Məhkəmə qərarları › İş №2(102)-2080/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2080/2024

13.06.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2080/2024 13.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: gediş-gəliş yolunun açılması, eyni tərəflər, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “gediş-gəliş yolunun açılması və qanunsuz tikilinin sökülməsi” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-108/2023 nömrəli, 18 oktyabr 2023-cü il tarixli qətn aməsindən İddiaçı kassasiya şikayətinə 13 iyun 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********* nömrəli çıxarışa əsasən ünvan 1 ünvanda yerləşən mənzil İddiaçı xüsusi mülkiyyətindədir.

2. Tovuz Rayon Məhkəməsinin 18 dekabr 2018-ci il tarixli, 2(062)-2656/2018 nömrəli qətnaməsi ilə iddiaçı X2 Cavabdeh və X1 qarşı Qovlar şəhəri, Vağzal küçəsi, ev 56, mənzil 1 saylı evdən çıxarılma və qanunsuz müdaxiləyə son qoyulması tələbinə dair iddiası təmin edilməmişdir.

3. Tovuz Rayon Məhkəməsinin 12 iyun 2019-cu il tarixli 2(062)-1189/2019 saylı qətnaməsi ilə X2 Cavabdeh və X1 qarşı yolun açılması və qanunsuz müdaxiləyə son qoyulması tələbinə dair iddiası təmin edilməmişdir.

4. Gəncə Apellyasiya Məhkəməsinin 18 noyabr 2019-cu il tarixli, 2(104)-3953/2019 nömrəli qətnaməsi ilə Tovuz Rayon Məhkəməsinin 12 iyun 2019-cu il tarixli 2(062)1189/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı (bundan sonra “iddiaçı”) iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, ona məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə gediş-gəliş yolunun (həm maşın, həm piyada üçün nəzərdə tutulan yol) açılmasına və həmin yolda tikilən qanunsuz tikilinin Cavabdeh (bundan sonra “cavabdeh”) vəsaiti hesabına sökülməsin ə dair qətnamə çıxarılmasını xahiş etmişdir

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Tovuz rayonu, Qovlar şəhəri, Vağzal küçəsi, ev 56, mənzil 1 iddiaçının xüsusi mülkiyyətindədir. Hazırda iddiaçı mülkiyyətinə gedib-gələ bilmir. Buna səbəb plan-xəritə üzrə verilmiş yolun cavabdehin özbaşına qanunsuz bağlaması və zəbt etməsidir. Cavabdeh yolu bağlayıb, bu səbəbdən iddiaçı avtomobili bağ yolunda saxlayıb getmək məcburiyyətindədir. Həmçinin, cavabdeh gedişgəliş yolunda qanunsuz tikinti də (hazırda qanunsuz olaraq çayçı kimi istifadə edir) inşa edib.

7. Cavabdeh məhkəmədə iddiaya etiraz olaraq göstərmişdir ki, iddiaçının mənzilinə eni 5,70 metr olan yol var və onun mənzilinə gedən yol tutulmamışdır. Hətta bu barədə qanuni qüvvədə məhkəmə qərarları var. Həmin mənzilin əvvəlki mülkiyyətçisi olmuş qardaşı oğlu Kamil Bağırov ona qarşı iddia qaldırmış, iddiası təmin edilməmişdir.

8. İddiaçı iş üzrə ekspertiza təyin edilməsini xahiş etmiş, birinci instansiya məhkəməsi ekspertiza keçirilməsinə əsas görməmiş, işin baxılmasını ləngitmək məqsədilə verilməsi əsası ilə həmin vəsatəti təmin etməmişdir.

9. Tovuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(062)-2073/2023 nömrəli qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir. (hakim Qafil Baxşıyev)

10. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər qonşudurlar. Tovuz rayonu, Qovlar şəhəri, Vağzal küçəsi, ev 56, 1 nömrəli mənzil daşınmaz əmlakın dövlət reyestrində 2021-ci il 11 may tarixdə daşınmaz əmlakın reyestr nömrəsi **********4005101-093002 saylı çıxarışla iddiaçının adına qeydiyyata alınmışdır. Cavabdeh iddia çının mənzili üçün nəzərdə tutulan gediş-gəliş yolunun eni 5,70 metr olduğunu və həmin yolu tutmadığını göstərmiş, iddiaçı cavabdehin həmin izahatını mübahisələndirməmişdir. Bundan başqa müəyyən edilmişdir ki, hazırkı iddia üzrə tərəflər dəyişsə də, iddia predmeti üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri var. Belə ki, Tovuz Rayon Məhkəməsinin 12 iyun 2019-cu il tarixli qətnaməsi ilə hazırkı mülki iş üzrə yolun açılması tələbi təmin edilməmişdir. Həm 12 iyun 2019-cu il tarixli qətnamədə göstərilən yol və həm də hazırkı iddia üzrə iddia tələbinin yolun açılması hissəsi eyni predmetdir. Bundan başqa, iddia tələbinin yolda tikilən qanunsuz tikilinin sökülməsi tələbinə dair Tovuz Rayon Məhkəməsinin 18 dekabr 2018-ci il tarixli qətnaməsi var. Əvvəlki iş üzrə iddiaçı Kamil Bağırov həmin tik ilidən, yəni evdən çıxarılma tələbinə dair iddia qaldırmış sözügedən qətnamə ilə iddia təmin olunmamışdır. Hazırkı iddia tələbində göstərilən qanunsuz tikili ilə 18 dekabr 2018-ci il tarixli qətnamədə göstərilən ev hər iki iş üzrə eyni predmetdir.

11. Birinci instansiya məhkəməsi sübut etmişdir ki, iddia tələbinin hər iki hissəsi üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi var. Həmin qətnamələrdə göstərilən hallar əvvəlki mülki işdə sübut olunduğundan hazırkı iş üzrə sübuta ehtiyac yoxdur.

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 82.3-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın təmin edilməsi barəd ə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, onun mülkiyyətində olan daşınmaz əmlaka qarşı gediş-gəliş yolunun (həm piyada, həm də maşın üçün nəzərdə tutulan yolun) açılması və qanunsuz tikilinin cavabdehin vəsaiti hesabına sökülməsi tələbi əvvəllər həmin işə qəbul edilmiş qətnaməyə əsaslanaraq təmin edilməmişdir. Onun iddia tələbi əvvəllər məhkəmə qətnaməsi olduğu üçün təmin edilmir. İddiaçı nə 2018-ci, nə də 2019-cu illərdə məhkəmə iclaslarında tərəf olmayıb. Tovuz Rayon Məhkəməsinin 18 dekabr 2018-ci il tarixli, 2(062)2656/2018 nömrəli qətnaməsi iddiaçıya təqdim edilmir, həmin qətnamədə hansı sübutlara istinad edilməsindən iddiaçının məlumatı yoxdur.

15. Apellyasiya baxışında iddiaçı vəsatət verərək, Tovuz Rayon Məhkəməsinin 18 dekabr 2018-ci il tarixli, 2(062)-2656/2018 nömrəli qətnaməsindən maraqlarına toxunan şəxs kimi apellyasiya şikayəti verdiyi üçün işin icraatın dayandırılmasını xahiş etmişdir.

16. Apellyasiya baxışında qeyd edilən əsasla işin icraatı dayandırılmışdır.

17. Tovuz Rayon Məhkəməsinin 14 iyun 2022-ci il tarixli qərardadı ilə iddiaçının Tovuz Rayon Məhkəməsinin 18 dekabr 2018-ci il tarixli, 2(062)-2656/2018 nömrəli qətnaməsindən apellyasiya şikayəti, həmin qətnamənin iddiaçının marağına toxunmaması əsası ilə geri qaytarılmışdır.

18. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-2349/2022 nömrəli, 2022-ci il 25 avqust tarixli qərardadı ilə iddiaçının şikayəti təmin edilməmiş, Tovuz Rayon Məhkəməsinin 14 iyun 2022-ci il tarixli qərdadadı eyni əsaslarla dəyişdirilmədən saxlanılmışdır.

19. Bundan sonra işin icraatı təzələnmişdir.

20. İddiaçı yenidən icraatın dayandırılması barədə ərizə verərək, vəsatətini cavabdehin adına aparılmış reyestr qeydinin inzibati məhkəmə icraatı qaydasında mübahisələndirməsi ilə əsaslandırmışdır.

21. Apellyasiya baxışında qeyd edilən əsasla işin icraatı yenidən dayandırılmışdır.

22. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-480/202 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Cavabdeh) daşınmaz əmlakın dövlət reyestri qeydinin ləğv edilməsi tələbinə dair iddiası təmin edilməmişdir.

23. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(104)-362/2023 nömrəli qərardadı ilə iddiaçının apelyasiya şikayəti qismən təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-480/202 nömrəli qərarı ləğv olunaraq, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Cavabdeh) daşınmaz əmlakın dövlət reyestri qeydinin ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmamışdır.

24. Bundan sonra işin icraatı təzələnmişdir.

25. Gəncə Apellyasiya Məhkəməsinin Mülki koll egiyasının 2(104)-108/2023 nömrəli, 18 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək, Tovuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(062)-2073/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Fikrət Mehtiyev (sədrlik edən və məruzəçi), Rəhman Muradov, İslam Həsənov)

26. Apellyasiya instansiyası məhkəmə qeyd etmişdir ki, işin hallarına görə xx.xx.2021-ci il tarixli, ********* nömrəli çıxarışla ünvan 1 ünvanda yerləşən mənzil iddiaçının xüsusi mülkiyyətindədir. Hazırda iddiaçı cavabdeh tərəfindən bağlanmış yolun açılmasını istəyir. Lakin Tovuz Rayon Məhkəməsinin 12 iyun 2019-cu il tarixli, 2(062)1189/2019 nömrəli qətnaməsi ilə X2 Cavabdeh və X1 qarşı yolun açılması və qanunsuz müdaxiləyə son qoyulması tələbinə dair iddiası təmin edilm əmişdir. Gəncə Apelyasiya Məhkəməsinin 18 noyabr 2019-cu il tarixli, 2(104)-3953/2019 nömrəli qətnaməsi ilə də Tovuz Rayon Məhkəməsinin 12 iyun 2019-cu il tarixli 2(062)-1189/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

27. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsində işin faktiki halları kimi müəyyən edilmişdir ki, iddiaçı (K.Bağırov) tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutlar məhkəməyə təqdim edilməməklə yanaşı, iddiaçının mübahisə etdiyi tikili dəmir yoluna məxsus olmaqla, icarə müqaviləsi əsasında cavabdehlər tərəfindən istifadə edilir. Belə olan vəziyyətdə cavabdehlər tərəfindən yolun zəbt edilməsindən və qanunsuz müdaxilədən söhbət belə gedə bilməz.

28. Başqa sözlə, apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında hazırda iddiaçı tərəfindən mülkiyyətində olan Tovuz rayonu, Qovlar qəsəbəsi, Vağzal küçəsi, ev 56 ünvanında yerləşən fərdi yaşayış evinə gediş-gəliş yolunun cavabdeh tərəfindən tutulması müəyyən edilməmişdir.

29. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, bu hal hazırkı iddiaya həlledici təsir edir. Çünki, MPM-nin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

30. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin iclasında cavabdeh iddiaçının mən zili üçün nəzərdə tutulan gediş-gəliş yolunun eni 5,70 metr olduğunu bildirmiş və həmin yolun tutulmadığını göstərmiş, iddiaçı isə cavabdehin həmin göstərdiyi halları mübahisələndirməmişdir. Hazırkı iddianın predmetinə aid edilən – ünvan 1 ünvanda yerləşən mənzilə gediş-gəliş yolunun cavabdeh tərəfindən bağlanması barədə faktların preyudisiallığı qanuni qüvvədə olan məhkəmə qərarı ilə müəyyən edilmişdir və həmin halın yenidən mübahisələndirilməsini mülki prosessual qanunvericilik tərəflərə (həmin işdə və hazırkı işdə olan şəxslərin subyekt tərkibi eyni olmuşdur) qadağan edir və həmin halın sübut edilməsinə ehtiyac qalmır.

31. Apellyasiya instansiyası məhkəməsi onu da vurğulamışdır ki, iddiaçı cavabdehin adına aparılmış xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli qeydin ləğv edilməsi barədə tələb irəli sürmüş, həmin tələb təmin edilməmiş və göstərilən qətnamə qanuni qüvvəsini almışdır.

32. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 152.1, 157.4, 170.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 82.3 və 233.3-cü maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

33. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

34. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə iddiaçının Azərbaycan Respublikası Konstitusiyası ilə qorunan hüquqları pozulmuşdur. Belə ki, iddiaçının mülkiyyətində olan daşınmaz əml aka qarşı gediş-gəliş yolunun (həm piyada, həm də maşın üçün nəzərdə tutulan yolun) açılması və qanunsuz tikilinin cavabdehin vəsaiti hesabına sökülməsi tələbi əvvəllər həmin işlə qanunsuz qəbul edilmiş və iddiaçıya məhkəmə iclası zamanı məlum olan qətnaməyə əsaslanaraq təmin edilməmişdir. Halbuki, həmin məhkəmə qətnaməsindən verdiyi apellyasiya şikayəti Tovuz Rayon Məhkəməsinin 14 iyun 2021-ci il tarixli qərardadı ilə geri qaytarılmış, həmin qərardad Gəncə Apellyasiya Məhkəməsinin 18 may 2022-ci tarixli qəradadı ilə dəyişdirilmədən saxlanılmışdır. Hər iki qərardadda həmin qətnamənin iddiaçının hüquqlarına toxunmadığı qeyd edilmişdir. Belə olan halda apellyasiya instansiyası məhkəməsinin həmin qətnamənin iddiaçının şikayətinə görə preyudisallığını əsas götürməsi tam əsassızdır. Apellyasi ya instansiyası məhkəməsi qətnaməsində Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 10 may 2023-cü il tarixli 21(104)-362/2023 nömrəli qərardadına da istinad edilmişdir. Məhz həmin işdə iddiaçı cavabdehin 03 noyabr 2021-ci il tarixli, ********** nömrəli qeydin ləğv edilməsinə dair iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edilmişdir. Həmin işə baxılıb qurtaranadək hazırkı işin icraatı dayandırılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 10 may 2023-cü il tarixli 2-1(104)-362/2023 nömrəli qərardadına əsasən iddiaçının həmin iddiası mümkün sayılmamışdır. Hazırkı işə baxılan zaman iddiaçı cavabdehlə bağlanmış 23 oktyabr 2008-ci il tarixli kirayə müqaviləsinin, həmin müqavilə əsasında verilmiş 26 oktyabr 2021-ci il tarixli 322 saylı Forma 2 arayışının və onların əsasında verilmiş 03 noyabr 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv olunması öhdəliyinin cavabdeh təşkilatların üzərilərinə vəzifə olaraq qoyulması tələbinə dair iddia tələbinin Gəncə İnzibati Məhkəməsinin icraatında olması barədə sms bildirişi məhkəmə kollegiyasına təqdim edərək, həmin işə baxılıb qurtaranadək işin icraatının dayandırılmasını xahiş etsə də, məhkəmə tərəfindən iş üzrə yekun məhkəmə aktı qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

35. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəz siz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyiş iklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.5 Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3, 259.0.8 və 259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

36. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş süb utlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

37. Kassasiya şikayətində iddiaçı apellyasiya məhkəməsinin qətnaməsini tam mübahisələndirib. Bu baxımdan, kollegiya qətnaməni tam yoxlayır.

38. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırkı şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Tovuz Rayon Məhkəməsinin 2(062)-1189/2019 nömrəli 12 iyun 2019-cu il tarixli və Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-3953/2019 nömrəli, 18 noyabr 2019-cu il tarixli qətnamələrinin hazırkı iş üzrə preyudisal əhəm iyyətli qərarlar olması əsası ilə iddianın rədd edilməli olması barədə gəldiyi nəticəni əsaslı hesab etmir.

40. Məhkəmə kollegiyası qeyd edir ki, işin hallarına görə ünvan 1 mənzilin keçmiş mülkiyyətçisi X3 həmin mənzilə gedən yolun açılması və yola qanunsuz müdaxiləyə son qoyulması barədə hazırkı iş üzrə cavabdehə qarşı iddia qaldırmış və onun iddiası Tovuz Rayon Məhkəməsinin 2(062)-1189/2019 nömrəli 12 iyun 2019-cu il tarixli və Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-3953/2019 nömrəli, 18 noyabr 2019-cu il tarixli qətnamələri ilə təmin edilməmişdir.

41. Hazırda ünvan 1 mənzilin indiki mülkiyyətçisi olan iddiaçı da (iddiaçı apellyasiya şikayətində mənzili 29 aprel 2021-ci il tarixdə alğı-satqı müqaviləsi ilə K.Bağırovdan satın almasını bildirmişdir) eyni predmet barəsində, eyni əsaslarla c avabdehə (eyni şəxsə) qarşı iddia vermişdir.

42. Mülki Prosessual Məcəllənin 261.0.2-ci maddəsinə görə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir.

43. Göründüyü kimi, prosessual qanunvericilik eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasını iş üzrə icraata xitam verilməsinin əsası kimi nəzərdə tutmuşdur.

44. Məhkəmə kollegiyasının mövqeyinə görə hazırkı işə Mülki Prosessual Məcəllənin 261.0.2-ci maddəsinə əsasən xitam verilmə lidir.

45. Belə ki, indiki iddiaçının əvvəllər belə iddiası olmasa da, eyni daşınmaz əmlakın əvvəlki mülkiyyətçisi K.Bağırov həmin daşınmaz əmlakla bağlı mənafelərinin müdafiəsi məqsədilə məhkəməyə eyni şəxsə qarşı, eyni predmet, eyni əsasla müraciət etmiş və onun iddiası daşınmaz əmlakla bağlı mənafeyinin pozulmaması əsası ilə təmin edilməmişdir. İşin hallarından görünür, K.Bağırovun iddiası rədd ediləndən sonra da mübahisədə adı keçən daşınmaz əmlakın istifadəsinə cavabdeh tərəfindən maneə ilə bağlı yeni hallar müəyyən edilməmiş, iddiaçı da hər hansı yeni hala istinad etməmişdir.

46. Başqa sözlə, ünvan 1 mənzilə gediş-gəliş yolunun bağlanmaması, həmin yolda inşa edilən tikilinin mənzilin gediş-gəliş yoluna maneə olmaması artıq qanuni qüvvəyə minmiş məhkəmə aktları təsdiq edilib.

47. Hazı rkı iddia da eyni predmet və eyni əsasla olmaqla ünvan 1 mənzilə gediş-gəliş yolunun açılması, həmin yolda inşa edilən tikilinin cavabdehin hesabına sökülməsi barədədir. Bu işdə mülkiyyətçinin fərqli şəxs olmasına baxmayaraq, məhkəmə kollegiyası hesab edir ki, iddia ünvan 1 mənzillə bağlı mənafedən irəli gələn tələb olduğu üçün, mülkiyyətçinin dəyişməsi iş üzrə iddiaçının başqa şəxs olması anlamına gəlmir. Çünki hər bir halda bu işdə iddia şəxsə bağlı yox, daşınmaz əmlakdakı mənafe ilə bağlıdır və həmin əmlakın mülkiyyətçisinin dəyişməsi yeni iddia verilməsinə əsas vermir.

48. Bu baxımdan, Mülki Prosessual Məcəllənin 261.0.2-ci maddəsində “eyni tərəflər” ifadəsi barəsində mübahisə edilən hüquq münasibətində tərəflərin eyni olmasını ehtiva edir. Təsadüfi deyil ki, Mülki Prosessual Məcəlləni n prosessual hüquq varisliyi ilə bağlı 58.1-ci maddəsində də barəsində mübahisə edilən hüquq münasibətində (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmənin həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verməsini nəzərdə tutmuşdur. Yəni burada diqqət yetirilməli olan məsələ, tərəflərin fiziki olaraq ayrı şəxslər olması deyil, barəsində mübahisə edilən hüquq münasibətində tərəflərin eyni mənafedən çıxış etməsi məsələsidir.

49. Baxılan işdə də müəyyən edilib ki, ünvan 1 mənzilin əvvəlki mülkiyyətçisi K.Bağırov cavabdehə qarşı iddia qaldırıb, hazırda da eyni predmet və eyni əsaslara həmin mənzilin indiki mülkiyyətçisi olan İddiaçı qismində çıxış edir. Fərd olar aq əvvəlki və indiki mülkiyyətçi ayrı-ayrı şəxslər olsa da, eyni mənzilin mülkiyyətçisi kimi onlar eyni mənafedən çıxış edən şəxslər statusundadırlar. Bunun əksinin qəbul edilməsi oxşar mübahisələrdə mülkiyyətçinin dəyişməsi halında saysız iddialara gətirib çıxarardı.

50. Qeyd edilənlərə əsasən, yuxarıda şərh edilən hallar hüquqi məsələ olduğu üçün məhkəmə kollegiyası hesab edir ki, iş apellyasiya baxışına göndərilmədən apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar əsasında yeni qərar qəbul edilməklə iş üzrə icraata xitam verilməlidir.

51. Beləliklə, məhkəmə kollegiyası əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir.

52. Yuxarıda göstərilənləri və MPM-ni n 261.0.2, 416, 417.1.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-108/2023 nömrəli, 18 oktyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə icraata xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar