Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-209/2023 25.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-209/2023 Açar sözlər: özbaşına tikiliyə köçürülmə tələbi Bakı şəhəri 25 yanvar 2023-cü il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “yaşayış sahəsindən istifadə hüququnun tanınması, evə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5069/2022 nömrəli, 31 avqust 2022-ci il t arixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 25 yanvar 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Sabunçu qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin xx.xx.2021-ci il tarixli məktubuna əsasən Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Dilqəm Kişvəri küçəsi, 14/7 saylı ev özbaşına tikilidir, evin heç bir hüquqi sənədi yoxdur. Kitablara əsasən həmin ünvanda hazırda X1 və X3 qeydiyyatdadır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əri X5, uşaqları X7 və X8 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Dilqəm Kişvə ri küşəsində yerləşən 14/7 saylı fərdi yaşayış evinə istifadə hüququnun tanınması və mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1974-cü il tarixdə Tovuz rayonunda anadan olmuşdur. Uşaq yaşlarında olarkən anası X9 vəfat etmişdir. Bundan sonra 1992-ci ildə ünvan 2 ünvanındakı evi tikdirib, oraya köçmüşlər. Həmin evin tikintisində o və əmiləri fiziki cəhətdən köməklik göstərmişlər. Bundan sonra atası Cavabdeh1 Cavabdeh2 ilə rəsmi nikah bağlayaraq ailə qurmuşdur. Həmin vaxt Cavabdeh2 əvvəlki ərindən bir qızı olmuş, atası ilə birgə nikahından daha bir qızı xx.xx.1990-cı il təvəllüdlü X3 doğulmuşdur. Ögey anası Cavabdeh2 atası ilə birgə yaşadıqları Gəncə şəhəri, T.Hacıyev küçəsi 23 ünvanındakı evi atasına satdırmaq istəsə də, o, evin satılmasını istəməmişdir. Həmin evin satılıb Bakı şəhərində ona və özlərinə ayrı-ayrılıqda iki ev alacaqlarını bildirdiklərindən sonra evin satılamsına razı olmuşdur. Lakin xx.xx.2000-ci il tarixdə atasının təkidi və ögey anasının planı ilə o, X5 ilə nikaha daxil olmuşdur. Cehiz əşyalarının əvəzinə, ona Bakı şəhərində ev alacağı ilə bağlı atası onunla razılığa gəlmiş, bu səbəbdən, atası ona heç bir cehiz əşyası verməmişdir. Bundan sonra atası və ögey anası Gəncə şəhəri, T.Hacıyev küçəsi 23 ünvanındakı evi sataraq Bakı şəhərinə gəlmişlər. O da öz ailəsi ilə birlikdə Bakı şəhərinə gəlmişdir. Atası torpaq alıb ev tikdirməyə başlayan zaman o, öz ailəsilə kirayədə yaşamışdır. Bir müddət sonra atası ünvan 4 ünvanında iki mərtəbə, doqquz otaqdan ibarət həyət evi tikdirmişdir. Atası iki ev tikdirmək əvəzinə, hamısının birlikdə yaşamaları məqsədilə, bir böyük ev tikdirmişdir. Buna baxmayaraq, nə ona ailəsilə həmin evə köçməyə icazə vermişlər, nə də atası ona ayrıca ev almışdır. Bu səbəbdən də, evsiz qalmış, uzun müddət kirayələrdə yaşamışdır. Həyat yoldaşı fəhlə işləyir. Son zamanlar gəliri az olduğu üçün kirayə pulunu ödəyə bilməmiş və müvəqqəti olaraq baldızının evinə köçmüşlər. Halhazırda baldızı evdən çıxmalarını tələb edir. Atasına, ögey anasına və ögey bacısına həmin evə köçmək istədiyini deyəndə, ögey anası və ögey bacısı ona atasına baxmayacaqları ilə hədə-qorxu gəlirlər. Atası da öz xətrinə həmin evə gəlməməsini istəyir. Ümumiyyətlə, ona atası ilə ünsiyyət qurmağa da icazə vermirlər. xx.xx.2021-ci il tarixdə atası həmin evdən ona pay düşməməsi, həmin evd ə yaşamaması üçün ögey anası və ögey bacısının təkidi ilə özü də formal olaraq həmin ünvandan qeydiyyatdan çıxaraq Gədəbəy rayonu, Mormor kəndinə qeydiyyata düşmüşdür. Ögey bacısı İsmayılbəyli (Qasımova) Həqiqət Nizami qızının iki evi olsa da, iddia predmeti olan evdən ona pay düşməməsi üçün hər vasitəyə əl atır. Cavabdehlər ondan tələb edirlər ki, atasına aid həmin ünvandakı evdən pay istəməməsi barədə notariat ofisində ərizə yazsın. Lakin onun və ailəsinin yaşamağa yeri olmadığı üçün, həmçinin atası ona cehiz əmlakı əvəzinə, ev alacağı sözünü verdiyi üçün onların həmin tələbindən imtina edir. Çünki həmin evdə yaşamaq bir övlad kimi onun da haqqıdır. Cavabdehlər iddia predmeti olan fərdi yaşayış evinin 1-ci mərtəbəsindəki üç otağı ayrı-ayrı üç şəxsə kirayə versələr də, onun yaşaması üçü n iki otaq vermirlər. Övladlarının təlabatı, sağlamlığı və ümumiyyətlə cəmiyyətə layiqli insanlar kimi yetişmələri üçün kifayət qədər vəsait tələb olunur. Lakin hazırkı vəziyyətdə bu mümkün deyildir. Qeyd etdiklərinin həqiqiliyini sübut etmək üçün şahidləri də vardır. Həmin şahidlər iddia predmeti olan evin həqiqətən də atası tərəfindən tikdirildiyini, atasının ona cehiz əşyaları əvəzinə, Bakı şəhərində ev alacağına söz verdiyini, onun hal-hazırda baldızının evində qaldığını təsdiq edə bilərlər
4. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 01 aprel 2022-ci il tarixli, 2(008)1392/2022 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.
5. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddia predmeti olan fərdi yaşayış evi özbaşına tikili olduğundan, onunla bağlı hər hansı hüquqi hərəkətin icrası, o cümlədən istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması qeyri-mümkündür. Belə olan halda, iddia tələbi daşınmaz əşyaya istifadə hüququnun tanınması hissəsində əsaslı deyil və rədd edilməlidir.
6. Həmçinin işin faktiki hallarına, habelə iddiaçının izahatına əsasən İddiaçı xx.xx.2000-ci il tarixdə rəsmi nikaha daxil olmuş, bundan sonra hələ Gəncə şəhərində yaşayarkən, başqa yerdə daimi yaşamaq üçün ata evini tərk etmişdir. Hazırda isə, iddiaçı göstərilən evin atası tərəfindən, onun maddi vəsaiti hesabına tikildiyini iddia etsə də, bunu təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən də, iddia tələbi iddiaçının əri və uşaqları ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Dilqəm Kişvəri küşəsində yerləşən 14/7 saylı özbaşına tikiliyə köçürülməsi hissəsində də rədd edilməlidir.
7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.1, 180.2-ci maddələrinə; “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası qanununun 2-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 88, 119.1, 217.3 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
8. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edib, iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Apellyasiya şikayətində onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi mübahisəli evdə atasının qeydiyyatda olduğunu, lakin sonradan planlı şəkildə hə min evdən qeydiyyatdan çıxdığını, evi atasının tikdirdiyini, həmin evi əvvəllər yaşadıqları Gəncə şəhərindəki evi satıb əldə etdiyi gəlirlə torpaq alaraq tikdirdiyini və həmin evdə onun və ailəsinin də hüquqlarının olduğunu düzgün araşdırmamışdır. Digər tərəfdən birinci instansiya məhkəməsi qeyd etmişdir ki, həmin ev özbaşına tikilidir. Lakin həmin evin kommunal sayğacları var və Qəsəbə Nümayəndəliyində qeydiyyatdan keçib. Həmçinin hazırda həmin evdə yaşayış olduğu üçün həmin ev yaşayış sahəsi sayılır və ailəsi ilə birlikdə həmin evə köçürlməli idi.
10. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5069/2022 nömrəli, 31 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.Ə.Məhərrəmovanın sədrliyi və məruzəsi ilə, hakimlər X.A. Mərdanovadan və E.M.Həsənovdan ibarət tərkibdə) İddiaç ı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməsi,Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 01 aprel 2022-ci il tarixli, 2(008)-1392/2022 saylı qətnaməsi ləğv edilməsi, İddiaçı - X5, X7 və X4 adından hazırki iddia tələbi ilə çıxış etməsi üçün subyektiv hüququ olmadığından iddia tələbi X5, X7 və X6 münasibətdə iddia tələbi rədd edilməsi, İddiaçı “yaşayış sahəsindən istifadə hüququnun tanınması, evə köçürülmə” tələbi əsassız olduğundan rədd edilməsi qət etmişdir.
11. Apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş faktiki hallarını nəzərə alaraq öz mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı digər iddiaçılar X5, X7 və X4 adından iddia qaldırmaqla onlara münasibətdə subyektiv hüququn elementi, yəni başqa şəxsdən tələb etmək hüququ yaranmadığına görə, hazırki iddia tələbini ir əli sürmək üçün subyektiv hüquqa məxsus olmamışdır.
12. Həmçinin məhkəmə kollegiyası hesab etmişdir ki, iddia tələbinin iddiaçıya münasibətdə təmin edilməsi üçün əsaslar olmamışdır.
13. Belə ki, iddia predmeti olan fərdi yaşayış evi özbaşına tikili olduğundan, onunla bağlı hər hansı hüquqi hərəkətin icrası, o cümlədən istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması qeyri-mümkündür.
14. Belə olan halda, iddia tələbi iddiaçıya münasibətdə daşınmaz əşyaya istifadə hüququnun tanınması və köçürülməsi hissəsində əsaslı olmamışdır.
15. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd etmişdir ki, mübahisəli evə kommunal sayğacları olması və Qəsəbə Nümayəndəliyində qeydiyyatdan keçməsi həmin evin özbaşına tikili statusunu aradan qaldırm ır, çünki mübahisəli mənzilə dair hüquqlar dövlət qeydiyyatına alınması müəyyən edilməmişdir.
16. Məhkəmə kollegiyası iddia tələbinin (iddiaçıya münasibətdə) özbaşına tikiliyə köçürülməsi ilə bağlı qeyd etmişdir ki, İddiaçı xx.xx.2000-ci il tarixdə rəsmi nikaha daxil olmuş, bundan sonra hələ Gəncə şəhərində yaşayarkən, başqa yerdə daimi yaşamaq üçün ata evini tərk etmişdir. Hazırda isə, iddiaçı göstərilən evin atası tərəfindən, onun maddi vəsaiti hesabına tikildiyini iddia etsə də, bunu təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir.
17. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci və M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-c i il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarına istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
18. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və apelyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddianın tam rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdirlər.
19. Kassator İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh tərəf mübahisəli fərdi yaşayış evinin məhz onun tərəfindən tikilməsini öz şifahi mülahizələrinə istinad edərək əsassız iddia tələbi ilə m əhkəməyə müraciət etmişdir. Bakı Apellyasiya Məhkəmə isə bu şifahi mülahizələri sübut kimi dəyərləndirmişdir. Bundan əlavə, məhkəmə şahid ifadələrini hüquqi qiymət verməmiş, birtərəfli məhkəmə aktını qəbul etmişdir. Həmçinin, iddiaçı tərəfindən təqdim edilmiş şahid ifadələri ziddiyyətli olmaqla iddianın təkzib edilməsinə əsas vermişdir.
20. Kassator şikayətini AR Konstitusiyasının 43-cü, Mülki Məcəlləsinin 164.2-ci, MPM-nin 386-ci maddələri ilə əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
21. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
22. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
23. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəy yən edilmiş qüvvəsi yoxdur.
26. Maddə 217.4 Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
27. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
28. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
29. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansi yası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər.
30. Apellyasiya instansiyası məhkəməsinin aktı iddiaçının kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kolle giyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
32. Apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına əsasən məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
33. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, sübutların düzgün qiymətləndirilməməsinə dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya o nun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı).
34. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış, məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır.
35. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə ba xılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmişdir.
36. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mahiyyəti üzrə düzgün olduğu üçün dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə dəlilləri əsassız olduğu üçün təmin olunmamalıdır.
37. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5069/2022 nömrəli, 31 avqust 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.