Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-208/2024 01.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı QƏRARİ İş № 2(102)-208/2024 (Açar sözlər: mənzil hüququndan habelə əmlakdan istifadə, sahiblik mülkiyyət hüququnun müdafiəsindən irəli gələn mübahisələr, evə köçürülmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Xıdırov Əhliman Mehman oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürmə tələbinə dair” Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4687/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 01 fevral 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-14462/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5432/2018 saylı iş üzrə 11 dekabr 2018-ci il tarixli qətnaməsi ləğv olunmuş və iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia təmin olunmuş, Bakı şəhəri, Yasamal rayonu, M.F.Axundov küçəsi 3 nömrəli evin 28 nömrəli mənzilinə dair Bakı şəhəri 31 saylı notariat kontoru tərəfindən Cavabdeh verilmiş xx.xx.2018-ci il tarixli, reyestrdə 2v-15 nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, onun əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfi ndən Cavabdeh adına verilmiş xx.xx.2018-ci il tarixli çıxarış, Cavabdeh ilə X2 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, reyestrdə 4Ə-152 nömrə ilə qeydə alınmış alqı-satqı müqaviləsi, habelə həmin mənzil barəsində daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh və X1 adına aparılmış qeydiyyatlar etibarsız hesab edilmiş və reyestr qeydi əvvəlki vəziyyətinə qaytarılmış, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, M.F.Axundov küçəsi 3 nömrəli evin 28 nömrəli mənzili üzərində 1/3 (üçdə bir) payına dair vərəsəlik şəhadətnaməsinin verilməsi vəzifəsi Bakı şəhəri 31 saylı notariat kontorunun üzərinə qoyulmuşdur. 2. xx.xx.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətinə əsasən, xx.xx.2018-ci il tarixdə vəfat etmiş X6 vərəsəsi - İddiaçı miras əmlakdan 1/3 hissədə pay almalıd ır. Şəhadətnamə verilən miras əmlak Bakı şəhəri, Yasamal rayonu, X13 küçəsi, ev 3 mənzil 28 ünvanında yerləşən ümumi sahəsi 71 kv.m., yaşayış sahəsi 61 kv.m. olan mənzildən ibarətdir.
3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş çıxarışın surətinə əsasən, Bakı şəhəri, Yasamal rayonu, X13 küçəsi, ev 3 mənzil 28 paylı mülkiyyət hüququ üzrə 1/3 hissə üzrə İddiaçı adına ********** saylı qeydiyyat nömrəsi ilə, 2/3 hissə üzrə Cavabdeh adına ********** saylı qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
4. İddiaçı Cavabdeh qarşı “mənzilə köçürmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ünvan 2 ünvanında yerləşən mənzilə köçürülməsinə dair müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, onlar cavabdehlə doğma bacı olmaqla yanaşı mərhum X6 vərəsələridirlər. Ataları vəfat etdikdən sonra Bakı şəhəri, Yasamal rayonu, X13 küçəsi, ev 3, mənzil 28 ünvanında yerləşən mənzil qanun üzrə vərəsəlik qaydasında iddiaçı, cavabdeh və eyni zamanda iddiaçı ilə cavabdehin qardaşı olan ilə X7 miras qalmışdır. Vərəsəlik işi zamanı qardaş- X12 öz payından Cavabdeh xeyrinə imtina etmişdir. Cavabdeh miras kütləsi olan həmin mənzildən iddiaçıya qanun üzrə vərəsəlik qaydasında payın düşməməsi üçün bütün vasitələrə əl atsa da, o, öz niyyətinə nail ola bilməmiş və uzun sürən məhkəmə çəkişmələri nəticəsində hazırda öz qanuni qüvvəsini alan məhkəmə qətnamələri ilə iddiaçı mərhum Elmar Qurbanovun birinci dərəcəli vərəsəsi kimi tanınaraq sözügedən miras əmlakından öz payını ala bilmişdir. Hazırda iddiaçı öz oğlunu evləndirmişdir, artıq nəvəsi də doğulmuşdur və o, oğlu və gəlini ilə bir evdə qalaraq onların yerini dar etmək istəmir və ona görə atasından ona miras qalmış və qanuni əsaslarla ona məxsus olan mənzilə - Yasamal rayonu, X13 küçəsi, ev 3 mənzil 28 ünvanında yerləşən mənzilə köçürülməsini tələb edir. Hazırki köçürülmə tələbinin məhkəmə zərurəti ondan irəli gəlir ki, iddiaçı cavabdeh kimi eynilə həmin mənzilə hüquq gözləntisi olduğu halda cavabdeh tərəfindən mənzilə buraxılmır. Ona görə sivil və qanunun tələblərinə uyğun şəkildə sözügedən mənzilə daxil olmaq, öz halal mülkündən istifadə etməyə nail olmaq üçün hazırki mübahisənin məhkəmə zərurəti qaçınılmazdır. Qeyd edilən hərəkətlər iddiaçının mülkiyyət hüquqlarının kobud şəkildə pozulmasına gətirib çıxarır.
6. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, mərhum atası X5 qalmış mirasın 2/3 hissəsi onun payıdır. Ev M.F.Axundov küçəsi, ev 3, mənzil 28 ünvanında yerləşir. İddiaçı ünvan 3da daimi yaşayır və bu mənzildə qeydiyyatı var. 2018-ci il tarixdən bu günə kimi onlar arzu olunmaz münasibətdədirlər və dəfələrlə iddiaçı onun ev telefonuna zəng vurur və hədələyir. Bir çox məsələlərə görə onunla birgə yaşamaqları təhlükəlidir. O, və qardaşı X12 onunla bu mənzildə qeydiyyatdadırlar və bu mənzildə daimi yaşayır və başqa yaşayış yerləri yoxdur. Mənzillərin otaql arı iç-içədir, mənzilin bir girişi var və bu mənzilin bölünməsi mümkün deyil. O, atası ilə son günlərinə qədər bir yaşayıb və onun qayğısına o qalıb. Evin 2/3 hissəsi onun payı olduğu üçün onun üstünlük hüququ var. AR Mülki Məcəllənin 1305-ci maddəsinə əsasən üstünlük hüququnu həyata keçirən vərəsələrin tələbi ilə məhkəmə kompensasiyanın həcmini nəzərə almaqla, ona 10 ildən çox olmayan müddətə möhlət verə bilər. O, dövlət işində işləyir və maaşına uyğun iddiaçının 1/3 payına düşən pul kompensasiyasını 10 il ərzində ödəmək üçün ona möhlət verilməsini xahiş etmişdir.
7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 fevral 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı ünvan 4 ünvanında yerləşən mənzilə köçürülməsi qət edilmişdir.(hakim Toğrul Axundov)
8. Birinci instansiya məhkəmə si mövqeyini belə əsaslandırmışdır ki, işin halları ilə iddiaçının köçürülməsini xahiş etdiyi mənzil, məhz mərhum X8 məxsus olmuş və vərəsəlik üzrə 1/3 hissə üzrə İddiaçı, 1/3 hissə üzrə Cavabdeh və 1/3 hissə üzrə X7 məxsus hissələr olması müəyyən edilmişdir. Vərəsəlik işi zamanı qardaşı - X12 öz payından Cavabdeh xeyrinə imtina etmişdir. Buna görə də, mənzilin 2/3 hissəsi üzrə Cavabdeh məxsus olması müəyyən edilmişdir. Hal-hazırda Bakı şəhəri, Yasamal rayonu, X13 küçəsi, ev 3, mənzil 28 saylı ünvanın mülkiyyətçiləri 1/3 hissə üzrə İddiaçı və 2/3 hissə üzrə Cavabdehdır. Məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, X13 küçəsi, ev 3, mənzil 28 ünvanında yerləşən mənzilə köçürülməlidir.
9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 43cü maddələrinə; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 153.4-cü maddələrinə; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 106.1, 217.4-cü maddələrinə istinadla əsaslandırılmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat
10. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin tam ləğv edilməsini, iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Cavabdeh apellyasiya şikayətində bildirmişdir ki, məhkəmə tərəfindən iş üzrə əhəmiyyət kəsb edən çox mühüm diqqətəlayiq hallar nəzərə alınmamış, maddi və prosessual pozuntulara yol verilmişdir. Nəticədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. O qeyd edir ki, evin şəraiti imkan vermir ki, kənar 3-cü şəxs həmin evdə yaşasın. Çünki 1 giriş qapı sı, 1 mətbəxi, və 1 sanitar qovşağı olan evdə üçüncü şəxslə birgə, üstəlik də psixoloji gərginliyi olan şəxslə yaşamaq qeyri-mümkündür. Məhkəmə isə işin bu diqqətəlayiq hallarını hərtərəfli və ən əsası obyektiv şəkildə araşdırmamışdır.
12. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, X3 və və X4) 2(103)-4687/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 fevral 2023-cü il tarixli, 2(004)- 445/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
13. Kollegiya qeyd etmişdir ki, apellyasiya şikayətinin dəlilləri də iddiaya olan etirazın dəlilləri ilə demək olar ki, eynilik təşkil etsə də, apellyator şikayətində qətnamənin kompensasiya veri lməsi dəlilinə deyil, 1 giriş qapısı, 1 mətbəxi, və 1 sanitar qovşağı olan evdə kənar 3-cü şəxslə, birgə üstəlik də psixoloji gərginliyi olan şəxslə yaşamağın çox çətin və hətta qeyri-mümkünlüyünə qiymət verilməməsini vurğulamışdır. Məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdehin-iddiaçının məhkəmə tərəfindən mübahisəli mənzildə yaşamalarının mümkün olub-olmamasının müəyyən edilməməsi dəlili, hazırki tələbin əsassız olması anlamına gəlmir. Belə ki, iddiaçının mübahisəli mənzildə pay hüquqları tanınmaqla dövlət qeydiyyatına alınmışdır və belə olan halda iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuş və birinci instansiya məhkəməsi də öz növbəsində iddianı təmin edərkən iddiaçını qanunla tanınan və qorunan mülkiyyət hüquqlarının olmasına düzgün istinad edərək onun paylı mülkiyyəti olan ünvanına köçürülməsini qət etmişdir.
14. Məhkəmə kollegiyası apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsinə istinad edərək iddia tələbini rədd edilməli olduğu halda bunu etməyərək maddi hüquq pozuntusuna yol verilməsi kimi dəlilini tam əsassız saymışdır. Belə ki, birinci instansiya məhkəməsinin qeyd etdiyi kimi, iddiaçının pay hüququnun dövlət qeydiyyatına alınaraq onun müvafiq mənzilə xüsusi mülkiyyət hüququ müəyyən edilmişdir. Başqa sözlə, o da cavabdeh kimi mübahisəli evdə mülkiyyət payına malikdir və cavabdeh tərəfindən onun öz mülkiyyətindən sərbəst, rahat və maneəsiz istifadə edilməsinə şərait yaradılmadığı üçün hazırki iddia əsasında məhkəmə müdafiəsi hüququndan istifadə etməsi heç bir halda hüq uqdan sui-istifadə kimi qiymətləndirilmir və qiymətləndirilə də bilməz. Həmçinin paylı mülkiyyətçinin payı olduğu mülkiyyətə köçürülməsi digər paylı mülkiyyətçinin qanunla tanınan və qorunan mülkiyyət hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz.
15. Payı artıq olan cavabdehin ona münasibətdə payı az olan iddiaçı ilə birgə yaşamalarının qeyri-mümkünlüyü ilə bağlı apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası hesab etmişdir ki, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir.
16. Beləliklə, məhkəmə kollegiyası hesab etmişdir ki, mübahisəli evdə cavabdeh kimi iddiaçının da pay hüququ olduğunda n cavabdehin həmin evdən istifadə etməklə ondan faydalandığı kimi, iddiaçının da bu hüququ realizə etməsi məqsədə müvafiq olması barədə birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlmişdir
17. Kollegiya öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Konstitusiyasının 43, Mülki Məcəllənin 152.1, 152.5, 157.2, 157.4, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4687/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin tam ləğv edilməsi və işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi haqqında qərar çıxarılmasını xahiş etmişdir.
19. Kassator kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, iddiaçı mənzilə köçürülmə tələbi ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə zamanı da öz etirazlarını bildirməyinə baxmayaraq, məhkəmə iddiaçının xeyrinə qətnamə qəbul etmişdir. Lakin qətnamədə iddiaçının mənzilin hansı hissəsinə köçürülməsi qeyd edilməmişdir. Bu səbəbdən də həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Eyni zamanda, mübahisə predmeti olan mənzilin paylara uyğun olaraq naturada bölgüsünə, bu mümkün olmadıqda, açıq hərracda satılaraq paylara uyğun olaraq pulun bölünməsi tələbi ilə Yasamal Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. İş hal-hazırda da Yasamal Rayon Məhkəməsinin hakimi Vahid Hacıyevin icraatındadır. Həmin iş üzrə hər iki tərəfin iştirakı ilə xx.xx.2023-cü il tarixdə məhkəmə tikinti-texniki (inşaat) ekspertizası keçirilmiş və müvafiq ekspert rəyi məhkəməyə təqdim ediləcəkdir. Apellyasiya Məhkəməsində proses zamanı ərizə ilə müraciətində bildirmişdir ki, eyni məzmunlu iş Yasamal Rayon Məhkəməsinin icraatında olduğu üçün işi dayandırsınlar. Lakin məhkəmə tərəfindən ərizə nəzərə alınmamışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən apellyasiya şikayəti təmin edilmədən, qətnamə isə dəyişdirilmədən saxlanılmışdır. O bildirmişdir ki hazırda sözügedən mənzildə qardaşı ilə birgə yaşayır. Mənzilin ümumi sahəsi 71 kv.m, yaşayış sahəsi isə 61 kv.m ibarətdir. Bu o deməkdir ki, mənzilin 1 giriş qapısı, 1 mətbəxi və 1 sanitar qovşağı vardır. Mənzillərin otaqları iç-içədir, mənzilin bir girişi var və bu mənzilin bölünməsi mümkün deyil. Evin şəra iti imkan vermir ki, kənar 3-cü şəxs həmin evdə yaşasın. Çünki 1 giriş qapısı, 1 mətbəxi, və 1 sanitar qovşağı olan evdə üçüncü şəxslə birgə üstəlik də psixoloji gərginliyi olan şəxslə yaşamaq çox çətindir. Məhkəmə isə işin bu diqqətə layiq hallarını hərtərəfli və ən əsası obyektiv şəkildə araşdırmamışdır. Bundan əlavə mütəmadi olaraq cavabdeh İddiaçı tərəfindən ailədə gərgin psixoloji şəraitə gətirib çıxaran hərəkətlərə yol verilir. 2018-ci il tarixdən bu günə kimi onlar arzu olunmaz münasibətdəyik və dəfələrlə iddiaçı onun ev telefonuna zəng vurur və hədələyir. Bir çox məsələlərə görə onunla birgə yaşamaqları təhlükəlidir. O və qardaşı X12 ilə bu mənzildə qeydiyyatdadırlar və həmin mənzildə daimi yaşayırlar və başqa yaşayış yerləri yoxdur. O, atası ilə son günlərinə qədər bir yaşamış və onun qayğısına qalmışdır. İddiaçı iddia ərizəsində əsas gətirdikləri tamamilə uydurmadır. Evin 2/3 hissəsi onun payı olduğu üçün onun üstünlük hüququ var. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi
20. Maddə 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.
21. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şər tlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
22. Maddə 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir.
23. Maddə 215.4. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Madd ə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
27. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
28. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
29. Maddə 416.2. Apellyasiy a instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
30. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
31. Hazırki kassasiya şikayətində ca vabdeh məhkəmə aktını tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
33. Kollegiya qeyd edir ki, iddiaçının mübahisəli mənzildə pay hüquqları tanınmaqla dövlət qeydiyyatına alınmışdır və belə olan halda iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuş məhkəmələr də öz növbəsində iddianı təmin edərkən iddiaçını qanunla tanınan və qorunan mülkiyyət hüquqlarının olmasına düzgün istinad edərək onun paylı mülkiyyəti olan ünvanına köçürülməsini qət etmişdir.
34. Məhkəmə kollegiyası daha sonra hesab edir ki, paylı mülkiyyətçinin payı olduğu mülkiyyətə köçürülməsi digər paylı mülkiyyətçinin qanunla tanınan və qorunan mülkiyyət hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz. Həmçinin paylı mülkiyyətdən payın ayrılması tələbinə dair iddianın məhkəmədə baxılması həmin işə baxılıb yekun qərar icra olunanadək paylı mülkiyyətçinin ümumi əmlakdan istifadə hüquqlarını həyata keçirməyə maneə deyildir.
35. Kollegiya daha sonra bildirmişdir ki, payı artıq olan cavabdehin ona münasibətdə payı az olan iddiaçı ilə birgə yaşamalarının qeyri-mümkünlüyü ilə bağlı kassasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir
36. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterlidir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. 37. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə ə sasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
38. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yox dur.
39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.
40. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4687/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.