Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2095/2023 23.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı ilkin, Cavabdeh3 İddiaçı qarşı qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: evə köçürülmə, cehiz əmlaklarının evdən çıxarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər, Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı, Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “yaşayış evinə köçürülmə” tələbinə dair ilkin, Cavabdeh3 İddiaçı qarşı “cehiz əşyalarının yaşayış evindən çıxarılması” tələbinə dair qarşılıqlı iddiası üzrə Gən cə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-385/2023 saylı, 19 yanvar 2023-cü il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayətinə 23 may 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı xx.xx.2017-ci il tarixdə Cavabdeh3 ilə ailə həyatı quraraq Göygöl rayonu Qarabağ məhəlləsi ev 32-yə gəlin köçmüş, rəsmi nikaha isə xx.xx.2017-ci il tarixdə girmişlər. Bu nikahdan xx.xx.2018-ci il tarixdə X6 dünyaya gəlmişdir.
2. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(044)302/2020 saylı qətnaməsi ilə İddiaçı və Cavabdeh3 nikahları pozulmuş və xx.xx.2018-ci il təvəllüdlü X6 anasının himayəsində saxlanılmışdır.
3. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(044)1533/2021 saylı qətnaməsi ilə xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay 175 manat sabit pul məbləğində alimentin Cavabdeh3 tutulub İddiaçı ödənilməsi qət edilmişdir.
4. Hal-hazırda iddiaçıya məxsus olan cehiz əşyaları cavabdehlərin sahiblik və istifadələrində olan Göygöl rayonu, Qarabağ məhəlləsi, ev 32-də yerləşdir.
5. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestr Xidmətinin xx.xx.2022-ci il tarixli, ********** nömrəli çıxarışına əsasən Göygöl rayonu, Qarabağ məhəlləsi 32-də yerləşən 0,6 hektar torpaq sahəsi Cavabdeh3 xüsusi mülkiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, himayəsində olan xx.xx.2018-ci il təvəllüdlü X6 ilə birlikdə Göygöl rayonu Qarabağ məhəlləsi, ev 32 də yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia tələbi işin hallarına uyğun əsaslandırılmaqla qeyd edilmişdir ki, halhazırda iddiaçıya məxsus olan cehiz əşyalarının cavabdehlərin sahiblik və istifadələrində olan Göygöl rayonu, Qarabağ məhəlləsi, ev 32-də qalmasının səbəbi iddiaçının ailəsi ilə barışacağını hesab etməsidir. Hətta məhkəmədə nikahın pozulmasına dair iddia qaldırarkən cavabdehdən aliment də istəməmişdir. O, ailəsini bərpa etmək istəyir. Hazırda anasının Gəncə şəhəri Yeni Gəncə qəsəbəsi, ev 29, mənzil 5-də olan 2 otaqlı yaşayış evində yaşasa da, həmin ev çox darısqaldır. Orada atası, anası, qardaşı, özü və övladı yaşayır.
8. Cavabdeh3 İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçıya məxsus 1 dəst qonaq dəsti, 1 dəst yataq dəsti, 1 dəst mətbəx mebeli, 1 ədəd “LC” markalı 54 ekran plazma televizor, 1 ədəd “Hoffman” markalı paltaryuyan maşın və 4 ədəd müxtəlif ölçüdə xalçadan ibarət cehiz əşyalarının cavabdehlərin sahibliyində və istifadəsində olan evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Qarşılıqlı iddia işin hallarına uyğun əsaslandırılmaqla qeyd edilmişdir ki, iddiaçı 3 ildir öz valideynlərinə məxsus evdə yaşadığından və artıq onların ailə üzvü olmadığından, onların evində yaşamaq hüququnu da itirmişdir. Buna baxmayaraq, iddiaçı özünə aid cehiz əşyalarını onların evində saxlamaqla mülkiyyətlərindən istifadə etmək hüquqlarını m əhdudlaşdırır.
10. Cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasında işin hallarına və qarşılıqlı iddianın dəlilləri ilə eyni məzmunlu izahat verərək qeyd etmişlər ki, İddiaçı üç ildir ki, onlara məxsus evdə yaşamaqla bu müddət ərzində bir dəfə də olsun həmin evə gəlməmişdir, lakin cehiz əmlaklarının bir qismi hazırda yaşadıqları evdə qalmışdır. İddiaçı və Cavabdeh3 nikah münasibətlərinə xitam verilmişdir, artıq ilə üzvü sayılmır və onu saxlamaq öhdəlikləri yoxdur.
11. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli MŞG/1-03691 nömrəli arayışdan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixində ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 (əlli) manat məbləğində mediasiyaya dair xərci ödəmiş dir.
12. Göygöl Rayon Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli, 2(066)-950/2022 saylı qətnaməsi ilə (sədrlik edən hakim Qələmdar Abbasov) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı özünün və himayəsində olan xx.xx.2018-ci il təvəllüdlü X2 Göygöl rayonu, Qarabağ məhəlləsi, ev 32 də yerləşən fərdi yaşayış evinə köçürülməsi tələbinə dair ilkin iddiasının təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi, İddiaçı məxsus olan 1 dəst qonaq dəsti, 1 dəst yataq dəsti, 1 dəst mətbəx mebeli, 1 ədəd “LC” markalı 54 ekran plazma televizor, 1 ədəd “Hoffman” markalı paltaryuyan maşın və 4 ədəd müxtəlif ölçüdə xalçaların Cavabdeh3 məxsus ünvan 1 ünvanında yerləşən evdən çıxarılması, işə baxılması ilə əlaqədar iddiaçının ödədiyi 50 manat dövlət rüsumunun onun özünə aid edilməsi qət e dilmişdir.
13. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh3lə 2017-ci ildə rəsmi nikah münasibətinə girməklə ailə qurmuş və sonuncunun mülkiyyətində olan Göygöl rayonu Qarabağ məhəlləsi, ev 32-də yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. Lakin iddiaçı qeyd olunan evə gəlin köçərkən cavabdehlə notarial qaydada razılaşma əldə etməmişdir. Həmçinin iddiaçı üç ildir cavabdehlə ayrılmış və bu müddət ərzində qeyd edilən evdə yaşamamışdır. Belə olan halda, iddiaçının Səid adlı uşağı ilə birlikdə mübahisəli mənzilə köçürülməsi tələbinə dair iddiası tam əsassızdır.
14. Mövcud mübahisə ilə əlaqədar məhkəmə hesab etmişdir ki, İddiaçı Cavabdeh3 məxsus evdə yaşamaq hüququ əldə etmədiyindən, 2019-cu ildən həmin evdən çıxıb getdiyindən və hazırda həmin evdə yaşamadığından, tərəfl ər arasında nikah münasibəti xx.xx.2020-ci ildə pozulduğundan, həmçinin iddiaçıya məxsus cehiz əmlaklarının bir hissəsinin cavabdehə məxsus evdə qalması cavabdehlərin hüquqlarını məhdudlaşdıran hal olduğundan ilkin iddia rədd, qarşılıqlı iddia təmin edilməlidir.
15. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 228.5-ci maddəsinə dair” 27 may 2008-ci il tarixli və “Mülki Məcəllənin 228.5 və Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilmsinə dair” 8 oktyabr 2013-cü il tarixli qərarlarına, Mülki Məcəllənin 152.1, 152.5, 228.1, 228.2 və 228.5-ci, Mənzil Məcəlləsinin 30.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
16. Cavabdeh İddiaçı apellyasiya şikayəti verərək, Göygöl Rayon Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli, 2(066)-950/2022 saylı qətnaməsinin ləğv edilməsini, ilkin iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin isə rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, idddiaçının köçmək istədiyi fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Birinci instansiya məhkəməsi torpaq sahəsinə dair çıxarışı, evə dair mülkiyyət sənədi kimi qəbul etməkdə səhvə yol vermişdir. Həmçinin o, xx.xx.2017-ci il tarixdə mübahisəli evə gəlin köçərkən evin və torpağın sənədi olmamışdır. O, evə köçürülmə tələbinə dair iddia qaldırdıqdan sonra cavabdehlər xx.xx.2022-ci il tarixdə yalnız torpaq sahəsinə mülkiyyət sənədi almışlar. Bundan əlavə, torpaq sahəsinə mülkiyy ət hüququnun olması, fərdi yaşayış evinə mülkiyyət hüququnun olması anlamına gəlmir. Qarşılıqlı iddiaçının ona qarşı cehiz əşyalarının çıxarılması tələbini irəli sürməyə subyektiv hüququ yoxdur. Çünki ona məxsus cehiz əşyaları torpaqda deyil, evdə yerləşir. Həmin evə isə mülkiyyət hüququ qeydə alınmamışdır.
18. İddiaçı apellyasiya məhkəmə iclasında işin hallarına və apellyasiya şikayətinin dəlilərinə uyğun izahat verərək göstərmişdir ki, o, mübahisəli evdən 2019-cu ilin oktyabr ayının 5-dən çıxmış, amma əşyaları həmin evdədir. Onun başqa yaşayış yeri yoxdur, yaşayış yeri almağa maddi imkanı yoxdur, valideynlərinin evində yaşaması isə narazılıq yaradır.
19. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-385/2023 saylı 19 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər –X3 (s ədrlik edən və məruzəçi), X5 və X1) apellyasiya şikayəti qismən təmin edilmiş, Göygöl Rayon Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli, 2(066)-950/2022 saylı qətnaməsi ləğv edilmiş və yeni qətnamə qəbul edilmiş, iddia qismən təmin edilmiş, İddiaçı himayəsində olan xx.xx.2018-ci il təvəllüdlü X6 ilə birlikdə Göygöl rayonu Qarabağ məhəlləsi, ev 32 də yerləşən fərdi yaşayış evinə köçürülməsi və həmin mənzilə köçürüldüyü vaxtdan yaşayış sahəsindən istifadə hüququnun 3 il müddətinə saxlanılması, həmin müddət başa çatdıqda onun yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və evdən çıxarılması, qətnamənin digər hissələrdə dəyişdirilmədən saxlanılması, iddiaçının evdən çıxarılması ilə ona məxsus olan 1 dəst qonaq dəsti, 1 dəst yataq dəsti, 1 dəst mətbəx mebeli, 1 ədəd “LC” markalı 54 ekran plazma televizor, 1 ədəd “Hoffman” markalı paltaryuyan maşın və 4 ədəd müxtəlif ölçüdə xalçanın Cavabdeh3 məxsus ünvan 1-də yerləşən evdən çıxarılmasının eyni vaxtda icra edilməsi qət edilmişdir.
20. Məhkəmə kollegiyası qeyd etmişdir ki, tərəflər arasında mübahisəli hüquq münasibətləri İddiaçı 2017-ci ilin sentyabr ayında mübahisə olunan evə gəlin kimi köçməsi ilə yarandığından və sözügedən ev daşınmaz əmlakın dövlət reyestrindən dövlət qeydiyyatına alınmasa da, Göygöl şəhəri, Qarabağ məhəlləsi 32 də yerləşən 0,06 hektar torpaq sahəsi Cavabdeh3 xüsusi mülkiyyəti kimi qeydiyyata alındığından, birinci instansiya məhkəməsi düzgün olaraq mübahisənin maddi-hüquqi əsası kimi xx.xx.2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, 30.2 və 30.4-cü maddələrinə isti nad etsə də, iddiaçının yaşayış sahəsindən istifadə hüququnun müəyyən müddətə saxlanılmasını 30.4-cü maddənin tələbləri baxımından müzakirə etməmiş və bununla bağlı müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir.
21. Belə ki, işin faktiki halları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh3 xx.xx.2017-ci il tarixdə el adəti ilə ailə həyatı quraraq sahiblik və istifadələrində olan Göygöl rayonu Qarabağ məhəlləsi ev 32-ə gəlin köçmüşdür. Rəsmi nikaha isə xx.xx.2017ci il tarixdə girmiş və birgə yaşayışdan bir nəfər uşaqları olmuşdur ki, hazırda iddiaçının himayəsində yaşayır. Toy zamanı iddiaçı Cavabdeh3 məxsus fərdi yaşayış evinə gəlin köçmüş və 3 ilə yaxın müddətdə həmin evdə yaşamış, 2019-cu ilin oktyabr ayında həmin evdən çıxaraq atasının e vinə getsə də, cavabdehlə barışıb ailə münasibətlərinin bərpa edilməsinə ümid etmişdir. Başqa yaşayış yeri və yaşayış yeri almağa maddi imkanı yoxdur.
22. Göründüyü kimi, iddiaçının köçmək istədiyi mübahisəli ev Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Lakin bununla belə, həmin evin Cavabdeh3 mülkiyyətində olan 0.06 hektar həyətyanı torpaq sahəsində yerləşməsi sonuncunun sözügedən evə gözlənilən mülkiyyət hüquqlarının mövcud olduğunu göstərir.
23. Məhkəmə kollegiyası hesab etmişdir ki, İddiaçı gəlin statusunda olmaqla, mübahisəli evin mülkiyyətçisi Cavabdeh3 ailə üzvü dairəsinə daxil deyildir. O, 2017-ci ilin sentyabr ayında mübahisəli evə köçürülsə də, bu hal onun hazırda həmin mənzildən istifadə etmək səlahiyyətini təmin edən hüquq, yəni mülki qanunver icilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirən məhdud əşya hüququna malik olması anlamını vermir. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Lakin iş materiallarından görünür ki, İddiaçı Cavabdeh3 ailə üzvü deyildir.
24. Məhkəmə kollegiyası işin faktiki hallarını araşdıran zaman iddiaçının maddi vəziyyətini və diqqətə layiq digər halları nəzərə alaraq, iddiaçının özünü yaşayış sahəsi ilə təmin etmək imkanının olmadığını müəyyən etmişdir ki, bu da hazırkı mübahisəyə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsində nəzərdə tutulmuş digər qaydaların tətbiq edilməsini, yəni İddiaçı C avabdeh3 məxsus ünvan 2 ünvanda yerləşən mənzildən istifadə hüququnun 3 il müddətə saxlanılmasını mümkün edir.
25. Məhkəmə kollegiyası hesab etmişdir ki, tərəflərin nikahları pozulduqdan sonra birgə yaşayışlarından doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X6 iddiaçının himayəsində saxlandığından, o da anası olan iddiaçı ilə birlikdə sözügedən mübahisəli evə köçürülməlidir.
26. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini əsaslandırarkən Mülki Məcəlləsinin 27.2-ci, Mənzil Məcəlləsinin 30.1, 30.2 və 30.4-cü maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına, “Azərbaycan Respublika sı Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli qərarına istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
27. Cavabdeh3 (vəkil X7) kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin 2(103)-6676/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
28. Kassasiya şikayəti işin hallarına uyğun əsaslandırılmaqla əlavə olaraq qeyd edilmişdir ki, İddiaçı 2019-cu ilin dekabr ayından ata evinə getmiş və orada yaşayır. Yəni iddiaçı 3 ildən artıqdır ki, özünə yaşayış yeri tapıb yaş ayır. Məhkəmənin 3 il yaşayış yerinin saxlanılmasını nəzərə aldığı müddət artıq keçmişdir. b)
29. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 30. 27.2-ci maddəsinə əsasən, on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi
31. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsin ə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
32. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.
33. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsind ən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarı
34. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəaların a əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. “Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan yaşayış binasının tərkib hissəsindən “istifadə hüququ”nun mahiyyəti və həcmi Mənzil Məcəlləsinin 30.2 -ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən “istifadə etmək hüququ”nun mahiyyəti və həcmindən fərqlidir. Hər iki Məcəllədə yaşayış sahəsindən istifadə etmək imkanı nəzərdə tutulsa da, bu istifadəni təmin edən hüquqi əsaslar fərqlidir. Mülki Məcəllənin 228-ci maddəsinin məzmunundan məlum olur ki, həmin maddədə yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur... Beləliklə, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə imkanını təmin edən əmlak hüququ yalnız notariat qaydasında təsdiq olunan müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yarandığına və istən ilən şəxsdən bu hüququn pozulmasının aradan qaldırılmasını tələb etmək səlahiyyətini təmin etdiyinə görə, bu hüquq mahiyyətcə məhdud əşya hüququdur. Bundan fərqli olaraq, yaşayış sahəsi mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının digər əsaslarından biri kimi Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrində göstərilən ailə münasibətləri əşya hüquqlarına aid edilə bilməz. Belə ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. Ailə qanunvericiliyində han sı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir.” “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli qərarı 35. “Göstərilən münasibətlər razılaşma ilə tənzimlənmədikdə, ailə münasibətlərinə xitam verilməsi keçmiş ailə üzvü tərəfindən yaşayış sahəsindən istifadə hüququnun itirilməsi üçün əsasdır, bu da öz növbəsində Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə nəzərdə tutulmuş digər qaydaların tətbiqini mümkün edir. Eyni zamanda, digər ailə üzvləri ilə yaşayış sahəsinin mülkiyyətçisi arasında ailə münasibətlərinə xitam verilməsi mütləq qaydada keçmiş ailə üzvü üçün yaşayış sahəsindən istifadə hüququnun itirilməsi ilə nəticələnmir. Mənzil Məcəlləsinin 30.4-cü maddəsi bir neçə halda bu hüququn saxlanılması imkanını nəzərdə tutur. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əl də etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Mənzil Məcəlləsinin 30.4-cü maddəsi mənzil ehtiyaclarının təmin olunması üçün heç bir başqa imkanı və vəsaiti olmayan keçmiş ailə üzvlərinin bu ehtiyaclarının ödənilməsi məqsədilə yaşayış sahəsinin mülkiyyətçisinin hüquqlarının müəyyən müddətə məhdudlaşdırılmasına yol verir. Beləliklə, yaşayış sahəsindən istifadə hüququnun mövcud olması üçün əsaslar olmadıqda belə bu hüquq, keçmiş ailə üzvünün m ənzil maraqlarının qorunması məqsədilə məhkəmə qaydasında saxlanıla bilər. Bu mənada həmin hüququn Mənzil Məcəlləsinin 30.4-cü maddəsində nəzərdə tutulan ağlabatan və ədalətli əsas olduğu halda həyata keçirilməsi və bu hüququn yalnız müəyyən müddətə saxlanılması mülkiyyətçinin hüququnun məhdudlaşdırılmasının mütənasibliyinə dəlalət edir. Mülkiyyətçinin keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququnun saxlanılması müddətinin (davamlılığının) müəyyənləşdirilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxaraq, Mənzil Məcəlləsi hər bir halda müvafiq yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvlərinin həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanılması üçün həqiqətən də əsasların olub-olmamasının yoxlanılmasının vacibliyini nəzərdə tutur, həmin şəxslərin istifadədə olan yaşayı ş sahəsindən çıxarılması isə yalnız işin hüquqi əhəmiyyət kəsb edən bütün hallarının məhkəmə tərəfindən yoxlanılmasından sonra mümkündür”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
39. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
40. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı m ünasibətinə uyğun əsaslandırılmalıdır.
41. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
43. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən as ılı olmayaraq yoxlanılmalıdır.
44. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
45. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
46. Hazırkı kassasiya şikayətində cavabdeh apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyindən məhkəmənin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
47. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçının yaşayış sahəsindən istifadə hüququnun 3 il müddətində saxlanılması hissəsində dəyişdirilərək həmin müddət 2 il müəyyən edilməli, qalan hissələrdə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
48. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı və cavabdeh xx.xx.2017-ci il tarixdə rəsmi nikaha girərək ailə qurmuş, birgə nikahdan tərəflərin xx.xx.2018-ci il təvəllüdlü Səid adında uşaqları dünyaya gəlmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə tərəflərin nikahı pozulmuş və uşaq ananın himayəsinə verilmişdir. İddiaçı 25 oktyabr 2019-cu il tarixdən cavabdehə məxsus evdən çıxıb getmişdir. Onun cehiz əşyalarının bir hissəsi mübahisəli evdə qalmışdır.
49. Apellyasiya instansiyası məhkəməsi iddiaçının özünü yaşayış sahəsi ilə təmin etmək imkanının olmadığını əsas göstərərək, mübahisəyə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsini tətbiq etməklə İddiaçı Cavabdeh3 məxsus ünvan 2 ünvanda yerləşən mənzildən istifadə hüququnun 3 il müddətə saxlanılmasını mümkün hesab etmişdir.
50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisəli mənzildən istifadə hüq uqunun 3 il müddətinə müəyyən olunması hissəsində qanuni və əsaslı olmamaqla, iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır.
51. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.
52. Məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən maddənin göstərişləri nəzərə alınmaqla iddiaçının mübahisəli evdən istifadə hüququnun 3 il müddətinə saxlanması mülkiyyətçi kimi Cavabdeh1 Hikmət oğlunun qanunvericiliklə müəyyən olunmuş mülkiyyət hüququnu əhəmiyyətli dərəcədə pozur.
53. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
54. Həmin Məcəllənin 152.5.-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətl ər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 55. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
56. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi iddiaçının yaşayış sahəsindən istifadə hüququnun 3 il müddətində saxlanılması hissəsində dəyişdirilərək həmin müddət 2 il müəyyən edilməli, qalan hissələrdə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
57. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsi Mü lki kollegiyasının 2(104)-385/2023 nömrəli, 19 yanvar 2023-cü il tarixli qətnaməsi “iddiaçının yaşayış sahəsindən istifadə hüququnun 3 il müddətində saxlanılması hissəsində dəyişdirilərək həmin müddət 2 il müəyyən edilsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.