Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2090/2023 30.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı ilkin, Cavabdeh İddiaçı və Gəncə şəhər Kəpəz Bələdiyyəsinə qarşı qarşılıqlı tələblərinə dair iş üzrə QƏRARİ Açar sözlər: qanunsuz tikilinin sökülməsi, müqavilənin etibarsızlığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Hacıyev Sənan Firudin oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “cavabdehin qanunsuz inşa etdirdiyi tikililərin onun vəsaiti hesabına sökülməsi və torpağın əvvəlki vəziyyətinə gətirilməsi” barədə ilkin, Cavabdeh İddiaçı və Gəncə şəhər Kəpəz Bələdiyyəsinə q arşı “alqı-satqı müqaviləsinin bağlandığı andan etibarsız hesab edilməsi” barədə qarşılıqlı tələblərinə dair Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-483/2023 nömrəli, 26 yanvar 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 30 may 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 1. ünvan 1 ünvanda yerləşən 0,04 hektar torpaq sahəsi Gəncə şəhəri, Kəpəz rayonu, Kəpəz Bələdiyyəsi tərəfindən AN-İ seriyalı, ******* nömrəli, xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın alqısatqı müqaviləsinə əsasən İddiaçı satılmışdır. 2. 0,04 hektar torpaq sahəsinə dair X2 adına A 493382 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmiş və sonuncu, həmin torpaq sahəsinə dair m ülkiyyət hüququnu xx.xx.2020-ci il tarixdə qeydə aldıraraq, Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** saylı çıxarış almışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı “cavabdehin qanunsuz inşa etdirdiyi tikililərin onun vəsaiti hesabına sökülməsi və torpağın əvvəlki vəziyyətinə gətirilməsi” tələbinə dair iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin onun mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən 0,04 hektar torpaq sahəsindən çıxarılması, ona məxsus torpaq sahəsində inşa edilmiş qanunsuz tikililərin cavabdehin vəsaiti hesabına sökülməsi, dövlət rüsumu kimi ödənilmiş 100 manat dövlət rüsumu və 100 manat xidmət haqqının cav abdehdən alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi işin hallarına uyğun əsaslandırılmaqla qeyd edilmişdir ki, iddiaçının mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən 0,04 hektar torpaq sahəsində, müvafiq icazə sənədi, təsdiq edilmiş layihəsi olmadan 2021-ci ildən başlayaraq qanunsuz inşa etdirdiyi və hazırda yarımçıq olan qanunsuz tikililəri sökməsinə dair cavabdehə müraciət etmiş və bu məsələnin həlli üçün ona məxsus 0,04 hektar torpaq sahəsinə 10000 manat kompensasiya ödəməsini təklif etmiş, lakin cavabdeh imtina etmişdir.
5. Cavabdeh İddiaçı və Gəncə şəhər Kəpəz Bələdiyyəsinə qarşı “alqı-satqı müqaviləsinin bağlandığı andan etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri X1 Elnur Ərəstun o ğlu ilə bağladığı 19 fevral 2020-ci il tarixdə 4Ə-237 nömrə ilə Gəncə şəhəri 5 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş, ünvan 1 ünvanda yerləşən 0,04 hektar torpaq sahəsinin alqı-satqı müqaviləsinin bağlandığı andan etibarsız hesab edilməsini xahiş etmişdir.
6. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı bir-iki ay olar ki tanıyır. Belə ki, İddiaçı onun və ailəsinin 1992-ci ildən faktiki istifadəsində olan Natəvan qəsəbəsində yerləşən 600 kvadrat metr ölçüsü olan torpaq sahəsinə gələrək bildirmişdir ki, həmin torpaq sahəsinə görə Gəncə şəhəri 5 saylı notariat kontorunda bələdiyyə ilə 19 fevral 2020-ci il tarixli 4Ə-237 nömrə ilə alqı-satqı müqaviləsi bağlanmış, Reyestr xidmətindən isə ona xx.xx.2020-ci il tarixli, ********** saylı mülkiyyət hüququ haqda çıxarış v erilmişdir. Onun illərdir faktiki istifadəsində olan torpaq sahəsini Gəncə şəhəri X1 Elnur Ərəstun oğluna satması qanunsuzdur və ona görə də, bu müqavilə etibarsız hesab edilməlidir. Həmin ərazidə yerləşən torpaq sahələri alüminium zavodunda işləyənlərə bağ sahələri kimi ayrılmış, sonra isə sənədləşmə aparılmadığından işlər natamam qalmışdır. Bu torpaqlar 2019-cu ildə bələdiyyə torpaqları hesab ediləndən sonra, bələdiyyələr torpaq sahələrinin faktiki istifadəçilərinin ərizəsi əsasında onların mülkiyyətlərinə satmağa başlamışlar. O, bu sahə üçün vergi ödəyicisi kimi qeydə alınaraq hər il vergisini ödəmiş və elə həmin vaxtlardan da ərizə vermişdir ki, torpaq sahəsi ona satılsın. Bələdiyyə əməkdaşları ərizəni qəbul etmiş, sənədləri tərtib etmiş, torpaq sahəsini yerində ölçmüş və bildirmişlər ki, ev tikməyə başlaya bilər. O, tək qadındır və xəstə uşağı var, borc-xərc edərək çətinliklə hörgü işlərinin bir hissəsini etmişdir. İddiaçı isə heç vaxt bu torpaqdan istifadə etməmişdir. Ona torpaq sahəsini Kəpəz bələdiyyəsi öz təşəbbüsü ilə kömək kimi vermiş, lakin sahənin özü başqadır. Belə ki, torpağın yerini bələdiyyə işçisi ölçəndə sahələri səhv salmışdır. Bundan başqa, həmin torpaqla bağlı digər bir şəxs də onu məhkəməyə vermiş və Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 16 may 2022-ci il tarixli, 2(043)-897/2022 nömrəli qətnaməsi ilə bir daha aydın olmuşdur ki, mübahisəli torpaq sahəsi həmişə onun istifadəsində olmuşdur. Məhkəməyə izahat vermiş qonşu torpaqların sahibləri də şahid qismində bildirmişlər ki, ən azı 2013-cü ildən torpaq sahəsinin faktiki sahibi kimi onu tanıyırlar. Kə pəz bələdiyyəsi özünün həmin məhkəməyə təqdim etdiyi 28 mart 2022-ci il tarixli, 04/823 saylı məktubu ilə də təsdiq etmişdir ki, mübahisəli torpaq sahəsi onun istifadəsindədir və o, bələdiyyəyə bu torpağa görə vergi ödəyir.
7. İddiaçı məhkəmə iclasında işin hallarına və iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, Bakı şəhərində olmuş, ölkədə pandemiya və müharibə olduğundan aldığı torpaq sahəsinə baş çəkə bilməmişdir. Daha sonra Gəncə şəhərinə qayıtmış və aldığı həmin torpaq sahəsinə baxmağa getmişdir. Bu zaman orada Cavabdeh tərəfindən tikinti işlərinin aparılmasını görmüş və torpaq sahəsinin ona məxsus olduğunu bildirməklə tikintini dayandırmasını tələb etsə də, sonuncu, buna məhəl qoymamış və torpağın özünə məxsus olduğunu bildirmişdir. Halbuki, Hicran Allahverdiyevanın mübahisəli torpağa dair heç bir sənədi yoxdur və sonuncu, özbaşına həmin torpaq sahəsini tutmuşdur.
8. Cavabdeh məhkəmə iclasında qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, ünvan 4 ünvanda yerləşən 0,04 hektar torpaq sahəsini mərhum əri ölməzdən əvvəl, yəni 1992-ci tarixdə alüminium zavodunda işlədiyinə görə almış və onlar orada müəyyən tikinti işləri aparmışlar. Mübahisəli torpaq sahəsinə dair hüquq müəyyənedici sənədləri olmasa da o, hər ay Kəpəz Bələdiyyəsinə həmin torpaqdan istifadə etdiyinə görə əmlak vergisi vermişdir. Hətta o, mübahisəli torpaq sahəsinin ona verilməsi ilə bağlı Kəpəz Bələdiyyəsinə ərizə ilə müraciət etmiş, lakin başqa bir şəxs həmin torpaq sahəsinin ona verilməsi ilə bağlı məhkəmədə iddia qaldırdığına g örə torpağın onun adına rəsmiləşdirilməsi prosesi dayanmışdır. Daha sonra, həmin torpaq sahəsinin bələdiyyə tərəfindən İddiaçı satıldığını bilmişdir. O, İddiaçı əvvəllər tanımamış, sonuncu, heç vaxt mübahisəli torpaq sahəsinə gəlib-getməmiş və yalnız hazırki işə baxılmazdan əvvəl gəlib mübahisəli torpaq sahəsinin ona məxsus olduğunu bildirərək onların oradan çıxmasını tələb etmişdir. Həmin vaxt o, mübahisəli torpaqdan uzun müddətdir ki, istifadə etdiyini bildirdikdə, İddiaçı ona pul müqabilində torpağı ona verə biləcəyini demiş, lakin aralarında razılıq baş tutmamışdır. Gəncə şəhər Kəpəz Bələdiyyəsi onun illərdir faktiki istifadəsində olan torpaq sahəsini İddiaçı satmaqda qanunsuzluğa yol vermişdir. Hazırda həmin torpaq sahəsində ev inşa etdirməklə yaşayış vardır. Həmin evin hər cür şərait i vardır.
9. Məhkəmə iclasında Gəncə şəhər Kəpəz bələdiyyəsinin nümayəndəsi X8 işin hallarına uyğun izahat verərək bildirmişdir ki, İddiaçı 2020-ci ilin fevral ayında Kəpəz Bələdiyyəsinə müraciət edərək İ qrup əlil olduğuna görə ona müsabiqədən kənar torpaq satılmasını xahiş etmişdir. Onun müraciətinə Kəpəz Bələdiyyəsində baxılmış və təmin olunmuşdur. Mübahisəli torpaq sahəsini Cavabdeh özbaşına zəbt etmiş və orada yaşayış üçün tikili inşa etmişdir. Kəpəz Bələdiyyəsi bu faktı biləndən sonra tikilini dayandırmış, lakin Cavabdeh daha sonra fürsətdən istifadə edib tikilini başa çatdırmışdır. Həmin torpaq sahəsi İddiaçı mülkiyyətidir və torpaq sahəsi ona verilən zaman qanunvericiliyin heç bir tələbi pozulmamışdır. Cavabdeh isə ünvan 4 ünvanda yerləşən 0,04 hektar torpaq sahəsinə dair heç bir h üquq müəyyənedici sənədi olmamışdır. İddiaçı torpaq satılmazdan əvvəl Cavabdeh mübahisəli torpaq sahəsindən faktiki istifadə etdiyinə görə bələdiyyə tərəfindən ondan vergi tutulmuşdur ki, burada da heç bir qanunsuz hal yoxdur. Odur ki, qarşılıqlı iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.
10. Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhər Kəpəz rayon şöbəsi tərəfindən verilmiş vəsiqənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı İ qrup əlildir. 11. 06.07.2022-ci il tarixli, **********06 nömrəli Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın X9 Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş məktubdan görünür ki, Gəncə şəhəri Kəpəz rayonu Kəpəz Bələdiyyəsinin xx.xx.2019-cu il ta rixli, 06 nömrəli iclas protokolundan çıxarışı və xx.xx.2019-cu il tarixli, 04/1894 saylı məktubu, Gəncə şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2019-cu il tarixli 170 saylı məktubu, Əmlak Məsələləri Dövlət komitəsinin Gəncə Ərazi şöbəsinin xx.xx.2019-cu il tarixli torpaq sahəsinin faktiki vəziyyətini əks etdirən baxış aktı və xx.xx.2019-cu il tarixli rəyinə əsasən ünvan 3 ünvanında yerləşən 0,04 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi Gəncə şəhəri Kəpəz rayon Kəpəz Bələdiyyəsinin adına qeydiyyata alınmışdır və bələdiyyənin adına xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Gəncə şəhəri 5 saylı notariat ofisinin xx.xx.2020-ci il tarixli 4Ə-237 saylı alqısatqı müqaviləsinə əsasən 0,04 ha torpaq sahəsi Kəpəz rayon Kəpəz Bələdiyyəsi tərəfi ndən İddiaçı satılmışdır. İddiaçı Natəvan qəsəbəsi, Xosrov Məmmədov küçəsi, 39A saylı ünvanında yerləşən 0,04 ha torpaq sahəsinə xx.xx.2020-ci il tarixli, **********91 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir.
12. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-1436/2022 nömrəli qətnaməsi ilə (hakim Zaman İmanov) ilk iddianın təmin edilməsi, xx.xx.2020-ci il tarixli, **********91 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışa əsasən İddiaçı məxsus ünvan 3 ünvanında yerləşən 0,04 hektar torpaq sahəsinin Cavabdeh zəbtindən azad olunması, həmin t orpaq sahəsində Cavabdeh tərəfindən inşa olunmuş bütün tikilinin onun vəsaiti hesabına sökülməsi və torpaq sahəsinin İddiaçı təhvil verilməsi, məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 100 manat dövlət rüsumu və hüquqi xidmətə görə ödənilmiş 100 manat xidmət haqqının Cavabdeh alınıb İddiaçı verilməsi, Cavabdeh İddiaçı və Gəncə şəhər Kəpəz Bələdiyyəsinə qarşı “alqı-satqı müqaviləsinin bağlandığı andan etibarsız hesab edilməsi” tələbinə dair iddiasının əsassız olduğundan rədd edilməsi qət olunmuşdur.
13. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, ünvan 3 ünvanında yerləşən 0,04 hektar torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 45 nömrəli reyestr kitabının 88 nömrəli vərəqində qeydiyyata alınmışdır. Cavabdeh İddiaçı məxsus torpaq sahəsini zəbt edərək oradan qanunsuz istifadə etməklə tikili inşa etdirmişdir. Onun mübahisəli torpaq sahəsinə dair heç bir hüquq müəyyənedici sənədi yoxdur və o, İddiaçı öz torpağından istifadə etməsinə, mülkiyyət hüququnu həyata keçirməsinə imkan vermir.
14. Məhkəmə hesab etmişdir ki, Cavabdeh mübahisəli torpaq sahəsi üzərində heç bir hüququ qeydiyyata alınmadığından onun sahibliyi qanunsuzdur, İddiaçı isə Cavabdeh qarşı inşa edilmiş tikilinin sökülməsi ilə bağlı tələb hüququ yaranmışdır. Ona görə də, məhkəmə mübahisəli torpaq sahəsində inşa edilmiş tikilinin cavabdehin vəsaiti hesabına sökülməsinə dair tələbi həmin torpaq sahəsinə münasibətdə əsaslı hesab etmişdir. Cavabdeh isə mübahisəli torpaq sahəsi üzrə alqı-satqı müqaviləsinin bağlandığı andan etibarsız hesab edilməsi barədə tələbinə dair sübutları məhkəməyə təqdim etməmişdir. Odur ki, qarşılıqlı iddia əsassız olduğundan rədd edilməlidir.
15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu, Mülki Məcəllənin 139.1, 146.2, 152.1, 152.2, 152.3, 152.5, 157.1, 157.2, 162, 163.1, 164.1, 180.1, 180.4, 337.1, 337.2, 337.4, 394, 406.3, 407.2, -cü, Torpaq Məcəlləsinin 84, 111-ci və İnsan Hüquqları və X3 Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
16. Cavabdeh apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022ci il tarixli, 2(125)-1436/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və qarşılıqlı iddiasının təmin olunmasını xahiş etmişdir.
17. Apellyasiya şikayəti işin hallarına və qarşılıqlı iddianın arqum entlərinə uyğun əsaslandırılmışdır.
18. Məhkəmə kollegiyasına təqdim edilmiş Gəncə şəhəri Kəpəz rayonu Kəpəz Bələdiyyəsinin 17 saylı iclas protokolundan çıxarışa əsasən Gəncə şəhəri, Kəpəz rayonu, Natəvan qəsəbəsi, Xosrov Məmmədov küçəsi, 39A ünvanda yerləşən yaşayış məntəqələrinin torpaqları kateqoriyalı, 6-cı zonaya aid fərdi yaşayış evinin tikintisi məqsədilə bilavasitə alqı-satqı yolu ilə 400 kvadrat metr və ya 0,04 hektar torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətinə verilmişdir.
19. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-483/2023 nömrəli, 26 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər - Loğman Süleymanov (sədrlik edən və məruzəçi), İslam Həsənov və Şamil Rzaquliyev) apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-1436 /2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
20. Məhkəmə kollegiyası öz mövqeyini onunla əsaslandırmışdır ki, mübahisələndirilən alqısatqı müqaviləsi mülki qanunvericilikdə nəzərdə tutulmuş forma və tələblərə əməl edilməklə, tərəflərin razılaşdırılmış iradə ifadəsi əsasında bağlanılmış və notarial qaydada təsdiq edilmişdir. Gəncə şəhəri 5 saylı notariat kontorunda bələdiyyə ilə İddiaçı arasında 19 fevral 2020-ci il tarixdə bağlanılmış 4Ə-237 nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün heç bir qanuni əsas müəyyən edilməmişdir. Digər tərəfdən, həmin alqı-satqı müqaviləsinin bağlanılmasına əsas olmuş torpaq sahəsinin İddiaçı xüsusi mülkiyyətinə verilməsinə dair Gəncə şəhəri Kəpəz Bələdiyyəsinin 17 saylı iclas protokolu ilə qəbul edilmiş qərar mübahisələndirilmə mişdir və həmin qərar hazırda qüvvədədir.
21. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin birinci hissəsi və 29-cu maddəsi, Mülki Məcəllənin 152.1, 152.5, 157.2, 389.1, 389.2-ci və Torpaq Məcəlləsinin 67.4, 84, 111-ci maddələrinə, “Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il tarixli qərarına, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı protokolunun «Mülkiyyətin müdafiəsi» haqqında 1-ci maddəsinin birinci bəndinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayə tinin dəlilləri
22. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-483/2023 nömrəli, 26 yanvar 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.
23. Kassasiya şikayəti qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmaqla əlavə olaraq qeyd edilmişdir ki, 30 ildir onun və ailəsinin faktiki istifadəsində olan torpaq sahəsinin İddiaçı satılması faktı onun həmin sahədən istifadəsini qanunsuz etmir. Mübahisəli torpaq sahəsi Sovet dövründə Metallurq bağçılıq ərazisinə aid olub, 1988-1998-ci illərdə Gəncə X4 və onun yardımçı qurumlarının işçiliyinə verilmişdir. Mərhum əri Şirzad İsgəndərov alüminium zavodunda işlədiyi üçün ona da torpaq sahəsi verilmişdir. O, mübahisəli torpaq sahəsinə görə vergi ödəmiş və 2016-cı ildə həmin torpaq sahəsinin ona satılmasına dair ərizə ilə bələdiyyəyə müraciət etmişdir. İddiaçı mübahisəli torpaq sahəsinin nə istifadəçisi, nə də vergi ödəyicisi olmuşdur. O yalnız növbəyə alınmalı və hərrac qaydasında satışa çıxarılan azad torpaq sahəsini almalı idi. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavi lələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Həmin qanunun 16.3-cü maddəsinə əsasən Bu Qanun qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqlarının geri qaytarılması mümkün olmadığı hallarda, bu torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada onları istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə verilir, eyni zamanda torpaq vergisinə cəlb edilir. b) Kassasiya şikayətinə qarşı etira zın dəlilləri
24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
25. Maddə 13. (İ hissə) Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.
26. Maddə
29. Hər kəsin mülkiyyət hüququ vardır; Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur; Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi
27. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub olan əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və onun üzərində sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.
28. Maddə 152.5. Mülkiyyətçi qanunvericili klə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
29. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər.
30. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
31. Maddə 389.2. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. A zərbaycan Respublikasının Torpaq Məcəlləsi
32. Maddə
84. Torpaq mülkiyyətçilərinin hüquqları qanunla qorunur.
33. Maddə 67.4. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir.
34. Maddə
111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı pr otokolu
35. Maddə 1. (İ bənd) Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 Aprel 2004-cü il tarixli qərarı
36. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilən in bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
40. Maddə 407.2. Kassasiya şikayətində işin hallar ının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
42. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
43. Kassasiya instansiyası məh kəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
44. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
45. Kollegiya aşağıdakılara əsasən hesab edir ki, iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir.
46. Belə ki, X5 m übahisəli tikilinin yerləşdiyi torpaq sahəsi üzərində özünün mülkiyyət hüququna istinad edərək, Cavabdeh tərəfindən qanunsuz inşa olunmuş tikililərin sonuncunun vəsaiti hesabına sökülməsini və torpağın əvvəlki vəziyyətinə gətirilməsini tələb edir.
47. Cavabdeh isə mübahisəli torpaq sahəsinin 30 ilə yaxın faktik istifadəçisi olduğunu və həmin torpaq sahəsini İddiaçı iradəsindən kənar, yəni özbaşına tutmasının və ya başqasına məxsus torpaq sahəsini zəbt etməsinin məhkəmədə sübut olunmadığını, İddiaçı həmin torpaq sahəsində onun tikinti işləri apardığını bildiyini və hətta bununla bağlı həmin torpaq sahəsini ona satmağı təklif etdiyini, lakin yekun nəticəyə gələ bilmədiklərini bildirir.
48. Belə olan halda, tərəflərin bildirdikləri faktiki hallarla iddianın və ona etirazın qanuni əsası ola bi ləcək maddi hüquq normalarının şərtləri arasında uyğunluq (uyğunsuzluq) müəyyən edilərək iddia həll edilməlidir.
49. Məlum olduğu kimi, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia təmin olunur, uzlaşmırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələri əsaslıdırsa) rədd edilir.
50. Qanunvericiliyə əsasən, torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir.
51. Baxılan işdə mübahisəli tikili daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Bununla belə, həmin tikintinin İddiaçı mülkiyyətində olan torpaq sahəsi üzərində yerləşməsi mübahisəsiz haldır.
52. Apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən alqı-satqı müqaviləsinin mülki qanunvericilikdə nəzərdə tutulmuş forma və tələblərə əməl edilməklə, tərəflərin razılaşdırılmış iradə ifadəsi əsasında bağlanıldığını və notarial qaydada təsdiq edildiyini, Gəncə şəhəri 5 saylı notariat kontorunda bələdiyyə ilə İddiaçı ara sında 19 fevral 2020-ci il tarixdə bağlanılmış 4Ə-237 nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün heç bir qanuni əsasın müəyyən edilmədiyini, digər tərəfdən, həmin alqı-satqı müqaviləsinin bağlanılmasına əsas olmuş torpaq sahəsinin X2 xüsusi mülkiyyətinə verilməsinə dair Gəncə şəhəri Kəpəz Bələdiyyəsinin 17 saylı iclas protokolu ilə qəbul edilmiş qərarın mübahisələndirilmədiyini və həmin qərarın hazırda qüvvədə olduğunu nəzərə alaraq apellyasiya şikayətini təmin etməmişdir.
53. Kollegiya qeyd edir ki, torpaq sahəsində mülkiyyətçinin razılığı olmadan və ya onun iradəsi əleyhinə başqası tərəfindən tikili inşa edildikdə, mülkiyyətçinin öz hüququnun müdafiəsi çərçivəsində həmin özbaşına tikilinin sökülməsini və torpaq sahəsinin geri qaytarılmasını tələb etmək hüquqları qanun la tanınır.
54. Çünki, mülkiyyətçinin iradəsinə zidd və özbaşına şəkildə torpaq sahəsində inşaat aparılması mülki hüquq pozuntusu hesab edilir və mülkiyyət hüququna bu xarakterli müdaxilə qanunsuz sayılır.
55. Nəzərə alınmalıdır ki, mülkiyyətə müdaxilə kimi təqdim edilən hərəkətin qanuni və ya qanunsuz olmasını müəyyən etmək üçün mühüm meyarlardan biri – mülkiyyətçinin iradəsidir. Bu baxımdan binanı torpaq mülkiyyətçisinin razılığı əsasında inşa və ondan istifadə edən şəxsin hərəkətləri mülkiyyətçiyə münasibətdə qanunsuz hesab edilmir və həmin şəxs vicdansız sahib də sayılmır.
56. Bu razılıq açıq şəkildə bəyan edilə biləcəyi kimi, qapalı formada da ifadə oluna bilər.
57. Bununla belə, torpaq mülkiyyətçisi öz hüququna əsaslanıb verdiyi razılığı sonradan geri götürərək, tikililəri inşa etm iş şəxsin torpaq sahəsindən çıxarılmasını tələb etdikdə, mülkiyyətçinin hüquqları ilə yanaşı göstərilən şəxsin də qanuni mənafeləri nəzərə alınmalı, hər iki mənafe arasında ədalətli tarazlıq təmin olunmalıdır. Başqa sözlə, mülkiyyətin qorunmasına dair normalar nəzərə alınarkən, mülkiyyətçinin razılığına və rəftarına güvənərək müvafiq vəsait qoymaqla tikinti inşa etmiş şəxsin əmlak mənafeləri gözardı edilməməlidir.
58. Çünki, mülkiyyətçinin icazəsi ilə inşa edilmiş binaların sökülməsi nəticəsində qarşı tərəfin maddi zərərə düşəcəyi, binalar sökülmədən şəxs oradan çıxarılacağı halda isə torpaq mülkiyyətçisinin onun hesabına əsassız varlanacağı şübhəsizdir.
59. Məlum olduğu kimi, hüquqi əsas olmadan, həyata keçirilməmiş və ya sonralar aradan qalxmış əsasa görə başqa şəxsin hesabına əmlak əldə etmək əsassız varlanma sayılır. Varlanmış şəxs isə əldə etdiklərini, bu mümkün olmadıqda isə onların dəyərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
60. Mübahisənin həlli baxımından tikilinin torpaq sahəsinin hazırki mükiyyətçisinin həmin torpaq sahəsini əldə edərkən mövcud olub-olmaması da mühüm nəzərə alınmal hal hesab edilir. Belə ki, həmin torpaq sahəsini yüklü şəkildə, yəni üzərində müvafiq dövlət orqanlarının hər hansı etirazı olmadan inşa edilərək, istifadə edilən tikilinin olmasına rəğmən əldə etməsi, sonradan həmin şəxsə hər hansı kompensasiya ödənilmədəın tikilinin sökülməsini istisna edir.
61. Beləliklə, mülkiyyətçinin və vicdanlı sahibin göstərilən əmlak hüquqları arasında tarazlaşdırma aparılması ədalətin təmin olunması üçün vacibdir. Məhz bu məqsədlə qanunverici, mülkiy yətçinin öz əşyasını qanunsuz sahiblikdən geri istəmək imkanı ilə yanaşı, əşyaya vicdanlı sahiblik edənin qoyduğu yaxşılaşdırmaları götürmək, bu mümkün olmadıqda isə çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb etmək hüquqlarını eyni normada nəzərdə tutmuşdur.
62. O da nəzərə alınmalıdır ki, hər iki tərəf verməli olduqlarını eyni anda icra edərsə qeyd olunan qarşılıqlı mənafelər arasında tarazlıq vaxtında, real və ədalətli şəkildə təmin oluna bilər. Bu səbəbdən sahibin daşınmaz əşyaya etdiyi yaxşılaşdırmaların əvəzi ödənilmədiyi təqdirdə, onun çıxarılması barədə tələbə qarşı ləngitmə formasında müdafiə vasitəsinə malik olduğu mülki hüquq ədəbiyyatında da qəbul edilir.
63. Beləliklə, göstərilən mövqelərdən bu nəticə hasil olur ki, vicdanlı sahibin çəkdiyi xərclər ödənilmədən mülkiyyətçin in öz hüquqlarını birtərəfli qaydada həyata keçirməsi yuxarıda göstərilən normaların mahiyyəti və məqsədi ilə uzlaşmamaqla yanaşı dürüstlük qaydasına da uyğun gəlmir.
64. Məlum olduğu kimi, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca suiistifadə edilməsini qorumur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, h əyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir.
65. Bu prinsipə uyğun olaraq, qanunverici mülkiyyətçinin öz hüquqlarından geniş istifadə səlahiyyətini hüquqdan sui-istifadə qadağası ilə məhdudlaşdırmışdır. Bu məhdudiyyət qanunda nəzərdə tutulmaqla yanaşı, yuxarıda qeyd edilən qanuni məqsədlərə xidmət edir.
66. Çünki, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə sayılır, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
67. Kassasiya kollegiyası yuxarıda göst ərilənlərə əsasən qeyd edir ki, hazırkı işin düzgün həlli üçün Cavabdeh tərəfindən mübahisəli tikililər inşa edilərkən İddiaçı buna açıq və ya qapalı şəkildə razılıq verib-verməməsi tərəflərin təqdim etdikləri sübutlar və işdəki məlumatlar əsasında aydınlaşdırılmalıdır. Bu zaman inşaatın aparıldığı il, tərəflərin o vaxtkı münasibətləri, aralarında hər hansı sövdələşmə olub-olmaması, iddiaçının tikintiyə etiraz edib-etməməsi, əgər etməmişsə səbəbi, etmişsə bunun hansı sübutlarla təsdiqlənməsi, cavabdehin orada yaşadığı müddət və həmin xüsusatın düzgün müəyyənləşdirilməsi üçün zəruri olan digər hallara dair sübutlar çəkişmə prinsipinə əməl edilməklə araşdırılmalı və birgə qiymətləndirilməlidir.
68. Ona görə də, kassasiya şikayəti təmin olumalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və mübahisəyə yenidən baxılması üçün iş həmin məhkəməyə qaytarılmalıdır.
69. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İlkin iddia üzrə Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 26 yanvar 2023-cü il tarixli, 2(104)-483/2023 nömrəli qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.