Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2095/2024 09.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: işə bərpa, əmrin ləğvi (Əmək Məcəlləsi 68-ci maddəsinin 2-ci hissəsinin a bəndi ilə), məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmrin ləğv edilməsi və sair tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-5443/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 09 iyul 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra – iddiaçı) ilə Cavabdeh MMC (bundan sonra – cavabdeh və ya MMC) arasında xx.xx.2020-ci il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən MMC-yə təhlükəsizlik şöbəsinin təhlükəsizlik rəisi tam iş rejimli vəzifəsinə işə qəbul edilmişdir.
2. Tərəflər arasında xx.xx.2020-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixlərdə həmin əmək müqaviləsinə əlavə və dəyişikliklər edilməsinə dair əlavə sazişlər bağlanılmışdır.
3. Əmək müqaviləsinin müddəti başa çatdığı xx.xx.2022-ci il tarixdə isə işəgötürən tərəfındən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bən dinin tələblərinə əsaslanaraq (əmək müqaviləsinin müddətinin qurtarması) 443-K saylı əmr ilə əmək müqaviləsinə xitam verilmiş, bu barədə “Əmək müqaviləsinin bağlanması ilə bağlı Əmək müqaviləsinin xxxxxxx0001X0 №-li bildirişi” X1nə xx.xx.2022-ci il tarixdə daxil edilmişdir.
4. İddiaçı mediasiya təşkilatına müraciət etmiş və ilkin mediasiya prosesinin tətbiqi barədə təklif xx.xx.2022-ci ildə göndərilmiş, ilkin mediasiya təklifindən sonra prosesin davam etdirilə bilməməsi barədə arayışı isə xx.xx.2022-ci il tarixdə əldə etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı iddia ərizəsi və iddia ərizəsinə dəqiqləşmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh MMC arasında bağlanmış "xxxx" xitam verilməsi ilə bağlı MMC-nin xx.xx.20 22-ci il tarixli, 443-K saylı əmrinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi, onun işə bərpa olunması, məcburi iş buraxdığı dövr üçün ştat cədvəlinə uyğun olaraq əmək haqqının ödənilməsi, "xxxx" xx.xx.2022-ci il tarixdə xitam verildiyi halda əmək haqqının xx.xx.2022-ci il tarixədək olan müddətə ödənildiyinə görə qalıq 2 günün əmək haqqının ona ödənilməsi, ilkin mediasiya sessiyasının xərcinə görə 50 manat, "xxxx" ASCdən bank hesabından çıxarışı xx.xx.2023-cü il tarixdə əldə etdiyinə görə banka ödədiyi pulun əvəzi olaraq 30 manat məbləğində pulun cavabdeh MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini işin yuxarıda qeyd olunan faktiki hallarına istinadən belə əsaslandırmışdır ki, MMC tərəfindən onun "xxxx" xitam verilərkən əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. Belə ki, onunla “Əmək müqaviləsi” ilkin olaraq 6 ay müddətinə bağlanmış və bununla bağlı xxxxxxx000100 №-li əmək müqaviləsi bildirişi X1nə xx.xx.2020-ci il tarixdə daxil edilmişdir. Həmin bildirişdə "xxxx" bağlandığı tarix xx.xx.2020-ci il, müqavilənin qurtardığı tarix xx.xx.2020-ci il göstərilmişdir.xx.xx.2020-ci tarixdə qarşılıqlı razılıq əsasında iddiaçı, təhlükəsizlik qrup rəhbəri vəzifəsinə keçirilmişdir. Bu barədə “Əmək müqaviləsinə əlavə” imzalanmış və bununla bağlı xxxxxxx000101 №-li əmək müqaviləsi bildirişi X1nə xx.xx.2020-ci il tarixdə daxil edilmiş, həmin bildirişdə "xxxx" bağlandığı tarix xx.xx.2020-ci il, müqavilənin qurtardığı tarix isə xx.xx.2021-ci il göstərilmişdir. Yəni "xxxx" müddəti 9 aya qədər müddətə uzadılmışdır. Bundan son ra, 2021-ci ildə "xxxx" müddəti 1 il müddətinə uzadılmış, bu barədə “Əmək müqaviləsinə əlavə” imzalanmış və bununla bağlı xxxxxxx000102 №-li əmək müqaviləsi bildirişi X1nə daxil edilmişdir. Lakin işəgötürən tərəfindən iddiaçıya bu bildiriş verilməmişdir. Sonradan, yəni xx.xx.2022-ci il tarixdə işəgötürən tərəfindən əmək haqqı ştat cədvəlinə əsasən 1.300 manat məbləğinə dəyişdirilmişdir. Bu barədə “Əmək müqaviləsinə əlavə” imzalanmış və bununla bağlı xxxxxxx000103 №-li əmək müqaviləsi bildirişi X1nə xx.xx.2022-ci il tarixdə daxil edilmiş, həmin bildirişdə əmək müqaviləsinin bağlandığı tarix xx.xx.2020-ci il, müqavilənin qurtardığı tarix isə xx.xx.2021-ci il göstərilmişdir. xx.xx.2022-ci il tarixdə razılıq ərizəsinə əsasən iddiaçı, təhlükəsizlik şöbəsinin mühafizə və nəzarət bölməsinə (1-c i qrup) tam iş rejimli mühafizə və nəzarət bölmə müdiri vəzifəsinə keçirilmişdir. Bu barədə “Əmək müqaviləsinə əlavə” imzalanmış və bununla bağlı xxxxxxx000104 №-li əmək müqaviləsi bildirişi X1nə xx.xx.2022ci il tarixdə daxil edilmiş, həmin bildirişdə əmək müqaviləsinin bağlandığı tarix xx.xx.2020-ci il, müqavilənin qurtardığı tarix isə xx.xx.2021-ci il göstərilmişdir. Yuxarıda qeyd etdiyi kimi, ilkin əmək müqaviləsi 6 ay müddətinə bağlansa da, sonrakı dəyişikliklərə (X1nə yerləşdirilmiş xxxxxxx000101 №-li bildirişdə göstərilən məlumata əsasən) görə "xxxx" müddəti 9 ay müddətinə uzadılmışdır. Bundan sonra isə "xxxx" müddəti (xxxxxxx000102, xxxxxxx000103 və xxxxxxx000104 №-li bildirişlərdə göstərilən məlumata əsasən) 1 il müddətinə uzadılmışdır. Yəni işəgötürən tərəfindən X1nə yerləşdirilmi ş məlumatlara (bildirişlərə) əsasən onun əmək müqaviləsinin müddəti müvafiq olaraq xx.xx.2022-ci il tarixdə bitməli idi. Buna baxmayaraq, MMC-nin müvafiq vəzifəli şəxsi tərəfindən "xxxx" müddəti ilkin müqavilədə göstərilən 6 ay kimi hesablanmış, həqiqətdə isə müqavilənin vaxtı 1 il olmaqla xx.xx.2023-cü il tarixdə bitməli idi. Yəni, iddiaçının "xxxx" müddətinin qurtarmasına 6 ay qaldığı halda, işəgötürən tərəfindən onun razılığı olmadan xx.xx.2022-ci il tarixdə müqaviləyə xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinə müvafiq olaraq bildirişlərdə göstərilən əmək müqaviləsinin qurtardığı tarixdən sonra, xx.xx.2021-ci il tarixdə bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etməmiş, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə, yəni 1 ilə uzadılmışdır. Eyni hal xx.xx.2022-ci il tarixdə baş vermiş, yəni tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etməmiş, buna görə müqavilə əvvəl müəyyən edilmiş müddətə – xx.xx.2023-cü il tarixədək uzadılmışdır. Buna baxmayaraq, işəgötürən tərəfindən Qanunun bu tələbinə əməl edilməyərək müqavilənin qurtarma tarixi xx.xx.2022-ci il tarixi kimi səhvən müəyyən edilmiş, nəticədə iddiaçının "xxxx" vaxtından 6 ay əvvəl əsassız və qanunsuz olaraq xitam verilmişdir. Bundan əlavə, iddiaçı ilə bağlanmış "xxxx" xx.xx.2022-ci il tarixdə xitam verildiyi halda, əmək haqqı xx.xx.2022-ci il tarixədək olan müddətə ödənilmişdir. Belə ki, MMC-nin iddiaçıya ünvanladığı İR-2511 №-li xəbərdarlıq məktubunda xx.xx.2022-ci il tarixdə "xxxx" xitam veriləcəyi bildirilərək işlərinin yekunlaşdırı lması və sənədlərinin təhvil alınması üçün MMC-nin ofisinə yaxınlaşması xahiş edilmiş, iddiaçı, xx.xx.2022-ci il tarixdə MMC-nin ofisinə gəldikdə ona sənədləri və işlərini yekunlaşdırmağa 2 gün vaxt verilmiş, tam iş rejimli qaydada həmin 2 gün o, işdə olmuş, əmək funksiyasını yerinə yetirmiş, lakin işəgötürən tərəfindən həmin 2 gün əsassız olaraq nəzərə alınmamış, "xxxx" xx.xx.2022-ci il tarixdə xitam verildiyi halda əmək haqqı xx.xx.2022ci il tarixədək olan müddətə ödənilməklə 2 günün əmək haqqı ona ödənilməmiş, əmrin surəti ona verilməmişdir. Bu da onu göstərir ki, işəgötürən tərəfindən Əmək Məcəlləsinin 83-cü 2-ci hissəsində göstərilən “əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzu niyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir” tələbi kobud şəkildə pozulmuşdur. Bundan başqa, tutduğu vəzifəyə görə əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işi və göstərdiyi xidmət daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu və Əmək Məcəlləsinin 47-ci maddəsi ilə müəyyən edilən hallar olmadığı halda "xxxx" müddəti müəyyən edilmədən bağlanmalı idi, lakin cavabdeh MMC-nin rəhbərliyi tərəfindən Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsinin tələblərinə əməl edilməmiş, “Əmək müqaviləsi” müddətli bağlanılmışdır. Yuxarıda qeyd edilən faktlar onu göstərir ki, işəgötürən tərəfindən X1ndə əmək müqaviləsinin bildirişlərində göstərilən məlumata (əmək müqaviləsinin qurtardığı tarixə) zidd olaraq müqaviləyə 6 ay vaxtından əvvəl xitam verməklə Əmək Məcəlləsinin 45, 46, 49cu maddələrinin tələbləri kobud şəkildə pozulmuşdur. İddiaçının faktiki işdə olduğu 2 günün əmək haqqını ödəməməklə işəgötürən tərəfindən Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinin tələbləri kobud şəkildə pozulmuşdur.
7. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, əmək bildirişini elektron portaldan iddiaçı özü şəxsən daxil olaraq çıxarış edə bilər. MMC ilə iddiaçı arasında “Əmək müqaviləsi” 6 ay müddətində bağlanılmışdır. 6 ayın sonunda isə "xxxx" uzadılması müddəti bitmişdir və MMC tərəfindən müddət uzadılmamışdır. İddiaçı tərəfindən işdə iki gün əlavə işləməsi halı olmamışdır. Elektron bildirişin bir gün gecikmə ehtimalı ola bilər. İddiaçının məzuniyyətdən geri çağırı lmasını qəbul etmirlər və bununla bağlı iddiaçının heç bir sübutu yoxdur. İddia tələbinin əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir.
8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 9 iyun 2023-cü il tarixli, e-2(006)-706/2023 nömrəli qətnaməsi ilə (hakim Ceyhun Tağıyev) iddia qismən təmin edilərək, ödənilməmiş əmək haqqının əvəzi olaraq 118,18 manat, mediasiya xərci qismində ödənilmiş 50 manat və bank hesabından çıxarışın əldə edilməsi ilə əlaqədar ödənilmiş 30 manat pul vəsaitinin cavabdeh MMC-dən iddiaçının xeyrinə tutulması, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manatın cavabdeh MMCdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesab üzrə ödənilməsi, iddianın qalan hissəd ə rədd edilməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsinin mövqeyinə görə iddiaçı ilə cavabdeh arasında 01 aprel 2020-ci il tarixdə müddətli əmək müqaviləsi bağlanılmış, bundan sonra, müxtəlif vaxtlarda yəni, xx.xx.2020-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixlərdə həmin əmək müqaviləsinə əlavə və dəyişikliklər edilməsinə dair əlavə saziş bağlanılmışdır. Bağlanılmış əmək müqaviləsinin müddəti başa çatdığı xx.xx.2022-ci il tarixdə isə işəgötürən tərəfındən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinin tələblərinə əsaslanaraq (əmək müqaviləsinin müddətinin qurtarması) 443-K saylı əmr ilə əmək müqaviləsinə xitam verilmiş, bu barədə «Əmək müqaviləsinin bağlanması ilə bağlı Əmək müqaviləsinin xxxxxxx0001X0 №-li bildirişi» X1nə xx.xx.2022-ci il tarixdə daxil edilmişdir.
10. Məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən əmək müqaviləsinə 6 oktyabr 2022-ci il tarixdə xitam verildiyi halda əmək haqqı 04 oktyabr 2022-ci il tarixədək olan müddətə ödənildiyinə görə qalıq 2 günün əmək haqqının iddiaçıya ödənilməməsi ilə onun hüquqları pozulduğundan iddia tələbi – 2 gün əlavə iş üçün ödənilməmiş əmək haqqının əvəzinin cavabdehdən tutulmasına dair və bank hesabından çıxarışın əldə edilməsi ilə əlaqədar ödənilmiş 30 manat pul vəsaitinin cavabdehdən tutulmalı olmasına dair hissələrdə əsaslıdır. Müəyyən edilmişdir ki, cavabdeh tərəfindən əmək müqaviləsinə 6 oktyabr 2022-ci il tarixdə xitam verildiyi halda iddiaçı faktiki işdə olduğu 2 günün əmək haqqını ödəməməklə onun tərəfindən Əmək Məcəlləsinin 83 (2)-ci maddəsinin tələ bləri kobud şəkildə pozulmuşdur. Müəyyən edilmişdir ki, iddiaçıya əmək fəaliyyəti ilə məşğul olduğu 2 iş günü üçün ödənilməmiş əmək haqqı 118,18 manat təşkil edir. Həmçinin müəyyən edilmişdir ki, iddiaçı tələbin qeyd edilən hissəsinin sübutu olan "xxxx" ASC-dən bank hesabından çıxarışı 09 yanvar 2023-cü il tarixdə əldə etdiyinə görə banka 30 manat məbləğində pul ödəmişdir.
11. Birinici instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı ilə cavabdeh arasında 01 aprel 2020-ci il tarixdə müddətli əmək müqaviləsi bağlandıqdan sonra müxtəlif vaxtlarda yəni, xx.xx.2020-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixlərdə həmin əmək müqaviləsinə əlavə və dəyişikliklər edilməsinə dair əlavə sazişlər bağlanılmışdır. Bağlanılmış əmək müqaviləsinin müddəti başa çatd ığı xx.xx.2022-ci il tarixdə isə işəgötürən tərəfindən 443-K saylı əmr ilə əmək müqaviləsinə xitam verilmişdir. Beləliklə də, iddiaçının əmək müqaviləsinə vaxtından 6 ay əvvəl əsassız və qanunsuz olaraq xitam verilməsinə dair dəlilini məhkəmə əsassız saymışdır.
12. Məhkəmə həmçinin iddiaçının tutduğu vəzifəyə görə əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işi və göstərdiyi xidmət daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu və Əmək Məcəlləsinin 47-ci maddəsi ilə müəyyən edilən hallar olmadığı halda əmək müqaviləsinin müddəti müəyyən edilmədən bağlanmalı olmasına, lakin cavabdehin rəhbərliyi tərəfindən Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsinin tələblərinə əməl edilməyərək, əmək müqaviləsinin müddətli bağlanılmasına dair dəlillərinə qiymət verərək qeyd etmişdir ki, işçi ilə əmək müqaviləsinin müddətli və ya müddətsiz bağlanması, bu növ müqavilələrin hər hansı birinin bağlanması halının əmək funksiyasının və görüləcək işlərin daimi və ya müvəqqəti xarakter daşımasından asılı edilməsi mübahisələrin düzgün həlli və Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsi ilə müəyyən edilən əmək hüquqlarının qorunması baxımından mühüm əhəmiyyət daşıyır.
13. Məhkəmə iddiaçı ilə müddətli əmək müqaviləsinin Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin tələbləri çərçivəsində tərəflərin qarşılıqlı razılığı ilə bağlandığını və həmin müqavilənin bilavasitə iddiaçının iradəsini ifadə etməsi ilə bağlı işin hallarına münasibətdə qeyd etmişdir ki, sözügedən norma əmək müqaviləsinin tərəfləri arasında bağlanmış istənilən müqaviləni deyil, tərəflərin həqiqi hü quq bərabərliyi prinsipinə əməl etməklə qarşılıqlı razılıq əsasında bağladıqları müqavilələri nəzərdə tutur. Əmək qanunvericiliyi tərəflərin qarşılıqlı razılığını əmək müqaviləsinin xitamının müstəqil əsası kimi fərqləndirmir. O, yalnız əmək müqaviləsi bağlanarkən əmək müqaviləsinə xitam verilməsinin əlavə halı kimi nəzərdə tutula bilər. Bu hal üzrə əmək müqaviləsinə xitam verilməsi həm işçinin, həm də işəgötürənin əmək müqaviləsinin xitamına yönəlmiş razılaşdırılmış şəkildə iradə ifadəsi mövcud olduqda mümkün ola bilər. İş materiallarından görünür ki, iddiaçı ilə əmək müqaviləsi müddətsiz olmaqla hazırki əmək müqaviləsinin məzmunu baxımından da iddiaçının əmək funksiyasının və gördüyü işin daimi xarakter daşıması cavabdeh tərəfindən təsdiq edilməmiş və bu mövqe əmək münasibətlərinin könül lü xarakter daşıması faktı, habelə işçinin işə qəbul zamanı müqaviləyə imza çəkərək könüllü iradə ifadəsini əks etməsi faktı, eyni müqavilə forması üzrə əmək münasibətinin davam etməsi faktının nəzərə alınmalı olması ilə əsaslandırılmışdır. Məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfin mövqeyi Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin məzmunu ilə uzlaşdığından iddiaçının buna dair dəlilləri əsassızdır. Məhkəmə həmçinin hesab etmişdir ki, iddiaçı işəgötürən tərəfindən işdən azad edilərkən, eləcə də, onunla müddətli əmək müqaviləsi bağlanarkən və həmin müqaviləyə əlavə və dəyişikliklər edilərkən, onun hər hansı hüququnun pozulmasına dair irəli sürdüyü dəlillər hər hansı mötəbər sübutlarla öz təsdiqini tapmamışdır.
14. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikasın ın Əmək Məcəlləsinin 3.5-1, 7.2-1, 45, 46, 74, 49, 68.2, 73, 83, 154-cü maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 80-cı maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
15. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması ilə çıxarıldığından, qətnamədə gəlinmiş nəticə əsaslandırılmadığından, maddi və prosessual hüquq normalarının pozuntusuna yol verildiyindən qanunsuz və əsassız hesab edilərək iddianın təmin edilməməsi hissəsində ləğv edilməli dir.
17. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-5443/2023 nömrəli iş üzrə 10 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər M.A.Məmmədov (sədrlik edən və məruzəçi), F.Ş.Talışinski və A.N.İmanov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmışdır.
18. Apellyasiya məhkəməsi tətbiq edilən maddi hüquq normalarının tələblərini hazırki işin müəyyən edilmiş hallarına tətbiq etməklə hesab etmişdir ki, iddiaçının əmək müqaviləsinə vaxtından 6 ay əvvəl əsassız və qanunsuz olaraq xitam verilməsinə dair dəlili əsassızdır. İşçi ilə əmək müqaviləsinin müddətli və ya müddətsiz bağlanması, bu növ müqavilələrin hər hansı birinin bağlanması halının əmək funksiyası nın və görüləcək işlərin daimi və ya müvəqqəti xarakter daşımasından asılı edilməsi mübahisələrin düzgün həlli və Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsi ilə müəyyən edilən əmək hüquqlarının qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Məhkəmə qeyd etmişdir ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi əmək müqaviləsinin tərəfləri arasında bağlanmış istənilən müqaviləni deyil, tərəflərin həqiqi hüquq bərabərliyi prinsipinə əməl etməklə qarşılıqlı razılıq əsasında bağladıqları müqavilələri nəzərdə tutur.
19. Məhkəmə həmçinin qeyd etmişdir ki, əmək qanunvericiliyi tərəflərin qarşılıqlı razılığını əmək müqaviləsinin xitamının müstəqil əsası kimi fərqləndirmir. O, yalnız əmək müqaviləsi bağlanarkən əmək müqaviləsinə xitam verilməsinin əlavə halı kimi nəzərdə tutula bilər. B u hal üzrə əmək müqaviləsinə xitam verilməsi həm işçinin, həm də işəgötürənin əmək müqaviləsinin xitamına yönəlmiş razılaşdırılmış şəkildə iradə ifadəsi mövcud olduqda mümkün ola bilər.
20. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 3.5-1, 7.2-1, 45, 46, 74, 49, 68.2, 73, 83, 154-cü maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 80-cı maddələrinə istinadla əsaslandırmışdır Kassasiya şikayətinin dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
21. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinə təqdim edilən xxxxxxx 000101 №-li bildirişin “Digər məlumatlar” bölməsində olan məlumatlara diqqət yetirildikdə müəyyən edilir ki, işəgötürən tərəfindən müddətli əmək müqaviləsinin müddətinin qurtardığı tarix “xx.xx.2021”-ci il göstərilmişdir. Lakin, apellyasiya instansiya məhkəməsi qətnamə qəbul edərkən bu maddi normanı düzgün tətbiq etməmişdir. Lakin, əgər işəgötürən tərəfindən texniki səhv ucbatından bu dəyişikliklər edilmişdirsə qeyd edilən texniki səhvlərə düzəliş edilməsi məqsədilə səlahiyyət verilməsi üçün cavabdeh tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında müraciət olunmalı idi. İş materiallardan da göründüyü kimi, işəgötürən (Cavabdeh) tərəfindən düzəlişlərin edilməsi haqqında müraciət etməsi haqqında heç bir sənəd (sübut) təqdim edilməmişdir. Bu da onu göstə rir ki, cavabdeh əmək müqaviləsinin müddətinin bitməsi ilə bağlı iradəli şəkildə dəfələrlə dəyişiklər etsə də, müqaviləyə xitam verərkən həmin dəyişiklikləri əsassız olaraq, qanunvericiliyin tələblərinə zidd olaraq nəzərə almamışdır. Lakin, apellyasiya instansiya məhkəməsi qətnamə qəbul edərkən bu maddi normanı düzgün tətbiq etməmişdir. Belə ki, əmək müqaviləsində dəyişikliklər edilməsi ilə bağlı “Bildiriş”də müvafiq sahədə bununla bağlı əvvəlki və dəyişiklik edilən məlumat və şərtlər daxil edilir. Birinci instansiya məhkəməsinə təqdim edilən xxxxxxx000101 №-li bildirişin “Digər məlumatlar” bölməsində olan məlumatlara diqqət yetirildikdə müəyyən edilir ki, işəgötürən tərəfindən müddətli əmək müqaviləsinin müddətinin qurtardığı tarix “xx.xx.2021”-ci il göstərilmişdir. Bildirişin həmin bölmə sində müddətli əmək müqaviləsinin müddətinin qurtardığı əvvəlki tarixi də - xx.xx.2020-ci il əks edilmişdir. Yəni işə götürən tərəfindən “xxxxxxx000101 №-li Bildiriş”də yuxarıda istinad edilən Qaydaların 5-1-ci maddəsinin tələblərinə riayət edilmiş, əmək müqaviləsində dəyişikliklər edilmiş və “Bildiriş”də məlumatlar ilkin və ya əvvəlki dəyişiklikdən sonra sonuncu redaksiyası avtomatik rejimdə göstərilmiş, dəyişikliklər edilən məlumatlar əvvəlki məlumatların əvəzinə bildirişə daxil edilmişdir. İşəgötürən tərəfindən “xxxxxxx000102 №-li Bildiriş”də isə müqavilənin müddətinin qurtardığı tarixdə bundan əvvəl edilmiş və qüvvəyə minmiş dəyişiklikdə yeni dəyişiklik olmadığından sadəcə xx.xx.2021-ci il tarixi göstərilmişdir. Eyni qaydada “xxxxxxx000104 №-li Bildiriş”də də, müqavilənin müddətinin qurtardığı tarixdə bundan əvvəl edilmiş və qüvvəyə minmiş dəyişiklikdə yeni dəyişiklik olmadığından sadəcə xx.xx.2021-ci il tarixi göstərilmişdir. Bu da onu göstərir ki, Əmək Məcəlləsinin 73-cü maddəsinə müvafiq olaraq müqaviləyə xitam verilməmişdən əvvəl sonuncu olan “xxxxxxx000104 №-li Bildiriş”də göstərilən əmək müqaviləsinin qurtardığı tarixdən sonra, yəni 01 aprel 2021-ci il tarixdən sonra bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmədiklərindən həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə, yəni 1 ilə uzadılmışdır. Nəzərə alınmalıdır ki, əmək müqaviləsi tərəflərin arasında bağlanmış istənilən müqaviləni deyil, tərəflərin həqiqi hüquq bərabərliyi prinsipinə əməl etməklə qarşılıqlı razılıq əsasında bağladıqları müqavilələri nəzərdə tutur və əmək q anunvericiliyi tərəflərin qarşılıqlı razılığını əmək müqaviləsinin xitamının müstəqil əsası kimi fərqləndirmir. Bu yalnız əmək müqaviləsi bağlanarkən əmək müqaviləsinə xitam verilməsinin əlavə halı kimi nəzərdə tutula bilər. Bu hal üzrə əmək müqaviləsinə xitam verilməsi həm işçinin, həm də işəgötürənin əmək müqaviləsinin xitamına yönəlmiş razılaşdırılmış şəkildə iradə ifadəsi mövcud olduqda mümkün ola bilər.Birinci və apellyasiya instansiyası məhkəmələri qəbul etdiyi qətnamələrində qeyd etmişlər ki, “Məhkəmə həmçinin hesab edir ki, iddiaçı işəgötürən tərəfindən işdən azad edilərkən, eləcə də, onunla müddətli əmək müqaviləsi bağlanarkən və həmin müqaviləyə əlavə və dəyişikliklər edilərkən, onun hər hansı hüququ pozulmasına dair iddiaçı tərəfin irəli sürdüyü dəlilləri hər hansı mötəbər sübut larla öz təsdiqini tapmamışdır”. Lakin, yuxarıda sadalanan iş materiallarında olan sənədlərin məzmunundan da göründüyü kimi işəgötürən (cavabdeh) tərəfindən əmək müqaviləsinin qurtardığı tarixlərdə ardıcıl olaraq dəyişikliklər etmiş, bu dəyişiklikləri X1ndə olan “Bildiriş”lərdə göstərmiş, bununla da öz iradə ifadəsini ardıcıl olaraq bir neçə dəfə bildirmiş, iddiaçı isə həmin “Bildiriş”lərdə əks edilmiş məlumatlarla tanış olmuş, buna hər hansı bir etirazını bildirməmiş, bununla da, öz növbəsində, razılığını ifadə etmiş, nəticədə əmək müqaviləsində onun qurtardığı vaxtla bağlı dəyişikliklər qüvvəyə minmişdir. Birinci instansiya məhkəməsində və apellyasiya məhkəməsində işə baxılarkən işəgötürənin (Cavabdehin) nümayəndəsi bildirmişdir ki, “Bildiriş”lərdə əks olunan əmək müqavilələrin tarixləri n dəyişdirilməsi “X1”nə məlumatları daxil edərkən kadr heyətinin etdiyi texniki səhvlərdən baş vermiş, buna görə həmin dəyişikliklərə formal yanaşılmalı, “Bildiriş”lərdə olan məlumat hər hansı bir hüquqi nəticə yaratmamalıdır. Lakin, əgər işəgötürən tərəfindən texniki səhv ucbatından bu dəyişikliklər edilmişdirsə qeyd edilən texniki səhvlərə düzəliş edilməsi məqsədilə səlahiyyət verilməsi üçün cavabdeh tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında müraciət olunmalı idi. İş materiallardan da göründüyü kimi, işəgötürən (cavabdeh) tərəfindən düzəlişlərin edilməsi haqqında müraciət etməsi haqqında heç bir sənəd (sübut) təqdim edilməmişdir. Bu da onu göstərir ki, cavabdeh əmək müqaviləsinin müddətinin bitməsi ilə bağlı iradəli şəkildə dəfələrlə dəyişiklə r etsə də, müqaviləyə xitam verərkən həmin dəyişiklikləri əsassız olaraq, qanunvericiliyin tələblərinə zidd olaraq nəzərə almamışdır. Lakin, məhkəmələr tərəfindən iş üçün əhəmiyyət kəsb edən halları sübut edən “Bildiriş”lər və orada əks edilmiş məlumatlara qiymət verilməmişdir.Məhkəmələr qətnamələrinin əsaslandırıcı hissəsində Avropa Məhkəməsinin istifadə etdiyi standartlara və prinsiplərinə, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarına toxunmuş, lakin istinad etdiyi standart və prinsiplərə zidd olaraq cavabdehin əmək müqaviləsinin qurtardığı tarixlərdə dəyişiklik edilməsinin texniki səhvlərə yol verilməsi səbəbindən baş verdiyini təsdiq edən hər hansı bir sübutu təqdim etmədiyi halda həmin “Bildiriş”lərdə olan məlumatların mötəbərliyinə əsassız olaraq şübhə il ə yanaşmış, həmin dəyişiklikləri sübut kimi qiymətləndirməmişdir. Cavabdehin əmək müqaviləsində dəfələrlə edilən dəyişikliklərin Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin esisteminə texniki səhv olaraq daxil edilməsi ilə bağlı verdiyi ifadəsi heç bir sübut və dəlillə təsdiq edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi
24. Maddə 3.(bənd 5-1).Əmək müqaviləsi bildirişi bu Məcəllənin 7-ci maddəsinin 2-1ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş X1ndə elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgöt ürən tərəfindən həmin X1nə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir.
25. Maddə 7.(bənd 2).Əmək münasibətləri yazılı formada əmək müqaviləsi bağlandıqda yaranır.
26. Maddə
45. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.
27. Maddə 45.4.Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.
28. Maddə 47.(bənd f). Tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər.
29. Maddə 68.2 (bənd b).Əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsasıdır
30. Maddə 73.1.Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.
31. Maddə 154.1.Əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfındən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
32. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim e tdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
36. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etm əyə yol verilmir.
37. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
38. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırm ası kimi qiymətləndirilməməlidir.
39. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissələrdə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
41. Belə ki, iddiaçının tələbinin əsası ondan ibarət olmuşdur ki, işəgötürənlə arası nda bağlanmış sonuncu dəyişikliklərlə müddətin uzadılmasına baxmayaraq onunla bağlanmış əmək müqaviləsinə altı ay əvvəl xitam verilmiş və yerinə yetirdiyi iş daimi xarakterli olmasına baxmayaraq onunla müqavilə əsassız olaraq müddətli bağlanmışdır.
42. İşin faktiki hallarını araşdırmaq səlahiyyətinə malik olman məhkəmələr müəyyən etmişlər ki, iddiaçı ilə bağlanmış ilkin müqavilədə müddət 6 ay müəyyən edilmiş, tərəflər arasında bağlanmış sonrakı dəyişikliklərdə isə müqavilənin müddətinin artırılması ilə bağlı hər hansı şərt olmamışdır. Müqaviləyə edilən dəyişikliklər iddiaçının müxtəlif vəzifələrlə keçirilməsi və əmək haqqının məbləğinin müəyyən edilməsi ilə bağlı olmuşdur.
43. İşin müəyyən edilmiş hallarından aydın olur ki, müqavilələrdə müddətin uzadılması ilə bağlı razılaşmanın olmamasın a baxmayaraq həmin dəyişikliklər üzrə elektron sistemə ayrı-ayrı, bir-birini tamamlamayan və özlüyündə səhv məlumatlar daxil edilmişdir.
44. Cavabdeh tərəf isə bildirişdə olan məlumatların yanlışlığının texniki səhv olaraq həyata keçirildiyini bəyan etmişdir.
45. Məhkəmə kollegiyası müəyyən edilmiş hallar baxımından belə qənaətə gəlir ki, nə qədərki tərəflər arasında bağlanmış müqaviləyə əlavələrdə müddətin uzadılması ilə bağlı şərtlər mövcud deyil, bildirişdə olan qeyri-dəqiq məlumatlara əsaslanmaqla müqavilənin müddətinin uzadılması nəticəsinə gəlmək mümkünsüzdür.
46. Digər tərəfdən məhkəmə tərkibi qeyd edir ki, əmək qanunvericiliyi tərəflərin qarşılıqlı razılığını əmək müqaviləsinin xitamının müstəqil əsası kimi fərqləndirmir. O, yalnız əmək müqaviləsi bağlanarkən əmək müqaviləsinə xita m verilməsinin əlavə halı kimi nəzərdə tutula bilər. Bu hal üzrə əmək müqaviləsinə xitam verilməsi həm işçinin, həm də işəgötürənin əmək müqaviləsinin xitamına yönəlmiş razılaşdırılmış şəkildə iradə ifadəsi mövcud olduqda mümkün ola bilər.
47. Məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət vermişdir.
48. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətd ə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
49. Bu səbəbdən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.
50. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 oktyabr 2023-cü il tarixli, 2(103)-5443/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.