Məhkəmə qərarları › İş №2(102)-2079/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2079/2020

08.06.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2079/2020 08.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçının nümayəndəsi, vəkil xxx qızının iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “istifadə hüququna xitam verilməsi və əmlakların evdən çıxarılması” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(106)2980/2019 nömrəli qətnaməsindən iddiaçının nümayən dəsi, vəkil xxx qızı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin iddiaçının mülkiyyətində olan ünvan 1 otaqdan ibarət 58 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsi və cavabdehlərə məxsus 1 ədəd şifoner, 1 ədəd taxt və 1 ədəd trumodan ibarət əmlaklarının mülkiyyətində olan evdən çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edilmişdir. Şirvan Şəhər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(032)-778/2019 nömrəli qətnaməsi ilə (hаkim Z.M.Əliyev) iddia təmin edilməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 201 9-cu il tarixli, 2(106)-2980/2019 nömrəli qətnaməsi ilə (hakimlər Z.B.Babayev - sədrlik edən və məruzəçi, N.F.Mirzəyev və Q.B.Kərimov) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şirvan Şəhər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(032)-778/2019 nömrəli qətnaməsi iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlamışdır. İddiaçı etibarnamə əsasında nümayəndəsi, vəkil xxx qızı kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(106)-2980/2019 nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, ONA ETİRAZ, TƏRƏFLƏRİN İŞTİRAKİ VƏ İZAHATLARİ: Kassasiya şikayəti onunla əsaslandırılmış dır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə çıxarılmışdır. Cavabdehlərin mübahisələndirilən mənzilə köçürülməsi barədə məhkəmə qətnaməsi qəbul edilsə də, onların icra yerinə gəlməməsi nəticəsində icra sənədinin icrası mümkün olmamışdır. Cavabdehlərin iddiaçının mülkiyyətində olan mübahisəli mənzildə yaşamağa ehtiyacları yoxdur. Məhkəmə iclasında İddiaçı etibarnamə əsasında nümayəndəsi, vəkil xxx qızı kassasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4, habelə vəkilləri məhkəməyə gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegi yası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələr ək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İş üzrə məhkəmələr tərəfindən müəyyən olunmuş hallara əsasən ünvan 2 saylı mənzili xx xxxx 2017-ci il tarixdən İddiaçı xüsusi mülkiyyətindədir. Cavabdeh1, Cavabdeh2, X2 və Cavabdeh4 hazırda həmin ünvanında qeydiyyatdadırlar. Şirvan Şəhər Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 və Cavabdeh1, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli qətnaməsi il ə isə Cavabdeh4 ünvan 3 saylı mənzilinə köçürülməsi qət edilmişdir. İş materiallarında olan Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin rəisi İ.Sadıxov tərəfindən ünvan 4 saylı binanın sakinləri X3, X4, X1 iştirakı ilə tərtib edilmiş xx xxxxxx 2018-ci il tarixli aktdan görünür ki, ünvan 2-də 2017-ci ilin sentyabr ayından hal-hazıra kimi heç kim yaşamır. İş üzrə Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin böyük icra məmuru xxx tərəfindən qəbul edilmiş “İcra edilməyən və qismən icra edilən icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında” xx xxxxxx 2019-cu il tarixli qərarının surəti ilə həmçinin müəyyən olunmuşdur ki, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli, 2(106)-2478/201 7 nömrəli icra sənədi “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.5-ci maddəsinə əsasən Şirvan Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 26 və 60-cı maddədərinə, Mülki Prosessual Məcəllənin 4.1, 77.1, 14.2, 88 və 217.4-cü maddələrinə, Avropa İnsan Hüquqları Məhkəməsinin presedent qərarlarına istinad edərək belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsinin İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “istifadə hüququna xitam verilməsi və əmlakların evdən çıxarılması tələbinə dair” iddiasının təmin edilməməsi barədə gəlmiş olduğu nəticə qanuni və əsaslı olmuşdur. İddiaçının apelyasiya şikayəti isə formal mülahizələrdən ibarət olmuşdur. Məhkəmə həmçinin hesab etmişdir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 İddiaçı ilə qohumluq münasibətində olduqlarından, Cavabdeh3 isə iddiaçının ailə üzvü olmadığından və mübahisəli mənzildən köçərək digər yerdə yaşaması barədə, eləcə də Cavabdeh4 başqa yaşayış sahədə yaşaması barədə iddiaçı tərəfindən hər hansı mötəbər sübut təqdim edilmədiyindən iddia tələbi düzgün olaraq təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi mövqeyini “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2001-ci il tarixli qərarına istinad edərək, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələri ilə, sonradan isə Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcə lləsinin 228.5-ci maddəsinin və Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” xx xxxxxxx 2013-cü il tarixli qərarına istinad edərək, 2009-cu il oktyabrın 1-dən sonra qüvvəyə minmiş Mənzil Məcəlləsinin 30.1 və 30.4-cü maddələri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisəyə Konstitusiya Məhkəməsinin müxtəlif qərarlarına istinad edib, hazırki mübahisəyə həm Mülki Məcəlləsinin, həm də qüvvədə olan Mənzil Məcəlləsinin normalarını tətbiq etmiş, lakin həmin maddələrin hazırki iş üzrə müəyyən olunmuş hallarla əlaqəli şəkildə əsaslandırmamış, yalnız cavabdehlərdən Cavabdeh1, Cavabdeh2 və xxxun iddiaçı ilə qohumluq münasibətlərində olması, Cavabdeh3 isə mübahisəli mənzildən köçərək başqa ünvanda yaşaması barədə sübutların təqd im edilməməsinə istinad etmişdir. Kollegiya qeyd edir ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Belə ki, Azərbaycan Respublikasının MPM-in 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barədə məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. Eyni hüquqi mövqe “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 4 saylı qərarında da təsbit edilib göstərilmişdir. Qanun vericiliyə görə işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktların tədqiq, həm də mübahisənin düzgün həllinə təsir edən digər hallar araşdırılmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddəsinin İİ hissəsi) təsbit olunmuşdur. Məhkəmə kollegiyası qeyd etdiyi kimi aşağı instansiya məhkəmələrində təqdim olunmuş sübutlarla müəyyən olunmuşdur ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Şirvan Şəhər Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsi ilə, Cavabdeh4 isə Şirvan Apellyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə mübahisələndirilən mənzilə köçürülməsi qət edilsə də, həmin qətnamələr üzrə verilmiş icra vərəqələri tələbkarların icra sənədinin icrasına mane olmaları əsası ilə məhkəməyə qaytarılmışdır. Belə ki, iş materiallarında olan Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin böyük icra məmuru xxxun xx xxxxxx 2019-cu il tarixli qərarı ilə tələbkarın nümayəndəsi xxx və tələbkar Cavabdeh1 şöbəyə ərizə ilə müraciət edərək, icra sənədində göstərilən ünvana hələ ki, köçmək istəmədiklərini bildirmişlər. Cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzildə faktiki yaşamamaları iş materialların da olan aktla da təsdiq olunmuşdur. Həmçinin nəzərə alınmalıdır ki, iş üzrə cavabdehlərə məhkəmə bildirişləri onların qediyyatda olduqları və mübahisə predmeti olan ünvan 2 ünvanına deyil, ünvan 2 və ünvan 4göndərilmişdir. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol veril ə bilər. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” xx xxxxxx 2012-ci il tarixli Qərarında və bir neçə sonrakı qərarlarda göstərilmişdir ki,... konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul edilən qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Res publikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələblərini rədd edən məhkəmələr Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarlarında irəli sürülmüş m övqeyi nəzərə almamış, cavabdehlərin mübahisələndirilən mənzilə köçürülməsinə dair məhkəmə aktlarının qanuni qüvvəyə minsə də, sonuncuların tələbkar olaraq icra sənədinin icrasından mane olmaları səbəbləri araşdırılmamış, o cümlədən icra işi alınaraq öyrənilməmiş, cavabdehlərin məhkəmə proseslərinin vaxtı və yeri barədə məlumatlandırılmalarına baxmayaraq onların məhkəmələrə gəlməkdən yayınmaları nəzərə alınmamışdır. Halbuki, cavabdehlərin mənzilə köçürülmələri məhkəmə qərarı ilə həyata keçirilsə də, onların həmin mənzildən istifadə etmək hüquqları mütləq hüquq olmayıb, daimi və şərtsiz olaraq iddiaçının mülkiyyət hüququnun məhdudlaşdırılmasına səbəb ola bilməz. Beləliklə də, kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi Azərbaycan R espublikası Konstitusiya Məhkəməsinin Qərarlarında qeyd edilən tələblərə cavab vermir. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, o cümlədən cavabdehlərin mənzildən istifadə hüquqlarını həyata keçirilməmələrinin səbəblərini dəqiq və hərtərəfli aydınlaşdırmamış, məhkəmə aktını əsaslandırmamış, bununla da maddi və prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəlləsinin 417.1.3-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən: apellyasiya instansiyası məhkəməsi nin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi isə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəm ə kollegiyası QƏRARA ALDİ: İddiaçı nümayəndəsi, vəkil xxx qızı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(106)-2980/2019 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Elşad Şamayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar