Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2090/2024 09.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzil mübahisələri, özbaşına tikilidən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “evdən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1381/2024 nömrəli 28 fevral 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul e tdi. İşin halları
1. Cavabdeh İddiaçı keçmiş gəlinidir. 2012-ci ildən iddiaçının oğlu Elnur Muradovla faktiki, xx.xx.2013-cü ildə isə rəsmi nikah münasibətlərinə daxil olmaqla iddiaçının əri Şakir Muradovun xüsusi mükiyyətində olan Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi, ev 5, mənzil 106-da yaşamışdır.
2. Yaşadıqları mənzil 2022-ci ilin iyun ayında alqı-satqı və ipoteka müqaviləsi əsasında 73500 manata satılmış, əldə olunmuş pulla Bakı şəhəri, Suraxanı rayonu, Oqtay Şabanov küçəsində üç ev (özbaşına tikili) əldə olunmuşdur. Bundan sonra - xx.xx.2022-ci il tarixdə iddiaçının əri Şakir Muradov vəfat etmişdir. 3. 19.06.2023-cü il tarixdə iddiaçının oğlu X7 ilə cavabdeh arasında olan nikah pozulmuşdur. Cavabdeh hazırda keçmiş əri Elnur Muradovla birgə nikahından doğulmuş xx.xx.2013-cü il təvəllüd lü X10 ilə birlikdə həmin fərdi yaşayış evlərindən birində yaşamaqda davam edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı məhkəməyə müraciət edərək, cavabdehin ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən (sonradan dəqiqləşdirmə barədə ərizə verərək həmin küçədə yerləşən nömrəsiz evdən) çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, 14 avqust 1979-cu il tarixdə X2 ilə evlənərək ailə qurmuşdur. Həmin nikahdan X7, X5, X1 adlı övladları doğulmuşdur. O, 1998-ci ildən ailə üzvləri ilə birlikdə əri Şakir Muradovun xüsusi mükiyyətində olan Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi, ev 5, mənzil 106-da yaşamışdır. 2012-ci ilin sentya br ayında iddiaçının oğlu Elnur Muradov cavabdehlə evlənərək həmin mənzildə yaşamağa davam etmişdir. Lakin ev darısqal olduğu üçün qeyd olunan mənzil mülkiyyətçi tərəfindən 2022-ci ilin iyun ayında alqı-satqı və ipoteka müqaviləsi əsasında 73500 manata satılmış, satışdan əldə olunan vəsaitə Hövsan qəsəbəsi, O.Şabanov küçəsi 5/107 ünvanda yan-yana yerləşən üç həyət evi alınmışdır. Cavabdeh və ailə üzvləri həmin ünvanda qeydiyyata alınmışlar. xx.xx.2022-ci il tarixdə iddiaçının əri vəfat etmişdir. Bundan sonra Cavabdeh ilə X7 arasında bağlanmış nikah Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə pozulmuş, azyaşlı uşaqları X3 cavabdehin yanında qalması müəyyən edilmişdir. Ailə münasibətlərinə son verilməsinə baxmayaraq cavabdeh iddiaçıya məxsus fərdi yaşayış ev ində yaşamağa davam etmiş, iddiaçı evin boşaldılmasını tələb etsə də, cavabdeh evi boşaltmamışdır. Halbuki, fərdi yaşayış evi iddiaçının və ərinin şəxsi vəsaiti hesabına alınmışdır.
6. Cavabdeh iddiaya qarşı etiraz təqdim edərək göstərmişdir ki, mübahisəli ev özbaşına tikilidir, evə dair heç bir hüquqmüəyyənedici sənəd yoxdur. Bu səbəbdən iddiaçının özbaşına tikili olan evlə bağlı belə bir iddia qaldırmağa subyektiv hüququ da yoxdur. Həmin evi iddiaçının mərhum əri cavabdehin ailəsi ilə birlikdə yaşaması üçün almışdır. Onlar iddiaçının bu barədə dediklərini inkar etmirlər. İddiaçının oğlunda evin açarı da var və heç kim onu evdən çıxarmamışdır. Cavabdehin uşağı əlildir və əgər evdən çıxarılsalar, xəstə uşaqla yaşamağa yerləri olmayacaq. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir.
7. Məhkəmə iclasında şahid kimi ifadə vermiş X8 bildirmişdir ki, mübahisəli fərdi yaşayış evi ona məxsus olmuş, həmin evi qardaşının vasitəsi ilə İddiaçı satmışdır.
8. Məhkəmə iclasında şahid kimi ifadə vermiş X9 bildirmişdir ki, mübahisəli yaşayış evini o, qardaşına orada yaşasın deyə almışdır. Lakin qardaşı xəstəliyi ilə əlaqədar müalicə üçün evi satmaq qərarına gəlmişdir. O, həmin üç otaqlı evi satıb əldə olunan pulun bir hissəsinə qardaşını müalicə etmək, qalan hissəsinə isə ev almaq fikrində olmuş, bu məqsədlə də “makler”ə müraciət etmişdir. Bir müddət sonra “makler” ona zəng edərək evə müştəri çıxdığını bildirmişdir. Sonra isə evin alıcısının İddiaçı olduğunu öyrənmişdir. Onunla görüşüb, qiymətlə razılaşandan sonra evi Heyran xanıma satmışdır. Notariat ofisində də pulu o na Heyran xanım vermişdir.
9. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e-2(010)-3475/2023 nömrəli iş üzrə 1 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Səlimə Miriyeva) iddia təmin edilmişdir.
10. Məhkəmə ilk öncə qeyd etmişdir ki, Cavabdeh yaşadığı mübahisəli fərdi yaşayış evi özbaşına tikilidir.
11. Məhkəmə hesab etmişdir ki, iddiaçının bu iddianı qaldırmağa subyektiv hüququ olmuşdur. Mübahisəli ev cavabdeh tərəfin də mübahisələndirmədən qəbul etdiyi kimi İddiaçı mərhum əri Şakir Muradovun vəsaiti hesabına əldə edilmişdir. Evin özbaşına tikili olması, bu ev üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmaması bu faktı dəyişdirmir.
12. Məhkəmə qeyd etmişdir ki, qanun özbaşına tikinti aparmış şəxsin tikinti üzərində sərəncam verməsinə qadağa qoysa da, belə tikintiyə sahiblik etmək və ondan istifadə etməklə bağlı bənzər qadağa müəyyənləşdirməmişdir. Bu baxımdan məhkəmə hesab etmişdir ki, öz vəsaiti hesabına özbaşına tikili tikmiş (əldə etmiş) şəxsin bu tikilidən onun iradəsi ziddinə istifadə edən şəxslərin tikilidən çıxarılmasını tələb etmək hüququ da olmalıdır.
13. Məhkəmə həmçinin qeyd etmişdir ki, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak tikmiş şəxs onsuz da özbaşına tikinti tikmiş sayılır, lakin istənilən halda bu “özbaşınalıq” maraqlı şəxs (torpaq sahəsinin mülkiyyətçisi), özbaşına tikintini tikmiş şəxs və dövlət arasındadır. Hər bir h alda özbaşına tikinti tikmiş şəxslər maraqlı şəxslər qarşısında bu tikintiyə görə mülki (tikintinin məhkəmənin qərarı əsasında sökülməsi üçün iddia qaldırılması halında), dövlət qarşısında isə inzibati (yaşayış sahələrindən istifadə, şəhərsalma, tikinti və abadlaşdırma qaydaları əleyhinə olan inzibati xəta törədilməsi halında) və cinayət (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma cinayətinin törədilməsi halında) məsuliyyəti daşıyırlar, lakin bunun üçüncü şəxslərə aidiyyəti yoxdur.
14. Məhkəmə hesab etmişdir ki, hazırda cavabdehin yaşadığı özbaşına tikilini öz vəsaiti hesabına alan şəxs ölmüşdür. İddiaçı həmin şəxsin 1979-cu ildən ölümünə qədər nikahda olduğu arvadı kimi mərhum əri ilə birgə nikahı dövründə əldə edilmiş vəsait hesabına alınmış bu evdən onun iradəsi zidd inə yaşayan şəxsin çıxarılmasını tələb etməkdə haqlı olmuşdur.
15. Belə ki, evin özbaşına tikili olması bu evə görə heç bir xərc çəkməmiş üçüncü şəxslərin, eləcə də Cavabdeh evdən istədiyi kimi istifadə edə biləcəyi mənasına gəlmir. Odur ki, cavabdeh heç bir xərc çəkmədiyi evdən bu evi mərhum əri ilə birgə nikah dövründə qazanılmış vəsait hesabına əldə etmiş iddiaçının tələbi əsasında çıxarılmalıdır.
16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1, 180.2ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Şikayət onunla əsaslandırılmışdır ki, hazırda yaşadığı ev Elnur Muradovla birgə nikah dövründə əldə olunub. Bu evdə iddiaçı heç vaxt yaşamayıb. Evin bütün kommunal (işıq, qaz və su) müqavilələri əri Elnur Muradovun adına rəsmiləşib. Elnur Muradovla ailə münasibətləri pozulduqdan sonra həmin evdə Cavabdeh, oğlu və müvəqqəti olaraq öz anası yaşayır. Elnur Muradov isə bəzi günlərdə evin bir otağından istifadə edir. Cavabdeh onu da qeyd etmişdir ki, faktiki olaraq yaşadığı evin müəyyən təmir və tikinti işlərində qardaşı və yaxınlarının maddi dəstəyi olmuşdur. Hətta özü də işləyib evin tikilib-təmir olunmasında köməklik göstərmişdir. İddiaçı fərdi yaşayış evinin ona məxsus olması və evin mülkiyyətçisi olduğunu iddia etsə də, mülkiyyətçi olması barədə heç bir sənəd təqdim etməmişdir. Şak ir Muradovun xüsusi mülkiyyətində olan mənzilin satılaraq onun pulu ilə ünvan 2 ünvanında olan fərdi yaşayış evini məhz Şakir Muradovun aldığı bildirilsə də cavabdehə qarşı iddianı İddiaçı irəli sürmüşdür. İddiaçının subyektiv hüququ olmamışdır.
19. Bundan başqa, iş məhkəmə baxışına təyin edildikdən sonra iddiaçının nümayəndəsi 18 oktyabr 2023-cü il tarixdə vəsatətlə məhkəməyə müraciət edərək onun şahidlərinin baxış iclasında dindirilməsi və onların ifadələrinin sübut kimi qəbul etmələrini xahiş etmişdir. Cavabdeh tərəf olaraq həmin vəsatətə etiraz edilsə də, məhkəmə vəsatəti təmin etmiş və fəaliyyət qabiliyyəti olmayan şəxsin yalançı və həqiqətə uyğun olmayan ifadəsini sübut kimi qəbul etmişdir. Məhkəmə iclasında audio, video yazı ilə aparılan protokola diqqət edildikdə işin necə qərəzli və birtərəfli qaydada aparılması bir daha aydın olur. Həmçinin hakim öz qərəzli mövqeyini məhkəmə baxış iclasında gizlədə bilməyərək iddiaçı tərəfə istiqamət verərək iddia tələbinin dəqiqləşməsi barədə ərizə verməsini bildirmişdir. Halbuki, iddia tələbinin dəqiqləşmə barədə ərizə də məhkəmənin hazırlıq iclasında təqdim olunmalı idi. Bu isə cavabdeh tərəfin həmin vəsatət və ərizəyə qarşı lazımi münasibət bildirməsi və hüquqi müdafiə imkanlardan məhrum etmişdir.
20. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-1381/2024 nömrəli 28 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Xəyal Sarıyev (sədrlik edən və məruzəçi), Fuad Abdıyev və Fərrux Qasımov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, birinci in stansiya məhəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməmişdir.
21. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilərkən maddi hüquq norması düzgün tətbiq olunmamış, prosessual hüquq normaları pozulmuş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, birinci instansiya məhkəməsinin qətnamədə göstərdiyi nəticə işin hallarına uyğun olmamışdır.
22. Belə ki, iddiaçı iddia tələbində cavabdehin yaşadığı özbaşına tikilini özü üçün aldığını və müvəqqəti olaraq oğluna və ailəsinə yaşamaq üçün verdiyini qeyd etmiş, bununla bağlı məhkəmədə şahid ifadələrinə istinad etmişdir.
23. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının mənzilin özü üçün al ınması və oğluna cavabdehlə birlikdə ailə olaraq müvəqqəti yaşamağa verməsi ilə bağlı iddia tələbində qeyd etdiyi hal məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamış, iddiaçı bununla bağlı mötəbər sübutlar təqdim etməmişdir.
24. Belə ki, iddiaçı birinci instansiya məhkəməsində video-audio yazısı aparılan məhkəmə iclasında mübahisəli evi oğluna ailəsi ilə birlikdə yaşamaları üçün aldığını qeyd etmiş, cavabdeh tərəf bu qaydada iddia tələbi ilə razılaşdıqlarını bildirmişdir.
25. Digər tərəfdən şahidlər evin iddiaçıya satıldığını bildirsələr də, özbaşına tikilini satan X8 tərəfindən xx.xx.2022-ci il tarixdə mübahsəli fərdi yaşayış evi ilə bağlı iddiaçının oğlu X4 xx.xx.2112-ci ilədək (90 il müddətinə) baş etibarnamə verilmişdir.
26. Bundan əlavə mübahisəli evin kommunal xidmətləri Elnur Murad ovun adına olmuş, xx.xx.2023-cü il tarixdən iddiaçının qızı Aynurə Məhərrəmovanın müraciəti əsasında sonuncunun adına dəyişdirilmişdir.
27. Bütün bunlarla yanaşı iddiaçı tərəfindən eyni vaxtda üç ev (özbaşına tikili) alınmışdır ki, bunlardan ikisi oğlanlarına, biri isə qızına alınmışdır (birinci instansiya məhkəməsində video-audio yazısı aparılan məhkəmə iclasında iddiaçı özü bildirmişdir).
28. Buna görə də, məhkəmə kollegiyası hesab etmişdir ki, şahid ifadələri evin iddiaçının həyat yoldaşına məxsus mənzilin satılmasından əldə edilmiş vəsait hesabına iddiaçının vasitəsi ilə alınmasının sübutu kimi qəbul oluna bilər.
29. Qeyd olunanlar bir daha təsdiq etmişdir ki, mübahisəli ev (özbaşına tikili) iddiaçının ərinin evinin satılmasından əldə edilmiş pulla alınmış, həmin ev iddiaçının oğlunu n ailəsinin əvvəlki şəraitdən fərqli olaraq mənzil şəraitinin yaxşılaşdırılması üçün əldə edilmişdir.
30. Məhkəmə kollegiyası hesab etmişdir ki, mübahisəli evin özü deyil, onun əldə edilməsi üçün vəsait hədiyyə edildiyindən və əmlak ər-arvadın nikah dövründə həmin vəsait hesabına olsa da, əvəzli şəkildə əldə edildiyindən, mübahisəyə Ailə Məcəlləsinin 34-cü maddəsinin işə birbaşa tətbiqi mümkün deyildir.
31. Məhkəmə kollegiyasının qənaətinə görə evin ona məxsus oduğunu iddia edən iddiaçı, vəsaiti oğlunun ailəsinə deyil, məhz özünə mənzil alınması üçün sərf edildiyini sübuta yetirməlidir.
32. Belə ki, mübahisəli ev əldə olunan dövrdə cavabdeh öz ailəsi ilə mehriban ailə kimi yaşamışlar.
33. Məhkəmə kollegiyasının qənaətinə görə, qeyd olunanlar iddiaçının öz oğlunun ailəsinin mənzil şəraitini n yaxşılaşdırılması məqsədilə verdiyi pul vəsaitinin bütövlükdə ailəyə verilmiş hədiyyə kimi qiymətləndirilməsini istisna etmir.
34. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının evin alınması üçün pul vəsaitini oğlunun ailəsinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə verdiyi halda, məhz evi özü üçün əldə etməsi və oğlunun ailəsinə müvəqqəti yaşamaq üçün verməsi halı sübut olunmamış və bununla bağlı iddiaçı mötəbər sübutlar təqdim etməmişdir.
35. Məhkəmə iddianı mahiyyəti üzrə rədd edərkən öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1, 32.2, 34.1, 135.1, 225.1-ci, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 135.1, 225.1, 180.1, 66.1, 666.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
36. Daha sonra məhkəmə kollegiyası, “M.Bağırovun şikayəti üzrə Azərbaycan Res publikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitutsiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarındakı mövqeyə əsaslanaraq qeyd etmişdir ki, iddiaçı subyektiv hüququn birinci elementinə (hüquqi ixtiyara) malik deyildir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
37. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək yeni qərar qəbul edilməsini xahiş etmişdir.
38. Kassasiya şikayəti iddia ərizəsi ilə eyni dəlillərlə əsaslandırılmış əlavə olaraq qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəm əsi tərəfindən işdəki sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmamış, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməmişdir. Mübahisə predmeti olan evin iddiaçının mərhum ərinin xüsusi mülkiyyətinin satılması nəticəsində əldə olunan vəsait hesabına alınmasını nəzərə almamışdır. İşin obyektiv həlli üçün mühüm əhəmiyyət kəsb edən hallar işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən əsassız dəlillərlə əsaslandırılmışdır.
39. Kassator şikayətini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 11.1, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30, 68-ci maddələrə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
40. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz göndərərək, kassasiya şikayətinin təmin edilməməsi və q ətnamənin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz iddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququnun olmaması göstərilməklə apellyasiya şikayətinin məzmununa uyğun əsaslandırılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi:
41. Maddə 32.1.Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.
42. Maddə 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər -arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.
43. Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
44. Maddə 135.1. Bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənə dli qiymətli kağızlar da əşyadır.
45. Maddə 159 Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir.
46. Maddə
162. Əşyaya faktik sahib olmağa mahiyyətcə müvəqqəti iqtidarsızlıq və ya imkansızlıq əşyaya sahibliyi ləğv etmir.
47. Maddə 163.1. Sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur.
48. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir.
49. Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir.
50. Maddə 179.3. Əmlaka öz əmlakı kimi sahiblik edən şəxs əldə etmə müddəti ilə əlaqədar daşınmaz əmlaka mülkiyyət hüququnu əldə edənə qədər öz sahibliyini əmlakın mülkiyyətçisi olmayan və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş digər əsasa görə ona sahiblik hüquqları olmayan üçüncü şəxslərdən müdafiə etmək hüququna malikdir.
51. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
52. Maddə 180.2. Özbaş ına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
53. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
54. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.
55. Maddə 666.2. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi:
56. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mül kiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli qərarı:
57. Bənd 5.6.Əmlakın bağışlama nəticəsində və ya hədiyyə edilmiş vəsait hesabına əldə olunması barədə ərin (arvadın) dəlillərinə (sübutlarına) qiymət verərkən, əmlakı bağışladığı iddia edilən şəxslərin iradə ifadəsinin nədən ibarət olduğu (əmlakı məhz kimə bağışladığı – ər-arvaddan birinə, yaxud bütün ailəyə), ər-arvadın nikahda olduğu müddət və digər diqqətəlayiq hallar nəzərə alınmalıdır.
58. Bənd 5.7.Ər-arvad arasındakı nikah pozulduqdan sonra onlardan birinin yaxın qohumunun onun mənafeyi baxımından çıxış etməsi, yəni mübahisə halında sözügedən bağışlamanı məhz qohumuna etdiyini bildirməsi və hətta geri tarixə buna dair yazılı əqd tərtib etməsinə şübhələr olduqda, sübutun mötəbərliyinə digər sübutlarla yanaşı qiymət verilməlidir. Bu zaman bağışlamanı etmiş qohumun artıq nikah pozulduqdan sonra verdiyi məlumat deyil, bağışlama zamanı ortaya qoyduğu niyyət – o zamankı həqiqi iradəsi nəzərə alınmalıdır. Bu isə hər bir işin konkret hallarından asılı olaraq müəyyən edilməlidir. Məsələn, valideynin nikahdan qısa müddət sonra oğlunun (qızının) doğum günündə verdiyi hədiyyənin məhz övladına edilmiş bağışlama s ayılması daha ağlabatan göründüyü halda, illərlə birgə və mehriban ailə kimi yaşamış, uşaqların doğulması ilə ailə bağları daha da sıxlaşmış, oğlu (qızı) ilə yanaşı, gəlinini (kürəkənini) də öz övladı kimi qəbul etmiş qayınananın (qayınatanın) mənzil şəraitinin daha da yaxşılaşdırılması və s. məqsədlə etdiyi bağışlama bütövlükdə ailəyə verilmiş hədiyyə kimi qəbul oluna bilər. Birinci halda bağışlanan əmlak fərdi mülkiyyət, ikinci halda isə ümumi mülkiyyət kimi qiymətləndirilə bilər “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il ta rixli qərarı: 59. “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.
60. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir.
61. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç eleme ntin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.” Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
62. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
63. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidi r.
64. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
65. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
66. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
67. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddind ə baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
68. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
69. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisə ləndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
70. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulmasına yol verildiyindən, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməlidir.
71. İşin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçının ərinin (cavabdehin qaynatasının) mülkiyyətində olan mənzilin satışından əldə edilmiş vəsait hesabına 3 özbaşına tikili əldə edilmişdir. Tikililərdən birinə (hazırda mübahisələndirilən tikiliyə) cavabdehlə əri köçmüşdür. Tikili əldə edildikdən bir neçə gün sonra iddiaçının qayna tası vəfat etmişdir. İşin hallarından həmçinin o da müəyyən edilir ki, ailə münaqişəli ailə olmuş, xx.xx.2023-cü il tarixdə (tikiliyə köçəndən bir neçə ay sonra) cavabdeh nikahın pozulmasına dair məhkəməyə ərizə təqdim etmiş, xx.xx.2023-cü il tarixdə cavabdehə əri (iddiaçının oğlu) X7 tərəfindən məişət zorakılığına məruz qalması ilə əlaqədar qısamüddətli mühafizə orderi verilmiş, xx.xx.2023-cü il tarixdə nikahları pozulmuşdur.
72. İddiaçı tərəf tikilini oğlunun ailəsinə müvəqqəti olaraq verdiyini iddia edir, cavabdeh isə etirazını onunla əsaslandırır ki, özbaşına tikili onun əri ilə birgə nikah dövründə əldə edilib, iddiaçı orada heç vaxt yaşamayıb və hazırkı iddianı qaldırmağa subyektiv hüququ yoxdur.
73. Apellyasiya instansiyası məhkəməsi qətnaməsində göstərmişdir ki, iddiaçının evin a lınması üçün pul vəsaitini oğlunun ailəsinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə verdiyi halda, məhz evi özü üçün əldə etməsi və oğlunun ailəsinə müvəqqəti yaşamaq üçün verməsi halı sübut olunmur və bununla bağlı iddiaçı mötəbər sübutlar təqdim etməmişdir.
74. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, hazırki halda iddiaçı subyektiv hüququn birinci elementinə (hüquqi ixtiyara) malik deyildir. (bax, §72)
75. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları tam araşdırılmamış, mübahisəli hüquq münasibətlərini tənzimləyərkən hüququn tətbiqində səhvə yol verilmiş və iş üzrə təzadlı mövqelər sərgilənməklə düzgün olmayan qətnamə çıxarılmışdır.
76. Məhkəmə kollegiyası qeyd edir ki, qanunun analogiya üzrə tətbiqi zamanı hüquq müna sibətləri arasında əhəmiyyətli oxşarlıq olmalıdır. Məhz bu cür əhəmiyyətli oxşarlıq (eynicinslik) həmin münasibətlərdən birini tənzimləyən hüquq normasının analogiya üzrə digər münasibətlərə də tətbiqini mümkün edir. Buna görə, oxşar hüquq norması eyni hüquq institutunda, hüquq yarımsahəsində və sahəsində axtarılmalıdır.
77. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə görə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülk iyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.
78. Hazırkı işdə iddiaçı ilə ərinə məxsus evin satışından əldə edilən vəsaitdən sırf mübahisəli tikiliyə aid hissənin ayrılaraq bağışlanması və mübahisəli tikilinin həmin bağışlanmış pul vəsaiti hesabına əldə edilməsi, yoxsa bütövlükdə həmin vəsait hesabına (heç bir pul vəsaiti bölünmədən və hər bir tikiliyə münasibətdə ayrıca hesablanmadan) üç tikilinin bir yerdə əldə edildikdən sonra əmlaka sahibliyin iddiaçıda qalmasının davam etməsi halında onlardan birinə cavabdeh və ərinin köçürülməsi zamanı sahibliyin ə verilibverilməməsi araşdırılmamışdır. Bu halların araşdırılmasının iddiaçının hazırkı iş üzrə subyektiv hüquqa malik olub-olmaması baxımından mühüm əhəmiyyəti vardır. Çünki, özbaşına tikili əvvəldən bağışlanmış məbləğ əsasında iddiaçının əmlak aktivindən çıxdığı üçün iddiaçı həmin əmlaka dair iddia qaldırmaq üçün subyektiv hüquqa malik olmur, birgə nikah dövründə əldə edilmiş vəsait hesabına alınmış bu evlərin hər üçünün iddiaçının əmlak aktivində olması istisna olunmadığından onun subyektiv hüquqa malik olubolmaması məsələsinə qiymət verilməsi zərurəti yaranır.
79. Mülki Məcəllənin özbaşına tikinti və onun nəticələrini müəyyən edən 180-ci maddəsinin tələblərinə görə, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək- onu satmaq, bağışlama q, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
80. Əmlaka öz əmlakı kimi sahiblik edən şəxs əldə etmə müddəti ilə əlaqədar daşınmaz əmlaka mülkiyyət hüququnu əldə edənə qədər öz sahibliyini əmlakın mülkiyyətçisi olmayan və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş digər əsasa görə ona sahiblik hüquqları olmayan üçüncü şəxslərdən müdafiə etmək hüququna malikdir.
81. Həmin maddənin məzmunundan göründüyü kimi, özbaşına tikiliyə yalnız öz əmlakı kimi sahiblik edən şəxsin üçüncü şəxslər tərəfindən müdafiə olunan sahiblik hüquqları vardır.
82. Deməli, özbaşına tikiliyə sahiblik hüququ qanunvericiliklə tanınmaqla özbaşına tikili üzərində sahiblik hüququ olan şəxsin öz hüquqlarının realizəsinə həmin əmlak üzərində sahiblik hüququ olmayan şəxslərin bütün qanunsuz müdaxilələri, o c ümlədən sahiblik hüququna olan hər cür pozuntu qadağan edilir.
83. Qanunvericiliklə özbaşına tikiliyə sahiblik hüququ tanınmaqla həmin hüquqa malik olan şəxsin öz sahibliyini hər cür qanunsuz pozuntudan müdafiə etmək hüququ təsbit edilir.
84. Bu halda ilk əvvəl iddiaçının özbaşına tikili üzərində sahiblik hüququna malik olub-olmaması müəyyən edilməlidir.
85. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi iddiaçının pul vəsaitini cavabdehin ərinə deyil, mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə ailəyə bağışlaması halına istinad etsə də, evin satışından əldə edilən vəsaitdən sırf mübahisəli tikiliyə aid hissənin ayrılaraq bağışlanması halının təsdiq edilib-edilməməsi məsələsinə tam aydınlılıq gətirməmiş, mübahisəli ev əldə olunan dövrdə cavabdehin öz ailəsi ilə mehriban ailə kimi yaşam asını göstərərkən, ailənin münaqişəli vəziyyətdə olmasını, hətta, cavabdehin mühafizə orderi almasını, mübahisəli tikili əldə edildikdən bir il sonra isə nikahlarının rəsmi şəkildə pozulmasını nəzərə almamış, cavabdehlə ərinin həmin tikiliyə köçən zaman etibarlı ailə münasibətlərinin mövcud olub-olmamasını, nikah münasibətlərinin faktiki pozulub-pozulmamasını araşdırılmamış, məsələyə bu konteksdən və Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tələbləri baxımından yanaşılmaqla niyyətin pul vəsaitinin həqiqətən ailəyə bağışlama olub-olmamasına da qiymət verməmişdir.
86. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
87. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları tam araşdırılmamış, mübahisəli hüquq münasibətlərini tənzimləyərkən hüququn tətbiqində səhvə yol verilmiş və iş üzrə düzgün olmayan qətnamə çıxarılmışdır.
88. Odur ki, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. Apellyasi ya instansiyası məhkəməsi işə yenidən baxarkən yuxarıda sadalanan hallara hüquqi qiymət verməlidir.
89. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir.
90. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 fevral 2024-cü il tarixli 2(103)-1381/202 4 saylı qətnaməsi ləğv edilsin, iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir