instansiyası məhkəməsində birinci icraat:

18. Maraqlı şəxs (Vəkil1) kassasiya şikayəti verərək, apelyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən araşdırılması üçün həmin məhkəməyə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmədə şahid qismində dindirilmiş X1 Kommunal Təsərrüfatı şöbəsində işlədiyini bildirmişdir. Lakin ərizəçi 1971-ci ilin iyul ayından xx.xx.1974-cü il tarixədək və xx.xx.1976-ci il tarixdən xx.xx.1992-ci ilədək Laçın rayonu Avtonəqliyyat Birliyində sürücü işlədiyini iddia edir. Qeyd olunanlara əsasən ərizəçi ilə şahid eyni müəssisədə işləmir. Ərizəçinin malabaxan işləməsi ilə bağlı da sənədlər arxivə təhvil verilmədiyindən sübut təqdim edilə bilməmiş, lakin hansı səbəbdən sənədlərinin olmamasını əsaslandıra bilməmişdir. Məhkəmə bu şahidin ifadəsini bir hissədə nəzərə almasa da, yol vərəqələrinin olması səbəbindən digər hissədə nəzərə almışdır. Bu halda isə həmin yol vərəqələrinin olması (maraqlıdır işğalla bağlı heç bir sənədi olmayan ərizəçi 1980-1990-cı illərə dair yol vərəqələrini necə və hansı şəraitdə əldə etmişdir) işə xüsusi icraat qaydasında baxılmasını mümkünsüz etməli idi. Pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Həmçinin, şahid ifadələrinə əsasən müəyyən olunan əmək stajı dövrü bu hal larda pensiya təyinatı üçün tələb olunan iş stajının yarısından artıq ola bilməz. Müəyyən edilmiş 15 il pensiya təyin edilməsi üçün də kifayət etmədiyindən yəni hüquqi nəticə doğurmadığından müəyyən edilməsi də yolverilməz idi. Belə ki, icraata xitam verilməli idi.

20. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-238/2023 saylı, 16 yanvar 2023-cü il tarixli qərarı (hakimlər Abiddin Hüseynov (sədrlik edən), Əhməd Nurməmmədov və Zaur Əliyev) ilə kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə - ərizənin təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

21. Kassasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələ ndirilən hissədə hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

22. Bundan başqa, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinin əsasən apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etdiyini nəzərə alaraq və hüquq normalarının tətbiqinə dair apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşaraq bildirmişdir ki, şikayətin digər dəlilləri tətbiq edilməli hüquq normalarına istinadla açıq-aşkar əsaslandırılmamışdır.

23. Kassasiya şikayətinin digər dəlilləri isə işin faktiki hal larının araşdırılması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır.

24. Eyni zamanda məhkəmə aktları ilə müəyyən edilmiş iş stajı müddətinin iddiaçıya pensiya təyin olunması üçün kifayət etmədiyi barədə kassasiya şikayətinin dəlili mülki məhkəmə icraatının araşdırma predmeti olmadığı üçün hazırkı qərarla həmin hala qiymət verilməsi mümkün deyildir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

25. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən həmçinin ərizəçi (vəkil X4) kassasiya şikayəti verərək qətnamənin ləğv edilərək ərizəsinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi 1971-1974-cü illərdə Laçın ray on Avtonəqliyyat birliyində fəhlə, 1976-cı ildən xx.xx.1982-ci il tarixədək və xx.xx.1990-cı il tarixdən xx.xx.1992-ci ilədək orada sürücü kimi işlədiyi dövrləri nəzərə almamışdır. Beləliklə, məhkəmə onun 24 il olan əmək stajından yalnız 13 ilini müəyyən etmişdir. Əgər, onun 24 il əmək stajı olması faktı təsdiq edilmiş olsa idi, hərbi xidmətdə olduğu dövrlər də nəzərə alınmaqla onun ümumi stajı 26 il olacaqdı ki, bu da qanunvericilikdə müəyyən edilmiş 25 il əmək stajından artıq olduğundan ona yaşa görə əmək pensiyası təyin ediləcəkdi. Həmçinin, onun 21 aprel 1982-ci il tarixdən 16 iyul 1990-cı il tarixədək sürücü işləməyi iş materiallarının 20-27-ci vərəqlərində yer alan yük avtomobillərinə dair yol qaimələri ilə təsdiq olunur. Bununla bağlı ərizəçi bildirmişdir ki, həmin yol vərəqələri on da təsadüfən qalmışdır. Digər tərəfdən, əgər həmin yol vərəqələri onda təsadüfən qalmasa idi, məhkəmə həmin dövrləri də nəzərə almayacaqdı.

27. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şahid Qorxmaz Xudiyevin ifadəsini ona görə sübut kimi qəbul etməmişdir ki, o, ərizəçi ilə eyni müəssisədə işləmişdir. Halbuki, qanunvericilikdə bu əsasla şahid ifadəsinin sübut kimi qəbul edilməsinin yolverilməzliyi barədə heç bir müddəa yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 104.4-cü maddəsində şahid qismində dindirilə bilməyən şəxslərin xüsusi dairəsi göstərilmişdir ki, Qorxmaz Xudiyev də həmin dairənin əhatəsinə düşmür. İşğaldan əvvəl Laçın rayonunun əhalisinin çoxu bir-birini tanıdığı kimi, işlədikləri müəssisələr yaxın olduğundan sözügedən şahidlə ərizəçi də bir-birini tan ıyırdı. Məhkəmənin mövqeyindən isə aydın olur ki, yalnız eyni müəssisədə işləyən şəxslər bir-birinə münasibətdə şahid ola bilərlər. Qanunvericilikdə isə belə bir tələb yoxdur. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

28. Maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 12 saylı Regional Ərazi İdarəsi kassasiya şikayətinə qarşı etiraz verərək, ərizəçi tərəfindən verilmiş kassasiya şikyətində qeyd olunan dəlillərin əsassız olduğunu qeyd etmiş, kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onla rdan istifadə etməlidir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

32. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

33. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

34. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

35. Maddə 305.1.1. Məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxı r.

36. Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.

37. Maddə 307.2.11. Məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır.

38. Maddə

308. Məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

39. Maddə 310.1. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir..

40. Ma ddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

42. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

43. Maddə 417. 1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

44. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı Qərarı

45. Bənd

13. Məhkəmələr nəzərə alsınlar ki, məhkəmə qaydasında müəyyən edilən hüquqi əhəmiyyətli faktların siyahısı qanunla məhdudlaşdırılmamışdır. Azərbaycan Respublikası MPM-in 307. 2.11-ci maddəsində qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi də nəzərdə tutulmuşdur. Belə faktlar müəyyənləşdirilərkən müvafiq olaraq həmin münasibətləri tənzimləyən qanunvericilik normalarına ciddi riayət edilməsi və belə faktların məhkəmədən kənar qaydada nizamlanmasını nəzərdə tutan şərtlərə əməl edilibedilməməsi sübutlarla təsdiq olunmalıdır.

46. Bənd. 13.1. Nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edə n orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələblərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa et mək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. Kassasiya baxışının hədləri:

47. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

48. Hazırkı kassasiya şikayətində qətnamə ərizənin təmin edilmədiyi hissədə qismən mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə qismən yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

50. Məhkəmə kolegiyası qeyd etməyi zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin sübutetmə ilə bağlı ümumi prinsipinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Heç şübhəsiz ki, subyekt tərkibinə və hüquqi təbiətinə görə iddia icraatından ciddi fərqlənən xüsusi icraatda bu prinsip eyni qaydada tətbiq oluna bilməz.

51. Lakin hüquqi faktın müəyyən olunması barədə işlər üzrə ərizəçilər də tanınmasını tələb etdikləri hüquqi faktların mövcudluğu barədə mübahisəsiz, ziddiyyətsiz və yetərli sübutları məhkəməyə təqdim etməli, belə sübutları müstəqil qaydada əldə edə bilmədikdə isə bununla bağlı məhkəməyə vəsatət verməlidirlər. Belə sübutlar mübahisəli, ziddiyyətli və yetərli olmadığı halda məhkəmələrin həmin ərizələri təmin etməməsi prosessual hüquq normalarının pozuntusu kimi qiymətləndirilə bilməz.

52. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsin də təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. 53. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Alı Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 №-li Qərarının 3.1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 217.4-cü və 217.5-ci maddələrində təsbit edilmiş bilavasitəlik prinsipi nəzərə alınmaqla, qətnamə yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxıldıqda isə yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmalıdır.

54. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məs ələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəli llər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

55. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

56. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apel lyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

57. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

58. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

59. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Ərizəçi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1268/2022 saylı, 17 avqust 2022-ci il tarixli qətnaməsi də yişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar