Məhkəmə qərarları › İş №2(102)-2087/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2087/2021

27.04.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2087/2021 27.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh1 Cavabdeh: Cavabdeh2 Cavabdeh: Cavabdeh3 İddia tələbi: “evdən çıxarılma və evin boşaldılması” Açar sözlər: evdən çıxarılma və evin boşaldılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Dəmirov İlqar Kamal oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı vəkili Vəkil Mustaqim oğlunun iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 oktyabr 2020-ci il tarixli, 2(105)-2297/2020 saylı qətnaməsindən Cavabdeh 1 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 27 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Kommunal X2 08.01.2020cu il tarixli “ailə tərkibi haqqında” arayışdan görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 (uşaqları-X5, X6, X7) İddiaçı məxsus YYY-də məskunlaşmışlar. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, N-0751473 saylı “çıxarış”ın surətindən görünür ki, ünvan 2 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 7 nömrəli reyestr kitabının 180 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Sumqayıt şəhəri sektorunun 03.03.2020-ci il tarixli məktubundan görünür ki, Qubadlı rayonundan məcburi köçkün Cavabdeh1, X3, Cavabdeh3, X5, X6, X1 rayon İcra Hakimiyyətinin Sumqayıt şəhəri üzrə səlahiyyətli nümayəndəsinin təqdim etdiyi 3647 nömrəli qeydiyyat kartına əsasən Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Sumqayıt şəhər sektorunda 1993-cü ildən qeydiyyata alınmışlar və ilkin olaraq ailələri ilə birgə Sumqayıt şəhəri, 4-cü mikrorayon Kapital bankın arxasında müvəqqəti məskunlaşmışlar. Sonradan kommunal xidmətlər siyahısında ünvanları Katec qəsəbəsi, 20-ci məhəllə, ev 81 b kimi qeydə alınmışdır. Hal-hazırda həmin ünvanda yaşamaları barədə Komitənin Sumqayıt şə hər sektorunda heç bir məlumat yoxdur. Birinci və apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 (uşaqları-X5, X6, X7 ilə və cavabdehlərə məxsus əşyaları ilə birlikdə) mülkiyyətində olan ünvan 2 ünvanında 0,04 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evindən çıxarılması və evin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 16 iyun 2020-ci il tarixli, 2(060)-1284/2020 saylı qətnaməsi ilə (hakim R.N.Qoşqarlı) iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 (uşaqları-X5, X6, X7 ilə və özlərinə məxsus əşyaları ilə birlikdə) İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında 0,04 ha torpaq sahəsində yerləşən fərdi yaşayış ev indən çıxarılmaları və həmin evin boşaldılaraq iddiaçıya təhvil verilməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun İddiaçı özünə aid edilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 oktyabr 2020-ci il tarixli, 2(105)-2297/2020 saylı qətnaməsi ilə (hakimlər – S.A.Qafari (sədrlik edən və məruzəçi), Ş.R.Abasov və T.Q.Məmmədov) apellyasiya şikayəti təmin edilməyərək, Sumqayıt şəhər məhkəməsinin 16 iyun 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları Cavabdeh1 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasına və işin yenidən baxılması üçün apellyasiya instansiy ası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası cavabdehlərin və ailə üzvlərinin konstitsion hüquqlarının pozulması ilə nəticələnən qətnamə qəbul etmiş, cavabdehlərin məhkəmə iclasında iştirakını təmin edə bilməmiş, yalnız mülkiyyət hüququnu üstün tutaraq qətnaməni dəyişdirmədən saxlamış,işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir.Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edə rək, Cavabdeh1 kassasiya şikayətinin təmin edilməməsi və Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 oktyabr 2020-ci il tarixli, 2(105)-2297/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili Vəkil Mustaqim oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iş üzrə İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 hər hansı üzrlü səbəb göstərmədən iclasa gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsini rəhbər tutaraq işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etm işdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur (Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi və 29-cu maddəsinin İİ hissəsi). Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (Mülki Məcəllənin 152.1-ci maddəsi). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (Mülki Məcəllənin 157.2. və 157.4. maddələri). Kassasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-yə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının dü zgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymət ləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hər bir şəxsin mülkiyyətində istənilən daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Mülkiyyət hüququ şəxsin əmlak üzərində istədiyi kimi maneəsiz sahiblik, istifadə və sərəncam vermək hüququnu ehtiva edir. Hər hansı şəxsin mülkiyyətində olan əmlakdan digər bir şəxsin istifadə etməsi yalnız mülkiyyətçinin razılığı və iradə ifadəsi ilə mümkün ola bilər. Əmlakın mülkiyyətçisi olan şəxsin iradəsinə zidd əmlakdan istifadə etmək mülkiyyət hüququna müdaxilə təşkil edir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyinə son qoyularaq, əmlakını geri tələb edə bilər. İddiaçı mübahisə predmeti təşkil edən əmlak üzərində mülkiyyət hüquq una malikdir. Cavabdehlər mübahisəli mənzildə məskunlaşsalar da, mənzilin mülkiyyətçisi olan şəxsin razılığı olmadan həmin mənzildən hazırda istifadə edirlər ki, bu da mülkiyyət hüququna müdaxilə təşkil edir. Cavabdehlərin iddiaçının mülkiyyət hüququnun yarandığı vaxtdan əvvəl məskunlaşması iddiaçının mülkiyyət hüququna müdaxilə üçün əsas ola bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının əmlak üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alındığından, mülkiyyət hüququ mübahisələndirilərək ləğv edilmədiyindən və mülkiyyət hüququnun qeydiyyatı tamlığı prezumpsiyasına malik olduğundan, onun mülkiyyət hüququnun müdafiəsi hüququ tələbi əsaslı hesab edilməli və təmin olunmalıdır. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəm əsi haqlı olaraq iddia tələbinin təmin etməklə mənzilin cavabdehlərin qeyri-qanuni sahibliyindən geri alınması, mənzilin boşaldılması qənaətinə gəlmişdir. Kassasiya kollegiyası kassatorun apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehlərin məhkəmə iclasında iştirakının təmin edilməməsi dəlilinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Həmin Məcəllənin 185.6-cı maddəsinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin, yaxud vəkilinin gəlməməsi işə baxılmasına mane olmur. İş materiallarından görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə iclasının vaxtı və yeri bar ədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Kassasiya kollegiyası qeyd edir ki, kassator kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehlərin və ailə üzvlərinin konstitsion hüquqlarının pozulduğunu, işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmadığını və işin faktiki hallarına düzgün hüquqi qiymət verilmədiyini, qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 oktyabr 2020-ci tarixli, 2(105)-2297/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. il

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar