Məhkəmə qərarları › İş №2(102)-2083/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2083/2020

09.06.2020 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2083/2020 09.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, İddiaçı, Cavabdeh vəkili x3 iştirakları ilə İddiaçı Cavabdehnə qarşı «əmrin ləğvi, işə bərpa və boşdayanma müddətinin əvəzinin ödənilməsi» tələbinə dair mülki iş üzrə Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 noyabr 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Yevlax Rayon Məhkəməsin in 11 iyul 2019-cu il tarixli qətnaməsi ilə (hakim G.Cavadova, iş № 2(039)-1647/19) İddiaçı Cavabdehnə qarşı əmrin ləğvi, işə bərpa və boşdayanma müddətinin əvəzinin ödənilməsi tələbinə dair iddiası rədd edilmişdir. Həmin qətnamədən İddiaçı apelyasiya şikayəti vermişdir. Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 noyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər E.Hüseynov-sədrlik edən və məruzəçi, A.Mahmudov və V.Məlikov, iş № 2(107)-2867/19) İddiaçı apelyasiya şikayəti təmin edilməyərək Yevlax Rayon Məhkəməsinin 11 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti verərək Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 noyabr 2019-cu il tarixli qətnaməsinin ləğv olunmasını və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xa hiş etmişdir. İşin halları: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əmək və x8 Nazirliyinin Cavabdeh 20.05.2019-cu il tarixli, 24 saylı əmrinin ləğv edilməsi, həmin tarixdən onun xadimə vəzifəsinə işə bərpa edilməsi və boşdayanma müddətinin əvəzinin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. İddiaçı kassasiya şikayətində göstərmişdir ki, onun əsas iş yeri «x13 Xəstəxanası» Publik hüquqi şəxsdir. Cavabdehndə əvəzçilik üzrə işləyir. Onun i şdən azad olunmasını səbəbi müxtəlif vaxtlarda tərtib olunmuş aktlar olmuşdur. Onun işdən çıxmasına dair akta imza etmiş hər bir işçinin məhkəməyə dəvət edilərək dindirilməsini, izahatlarının alınmasını birinci instsansiya məhkəməsindən xahiş etsə də, lakin məhkəmə vəsatəti təmin etməmişdir. Onun xəbəri və razılığı olmadan baş həkim onunla bağlanmış əmək müqaviləsinin şərtlərində dəyişiklik etmiş və bunu qanuni hal hesab edərək ona qarşı qərəzli mövqeyini daha da şiddətləndirmişdir. Məhkəmə kollegiyası iclasında İddiaçı vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPM-nin 67-cı maddəsinə əsasən məhkəmə kollegiyası onun izahatını almayaraq işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh vəkili x1 şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdi. İşdə iştirak edən digə r şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da üzrlü səbəb olmadan məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsi nin maddi və prosessual normaları düzgün tətbiq edib - etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Məruzəçini, cavabdehin vəkilinin izahatını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli və Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 19 noyabr 2019-cu il tarixli qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh xadiməsi olan iddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə bu Məcəllənin 72-ci maddəsinin “a” bəndi ilə müəyyən olunmuş qaydada özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan iş vaxtı rejiminə və müəssisədaxili nizam-intizam qaydalarına və əmək müqaviləsi üzrə öhdəliklərinə əməl etməyərək bütün iş günü işə gəlmədiyinə görə və bu cür halın mütəmadi olaraq təkrarlanması nəzərə alın araq, 20 may 2019-cu il tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş və o həmin tarixdən işdən azad olunmuşdur. Apelyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən Cavabdeh tərəfindən əmək qanunvericiliyin yuxarıda qeyd olunan tələbləri pozulmamışdır. Belə ki, iddiaçının müəssisədaxili nizam-intizam qaydalarını pozması və iş vaxtı rejiminə əməl etməməsi iş vaxtının uçotu tabeli cədvəlləri, iş vaxtının davamiyyət jurnalı və Cavabdeh müvafiq aktları ilə təsdiq olunur. Onun iş davamiyyətini və etik davranış qaydalarını pozması Cavabdeh 13 fevral 2019-cu il, 27 fevral 2019-cu il, 07 mart 2019-cu il, 12 mart 2019-cu il, 08 aprel 2019-cu il, 11 aprel 2019-cu il, 16 aprel 2019cu il, 26 aprel 2019-cu il, 29 aprel 2019-cu il, 01 may 2019-cu il və 16 may 2019-cu il tarixli aktları ilə rəsmiləşdirilmişdir. Məhkəmə kollegiyası müəyyən etmişdir ki, həmin aktlarda göstərilənlərin aydınlaşdırılması üçün iddiaçıya izahat verilməsi təklif olunmuş, lakin o araşdırmada iştirak etməmiş və izahat verməkdən imtina etmişdir. İddiaçı iddia ərizəsində onun Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən çıxarılması zamanı işəgötürənin Həmkarlar İttifaqı ilə razılaşdırmalı olmasını qeyd etsə də, iş materiallarında olan Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri x9 Rayon Komitəsinin 20.06.2019-cu il tarixli 33 saylı məktubundan görünür ki, iddiaçı 2018-ci ilin may ayından x9 Rayon Komitəsinin üzvlüyündən könüllü olaraq çıxmış və əmək haqqından Həmkarlar İttifaqına üzvlük haqqının ödənişinə razılıq verməmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının dəlillərindən biri olan (iddiaçı intizamlı işçi olması ilə bağlı) Cavabdeh sabiq baş həkimi İ.Ş.Quliyevin ərizəsini əsas gətirmiş, lakin məhkəmələr müəyyən etmişdir ki, İ.Ş.Quliyevin özü də iddiaçının əmək intizamını pozması ilə bağlı dəfələrlə Azərbaycan Respublikası Əmək və x8 Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə onun işdən azad edilməsi ilə bağlı müraciət etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin giriş hissəsində qeyd olunduğu kimi Azərbaycan Respublikasının Əmək Məcəlləsində Azərbaycan Respublikasının bağladığı və ya tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, x2 konvensiyalarına və digər beynəlxalq hüquq normalarına uyğun olaraq əmək münasibətlərinin yaranması, dəyişdirilməsi, onlara xitam verilməs i və bu münasibətlərin iştirakçılarının hüquqlarının mühafizəsi sahəsində işçilərin, işəgötürənlərin, habelə müvafiq dövlət hakimiyyəti orqanlarının hüquqlarını, vəzifələrini tənzim edən normalar təsbit edilir. Həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilə bilər. Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsində göstərilmişdir ki, bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəlikləri ni) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin Məcəllənin 72-ci maddəsinin a) bəndinə əsasən özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallardandır. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərs ə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Bununla yanaşı apelyasiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı eyni vaxtda iki işəgötürənlə əmək müqaviləsi bağlamış və hər iki yer də onun əsas iş yeri hesab edilmiş, (hər iki təşkilata ayrı-ayrı əmək kitabçası təqdim etmişdir) bununla da əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. Əmək Məcəlləsinin 58-ci maddəsi əvəzçilik üzrə əmək müqaviləsinin bağlanması və tənzimlənməsi qaydalarını müəyyən edir. Bu maddənin 1-ci hissəsində əmək müqaviləsinin şərtləri imkan verdiyi hallarda işçi əs as iş yeri üzrə müəyyən olunmuş iş vaxtından sonra həm əsas iş yerində, həm də əvəzçilik qaydasında əmək müqaviləsi bağlayaraq başqa iş yerlərində də əmək fəaliyyəti ilə məşğul ola bilər. Bu zaman əvəzçilik üzrə əmək müqaviləsi bağlanan iş yeri işçinin əlavə iş yeri, əmək kitabçası saxlanılan yer isə əsas iş yeri sayılır. Əvəzçilik üzrə əmək müqaviləsi əmək kitabçası təqdim edilmədən bağlanılır. Sözügedən maddənin 2-ci hissəsində göstərilmişdir ki, əvəzçilik üzrə iş vaxtının müddəti bu Məcəllənin 89-cu maddəsi ilə müəyyən edilmiş normanın yarısından çox olmamaqla tərəflərin razılığı ilə müəyyən edilir. Əmək Məcəlləsinin 89-cu maddəsinin tələbinə görə isə gündəlik normal iş vaxtının müddəti səkkiz saatdan artıq ola və gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti 40 saatdan artıq müəyyən edilə bilməz. Məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, işəgötürən tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən yuxarıda göstərilən maddi hüquq normalarının tələblərinə əməl edilmiş, iddiaçının hüquqlarının pozulmasına səbəb olan hər hansı pozuntuya yol verilməmişdir. İddiaçının apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər apelyasiya instansiya məhkəməsi tərəfində ətraflı araşdırılmış, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı tədqiq olunmuş və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual norma lara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. İddiaçının iş yerində sıxışdırılması və ona qanunsuz təsir edilməsi və nəticədə əsassız olaraq işdən azad olunması və bu məqsədlə barəsində qanunsuz aktlar tərtib edilməsi barədə dəlilləri ilə bağlı məhkəmələr göstərilən dəlillərin heç bir sübutla təsdiq edilmədiyini qeyd etmişlər. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən onlar öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndi rilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nə ticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiy mət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kassasiya kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iddianın rədd edilməsi barədə qətnamə qəbul edərkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi kassatora münasibətdə dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən a pelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 19 noyabr 2019-cu il tarixli 2(107)-2867/19 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar