Məhkəmə qərarları › İş №2(102)-2081/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2081/2025

17.07.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2081/2025 17.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinə qarşı “əmrin ləğvi, işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: əmək münasibətlərindən irəli gələn mübahisə, işə bərpa) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 sentyabr 2024-cü il tarixli, 2(103)5416/2024 n ömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. İddiaçı Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon şöbəsində Həqiqi hərbi xidmətə çağırış bölməsinin müfəttişi işləmiş və Xidmət rəisinin 01 dekabr 2022-ci il tarixli əmri ilə, onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (bu Məcəllənin 72-ci maddəsinin “e” bəndinə əsasən hüquq pozuntuları nəticəsində işəgötürənin müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi) əsasən, həmin tarixdən xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Lerik rayon şöbəsinin həqiqi hərbi xidmətə çağırış bölməsinə müfəttiş vəzifəsinə bərpa olunmasına və məcburi iş buraxmaya görə əmək haqqının hesablanıb verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının işdən azad olunması qanunsuz və əsassızdır. Onunla bağlanmış müddətsiz əmək müqaviləsi olduğu halda, hər hansı qanun pozuntusuna yol vermədən, heç bir intizam tədbiri olmadan və əsas göstərilmədən işdən çıxarılmışdır. İşdən azad edilməsinə səbəb onun ictimai fəal iyyəti və işlədiyi qurumun rəhbərinin şəxsi qərəzi olmuşdur.

4. Cavabdehin nümayəndəsi iddiaya etiraz edərək bildirmişdir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Həmkarlar İttifaqı Komitəsinin iclasının 30 noyabr 2022-ci il tarixli protokoluna əsasən, iclasın yekdil səsi ilə iddiaçının işdən azad edilməsinə razılıq verilmişdir. İddiaçı barəsində Lerik rayon şöbəsinin rəisi tərəfindən verilmiş xasiyyətnamədə onun iş fəaliyyəti mənfi xarakterizə olunmuş və hətta qeyd edilmişdir ki, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq sosial şəbəkələrdə özünə aid olmayan mövzularda paylaşım etmişdir, buraxmış olduğu nöqsanlardan nəticə çıxarmır, etdiyi hərəkətlərlə Xidmətin nüfuzuna və ictimaiyyət arasında qazandığı imicinə xələl gətirir. İddiaçı Həmkarlar İttifaqı Komitəsinin iclası zamanı spirtli içkilərdən istifadə etdiyini etiraf etmişdir. Həmçinin, X8 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Lerik rayon İcra Hakimiyyəti başçısı kimi onun şərəf, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən məlumatların “Facebook”, “İnstaqram” sosial şəbəkələrində və “WhatsApp” onlayn mesajlaşma məlumatlandırma sistemində üzr istəməklə təkzib edilməsi, əlavə olaraq həmin məlumatları yaymasına görə 20.000 manat mənəvi ziyan tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lerik Rayon Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli qətnaməsinə əsasən, iddia qismən təmin edilmiş, İddiaçı tərəfindən, X9 barəsində “Facebook", “İnstaqram” və “WhatsApp" sosial şəbəkələrində, onlayn mesajlaşmaməlumatlandırma sistemində, paylaşılmış, məlumatlar X4 işgüzar nüfu zunu, şərəf və ləyaqətini ləkələyən həqiqətə uyğun olmayan məlumatlar hesab edilmişdir. Həmçinin, qətnamə qanuni qüvvəsini aldıqdan sonra İddiaçı tərəfindən göstərilən məlumatların həqiqətə uyğun olmaması ilə bağlı təkzib edilməsi və İddiaçı X3 “Facebook”, “İnstaqram” sosial şəbəkələrində, “WhatsApp” onlayn mesajlaşma- məlumatlandırma sistemində üzr istəməsi bir vəzifə olaraq onun üzərinə qoyulmuş, İddiaçı X7 vurulmuş mənəvi ziyana görə 300 manat məbləğində pul tutulub iddiaçının xeyrinə verilməsi qət edilmişdir.

5. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 04 iyul 2024-cü il tarixli, 2(009)1330/2024 nömrəli qətnaməsi ilə (hakim M.Bağırova) iddia təmin edilməmişdir.

6. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi Əmək Məcəlləsinin 72-ci madd əsinin “e” bəndində nəzərdə tutulan əsaslarla həyata keçirilmişdir.

7. Belə ki, qanunun göstərilən normasına əsasən işçinin əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işə götürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirən hərəkətləri elə hərəkətlər hesab olunur ki, onlar hüquqi şəxsin işgüzar nüfuzuna mənfi rəy verilməsinə gətirib çıxarır. Bu hal mötəbərliyinə şübhə edilməyən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kadrlar və kadr hazırlığı baş idarəsinin rəisi general-mayor A.Əliyevin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Həmkarlar İttifaqı Komitəsinə ünvanladığı 25 noyabr 2022-ci il tarixli təqdimatla, Həmkarlar İttifaqı Komitəsinin iclasının 09 nömrəli, 30 noyabr 2022-ci il tar ixli protokolu və qərarı ilə, İddiaçı 10 avqust 2023-cü il tarixli izahatından, iddiaçı X2 cavabdeh İddiaçı qarşı şərəf və ləyaqətə, işgüzar nüfuzu ləkələyən məlumatlar yaymasına görə mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Lerik Rayon Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli icra vərəqəsi ilə sübut olunur.

8. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olunmuşdur ki, Xidmətin Lerik rayon şöbəsinin Həqiqi hərbi xidmətə çağırış bölməsinin müfəttişi İddiaçı 08 noyabr 2022-ci il tarixdə sosial şəbəkələrdə Azərbaycan Respublikasının Müdafiə naziri generalpolkovnik Zakir Həsənovun ünvanına təhqiredici ifadələr işlətmiş, eyni zamanda Lerik Rayon İcra Hakimiyyətinin başçısı cənab X13 şəhəri ərazisində gördüyü abadlıq işləri ilə bağlı video paylaşması və həmin videoda işlərin d üzgün aparılmadığını qeyd edərək, böhtan xarakterli ifadələr işlətməklə Xidmətin nüfuzuna xələl gətirən hərəkətlərə yol vermişdir.

9. Bundan əlavə Xidmətin Lerik rayon şöbəsinin Həqiqi hərbi xidmətə çağırış bölməsinin müfəttişi İddiaçı sosial şəbəkədən istifadə edərkən Xidmət rəisinin Xidmətin Aparatında, eləcə də, digər struktur bölmələrində xidmətin təşkili və aparılmasında nizamintizamın möhkəmləndirilməsi və Xidmətin işgüzar nüfuzuna xələl gətirə biləcək neqativ halların əvvəlcədən qarşısının alınması barədə 05 yanvar 2022-ci il tarixli 200 nömrəli göstərişin tələblərini pozmuş, Xidmətin əməkdaşına yaraşmayan, Xidmətdə işlə bir araya sığmayan davranışa yol vermişdir. İddiaçı bu hərəkətləri ilə Xidmətin əməkdaşına yaraşmayan, əmək fəaliyyəti ilə bir araya sığmayan davranışa yol verməsi, həmçinin sərxoşluğa meylli olması ilə Xidmətin nüfuzuna xələl gətirən hərəkətlərə yol vermişdir.

10. Məhkəmə onu da bildirmişdir ki, işəgötürən tərəfindən iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin 80.1-ci maddəsinin tələbləri nəzərə alınaraq, Həmkarlar İttifaqı Komitəsinin razılığı da alınmışdır.

11. Birinci instansiya məhkəməsi mövqeyini Əmək Məcəlləsinin 68, 70,71, 72, 80-cı maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

12. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 sentyabr 2024-cü il tarixli, 2(103)-5416/2024 nömrəli qət naməsi ilə (hakim X.Mərdanovanın sədrliyi və məruzəsi ilə, hakimlər E.Həsənov və P.Hüseynov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

14. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya məhkəməsi göstərmişdir ki, Xidmətin Lerik rayon şöbəsinin Həqiqi Hərbi Xidmətə Çağırış bölməsinin müfəttişi İddiaçı 08 noyabr 2022-ci il tarixdə sosial şəbəkələrdə Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun ünvanına təhqiredici ifadələr işlətmiş, eyni zamanda Lerik Rayon İcra Hakimiyyətinin başçısı X13 şəhəri ərazisində gördüyü abadlıq işləri ilə bağlı video paylaşması və həmin videoda işlərin düzgün aparılmadığını qeyd edərək, böhtan xarakterli ifadələr işlətməklə Xidmətin nüfu zuna xələl gətirən hərəkətlərə yol vermişdir. Bundan əlavə Xidmətin Lerik rayon şöbəsinin Həqiqi Hərbi Xidmətə Çağırış bölməsinin müfəttişi İddiaçı sosial şəbəkədən istifadə edərkən Xidmət rəisinin Xidmətin Aparatında, eləcə də, digər struktur bölmələrində xidmətin təşkili və aparılmasında nizam-intizamın möhkəmləndirilməsi və Xidmətin işgüzar nüfuzuna xələl gətirə biləcək neqativ halların əvvəlcədən qarşısının alınması barədə 05 yanvar 2022-ci il tarixli, 200 nömrəli göstərişin tələblərini pozmuş, Xidmətin əməkdaşına yaraşmayan, Xidmətdə işlə bir araya sığmayan davranışa yol vermişdir. Həmçinin İddiaçı yol verdiyi hərəkətləri ilə Xidmətin əməkdaşına yaraşmayan, əmək fəaliyyəti ilə bir araya sızmayan davranışa yol verməsi, həmçinin sərxoşluğa meylli olması ilə Xidmətin nüfuzuna xələl gətir ən hərəkətlərə yol vermişdir. Qeyd olunanlara əsasən müəyyən edilir ki, iddiaçı tərəfindən əmək fəaliyyəti zamanı yol verdiyi hüquq pozuntuları nəticəsində cavabdeh müəssisənin qanuni mənafeyinə ciddi xələl gəlmişdir. Bunun nəticəsi olaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Həmkarlar ittifaqı Komitəsinin iclasının 30 noyabr 2022-ci il tarixli protokoluna əsasən, iclasın yekdil səsi ilə Xidmətin Lerik rayon şöbəsinin Həqiqi Hərbi Xidmətə Çağırış bölməsinin müfəttişi İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (bu Məcəllənin 72-ci maddəsinin “e” bəndinə əsasən hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi) müvafiq olaraq işdən azad edilməs inə razılıq verilmişdir.

15. Həmçinin, Əliyev X6 İttifaqı Komitəsinin iclası zamanı spirtli içkilərdən istifadə etdiyini etiraf etmişdir.

16. Belə olan halda, apellyasiya kollegiyası hesab etmişdir ki, İddiaçı Xidmətin əməkdaşına yaraşmayan, əmək fəaliyyəti ilə bir araya sığmayan davranışı ilə Xidmətin nüfuzuna xələl gətirən hərəkətlərə yol verməsi işdəki sənədlərlə təsdiq olunduğundan birinci instansiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, cavabdehin iddiaçı ilə əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verməsinə əsası olmuşdur, ona görə də, iddia tələbi əsassızdır.

17. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur.

18. Belə ki, iddiaçı apellya siya şikayətindən birinci instansiya məhkəməsinin işlədiyi illər ərzində bir dəfə də olsa belə funksional vəzifəsini pozmaması və bir dəfə olsun belə işlə bağlı nə bir xəbərdarlıq, nə də bir töhmət, nə də şiddətli töhmət almaması, yeganə qazanc yerinin olmasını nəzərə almamasını bildirsə də, işin sadalanan halları ilə müəyyən edilmişdir ki, iddiaçı əmək və icra intizamını pozaraq Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndində (əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi) sadalanan hallara yol verdiyindən cavabdeh tərəfindən iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən qanunvericiliyin tələblərinə əməl edilmişdir.

19. Göründüyü kimi iddiaçının əmək vəzifələrini kobud şəkildə pozması və bu səbəbdən işdən azad edilməsi iş materialları öz təsdiqini tapmışdır. İddiaçının iddia ərizəsində eləcə də apellyasiya şikayətində qeyd etdiyi hallar iş materialları ilə öz təsdiqini tapmadığından və iddiaçı tərəfindən sübuta yetrilmədiyindən, cavabdeh tərəfindən iddiaçının işdən azad edilməsi ilə bağlı əmrin verilməsi zamanı əmək qanunvericiliyinin pozulması halları müəyyən edilmədiyindən iddia tələbi əsassız hesab edilməli və iddia tələbi rədd edilməlidir.

20. Həmçinin iddia üzrə “işə bərpa” tələbinin əsas tələb olduğunu, həmin tələbin təmin edilməməsi qənaətinə gəldiyini, iddia tələbinin “məcburi iş buraxmaya görə əmək haqqının hesablanıb verilməsi” hissəsinin törəmə tələb olduğunu və bu hissənin təmin olunub olunmam asının bilavasitə “işə bərpa” hissəsinin təmin olunub-olunmamasından asılı olduğunu nəzərə alaraq apellyasiya kollegiyası hesab etmişdir ki, iddia tələbi “məcburi iş buraxmaya görə əmək haqqının hesablanıb verilməsi” hissəsində də təmin edilə bilməz.

21. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Əmək Məcəlləsinin 9, 42, 44, 45, 68, 70, 71.2, 71.3, 73, 74.2, 79, 186, 294.4-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 80, 88, 106.1, 217.1, 217.3, 218.1, 384.0.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

22. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 30 sentyabr 2024-cü il tarixli, 2(103)-5416/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qə bul edilməsini xahiş etmişdir.

23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin, Əmək Məcəlləsinin 12-ci maddəsinin “a” və “c” bəndlərinin, 80-ci maddəsinin 1-ci hissəsinin, 83-cü maddəsinin 1-ci hissəsinin, Mülki Prosessual Məcəllənin 88, 217, 218-ci maddələrinin tələbləri pozulmuşdur.

24. Belə ki, iddiaçı işlədiyi illər ərzində iş yerində heç bir qanun pozuntularına yol verməmiş, vəzifələrinin hər zaman yerinə yetirmiş, işlədiyi müəssisənin kollektivində kifayət qədər hörməti olmuşdur. Bunlara baxmayaraq, SHXÇDX-nin rəisi Arzu Rəhimovun iddiaçıya qarşı qərəzli münasibəti, şəxsi düşməçiliyindən dolayı 9 il 6 ay ərzində dəfələrlə onu işdən çıxaradacağı ilə bağlı təzyiq və təhdidlərə məruz qoymuşdur. SHXÇDX-nin rəisi general-polkovnik Arzu Rəhimov iddiaçını xidmətin aparatına çağırmış və onu xəbərdarlıq etmişdir ki, əgər o, Qarabağ əlillərinə və Şəhid ailələrinə Qayğı ictimai Birliyinin Lerik filialından çıxmasa, onu işdən çıxaracaqdır. Bu kimi hərəkətləri etməklə, Arzu Rəhimov iddiaçının ləyaqətini alçaltmışdır. İddiaçının peşəkarlıq səviyyəsi, Qarabağ müharibəsinin əlilliyi, illər ərzində iş yerində heç bir qanun pozuntularına yol verməməsi, vəzifələrinin hər zaman yerinə yetirməsi və işlədiyi müəssisənin kollektivində kifayət qədər hörməti olması nəzərə alınmamışdır. Çəkiliş edən zaman içkili olduğu üçün iddiaçı 3-4 tənqidi və təhqirli sözlər bilməyərəkdən rayon rəhbərinin ünvanına işlətmişdir. Sonra həmin çəkdiyi videonu qonşunun xahişi ilə ona göndərmişdir. X1 hə min videonu onun xəbəri olmadan Lerik rayon İcra hakimiyyətinin başçısına göndərmişdir. İşəgötürən tərəfindən işçinin əmək fəaliyyəti zamanı Əmək Məcəlləsinin maddələrinin pozuntularına dair heç bir sübut və dəlil məhkəməyə təqdim edilməmişdir.

25. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

26. Kassasiya şikayətinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:

27. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq n ormalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

28. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğv olunmasını xahiş etdiyindən, hazırkı kassasiya baxışının predmetini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

29. Azərbaycan Respublikasın ın Əmək Məcəlləsinin: 2-ci maddəsinin 3-cü bəndinə əsasən həmin Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. 10-cu maddəsinin “b” bəndinə əsasən əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri kimi qeyd olunmuşdur. 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini ye rinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 72-ci maddəsinin “e” bəndinə əsasən əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamını n normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 80-ci maddəsinin 1-ci maddəsinə əsasən Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsi pinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələ blərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsin də nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

32. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının hazırkı kassasiya şikayətinin dəlillərinə oxşar apellyasiya şikayətinə tam, ətraflı hüquqi qiymət verilmişdir (bax bənd 14-21). Məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə razılaşır.

33. Kassasiya şikayətinin dəlilləri üzrə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının yuxarıda qeyd olunan hərəkətlərə yol verməsi iddiaçı tərəfindən mübahisələndirilmiş, hətta kassasiya şikayətində də etiraf olunur. Belə olan halda, işəgötürən onun qanuni mənafeyinə ciddi xələl gətirməsi əsası ilə iddiaçı ilə əmək müqaviləsinə xitam verməkdə haqlı olmuşdur. Əmrin verilməsi zamanı əmək qanunvericiliyi ilə nəzərdə tutulan prosedurların pozulması müəyyən olunmamışdır.

34. Kassasiya şikayətinin digər dəlillə ri işəgötürən müəssisənin rəhbərinin iddiaçıya qarşı qərəzli olması, onun əvvəllər hər hansı pozuntuya yol verməməsi, kollektivdə hörmətə malik olmasından ibarətdir ki, bu dəlillər formal mülahizələrdən ibarət olmaqla, qətnamənin ləğvi üçün əsas ola bilməz.

35. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut o lunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

36. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.

37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 sentyabr 2024-cü il i tarixli, 2(103)-5416/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar