Məhkəmə qərarları › İş №2(102)-2091/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2091/2022

05.05.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2091/2022 05.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: pul tələbi, işçinin işəgötürənə vurduğu zərər Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-8697/2021 nömrəli iş üzrə 3 noyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 5 may 2022-ci il tarixdə Ali Məhkəmənin bina sında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı MMC ilə Cavabdeh arasında 18.01.2007-ci il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən cavabdeh satış üzrə ekspeditor vəzifəsinə işə qəbul edilmişdir.

2. Cavabdeh 10.05.2017-ci il tarixli izahatında etiraf edir ki, borcları onu sıxdığından ödənilməsi üçün bir çox müştərilərdən təhsilatlarını təhsilat etməyib və borclarının qaytarılması üçün Bayıl marketdən - 5790 manat, Azərin marketdən - 4749 manat, Ekspress marketdən - 800 manat, Elmar marketdən - 400 manat və Səlim marketdən - 2978,22 manat olmaqla, cəmi 14.717,22 manat İddiaçı MMC-yə məxsus pulları götürərək mənimsəmişdir.

3. MMC-nin 13.11.2017-ci il tarixli, 499/K nömrəli əmrilə Cavabdeh ilə bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (əmək vəzifələrini kobud şəkildə pozduğu üçün) xitam vermişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsində icraat

4. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 14717,22 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC-də Satış şöbəsində satış üzrə ekspeditor vəzifəsində işləyən Cavabdeh özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməyərək köhnədən yığılan şəxsi borcları onu sıxdığından ödənilməsi üçün bir çox müştərilərdən təhsilatlarını təhsilat etməyib və borclarının qaytarılması üçün: 1) Bayıl marketdən - 5790 AZN; 2) Azərin marketdən - 4749 AZN; 3) Ekspress marketdən - 800 AZN; 4) Elmar marketdən - 400 AZN; 5) Səlim marketdən - 2978,22 AZN olmaqla, cəmi 14.717,22 AZN İddiaçı MMCyə məxsus pulları götürərək mənimsəmişdir. Qeyd olunanlar Cavabdeh İddiaçı MMC-yə yazdığı izahatla da tam şəkildə etiraf olunur. MMC tərəfindən Cavabdeh şirkətə vurduğu ziyanı tam şəkildə geri ödəmək barədə dəfələrlə xəbərdarlıqlar edilsə də o, bu xəbərdarlıqların heç birinə məhəl qoymamışdır. MMC-nin 13.11.2017-ci il tarixli, 499/K nömrəli əmri ilə Cavabdeh ilə bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (əmək vəzifələrini kobud şəkildə pozduğu üçün) xitam verilmişdir.

6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(004)-3463/21 nömrəli iş üzrə 21 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakim A.Məmmədov) iddia təmin edilmiş, Cavabdeh 14.717,22 (on dörd min yeddi yüz on yeddi manat 33 qəpik) manat pul vəsaiti və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi cavabdehin yazılı etirafedici izahatını mötəbər sübut kimi qiymətləndirərək hesab etmişdir ki, iddia təmin edilməli, 14.717,22 manat pul və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

8. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 21.1, 448.1, 882.1-ci, Əmək Məcəlləsinin 191-ci, Mülki Proosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b) apellyasiya instansiyası məhkəməsində icraat

9. Cavabdeh apellyasiya şikayətində qət namənin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə yalnız iddiaçının dəlilləri ilə əsaslandırılmış, qətnamənin əsaslandırıcı hissəsində heç bir sübuta istinad olunmamışdır.

11. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 3 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – A.İsgəndərov (sədrlik edən və məruzəçi), İ.Kərimli və E.Kazımov, iş N 2(103)-8697/2021) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə 21 iyun 2021ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzi fəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirsə də, cavabdeh həmin iddiaya qarşı etirazının əsası kimi istinad etdiyi faktları sübut edə bilməmişdir.

13. Apellyasiya instansiyası məhkəməsi öz mövqelərini əsaslandırarkən Mülki Proosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin dəlilləri

14. Cavabdeh (vəkili Vəkil) həmin qətnamədən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, işin yenidən apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.

15. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılaraq göstərilmişd ir ki, qətnamə yalnız iddianın mətni ilə əsaslandırılıb. Qətnamənin əsaslandırıcı hissəsində bir dənə də olsun sübuta istinad olunmayıb. Məhkəmə qətnamənin əsaslandırma hissəsində sadəcə iddianın mətnini təkrarlayıb. Bununla məhkəmə əsas prinsiplərdən olan qanunçuluq, sübutlara əsaslanmaq, tərəflərin bərabərliyi və digər prinsipləri pozmuşdur.

16. Kassasiya şikayətinin dəlillərinə görə apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən Mülki Proosessual Məcəllənin 7.1, 7.2, 8.1, 9.1, 9.2, 9.3, 14.1, 14.2-ci və 220.4- cü maddələrinin tələbləri pozulmuşdur. Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

17. İddiaçı kassasiya şikayətinə etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8697/2021 saylı, 03.11.2021 -ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, etirazda göstərmişdir ki, cavabdeh öz kassasiya şikayətində göstərdiyi halları əsaslandırması üçün hər hansı bir sübut təqdim etməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

18. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

19. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

20. Maddə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edil məsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir.

21. Maddə 882.5. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi

22. Maddə

191. İşəgötürənin və işçinin birinin digərinə vurduğu ziyana görə maddi məsuliyyəti

1. Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar.

2. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə

88. Məhkə mə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

26. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

27. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

28. Maddə 417.1.1 Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

29. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

30. Qətnamədən kassasiya şikayəti verən cavabdeh qətnaməni tam mübahisələndirdiyindən məhkəmə aktı t am yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir.

32. Beləki, Cavabdeh İddiaçı MMC-də Satış şöbəsində satış üzrə ekspeditor vəzifəsində işləmişdir. MMC-nin 13.11.2017-ci il tarixli, 499/K nömrəli əmri ilə Cavabdeh ilə bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (əmək vəzifələrini kobud şəkildə pozduğu üçün) xitam verilmişdir. Cavabdeh iddiaçı şirkətə izahat yazaraq mağazalara payladığı malların dəyərini alaraq özünün şəxsi borclarına verdiyini təsdiq etmişdir.

33. O cümlədən, cavabdeh borclarının qaytarılması üçün: 1) Bayıl marketdən 5790 AZN; 2) Azərin marketdən - 4749 AZN; 3) Ekspress marketdən - 800 AZN; 4 ) Elmar marketdən - 400 AZN; 5) Səlim marketdən - 2978,22 AZN olmaqla, cəmi 14.717,22 AZN pul götürərək özünün şəxsi borclarına ödədiyini təsdiq etmişdir.

34. İddiaçı işin həmin hallarını sübuta yetirə bilmişdir. Cavabdeh isə həmin etirafın həqiqət olmamasına dair heç bir sübut təqdim etməmiş, bəyanat xarakterli şikayətlər verərək mübahisə ilə bağlı qərarın obyektiv olmadığını bildirmişdir.

35. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün q abaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 36. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun

37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyə n maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

38. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8697/2021 nömrəli iş üzrə 3 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar