Məhkəmə qərarları › İş №2(102)-2094/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2094/2020

18.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2094/2020 18.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı1 Cavabdeh: Cavabdeh1 İddia tələbi: pulun tutulması (Açar sözlər: nisyə alqı-satqı müqaviləsi üzrə borcun tutulması, işdə iştirak edən şəxslərin faktı etiraf edən şifahi izahatları, işin mübahisəsiz halları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-3816/2019 nömrəli iş üzrə 17 sentyabr 2019-cu il tarixli qətnaməsin dən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 18 iyun 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 5084 manat əsas borc, həmin məbləğə hesablanmış bank uçot dərəcəsinə əsasən faiz borcunun, nümayəndəyə ödənilmiş 400 manat pulun, 30 manat dövlət rüsumunun və məhkəməyə gediş-gəliş xərclərinin alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır, o, Bakı şəhəri, Nərimanov rayonu ərazisində Dərnəgül bazarı adlanan ərazidə metal tikinti materiallarının satışı ilə məşğul olur. Bir neçə il əvvəl Gəncə şəhərində metal tikinti materia lları satışı ilə məşğul olan cavabdeh ondan çoxlu metal tikinti materiallarını nisyə alaraq bir neçə günə ödəmək şərtilə aparmış, lakin həmin materialların pulunu ödəməmişdir. Cavabdehin ondan apardığı və ödəmədiyi tikinti materiallarının ümumi dəyəri 5084 manat təşkil edir. Dəfələrlə cavabdehdən malların pulunu tələb etsə də borcunu ödəməmişdir. x3 Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(044)1970/2018 nömrəli, 04 may 2018-ci il tarixli qətnaməsi ilə (hakim A.Mahmudov) iddia qismən təmin edilmiş, cavabdehdən 5084 manat məbləğində pulun, nümayəndə (vəkil) xərci üçün 50 manat və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun alınaraq iddiaçıya verilməsi, iddia tələbinin qalan hissələrdə təmin edilməməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsinin iclasında verd iyi izahatında cavabdeh bildirmişdir ki, aralarında nisyə alqı-satqı münasibətləri olub. Son vaxtalar işi yaxşı olmadığından və maddi imkanı pisləşdiyindən iddiaçının pulunu tam qaytara bilməyib, 5084 manat borcu yaranıb. Gec-tez pulu qaytarılmalıdır, lakin hissə-hissə ödəniş etmək imkanı var. Odur ki, iddia tələbinin borc məbləği hissəsində təmin olunmasına etiraz etir. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apelyasiya instansiyası məhkəməsi) 2(104)-3816/2019 nömrəli 17 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – A.Bayramov (sədrlik edən və məruzəçi), L.Süleymanov və F.Mehtiyev) birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab edilmiş, cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Belə ki, birinci instansiya məhkəməsindəki izahatında cavabdeh iddiaçıya borcunun olduğunu inkar etməmiş, əksinə 5084 manat dəyərində tikinti materialları aldığına görə borcunun yarandığını bilavasitə etiraf etmişdir. Cavabdeh apelyasiya şikayətinin dəlillərində birinci instansiya məhkəməsinin yalnız hazırlıq iclasında iştirak etdiyini, digər məhkəmə iclaslarının vaxtı və yeri barədə ona məlumat verilmədiyini bildirsə də, 04 may 2018-ci il tarixli iclas protokolundan görünür ki, cavabdeh birinci intansiya məhkəməsinin iclasında iştirak etmişdir. Odur ki, apelyasiya instansiyası məhkəməsi apelyasiya şikayətinin dəlillərini əsass ız hesab etmişdir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları: Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi maddi və prosesual hüquq normalarını pozmuş, onları düzgün tətbiq etməmiş, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Kassasiya şikayətində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 noyabr 2018-ci il tarixli qərarına istinadla qeyd edilmişdir ki, hazırkı işdə cavabdeh məhkəmə iclasının protokolunu imzalamamış, əksinə birinci instansiya məhkəməsinin qətnaməsindən apelyasiya şikayəti verərək iddianın rədd olunmasını xahiş etmişdir. Göründüyü kimi, sübutlar mülki prosessual qanunvericiliyin tələblərinə uyğun əldə edilməmişdir. Halbuki, məhz düzgün tərtib edilmiş protokol sübutların obyektiv şəkildə qiymətləndirilməsinə xidmət edir və nəticə etibarilə qərarın ədalətli və əsaslı olmasına mühüm töhfə verir. Həmçinin, məhkəmə faktın etiraf edilməsi barədə işdə iştirak edən şəxsin izahatını dərhal əsaslı sübut kimi qəbul edə bilməz. Etiraf hər bir halda prosessual qanunvericiliyə əsasən məhkəmə tərəfindən yoxlanılmalıdır. Bundan başqa, apelyasiya instansiya məhkəməsi tərəfindən işə baxılarkən məhkəmə cavabdehin iştirakını təmin etməmişdir. Hər iki instansiya məhkəməsi iş üzrə dəqiq araşdırma aparmayaraq kassatorun hüquqlarının pozulması ilə nəticələnən qətnamə qəbul etmişdi r. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri: MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma apa rmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tə rəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi yalnız cavabdeh tərəfindən mübahisələndirildiyindən məhkəmə aktı iddianın təmin edilən hissəsində yoxlanılır. Mülki işə tətbiq edilən hüquq: Mülki Məcəllə Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.2. Əşyalar ın nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edilmiş hissəsində apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq ol unmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlillərinə münasibətdə Məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Hazırkı iş üzrə iddiaçı cavabdehlə aralarında bağlanmış nisyə alqı-satqı müqaviləsi üzrə verilmiş əşyanın ödənilməsini tələb edir. Birinci instaniya məhkəməsində verdiyi şifahi izahatında cavabdeh iddiaçıya 5084 manat borcunun olduğunu təsdiq etmişdir. Qeyd olunmalıdır ki, MPM etirafla bağlı iki institut müəyyən edir: faktın etirafı (maddə 106.3) və iddianın etirafı (maddə 191). Prosessual qanunvericilik hər iki etirafa münasibətdə yazılı və ya protokola imza etmə şərti irəli sürmüşdür. Baxılan iş üzrə cavabdehin nisyə alqı-sat qı münasibətindən iddiaçıya 5084 manat borcunun olduğu yalnız şifahi izahatda ifadə edildiyidən, bu, faktın və ya iddianın etirafı kimi qəbul oluna bilməz. Lakin mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etməkdən ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və MPM-in 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. İşin mübahisəsiz halları tərəflərin həm şifahi, həm də yazılı izahatları əsasında müəyyən oluna bilər. Bu baxımdan məhkəmə iclasında şifahi izahat verən tərəfin işin hallarını məhkəməyə düzgün bildirmək vəzifəsi vardır və o, həmin izahatın hüquqi nəticələrindən irəli gələn riskləri daşıyır. Tərəfin məhkəmə iclasında bildirdiyi və protokola əlavə olunmuş izahatını gəlcəkdə heç bir əsaslı səbəb göstərmədən dəyişməsi birinci instansiya məhkəməsinin həmin izahatı nəzərə alaraq qəbul etdiyi qərarın birmənalı ləğvi üçün əsas ola bilməz. Mülki prosessual qanunvericilik tərəfləri şifahi izahatlarının təhrif olunmasından qorumaq üçün xüsusi institut – protokola dair qeydlər vermək imkanı nəzərdə tutmuşdur. Belə ki, əks olunmuş izahatı ilə razılaşmayan işdə iştirak edən şəxs MPM-in 273-cü maddəsinə əsasən onda yol verilmiş yanlışlıqları və ya natamamlığı göstərməklə protokol barədə yazı lı qeydlər təqdim edə bilərlər. Qanunvericilk nəzərdə tutur ki, protokolu imzalamış hakim qeydlərlə razılaşmadıqda belə həmin qeydləri işə əlavə etməldir. Sonuncu məsələni müəyyən etməkdə qanunvericinin məqsədi işə baxan yuxarı instansiya məhkəməsinə hər bir halda qeydlər barədə məlumatlı olmaq və işdə iştirak edən şəxsin birinci instansiya məhkəməsində verdiyi şifahi izahata hüquqi qiymət vermək imkanını təqdim etməkdir. Baxılan iş üzrə cavabdeh birinci instansiya məhkəməsinin tərtib etdiyi məhkəmə iclas protokollarına qeydlər verməmişdir. Onun iddiaçıya 5084 manat borcunun olduğunu təsdiq etməsi barədə izahatı birinci instansiya məhkəməsinin qətnaməsində də olduğu kimi əks olunsa da, cavabdeh qətnamədən verdiyi apellyasiya şikayətində izahatının təhrif olunduğuna istinad etməmişdir. Cava bdeh apellyasiya instansiya məhkəməsinə teleqram ünvanlayaraq səhhəti ilə əlaqədar işin təxirə salınmasını xahiş etmiş, gəlməmə səbəbinin üzürlü olması barədə heç bir sübut təqdim etməmişdir. Halbuki MPM-in 185.1-ci maddəsinə əsasən cavabdeh bu barədə sübutu təqdim etməyə borclu idi. Cavabdeh yalnız kassasiya şikayətində birinci instansiya məhkəməsində iddiaçının bildirdiyi faktı yazılı etiraf etmədiyi üçün iddianın təmin olunmasını əsassız hesab edir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanları nəzərə alaraq cavabdehin kasssiya şikayətinin dəlillərini formal və əsassız hesab edir və belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-i n 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-3816/2019 nömrəli iş üzrə 17 sentyabr 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə - iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar