Məhkəmə qərarları › İş №2(102)-2085/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2085/2020

05.06.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2085/2020 05.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əliyev Ələsgər Əliabbas oğlu, Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı X5 və Bərpası Müəssisəsinin nümayəndəsi X4 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(107)-***/2019 nömrəli qətnaməsindən Cavabdeh Boğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İsmayıllı Rayon Məhkəməsinin (hakim R.Şirinov) xx.xx.2019-cu il tаrixli, 2(037)-5/2019 saylı qətnaməsi ilə iddiaçı X5 və Bərpası Müəssisəsinin Cavabdeh B oğluna qarşı “meşə fondu torpağından icarə müqaviləsində göstərilən sahədən artıq zəbt olunmuş ərazinin boşaldılması və istifadə olunmuş ərazidə qanunsuz tikililərin sökülməsi, ərazinin təmizlənərək əvvəlki vəziyyətə gətirilməsi” tələbinə dair iddiası təmin edilərək, Cavabdeh Boğlu tərəfindən meşə fondu torpağından icarə müqaviləsində göstərilən sahədən artıq zəbt etdiyi ərazinin boşaldılması və ərazidə inşa edilmiş tikililərin sökülərək əvvəlki vəziyyətə gətirilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər R.Əliyev, A.Eyvazov, İ.Şükürov) xx.xx.2019-cu il tarixli, 2(107)-***/2019 nömrəli qətnaməsi ilə Cavabdeh Boğlu tərəfindən verilmiş apelyasiya şikayəti təmin ediləyərək, İsmayıllı Rayon M əhkəməsinin xx.xx.2019-cu il tаrixli, 2(037)5/2019 saylı qətnaməsinin baxılmış apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanması qət edilmişdir. Cavabdeh Boğlu iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kasasiya şikayəti vermişdir. İşin halları: İddiaçı X5 və Bərpası Müəssisəsi Cavabdeh Boğluna qarşı “meşə fondu torpağından icarə müqaviləsində göstərilən sahədən artıq zəbt olunmuş ərazinin boşaldılması və istifadə olunmuş ərazidə qanunsuz tikililərin sökülməsi, ərazinin təmizlənərək əvvəlki vəziyyətə gətirilməsi” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Boğlunun qanunsuz istifadə etdiyi sahənin boşaldılması, ərazidə inşa edilmiş tikililərin sökülərək sahənin əvvəlki vəziyyətə gətirilməsi barədə qətnamə çıx arılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh Boğlu və vəkili Nümayəndə kasasiya şikayətini onunla əsaslandırmışlar ki, cavabdeh ilə X5 və Bərpası Müəssisəsi arasında xx xxx 2015-ci il tarixdə istirahət-rekrasiya məqsədi ilə 0,10 hektar torpaq sahəsinin ayrılması üçün beş il müddətinə müqavilə bağlanmışdır. Müqaviləyə əsasən ayrılmış ərazini və X5 və Bərpası Müəssisəsinin rəhbərliyinin razılığı ilə gələcəkdə onunla icarə müqaviləsi bağlanması şərti ilə həmin əraziyə bitişik olmaqla mübahisənin predmeti olan 5,92 hektar torpaq sahəsini abadlaşdıraraq orada istirahət-rekrasiya məqsədi ilə müxtəiif ölçülərdə tikililər inşa etmişdir. Sonradan, yəni cavabdeh ərazini abadlaşdırıb hazırk i real vəziyyətə gətirəndən sonra həmin müəssisənin yeni müdriyyəti hansısa maraq üzündən cavabdehlə icarə müqaviləsi bağlamaq istəməmiş və hazırki iddianı qaldırmışdır. Bundan başqa, cavabdehin faktiki istifadəsində olan, icarə müqaviləsi bağlanmayan torpaq sahəsi əslində İsmayıllı rayonunun deyil, Ağsu rayonunun inzibati ərazisi olduğu üçün iddiaçının həmin iddianı qaldırmaq səlahiyyəti də olmamışdır. Məhkəmələr isə bu faktı nəzərə almamışdır. Beləliklə apelyasiya instansiyası məhkəməsi işə qeyri-obyektiv, natamam yanaşmaqla cavabdehin şikayətimi təmin etməmiş, iş üzrə ekspertiza təyin etməyərək mübahisənin məhkəmə aidiyyəti prinsipini pozmuşdur. Göstərilənlərə əsasən onlar iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019cu il tarixli, 2(107)-***/2019 saylı qətnaməsinin tamamilə ləğv edilməsi və işin yeni apelyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin Cavabdeh Boğlu və vəkili Nümayəndə məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən, məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İddiaçı X5 və Bərpası Müəssisəsinin nümayəndəsi X6 məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq izahatı dinlənilmədi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kasasiya insta nsiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanması qənaətinə gələn apelyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, iş materiallarından görünür ki, xx xxx 2015-ci ildə iddiaçı ilə cavabdeh arasında istirahət-rekrasiya məqsədi ilə 0,10 hektar torpaq sahəsinin ayrılması üçün beş il müddətinə müqavilə bağlanmış, lakin buna baxmayaraq, cavabdeh müqavilədə nəzərdə tutulan torpaq sahəsindən əlavə heç bir hüquqverici sənəd olmadan müqavilədən kənar, qanunsuz və əsassız olaraq 5,92 hektar torpaq sahəsini zəbt edərək orada müxtəlif ölçülü tikililər aparmışdır. Apelyasiya şikayətinin dəlilləri ilə b ağlı apelyasiya kollegiyası qeyd etmişdir ki, tərəflər arasında meşə fоndu sаhələrindən elmi-tədqiqаt, mədəni sаğlаmlаşdırmа, turizm və idmаn məqsədləri, оvçuluq təsərrüfаtının ehtiyаclаrı üçün istifаdə edilməsi bаrədə bağlanmış xx xxx 2015-ci ildə bağlanmış müqaviləyə əsasən, X5 və X1 meşəbəyliyinin 1-ci kvartalının 7-ci bölməsindən meşə bərpa tədbirlərinin aparılması nəzərdə tutulmayan, meşə ilə örtülü sahədən istirahət-rekrasiya məqsədilə cavabdehə beş il müddətinə yalnız 0,10 hektar torpaq sahəsi ayrılmış və ayrılmış ərаzinin plаnındаn çıxаrış hаzılаnarаq cavabdehə də təqdim edilmişdir (i. v. 1011). Həmin dövrdən cavabdeh аyrılmış sаhəyə bаxаrаq mühаfizə etmişdir. Belə olan halda, cavabdehin faktiki istifadəsində olan, lakin icarə müqaviləsi bağlanmayan torpaq sahəsinin əslində İsmayıl lı rayonunun deyil, Ağsu rayonunun ərazisi olduğu üçün iddiaçının həmin iddianı qaldırmaq səlahiyyətinin olmaması barədə dəlilinin heç bir əsası yoxdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Eyni zamanda, “Torpаq qаnunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri hаqqındа” Azərbаycаn Respublikаsı Ali Məhkəməsi Plenumunun 14 fevrаl 2003-cü il tаrixli 2 nömrəli qərаrının 3-cü bəndində göstərilir ki, torpаq sаhəsi ilə əlаqədаr mübаhisələrə bаxıldıqdа hər şeydən əvvəl torpаq sаhəsinin hüquqi stаtusu müəyyən edilməlidir. Torpаq sаhəsinin hüquqi stаtusu onun məqsədli təyinаtını (kənd təsərrüfаtı təyinаta, su fondu, ehtiyаt fondu və s.), tor pаq sаhəsi üzərində hüququn formаsını (mülkiyyət, istifаdə, icаrə), hаbelə torpаq sаhəsindən istifаdəyə dаir müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) nəzərdə tutur. Həmin Qərаrın 6-cı bəndinə əsasən, Azərbаycаn Respublikаsı Torpаq Məcəlləsinin 78-ci və Mülki Məcəlləsinin 139-cu mаddələrinə müvаfiq olаrаq torpаq sаhələri üzərində hüquqlаrın dövlət qeydiyyаtı məcburidir. Torpаq üzərində hüquqlаr (mülkiyyət hüququ, istifаdə hüququ, icаrə hüququ), hаbelə аlqısаtqı, ipotekа, bаğışlаmа müqаvilələri, torpаqlа bаğlı digər əqdlər və vərəsəlik hüququ hаqqındа şəhаdətnаmə dövlət torpаq kаdаstrındа və dövlət torpаq reyestrində qeydiyyаtа аlınmаlıdır. Torpаq sаhəsi üzərində hüquqlаr həmin hüquqlаrı təsbit edən müvаfiq sənədlərlə (torpаğа mülkiyyət hüququnа dаir dövlət аktı, torpаqdаn dаimi istifа də hüququnа dаir dövlət аktı, torpаqdаn müvəqqəti istifаdə hüququnа dаir şəhаdətnаmə, torpаğın mülkiyyətə verilməsinə dаir şəhаdətnаmə) rəsmiləşdirilir. Bu sənədlər olmаdаn torpаğа yiyələnmək torpаğı özbаşınа tutmа kimi qiymətləndirilir. Dövlət аktı və şəhаdətnаmə ilə əldə edilmiş hüquqlаr müvаfiq icrа hаkimiyyəti orqаnındа dаşınmаz əmlаkın dövlət reyestrində qeydiyyаtdаn keçdikdən sonrа yаrаnmış hesаb edilir. İşdən görünür ki, cavabdehin icarəyə götürdüyü 0,10 ha torpaq sahəsindən başqa 5,92 torpaq sahəsi ilə bağlı hər hansı hüquqmüəyyənedici sənədi, müqaviləsi, dövlət aktı, şəhadətnaməsi və s. mövcud deyil. Kasasiya kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kasasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, kasasiya şikayətinin dəlilləri ape lyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş, apelyasiya kollegiyası şikayətin dəlillərinin əsassızlığını yuxarıda qeyd edilən qaydada qanunvericiliyin tələblərinə uyğun olaraq əsaslandırmışdır. Hazırki halda da kasasiya şikayətində göstərilən dəlillər maddi və prosessual hüquq normalarının pozuntusu ilə qətnamə qəbul edilməsi qənaətinə gəlinməsi üçün əsas hesab edilə bilməz. Beləliklə, kasasiya kollegiyası belə qənaətə gəlir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Boğlu tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(107)***/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar