Məhkəmə qərarları › İş №2(102)-2094/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2094/2019

14.03.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2094/2019 14.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19.10.2018-ci il tarixli 2(103)1194/2018 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon məhkəməsinin 01 avqust 2018-ci il tarixli qətnaməsi ilə (hakim S.B.Mehrəliyev, iş № 2(004)-3174/2018) İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilərək cavabdehdən 14.200 ABŞ dol larının ödəniş gününə olan rəsmi məzənnəyə uyğun olaraq manatla tutulub iddiaçıya ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: E.M.Həsənov, X.A.Mərdanova və E.Y.Şamayev) cavabdehin apellyasiya şikayəti təmin edilərək Bakı şəhəri Yasamal rayon məhkəməsinin 01 avqust 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia tələbinin rədd olunmasına dair yeni qətnamə qəbul edilmişdir. İşin halları: 2018-ci ilin mart ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bacısı Cavabdeh ev alması üçün yaşadığı Moskva şəhərindən birinci dəfə 2009-cu ildə tanışı Faiq Əmirovun vasitəsi ilə 6500 ABŞ dolları, ikinci dəfə isə 2011-ci ildə 7700 ABŞ dolları şəxsən özünə verməklə cəmi 14.200 ABŞ dolları məbləğində borc ver məsini, 2016-cı ilin yayında Bakı şəhərində olarkən ehtiyacının olması ilə əlaqədar verdiyi borcu tələb etməsini, bacısı əvvəlcə borcu qaytaracağını bildirsə də sonradan bundan imtina etməsini əsas göstərməklə Cavabdeh onun xeyrinə 14.200 ABŞ dollarının tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə İddiaçı kassasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabde hin vəkili isə kassasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmişlər. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi iddianı rədd edərkən iddiaçının bacısına borc pul verməsi barədə heç bir sübut təqdim etməməsini, iddianın yalnız müəyyən sübutetmə vasitələri ilə (konkret hald a qəbzlər, müqavilə və s.) sübut edilməli olmasına görə başqa sübutlara, yəni şahid ifadələrinə istinad olunmasına yol verilməməsini əsas göstərmiş və hesab etmişdir ki, göstərilən səbəblərdən şahid ifadələrinə qiymət verilməsinə zərurət yoxdur. Kollegiya hesab edir ki, məhkəmə kollegiyasının həmin nəticəsi mülki prossesual qanunvericiliyin tələblərinə uyğun olmadığından qətnamə qanuni sayıla bilməz. İş materiallarından görünür ki, tərəflər arasında mübahisəli hüquq münasibəti 2009, 2011-ci illərdə yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin həmin dövrdə qüvvədə olmuş 740-cı maddəsinə görə borc müqaviləsi şifahi bağlanır.Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Müəyyən olunduğu kimi tərəflər arasında nə sadə yazılı formada və nə də notariatda təsdiq o lunmuş müqavilə bağlanmamışdır. İddiaçı tələb etdiyi borcu iddiaçıya verməsini təsdiq edən sübut kimi şahid ifadələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə istinad edib şahid ifadələrini sübut kimi qəbul etməkdən imtina edərkən həmin Məcəllənin 76-cı maddəsinin tələbini nəzərə almamışdır. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıl arı ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. (76.2) Tərəflər doğma bacı olduqlarından onların arasında borc münasibətinin rəsmiləşdirilməsi etibarlı qohumluq münasibətindən irəli gəlməsi gümanına gəlmək üçün əsas ola bilər. Digər tərəfdən müqavilənin şifahi bağlanması Mülki Məcəllənin 740-cı maddəsinin tələbinə uyğun olduğundan iddiaçıdan yazılı sübutların, yəni məhkəmə kollegiyasının göstərdiyi kimi hər hansı qəbzin və ya müqavilənin sübut kimi təqdim olunması tərəflərin qarşılıqlı münasibətinə uyğun olmamışdır. Hazırkı vəziyyətdə şahid ifadələrindən sübut kimi istifadə olunması mümkün olduğu üçün məhkəmə kollegiyası mütləq həmin ifadələri yoxlamalı və onlara qiymət verməli idi. Lakin işdən göründüyü kimi apellyasiya instansiyası məhkəməs i şahid ifadələrini yoxlamaqdan və onları qiymətləndirməkdən imtina etmiş və belə vəziyyətdə iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim olunmaması barədə nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilənlərlə əlaqədar kollegiya hesab edir ki, qətnamə qanunun tələbinə uyğun əsaslandırılmamış, mübahisənin düzgün və obyektiv həllinə imkan verən prosessual hüquq normalarının tələblərinə əməl edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunma ması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 19 oktyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar