Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-209/2024 13.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: ümumi istifadədə olan yolun açılması; qanunsuz tikilinin sökülməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Məmmədov Vidadi Məmməd oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə İddiaçı Cavabdeh qarşı ümumi istifadədə olan yolun açılması və inşa edilmiş tikililərin cavabdehin öz vəsaiti hesabına sökülməsi tələblərinə dair iddia ərizəsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5382/2023 nömrəli iş üzrə 06 sentyabr 2023-cü il tarixli qətnaməsindən cavabdehin kassa siya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ sahəsi 7965 ünvanda yerləşən 126 kv.mdən ibarət bağ evi və 0,0632 ha torpaq sahəsi iddiaçının, Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ sahəsi “Coşqun” b/y-nın ölçüsü 0,10 ha olan 2 saylı bağ sahəsi cavabdehin xüsusi mülkiətindədir.
2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/2332 nömrəli ekspert rəyinə əsasən: iddiaçının xüsusi mülkiyyətində olan Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ sahəsində yerləşən 7965 saylı bağ evi və 0.0632 ha torpaq sahəsi koordinatlarına uyğundur; cavabdehin adına olan Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ sahəsi “Coşqun” b/y-nın 2 saylı bağ sahəsinin sən əd üzrə 0.10 ha olduğu halda, mövcud vəziyyətdə 0.1215 ha olmaqla koordinatlarına uyğun gəlir (0.0215 ha torpaq sahəsi əlavə olaraq istifadə olunur); vahid elektron kadastr baza məlumatlarına əsasən (“Coşqun” b/y-nin bölgü sxeminə əsasən koordinatları təqdim olunmuş) ərazi bağlararası yolun, az bir hissəsi isə digər bağların yerinə uyğun gəlir. Belə ki, cavabdeh dalan kimi nəzərdə tutulan torpaq sahəsini zəbt etmişdir; mövcud vəziyyətdə iddiaçının mülkiyyətində olan bağ evinin (və ya torpaq sahəsinin) şimal-şərq tərəfdən yola çıxışı və darvazası olmasına baxmayaraq cənub-qərb tərəfində vahid elektron kadastr baza məlumatlarına əsasən dalan kimi nəzərdə tutulan torpaq sahəsinə çıxışına maneçilik yaradır; cavabdeh tərəfindən inşa edilmiş qaraj (5 x 41) vahid elektron kadastr baza məlumatları na əsasən mülkiyyətində olan torpaq sahəsindən kənarda, dalan kimi nəzərdə tutulan sahədə yerləşir; qarajın və hasarın sökülməsi nəticəsində iddiaçı üçün dalan kimi nəzərdə tutulan torpaq sahəsinə 2-ci çıxış kimi şərait yarada bilər; cavabdehin bağ sahəsinə gedən ümumi istifadədə olan yol iddiaçı və ya qonşular tərəfindən zəbt edilməyib.
3. İddiaçı cavabdeh tərəfindən qanunsuz olaraq tutulmuş, ümumi istifadədə olan yolun açılması, həmin yolun zəbt edilməsi nəticəsində inşa edilmiş hasarın və qarajın cavabdehin öz vəsaiti hesabına sökülməsini tələb edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının qanuni istifadəsində olan Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ sahəsində yerl əşən (7965) bağ evinə gedən, cavabdeh tərəfindən qanunsuz olaraq tutulmuş, ümumi istifadədə olan yolun açılması, həmin yolun zəbt edilməsi nəticəsində inşa edilmiş hasarın, qarajın və digər tikililərin cavabdehin öz vəsaiti hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddianın əsaslarına görə, cavabdeh torpaq sahəsini alan zaman həmin torpaq sahəsinin qarşısında ümumi istifadədə olan yol olmuşdur. Yol sonradan zəbt olunaraq cavabdehin torpaq sahələrinə qatılmış, bununla da iddiaçının əsas yola olan çıxışı qanunsuz olaraq bağlanmış, iddiaçının mülkiyyətində olan torpaq sahəsindən maneəsiz istifadə etmək hüquqları əsassız olaraq məhdudlaşdırılmışdır. Mubahisələndirılən yol həmin ərazidə yaşayan sakinlərin ümumi istifadəsi üçün nəzərdə tutulmuşdur.
6. Bakı şəhəri Sabu nçu Rayon Məhkəməsinin e-2(008)-723/2023 nömrəli iş üzrə 05 iyun 2023-cü il tarixli qərardadı ilə (hakim T.Əsədova) iddia ərizəsi “digər tikililərin cavabdehin öz vəsaiti hesabına sökülməsi” hissədə baxılmamış saxlanılmış, 05 iyun 2023- cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ sahəsində yerləşən (7965) bağ evinə gedən, cavabdeh tərəfindən qanunsuz olaraq tutulmuş, ümumi istifadədə olan yolun açılması, həmin yolun zəbt edilməsi nəticəsində inşa edilmiş hasar və qarajın cavabdehin öz vəsaiti hesabına sökülməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manatın 25 manat hissəsinin iddiaçıdan, 25 manat hissəsinin isə cavabdehdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsini n qətnaməsinin əsaslarına görə, “... mövcud vəziyyətdə İddiaçı mülkiyyətində olan bağ evinin (və ya torpaq sahəsinin) şimal-şərq tərəfdən yola çıxışı və darvazası olmasına baxmayaraq cənub-qərb tərəfində vahid elektron kadastr baza məlumatlarına əsasən dalan kimi nəzərdə tutulan torpaq sahəsinə çıxışına maneçilik yaradılmış, qarajın və hasarın sökülməsi nəticəsində iddiaçı üçün dalan kimi nəzərdə tutulan torpaq sahəsinə 2-ci çıxış kimi şərait yarada bilər.” b) Apellyasiya instansiyası məhkəməsində icraat
8. Birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdeh apellyasiya şikayəti vermişdir.
9. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5382/2023 nömrəli iş üzrə 06 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər A.İmanov (sədrlik edən və məruzəçi), M.Məmmədov və F.Talışins ki) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslarına görə, “Kollegiya cavabdehin apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, cavabdeh apellyasiya şikayətində ekspert rəyinin mötəbər olmadığını qeyd etsə də, rəyi təkzib edəcək hər hansı sübutu təqdim etməmiş, həmçinin məhkəmə kollegiyası tərəfindən də rəyin şübhə altına alınacaq hər hansı hal müəyyən edilməmişdir. Ona görə də məhkəmə ekspert rəyini hazırkı iş üzrə əsaslı sübut hesab etməkdə haqlı olmuşdur.” KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
11. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan cavabdeh ondan kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
12. Kassasiya şikayətinin dəlillərinə görə, cavabdeh tərəfindən iddiaçının mülkiyyət hüququnun pozuntusuna yol verilməmişdir (iddiaçının mülkiyyətində olan torpaq sahəsi zəbt olunmamış, onun mülkiyyətində olan əmlakından istifadəyə maneə yaradılmamış və s). Bununla da, iddiaçının cavabdehə qarşı hazırkı iddia tələbi ilə əlaqədar subyektiv hüququ mövcud olmamışdır (məhkəmə yalnız ekspert rəyinə istinadən iddiaçının subyektiv hüququnun təsdiq olunduğu barədə nəticəyə gəlmişdir). İş materiallarında olan ekspert rəyi əsassız olduğuna görə, apellyasiya instansiyası məhkəməsi həmin rəylə razılaşmamalı və iş üzrə təkrar ekspertiza təyin etməli idi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
14. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə
13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər; Maddə
29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır; İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur; İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir; Maddə
60. Hüquq və azadl ıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; Maddə
125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; Maddə
129. Məhkəmə qərarları və onların icrası İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. 15. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə
6. Ədalətli məhkəmə araşdırması hüququ
1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. 16. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya ya dair Protokol: Maddə
1. Mülkiyyətin müdafiəsi Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.
17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: 6.1.7. mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması; 6.1.8. pozulmuş hüquqların bərpasının tə min edilməsi; 6.1.9. mülki hüquqların məhkəmə müdafiəsi. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir; Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Maddə 152.5. Mülkiyyətçi müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və y a üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır; Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər; Maddə 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınma z əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir; Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir; Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
18. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə
55. Torpaq sahəsi üzərində hüquqların yaranmasının əsasları Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn mü əyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır; Maddə
67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi
1. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır;
4. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir; Maddə
68. Torpaq sahələri üzərində hüquqların yaranma vaxtı Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır; Maddə
111. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqların qaytarılması
1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 101.6. Ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tər əfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır; Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir; Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir; Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; Maddə 206.1. Ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir v ə onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Maddə 417.1. Kassasiya məhkəm əsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır; Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli Qərarı: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifad ə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.” KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lak in apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
22. Kassasiya şikayətində qətnamənin ləğvi xahiş edildiyi üçün, apellyasiya instansiyasının yekun məhkəmə aktı şikayətdə irəli sürülən dəlillər üzrə tam yoxlanılır.
23. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. KAS SASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmçinin, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellylasiya instansiyası məhkəməsinin qətnaməsinin tam yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları və apellyasiya şikayətinin dəlilləri üzrə lazımi araşdırma aparılmış, sübutetmə yükü düzgün bölüşdürülmüş, sübutlara hüquqi qiymət verilmişdir.
26. Kassasiya şikayətinə münasibətdə qeyd edilməlidir ki, şikayətin dəli lləri əsassızdır. Belə ki, hər iki instansiya məhkəməsi tərəfindən mötəbər sayılan, mötəbər olmamasına dair cavabdeh tərəfindən hər hansı konkret əsasa istinad olunmayan, belə prosessual əsaslar işdən də aşkar edilməyən ekspert rəyinə əsasən məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsi öz koordinatlarına uyğundur, cavabdehin adına olan bağ sahəsi sənəd üzrə 0.10 ha olduğu halda, mövcud vəziyyətdə 0.1215 ha-dır, yəni 0.0215 ha torpaq sahəsi əlavə olaraq istifadə olunur, vahid elektron kadastr baza məlumatlarına əsasən ərazi bağlararası yolun, az bir hissəsi isə digər bağların yerinə uyğun gəlir, cavabdeh dalan kimi nəzərdə tutulan torpaq sahəsini zəbt etmişdir, mövcud vəziyyətdə iddiaçının mülkiyyətində olan bağ evinin (və ya torpaq sahəsin in) cənub-qərb tərəfində vahid elektron kadastr baza məlumatlarına əsasən dalan kimi nəzərdə tutulan torpaq sahəsinə çıxışına maneçilik yaradır, cavabdeh tərəfindən inşa edilmiş 5 x 41 m. ölçüdə qaraj vahid elektron kadastr baza məlumatlarına əsasən cavabdehin mülkiyyətində olan torpaq sahəsindən kənarda, dalan kimi nəzərdə tutulan sahədə yerləşir, qarajın və hasarın sökülməsi nəticəsində iddiaçı üçün dalan kimi nəzərdə tutulan torpaq sahəsinə ikinci çıxış kimi şərait yarada bilər.
27. Bu mənada iddiaçı cavabdehə qarşı hazırkı iddia tələbi ilə əlaqədar subyektiv hüquqa (öz hərəkətlərinə hüquqi ixtiyar, cavabdehdən tələb etmək hüququ və müdafiə hüququ) malik olmuşdur, iş üzrə təkrar ekspertizanın təyin edilməsinə olan zərurət isə işdən müəyyən edilmir.
28. Beləliklə, mülki işə kassasiya qay dasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
29. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5382/2023 nömrəli iş üzrə 06 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.