Məhkəmə qərarları › İş №2(102)-2084/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2084/2020

10.06.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2084/2020 10.06.2020 ALİ MƏHKƏMƏ AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçının vəkili X2 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, x nömrəli qətnaməsindən cavabdeh X1 hüquqi varisi X3 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq, cavabdeh tərəfindən Qəbələ rayonu Zarağan kəndi ərazisində mülkiyyətində olan 1,29 ha torpaq sahəsinin 0,06 ha zəbt edərək hasara almaqla törəd ilən maneələrə son qoyulması, maneələrin cavabdeh tərəfindən və onun hesabına aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin (hakim A.Əliyev) xx.xx.2019-cu il tarixli, x nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən xx xxxxxx 2019-cu il tarixdə qeydə alınmış RX seriyalı ******* nömrəli çıxarışla İddiaçı mülkiyyətində olan 1,29 ha torpaq sahəsinin Cavabdeh tərəfindən hasara alınaraq tutulduğu 0,0581 ha hissəsi cavabdehin qanunsuz zəbtindən azad edilməsi, maneələrin cavabdehin hesabına aradan qaldırılması və cavabdeh tərəfindən törədilən maneələrə son qoyulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ödənilmiş 10 manat dövlət rüsumunun iddiaçıya aid edilmə si, aparılmış ekspertiza tədqiqatlarının dəyəri 100 (bir yüz) manat məbləğində pulun Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-A.Mahmudov (sərlik edən və məruzəçi), E.Hüseynov və V.Məlikov) xx.xx.2019-cu il tarixli, x nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, x nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qərardadı ilə xx.xx.2019-cu ildə vəfat etmiş cavabdeh X1 hüquqi varisi kimi tanınan X3 həmin məhkəmənin xx.xx.2019cu il tarixli, x nömrəli qətnaməsindən kassasiya şikayəti vermişdir. Kassasiya şikayətini n həddi və dəlilləri: Kassator qətnamənin ləğv, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş edir. Şikayət belə əsaslandırılmışdır ki, məhkəmə ekspertiza təyin edərkən RX ******* nömrəli çıxarışdakı torpaq sahəsi barədə araşdırma aparılmasını tapşırmışdır. Daha sonra müəyyən edilmişdir ki, RX seriyalı ******* nömrəli çıxarışa əsasən Qəbələ rayonu Zarağan kəndində yerləşən İddiaçı mülkiyyətində olan 1.29 ha torpaq sahəsindən 0,0581 ha tutulduğu müəyyən edilmişdir. Göründüyü kimi məhkəmədə iddiaçının mülkiyyəti kimi müəyyən edilən RX ******* nömrəli şəhadətnamədəki 1,29 torpaq sahəsi Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzi tərəfdən tədqiq edilməmişdir. Həmin torpaq sahəsi isə tamamilə başqa ərazidə yerləşir. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı sayıla bilməz. Prosessual məsələlər və işdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayətinə etiraz edərək onun təmin olunmamasını xahiş etdi. Cavabdeh işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşin məhkəmələr tərəfindən m üəyyən edilmiş faktiki halları ondan ibarətdir ki, Qəbələ rayonu Zarağan kəndində yerləşən 1,29 ha torpaq sahəsi xx.xx.2019-cu il tarixdə **********81 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyata alınmışdır. İddiaçı torpaq sahəsinin 0,06 ha hissəsinin Nizami Səfiyarov tərəfindən zəbt edildiyini bildirərək hazırkı iddia tələblərini irəli sürmüşdür. Cavabdeh isə isə iddiaya etiraz edərək mübahisəli sahənin iddiaçıya aid olmadığını bildirir. Birinci instansiya məhkəməsinin sorğusu əsasında müəyyən edilmişdir ki, X1 adına daşınmaz əmlakın dövlət reyetrində qeydiyyata alınmış əmlak aşkar edilməmişdir. Eyni zamanda iş üzrə keçirilmiş məhkəmə mühəndis-texniki ekspertizasının xx.xx.2019-cu il tarixli, 12071 nömrəli rəyi ilə müəyyən ed ilmişdir ki, Azərbaycan Respublikası X6 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinin xx xxxx 2019-cu il tarixli **********38 saylı məktubuna əsasən, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı Çıxarışa əsasən İddiaçı verilmiş Qəbələ rayonu Zarağan kəndində yerləşən 1,29 ha torpaq sahəsinin hüdudları müəyyən edilməklə, İddiaçı mülkiyyətində olan 1,29 ha torpaq sahəsindən 0,0581 ha torpaq sahəsinin şimal tərəfdən Cavabdeh tərəfindən hasara alınaraq tutulduğu müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçıya məxsus torpaq sahisinin 0,0581 ha hissəsinin cavabdeh tərəfindən zəbt edilməsi ixtisaslı şəxslərin rəyi ilə təsdiq olunur. Belə olan halda, iddiaçı, Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən, hə min sahədən istifadə etməsinə yaradılan maneələrə son qoyulmasını və bu maneələrin aradan qaldırılmasını cavabdehdən tələb etməkdə haqlıdır. MM-in 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Mülkiyyətin müdafiəsini təmin edən bu normanın mənasından aydın olur ki, iddiaçıların həmin tələblə çıxış edə bilməsi üçün aşağıdakı şərtlərin gerçəkləşməsi zəruridir: iddiaçının əşyanın mülkiyyətçisi olması; cavabdeh tərəfindən əşyaya qəsd və ya başqa maneələr törədilməsi və həmin maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilməsi. Baxılan işdə mübahisəli sahə üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, cavabdehin həmin sahəni zəbt etməklə iddiaçının oradan istifadə etməsinə maneçilik törətməsi və bunu əşyanı götürmədən etməsi (daşınmaz əşyanın başqasına keçməsi və ya mülkiyyətçinin ondan məhrum olması həmin əşyanın məhv olması, yaxud daşınmaz əmlakın dövlət reyestrindəki qeydin silinməsi ilə mümkündür) yuxarıda qeyd edilən iş materialları ilə təsdiqlənir. Odur ki, İddiaçı iddiası üzrə Mülki Məcəllənin 157.4-cü maddəsinin dispozisiya şərtləri müəyyən edildiyindən apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə düzgündür. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlilləri ilə bağlı bildirir ki, iş üzrə keçirilmiş ekspertizanın rəyində müılki yyət şəhadətnaməsinin nömrəsinin ******* əvəzinə ******* kimi qeyd olunması qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir. Ona görə ki, mülkiyyət şəhadətnaməsi, yəni daşınmaz əmlakın dövlət reyestrindən çıxarış özlüyündə hüquq müəyyənedici sənəd olmayıb, həmin reyestrdəki qeydiyyatı əks etdirən sənəddir. Şəxsin daşınmaz əşya üzərindəki hüququnu adı çəkilən reyestrdəki qeydiyyat müəyyən edir. Baxılan işin materiallarından görünür ki, Qəbələ rayonu Zarağan kəndində yerləşən 1,29 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixdə xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına **********81 reyestr (********** qeydiyyat) nömrəsi ilə qeydə alınmışdır. Eyni zamanda ekspertiza rəyinin təsviri hissəsindən görünür ki, mübahisəli ərazi üzrə ekspertiza tədqiqatı ekspertin, tə rəflərin, habelə X6 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin mütəxəssisinin iştirakı ilə tədqiqat obyektinə baxış keçirilməklə və əlavə mütəxəssis məlumatları əldə edilməklə aparılmışdır. Ekspert tərəfindən tədqiqat obyekti təsvir olunarkən məhz ******* nömrəli (xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmış) çıxarışda göstərilən torpaq sahəsi qeyd olunur. Eyni zamanda ekspertizaya təqdim edilmiş mütəxəssis məktubunda tədqiq olunan 1,29 ha torpaq sahəsinin reyestr nömrəsi məhz **********81 kimi göstərilmişdir. Beləliklə, həm reyestr məlumatları, həm torpaq sahəsinə yerində baxış keçirmiş mütəxəssisin məktubu, həm də ekspertin rəyi birlikdə qiymətləndirildikdə aydın olur ki, araşdırma məhz mübahisə predmeti olan və iddiaçının adına daşınmaz ə mlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixdə **********81 reyestr (********** qeydiyyat) nömrəsi qeydə alınmış 1,29 ha torpaq sahəsi üzrə aparılmışdır. Həmin qeydiyyatın əsassız olması sübut edilmədikcə və o ləğv olunmadıqca cavabdehin qeyd edilən torpaq sahəsinə dair etirazları da haqlı sayıla bilməz. Belə ki, Mülki Məcəllənin 140-cı maddəsinə görə, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Qeyd olunanları nəzərə alaraq Kollegiya hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417- 419 və 421- ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, x nömrəli qətnaməsi dəyişdirilmədən saxlanlsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar