Məhkəmə qərarları › İş №2(102)-2092/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2092/2024

16.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2092/2024 16.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər X10, Cavabdeh2, Cavabdeh3, X3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iş üzrə icraata xitam verilməsi; iş məhkəmədə baxılmalı deyildirsə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər X10, Cavabdeh2, Cavabdeh3, X3 qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-2528/2023 nömrəli, 6 dekabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh X11 t ərəfindən verilmiş kassasiya şikayətinə 16 iyul 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı Bərdə rayon Divanlı kəndində yaşayır.

2. Bərdə rayonu Körpüsındıran kəndində kənd təsərrüfat təyinatlı 0.88 ha torpaq sahəsi xüsusi mülkiyyət növü ilə X6, X7, X8, X4 ümumi birgə mülkiyyətindədir.

3. Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli qərarı ilə 0.23 ha torpaq sahəsi Bərdə rayon Körpüqıran kənd sakinləri X6, X7, X8, X4 mülkiyyətinə verilmişdir.

4. Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 9 nömrəli qərarı ilə 0.05 ha torpaq sahəsi Bərdə rayon Körpüqıran kənd sakinləri X6, X7, X8, X4 mülkiyyətinə verilmişdir.

5. Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 9 nömrəli qərarı ilə 0.02 ha torpaq sahəsi Bərdə rayon Körpüqıran kənd sakinləri X6, X7, X8, X4 mülkiyyətinə verilmişdir.

6. Bərdə rayon Körpüsındıran bələdiyyəsinin və Bərdə rayon Kələntərli kənd İN-nin tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, X12 özünə məxsus olan torpaq sahələrini oğluna satmışdır

7. Bərdə Rayon Məhkəməsinin 1(021)-6/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə X2 Pərvanə Telman qızına Bakı şəhərində jurnalistlərə tikilən evlərdən yalandan vəd verib etibarından sui-istifadə edib aldadaraq vahid niyyətlə 15 sentyabr 2021-ci il tarixdə Bakı şəhərində 13.000 manat, 18 sentyabr 2021-ci il tarixdə Bərdə şəhərində 3.000 (üç min) manat olmaqla ümumilikdə 16.000 manat pulunu ələ keçirərək zərərçəkmiş İddiaçı xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. X6 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən (öldüyü üçün) xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdehlər X11, Cavabdeh2, Cavabdeh3 və X3 qarşı mirasın qəbul edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin mərhum X6 vərəsələri olmaları və mirasının qəbul etmələri faktının müəyyən edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.

9. Bundan sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə birinci instansiya məhkəməsinə ərizə verərək, cav abdehlər tərəfindən mərhum X6 mirasının qəbul etmələri faktının müəyyən edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.

10. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlərin mərhum ataları Əmrahov Mülkǝdar Hüseyn oğluna 16.000 manat pul vermişdir. Onun dələduzluq əməlinə görə barəsində Azərbaycan Respublikasının CM-nin 178.2.2 ci və 178.2.4-cü maddələri ilə cinayət işi başlanaraq təqsirli bilinməklə məhkəməyə verilmişdir. Lakin, X12 vəfat etdiyi üçün xx.xx.2023-cü il tarixdə Bərdə Rayon Məhkəməsinin 1(021)-6 saylı qərarı ilə cinayət işinə xitam verilmişdir. İstintaq gedən vaxtı Daşınmaz Əmlakın 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş məktubdan görünür ki, mərhumun ailə üzvləri ilə birgə Bərdə rayon Körpüqıran kəndində 0.88 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi və 023 ha JN75 A həyətyanı torpaq sahəsi eyni ilə də 0.02 ha JN 75C, JN 75B 005 ha həyətyanı torpaq sahəsi mərhumun adına qeydiyyatda olması aşkarlanmışdır. Cavadehlər kimi qeyd etdiyi şəxslər mərhum X6 övladlarıdır. Bütün əmlakları vərəsələri olaraq qəbul etdikləri üçün mirasın onların qəbul etmələrinə dair qətnamənin çıxarılmasını istəyir.

11. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bərdə Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisindən məhkəmə tərəfindən verilmiş sorğuya xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, X6 barəsində vərəsəlik işinin açılıb açılmamasına dair “Elektron notariat” X1 məlumat axtarışı bazasına nəzər salınmış 10 iyul 2023-cü il tarixədək olan dövrə heç bir məlumat aşkar olunmamışdır.

12. Bərdə Rayon Məhkəməsinin (bundan sonra-birin ci instansiya məhkəməsi) xx.xx.2023-cü il tarixli, 2(021)-1837/2023 nömrəli qətnaməsi (hakim Qamət Əbilov) ilə iddianın qismən təmin edilməsi, cavabdehlər X11 və Cavabdeh2 tərəfindən mərhum X5 miras qalmış Bərdə rayonu, Körpüsındıran kəndində yerləşən 4 nəfər ailə üzvü ilə birlikdə 0.23 ha, 0.05 ha vǝ 0.02 ha həyətyanı torpaq sahəsinin miras əmlak kimi qəbul etməsi faktının müəyyən olunması, iddia tələbinin qalan hissədə təmin olunmaması qət edilmişdir.

13. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, mərhum X6 CM-nin 178-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi Bərdə Rayon Məhkəməsinin icraatında olmuşdur. Həmin cinayət işi üzrə İddiaçı zərərçəkmiş şəxs qismində tanınmışdır. Təqsirləndirilən şəxs X12 məhkəmə icraatı dövründə vəfat etdiyindən cinayət işi üzrə cinayət təqibinə Azər baycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən xitam verilmişdir

14. İddia tələbi ilə bağlı məhkəmə qeyd etmişdir ki, Bərdə rayon Körpüsındıran bələdiyyəsinin və Bərdə rayon Kələntərli kənd İN-nin tərəfindən təsdiq edilmiş xx.xx.2022ci il tarixli aktın surətindən müəyyən olunur ki, X12 özünə məxsus olan torpaq sahələrini oğluna satmışdır. Düzdür həmin alqı-satqı qanunvericiliklə nəzərdə tutulmuş qaydada olmasa da, aktın məzmunundan müəyyən edilir ki, torpaq sahələrini X11 istifadə edir. Məhkəmə iclasında cavabdehlər X11 və Cavabdeh2 atalarına məxsus torpaq sahələrini faktiki olaraq istifadə etdiklərini bildirmişdirlər.

15. Məhkəmə hesab etmişdir ki, cavabdehlər X8 və Cavabdeh2 mərhum X5 miras qalmış Bərdə rayonu, Körpüsındıran kəndində yerləşən 4 nəfər ai lə üzvü ilə birlikdə 0.23 ha, 0.05 ha vǝ 0.02 ha həyətyanı torpaq sahəsini miras əmlak kimi qəbul etməsi faktı müəyyən olunmalıdır.

16. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddia tələbi digər cavabdehlər Cavabdeh3 və X3 münasibətdə təmin olunmamalıdır. Belə ki, onlar çoxdan ailə quraraq ata yurdunu tərk etmişlər və miras əmlakdan faktiki olaraq istifadə etmirlər.

17. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1243.1 və 1243.3-cü, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3, 216-220, 227, 307 və 308-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

18. Cavabdeh X11 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətn amə qəbul edilməsini xahiş etmişdir.

19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, mərhum atasına məxsus olan pay torpaq sahəsi və həyətyanı torpaq sahələrindən ancaq o istifadə etmir. Bütün ailə üzvləri istifadə edir. Sözügedən həyətyanı sahədə və onun üzərində tikilmiş evdə anası yaşayır. Pay torpaq sahələrindən isə o, qardaşı və bacıları istifadə edirlər. Ancaq, atasının kiməsə borcu qalmışdırsa, onun həmin borcu qaytarmağa maddi imkanı yoxdur. Onun iradəsinin əleyhinə olaraq miras əmlakı qəbul etməyinin boynuna qoyulması onun maddi vəziyyətinə mənfi təsir göstərəcək. Torpaqdan ona görə istifadə edirlər ki, yarasız hala düşməsin. Bu gündən torpaqdan istifadə etməni dayandırır. Hazırki iddia tələbinə cavab verməli olmadığı halda, onu cavabdeh kimi mirası qəbul etməyinə məcbur edilməyi qanunsuz və əsassızdır. Bu səbəbdən də həmin qətnamə ləğv edilməlidir.

20. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(104)-2528/2023 nömrəli iş üzrə 6 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Fikrət Mehtiyev (sədrlik edən və məruzəçi), Rəhman Muradov və Ədil Məmmədov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia qismən təmin edilmiş, Bərdə rayon Körpüqıran kəndinə yerləşən torpağın mülkiyyətə verilməsinə dair JN075B seriyalı, KOD61008068 nömrəli şəhadətnamə ilə 0.05 ha torpaq sahəsi, torpağın mülkiyyətə ve rilməsinə dair JN-075C seriyalı, KOD-61008068 nömrəli şəhadətnamə ilə 0.02 ha torpaq sahəsi, torpağın mülkiyyətə verilməsinə dair JN-075A seriyalı, KOD61008068 nömrəli şəhadətnamə ilə 0.23 ha torpaq sahəsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışla 0.88 ha torpaq sahəsinin mərhum X6 payına düşən ¼ hissəsi üzərində cavabdehlər X11 və Cavabdeh2 tərəfindən mirasin qəbul edilməsi faktı müəyyən edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.

21. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsinin tətbiq edilməli olan qanunu tətbiq etməməsi, maddi hüquq nor malarının pozulması sayılır. 22.X19 2023-cü ildə vəfat etdiyinə görə Azərbaycan Respublikasının MPM-in 217.2-ci maddəsinə əsasən, mübahisənin həllinə hazırda qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. İş materialları ilə müəyyən edilmişdir ki, cavabdehlər X11 və Cavabdeh2 tərəfindən atasından qalmış miras əmlak faktiki olaraq qəbul edilmişdir. Belə ki, onlar atasının ölümündən sonra atasının dəfnini təşkil etmiş, habelə pay torpaq sahələrinə sahiblik etmişlər. Belə ki, cavabdehlər Cavabdeh2 və Zöhrab Əmrahov birinci instansiya məhkəməsində verdikləri izahatda atalarına məxsus torpaq sahələrini faktiki olaraq istifadə etdiklərini bildirmişlər. Həmçinin, Zöhrab Əmrahov məhkəmə kollegiyasında verdiyi izahatda həmin torpaq sahələrindən istifadə etd iyi və torpağın pis vəziyyətə düşməməsi üçün əkinçiliklə məşğul olduğunu bildirmişdir. Bundan başqa, məhkəmə kollegiyası qeyd etmişdir ki, iddia tələbi digər cavabdehlər Cavabdeh3 və X3 münasibətdə təmin olunmamalıdır. Belə ki, onlar çoxdan ailə quraraq ata yurdunu tərk etmişlər və miras əmlakdan faktiki olaraq istifadə etmirlər. Baxılan işdə mərhum Mülkədar Əmrahovdan qalmış mirasın faktiki olaraq qəbul edilməsi araşdırılarkən nəzərə alınmalıdır ki, mirasın qəbulu əqddir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsi ilə vərəsə özünün miras əmlak əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına öz razılığını bildirir və məhz bu hərəkət, əqd əsasında vərəsə miras qoyanın əmlak hüquq və vəzifələrinin daşıyıcısı olur. 23.İşə baxılan zaman birinci instansi ya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar araşdırılmamış, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir. Beləliklə məhkəmə maddi və prosessual hüquq normalarına uyğun qiymət verməmiş və bununla da həmin normaların tələblərini pozmuşlar. 24.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab etmişdir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır. 25.Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1131.1, 1133.2, 1145, 1146, 1159.1, 1243.1, 1243.3, 1245-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-ci maddələrinə, “G.Qəhrəmanovan ın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli Qərarına istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

26. Cavabdeh Zöhrab Əmrahov (Vəkil) kassasiya şik ayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.

27. Kasasiya şikayəti apellyasiya şikayəti ilə eynilik təşkil etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

28. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə

29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üç ün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

32. Maddə 259.0. Məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır:

33. Maddə 259.0.10. Hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə.

34. Maddə 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir:

35. Maddə 261.0.1. İş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə.

36. Maddə 306.1. Məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30 - 406-cı fəsillərində ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır.

37. Maddə 306.4. Xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanıl ması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir.

38. Maddə

311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır

39. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq n ormalarının düzgün tətbiq edilməsini yoxlayır.

41. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 42. 418.4. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı şikayətin dəlillərindən asılı olmayaraq aşağıdakı hallarda ləğv edilməlidir:...418.4.10. iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa. Kassasiya baxışının hədləri

43. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən m addi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

44. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh Zöhrab Əmirov tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

45. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə həyata keçirilən icraatın iddia icraatı və xüsusi icraat adlanan iki növü vardır. MPM-in 306.1-cı maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, həmin icraatın qaydalarını, şərtlərini və baxılma əsaslarını tənzimləyən, qanunla müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla iddia icraatı qaydasında baxılır.

46. MPM-də xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi, o cümlədən şəxslərin qohumluq münasibətlərinin, mirasın qəbul edilmə faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi mümkün hesab olunsa da, həmin ərizələrə yalnız hüquq haqqında mübahisə olmadığı halda baxıla bilər. Siyahısı qanunda nəzərdə tutulan bu cür mübahisəsiz faktların xüsusi icraat qaydasında məhkəmə qaydasında müəyyən olunması barədə qətnamə faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməsə də MPM-in 311-ci maddəsinə əsasən əlavə məhkəmə q ətnaməsi tələb olunmadan belə qeydəalınma üçün əsas kimi çıxış edir.

47. Bununla da qanunverici hüquq tətbiqedici orqanlar üçün müəyyən olunması çətinlik yaradan mübahisəsiz faktların daha sadə yolla məhkəmə qaydasında təsbit olunmasına şərait yaratmaqla həm maraqlı şəxslərin, həm də dövlət orqanlarının işini asanlaşdırmış olur.

48. Əgər hüquq haqqında, yəni digər şəxsin (şəxslərin) eyni predmetə hüquqlarının olması barədə mübahisə varsa MPM-in 259.0.10-cu maddəsi və 306.4-cü maddəsi hakimin üzərinə xüsusi icraat qaydasında verilmiş ərizəni baxılmamış saxlamaq vəzifəsi qoyur. Bu zaman iddiaçıya ümumi əsaslarla iddia icraatı qaydasında iddia vermək hüququ izah olunur.

49. Lakin istinad olunan maddələr iddiaçının iddia icraatı qaydasında yenidən həmin faktın müəyyən olunması barədə iddia qal dırmalı olduğu kimi başa düşülməməlidir.

50. Hüquq barədə mübahisə olduğu üçün xüsusi icraat qaydasında ərizə verə bilməyən, yaxud belə ərizəsi baxılmamış saxlanılmış iddiaçı iddia icraatı qaydasında birbaşa müvafiq hüququn (əldə olunması (məsələn,miras payının müəyyən olunması, hüquq müəyyənedici sənədin verilməsi) barədə tələb irəli sürməli və həmin icraat çərçivəsində iddianın əsasını təşkil edən hüquqi faktı (məsələn mirası qanunla müəyyən olunmuş müddət ərzində faktiki qəbul etdiyini) sübuta yetirməlidir.

51. Belə ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq v ə mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Fiziki və hüquqi şəxslər məhz özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmədə iş o halda başlanır ki, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etmiş olsun (MPM-in 2.1, 4.1, 5.1-ci maddələri).

52. Bu baxımdan iddia icraatı qaydasında məhkəməyə verilən istənilən iddia tələbi üzrə deyil, elə iddia tələbi üzrə məhkəmə icraatı başlana bilər ki, həmin tələb şəxsin qanunvericilikdən irəli gələn hüquqlarının və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün verilmiş olsun. MPM-in 149 v ə 153-cü maddələri iddianın müvafiq olaraq qəbuledilənliyi və yolverilənliyi şərtlərini müəyyən etməklə yanaşı, Məcəllənin 151.1-ci maddəsi nəzərdə tutur ki, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür.

53. Beləliklə, hüquq barədə mübahisə olduğu halda hər hansı hüquqi faktın müəyyən edilməsi barədə məsələyə xüsusi icraat qaydasında baxılması istisna edildiyi üçün həmin hüquqi fakt iddia icraatı qaydasında irəli sürülən tələbin əsasını təşkil edən hüquqi fakta və ya faktlardan birinə çevrilmiş olur. İddia icraatı qaydasında tələb irəli sürmüş iddiaçı isə öz tələbinin uğurlu olmasını təmin etmək üçün həmin faktın mövcud olduğunu, baş verdiyini sübuta yetirməli, həyata keçirilən icraat nəticəsində işin həmin halı müəyyən edildiyi və idd ia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olduğu halda isə iddianın məhkəmə tərəfindən təmin olunması üçün əsasdır.

54. Əks yanaşma yuxarıda sadalanan mülki prosessual normalara uyğun olmamaqla, istənilən faktın (işin halının) müəyyən edilməsi barədə iddia icraatı qaydasında müstəqil iddia tələbinin irəli sürülməsinin mümkün olması mənasını verə bilər. Halbuki belə bir yanaşma mülki işlər üzrə məhkəmə icraatının məqsəd və vəzifələrinə ziddir.

55. Məhkəmə kollegiyası MPM-in yuxarıda sadalanan müddəalarına əsasən hesab edir ki, hüquq barəsində mübahisə olduğu hallarda MPM-in 307-ci maddəsində sadalanan hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barədə tələblər iddia icraatı qaydasında ayrıca iddia tələbi kimi məhkəmədə mülki işin başlanmasına əsas ola bilməz. Belə olan hal larda iddiaçı hüquq barədə mübahisə edən tərəfə qarşı əldə etmək istədiyi hüquqi nəticənin (məsələn miras payın tanınması, vərəsəlik şəhadətnaməsinin verilməsi vəzifəsinin qoyulması, əmlakın bölünməsi, ziyanın ödənilməsi və s.) əldə olunması ilə bağlı iddia irəli sürməli və iddiasının əsası kimi yuxarıda qeyd olunan hüquqi faktların mövcud olduğunu (baş verdiyini) sübuta yetirilməlidir.

56. Baxılan iş üzrə işin halları ilə müəyyən olunur ki, iddiaçı cavabdehlərin atasından miras qalmış torpaq sahələri üzərində onlar tərəfindən mirası qəbul edilməsinin müəyyən olunmasını xahiş edir. Bu faktının müəyyən olunması miras qoyanın vərəsələrinə qarşı irəli sürəcəyi pul tələbinə əsas yaratmaq məqsədi ilə edilməsi aşkardır.

57. Lakin qeyd edilməlidir ki, iddiaçı icraatın növündən asılı olmayaraq mir asın qəbul edilməsi faktının müəyyən edilməsi qaydasında deyil, məhz həmin şəxslərə qarşı əsas tələbini (məsələn: pul tələbi) irəli sürməli, həmin tələbin daxilində vərəsələrin sayı, onlardan kimin mirası qəbul etməsi, mirasın qəbul edilməsinin üsulu, mirasın hansı həcmdə qəbul edilməsi və qəbul edilmiş mirasa münasibətdə tələbə cavab verməli şəxs müəyyən edilməlidir.

58. Beləliklə qeyd edilməlidir ki, hüquq barəsində mübahisə olduğu halda hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə iddia icraatı qaydasında müstəqil tələbin irəli sürülməsi yolverilməz olduğundan məhkəmənin icraatına qəbul edilə bilməz. Qanunda başqa hal nəzərdə tutulmayıbsa, belə iddia tələblərinin icraata qəbulundan məhkəmə tərəfindən MPM-in 153.2.1-ci maddəsinə əsasən imtina edilməli, yaxud əgər icraata qəbul edili bsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir.

59. Buna baxmayaraq baxılan iş üzrə göstərildiyi kimi həm birinci instansiya, həm də apellyasiya instansiyası məhkəməsi iddia icraatı qaydasında hüquqi əhəmiyyətli faktın müəyyən olunması barədə iddia tələbinə mahiyyəti üzrə baxaraq həmin tələbin qismən təmin olunması barədə qətnamə çıxarmışdır.

60. Qərarın əsaslandırıcı hissəsində göstərilənlərə əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayəti qismən təmin edilməli, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 6 dekabr 2023-cü il tarixli, 2(104)-2528/2023 nömrəli qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir.

61. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu ma ddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 6 dekabr 2023-cü il tarixli, 2(104)- 2528/2023 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar