Məhkəmə qərarları › İş №2(102)-2090/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2090/2025

29.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2090/2025 29.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X2 "xxxx" Açıq Səhmdar Cəmiyyəti cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: hərracın nəticələrinin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində LPO "xxxx" ASC cəlb edilməklə) “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair Bakı Ap ellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1618/2025 nömrəli iş üzrə 4 mart 2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair mülki işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6305/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinin icrası məqsədilə icra məmurunun sifarişinə əsasən cavabdeh “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi MMC” tərəfindən iddiaçıya məxsus olmuş ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsi ilkin satış qiyməti 500.000 manat olmaqla xx.xx.2024-cü il tarixdə ilkin hərrac keçirilmişdir. Bundan sonra satış qiyməti 425.000 (15% daha az) manat olmaqla xx.xx.2024-cü il tarixdə təkrar hərrac keçirilmişdir. Qeyd olu nan hərraclar baş tutmadığından əmlak "xxxx" MMC-nin ipoteka predmetinin əldə olunmasına dair təklif məktubu ilə təkrar hərracdakı ilkin satış qiymətindən 25% az olmayan qiymətlə, yəni 318.750 manat olmaqla ipoteka saxlayana - LPO "xxxx" ASC-yə təklif olunmuşdur. Bundan sonra ipoteka predmetinin əldə edilməsi üçün hərracın yekunları barədə 21 may 2024-cü il tarixli 29/01 №-li protokola əsasən, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsi dəyəri 318750 manat olmaqla ipoteka saxlayan LPO "xxxx" ASC tərəfindən əldə edilmişdir. Bununla razılaşmayan İddiaçı 21 may 2024-cü il tarixli, 29/01 nömrəli hərracın yekunları barədə protokolun ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. 2. “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi MMC” tərəfindən Sabunçu rayon İcra şöbəsinə, ha belə İddiaçı və s. ünvanlanmış açıq hərracın keçirilməsinə dair xx.xx.2024-cü il tarixli 01 №-li bildirişinə əsasən, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6305/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi üzrə ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsi və ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış sahəsi ilkin satış qiyməti müvafiq olaraq 500000 və 550000 manat olmaqla hərracının keçirilməsi xx.xx.2024-cü il tarixə saat 11:00-a təyin edilmişdir. 3. “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi MMC” tərəfindən Sabunçu rayon İcra şöbəsinə, habelə İddiaçı (bundan sonra mətndə-iddiaçı) və s. ünvanlanmış açıq hərracın keçirilməsinə dair xx.xx.2024-cü il tarixli 02 №-li bildirişinə əsasən, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6305/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ü zrə ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsi, ünvan 3 ünvanda yerləşən əmlakların satış qiyməti müvafiq olaraq 425.000 və 467.000 manat olmaqla hərracının keçirilməsi xx.xx.2024-cü il tarixə saat 11:00-17:00-dək keçirilməsi təyin edilmişdir. 4. "xxxx" MMC (bundan sonra mətndə-cavabdeh MMC) tərəfindən Sabunçu rayon İcra şöbəsinə, habelə İddiaçı və LPO "xxxx" ASC-yə ünvanlanmış ipoteka predmetinin əldə olunmasına dair təklifinə əsasən, ipoteka predmeti olan ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsi və ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış sahəsi təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə, yəni müvafiq olaraq 318.750 manat və 350.625 manat olmaqla ipoteka saxlayana təklif olunmuşdur.

5. Hərracın yekunları barədə 29/01 №-li 21 may 2024-cü il tarixli protoko la əsasən, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsi ipoteka saxlayan LPO "xxxx" ASC tərəfindən 318.750 manata əldə edilmişdir.

6. Hərracın yekunları barədə 29/02 №-li 21 may 2024-cü il tarixli protokola əsasən, ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış sahəsi ipoteka saxlayan LPO "xxxx" ASC tərəfindən 350.625 manata əldə edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat:

7. İddiaçı cavabdeh MMC-yə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi tərəfindən 21 may 2024-cü il tarixli, 29/01 nömrəli hərracın yekunları barədə protokolun ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsas landırılmışdır ki, iddiaçı X2 "xxxx" ASC ilə iddiaçı arasında 07 iyul 2015-ci il və 12 dekabr 2015-ci il tarixlərdə kredit müqaviləsi imzalanmışdır. Müqavilənin şərtlərinə əsasən X2 "xxxx" ASC iddiaçıya pul krediti vermişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmini üsulu kimi tərəflər arasında həmin tarixdə ipoteka müqaviləsi imzalanmışdır. İpoteka Müqaviləsinə əsasən iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 347,9 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinə, ünvan 3 ünvanda 1-ci mərtəbədə yerləşən ümumi sahəsi 384,9 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinə, «İnfiniti QX-56» minik markalı, **-RT-*** dövlət qeydiyyat nişanlı avtomobilə, «Nissan Patrol» minik markalı, 90- RX-567 dövlət qeydiyyat nişanlı avtomobilə və X1 məxsus olan ünvan 5 ünvanda yerləşən, üm umi sahəsi 307,8 kv.m-dən ibarət qeyri-yaşayış sahəsi X2 "xxxx" ASX-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsi üzrə tərəflər arasında məhkəmə mübahisəsi yaranmış və nəticədə məhkəmə tərəfindən qanuni qüvvəyə minmiş qətnamə qəbul edilmişdir. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-37/2022 saylı qətnaməsinə əsasən xx.xx.2015-ci il tarixli 10/0002/İBK saylı kredit müqaviləsi üzrə əsas borca görə 440.968,90 ABŞ dolları, faiz borcuna görə 257.479,65 ABŞ dolları məbləğində olmaqla, ümumilikdə 698.448,55 (altı yüz doxsan səkkiz min, dörd yüz qırx səkkiz dollar, əlli beş sent) ABŞ dolları məbləğində pul vəsaiti ödəniş anında Azərbaycan Respublikası manatının məzənnəsinə uyğun hesablanmaqla manatla cavabdeh İddiaçı tutularaq iddiaçı X2 "xxxx" ASC-yə ödənilməsi, xx.xx.2015-ci il tarixli 10/0003/İBK saylı kredit müqaviləsi üzrə əsas borca görə 76402,65 manat, faiz borcuna görə 1624,51 manat, müqavilə müddəti bitdikdən bankın lisenziyası ləğv olunan tarixədək hesablanan gecikdirilmiş faiz borcuna görə 1664,74 manat olmaqla, ümumilikdə 79.691,9 (yetmiş doqquz min, altı yüz doxsan bir manat, doxsan qəpik) manat pul vəsaiti cavabdeh İddiaçı tutularaq iddiaçı X2 "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, xx.xx.2015-ci il tarixli 10/0002/İBK saylı kredit müqaviləsi üzrə 698.448,55 ABŞ dolları məbləğində pulun tutulması barədə tələb ipoteka predmeti olan iddiaçıya məxsus ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 347,9 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinə, ünvan 3 ünvanda 1-ci mərtəbədə yerləşən ümumi sahəsi 384,9 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinə, «İ nfinity Qx-56» minik markalı, **-RT-*** dövlət qeydiyyat nişanlı avtomobilə «Nissan Patrol» minik markalı, **-RX-*** dövlət qeydiyyat nişanlı avtomobilə və iddiaçıya məxsus olan ünvan 5 ünvanda yerləşən, ümumi sahəsi 307,8 kv.m-dən ibarət qeyri-yaşayış binasına yönəldilməsi, xx.xx.2015-ci il tarixli 10/0003/İBK saylı kredit müqaviləsi üzrə 79691,9 manat məbləğində pulun tutulması barədə tələb ipoteka predmeti olan iddiaçıya məxsus ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 347,9 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinə, ünvan 6 ünvanda 1-ci mərtəbədə yerləşən ümumi sahəsi 384,9 kv.m-dən ibarət qeyriyaşayış sahəsinə yönəldilməsi, ipoteka predmeti olan ünvan 7 ünvanda yerləşən qeyriyaşayış sahəsinin ilkin satış qiyməti 500000 (beş yüz min) manat, ünvan 8 ünvanda birinci mərtəbədə yerləşən qeyri-yaş ayış sahəsinin ilkin satış qiyməti 550000 (beş yüz əlli min) manat, ünvan 5ndə yerləşən qeyri-yaşayış binasının ilkin satış qiyməti 140.000 (yüz qırx min) manat, «İnfinity QX-56» markalı, **-RT-*** dövlət qeydiyyat nişanlı avtomobilin ilkin satış qiyməti 60.000 (altmış min) manat, «Nissan Patrol» markalı, **-RX-*** dövlət qeydiyyat nişanlı avtomobilin ilkin satış qiyməti 36000 (otuz altı min) manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılması, xx.xx.2015-ci il tarixli, 10/0002/İBK saylı kredit müqaviləsi üzrə ipoteka predmeti olan əmlakların satışından əldə olunan vəsait hesabına xx.xx.2015-ci il tarixli, 10/0002/İBK saylı kredit müqaviləsi üzrə borc, xx.xx.2015-ci il tarixli 10/0003/İBK saylı kredit müqaviləsi üzrə ipoteka predmeti olan əmlakların satışından əldə olunan vəsait hesabına xx.xx.2015- ci il tarixli 10/0003/İBK saylı kredit müqaviləsi üzrə borc ödənilməsi, xx.xx.2015-ci il tarixli, 10/0002/İBK saylı kredit müqaviləsi üzrə ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetlərinin satışından əldə olunan vəsaitin qalan hissəsi müvafiq olaraq ipoteka qoyanlar İddiaçı və X1 qaytarılması, xx.xx.2015-ci il tarixli 10/0003/İBK saylı kredit müqaviləsi üzrə ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetlərinin satışından əldə olunan vəsaitin qalan hissəsi müvafiq olaraq ipoteka qoyan İddiaçı qaytarılması, ipoteka predmetlərinin satışından əldə edilən vəsait borcun ödənilməsinə kifayət etmədikdə xx.xx.2015-ci il tarixli, 10/0002/İBK saylı kredit müqaviləsi və xx.xx.2015-ci il tarixli 10/0003/İBK saylı kredit müqaviləsi üzrə qalıq borc cavabdeh İddiaçı ü mumi qaydada tutulması, ipoteka ilə yüklü edilmiş əmlaklar satıldıqdan və mülkiyyətçilər dəyişdikdən sonra əmlaklar 1 (bir) ay ərzində boşaldılsın və X2 "xxxx" ASC-yə təhvil verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)6305/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddiaçı "xxxx" Bank ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 iyun 2022-ci il tarixli qətnaməsi müqavilə müddətindən sonrakı dövrə görə illik 5 faizlə hesablanmış borcun tutulması hissəsində dəyişdirilmsi, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə müqavilə müddətindən sonrkı dövrə görə illik 5 faizlə hesablanmış 12935,15 ABŞ dolları və xx.xx.2015-ci il tarixli kredit müqavil əsi üzrə müqavilə müddətindən sonrakı dövrə görə illik 5 faizlə hesablanmış 4424,99 manat borc cavabdeh İddiaçı "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə tutulması qət edilmişdir. Bundan sonra Sabunçu rayon İcra və Probasiya şöbəsinin məktubu ilə yuxarıda qeyd etdiyi qeyri-yaşayış sahələrinin açıq hərracda satılmasına köməklik göstərmələri Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzindən xahiş edilmişdir. Bəhs edilən mənzilin açıq auksion formasında hərracda satılması üçün cavabdeh Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi tərəfindən 2 dəfə hərrac keçirilmişdir və hərrac baş tutmamışdır. xx.xx.2024-cü il tarixdə iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 347,9 kv.m-dən ibarət qeyri-yaşayış sahəsi, ünvan 3 ün vanda 1-ci mərtəbədə yerləşən ümumi sahəsi 384,9 kv.m-dən ibarət qeyri-yaşayış sahəsi və X1 məxsus olan ünvan 5 ünvanda yerləşən, ümumi sahəsi 307,8 kv.m-dən ibarət qeyri-yaşayış sahəsi Azərbaycan Respublikası İpoteka Haqqında Qanunun tələblərinə uyğun olaraq təkrar hərracdakı satış qiymətindən 25 % aşağı qiymətə, yəni 425000 (dörd yüz iyirmi beş min) manata LPO "xxxx" ASC əldə edilməsinə razı olduğunu bildirmiş və eyni zamanda müvafiq sənədləşdirilmənin aparılmasına dair göstəriş verilməsi xahiş edilmişdir. Həmçinin onu da bildirmək istəyir ki, 1-ci dəfə keçirilmiş 14 aprel 2024-cü il tarixli hərracla bağlı ona rəsmi və ya qeyri-rəsmi, yazılı və ya şifahi qaydada heç bir məlumat verilməmişdir, yalnız 03 may 2024-cü il tarixə təyin edilmiş açıq hərracın keçirilməsinə dair bildiriş gəlmişdi r və ilkin hərracın 03 may 2024-cü il tarixdə keçiriləcəyini bilmişdir. Yuxarıda qeyd etdiklərini nəzərə alaraq hesab edir ki, "xxxx" tərəfindən xx.xx.2024-cü il tarixli, 29/01 nömrəli hərracın yekunları barədə protokolun ləğv edilməsi barədə qətnamə qəbul edilməsi zəruridir.

9. Məhkəmə araşdırması zamanı X2 "xxxx" ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində mülki işə cəlb edilmişdir.

10. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi Nümayəndə iddia tələbinə etiraz edərək bildirmişdir ki, cavabdeh "xxxx" MMC tərəfindən əmlaka dair hərrac qanuni keçirilmişdir, belə ki, hərracın keçirilməsi ilə bağlı kütləvi informasiya vəsitələrində qəzetlərdə elanlar verilmiş, bununla bağlı bildirişlər ünvana göndərilmişdir. Hazırda əmlak bankın balansındadır.

11. Bakı şəhəri Nərimano v Rayon Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkəməsi) 2(005)-2800/2024 nömrəli, 3 dekabr 2024-cü il tarixli qətnaməsi (hakim S.V. Nuriyeva) ilə iddia rədd edilmişdir.

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, "xxxx" MMC tərəfindən ipoteka predmeti olan əmlaka dair həm ilkin, həm də təkrar hərracın keçirilməsi barədə bildirişlərin sifarişli poçt göndərişi (məktubu) ilə hərrac təşkilatçısı tərəfindən iddiaçının ünvanı üzrə göndərildiyi, hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində (Birja yenilikləri qəzeti 18 mart 2024-cü il tarixli 395 №-li və 16 aprel 2024-cü il tarixli 400 №-li sayında) elan dərc etdirilməsi müəyyən olunmuşdur. İşdə olan sübutlardan hərracın keçirilməsi ilə bağlı qanunvericiliyin tələblərinə (ilk və təkrar hə rracın keçirilməsi, qəzetlərdə elanların verilməsi, bildirişlərin göndərilməsi, alqı-satqı müqaviləsinin bağlanması və s.) tam riayət olunmasını müəyyən etmişdir.

13. Məhkəmə qeyd etmişdir ki, cavabdeh "xxxx" MMC tərəfindən mübahisə predmeti olan hərracların etibarsızlığına dəlalət edən və bunun nəticəsində bağlanmış protokolun ləğv edilməsini şərtləndirən hər hansı qanunsuz hərəkətə yol verildiyi müəyyən edilmədiyindən, hərracın özü-özlüyündə etibarsız olması halı isə öz təsdiqini tapmadığından Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6305/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar "xxxx" MMC-nin təşkilatçılığı ilə keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsi üçün hər hansı hüquqi əsas yoxdur. Bu isə iddia tələbinin təmin edilməsini istisna edir. 1

4. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.1, 39.2, 39.3.3, 41.1, 41.2, 41.3, 41.4, 41.5, 42.5 və 42.6-cı maddələrinə, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.1., 53.2. və 53.3cü maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 317.1, 319.1, 319.4, 415.2 və 416.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 124.2 və 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat:

15. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 2(005)- 2800/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinin tam ləğv edilməsini, cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixli, 29/01 nömrəli hərracın yek unları barədə protokolun ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinə uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamənin çıxarılması zamanı Mülki Məcəllənin qeyd olunan müddəalarının tələbləri, iş üzrə əhəmiyyət kəsb edən hallar və qanunvericiliklə müəyyən edilmiş təcrübəyə riayət edilməmişdir. Belə ki, hüquqlarını müdafiə etdiyi şəxs bəhs edilən mənzilin açıq auksion formasında hərracda satılması üçün cavabdeh Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi tərəfindən 2 dəfə hərrac keçirilmişdir və hərrac baş tutmamışdır. xx.xx.2024-cü il tarixdə İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 347,9 kv.m-dən ibarət qeyri-yaşayış sahəsi, ünvan 10 ünvanda 1-ci mərtəbədə yerləşən ümumi sahəsi 384,9 kv.m-dən ibarət qeyri-yaşayış sahəsi və X1 məxsus olan ünvan 5 ünvanda yerləşən, ümumi sahəsi 307,8 kv.m-dən ibarət qeyri-yaşayış sahəsi Azərbaycan Respublikası “İpoteka haqqında” Qanununun tələblərinə uyğun olaraq təkrar hərracdakı satış qiymətindən 25 % aşağı qiymətə, yəni 425.000 (dörd yüz iyirmi beş min) manata LPO "xxxx" ASC əldə edilməsinə razı olduğunu bildirmiş və eyni zamanda müvafiq sənədləşdirilmənin aparılmasına dair göstəriş verilməsi xahiş edilmişdir. Birinci dəfə keçirilmiş 14 aprel 2024-cü il tarixli hərracla bağlı cavabdehə rəsmi və ya qeyri-rəsmi, yazılı və ya şifahi qaydada heç bir məlumat verilməmişdir, yalnız 3 may 2024-cü il tarixə təyin edilmiş açıq hərracın keçirilməsinə dair bildiriş gəlmişdir və hüquqları nı müdafiə etdiyi şəxsin ilkin hərracın 3 may 2024-cü il tarixdə keçiriləcəyini bilmişdir. Qeyd etmişdir ki, "xxxx" MMC tərəfindən hərracın keçirilməsi bağlı bildrişləri hüquqlarını müdafiə etdiyi şəxsin qeydiyyatda olduğu ünvan 11 ünvanına göndərilmişdir. Halbuki cavabdeh İddiaçı qeyd olunan evdə qeydiyyatda olmasına baxmayaraq, 2 il əvvəl həmin evi başqa şəxsə satıb və həmin evdən köçüb getmişdir. Qeyd etdiklərini nəzərə alaraq hesab edir ki, "xxxx" tərəfindən xx.xx.2024-cü il tarixli, 29/01 nömrəli hərracın yekunları barədə protokolun ləğv edilməsi barədə qətnamə qəbul edilməsi zəruridir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən qanunvericiliyin tələblərini nəzərə almamış, gəlinən nəticəni əsaslandıran faktları qətnamədə əks etdirməmişdir.

17. Bakı Apellyasiya Məhkəməsinin ( bundan sonra-apellyasiya instansiyası məhkəməsi) Mülki Kollegiyasının 2(103)-1618/2025 saylı, xx.xx.2025-ci il tarixli (hakimlər – C.C.Musayeva sədrlik edən və məruzəçi), F.F.Babayev, F.V.Abdıyev) qətnaməsi ilə, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir və birinci instansiya məhkəməsinin 2(005)-2800/2024 saylı, 3 dekabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir.

18. Məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq öz mövgeyini belə əsaslandırmışdır ki, iddiaçı hərracın qanunsuz keçirilməsini iddia etməklə, hərrac keçirilərkən ona məlumat verilmədiyinə istinad etmişdir.

19. Məhkəmə iş üzrə sübutları tədqiq edərək belə nəticəyə gəlir ki, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldıqdan sonra hərracın keçiri lməsinə dair mediada elan dərc etdirmiş, bu barədə ipoteka saxlayana və ipoteka qoyana (rəsmi qeydiyyatda olduğu yerə) sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərmişdir. Hərracın təşkilatçısı xx.xx.2024cü il tarixli hərracı, iştirakçısı olmadığına görə baş tutmamış elan etmiş, bu səbəbdən də ipoteka predmetini ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə təkrar hərraca xx.xx.2024-cü il çıxarmış, bu barədə mediada elan dərc etdirmiş, ipoteka saxlayana və ipoteka qoyana (rəsmi qeydiyyatda olduğu yerə) sifarişli poçt göndərişi (məktubu) ilə hərracın keçirilməsinə dair bildiriş göndərmişdir.

20. Təkrar hərrac baş tutmamış elan edildiyi üçün 30 gün müddətində ipoteka predmeti ipoteka saxlayana təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə təklif edilmiş, bun dan sonra ipoteka saxlayan və hərracın təşkilatçısı arasında 30 təqvim günü ərzində müqavilə qüvvəsinə malik olan xx.xx.2024-cü il tarixli protokol imzalanmışdır. Bu da ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas olmuşdur.

21. Beləliklə qanunvericilikdə bu qəbildən olan işlər üzrə hərracın keçirilməsinə məsul olan təşkilat hərrac iştirakçısının yaşadığı ünvanı axtarıb tapmaq və bildirişlərin borclunun bu ünvanına göndərmək, habelə onun özünü şəxsən tapıb, bildirişi şəxsən onun özünə təqdim etmək və ya hərrac barədə özündə məlumatları əks etdirən qəzetləri göndərmək öhdəliyi daşımır. Qanunverici hərrac təşkilatının üzərinə hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan də rc etdirmək, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərmək vəzifəsi qoymuşdur. Bununla belə, hərrac təşkilatı qeyd edilən şəxslərə təsdiq etmə üsulu ilə bildiriş göndərməklə və qəzetlərdə elan etdirməklə üzərinə qoyulmuş bu öhdəliyi yerinə yetirmiş olur.

22. Göründüyü kimi iddiaçının xəbəri olmadan ipoteka predmetinin hərraca çıxarılması və hərracdan satılması ilə bağlı apellyasiya şikayətinin dəlilləri öz təsdiqini tapmamış, qətnamə qanuni qüvvəsini aldığından iddiaçı ona məxsus əmlakların hərraca çıxarılacağından artıq məlumatlı olmuşdur. Digər tərəfdən iş materiallarında olan hərracın keçirilməsinə dair, hərracın baş tutmasına dair, ipoteka predmetinin təklif edilməsinə dair bildirişlərdən və poçt sənədlərindən görünür ki, Hərrac Mərkəzi həmin bildirişləri iddiaçının qeydiyyatda olduğu ünvan 12 ünvanına göndərmişdir. İddiaçı qeydiyyat yerində yaşamadığını qeyd etsə də, yaşayış yerini dəyişdiyi barəsində məhkəməyə, icra şöbəsinə, habelə müvafiq hərrac təşkilatına dərhal bu barədə məlumat verməli olduğu halda bunu etməmiş, hazırkı halda da onun bu dəlilə istinadən hərracın nəticələrinin etibarsız hesab edilməsinə dair tələbi əsassızdır.

23. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1., 337.1., 415.1., 415.2., 415.3, 415.4, 415.5,416.1 və 416.2-ci maddələrinə, “İpoteka haqqında” Qanunun 41.2, 41.3, 42.1, 43.3, 43.4, 43.5, 43.6, 43.7, 44-cü maddəsinə, “İcra haqqında” Qanunun 61.2., 62.2-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.1, 14.2., 77.1., 88, 119.1., 217.4-cü maddələri nə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: a) Kassasiya şikayətinin dəlilləri

24. İddiaçı (onun vəkili Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(103)-1618/2025 saylı qətnaməsini iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi hissəsində ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

25. Kassasiya şikayəti apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etməklə, əlavə olaraq belə əsaslandırmışdır ki, iddiaçıya məxsus mənzilin açıq auksion formasında hərracda satılması üçün cavabdeh Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi tərəfindən 2 dəfə hərrac keçirilmişdir və hərrac baş tutma mışdır. xx.xx.2024-cü il tarixdə İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 347,9 kv.mdən ibarət qeyri-yaşayış sahəsi, ünvan 3 ünvanda 1-ci mərtəbədə yerləşən ümumi sahəsi 384,9 kv.m-dən ibarət qeyri-yaşayış sahəsi və X1 məxsus olan ünvan 5 ünvanda yerləşən, ümumi sahəsi 307,8 kv.m-dən ibarət qeyri-yaşayış sahəsi Azərbaycan Respublikası İpoteka Haqqında Qanunun tələblərinə uyğun olaraq təkrar hərracdakı satış qiymətindən 25 % aşağı qiymətə, yəni 425.000 (dörd yüz iyirmi beş min) manata LPO "xxxx" ASC əldə edilməsinə razı olduğunu bildirmiş və eyni zamanda müvafiq sənədləşdirilmənin aparılmasına dair göstəriş verilməsi xahiş edilmişdir. Hesab edirik ki, birinci və apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarının düzgün tətbiq etməmişdir. Buna görə də iddia t ələbi təmin edilməli, Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi tərəfindən 21 may 2024-cü il tarixli, 29/01 nömrəli hərracın yekunları barədə protokol ləğv edilməlidir.

26. Kassasiya şikayətinin əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416.1, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 88, 217 və 220.4-cü maddələrinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi:

28. Maddə 16.1 Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.

29. Maddə 337.1 Bu Məcəllədə müəyyənləşdirilmiş şərtl əri pozmaqla bağlanmış əqd etibarsızdır.

30. Maddə 415.1 Auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər.

31. Maddə 415.2 Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunu n üçün verilən müddət göstərilməlidir.

32. Maddə 415.3 Əgər bu Məcəllədə və ya hərracın keçirilməsi barədə bildirişdə ayrı qayda nəzərdə tutulmayıbsa, bildirişi göndərən açıq hərrac təşkilatçısı auksionu keçirməkdən istədiyi vaxt, lakin onun keçirilməsi gününə ən geci üç gün qalmış, müsabiqəni keçirməkdən isə onun keçirilməsinə ən geci otuz gün qalmış imtina edə bilər. Açıq hərracın təşkilatçısı onu keçirməkdən həmin müddətləri pozmaqla imtina etdikdə, iştirakçılara dəyən real zərərin əvəzini ödəməlidir. Qapalı auksionun və ya qapalı müsabiqənin təşkilatçısı hərracdan imtinanın bildiriş göndərildikdən sonra məhz hansı müddətdə edildiyindən asılı olmayaraq, dəvət etdiyi iştirakçılara dəyən real zərərin əvəzini ödəməlidir.

33. Maddə 415.4 Hərracın iştirakçıları hərracın keçirilməsinə dair bildirişdə göstərilən məbləğdə, müddətdə və qaydada beh verirlər. Hərrac keçirilmədikdə beh geri qaytarılmalıdır. Hərracda iştirak edən, lakin onu udmayan şəxslərin də behi qaytarılır. Hərracı udmuş şəxslə müqavilə bağlandıqda, onun verdiyi behin məbləği bağlanmış müqavilə üzrə öhdəliklərin icrası hesabına daxil edilir.

34. Maddə 415.5 Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir.

35. Maddələr 416.1 və 416.2 bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Qanun:

37. Maddə 41.2 Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir.

38. Maddə 41.3 Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir.

39. Maddə.42.1 Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, sa tışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir.

40. Maddələr 43.3, 43.4, 43.5, 43.6 və 43.7 Hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda, birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac d igər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.

41. Maddə 44 bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. “İcra haqqında” Qanun:

42. Maddə 61.2 İxtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir.

43. Maddə 62.2 Hərracı n keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

46. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

47. MPM 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

48. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələ blərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

49. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

50. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

51. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri:

52. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub -olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

53. Hazırkı kassasiya şikayətində iddiaçı tərəfindən qətnamə mübahisələndirdiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. tam Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

54. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

55. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

56. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul e tdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

57. Məhkəmə aktlarının qanuniliyi, ənənəvi olaraq, məhkəmə aktının maddi və prosessual hüquq normalarına uyğunluğu kimi qəbul olunur. Kassa siya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cav ab verilməsi ilə məhdudlaşır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli qərarı).

58. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

59. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya ş ikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

60. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1618/2025 nömrəli iş üzrə 4 mart 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar