Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2088/2025 02.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər): mülki hüquq pozuntularından (deliktdən) irəli gələn mübahisələr (məhkəmə qətnaməsi icra edilmədiyi üçün vurulan zərərin əvəzinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (məruzəçi), Əliyev Zaur Əli oğlu və Babayev Zəki Baba oğlu oğlundan ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “əmlakdan istifadəyə görə haqqın ödənilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 7 aprel 2025-ci il tarixli 2(103)-224/2025 nömrəli qətnaməs indən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 02 sentyabr 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(011)-2461/2011 nömrəli qətnaməsi ilə X1 "xxxx" X2 ASC-nin (hazırkı "xxxx" ASC-nin) xeyrinə cəmi 38.196 manat pulun tutulması, kredit üzrə borcun ilk növbədə ipoteka qoyulmuş Cavabdeh xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 165.2 kv.metr olan qeyriyaşayış sahəsinə (bundan sonra qeyri-yaşayış sahəsi) yönəldilməsi, həmin əmlakın hərrac qaydasında satılması, qeyri-yaşayış sahəsi satıldıqdan sonra Cavabdeh və X4 ən geci 1 ay ərzində ordan çıxarılmaları, qeyri-yaşayış sahəsinin satışından əldə olunan pul vəsaiti borcun ödənilməsini tam təmin etməzsə, qalan məbləğin X1 alınıb Bankın nəfinə verilməsi, satışdan əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsinin Cavabdeh qaytarılması qət edilmişdir.
2. Cavabdeh sözügedən qətnaməni mübahisələndirmiş, lakin qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlamış və icra edilərək qeyri-yaşayış sahəsi açıq hərracdan satılmaqla xx.xx.2022-ci il tarixdə İddiaçı ASC-nin mülkiyyətinə keçmişdir.
3. Cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək həmin hərracın nəticələrinin ləğv edilməsini xahiş etmiş, lakin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixdə qanuni qüvvəyə minmiş 3 fevral 2022-ci il tarixli, 2(005)-127/2022 saylı qətnaməsinə əsasən Cavabdeh iddia tələbi təmin edilməmişdir.
4. Qe yri-yaşayış sahəsi 2023-cü ilin iyun ayında cavabdeh tərəfindən banka təhvil verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2022-ci ilin tarixdən xx.xx.2022-ci tarixədək Bankın mülkiyyətində olan qeyri yaşayış sahəsindən istifadə etdiyi üçün hər ay 1500 manat olmaqla, 10 ay üçün cəmi 15000 manat, xx.xx.2022-ci il tarixdən Bankın mülkiyyətində olan qeyri-yaşayış sahəsinin boşaldılıb iddiaçıya təhvil verilən günədək hər ay 1500 manatdan hesablanmaqla dəymiş ziyanın və 135 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir
6. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına uyğu n əsaslandırılmaqla əlavə olaraq qeyd edilmişdir ki, cavabdehlər hazırda İddiaçı ASC-nin mülkiyyətində olan qeyri-yaşayış sahəsini boşaltmırlar və bankın həmin əmlakı icarəyə verməklə gəlir əldə etməsinə maneçilik törədirlər. Azərbaycan Respublikası "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, 001-13/10-OR/22 nömrəli qiymətləndirmə hesabatından görünür ki, İddiaçı ASC-nin mülkiyyətində olan Xətai rayonu, N.Əliyev küçəsi, ünvanında ümumi sahəsi 180-200 kv.m olan əmlakları araşdırmışdır. xx.xx.2022-ci il tarixdən xx.xx.2022- ci il tarixədək qeyd edilən əmlakın orta icarə dəyəri 1500 manat təşkil etməkdədir. Göründüyü kimi, qeyd edilən qeyri-yaşayış sahəsi iddiaçının mülkiyyətinə xx.xx.2022-ci il tarixdə keçmişdir və 2022-ci ilin oktyabr ayının 25-i iddiaçının mülkiyyətində olan əmlak cavabdehin istifadəsində qanunsuz olaraq 10 ay qalmış və həmin dövr ərzində iddiaçı həmin qeyriyaşayış sahəsini icarəyə verərək gəlir əldə etməkdən məhrum olmuşdur. 10 ay ərzində orta hesabla icarə dəyəri 15000 manat təşkil edir ki, cavabdeh tərəfindən iddiaçıya 15000 manat məbləğində ziyan vurulmuşdur və ziyan vurulmaqda davam edir.
7. Cavabdehin nümayəndəsi Nümayəndə2 iddia tələbinə etiraz edərək bildirmişdir ki, bu kimi əsassız iddiaları bank digər şəxslərə qarşı da qaldırmışdır. Belə ki, qətnamənin icrasını Xətai rayon İcra şöbəsi həyata keçirir. Ali Məhkəmənin icraatında eyni daşınmaz əmlakla bağlı mülki işlə bağlı mübahisə olduğu üçün, hazırkı iddianın predmeti olan qeyriyaşayış sahəsi 2023-cü ilin iyun ayında boşaldılaraq, iddiaçıya təhvil verilmişdir. Qeyriyaşayış sahəsində heç bir sahibkar lıq fəaliyyəti həyata keçirilməmişdir).
8. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-36/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim İlahə Abbasova) iddia təmin edilməmiş, 135 manat dövlət rüsumu iddiaçının özünə aid edilmişdir.
9. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrində 25 yanvar 2022-ci il tarixdə qeydiyyata alınmışdır. Cavabdeh hərracın nəticələrinin ləğv edilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etsə də, iddia tələbi təmin edilməmiş və həmin mübahisə 31 yanvar 2023-cü il tarixdə yekunlaşmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(011)- 2461/2011 saylı qətnaməsinin icra edilməsi məqsədilə 2 iyun 20 23-cü il tarixdə borclu Cavabdeh nümayəndəsi Nümayəndə2 sözügedən qeyri-yaşayış sahəsini boşaldılmış şəkildə tələbkarın nümayəndəsi və icra məmuruna təhvil vermiş, 7 iyun 2023-cü il tarixdə icraata xitam verilmişdir.
10. Hazırda iddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci tarixədək Bankın mülkiyyətində olan qeyri-yaşayış sahəsindən istifadə etdiyi üçün cəmi 15000 manat və xx.xx.2022-ci il tarixdən qeyri-yaşayış sahəsi boşaldılıb iddiaçıya təhvil verilən günədək hər ay 1500 manatdan hesablanmaqla dəymiş ziyanın və 135 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etsə də, iş materialları ilə müəyyən edilir ki, həmin qeyriyaşayış sahəsinin satışına dair hərracın nəticələrinin ləğv edilməsi cavabdeh tər əfindən mübahisələndirilmiş, məhkəmə mübahisəsi davam etdiyindən həmin qeyri-yaşayış sahəsi banka təhvil verilməmişdir. Göründüyü kimi həmin qeyri-yaşayış sahəsi 2023-cü ilin iyun ayında banka təhvil verilmiş və icra sənədi üzrə icraata xitam verilmişdir. Eyni zamanda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X6 üzrə Baş İdarəsi tərəfindən verilmiş sənədlərdən də müəyyən edilir ki, cavabdeh tərəfindən həmin qeyri-yaşayış sahəsində sahibkarlıq fəaliyyəti həyata keçirilməmişdir.
11. Məhkəmə iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 386.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77, 81, 119 və 218-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilən hüquqi mövqeyə istinadla əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsində icraat
12. İddiaçı apellyasiya şikayəti verərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-36/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinin tam ləğv edilərək, iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunda əsaslandırılmaqla qeyd edilmişdir ki, Cavabdeh mülkiyyətində olmuş qeyri-yaşayış sahəsi açıq hərracdan satılmış və xx.xx.2022-ci il tarixdə İddiaçı ASC-nin mülkiyyətinə keçmişdir. Lakin cavabdeh qətnaməni icra etməyərək qeyri-yaşayış sahəsini boşaltmamış, bu səbəbdən bankın qeyd olunan əmlakı icarəyə verərək gəlir əldə etməsinə maneə olmuş, bununla da bankın mülkiyyət hüququnu məhdudlaşmışdır.
14. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə- əmtəəşünaslıq ekspertizası təyin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2461/2011 nömrəli, xx.xx.2012-ci il tarixli icra sənədi üzrə müvafiq icra qurumuna icra hərəkətlərin davam etməsi müddəti (başlanması, dayandırılması, bitməsi və s.) barədə sorğular edilməklə qərardadın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən ekspertizanın aparılmasından tədqiqat obyektinin təqdim edilməməsi səbəbindən imtina edilmişdir.
15. Bakı Apellyasiya Məhkəm əsinin Mülki kollegiyasının 2(103)-224/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakimlər - Fuad Talışinski (sədrlik edən və məruzəçi), Azad İmanov və Məmməd Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-36/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
16. Məhkəmə kollegiyası öz mövqeyini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Belə ki birinci instansiya məhkəməsinin də qeyd etdiyi kimi iddiaçı xx.xx.2022 - xx.xx.2022-ci tarixlərdə həmin qeyri-yaşayış sahəsinin bankın balansında olduğunu, lakin faktiki olaraq cavabdehin istifadəsində olduğunu, əgər həmin dövrdə qeyriyaşayış sahəsinin faktiki olaraq bankın istifadəsində olduğu təqdirdə onu icarəyə verə biləciyini və bu şəkildə qazanc əldə edəcəyini, lakin həmin dövrdə qeyri-yaşayış sahəsindən cavabdehin istifadə edərək qazanc əldə etdiyini bildirir və hazırda da həmin dövr üçün əldən çıxmış faydanı tələb edir. Mülki işin materialları ilə təsdiq edilir ki, qeyriyaşayış sahəsinin iddiaçıya gec təhvil verilməsinin səbəbi tərəflər arasında davam edən məhkəmə mübahisəsi olmuşdur. Məhkəmə mübahisəsi başa çatdıqdan, yəni yekun məhkəmə aktı qanuni qüvvəyə mindikdən sonra cavabdeh könüllü olaraq həmin qeyriyaşayış sahəsini iddiaçıya təhvil vermişdir. Həmçinin iddiaçı tərəfindən cavabdehin məhz həmin dövrdə qeyri-yaşayış sahəsindən istifadə etməsi və qazanc əldə etməsi ilə bağlı mötəbər sübutlar da məhkəməyə təqdim etməmişdir. Hətta iddi açının ərz etdikləri həqiqət olduğu təqdirdə belə apellyasiya icraatı zamanı ekspertiza keşirilməsinə dair qərar qəbul edilsə də, əmlaka sahiblənən iddiaçı tədqiqatın aparılmasına şərait yaratmamış, bununla da özünün iddia etdiyi dəlillərin təsdiq edilməsinə səy göstərməmişdir.
17. Məhkəmə kollegiyası iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21, 385, 386, 1096, 1097-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
18. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(103)-224/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
19. Kassasiya şikayətində aşağıdakı pozu ntulara istinad edilmişdir:
20. Azərbaycan Respublikası Konstitusiyası 29-cu maddəsinin və Azərbaycan Respublikası Mülki Məcəllənin 443.1-ci maddəsinin pozuntusu- Cavabdeh mülkiyyətində olmuş ünvan 2 ünvanında yerləşən 165.2 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi açıq hərrac vasitəsilə satılmış və xx.xx.2022-ci il tarixində isə İddiaçı ASC-nin mülkiyyətinə keçmişdir. Lakin cavabdehlər tərəfindən qətnamə icra edilməmiş, İddiaçı ASC-nin mülkiyyətində olan qeyri-yaşayış sahəsi boşaldılmamış və bu səbəbdən də bank tərəfindən qeyd olunan qeyri-yaşayış sahəsinin icarəyə verilməsinə və gəlir əldə edilməsin mane olunmuşdur. Qeyd olunanlara əsasən də aşkar surətdə görünür ki, bankın mülkiyyət hüququ məhdudlaşdırılmışdır.
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 390-cı maddə sinin pozuntusu-iş üzrə qəbul olunmuş qətnamə tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanmayaraq, tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmayaraq qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
23. Maddə 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir.
24. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
25. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəx sin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
26. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
27. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
28. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əl də edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazılarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
32. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmama sına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
34. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edi lmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
35. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası kassasiya şikayəti ilə qismən razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.
37. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 165.2 kv.metr olan qeyri-yaşayış sahəsi xx.xx.2022-ci il tarixdə İddiaçı ASC-nin mülkiyyətinə keçmiş, lakin cavabdeh 2 iyun 2023-cü il tarixd ə qeyri-yaşayış sahəsini boşaldaraq mülkiyyətçiyə təhvil verilmişdir. Sahənin yeni mülkiyyətçiyə 16 ay sonra təhvil verilməsinin səbəbi kimi, hərracın nəticələrinin mübahisələndirilməsi göstərilmişdir.
38. Məhkəmə ilk növbədə iddiaçının irəli sürdüyü faktiki hallara əsasən tələbin qanuni əsasını müəyyən etməli, bundan sonra iddianın əsaslı olub-olmadığını iş üzrə tətbiq edilməli olan maddi hüquq normasının dispozisiya şərtlərinə uyğun yoxlamalı idi.
39. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçının tələbinin qanuni əsası kimi MM-nin 21-ci maddəsinə istinad edilmiş və məhkəmə hesab etmişdir ki, cavabdehin dəymiş ziyan tələb olunan müddət ərzində obyektdə sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu, gəlir əldə etdiyi sübut edilmədiyindən və cavabdeh tərəfindən hərracın nəticələri mübahisəl əndirildiyi üçün sahə banka gec təhvil verildiyindən tələb əsassızdır. Apellyasiya instansiyası məhkəməsi bu mövqe ilə razılaşmışdır.
40. Kollegiya qeyd edir ki, hazırda iddiaçının mülkiyyət hüququnun pozulması nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsinə dair iddia tələbi eyni zamanda MM-nin 157.5-ci, 1091, 1092-ci maddələrinin dizpozisiya şərtlərinə uyğun yoxlanılmalı, qeyriyaşayış sahəsi iddiaçının mülkiyyətinə keçdikdən sonra cavabdehin həmin əmlaka sahibliyinin qanuni olub-olmadığına (vicdanlı və ya vicdansız sahib) hüquqi qiymət verilməlidir. Nəzərə alınmalıdır ki, MM-nin 157.5-ci maddəsində mülkiyyətçinin vicdansız sahibdən (əmlaka sahibliyinin qanunsuz olduğunu bilən və ya bilməli olan sahib) əmlakın onda olduğu bütün vaxt ərzində yalnız faktiki götürdüyü deyil, eyni zamanda gö türməli olduğu gəlirlərin də əvəzinin ödənilməsini tələb etmək hüququ nəzərdə tutulmuş və qeyd edilmişdir ki, vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir.
41. Eyni zamanda MM-nin 1092.1-ci maddəsində əsassız varlanmış şəxsin əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalı olduğu qaytarma vəzifəsinin 1092.1.2ci maddəsinə əsasən qəsdən əldə edilməmiş gəlirlərə də aid olduğu nəzərdə tutulmuşdur.
42. Apellyasiya instansiyası məhkəməsi mübahisə üzrə tətbiq edilməli olan maddi hüquq normaları tətbiq edilməmiş, məhkəmə tərəfindən iddiaçının tələbinə düzgün hüquqi qiymət verilməmişdir.
43. MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessu al hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
44. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.
45. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 7 aprel 2025-ci il tarixli 2(103)224/2025 nömrəli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qayta rılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.