Məhkəmə qərarları › İş №2(102)-2082/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2082/2022

10.05.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2082/2022 10.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Qaradağ rayon Sukanal İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: işə bərpa Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Qaradağ rayon Sukanal İdarəsinə qarşı «əvvəlki işə bərpa, əmək haqqı fərqinin ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-11399/2021 nömrəli, 07 dekabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh Qaradağ rayon Sukanal İdarəsi tərəfindən verilmiş kassasi ya şikayətinə dair işə 10 may 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi İşin halları

1. İddiaçı 11 dekabr 2012-ci il tarixli 106-K saylı Əmrlə Qaradağ rayonu Sukanal idarəsində mühasib vəzifəsinə işə qəbul olunmuş, 30.04.2021-ci ildə ərizə ilə müraciət edərək əmək müqaviləsinə xitam verilməsini xahiş etmiş və 30.04.2021-ci il tarixli 27-K saylı Əmrlə onunla bağlanmış əmək müqvailəsinə öz ərizəsi əsasında xitam verilməklə, tutduğu vəzifədən azad olunmuşdur. Bundan sonra 24.05.2021-ci ildə ərizə ilə "xxxx"ASCyə müraciət edərək onun işə bərpa edilməsinə köməklik göstərilməsini xahiş etmişdir.

2. Qaradağ rayon Sukanal İdarəsi tərəfindən İddiaçı əmək kitabçasını götürməkdən imtina etməsi barədə 30.04.2021-ci il tarixli akt tərtib e dilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti Qaradağ rayon Sukanal İdarəsində qarşı “əvvəlki işə bərpa və əmək haqqı fərqinin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Qaradağ rayon Sukanal İdarəsindən işdən çıxarılmağı barədə 30 aprel 2021-ci il tarixli əmrin ləğv edilməsi, onun əvvəlki işinə bərpa olunmağı və işdən çıxarıldığı gündən işə bərpa olunacağı günə qədər məcburi iş buraxma müddəti üçün əmək haqqını, mediasiya xərclərinin 50%-in cavabdeh tərəfindən tutularaq ona ödənilməsini barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, heç bir qanun pozuntusu törətmədən işdən çıxmağa vadar edilmişdir. Belə ki, o, özünə məxsus **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobil nömrəsini sataraq torpaq sahəsi almaq istəyib. Qaradağ rayon Sukanal idarəsinin rəisi X2 həmin nömrəni ona satmasını istəmiş, nömrənin əvəzində isə tanışlarının köməyi ilə tapdığı torpağın qiymətini 5000 manat endirəcəyini bildirmişdi. Buna görə də razılaşıb 2020-ci ilin sentyabr ayında özünə məxsus avtomobil nömrəsini Elnur Əliyevə vermiş, lakin bir müddət keçəndən sonra Elnur Əliyevdən torpağı almaqda ona kömək etməyini xahiş etsədə, rəis hər dəfə torpaq məsələsinin tezliklə həll olunacağını bildirmişdi. 2021-ci ilin aprel ayında almaq istədiyi torpaq sahəsi satılmışdır. Elnur Əliyev ona verdiyi avtomobil qeydiyyat nişanın əvəzində torpağı almaqda ona heç bir köməklik etməmiş, bu səbəbdən avtomobilinin nömrəsini geri qaytarmağı xahiş etmişdir. Bundan sonra rəis Elnur Əliyevlə aralarında problemlər yaranmışdır. Elnur Əliyev ona təzyiq edərək işdən çıxmağı barədə ərizə yazmağı tələb etmiş, özü könüllü olaraq işdən çıxmağı barədə ərizə yazmayacağı təqdirdə onu maddəyə əsasən işdən çıxaracağını və karyerasını korlayacağını bildirmiş, özü ərizə yazacağı təqdirdə ona məxsus avtomobil qeydiyyat nişanını ona qaytaracağını və onu maddə ilə deyil, öz ərizəsi əsasında işdən çıxaracağını bildirmişdi. İşdən maddə ilə çıxarıldığı halda əmək kitabçası korlanağacından 2021-ci ilin aprelin 30-da işdən çıxmaq barədə ərizə yazmışdır. Göründüyü kimi 2021-ci ilin aprel ayının 30-da işəgötürən ona qanunla qadağan edilən təzyiqlər göstərməklə, iradəsi əleyhinə əmək müqaviləsinin ləğvi barədə ərizə yazmağa məcbur etmiş və onu işdən azad etmişdir. İşdən çıxdığı gün əmrin surəti, əmək kitabçası ona verilməmişdir. Məhkəməyə müraciət etdikdən sonra işə qəbul olunmağı barədə əmr, əmək müqaviləsi, sonradan tərtib edilmiş həqiqətə uyğun olmayan 30.04.2021-ci il tarixli akt, əmək müqaviləsinə xitam verilməsi haqqında əmr, 30.04.2021-ci il tarixli ərizə təqdim edilmişdir. 31.05.2021-ci il tarixdə işə bərpa olunmağı ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışı zamanı cavabdeh tərəf ona iddia ərizəsini geri götürəcəyi təqdirdə barışıqla mübahisəni həll edib, onu işə bərpa edəcəklərinə söz verdiklərinə görə o ərizə yazaraq, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarlmasını və iddianın baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Qaradağ Rayon Məhkəməsinin 27 iyul 2021- ci il tarixli qərardadına əsasən iddia ərizəsi baxılmamış saxlanılmışdır. Bundan sonra cavbdeh tərəflə danışıb mübahisənin məhkəmədən kənar həll olunmasını təklif etmiş, lakin cavabdeh tərəf verdiyi sözə əməl etmədiyindən o, mediasiyaya mürəciət etmişdir. 19 avqust 2021-ci il tarixdə cavabdehin ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış alınmışdır. Onun işdən çıxarılması zamanı cavabdeh tərəfindən kobud qanun pozuntularına yol verilmişdir. O, məcburiyyət qarşısında qalıb özünə məxsus dövlət qeydiyyat nişanını geri alınması və maddə ilə işdən çıxarılmaması üçün işdən çıxma barədə ərizə yazmış, nömrəni aldıqdan sonra isə qanunvericiliyin tələbinə uyğun olaraq 1 ay müddəti bitmədən işdən çıxma barədə ərizənin ləğvi barədə mürcaiət etmiş, lakin cavabdeh əsassız və qanunsuz o laraq 1 aylıq müddəti bitmədən və imtina ərizəsini nəzərə almadan onu işdən azad etmişdir.

5. Cavabdehin nümayəndəsi məhkəməyə yazılı iddia tələbinə etiraz ərizəsi təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, İddiaçı 11,12.2012-ci il tarixindən İqtisadiyyat və uçot şöbəsində mühasib vəzifəsində işləyir. İşlədiyi müddətdə barəsində intizam tənbehi tədbirləri görülmüşdür. İşçi idarə rəisi Elnur Əliyevə işdən çıxmaq barədə 10.03.2021-ci ildə ərizə ilə müraciyyət etmişdir. İdarə rəisi humanistlik göstərərək işçi İddiaçıla işdən çıxmamaq barəsində söhbət aparmış və bu fikrindən əl çəkməsini tövsiyə etmişdir. Sonradan təkrar olaraq işçi İddiaçı 30.04.2021-ci ildə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 1.(a) bəndini əlində rəhbər tutaraq (tərəflərdən birinin təşəbbü sü) işdən çıxması ilə əlaqədar ərizə ilə müraciət etmişdir. İdarə rəisi Elnur Əliyev işçi İddiaçı təkrar işdən çıxmaq barəsində ərizəsinə dərkənar qoyaraq əmək müqaviləsinə 27-K saylı, 30.04.2021-ci tarixli əmrlə xitam vermişdir. İddiaçı özünə şəxsən izah olunmuşdur ki, əmək kitabçasını kadırlar, icraya nəzarət, kargüzarlıq və təsərrüfat işləri şöbəsinə gələrək “Əmək kitabçasın qeydiyyatı kitabı”- na imza etməklə götürə bilər. Lakin o əmək kitabçasını götürməkdən imtina etmişdir. İddiaçı əmək kitabçasını götürmədiyi üçün bu barədə idarəmizdə 30.04.2021-ci il tarixdə akt tərtib olunmuşdur. İddiaçı ( Kadrlar şöbəsinə ) şəxsən yaxınlaşmasını və əmək kitabçasını götürməli olduğunu izah etməsi üçün sonuncunun atası X1 09.06.2021-ci il tarixdə, 01-1/1654 saylı məktub göndərilmişdir.

6. Bakı şəhə ri Qaradağ Rayon Məhkəməsinin (G.Əhmədova) 2(002)-2957/2021 saylı, 11 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir.

7. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, işçi ilə əmək müqaviləsinə ərizədə qeyd edilən tarixdə xitam verilməsi üçün əmək qanunvericiliyində qeyd edilən hallardan hər hansı birinin olmadığı halda, həmin gün işçi ilə əmək müqaviləsinə xitam verilməsi halı, müvafiq əmrdə həmin halların əsaslandırılmaması, habelə işçinin 1 ay ərzində öz ərizəsini geri götürmək hüququnun olduğu halda, növbəti gün öz ərizəsini geri götürməklə bağlı müraciət etməsinin işəgötürən tərəfindən nəzərə alınmaması, özlüyündə işçi ilə bağlanmış əmək müqaviləsinin məhz işçi-işəgötürən arasında qərəzli münasibətin nəticəsi kimi qiymətləndirilməsinə əsas veririr. Həmçinin, iddiaçının ərizə veridliyi gündən növbəti gün ərizənin geri götürülməsi barədə işəgötürənə müraciət etməsi halı hər iki tərəf təsdiq etməklə, işin mübahisəsiz halıdır. İndiki halda cavabdeh işəgötürən tərəfindən həmin vəzifəyə başqa işçinin götürlməsi barədə işçiyə məlumat verməsi halı da aşkar edidlməmiş, habelə cavabdehin nümayəndəsinin izahatı əsasında hazıradək həmin vəzifəyə yeni işçinin təyin edilmədiyi halı müəyyən eidlmişdir.

8. Məhkəmə mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutaraq, iddia tələbinin təmin edildiyini əsas götürərək, hazırki mülki iş üzrə zəruri xərc qismində çıxış edənn məcburi ilkin medasiya sessiyasında iştirak etmələri ilə bağlı iddiaçı tərəfindən 50 manat məbləğində mediasiya xərcinin ödənilməsi halının aşkar olmasını əsas götürərək, hesab etmişdir ki, iddi atələbi medasiya xərcinin yarısının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində də əsaslı olmaqla, təmin edilməlidir.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11, 68.1, 69.1, 69.2, 69.3, 69.4, 69.7, 287, 288, 290, 292, 297, 300, 301-ci, Mülki Prossesual Məcəlləsinin 14.2, 77.1, 115.0.9, 119.1, 119.2, 124.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərərk qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir.

11. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-11399/2021 nömrəli, 07 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – Q.Əsgərov (sədrlik edən və məruzəçi), A.İmanov və V.Sadıqov) cavabdeh "xxx x" Açıq Səhmdar Cəmiyyəti Qaradağ rayon Sukanal İdarəsinin rəisi X2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, hazırki mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2957/2021 saylı, 11 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, işçi ilə əmək müqaviləsinə ərizədə qeyd edildiyi tarixdə xitam verilməsi üçün əmək qanunvericiliyində qeyd edilmiş hallardan hər hansı biri olmadığı halda, işçinin ərizənin verildiyi gündən 1 təqvim ayı müddətində ərizənin geri götürülməsi barədə yeni ərizə vermək hüququ mövcud olmuşdur. Lakin iddiaçı işdən çıxma barədə yazılı ərizə veridyi gündən növbəti gün ərizənin geri götürülməsi barədə ərizə verdiyi halda, onun həmin ə rizəsi işəgötürən tərəfindən nəzərə alınmamış, bununla da işəgötürən tərəfindən əmək qanunvericiliyinin 69.2 və 69.3-cü maddəsinin tələbləri pozulmuşdur. Odur ki, cavabdeh tərəfindən Əmək Məcəlləsinin 69.3 və 69.4-cü maddəsinin tələblərinə əməl edilmədiyindən iddia tələbinin təmin edilməsi nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

13. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi Əmək Məcəlləsinin 69-cu maddəsinin tələblərini səhv təfsir edərək belə qənaətə gəlmişdir ki, işəgötürən həmin maddədə göstərilən hallardan başqa heç bir halda işçini ərizədə göstərdiyi gün işdən azad edə bilməz. Apelyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, tərəflər arasındakı münasibət müqavilə münasibətidir və müqavilənin bağlanması, ona əlavə və dəyişiklik edilməsi, habelə müqaviləyə xitam verilməsi tərəflərin qarşılıqlı razılaşması ilə müəyyən olunur. Belə ki, həmin maddədə nəzərdə tutulmuş 1 aylıq müddət işəgötürənin yeni işçi tapana qədər işinin dayanmaması üçün nəzərdə tutulmuşdur və işçinin deyil işəgötürənin hüquqlarının müdafiəsi məqsədi daşıyır. Xəbərdarlıq müddətini gözləmədən işçinin ərizədə göstərdiyi tarixdə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı 69-cu maddənin 3-cü bəndində nəzərdə tutulan hallar isə məhz işə götürənin yuxarıda qeyd edilən hüququna istisna təşkil edir və həmin hallarda işə götürənə seçim hüquq verilmir. Ona görə də hazırkı iş üzrə işçinin yazdığı ərizədə onunla əmək müqaviləsinə xitam verilməsinin konkret tarixi göstərildiyindən və işəgötürən bununla razılaşdığından xəbərdarlıq müddəti müəyyən edilmədən əmək müqaviləsi ləğv edilməsi qanunidir və bu halda Əmək Məcəlləsinin 69-cu maddəsinin 4-cü bəndində nəzərdə tutulmuş təminatlar tətbiq edilə bilməz. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Mülki işə tətbiq edilən hüquq Əmək Məcəllə

16. Maddə 2(3) Azərbaycan Respublikasının Əmək Məcəlləsi (bundan sonra ismin müvafiq hallarında «bu Məcəllə») əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilmə si, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi, əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır.

17. Maddə 12(c) Əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq işəgötürənin əsas vəzifələrindən biridir.

18. Maddə 83 Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.

19. Maddə 300 Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Mülki Prossesual Məcəllə

20. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. M addə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

23. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

24. Maddə 416 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayı r.

25. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

26. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

27. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq no rmalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).

28. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

29. Hazırkı kassasiya şikayətində iş üzrə cavabdeh apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyasinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

31. Belə ki, işin birinci instansiya məhkəməsində araşdırılmış halları ilə müəyyən edilir ki, iddiaçı ilə cavabdeh təşkilatın rəisi E.Əliyev arasında şəxsi münasibətlər zəminində münaqişəli münasibət yaranmış və iddiaçı tutduğu vəzifədən azad olunması barədə ərizəni məhz bu münaqişəli münasibətin yaratdığı təsir nəticəsində yazmışdır.

32. İşin qeyd edilən halı həmçinin onunla təsdiq edilir ki, cavabdeh təşkilatda mühasib işləyən iddiaçı nə obyektiv, nə də subyektiv səbəblərdən (yeni yaşayış yerinə köçmə, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəs sisəsinə daxil olma, başqa işəgötürənlə əmək müqaviləsi bağlama və s.) o cümlədən hər hansı şəxsi ailə münasibətlərindən doğan səbəblərdən işdən çıxma fikrində olmamışdır.

33. Bundan başqa İddiaçı "xxxx"ASC-yə 24.05.2021-ci ildə ərizə ilə müraciət edərək, onun Qaradağ rayonu Sukanla İdarəsində 9 il mühasib vəzifəsində işlədiyini, 30 aprel 2021-ci il tarixdə Qaradağ rayonu Sukanal İdarəsinin rəisi ilə aralarında olan mübahisə zamanı ondan işdən çıxmağı tələb etdiyini, o da əsəbi olaraq işdən çıxma ərizəsini yazdığını və həmin gündə işdən çıxma əmrinin verildiyini, həmin gün əsəbi olaraq ərizə yazdığını nəzərə alaraq, onun işə bərpa edilməsinə köməklik göstərilməsini xahiş etmişdir.

34. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin tələblərindən göründüyü kimi bu Məcəllənin vəzif ələrindən biri də tərəflərin mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasından ibarətdir.

35. Eyni zamanda həmin Məcəllənin 12-ci maddəsinin “c” bəndinin tələblərinə görə əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq işəgötürənin əsas vəzifələrindən biridir.

36. Göstərilənləri əsas tutan məhkəmə kollegiyası İddiaçı işdən çıxma barədə ərizəni işə götürənlə qərəzli münasibət nəticəsində yazdığına görə onun barəsində verilmiş əmrin qanunsuz olması və iddiaçının işə bərpa edilməli olması barədə birinci instansiya məhkəməsinin qətnaməsi və həmin qətnamənin dəyişdirilmədən saxlanılması barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, yuxarıda göstərilən əsaslara görə verilən kassasiya şika yəti təmin edilməməlidir.

37. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

38. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Qaradağ rayon Sukanal İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-11399/2021 nömrəli, 07 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar