Məhkəmə qərarları › İş №2(102)-2086/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2086/2025

02.09.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2086/2025 02.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: istehlakçı hüquqlarının müdafiəsi, borcun silinməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (məruzəçi), Əliyev Zaur Əli oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "Azəriqaz" İB-nə qarşı "borcun silinməsi" tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1747/2025 nömrəli, 7 mart 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 02 sentyabr 2025-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxa raq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh iddiaçıya aid olan ünvan üzrə "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" xx.xx.2017-ci ildən xx.xx.2020-ci ilədək olan dövrdə 24 akt tərtib etmişdir. Bu aktlar əsasında hesabat aparılıb, dəymiş ziyanın (itirilmiş qazın) əvəzi kimi abonentə 6.336,70 manat borc hesablanıb və abonentin saldosunda qeyd edilmişdir. 2. xx.xx.2017-ci il tarixli ******* nömrəli akta əsasən hesablanmış borc 583,20 manat təşkil etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən tərtib edilmiş təbii qazdan istifadəyə görə əsassız hesablanmış 6336,70 manat məbləğində borcun silinməsinə, pozulmuş hüquqlarının bərpası ilə bağlı 300 mana t məbləğində çəkdiyi xərcin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanda quraşdırılan sayğac onun adınadır. Abonent kodu **********10000–dır. Abonent kodu üzrə borcun yaranmasının səbəbini araşdırmaq üçün cavabdeh təşkilata müraciət etmişdir. Müraciəti əsasında cavabdeh təşkilat tərəfindən müvafiq sənədlər təqdim edilmişdir. Ona təqdim edilmiş sənədlərə əsasən, barəsində "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında": xx.xx.2017-cü il tarixli, ******* nömrəli; xx.xx.2017-ci il tarixli, ******* nömrəli; xx.xx.2017-cü il tarixli, ******* nömrəli; xx.xx.2017-cü il tarixli, ******* nömrəli; xx.xx.2017-ci il tarixli, ******* nömrəli; xx.xx.2018-cü il tarixli, ******* nömrəli; xx.xx.2018 -cü il tarixli, ******* nömrəli; xx.xx.2018-cü il tarixli, ******* nömrəli; xx.xx.2018-cü il tarixli, ******* nömrəli; xx.xx.2018-cü il tarixli, ******* nömrəli; xx.xx.2019-cu il tarixli, ******* nömrəli; xx.xx.2019-cü il tarixli, ******* nömrəli; xx.xx.2019-cu il tarixli, ******* nömrəli; xx.xx.2019-cu il tarixli, ******* nömrəli; xx.xx.2019-cu il tarixli, ******* nömrəli; xx.xx.2019-cu il tarixli, ******* nömrəli; xx.xx.2019-cu il tarixli, ******* nömrəli; xx.xx.2019-cu il tarixli, ******* nömrəli; xx.xx.2019-cu il tarixli, ******* nömrəli; xx.xx.2019-cu il tarixli, ******* nömrəli; xx.xx.2020-ci il tarixli, ******* nömrəli; xx.xx.2020-ci il tarixli, ******* nömrəli; xx.xx.2020-ci il tarixli, ******* nömrəli; xx.xx.2020-ci il tarixli, ******* nömrəli aktlar tərtib edilmişdir. Həmin aktla ra əsasən, guya mənzildə təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə aşkarlanmışdır. Həmin aktlar əsasında, dəymiş ziyanın hesablanması göstərilmişdir. Lakin həmin aktlarla razı deyil. Çünki həmin aktlar tamamilə əsassızdır. Belə ki, cavabdeh əgər 2017-2020-ci illərdə təbii qaz xəttini talanmasını aşkar etmişdirsə, niyə görə bu qanunsuzluğun qarşısını almaq üçün təbii qazın verilməsini dayandırmırdı. Çünki, "Qazdan istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli Qərarının 6.5-ci bəndinə görə, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Göründüyü kimi, qanunvericilik imperativ qaydada qazpa ylayıcısının üzərinə qazın verilməsinin dayandırılması vəzifəsi qoymuşdur. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar tərtib edilərkən istehlakçı tərəfindən hər hansı bir müdaxilənin olub-olmaması müəyyən edilməmiş və hal şahidlərinin iştirakı təmin edilməmişdir. Göründüyü kimi həmin aktlar formaldır. Cavabdeh tərəfindən zərər aktı tərtib etməsi şübhə doğurur və reallığa uyğun deyil. Belə ki, həmin aktda dəmir soba, İran sobasının olduğu göstərilir. Halbukı, göstərilən qızdırıcılardan heç biri onun evində mövcud deyil. Həmin aktlar tərtib edilərkən istehlakçı tərəfindən hər hansı bir müdaxilənin olub-olmaması müəyyən edilməmiş və hal şahidlərinin iştirakı təmin edilməmişdir. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar və itirilmiş təbii qazın dəyərinin hesablanması barədə sənəd borc məbləğinin yaranması üçün əsaslı hesab edilə bilməz. Bu aktlar məhz onun sayğaca müdaxilə etməyini yaxud sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etməyini bilavasitə təsdiq etmir. Çünki, bu aktlar yalnız cavabdeh tərəfin maraqlı şəxsləri tərəfindən tərtib edilmişdir. İtirilmiş təbii qazın dəyəri hesablanarkən hər hansı bir normativ hüquqi akta, hansısa qaydalara da istinad edilməmişdir. Bu cür hesablama üsulu ilə, ümumiyyətlə hansısa şəxsin cavabdehə hansısa miqdarda maddi ziyan vurmasını müəyyən etmək mümkünsüzdür. Cavabdehin təqdim etdiyi aktlardan görünür ki, onlar qanunvericiliyin tələblərinə zidd olaraq birtərəfli qaydada, istehlakçının (və ya onun hər hansı ailə üzvünün) iştirakı təmin olunmadan tərtib olunmuş, eyni zamanda aktların bir surəti təqdim olunmamış və ya göndərilməmişdir. Halbukı, Qaydaların yuxarıda qeyd edilən tələblərinə görə, şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Əgər həqiqətən, qanunsuz qoşulma halı aşkar edilmişdirsə, deməli cavabdeh bilərəkdən qaz xəttini dayandırmamaqla, qanunsuzluğun davam etdirilməsinə rəvac vermişdir.

5. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-5462/2024 nömrəli 20 noyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim-Adilə Paşayeva) iddia tələbi qismən təmin edilmiş, C avabdeh tərəfindən İddiaçı (abonent kodu **********10000) əsassız hesablanmış 5753,50 manat məbləğində borc silinmiş, iddiaçı tərəfindən aldığı hüququ yardıma görə ödənilmiş 300 manatın cavabdehdən tutularaq iddiaçıya qaytarılması, hazırki iddiaya ödənilməli olan 83,37 manat məbləğində dövlət rüsumunun 75,7 manat hissəsinin cavabdehdən alınaraq, qalan 7,67 manat hissəsinin isə iddiaçıdan alınaraq dövlət büdcəsinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin olunmaması qət edilmişdir.

6. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsində təbii qaz şəbəkəsinə qoşulmaqla ondan istifadə edilməsi vurulmuş ziyanın məbləğindən asılı olaraq inzibati və cinayət məsuliyyəti yaradır. Belə olan halda uzun müdd ət ərzində dəfələrlə qanunsuz qoşulma faktı olduğu halda cavabdehin bu fakt barədə hüquq mühafizə orqanlarına məlumat vermədən yeni akt tərtib etməsi həmin aktın mötəbərliyi barədə şübhə doğurur.

7. Məhkəmə iddia tələbində qeyd olunmuş aktlara əsasən, dəymiş zərərin tutulması hissəsinə qiymət verərkən qeyd etmişdir ki, tərtib edilmiş aktlarda cavabdehin imzasının olmadığını, ona məxsus evə dəfələrlə baxış keçirilsə də, iştirakının təmin edilməməsini nəzərə alır.

8. Məhkəmə hesab etmişdir ki, qanunsuz qoşulmanın aşkar olunma faktına görə ilk tərtib olunmuş xx.xx.2017-ci il tarixli ******* nömrəli akt üzrə borc istisna olmaqla qalan aktlar üzrə borc silinməlidir.

9. İddiaçı həmçinin iddianın verilməsinə görə aldığı hüququ yardım üçün çəkdiyi 300 manat məbləğində xərcin cavabdehdən tutulmasın ı xahiş etmişdir. İşdən görünür ki, iddiaçı xx.xx.2024-cü ildə 300 manat 7 saylı Vəkil Bürosuna ödənilmişdir. Məhkəmə hesab etmişdir ki, həmin məbləğ cavabdehdən tutularaq iddiaçıya qaytarılmalıdır.

10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1, 1096.2, 1097.2-ci maddələrinə, "Qaz təchizatı haqqında" qanunun 6.2-ci, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"nın 6.5-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilən hissəsində ləğv edilməsi, iddia tələbinin tam rədd edilməsin i xahiş etmişdir.

12. Apellyasiya şikayətində qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmiş, maddi və prosessuаl hüquq normаlarının tətbiqində səhvə yol vermişdir. Bütün bunlar isə qətnamənin qismən ləğv edilməsinə əsasdır. Belə ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçı tərəfindən 2015 2020-ci illər ərzində qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə edilməsi, yəni qeyriqanuni şəkildə təbii qazın talanması faktları aşkar olunmuş, faktlar yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlarla rəsmiləşdirilmiş və fotoşəkilləri çəkilmişdir. Tərtib edilmiş həmin Aktlar əsasında “Dəymiş ziyanın bərpasına dair” Tələbnamələr təsdiq edilmişdir. Həmin Tələbnamələrə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həcminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. Göründüyü kimi iddiaçı qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan sayğacdan kənar qeyri-qanuni birləşmə vasitəsilə istifadə etməklə cavabdehə böyük məbləğdə ziyan vurmuşdur. Lakin birinci instansiya məhkəməsi qeyd olunan hallara və iş materiallarında olan sübutlara düzgün hüquqi qiymət verməmiş, faktı təsdiq edən aktlar və fotoşəkillərin olmasına baxmayaraq heç bir mötəbər sübuta istinad etmədən iddianı qismən təmin etmişdir. Həmçinin birinci instansiya məhkəməsi tərəfindən hazırkı iddia tələbləri üzrə Ali Məhkəmənin formalaşdırdığı (xx.xx.2024-cü il tarixli 2(102)-424/202 4 saylı qərarı) mövqe də nəzərə alınmamışdır. Qanunsuz qoşulmaya dair kifayət qədər təsdiqedici sübutlar təqdim olunmasına baxmayaraq birinci instansiya məhkəməsi qeyd olunan qanunvericilik normalarının tələblərini kobud şəkildə pozmuş, yalnız ilk tərtib edilmiş akt əsasında hesablanmış dəymiş ziyan məbləği ilə bağlı iddia tələbini təmin etməmiş, tərtib edilmiş digər aktlara münasibətdə isə Ali Məhkəmənin yuxarıda göstərilən qərarında formalaşdırdığı mövqeni nəzərə almamışdır.

13. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1747/2025 nömrəli, 7 mart 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər: Namiq Cəfərov (sədrlik edən və məruzəçi), İkram Şirinov və Elşən Kazımov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyiş dirilmədən saxlanılmışdır.

14. Cavabdeh iddiaçıya aid olan ünvan üzrə xx.xx.2017-ci ildən xx.xx.2020-ci ilədək olan dövrdə 24 akt tərtib etmişdir. Həmin aktların 8-i mülki işin materiallarında var, qalanı yoxdur. İşdə olan aktlara görə, həmin ünvanda təbii qazdan sayğacdankənar istifadə edilmişdir. Daha sonra hesabat aparılıb, dəymiş ziyanın (itirilmiş qazın) əvəzi kimi abonentə 6.336,70 manat borc hesablanıb və abonentin saldosunda qeyd edilmişdir. İddiaçı aktların və hesablanmış borcun əsassız olduğunu iddia etmişdir. Birinci instansiya məhkəməsi iddianın təmin edilməsinə aid olan hissədə düzgün nəticəyə gəlmişdir. Cavabdeh iddiaçının qazdan sayğacdankənar istifadə etdiyini təsdiq edən sübut (qazdan sayğacdankənar istifadə edildiyini təsdiq edən fotoşəkil, videoçəkiliş və s.) təqdim etmə mişdir. İşdə yalnız aktlarin bir hissəsi mövcuddur, həmin aktlar isə abonent tərəfindən imzalanmayıb. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində və apellyasiya instansiyası məhkəməsində keçirilən məhkəmə iclaslarına gəlməmiş, iddianın əsassızlığını təsdiq edən heç bir sübut təqdim etməmişdir. Hətta cavabdeh özündə olan aktları məhkəməyə təqdim etməmişdir. Belə ki, 24 akt tərtib edilsə də, iddiaçı onların 8-ni məhkəməyə təqdim etmişdir. Belə vəziyyətdə qalan 16 aktı cavabdeh məhkəməyə təqdim etməli idi, çünki aktlar cavabdeh tərəfindən tərtib olunmuşdur. Ona görə də məhkəmə iddiaçının bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyəti olan halları müəyyən olunmuş hesab etmişdir. Cavabdeh İB öz hərəkətsizliyi ilə zərərin həcminin artmasına şərait yaradıb, 7 ildən sonra – xx.xx.202 4-cü ildə məhkəməyə iddia vermişdir. Belə iddialar hətta tam həcmdə təmin edildiyi halda, abonentin ödəmə qabiliyyəti olmadığına görə qətnamənin icrası mümkün olmur. Ona görə də təbii qazdan sayğacdan kənar istifadə faktı ilk dəfə aşkar edilən kimi Cavabdeh İB zərərin həcminin atmasının qarşısını almaq üçün zəruri tədbirlər görməyə borcludur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

15. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin mübahisələndirilən hissədə (iddia tələbinin təmin olunan 5.753,50 manat hissəsində) ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.

16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, eyni tərəflər arasında Sabunçu Rayon Məhkəməsində xx.xx.2018-ci il ta rixində baxılmış 2(008)-3652/2018 nömrəli iş üzrə qəbul edilmiş qətnamə üzrə verilən icra vərəqəsi hazırkı işə baxan məhkəmələr tərəfindən nəzərə alınmamış və 3189,80 manat borca münasibətdə məhkəmələr səhv nəticəyə gələrək qanuni və əsaslı olmayan qətnamə qəbul etmişdirlər. İddiaçının istifadəsində olmuş mexanika və smart tipli qaz sayğaclarının ayrı-ayrılıqda saldolarına sübut qismində qiymət verilməmiş, məhkəmənin özü tərəfindən və ya mütəxəssis tərəfindən saldoların tədqiqatı aparılmamışdır.

17. Məhkəmələr tərəfindən, iddia ərizəsində iddiaçı tərəfindən mübahisələndirilən 24 aktın ilk aktı istisna olmaqla geridə qalan 23 akta münasibətdə silinəcək borc məbləğinin riyazi qaydada hesablama səhvinə yol verilmişdir. Yəni ki, 23 akta münasibətdə silinəcək borc məbləği 5753,50 manat deyil, m əhz 4453,20 manat etməli idi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

19. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

20. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

21. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla z ərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

22. Maddə 154.1. İşdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir.

23. Maddə 154.3. İddiaya etirazda ardıcıl və tam şəkildə iddiaçının göstərdiyi hər bir dəlilə münasibət bildirilməli, işin faktiki halları və sübutlara dair dəlillər əks olunmalıdır. İşdə iştirak edən şəxs iddiada göstərilən hər hansı halla razılaşmadıqda bunun səbəblərini və əsaslandırılmış dəlillərini göstərməlidir.

24. Maddə 407.2. Kassasiya şikayətində işin halların ın sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

25. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

26. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

27. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və y a düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

28. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

29. Apellyasiya baxışının predmeti iddianın təmin edildiyi hissə olmuş, hazırkı kassasiya şikayətində qətnamə baxış predmeti olan hissədə tam mübahisələndirildiyi üçün tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

31. Kassasiya şikayətində cavabdeh birinci instansiya və apellyasiya instansiyası məhkəmələrində irəli sürülməmiş yeni dəlil irəli sürmüş, qeyd edilmişdir ki, Sabunçu Ra yon Məhkəməsində xx.xx.2018-ci il tarixində baxılmış 2(008)-3652/2018 nömrəli iş üzrə qəbul edilmiş qətnaməsi ilə hazırda məhkəmə tərəfindən silinməsi qət edilmiş 3189,80 manat borcun iddiaçıdan tutulması qət edilmişdir.

32. MPM-nin 154.1-ci, 154.3-cü maddələrinin tələblərindən göründüyü kimi, prosessual qanunvericilik cavabdehin üzərinə iddiaya etirazını və bu etirazın əsasını təşkil edən sübutları yalnız hazırlıq mərhələsində (iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində) təqdim etmək vəzifəsi qoymuşdur. Eyni zamanda MPM-nin 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi yalnız kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlamaq səlahiyyətinə malik olduğundan kassasiya instansiyası mərhələsində yeni sübut təqdim edilməsi yolverilməzdir. Əgər cavabdehdə silinməsi barədə iddia qaldırılmış borc məbləğinin cavabdehdən tutulması barədə qanuni qüvvəyə minmiş məhkəmə aktı var idisə bu sübut birinci instansiya məhkəməsinə hazırlıq mərhələsində təqdim edilməli və həmin instansiyada bununla bağlı araşdırma aparılmalı idi.

33. Bundan əlavə kassasiya şikayətinə əlavə edilmiş xx.xx.2018-ci il tarixli 2(008)3652/2018 saylı icra vərəqəsindən görünür ki, İddiaçı 2017-ci ildə istehlak edilmiş təbii qaza görə 3189,8 manat borc tutulmuş, hazırkı halda isə məhkəmə tərəfindən aktlar əsasında hesablanmış borcun silinməli olduğu qət edilmişdir.

34. Kassasiya şikayətinin digər dəlili bundan ibarətdir ki, silinmiş borc məbləği düzgün müəyyən edilməmişdir. MP M-nin 361.1.5-ci maddəsinə əsasən apellyasiya şikayətində şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar göstərilməlidir. İşdən görünür ki, apellyasiya şikayətində cavabdehin silinməli olan borcun məbləğinin düzgün hesablanmaması barədə dəlili olmadığından apellyasiya məhkəməsi tərəfindən bununla bağlı araşdırma aparılmamışdır.

35. Qeyd edilənlərə əsasən kollegiya belə nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin dəlilləri üzrə tam və hərtərəfli araşdırma aparılaraq həmin dəlillərə düzgün hüquqi qiymət verildiyindən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələri ni rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1747/2025 nömrəli, 7 mart 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar