Məhkəmə qərarları › İş №2(102)-2085/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2085/2023

08.05.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2085/2023 08.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X3 qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-2085/2023 (Açar sözlər: evə köçürülmə,yaşayış hüququnun tanınması, yaradılmış maneənin aradan qaldırılması) Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X9 (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X3 qarşı “evə köçürülmə, yaşayış hüququn tanınması, yaşayış evindən istifadə qaydalarının müəyyən edilməsi və cavabdehlər tərəfindən yaradılan maneələri n aradan qaldırılması” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-183/2023 saylı, 12 yanvar 2023-cü il tarixli qətnaməsindən İddiaçı (Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə 08 may 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Lənkəran Rayon Məhkəməsinin 2(049)-645/2022 saylı, 22 fevral 2022-ci il tarixli qətnaməsi ilə ilkin İddiaçı ilkin Cavabdeh2 qarşı “nikah qeydinin pozulması və aliment” tələbi qismən təmin edilərək, sonrakı iddiaçı Cavabdeh2 sonrakı cavabdeh İddiaçı qarşı “nikah qeydinin pozulması” tələbi təmin edilmiş, İddiaçı ilə Cavabdeh2 arasında Lənkəran rayon VVADQ şöbəsində xx.xx.2005-ci il tarixdə 470 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan, 25 iyul 2005-ci il təvəllüdlü X7 və 10 fevral 2009-cu il təvəllüdlü X1 anası İddiaçı himayəsində və yanında saxlanılması, xx.xx.2020-ci il tarixdən başlayaraq 25 iyul 2005-ci il təvəllüdlü X2 və 10 fevral 2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün ataları Cavabdeh2 hər ay bir uşaq üçün 125 manat, cəmi 250 (iki yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq anası İddiaçı ödənilməsi qət edilmişdir.

2. İnventar nömrəsi 4556 olan şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid Texniki Pasportdan görünür ki, Lənkəran şəhəri Füzuli küçəsi 37”a” saylı ev iyun 1981-ci il tarixdə Cavabdeh1 adına işlənmişdir.

3. Azərbaycan Respu blikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X6 Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli xx.xx.2016-cı il qeydiyyat tarixli çıxarışın surətindən görünür ki, 0,04 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 177,5 kv.m. olan ünvan 5 daşınmaz əmlak xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 54 nömrəli reyestr kitabının 85 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

4. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X3 qarşı “evə köçürülmə, yaşayış hüququn tanınması, yaşayış evindən istifadə qaydalarının müəyyən edilməsi və cavabdehlər tərəfindən yaranmış maneələrin aradan qaldırılması” tələbinə d air iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət edərək, onun iki övladıxx.xx.2005-ci il təvəllüdlü X7 və 10 02.2009-cu il təvəllüdlü X4 ilə birlikdə qeydiyyatda olduqları, Cavabdeh1 mülkiyyətində olan Lənkəran şəhəri, Səmədbəy Mehmandarov küçəsi, 37A-da yerləşən fərdi yaşayış evinin ikinci mərtəbəsinə köçürülməklə evin və digər yardımçı sahələrdən, yəni hamam, ayaqyolu, kommunal xidmətlər-qaz, işıq və sudan istifadə etməklə yaşayış hüququnun tanınması, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tərəfindən yaranmış maneələrin aradan qaldırılması baradə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh2 ilə 2004-cü ildə ailə həyatı qurmuş, nikahlarını xx.xx.2005-ci il tarixdə Lənkəran rayon qeydiyyat şöbəsində 470 sayla rə smiləşdirmişlər. Birgə nikahdan xx.xx.2005-ci il tarixdə X7 və xx.xx.2009-cu il tarixdə X4 doğulmuşdur. Uşaqlardan hər ikisi sağ-salamat olmaqla onun himayəsində yaşayırlar. El adətilə toy edib qaynatasının mülkiyyətində olan evə gəlin köçüb yaşamış, baldızı Aynurun ailəyə müdaxiləsi nəticəsində ailəsində tez-tez münaqişələr olmuş, ailəsi elə bir vəziyyətə gəlmişdir ki, artıq dözülməz vəziyyət yaranmışdır. Məcbur qalıb Lənkəran Rayon Məhkəməsinə nikahın pozulması və aliment tələbi ilə bağlı müraciət etmişdir. Lənkəran Rayon Məhkəməsinin 22 fevral 2022-ci il tarixli qətnaməsinə əsasən nikahın pozulması və iki övladının yetkinlik yaşına çatanadək saxlanması üçün bir uşağa 125 manat olmağla, iki uşağa cəmi 250 manat alimentin Cavabdeh2 tutulması qət edilmişdir. Boşandıqdan sonrada gəlin köçdü yü ünvanda yaşamışdır. 2022-ci ilin aprel ayının 27-də qaynatası ilə keçmiş həyat yoldaşı üstünə hücum çəkərək onu evə qoymamışlar. Bu barədə polisə müraciət etmiş və bunla bağlı video çəkilişi var. Polis mülki məsələ olduğundan bu məsələnin məhkəmə qaydasında həll olunmalı olduğunu demişdir. Hal-hazırda cavabdehlər sözü gedən mübahisəli evin bütün qapılarının qıfıllarını dəyişərək onu və övladlarını evə qoymurlar. Zəhməti, dişi, dırnağı ilə evin 2-ci mərtəbəsini təmir etdirmiş, evin həm ustası, həm də fəhləsi olmuşdur. Bu qədər əziyyət çəkdiyi evə onu qoymurlar. Belə çıxır ki, evi cavabdehlər üçün təmir etdirmişdir. Mərhum qaynanası da onunla yaşamışdır və 2021-ci ildə vəfat etmişdir. Onu 2-ci mərtəbədə öz yanında saxlamış, qulluğunda durmuşdur. Bir sözlə ailəsilə münasibəti yaxşı olmuş, baldızı ailəsinin dağılmasına səbəb olmuşdur. Əgər cavabdehlər ona kompensasiya versələr, o, övladları ilə birlikdə ayrıca şərait yaradıb yaşayacaqdır. Bu biyabırçılığa da son qoyulacaqdır. Gəlin köçdüyü evin 2-ci mərtəbəsini öz hesabına təmir etdirmişdir. Bununla bağlı kifayət qədər sübutları var. Qayınatasının mülkiyyətində olan evə köçəndə evin mülkiyyətçisi, yəni rəsmi mülkiyyətin kimə məxsus olması barədə heç bir hüquqi sənədi olmamışdır. 18 il qeyrişərtsiz sözu gedən evdə yaşamışdır. Ev 2016-cı ildə Cavabdeh1 adına, yəni qayınatasının adına rəsimləşdirilib. Rəsmiləşdirmə işlərini özü etmiş və çıxarış əldə olunmuşdur. Yaşadığı valideyinlərinin evi şəraitsizdir. Dəfələrlə evinə qayıtmaq istəsə də baldızı buna imkan vermir.

6. Lənkəran Rayon Məhkəməsinin (hakim Toğrul Məmmədov) 2(049) -2008/2022 saylı, 12 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.

7. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı 2004-cü ildə qayınatası Cavabdeh1 məxsus evə gəlin köçmüşdür. Hazırda həmin ev Cavabdeh1 mülkiyyətindədir və mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Cavabdeh1 keçmiş gəlini, yəni iddiaçının öz mülkiyyətində olan evində yaşamasına razılıq verməmiş, hazırda da onun orada yaşamasına razı deyildir.

8. Məhkəmə qeyd etmişdir ki, İddiaçı mülkiyyətçi Cavabdeh1 ailə üzvü olmamış, İddiaçı istifadə hüququnun olması, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilməmişdir. Beləliklə, İddiaçı Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən evə istifadə hüququ yaranmamışdır.

9. Məhkəmə hesab etmişdir ki, İddiaçı Cavabdeh1 mülkiyy ətində olan ünvan 2 ünvanında yerləşən evə istifadə hüququ yaranmadığından, iddiaçının cavabdehlərə qarşı evə köçürülmə, yaşayış hüququn tanınması tələbinə dair iddiası rədd edilməli, qeyd edilən tələb təmin edilmədiyindən iddiaçının yaşayış evindən istifadə qaydalarının müəyyən edilməsi və cavabdehlər tərəfindən yaranmış maneələrin aradan qaldırılması tələbinə dair iddiası da həmin hissədə rədd edilməlidir.

10. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 228.1, 228.2, 228.5-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

11. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin o lunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

12. Apellyasiya şikayəti iddia ərizəsinin məzmunu ilə oxşar məzmunda əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə onun həmin yaşayış sahəsinə gəlin gəldiyini və həmin yaşayış sahəsində azyaşlı uşaqları ilə uzun müddət yaşadığını, yaşayış sahəsinin 2-ci mərtəbəsinin özü öz hesabına əsaslı təmir etdiyini, 18 ilə yaxındır ki, həmin yaşayış sahəsində uşaqları ilə yaşadığını nəzərə almamış, işə formal yanaşmış, nəticədə əsassız qətnamə qəbul etmişdir. Ona görə də qətnamə qanunsuz və əsassızdır.

13. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Cahid İmanov (sədrlik edən və məruzəçi), Tofiq Heydərov və Tale Kərimov) 2(106)-183/2023 saylı, 12 yanvar 2023-cü il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməyərək, Lənkəran Rayon Məhkəməsinin 2(049)-2008/2022 saylı, 12 sentyabr 2022-ci il tarixli qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Cavabdeh1 1981-ci ildən qeyd edilən evə “gözlənilən mülkiyyət hüququ” yaranmışdır. İddiaçı qeyd edilən mübahisəli evə gəlin köçən zaman və sonradan həmin ev onun adına rəsmiləşdiriləndən sonra da Cavabdeh1 ilə aralarında hər hansı notarial razılaşması olmamışdır. Cavabdeh1 keçmiş gəlini, yəni iddiaçının öz mülkiyyətində olan evində yaşamasına razılıq verməmiş, hazırda da onun orada yaşamasına razı deyildir.

15. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, İddiaçı mülkiyyətçi Cavabdeh1 ailə üzvü olmamış, İddiaçı istifadə hüququnun olmas ı, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilmədiyindən İddiaçı Cavabdeh1 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən evə istifadə hüququ yaranmamışdır.

16. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 228.1, 228.2, 228.5-ci maddələrinə, “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 iyul 2014-cü il tarixli və Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli qərarlarında ifadə ed ilmiş hüquqi mövqeyə, Mənzil Məcəlləsinin 30.1, 30.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

17. Qətnamədən iddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi və yaxud apellyasiya məhkəməsindəmüəyyən edilmiş hallar və sübutlar əsasında iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

18. Kassasiya şikayəti apellyasiya şikayətində qeyd olunan dəlillərlə əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, cavabdeh Hüseynov X5 şəhəri, Mehmandarov küçəsi ev 37A ünvanında yerləşən fərdi yaşayış evinə 2016-cı ildə mülkiyyət hüququ əldə etdikdən dərhal son ra da iddiaçının göstərilən evə daimi qeydiyyata alınmaqla həmin evdə qeyd şərtsiz və maneəsiz yaşamağa davam etməsinə əlavə olaraq notarial qaydada razılıq (razılıq ərizəsi) da vermiş və iddiaçı həmin tarixdə həmin evə rəsmi daimi qeydiyyata alınmış və ona yeni şəxsiyyət vəsiqəsi verilmişdir. İddiaçı evə qeydiyyata cavabdeh Elşan Hüseynovun notariat qaydasında verdiyi razılıq ərizəsi ilə düşmüşdür. Həmin ərizə iddiaçının yaşayış sahəsindən istifadəyə razılıq verilməsini təsdiq edir. Gəlin köçdüyü vaxt evin mülkiyyətçisi olmamış, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. xx.xx.2016-cı il tarixə kimi sənədsiz olduğu üçün evə münasibətdə istifadə hüququ yaranmışdır. Cavabdeh1 sonradan mülkiyyətçi olmuşdur. İddiaçının mübahisəli evə 2004cü ilin oktyabr ayında daimi yaşamaq üçün köçməsinə, cavabdehlərlə 18 ildən artıq müddətdə mübahisəli evdə birgə yaşamasına və 2005-ci ildə nikahın rəsmiləşdirilməsinə, bu müddətdə həmin evdə iki övladının (birinin xx.xx.2005-ci il tarixdə, ikincisinin isə xx.xx.2009-cu il tarixdə) dünyaya gəlməsinə və böyüməsinə, özünün və övladlarının hər ikisinin şəxsiyyət vəsiqələrində daimi yaşayış və qeydiyyat ünvanı kimi mübahisəli evin ünvan 4nə baxmayaraq, məhkəmələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin tətbiqində və şərhində səhvə yol verməklə, onun və övladlarının Konstitusiyanın 43 və 60cı maddələrində təsbit olunmuş hüquqlarını pozmuşlar. Həmçinin iddiaçının qayınatası olmuş Cavabdeh1 fərdi yaşayış evinə hüququnun mövcud olması, iddiaçının sonuncunun hüququna münasibətdə istifadə hüququnun yaranıb-yaranmaması, yarandıq da isə iddiaçının həmin hüququnun saxlanılıb-saxlanılmamasına aidiyyəti maddi hüquq normaları əsasında qiymətləndirmə aparmalı olduğu halda, apellyasiya instansiyası məhkəməsi tərəfindən bu məsələrlə bağlı ümumiyyətlə araşdırma və dəyərləndirmə aparılmamışdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən tətbiq edilməli olan maddi və prosessual hüquq normaları tətbiq edilmədiyindən və onların tətbiqində kobud səhvlərə və pozuntulara yol verildiyindən 12 yanvar 2013-cü il tarixli mübahisəli qətnaməni qəbul etmişdir. Bu isə öz növbəsində ərizəçinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsində nəzərdə tutulmuş hüququnun pozulmasına gətirib çıxarmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

19. Cavabdehlər iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, etirazda göstərmişlər ki, iddiaçı kassasiya şikayətində mənzildə qeydiyyatda olmasını, qeydiyyata düşməsinin cavabdehlərin razılığı ilə baş verməsini, qeydiyyata düşməsi barədə razılıq ərizəsinin onun həmin yaşayış sahəsindən istifadəyə razılıq verilməsi kimi qəbul edilməsini, Cavabdeh1 sonradan mülkiyyətçi olmasını, gəlin köçdüyü vaxt mənzilin mülkiyyətçisinin olmadığını və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığını qeyd etmişlər. Kassasiya şikayətinin həmin dəlilləri formal və əsassızdır. Qanunvericilikdə razılaşma qismində şəxsin qeydiyyata düşməsi barədə ərizə deyil, mülki, həm də ailə qanunvericiliyi ilə nəzərdə tutulan bu və ya digər müqavilə, yaxud razılıq, habelə qüvvədə olan qanunvericiliyə zidd olmayan digər razılıq növü çıxış edə bilə r. Elirazda kassasiya şikayətinin təmin edilməməsi, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş olunmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

20. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.

21. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydası nda tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

22. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüq uqu bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi.

23. Maddə 30.1.Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

24. Maddə 30.2.Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən t əyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarı 25. 1 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin məzmununa görə yaşayış sahəsinin mülkiyyətçisi ilə onun ailə üzvləri arasında həmin yaşayış sahəsindən istifadə qaydalarını tənzimləyən razılaşma bağlanmışdırsa bu maddənin müddəaları tətbiq olunmur. Bu cür razılaşmada hər hansı şərtin müəyyənləşdirilməməsi onun iştirakçılarına geniş sərbəstlik vermişdir. Məhz bu səbəbdən belə razılaşma qismində həm mülki (məsələn, əmlak kirayəsi müqaviləsi və ya əvəzsiz istifadə haqqı nda müqavilə), həm də ailə qanunvericiliyi (nikah müqaviləsi və ya alimentin ödənilməsinə dair razılıq) ilə nəzərdə tutulan bu və ya digər müqavilə, yaxud razılıq, habelə qüvvədə olan qanunvericiliyə zidd olmayan digər razılıq növü çıxış edə bilər. Göstərilən münasibətlər razılaşma ilə tənzimlənmədikdə, ailə münasibətlərinə xitam verilməsi keçmiş ailə üzvü tərəfindən yaşayış sahəsindən istifadə hüququnun itirilməsi üçün əsasdır, bu da öz növbəsində Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə nəzərdə tutulmuş digər qaydaların tətbiqini mümkün edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sü but etməlidir.

28. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

29. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

30. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

31. Maddə 217.4. Məhkəmə öz qətna məsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

32. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

34. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayəti n hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

35. Maddə 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

36. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

37. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı i nstansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

38. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan ape llyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

40. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi işlə bağlı sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət vermişdir.

41. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçı 2004-cü ildə qaynatası Cavabdeh1 məxsus ünvan 5 ünvanda yerləşən fərdi yaşayış edinə gəlin köçmüşdür. İddiaçı mübahisəli evə gəlin köçən zaman ev 1981-ci ildə verilmiş texniki pasport əsasında Cavabdeh1 adına olmuş, fərdi yaşayış evi xx.xx.2016-cı il tarixli çıxarışla Cavabdeh1 adına dövlət qeydiyyatına alınmışdır. Cavabdeh1 1981-ci ildən qeyd edilən evə “gözlənilən mülkiyyət hüququ” yaranmışdır. 2016-cı ildə iddiaçı evin mülkiyyətçisi Cavabdeh1 razılığı ilə evə pasport qeydiyyatına alınmışdır. İddiaçı qeyd edilən mübahisəli evə gəlin köçən zaman və sonradan həmin ev onun adına rəsmləşdiriləndən sonra da Cavabdeh1 ilə aralarında hər hansı notarial razılaşması olmamışdır. Cavabdeh1 keçmiş gəlini, yəni iddiaçının öz mülkiyyətində olan evində yaşamasına razılıq verməmiş, iddiaçının iddiası ilə oğlu ilə nikahları pozulduqdan sonra və hazırda da iddiaçının onun mülkiyyətində olan evdə yaşamasına razı deyildir. İddiaçı mülkiyyətçi Cavabdeh1 ailə üzvü olmamış, İddiaçı istifadə hüququnun olması, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilməmişdir. Beləliklə İddiaçı Cavabdeh1 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ev ə istifadə hüququ yaranmamışdır.

42. Məhkəmə kollegiyası kassasiya şikayətinin iddiaçının evə qeydiyyata Cavabdeh1 notariat qaydasında verdiyi razılıq ərizəsi ilə düşməsi, həmin ərizənin iddiaçının yaşayış sahəsindən istifadəsinə razılıq verilməsini təsdiq etməsi, xx.xx.2016-cı il tarixə kimi sənədsiz olduğu üçün evə münasibətdə istifadə hüququn yaranması barədə dəlili ilə bağlı qeyd edir ki, kassasiya şikayətində iddiaçının Cavabdeh1 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən evində qeyiyyatda olması, həmçinin iddiaçının faktiki olaraq yaşamaqla onun hüququ ilə yüklü olan evin xx.xx.2016-cı il tarixədək sənədsiz olması sonuncunun həmin evə istifadə hüququnun yaranmasının əsası kimi qəbul olunmuşdur. Lakin mülkiyyətçinin şəxsin yaşayış sahəsinə qeydiyyata alınmasına razılıq verməsi, ist ifadə hüququn yaranmasını ehtiva etmir. Bu səbəbdən də kassasiya şikayətinin həmin dəlili əsassızdır.

43. Bununla bağlı qeyd olunmalıdır ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifa də hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.

44. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

45. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsini n gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum yoxdur.

46. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

47. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

48. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

49. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

50. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

51. Göstərilənlə rə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-183/2023 saylı, 12 yanvar 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar