Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2087/2023 06.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, X1, Cavabdeh3, X7, Cavabdeh5, Cavabdeh6, X11, X20, X21 və X22 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyət hüququnun müdafiəsi, yaşayış evindən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və X32 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, X1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, X11, X20, X21 və X22 qarşı “mənzildən çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsi” tələblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103) -6902/2022 nömrəli iş üzrə 16 dekabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh6 tərəfindən verilmiş kassasiya şikayətinə 06 iyun 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin məhkəmənin sorğusuna xx.xx.2019-cu il tarixli, **********87 saylı çavab məktubundan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Qurban Xəlilov (keçmiş Şahbazi) küçəsi-81 ünvanda yerləşən fərdi yaşayış evi 1/8 hissəsi X8, 1/8 hissəsi Ağabalayev Əlimansur Cənnət oğlunun, 1/8 hissəsi X2, 1/8 hissəsi X5, 4/8 hissəsi isə İddiaçı adına dövlət qeydiyyatından keçmişdir və hazırda onların mülkiyyətlərindədir. Sözügedən ünvanın payçılarına dair natura bölgüsünə dair müvafiq sənə d arxiv qovluğunda aşkar edilməmişdir. 2. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2inz(81)1732/2012 saylı qərarı ilə, İddiaçı cavabdeh Yasamal rayon Polis İdarəsinin Qeydiyyat və şəxsiyyət şöbəsinə qarşı Bakı şəhəri, Yasamal rayonu, Şahbazi-81 ünvana qanunsüz yolla qeydiyyata düşənlər X23, X15, X16, X17, X6, X49, X27, X3, Əliyeva Maya, X33, X36, X44 və Qədimov Zöhrabın qeydiyyatdan çıxarılmaları vəzifəsinin Yasamal rayon Polis İdarəsinin Pasport və şəxsiyyət vəsiqəsi Qeydiyyat İdarəsinə həvalə olunması barədə iddiası rədd edilmişdir.
3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2094/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə, iddiaçılar Cavabdeh1, X4, Cavabdeh3, X9 və Cavabdeh5 cavabdeh İddiaçı qarşı ünvan 3 ünvanda yerləşən evin cavabdehə düşən pay hissəsində istifadə hüququnun tanınması və həmin hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə iddiası rədd edilmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(103)-482/2017 saylı qətnaməsi ilə, apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2094/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ləğv edilmiş, iddia qismən təmin edilmiş, iddiaçılar Cavabdeh1, X4, Cavabdeh3, X9 və Cavabdeh5 ünvan 3 ünvanda yerləşən evin cavabdeh İddiaçı mülkiyyətində olan hissəsinə istifadə hüquqları tanınmış, iddia qalan hissədə rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır.
5. Azərbaycan Respublikası Konstitusiya Məhkəmə Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə, iddiaçılar Cavabdeh1 və qeyrilərinin cavabdeh İddiaçı qarşı evin cavabdehə düşən pay hissəsində istifadə hüququnun tanınması və həmin hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələbinə dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 29 və 60-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 418.1 və 418.3-cü maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiş, işə bu qərara uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılması qərara alınmışdır.
6. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli, 13(102)-5(k)/2018 qərar ı ilə, Azərbaycan Respublikası Ali Məhkəməsinin iş üzrə xx.xx.2017-ci il tarixli və onunla bağlı Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(103)-482/2017 saylı qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
7. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-9796/2018 saylı qətnaməsi ilə, Cavabdeh1 tərəfindən ayrıca, digər iddiaçılar tərəfindən birgə verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2094/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
8. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3452/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə, iddiaçılar Cavabdeh1, X10 və onların vəkili X37 tərəfindən verilmiş kassasiya şikay əti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin 2(103)9796/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 9. 64 saylı MKTB-nin arayışından görünür ki, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, T.Şahbazi küçəsi, 81 saylı evdə qeydiyyatdadır. 10. 64 saylı MKTB-nin arayışından görünür ki, Cavabdeh1, X1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, X11, X20, X21 Bakı şəhəri, Yasamal rayonu, T.Şahbazi küçəsi, 81 saylı evdə qeydiyyatdadır.
11. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi ilə, Bakı şəhəri, Yasamal rayonu, Şahbazi küçəsində yerləşən 81 saylı evin 8/1, 8/1, 8/1, 8/1 və 8/4 paylara uyğun real bölgüsü aparılaraq, İddiaçı 4/8 payına düşən 243,4 kv metr, digər 4/8 paya (8/1, 8/1, 8/1, 8/1) düşən 290,7 kv metr müəyyən edilmiş v ə ekspert rəyinə əlavə olunmuş evin plan sxemində göstərilən D, E, V literli yaşayış evləri ümumi sahəsi 243,4 kv metr olmaqla iddiaçının payına uyğun naturada bölünərək, İddiaçı ayrılması, iddiaçının Bakı şəhəri, Yasamal rayonu, Şahbazi küçəsində yerləşən 81 saylı mülkdə onun payına düşən hissəyə köçürülməsi qərara alınmışdır.
12. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(103)-857/2013 saylı qətnaməsi ilə, cavabdeh X12 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X24 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
13. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(102)3774/2013 saylı qərarı ilə, üçüncü şəxs Ağabalayev Nadir Əlimansur oğl unun kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(103)-857/2013 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
14. İddiaçı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrlə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, X1, Cavabdeh3, Cavabdeh5 və onun azyaşlı övladı X25 mübahisəli evin ona məxsus «Q» literinin 1 saylı yaşayış otağından və qarşısındakı 10 saylı kapital verandadan, cavabdehlər Cavabdeh6, X11, X20, X21 və X18 həmin fərdi yaşayış evinin ona məxsus «Q» literinin 2-3 saylı yaşayış otaqlarından və 11-12 saylı kapital verandalardan, Cavabdeh4 isə «V» literinin 4 saylı yaşayış otağından çıxarılması, fərdi yaşayış evinin ona məxsus hissələrinin boşaldılması və ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
15. İddiaçı iddia ərizəsində göstərmişdir ki, o, evin paylı mülkiyyətçisidir. Bu barədə ona mülkiyyət hüququnu təsdiq edən sənəd verilmişdir. Cavabdehlər Cavabdeh1 və qeyriləri həmin ünvana qanunsuz olaraq qeydiyyata alınaraq, fərdi yaşayış evinin iddiaçının mülkiyyətində olan 1/2 hissəsində bir neçə otağı və qarşısında yerləşən verandaları zəbt etmişlər. Cavabdehlərin onunla heç bir qohumluq münasibətləri yoxdur, göstərilən ünvana hansı yollarla qeydiyyata alınmaları da ona məlum deyildir. Nəticə etibarilə, cavabdehlərin ona məxsus mübahisəli evin otaqlarını qarşısındakı verandaları ilə birlikdə zəbt etmələri onun mülkiyyət hüquqlarını kobud şəkildə pozmaqla, mülkiyyətçini özünə məxsus əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından məhrum edir.
16. Məhkəmə tərəfindən xx.xx.2019-cu il tarixdə mübahisəli ünvan 4 ünvana yerli baxış keçirilmiş, baxış zamanı müəyyən olunmuşdur ki, evin mübahisəli hissəsində D, E, V və Q tikilisinin bir hissəsi mövcuddur. V tikilisi 2 hissədən ibarət olmaqla, 1 hissəsində və Q tikilisi hissəsində İddiaçı ailə üzvləri ilə birlikdə, V tikilisinin (yeni texniki pasporta əsasən V tikilisinin 4 saylı yaşayış otağında) digər hissəsində isə iş üzrə Cavabdeh1 anası, iş üzrə digər Cavabdeh4 yaşayır. D tikilisində (yeni texniki pasporta əsasən Q literinin 1 saylı yaşayış otağı və qarşısındakı 10 saylı kapital verandada) faktiki olaraq Cavabdeh1 və onun ailə üzvləri olan iş üzrə digər cavabehlər – arvadı X1 və oğlu Cavabde h3 yaşayır. E tikilisində (yeni texniki pasporta əsasən Q literinin 2-3 saylı yaşayış otaqları və 11-12 saylı kapital verandada) Cavabdeh6 və onun arvadı – iş üzrə digər cavabdeh X11 yaşayır. Cavabdeh6 oğlu Ramil Abasəliyev faktiki olaraq mübahisəli ünvanda qeydiyyatda olsa da, hal-hazırda hərbi xidmətdə olması müəyyən edildi. Baxış zamanı Cavabdeh1 qızı olan Cavabdeh5 və sonuncunun yetkinlik yaşına çatmayan qızı X25 mübahisəli ünvanda ümumiyyətlə yaşamadıqları müəyyən edilmişdir.
17. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 26858 nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-156/2011 saylı, xx.xx.2011-ci il tarixli fərdi qətnaməsi ilə iddiaçıya naturada ayrılan 243,4 kv metr olan D, E və V literli yaşayış evinin iş materiallarına əlavə edilmiş texniki pasportun məlumatlarında göstərilən Q literli tikilinin 1,2, 3, 10, 11, 12 və 13 saylı tikililəri və V literli və İ,İİ (bir və iki) kimi, göstərilən tikililərlə üstüstə düşdüyü və Q literli tikilinin 1, 2, 3, 10, 11, 12 və V literli tikilidən cavabdeh tərəfindən istifadə edildiyi müəyyən edilmişdir.
18. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 sentyabr 2020-ci il tarixli 2(004)12/2020 saylı qətnaməsi ilə (hakim Toğrul Axundov) iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, X1 və Cavabdeh3 mübahisəli evin iddiaçıya məxsus «Q» literinin 1 saylı yaşayış otağından və qarşısındakı 10 saylı kapital verandadan, cavabdehlər Cavabdeh6, X11, X20, X21 və X18 həmin fərdi yaşayış evinin iddiaçıya məxsus «Q» literinin 2-3 saylı yaşayış otaqlarından və 11-12 sayl ı kapital verandalardan, Cavabdeh4 iddiaçıya məxsus fərdi yaşayış evinin «V» literinin 4 saylı yaşayış otağından çıxarılması, fərdi yaşayış evinin iddiaçıya məxsus hissələrinin boşaldılaraq iddiaçıya qaytarılması qət edilmişdir.
19. Birinci instansiya məhkəməsi qətnaməni əsaslandırarkən göstərmişdir ki, cavabdehlərin iddiaçının mülkiyyətində olan əmlaka istifadə hüququnun yaranmasına dair hər hansı bir hal müəyyən edilməmiş, cavabdehlər tərəfindən məhkəməyə buna dair hər hansı bir mötəbər sübutlar təqdim olunmamışdır.
20. Məhkəmə iddia tələbinin Cavabdeh5 azyaşlı qızı X38 ilə birlikdə mübahisəli evin ona məxsus «Q» literinin 1 saylı yaşayış otağından və qarşısındakı 10 saylı kapital verandadan çıxarılmaları hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, iddia tələbi bu hissədə əsassız ol duğundan təmin olunmamalıdır. Belə ki, işin araşdırılmış halları ilə iş üzrə Cavabdeh5 və onun azyaşlı qızı Ayan Mehdiyevanın mübahisəli mənzildə ümumiyyətlə yaşamamaları müəyyən edilmişdir.
21. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157.2, 157.4, 164.1 və 165.1-ci, eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
22. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilməyən hissəsində ləğv olunmasını və iddia tələbinin həmin hissədə də təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
23. Cavabdehlər Cavabdeh1 və Cavabdeh6 ayrı-ayrılıqda apellyasiya ş ikayətləri verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
24. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-773/2022 nömrəli, 27 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – İlham Kərimli (sədrlik edən və məruzəçi), Akif İsgəndərov və Elşən Kazımov) iddiaçının apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən mübahisələndirilən hissədə ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə çıxarılaraq iddia təmin edilmiş, Cavabdeh5 azyaşlı övladı X39 ilə birlikdə iddiaçıya məxsus Bakı şəhəri Yasamal rayonu Şahbazi küçəsi, 81 saylı fərdi yaşayış evinin "Q" literinin 1 saylı yaşayış otağından və qarşısındakı 10 saylı kapital verandadan ç ıxarılması, cavabdehlər Cavabdeh1 və Cavabdeh6 apellyasiya şikayətlərinin isə təmin olunmaması qət edilmişdir.
25. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi iddia tələbini Cavabdeh5 qarşı hissədə təmin etməməkdə haqlı olmamışdır. Məhkəmə belə hesab etmişdir ki, Cavabdeh5 və onun azyaşlı qızı Ayan Mehdiyevanın mübahisəli mənzildə ümumiyyətlə yaşamamaları müəyyən edildiyindən, iddia tələbi bu hissədə əsassız olduğuna görə təmin edilməməlidir. Halbuki, iş materiallarından görünür ki, Cavabdeh5 əvvəllər də iddiaçıya məxsus evdən istifadə hüququnun tanınmasına iddialı olmuş, bu barədə Cavabdeh1 və qeyriləri ilə birlikdə Zülfiyyə Nəsirovaya qarşı məhkəmədə iddia qaldırmış, iddia ərizəsində də həmin evdə yaşadığını bildirmişdir.
26. Məhkəmə öz mövqeyi ni Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157.2, 157.4, 164.1 və 165.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
27. Cavabdeh1 kassasiya şikayəti verərək (Vəkil2 tərəfindən tərtib olunmuş) apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
28. Cavabdeh şikayətini əsaslandırarkən ekspert rəyinə istinad edərək göstərmişdir ki, “Q” tikilisinin qarşısında texniki pasportda mövcud olmayan əlavə tikililər də mövcuddur. Bu tikililər isə iddiaçıya naturada ayrılan 243,4 kv metretrdən əlavə sahədə yerləşir ki, bunlar da cavabdehin və ailəsinin faktiki sahibliyində olmaqla, onun tərə findən inşa edilmişdir. İşə baxan məhkəmələr isə qətnamədə ekspert rəyində göstərilmiş əlavə tikililərə münasibət bildirməmişdir. Məhkəmələrə yaşayış otaqlarının qarşısındakı tikintilərin iddiaçıya məxsus paya aid olub-olmaması barədə heç bir sübut təqdim olunmasa da, bu hal məhkəmələr tərəfindən araşdırılmamışdır.
29. Cavabdeh6 da kassasiya şikayəti verərək (Vəkil3 tərəfindən tərtib olunmuş) apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
30. Cavabdeh Abbasəliyev Fuad şikayətində bildirmişdir ki, tərəflər arasında mənzil münasibətləri yaranan zaman Azərbaycan Respublikasının Mülki Məcəlləsi deyil, Azərbaycan SSR Mənzil Məcəlləsi qüvvədə idi ki, bu mübahisəyə də sonuncu tətbiq olunmalıdır.
31. Azə rbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)2922/2022 nömrəli, 9 avqust 2022-ci il tarixli qərarı ilə (hakimlər Ələsgər Əliyev (sədrlik edən və məruzəçi), İsmayıl Xəlilov və Mehparə Əhmədova) kassasiya şikayətləri qismən təmin edilmiş, apellyasiya məhkəməsinin qətnaməsi qismən – cavabdehlər Cavabdeh1 və Cavabdeh6 aid hissədə ləğv edilmiş, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir.
32. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarət olmuşdur ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qan uni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
33. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehlərin iddiaçının mülkiyyətində olan evə qeydiyyata alınmaları 1986 və 1988-ci illərdə baş verdiyindən onların irəli sürdüyü dəlillərə tam və obyektiv qiymət verilməsi üçün həmin dəlillər xx.xx.2009-cu il tarixə qədər qüvvədə olan Mənzil Məcəlləsinin 53 və 123-cü maddələrinin tələbləri nəzərə alınmaqla araşdırılmalı və müəyyən edil miş hallara iddia tələbinə münasibətdə Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2007-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqe əsas tutulmaqla qiymət verilməlidir. Lakin, apellyasiya instansiyası məhkəməsi mübahisənin maddi hüquqi əsasını düzgün müəyyən etməmiş, cavabdekhlərin mübahisəli evə qeydiyyatının mülkiyyətçinin ailə üzvü kimi, onun ehtimal olunan razılığı əsasında aparılmış ola biləcəyini yoxlamamış, nəticədə cavabdehlərin evdən istifadə hüququnun olub-olmamasına qiymət verməmişdir. Qeyd olunan halın hazırkı iş üzrə əhəmiyyəti bundan ibarətdir ki, əgər cavabdehlərin evdən istifadə hüququ yaranmışsa, onların mənzildən istifadə hüququna kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
34. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu, “İnsa n hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolu 1-ci maddəsinə, xx.xx.2009-cu il tarixə qədər qüvvədə olmuş Mənzil Məcəlləsinin 53 və 123-cü maddələrinə istinadla əsaslandırmışdır. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
35. Bakı Apellyassiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6902/2022 nömrəli, 16 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Məmməd Məmmədov (sədrlik edən və məruzəçi), Şeyda Məhərrəmova və Rəşad Həsənov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin 02 sentyabr 2020-ci il tarixli qətnaməsi hazırki apellyasiya baxışının predmeti olan hissədə ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilmiş, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh6 qarşı irəli sürdüyü “mənzildən çıx arılma və sair tələbləri barədə” iddiası təmin edilmiş, Cavabdeh1 ünvan 5 ünvanında yerləşən evin İddiaçı məxsus 1/2 hissəsinin “Q” literli tikilinin 1 saylı yaşayış otağından və qarşısındakı 10 saylı kapital verandadan, Cavabdeh6 isə həmin evin “Q” literli tikilinin 2, 3 saylı yaşayış otaqlarından və 11, 12 saylı kapital verandalardan çıxarılması qət olunmuşdur.
36. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilmiş hallar hazırki iş üzrə preyudisial xarakter daşıyır. Qanunvericiliyin tələblərinə görə yuxarıda göstərilən faktlar cavabdehlər Cavabdeh1 və Cavabdeh6 üçün məcburidir və onlar həmin faktları yenidən mübahisələndirmək hüququna malik deyillər. Cavabdehlər Cavabdeh1 və Cavabdeh6 iddiaçıya məxsus sahələrdən istifadə etmək və orada yaşa maq hüquqları yoxdur. Belə olan halda müəyyən edilir ki, iddiaçı, həmin cavabdehlərin mübahisəli yaşayış sahəsindən çıxarılmaları üçün onlara kompensasiya ödəməli deyil. Rayon məhkəməsi işin qeyd edilən hallarını müəyyən etsə də, bu halların həlli zamanı iş üzrə tərəflər arasında hüquq münasibətlərinin yarandığı və xx.xx.2009-cu il tarixə qədər qüvvədə olmuş Mənzil Məcəlləsinin tələbləri baxımından deyil, xx.xx.2000-ci il tarixdə qüvvəyə minmiş Mülki Məcəllənin tələbləri baxımından həll etməmişdir ki, bununla da Rayon Məhkəməsi MPM-nin 217.2-ci maddəsinin tələblərini pozmuşdur.
37. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli qəra rına, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə, Azərbaycan Respublikasının xx.xx.2009-cu il tarixə qədər qüvvədə olmuş Mənzil Məcəlləsinin 53 və 123-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
38. Cavabdeh6 (Vəkil3) kassasiya şikayəti verərək qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
39. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehlər dünyaya gəldikləri andan bu mənzildə, mənzilin ilk sahibi Seyfulla Nəsir oğlu ilə bağlanmış müqavilə əsasında yaşamışlar. beləliklə bu mübahisəyə Mənzil Məcəlləsi tətbiq olunmalı idi.
40. Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən yəni hazırki cavabbehə münasibətdə ləğv edilmiş, iş yenidən apelly asiya baxışına göndərilmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi Yasamal Rayon Məhkəməsinin qətnaməsini “ləğv etsə də” faktiki olaraq həmin məhkəmənin qətnaməsini təkrar etmişdir. X60 xx.xx.2022 tarixli qərarında qeyd edir ki: “Cavabdeh6 həmin evdə 1988-ci ildə qeydiyyata alındığından dəlillər xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 53 və 123-cü maddələrinin tələbləri nəzərə alınmaqla araşdırılmalıdır”. Lakin apellyasiya məhkəməsi bu göstərişə əhəmiyyət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
41. İddiaçının vəkili Vəkil1 kassasiya şikayətinə qarşı etiraz vermiş, etirazda göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 dekabr 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası
42. Maddə
129. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasının xx.xx.2009-cu il tarixə qədər qüvvədə olmuş Mənzil Məcəlləsi
43. Maddə
53. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-buluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynlərihesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Yuxarıda qeyd edilən şəxslər icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar.
44. Maddə
123. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayı ş sahəsinə öz həddi-buluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli qərarı...məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsi nin mümkünsüzlüyü deməkdir. Faktın preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının hüquqi təbiətinə əsaslanır və onun subyektiv və obyektiv hədləri ilə müəyyənləşdirilir, tərəflər və işdə iştirak edən digər şəxslər bu hədlərdən kənara çıxa bilməzlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
47. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
48. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli v ə tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
49. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
50. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
51. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
52. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya i nstansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
53. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
54. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
55. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüqu q normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
56. Hazırkı kassasiya şikayətində qətnamə Cavabdeh6 tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
57. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayəti dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
58. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni olmuş və apellyasiya instansiyası məhkəməsi həmin dəlilləri tam və hərtərəfli olaraq qiymətləndirmişdir. Məhkəmə haqlı olaraq Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin və həmin maddənin şərh olunmasına dair Azərbaycan Respublikası K onstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən qərarının tələblərini nəzərə alaraq Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2094/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş faktları hazırkı işə baxılmasında üstün hüquqi qüvvəyə malik hallar hesab etmişdir.
59. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.
60. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh6 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6902/2022 nömrəli iş üzrə 16 dekabr 2022-ci il tarix li qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.