Məhkəmə qərarları › İş №2(102)-209/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-209/2022

17.02.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-209/2022 17.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı X1 cavabdehlər Cavabdeh1 oğluna, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ Açar sözlər: kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi, İddiaçı və vəkili X3 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-109/2021 nömrəli iş üzrə 24 iyun 2021-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 oğlu, Cavabd eh2 və Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 17 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materiallarından görünür ki Sumqayıt şəhəri, 5-ci mkr., 34 saylı evin 23 saylı mənzili order əsasında tərəflərin atası X verilmişdir. İddiaçı 30.04.1965-ci ildə, cavabdehlərdən Cavabdeh3 22.05.1973-cü ildə, Cavabdeh1 12.08.1966-cı ildə, Cavabdeh2 isə 14.08.1970-ci ildə anadan olmuş, doğulduqları vaxtdan mübahisəli mənzildə yaşamış və icarədarın ailə üzvü kimi mübahisəli mənzildən istifadə hüququ əldə etmişlər. Atalarının ölümündən sonra mənzil anaları X adına qeydiyyata alınmış və 07.05.2016-cı il tarixli dövlət reyestrindən çıxarış verilmişdir.

2. Daha sonra 12.01.2017-ci il tarixli bağışlam a müqaviləsinə əsasən mənzil 19.01.2017-ci il tarixdə iddiaçı X adına keçmişdir.

3. Həmçinin iş materiallarından görünür ki, cavabdehlər X və Cavabdeh2lar ailə quraraq mübahisəli mənzili tərk etmiş və başqa yaşayış sahəsinə köçmüşlər. Onlar mübahisəli mənzildə yaşamırlar və mənzildə heç bir əşyaları və əmlakları yoxdur.

4. Cavabdeh3 isə 2004-cü ildə ailə quraraq ər evinə köçmüş, onun ailə münasibətlərində problem yarandığından 2008-ci ildə mübahisəli mənzilə qayıtmış və orada yaşamağa başlamışdır. Hal-hazırda o, həmin mənzildə yaşayır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı X4 cavabdehlər Cavabdeh1 oğluna, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabde hləri və azyaşlı övladları X8 və X5 Sumqayıt şəhəri, 5-ci mkr., 34 saylı evin 23 saylı mənzilinə olan istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1 oğlu və Cavabdeh2 Sumqayıt şəhəri, 5-ci mkr., 34 saylı evin 23 saylı mənzilindən istifadə hüquqlarının itirilməsi və Cavabdeh3 8000 manat kompensasiya verilməklə onun azyaşlı uşaqları ilə birlikdə həmin mənzildən istifadə hüququna xitam verilməklə mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xxx saylı mənzili onun mülkiyyətinə verilmişdir. Cavabdehlər onun bacısı və qardaşlarıdır. Onlar həmin ünvanda yaşamırlar və faktiki olaraq həmin mənzi ldə qeydiyyatda qalmışlar. Dəfələrlə cavabdehlərə mənzildən qeydiyyatdan çıxmaqla bağlı xəbərdarlıq olunsa da, onlar buna məhəl qoymurlar. Cavabdehlərin mənzilə heç bir mülkiyyət hüququ qalmayıb.

8. Sumqayıt Şəhər Məhkəməsinin 25 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim E.Abdullayev) iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1 oğlunun və Cavabdeh2 xxx saylı mənzilinə olan istifadə hüquqlarına xitam verilməsi, Cavabdeh3 iddiaçı X4 tərəfindən 8000 manat kompensasiya verilməklə onun və azyaşlı uşaqları 05.06.2005-ci il təvəllüdlü X9 və 13.02.2008-ci il təvəllüdlü X6 ilə birlikdə xxx saylı mənzilinə olan istifadə hüquqlarına xitam verilməsi və onların həmin mənzildən çıxarılmaları qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, mübah isəli mənzil 09/392 saylı, 28.04.1967-ci il tarixli order əsasında X10 verilmişdir. İddiaçı və cavabdehlər X övladlarıdır. Bu səbəbdən hazırkı mübahisəyə 01.10.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin müddəalarına əsasən qiymət verilməlidir.

10. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar.

11. İşdən göründüyü kimi mübahisəli mənzil order əsasında X verilmişdir. İddiaçı 30.04.1965-ci ildə, cavabdehlərdən Cavabdeh3 22.05.1973-cü ildə, Cavabdeh1 12.08.1966-cı ildə, Cavabdeh2 isə 14.08.1970-ci ildə anadan olmuşlar. İddiaçı və cabdehlər doğulduqları vaxtdan mübahisəli mənzildə yaşamışlar və icarədarın ailə üzvü kimi mübahisəli mənzildən istifadə hüququ əldə etmişlər.

12. Yuxarıda qeyd edilən Məcəllədə həmçinin göstərilir ki, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.

13. İşin müəyyən edilmiş hallarından və tərəflərin izahatlarından müəyyən olunur ki, Cavabdeh1 və Cavabdeh2 ailə quraraq mübahisəli mənzili tərk etmiş və başqa yaşayış sahəsinə köçmüşlər. Onlar mübahisəli mənzildə yaşamırlar və mənzildə heç bir əşyaları və əmlakları yoxdur. Bu səbəbdən iddia onların mənzilə istifadə hüquqlarına xitam verilməsi hissəsində təmin edilməlidir.

14. Cavabdeh3 isə 2004-cü ildə ailə quraraq ər evinə köçmüşdür. Onun ailə münasibətlərində problem yarandığından 2008-ci ildə mübahisəli mənzilə qayıtmış və orada yaşamağa başlamış dır. Hal-hazırda o, həmin mənzildə yaşayır. Mübahisəli mənzil 07.05.2016-cı ildən X2 adına özəlləşdirilmişdir. 15. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 21.12.2012-ci il tarixli Qərarındakı əsas hüquqi mövqelərdən biri belə olmuşdur ki, göründüyü kimi, qanunverici mənzillərin (evlərin) özəlləşdirilməsi zamanı kirayəçiyə, habelə mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinə mənzilin kimin mülkiyyətinə verilməsi ilə bağlı seçim imkanı vermişdir. Belə ki, həmin mənzil könüllü razılıq əsasında onlardan birinin, bir neçəsinin və yaxud hamısının ( paylı) mülkiyyətinə verilə bilər, Mənzilin ailə üzvlərindən birinin (bir neçəsinin) mülkiyyətinə verilməsi üçün mənzildə faktiki yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin öz razılığını verməsi mənzilin özəlləşdirilməsində iştirak etmək hüququndan imtina kimi qəbul edilməlidir. Özəlləşdirilən mənzildə faktiki yaşayan ailə üzvlərinin həmin mənzilin onlardan birinin mülkiyyətinə verilməsi haqqında razılığının olması, onların həmin mənzildə yaşamaq hüququndan imtinası kimi qiymətləndirilə bilməz.

16. Konstitusiya məhkəməsinin qeyd olunan qərarından doğan mövqe ondan ibarətdir ki, yaşayış sahəsinin özəlləşdirilməsi zamanı özəlləşdirməyə razılıq verən şəxslər yaşayış sahəsinə olan mülkiyyət hüququnu itirirlər, lakin həmin mənzildə faktiki yaşayan şəxslərin mənzildən istifadə hüquqları sa xlanılır. Yəni, Cavabdeh3 mənzilin özəlləşdirilməsinə razılıq versə də, mənzildə faktiki yaşayan şəxs kimi mənzilə istifadə hüququnu saxlamışdır. 17. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26.09.2007-ci il tarixli Qərarındakı əsas hüquqi mövqelərdən biri belə olmuşdur ki, Mənzil Məcəlləsində yaşayış sahəsindən istifadə etmək hüququna xitam verilməsi ilə bağlı kompensasiyanın verilməsi nəzərdə tutulmadığı halda, Mülki Məcəllənin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna—xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. Belə ki, Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır.

18. Məhkəmə hesab etmişdir ki, iddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olduğundan onun həmin mənzil üzərində olan hüquqları digər şəxslərin-yəni mənzilə istifadə hüququ olan şəxslərin hüquqlarından daha üstündür.

19. İddiaçı Cavabdeh3 mübahisəli mənzilə istifadə hüququna xitam verilməsi üçün ona 8000 manat kompensasiya təklif etrmişdir. Eyni zamanda iddiaçı tərəfindən təqdim edilmiş arayışda həmin mənzilin aylıq kirayə haqqının 150 manat təşkil etdiyi qeyd edilmişdir. Məhkəmə hesab etmişdir ki, təklif edilən kompensasiya məbləği cavabdehə oxşar şəraitli mənzildə təxminən üç il müddətində kirayədə yaşamaq imkanı verir.

20. Bu səbəbdən iddia təmin edilməli və Cavabdeh3 mübahisəli mənzilə istifadə hüququna 8000 manat kompensasiya verilməklə xitam verilməli və o həmin mənzildən çıxarılmalıdır. 21. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması əsaslarından biri onun barəsində yaşayış sahəsindən çıxarılma və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamənin olmasıdır. 22. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir.

23. Göründüyü kimi Cavabdeh3 ilə birlikdə mübahisəli mənzildə onun yetkinlik yaşına çatmayan uşaqları 05.06.2005-ci il təvəllüdlü X8 və 13.02.2008-ci il təvəllüdlü X7 da qeydiyyatda olmaqla orada yaşayırlar. Cavabdeh3 mənzilə istifadə hüququna xitam verildiyi üçün onun yetkinli k yaşına çatmayan uşaqlarının da mənzilə istifadə hüququna xitam verilməklə mənzildən çıxarılmalıdırlar.

24. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin (01.10.2009-cu ilədək qüvvədə olmuş) 53, 60, 87-ci, Mülki Prossesual Məcəllənin 119, 216-220, 360-cı maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

25. Qətnamədən cavabdehlər apellyasiya şikayəti vermişdir.

26. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-109/2021 nömrəli iş üzrə 24 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – S.Qafari (sədrlik edən və məruzəçi), Ş.Abasov və T.Məmmədov) cavabdehlərin apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 25 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmiş, iddiaçı X4 tərəfindən Cavabdeh3 10 500 manat kompensasiya verilməklə onun azyaşlı uşaqları 05.06.2005-ci il təvəllüdlü X9 və 13.02.2008-ci il təvəllüdlü X6 ilə birlikdə Sumqayıt şəhəri, 5-ci mikrorayon, 34 saylı evin 23 saylı mənzilinə olan istifadə hüquqlarına xitam verilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

27. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iş üzrə cavabdehlər X və Cavabdeh2ların istər birinci instansiya zamanı, istərsə də apellyasiya baxışı zamanı başqa yaşayış yerlərinin olması müəyyən edildiyindən (Sumqayıt şəhər MKTB-nin 09.06.2021-ci il tarixli (səhifə 211), "xxxx" MTKnın 15.01.2020-ci il tarixli arayışları) iddia tələbini həmin hissədə təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

28. Bundan başqa ap ellyasiya baxışı zamanı iddiaçı kompensasiya məbləğini artıraraq 10500 manat təklif etmişdir.. 29. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2. maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 iyul 2016-cı il tarixli qərarında belə nəticəyə gəlinmişdir ki, birinci instansiya məhkəməsi belə işlərə baxarkən iddia ərizəsində kompensasiya məbləğinin göstərilibgöstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir.

30. Hazırki iş üzrə iddiaçı tərəfindən təklif olunan kompensasiya məbləği ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, bu məbləği bazar qiymətlərinə uyğun olmaqla, hər iki tərəf in mənafeyinə, o cümlədən, mənzildən istifadə hüququna xitam verilən cavabdehin sonrakı vəziyyəti, yəni onun başqa yaşayış sahəsi ilə təmin olunması üçün yetərli olmaqla kompensasiyanın məbləği istifadə hüququna mütənasibdir.

31. Kompensasiyanın da verilməsində məqsəd Cavabdeh3 özünə yaşayış sahəsi qurmaqdan ötrü iddiaçının hesabına müəyyən müddətə başqa ərazidə yaşayışının təmin edilməsi mümkün olsun. Odur ki, məhkəmə kollegiyası təklif edilən kompensasiyanın məbləğini hazırkı bazar qiymətlərinə uyğun hesab etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

32. Cavabdehlər kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasi ya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

33. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

34. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

35. İddiaçı və vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

36. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdehlər hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mü lki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri

37. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

38. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq ed ilməsini yoxlayır (maddə 416).

39. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

40. Hazırkı kassasiya şikayətində iş üzrə cavabdehlər apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mənzil Məcəlləsi (01.10.2009-cu ilədək qüv vədə olmuş)

41. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. (maddə 53)

42. İcarə dar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. (maddə 60)

43. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. (maddə 87) “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26.09.2007-ci il tarixli Qərarı

44. Mənzil Məcəlləsində yaşayış sahəsindən istifadə etmək hüququna xitam verilməsi ilə bağlı kompensa siyanın verilməsi nəzərdə tutulmadığı halda, Mülki Məcəllənin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna—xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. Belə ki, Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Mülki Prossesual Məcəllə

45. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)

46. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)

47. Məhk əmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)

48. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)

49. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)

50. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi

51. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

52. Belə ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəli llər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

53. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

54. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh1 oğlu, Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-109/2021 nömrəli iş üzrə 24 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar