Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2088/2024 02.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı X7 cavabdeh Bakı şəhəri 5 saylı Notariat Ofisinə (Maraqlı şəxs1 və Maraqlı şəxs2 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ (Kateqroiya (Açar sözlər): vərəsəlik şəhadətnaməsinin etibarsızlığı ilə bağlı mübahisələr, sübutların qiymətləndirilməsi, şahid ifadələrinin qiymətləndirilməsi, ekspert rəylərinin qiymətləndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, iddiaçı X7 cavabdeh Bakı şəhəri 5 saylı Notariat Ofisinə qarşı (Maraqlı şəxs1 və Maraqlı şəxs2 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “vəsiyyətnamənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-295/2024 nömrəli, 24 yanvar 2024-cü il tarixli qətnaməsindən cavabdeh və üçüncü şəxs Maraqlı şəxs2 tərəfindən verilmiş kassasiya şikayətlərinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 15 avqust 2012-ci il tarixli vəsiyyətnaməyə əsasən X4 məxsus olan ünvan 1 ünvanında yerləşən 40 saylı mənzili X9 vəsiyyət etmişdir.
2. X10 xx.xx.2023-cü il tarixdə ölmüşdür.
3. X10 ölümündən bir gün əvvəl - xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 5 sa ylı notariat ofisinin xüsusi notariusu Nümayəndə4 tərəfindən təsdiq edilmiş vəsiyyətnamə əsasında mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 40 saylı mənzili Maraqlı şəxs2, daşınar əşyalarını isə Maraqlı şəxs1 vəsiyyət etmişdir. Vəsiyyətnamə iki şahidin iştirakı ilə tərtib olunmuşdur.
4. Notariat hərəkətlərinin edilməsi üçün 2V reyestrindən notarial qaydada təsdiq edilmiş çıxarışa əsasən vəsiyyətnamənin verilməsi üzrə notariat hərəkəti xx.xx.2023-cü il tarixdə X5 iştirakı ilə aparılmışdır.
5. Maraqlı şəxs1 və Maraqlı şəxs2 xx.xx.2023-cü il tarixdə notariat ofisinə ərizə ilə müraciət edərək, X2mış mirası qəbul etdiklərini bildirmiş və vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Oleynikov a İovanna Ryurikovna cavabdeh Bakı şəhəri 5 saylı Notariat Ofisinə qarşı (Maraqlı şəxs1 və Maraqlı şəxs2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X10 tərəfindən imzalanmış 27 yanvar 2023-cü il tarixli 2V-16 nömrəli vəsiyyətnamənin etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, X3 xalasıdır. S.Senatorova vəfat etdikdən sonra ondan qalan mirasın qəbulu ilə bağlı notarial hərəkətlərinin həyata keçirilməsi üçün müraciət etməyi planlaşdırmış, lakin xalası S.Senatorova tərəfindən qonşuları Maraqlı şəxs1 və Maraqlı şəxs2 adına 27 yanvar 2023-cü il tarixli (ölümündən 1 gün öncə) vəsiyyətnamənin rəsmiləşdirildiyini öyrənmişdir. O, Ukra yna Respublikasının vətəndaşıdır və Donetsk vilayətində yaşayır. Son aylarda müharibə ilə əlaqəli məlum səbəblərdən Bakıya səfər edə bilməmişdir. Lakin bu müddət ərzində xalası ilə yaxından maraqlanmışdır. Xalası ölümündən qısa müddət öncə səhhəti ilə bağlı ciddi problemlər yaşamış və ağ ciyərlərində pnevmoniya diaqnozu ilə 24 yanvar 2023-cü il tarixdə 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilmişdir. Onun sağlamlıq vəziyyəti həmin ərəfədə verdiyi qərarlara əhəmiyyətli dərəcədə təsir edəcək səviyyədə olmuş və xalası vəsiyyətnamənin verilməsi iqtidarında olmamışdır. Bunun ziddinə fəaliyyət qabiliyyəti yoxlanılmadan və şahidin iştirakı olmadan, mülki qanunvericiliyin tələbləri pozulmaqla 5 saylı Notariat ofisi tərəfindən 27 yanvar 2023-cü il tarixli vəsiyyətnamə təsdiqlənmişdir. X14 Fond unun təqaüdçüsü olmuş, Azərbaycan Respublikası Prezidentinin 6 aprel 2001-ci il tarixli 455 nömrəli Fərmanı ilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının 70 illiyi münasibətilə bədən tərbiyəsi və idman sahələrində nailiyyətlərinə görə ona "Əməkdar müəllim" fəxri adı verilmişdir. Xalasının tələbələri onun ölümündən iki həftə əvvələdək onunla mütəmadi əlaqədə olmuş, lakin son iki həftə onun qonşuları Maraqlı şəxs1 və Maraqlı şəxs2 mütəmadi olaraq zənglərə cavab verərək xalasının yatdığını, zəngə cavab verə bilmədiyini demişdir. 28 yanvar 2023-cü il tarixdə xalasının tələbələri onun vəfat etdiyini öyrəndikdə dərhal onun evinə gəlmiş, lakin onun qonşuları Maraqlı şəxs1 və Maraqlı şəxs2 S.Senatorovanın cənazəsinin artıq qaldırıldığını bildirmişlər. Azərbaycan Gimnastika Federasi yasının Veteranlar Şurasının sədri Elşad Nərimanov onun ölümündən və son günlərində şüurunun aydın olmadığından şübhələnərək məsələnin araşdırılması üçün Yasamal Polis İdarəsinə müraciət etmişdir. Daha sonra Polis İdarəsindən Maraqlı şəxs1 və Maraqlı şəxs2 xalasının mənzilində artıq qeydiyyatda olduqlarını və bu səbəbdən şikayətin baxılmamış saxlanıldığını bildirmişlər. Qeyd edilənləri nəzərə alaraq, şahidlərin iştirakı olmadan 5 saylı Notarius tərəfindən tərtib edilmiş və öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə olan şəxs tərəfindən imzalanmış 27 yanvar 2023-cü il tarixli 2V-16 nömrəli vəsiyyətnamənin etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş edir.
8. Məhkəmə iclasında iştirak edən cavabdeh Bakı şəhəri 5 saylı Notariat Ofis inin xüsusi notariusu Nümayəndə4 iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, X10 notariat ofisinə makyajlı gəlmişdir. Həqiqətən də gözünün altı şiş olmuşdur. Notarius tərəfindən şəxsin tibbi sağlamıq vəziyyəti yox, fəaliyyət qabiliyyəti müəyyən edilir. X10 saat 2-yə qalmış, xanımların köməyi ilə özü yeriyərək gəlmişdir. O, Svetlana xanımla təklikdə qalmışdır. Onun yaşlı olduğunu nəzərə alaraq üzbəüz oturmuşdur. Ondan nə məqsədlə gəldiyini soruşduqda, vəsiyyətnamə vermək üçün gəldiyini, evi Zəminəyə, daşınar əmlakları isə Pərvanəyə vəsiyyət etdiyini bildirmişdir. Söhbət zamanı Svetlana xanım uşağı olmadığını, yalnız bacısı qızının olduğunu, İdman İnstitutunda uzun müddət müəllim işlədiyini bildirmişdir. Daha sonra şahidlər dəvət olunmuş, şahidlərin yanında yenidən hansı əmla kların kimə vəsiyyət etmək istəməsi soruşulmuşdur. Fəliyyət qabiliyyəti sualcavab və ünsiyyət quraraq, verilən suallara məntiqli cavab verilməsi və s. nəzərə alınaraq fərdi qaydada yoxlanılır.
9. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs1 izahatında bildirmişdir ki, X10 səliqəli xanım idi. Asan xidmətə gedəndə də onlar onu geyindirmiş, makiyajı və s. öz yerində olmuşdur.
10. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs2 nümayəndəsi və vəkili Nümayəndə2 izahatında bildirmişdir ki, iddia ərizəsində vəsiyyətnamənin fəaliyyət qabiliyyəti yoxlanılmadan və şahidlərin iştirakı olmadan tərtib edildiyi qeyd edilmişdir. Notariusun izahatından və iş materiallarından görünür ki, vəsiyyətn amənin tərtib edilməsi zamanı iddia ərizəsində qeyd edildiyi kimi qanunsuzluğa yol verilməmişdir. İddiaçı xalasını 11-12 il ərzində görməmişdir. Bu müddət ərzində o qocalmışdır və bununla bağlı dəyişməsi normal haldır. Hesab etmişdir ki, vəsiyyətnamənin etibarsız hesab edilməsi üçün heç bir əsas yoxdur. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkəməsi) xx.xx.2023-cü il tarixli, 2(004)1603/2023 nömrəli qətnaməsi ilə (hakim Kərim Xudayev) iddia təmin edilməmişdir.
12. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı tərəfindən X8 sağ olan dövrdə psixi pozuntu diaqnozu təyin edilməsi və ya onun mübahisəli əmlakları vəsiyyət edən zaman öz hərəkətlərinin mən asını başa düşməməsi və ya onlara rəhbərlik etməməsinə dair psixiatrik ekspertizasının rəyi, beləliklə də onun həmin vaxt öz hərəkətinin mənasını başa düşə bilməməsi və öz hərəkətini idarə edə bilməməsi barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Həmçinin, iş materialları və şahidlərin ifadələri ilə təsdiq edilmişdir ki, vəsiyyətnamə vəsiyyət edənin sözlərindən notarius tərəfindən iki şahidin yanında tərtib edilmiş və vəsiyyət edən tərəfindən notariusun, şahidlərin yanında imzalanmışdır. Qeyd edilənlərdən əlavə, notariusun izahatından və şahidlərin ifadəsindən də görünmüşdür ki, notarius imza edənin şəxsiyyətini müəyyən etməklə yanaşı nəyə imza etməsi, imza etdiyi sənədin məzmunu ilə tanış olması barədə suallar vermiş və o, imzaladığı vəsiyyətnamənin məzmunundan xəbərdar olmuşdur.
13. Məhkəmə həmçinin iddiaçının X10 tərəfindən vəsiyyətnamə əsasında bütün daşınar və daşınmaz əmlakını ona vəsiyyət etməsi barədə dəlilinə münasibətdə qeyd etmişdir ki, X10 15 avqust 2012-ci il tarixli vəsiyyətnamə əsasında ünvan 1 ünvanında yerləşən 40 saylı mənzili iddiaçıya vəsiyyət etsə də, 27 yanvar 2023-cü il tarixli vəsiyyətnamə əsasında həmin mənzili Maraqlı şəxs2 vəsiyyət etməklə, 15 avqust 2012-ci il tarixli vəsiyyətnaməni də ləğv etmişdir.
14. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab etmişdir ki, X5 vəziyyətnaməni imzalayan zaman öz hərəkətlərinin mənasını başa düşməməsi və ya onlara rəhbərlik edə bilməməsi halları iş materialları ilə sübuta yetirilmədiyindən həmin müqavilənin etibarsız hesab edilməsi üçün heç bir qanuni əsas mövcud deyil.
15. Məhkəmə öz mövqeyini, Azərb aycan Respublikası Mülki Məcəlləsinin 337, 342, 346, 1167, 1168, 1179, 1180, 1220-ci, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2, 77.1, 82.3, 217.4, 218.3-ci, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2 aprel 2021-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsində psixiatrik ekspertiza rəyinin təqdim edilmədiyini bildirmişdir. Lakin Konstitusiya Məhkəməsinin də şərhindən göründüy ü kimi şəxsin psixi pozuntuları və hər hansı başqa əqli problemləri ilə bağlı sübutların təqdim edilməsi şəxsin ümumilikdə fəaliyyət qabiliyyətli olmasını sorğulamaq anlamına gəlir. İddiaçının tələblərində əsaslandığı məqamlar da mərhumun fəaliyyət qabiliyyətsizliyi ilə bağlı deyil, həmin ana olan vəziyyəti ilə bağlıdır. Bununla bağlı isə iddiaçı müstəqil qaydada araşdırma apara bilməmiş, qohumluq əlaqələrinin uzaq olması səbəbindən onun sorğularına cavab verilməmişdir. Məhkəmə isə həmin sorğularla bağlı vəsatətləri təmin etməmişdir. Həmin vəsatətlər: 1) S.Senatorovanın 5 saylı Notariat ofisinə gəlməsini özündə əks etdirən 27 yanvar 2023-cü il tarixinə aid kamera görüntülərinin əldə olunması; 2) Vəsiyyətnaməni imzaladığı vaxt S.Senatorovanın hərəkətlərini şüurlu olaraq idarəetmə qabiliyyət inin olub-olmadığının müəyyən edilməsi məqsədi ilə məhkəmə-psixoloji ekspertizasının təyin edilməsi; 3) Mərhum S.Senatorovanın tələbəsi, son günlərində onunla mütəmadi əlaqədə olan X11 və Azərbaycan Gimnastika Federasiyasının Veteranlar Şurasının sədri X12 məhkəmə iclasına çağırılması və şahid qismində dindirilməsi; 4) S.Senatorovanın ölümündən qısa müddət öncəki sağlamlıq vəziyyəti haqqında məlumat almaq məqsədi ilə, ölümündən bir neçə gün öncə 1 saylı Şəhər Klinik Xəstəxanasında stasionar müalicə alarkən onun müalicəsi ilə birbaşa məşğul olmuş həkimin məhkəmə iclasına çağırılması və şahid qismində dindirilməsi; 5) 1 saylı Şəhər Klinik Xəstəxanasına S.Senatorovanın xəstəlik tarixçəsi ilə bağlı sorğunun göndərilməsi; 6) Vəsiyyətnamənin C.Senatorova tərəfindən imzalanıb-imzalanmadığının müə yyən edilməsi məqsədilə məhkəmə-xətşünaslıq ekspertizasının təyin edilməsindən ibarət olub. Bu vəsatətlər məhkəmə tətəfindən heç bir əsaslandırma olmadan rədd edilmişdir. Bununla da məhkəmə maddi və prossesual hüquq normalarının pozulması ilə nəticələnən qətnamə çıxarmışdır.
18. Apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Espertizanın 28 noyabr 2023-cü il tarixli, 5749 saylı rəyində göstərilmişdir ki, S.Senatorovanın sağlığında düçar olduğu xroniki xəstəliklərin arzuolunmaz fəsadlarının nəticələrinə dair tibbi sənədlərdəki və iş materiallarındakı məlumatları nəzərə alaraq demək olar ki, onda olmuş xroniki xəstəliklər, ölümqabağı vəziyyətdə olması, ölümündən bir gün əvvəl sənədin imzalanmasına yönələn hərəkətlərə münasibətdə herontoloji yaş qru puna məxsus Svetlana Senatorovanın şüurunun aydınlığına və hərəkətlərini idarə etmək qabiliyyətinə təsir edə bilərdi. Tibbi sənədlərdən göründüyü kimi yaşlı şəxs olan Svetlana Senatorova ürək-damar sistemi xəstəliklərindən əziyyət çəkmişdir. Belə hallarda qəfləti ölümün baş verməsinə bəzi əlverişli olmayan “risk faktorları” da şərait yaradır. Belə hallarda ölümə səbəb olan xəstəliklərin diaqnostikası üçün histoloji tədqiqat mühüm əhəmiyyət kəsb edə bilərdi. Bundan əlavə xx.xx.2023-cü il tarixli tibbi sənədlərdən müəyyən olunur ki, EF% atma fraksiyası 25-ə bərabərdir, normada bu 55%-ə bərabər və ya ondan çox olmalıdır. Ürəyin sol mədəcik çatışmazlığı adekvat qan dövranını təmin edən ürək əzələsinin (miokardın) yığılma qabiliyyətinin zəifləməsi orqanizmin funksional təchizatının təmin edil ə bilməməsi və ölüm riskinin artması ilə nəticələnən kompleks bir sindromdur. Ölüm riskinin artıq xx.xx.2023-cü il tarixdən müşahidə edildiyini nəzərə alaraq, ölümqabağı (predaqonal) vəziyyətdə olan (bir neçə dəqiqədən bir neçə saata qədər) pasientlərdə beyin qabığının və qabıqaltı mərkəzlərin, həmçinin beyin kötüyünün fəaliyyəti zəifləyir. Bu isə öz növbəsində şüurun aydınlığına təsiretmə gücündədir. Beləliklə, X5 tibbi sənədlərdə qeyd olunan xroniki xəstəlikləri fonunda sərbəst şəkildə iradə ifadəsini həyata keçirməyə, yəni öz hərəkətlərinin mənasını anlamaq və öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik olması az ehtimallıdır.
19. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra - apellyasiya instansiya məhkəməsi) 2(103)-295/2024 nömrəli, 24 yanvar 2024-cü il tarixli q ətnaməsi ilə (hakimlər - Sabit Bəhrəmzadə (sədrlik edən və məruzəçi), Xumar Mərdanova və Elnur Həsənov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia tələbi təmin edilərək, X8 məxsus olan daşınar əmlakın Maraqlı şəxs1, ünvan 1 ünvanında yerləşən 40 saylı mənzilin Maraqlı şəxs2 verilməsinə dair xx.xx.2023cü il tarixli vəsiyyətnamə etibarsız hesab edilmişdir.
20. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya baxışı zamanı araşdırılmış sübutlara əsasən mərhum X5 xəstəliyi ilə əlaqədar ölümündən bir gün əvvəl sərbəst şəkildə iradə ifadəsini həyata keçirməyə, yəni öz hərəkətlərinin mənasını anlamaq və öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik olması qənaətinə gəlinməsinə əsas yaranmır. Cavabdeh bunun əksini təsdiq edən hər hansı möt əbər sübutu məhkəməyə təqdim edə bilməmiş, etirazının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi işin qeyd edilən hallarını tam, obyektiv və hərtərəfli yoxlamamış, maddi hüquq normalarını düzgün tətbiq etməmişdir.
21. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı X7 xalası X1 miras əmlakdan ikinci növbə qanun üzrə vərəsə kimi pay almaq hüququndan məhrum edilməsi qanuni və əsaslı hesab edilə bilməz.
22. Həmçinin məhkəmə kollegiyası qeyd etmişdir ki, Maraqlı şəxs1 və Maraqlı şəxs2 iddiaçı tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində göstərilsələr də, əslində iş üzrə faktiki cavabdeh statusunda olmuşlar və onların üçüncü şəxslər adlandırılmaları iddia tələbinin rə dd olunmasına əsas yaradan hal kimi qiymətləndirilməməlidir. Xüsusilə nəzərə alınmalıdır ki, birinci instansiya məhkəməsi tərəfindən həmin şəxslərin statusu barəsində, yəni iddiaya cavab verməli olan şəxslər kimi cavabdeh qismində işə cəlb edilmələri barədə iddiaçı tərəfə təklif edilməli olduğu halda bu edilməmiş, lakin onlar faktiki cavabdehlik daşımışlar. Kollegiyanın bu qənaəti həm də prosessual qənaət prinsipinə uyğundur.
23. Məhkəmə kollegiyası gəldiyi nəticəni Mülki Məcəllənin 157.2, 337.1, 337.2, 337.3, 1243.1, 1255, 1259-cu maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
24. Cavabdeh (vəkil Nümayəndə3) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi xahiş etmişdir.
25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ədalətli və qanuni olmuşdur. Belə ki, notarius tərəfindən vəsiyyətnamə təsdiq edilərkən şəxsin fəaliyyət qabiliyyətinin olması halı ətraflı araşdırılmış, şəxslə notarius təklikdə görüşmüş, ona hüquq və vəzifələri izah edilmiş, sonra isə şahidlərin iştirakı ilə də vəsiyyətnamə təsdiq edilmişdir. Bu hal birinci instansiya məhkəməsi tərəfindən ətraflı araşdırılmışdır.
26. Apellyasiya məhkəməsi iş üzrə mövcud sübutlara birlikdə lazimi hüquqi qiymət vermək vəzifəsinin öhdəsindən gələ bilməmişdir. İş üzrə mövcud olan iddiaçı tərəfindən təqdim edilmiş heç bir sübut olmamışdır. Yalnız iş materiallarında olan və dəqiq olmayan ekspertiza rəyinə istinad etmişdir. Ekspert rəyi məhkəmə üçün mötəbər sübut sayıla bi lməzdi, lakin məhkəmə dəqiq olmayan və ölmüş insan barəsində sonradan verilmiş təxmini rəyə əsaslanmışdır. Rəydə isə ekspert mərhum X5 tibbi sənədlərdə qeyd olunan xroniki xəstəlikləri fonunda sərbəst şəkildə iradə ifadəsini həyata keçirməyə, yəni öz hərəkətlərinin mənasını anlamaq və öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik olması və ya olmaması ilə bağlı konkret olaraq fikir bildirməmişdir. Belə ki, ekspert rəyində qeyd edilən fəaliyyət qabiliyyəti olub-olmamasına münasibət bildirməsi üçün “meyitin məhkəmə-tibbi ekspertizasının rəyi, pataloji anatomik təşrih protokolu, məhkəmə- kimyəvi, məhkəmə-histoloji, patohistoloji və tibbi kriminalistik rəylərinin alınmalı olması qeyd edilmişdir. Həmçinin o da qeyd edilmişdir ki, ölümün səbəblərinin müəyyən edillməsi üçün histoloji tədqiqa t mühüm əhəmiyyət kəsb edə bilərdi. Beləliklə, ekspertin özünün dəqiq bilmədiyi bir məsələ ilə bağlı rəyi məhkəmə üçün nədənsə mötəbər sübut hesab edilmişdir.
27. Üçüncü şəxs Maraqlı şəxs2 (vəkillər Nümayəndə2, Nümayəndə3) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini və ya qətnamənin ləğv edilərək mülki işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.
28. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə kollegiyası Mülki Məcəllənin 1179, 1180-ci maddələrinin tələblərini pozmuşdur. Notarius vəsiyyətnaməni təsdiq edərkən həmin maddələrdə göstərilən tələbləri yerinə yetirməsinə baxmayaraq, məhkəmə kollegiyası bu halı qəbul etməmişdir. Məhkəmə kollegiyası gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün fak tiki halları araşdırmamışdır. Məhkəmənin qətnamədə göstərdiyi dəlillər işin hallarına uyğun deyildir. Məhkəmə ekspertiza rəyini digər sübutlarla yanaşı tədqiq etməmiş, qiymətləndirməmişdir. Məhkəmə işdə olan və birinci instansiya məhkəməsində iddiaçının iddiasının təmin edilməməsinə əsas verən sübutlara, yəni cavabdehlərin, şahidlərin ifadələrinə toxunmamış, onları qəbul edib etmədiyini əsaslandırmamışdır. Məhkəmə rəydə göstərilən kəskin ziddiyyətləri tədqiq etməmişdir. Rəydə açıq aşkar göstərilmişdir ki, vəsiyyət edən Svetlana Senatorovanın xəstəlik tarixində göstərilən xəstəliklərin onun öz hərəkətlərini idarə etmək qabiliyyətinə təsir edə bilməsi hallarını dəqiqləşdirmək üçün meyitin məhkəmə-tibbi ekspertiza rəyi, patolojianatomik təşrih protokolu, məhkəmə kimyəvi, məhkəmə histoloji, pa tohistoloji və tibbi kriminalistik rəyləri alınmalıdır. Bununla ekspertiza məhkəməyə işarə etmişdir ki, bunlar alınmadan qoyulmuş suala cavab verilə bilməz. Ona görə də ekspertlər məhkəmənin sualına konkret elmi əsaslandırma ilə yox, ehtimalla cavab vermişdir. Bu hallardan sonra məhkəmə cavabdehlərin və şahidlərin ifadələrini yox, ehtimala söykənən, yarımçıq, özözünü inkar edən rəyə əsaslanaraq apellyasiya şikayətini təmin etməkdə haqlı olmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
29. İddiaçı kassasiya şikayətinə qarşı etirazda göstərmişdir ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-295/2024 n ömrəli, 24 yanvar 2024-cü tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
30. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
31. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
32. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
33. Maddə 337.4. Etibarsız əqd onun etibarsız lığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
34. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
35. Maddə 346.1. Fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özünün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddia sı ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər.
36. Maddə 1166. Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər.
37. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.
38. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
39. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.
40. Maddə 1259. Qanun üzrə vərəsəlik zamanı ikinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
43. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxd ur.
44. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
45. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
46. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
47. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
48. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən b u Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
49. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
50. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
51. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh və üçüncü şəxs tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsini n ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
53. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
54. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları əsasında iddia tələbləri ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
55. Bununla yanaşı, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
56. Tərəflər arasında yaranmış mübahisə vəsiyyətnamənin etibarsızlığı barədədir. İddia tələbinin maddi hüquqi əsasını təşkil edən norma kimi Mülki Məcəllənin 346-cı maddəsi çıxış edir.
57. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə ümumən əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi v ə iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; əqdin formasına dair şərtlər.
58. Hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir.
59. Nəzərə alınmalıdır ki, etibarsız hesab edilməsi tələb olunan vəsiyyətnamə ikitərəfli əqd deyildir. «Qanunvericilikdə bütün əqdlər üçün tələb olunan etibarlılıq şərtləri ilə yanaşı, yalnız müəyyən növ əqdlər baxımından tələb olunan xüsusi etibarlılıq şərtləri də nəzərdə tutulmuşdur.
60. Əqdlərin ümumi etibarlılıq şərtləri içərisində onun iştirakçılarının anlaqlılığı xüsusi əhəmiyyət daşıyır. Belə ki, əqd yalnız şəxsin müəyyən bir hüquqi nəticəni, yəni mülki hüquq və öhdəlikləri yaratmaq üçün etmiş olduğu iradə ifadəsinin nəticəsində əmələ gəlir. Bu səbəbdən, etibarl ı bir əqdin yaranması üçün hər şeydən əvvəl əqdi əmələ gətirən iradə mövcud olmalıdır. İradənin mövcudluğu üçün isə anlaqlılığın olması zəruridir. Şəxsin iradəsini əmələ gətirən onun anlaqlılığıdır, anlaqlılıq olmadığı təqdirdə şəxsin formalaşmış iradəsindən də bəhs oluna bilməz.
61. Anlaqlılıq fiziki şəxslərə xas olmaqla onun şüurlu şəkildə hərəkət edə bilmə qabiliyyətini ifadə edir. Fiziki şəxsin fəaliyyət qabiliyyəti onun anlaqlılıq səviyyəsinə uyğun olaraq formalaşır. Mülki qanunvericiliyə görə fiziki şəxslərin anlaqlılığına təsir edən başlıca iki faktor mövcuddur. Bunlar azyaşlılıq və şəxsin psixi (əqli) sağlamlıq vəziyyətidir. Fiziki şəxslər anlaqlılıq səviyyələrinə uyğun olaraq tam fəaliyyət qabiliyyətlilər, məhdud fəaliyyət qabiliyyətlilər və fəaliyyət qabiliyyətsizlər şəklində ü mumi qruplara ayrılmışdır. Hər bir fiziki şəxsin bağladığı əqdin etibarlılığı onun fəaliyyət qabiliyyəti baxımından hansı qrupa aid olmasına və həmin kateqoriya üçün müəyyən edilmiş şərtlərə uyğunluğuna əsasən müəyyən edilir.... Mülki Məcəllənin 346.1-ci maddəsi isə fiziki şəxslərin əqdin bağlandığı anda anlaqlılıq halının müvəqqəti itirilməsi vəziyyəti ilə bağlıdır. Belə ki, fiziki şəxsin anlaqlılığını müvəqqəti, keçici olaraq itirməsi həmin şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab olunmasına hüquqi əsas vermir. Lakin anlaqlılığını müvəqqəti itirən şəxs fəaliyyət qabiliyyətli hesab olunsa da, Mülki Məcəllənin 346.1-ci maddəsinə uyğun olaraq, əqdin bağlanması zaman anlaqlılığın olmamasının sübuta yetirilməsi ilə həmin əqdin etibarsızlığının məhkəmə qərarı ilə təsdiq edilməsi imkanı nəzə rdə tutulmuşdur.» (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli qərarı).
62. Məhkəmə kollegiyası qeyd edir ki, əqdi öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz iradə ifadəsinin nəticəsi olmasıdır. İradə ifadəsinin və hüquqi niyyətinin vahidliyi və həqiqiliyi əqdin etibarlılığı üçün zəruri şərtlərdir.
63. Mülki Məcəllənin 346.1-ci maddəsinin məzmununa görə anlaqlılığın müvəqqəti olaraq itirilməsi hallarında bağlanmış əqdin etibarsızlığı mənafeyinə toxunulan şəxslərin müraciəti əsasında anlaqsızlığın sübuta yetirilməsi ilə məhkəmə tərəfindən təsdiq oluna bilər. Buna görə də vəsiyyətnamə verilərkən S.Senatorovanın öz hərəkətlərinin məna sını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə olmasının müəyyən edilməsi üçün iddiaçı tərəfinin tələbi əsasında ekspertiza təyin olunmuşdur. Verilmiş ekspert rəyi ilə müəyyən edilmişdir ki, X5 tibbi sənədlərdə qeyd olunan xroniki xəstəlikləri fonunda sərbəst şəkildə iradə ifadəsini həyata keçirməyə, yəni öz hərəkətlərinin mənasını anlamaq və öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik olması az ehtimallıdır.
64. Kassatorların ekspert rəyinin əsassız olması barədə dəlilləri ilə məhkəmə kollegiyası razılaşmır. Çünki ekspert həmin rəyi verərkən S.Senatorovanın bilavasitə ölməsindən əvvəlki vəziyyətinə dair onun tibbi sənədlərində əksini tapmış məlumatlara əsaslanmış və qeyd etmişdir ki, onun ölüm riskinin artıq xx.xx.2023-cü il tarixdən müşahidə edildiyi nəzərə alın araq, ölümqabağı (predaqonal) vəziyyətdə olan (bir neçə dəqiqədən bir neçə saata qədər) pasientlərdə beyin qabığının və qabıqaltı mərkəzlərin, həmçinin beyin kötüyünün fəaliyyəti zəifləyir. Bu isə öz növbəsində şüurun aydınlığına təsiretmə gücündədir.
65. Kassasiya şikayətlərinin dəlilləri əsasən işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilibedilmədiyini yoxlayır.
66. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiy a məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
67. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-295/2024 nömrəli, 24 yanvar 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.