Məhkəmə qərarları › İş №2(102)-2095/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2095/2025

01.07.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2095/2025 01.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 Mənzil Tikinti Kooperativinə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkünlüyü, prosessual müddətin ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 Mənzil Tikinti Kooperativi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “müqavilənin etibarsız, çı xarışın ləğv edilməsi, cavabdehin mənzildən çıxarılması, iddiaçının mənzilə köçürülməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli 2(103)-4525/2024 nömrəli qərardadından İddiaçı kassasiya şikayətinə 01 iyul 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı (bundan sonra “iddiaçı”) cavabdehlər Cavabdeh2, Cavabdeh1 MTK-ya və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi (əlavə ərizə) ilə məhkəməyə müraciət edərək Cavabdeh2 ilə Cavabdeh1 MTK arasında ünvan 1 ünvanında 1 nömrəli 15 mərtəbəli yaşayış binasının 13-cü mərtəbəsində yerləşən 88 nömrəli mənzilə dair bağlanmış 047 nömrəli, xx.xx.2006-cı il tarixli müqavilənin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydlər və bu qeydlər əsasında Cavabdeh2 adına verilmiş ünvan 2 ünvanına dair xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli və xx.xx.2021ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışların ləğv edilməsi, Cavabdeh2 və onun ailə üzvlərinin həmin mənzildən çıxarılmaqla, iddiaçının həmin mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)476/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh2 ilə Cavabdeh1 MTK arasında Bakı şəhəri, Y.Əliyev küçəsi,1 ünvanında 1 No-li 15 mərtəbəli yaşayış binasının 13-cü mərtəbəsində yerləşən 88 №-li mənzilə dair bağlanmış 047 №-li, xx.xx.2006-cı il tarixli müqavilənin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydlər və bu qeydlər əsasında Cavabdeh2 adına verilmiş ünvan 2 ünvanına dair xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli və xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışların ləğv edilməsi; Cavabdeh2 həmin mənzildən çıxarılması, iddiaçının həmin mənzilə köçürülməsi qət edilmiş, iddia “ailə üzvlərinin həmin mənzildən çıxarılması” hissəsində rədd edilmişdir. (hakim Tahirə Əsədova) b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

3. Cavabdeh2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddian ın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4894/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmuş, qətnamə qismən iddianın təmin olunmuş hissəsində ləğv edilərək, iddia rədd edilmişdir. (hakimlər Rəşad Həsənov (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov, Şeyda Məhərrəmova) c) Kassasiya instansiyası məhkəməsində birinci icraat

5. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv, iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

6. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 17 aprel 2023-cü il tarixli, 2(102)-612/2023 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. ç) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

7. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4098/2023 nömrəli, 25 iyul 2023- cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Vahid Sadıqov (sədrlik edən və məruzəçi), Akif İsgəndərov, Məhəmməd Rüstəmli) d) Kassasiya instansiyası məhkəməsində ikinci icraat

8. Cavabdeh2 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddiasının rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

9. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 58/2024 nömrəli, 21 may 2024-cü il tarixli qərarı ilə kassasiya şika yəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4098/2023 nömrəli, 25 iyul 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş, işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. e) Apellyasiya instansiyası məhkəməsində üçüncü icraat

10. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4525/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 5 may 2022-ci il tarixli, 2(008)476/2022 saylı qətnaməsinin qismən - iddanın təmin olunmuş hissəsində ləğv edilməsi, iddianın həmin hissədə - İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 MTK, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, cavabdehin mənzildən çıxarılması və iddiaçının mənzilə köçürülməsi tələbinə dair hissəsində təmin olunmaması qət edilmişdir. (hakimlər Azad İmanov (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov, Fuad Talışinski)

11. İddiaçının vəkili Vəkil2 kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermişdir.

12. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)1025/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə kassaiya şikayəti qeyri-mümkün sayılmışdır. Əsas vəkilə verilən etibarnamədə vəkilin iddiaçını adından mülki iş üzrə kassasiya şikayəti vermək və imzalamaq səlahiyyətinin olmaması olmuşdur.

13. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4525/2024 nömrəli xx.xx.2025-ci il tar ixli qərardadı ilə iddiaçını kassasiya şikayəti eyni əsasla geri qaytarılmışdır.

14. İddiaçının nümayəndəsi və vəkili Vəkil2 prosessual müddətin bərpa edilməsinə dair ərizə, eyni zamanda təkrarən kassasiya şikayət vermişdir.

15. Müddətin bərpası barədə ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı Apellyasiya Məhkəməsinin 27 noyabr 2024-cü il tarixli qətnaməsindən qanunla müəyyən edilmiş müddət ərzində kassasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Əsas olaraq iddiaçının kassasiya şikayətini tərtib edən vəkilə belə bir səlahiyyətin verilməməsi olmuşdur. İddiaçı özü bütün məhkəmə proseslərində vəkillə təmsil olunmaqla şəxsən iştirak etmişdir. İddiaçı vəkili Vəkil2 adından imza e tmək səlahiyyətlərini əks etdirən etibarnamə vermişdir. Sadəcə həmin etibarnamə texniki yanlışlıqla mülki işlər üzrə təmsil etmək barədə deyil, cinayət işləri üzrə təmsil etməklə bağlı olmuşdur. Burada texniki yanlışlıq olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 2(103)4525/2024 saylı, 27 noyabr 2024-cü il tarixli qətnaməsi konstitusion mülkiyyət hüquqlarını kobud surətdə pozur. Həmin qətnamədən narazıdır. Kassasiya şikayətinin iddiaçının adından vəklin imzalamaq səlahiyyətinin olmaması texniki yanlışlıq ucbatından, yəni üzürlü səbəbdən olmuşdur. İdiaçı vəkilinə onu təmsil etmək barədə (mülki işlər üzrə təmsil etmə haqqında) etibarnamə vermişdir.

16. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4525/2024 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizənin rədd edilməsi və Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4525/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. (hakimlər Azad İmanov (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov, Fuad Talışinski)

17. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, buraxılmış prosessual müddətin üzürlü səbəbdən ötürülməsini sübut edən dəlillər iddiaçı tərəfindən təqdim edilməmişdir.

18. Belə ki, ilk öncə kassasiya şikayəti səlahiyyəti olmayan şəxs tərəfindən təqdim olunmuşdur. İddiaçının adından kassasiya şikayətini verən və imzalayan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd şikayətə əlavə edilməmiş, yalnız vəkilin orderi əlavə edilmişdir. İş materiallarından müəyyən olunur ki, kassa siya şikayəti “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə verilməklə, həmin sistemə şikayət əlavə olunmuş və şikayət yalnız Vəkil2 tərəfindən elektron qaydada imzalanmışdır. Lakin iddiaçı tərəfindən Vəkil2 verilən xx.xx.2022-ci il tarixli etibarnamədə vəkilin iddiaçının adından mülki iş üzrə kassasiya şikayəti vermək və imzalamaq səlahiyyətləri əks olunmamışdır. Ümumiyyətlə, vəkilə verilmiş etibarnamədə MPM-in 74-cü maddəsinə istinad olunmamaqla, həmin maddədə nəzərdə tutulmuş səlahiyyətlərin də heç biri verilməmiş, etibarnamədə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəllənin normalarına istinad edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə kassasiya şikayəti geri qaytarılmışdır. xx.xx.2025-ci il tarixdə iddiaçının nü mayəndəsi və vəkili yanlışlığı aradan qaldıraraq yenidən kassasiya şikayəti vermişdir. Lakin iddiaçı tərəf kassasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş 2 aylıq müddəti ötürmüşdür.

19. Apellyasiya instansiyası məhkəməsi qeyd etdiklərinə əsasən hesab etmişdir ki, iddiaçının nümayəndəsi və vəkili Vəkil2 ərizəsində göstərdiyi hallara əsasən müddətin üzrlü səbəbdən ötürülməsi üçün əsaslar olmadığından ərizə təmin edilə bilməz.

20. Apellyasiya instansiyası məhkəməsi gəlditi nəticəni Mülki Prosessual Məcllənin 128.1, 133.12, və 405.0.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsindəki icraat a) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. İddiaçı (vəkil və nümyəndə Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin xx.xx.2025-ci il tarixl i qərardadının ləğv edilməsi və Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)-4525/2024 nömrəli qətnaməsindən kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməklə, həmin qətnamədən iddiaçı və onun vəkili tərəfindən verilmiş kassasiya şikayətinin mahiyyəti üzrə baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə yeni qərar qəbul xahiş etmişdir.

22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarından və məhkəmə qərardadında qeyd edilənlərdən də açıq-aşkar görünür ki, iddiaçı tərəf olaraq Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının2(103)-4525/2024 nömrəli, 27 noyabr 2024-cü il tarixli qətnaməsindən qanunla müəyyən edilmiş müddət ərzində kassasiya şikayəti vermişdir. Apellyasiya instansiya məhkəməsi kass asiya şikayətində nöqsanların olmasını araşdırmalı olduğu halda, bunu araşdırmadan mahiyyəti üzrə baxılması üçün Ali Məhkəməyə göndərilmişdir. Ali Məhkəmə tərəfindən kassasiya şikayəti apellyasiya instansiya məhkəməsinə geri qaytarıldıqdan sonra qeyd edilən nöqsanlar aşkar edilərək Bakı Apellyasiya Məhkəməsinin MülkiKollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Əsas olaraq iddiaçının kassasiya şikayətini tərtib edən Vəkil2 belə bir səlahiyyəti verməməsi olmuşdur. İddiaçı özü bütün məhkəmə proseslərində vəkillə təmsil olunmaqla şəxsən iştirak etmişdir. İddiaçı vəkili Vəkil2 onun adımdan imza etmək səlahiyyətlərini əks etdirən etibarnamə vermişdir. Sadəcə həmin etibarnamə texniki yanlışlıqla mülki işlər üzrə təmsil etmək barə də deyil, cinayət işləri üzrə təmsil etməklə bağlı olmuşdur. Burada texniki yanlışlıq olmuş və kassasiya şikayəti verilərkən texniki yanlışlıq aşkar edilmədiyindən vaxtında aradan qaldırılmamışdır. Kassasiya şikayəti məhkəmə tərəfindən geri qaytarılan zaman qeyd olunan yanlışlıq məlum olmuş və qısa müddət ərzində qeyd olunan yanlışlıq aradan qaldırılmışdır. Qeyd olunan yanlışlıq barədə apellyasiya instansiya məhkəməsi tərəfindən məlumat verilsəydi, kassasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş müddət ərzində də sözügedən yanlışlığın aradan qaldırılması mümkün olardı. Lakin qeyd olunan üzrlü səbəblər qanunsuz və əsassız olaraq apelyasiya instansiya məhkəməsi tərəfindən nəzərə alınmamış və bu səbəbdən də, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı iddiaçının Azə rbaycan Respublikasının Konstitusiyasında və digər qanunlarında təsbit edilmiş hüquqlarını kobud surətdə pozur. b) Kassasiya şikayətinə qarşı etiraz

23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hes ab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 405.0.1. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində ondan kassasiya şikayəti verilə bilər. Maddə 408.1.4 Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa geri qaytarılır. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol veri lməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası m əhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarı...qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilə r ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Kassasiya baxışının hədləri

24. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən m addi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

25. Kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvini xahiş etmişdir. Bu baxımdan, məhkəmə kollegiyası qərardadı tam yoxlayır.

26. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövq eyi

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, müddətin üzrlü səbəbdən ötürülməsi üçün əsaslar olmadığından ərizə təmin edilə bilməz.

29. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır.

30. Məhkəmə kollegiyası iddiaçının dəlilləri ilə bağlı əlavə olaraq onu da qeyd edir ki, MPM-in 408.5-ci maddəsinə əsasən həmin Məcəllənin 408.1.1-408.1.5 və 408.1.7-ci m addələrində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra, şikayəti verən şəxs yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər. Bu müddəanın mənasına görə, kassasiya şikayəti verildiyi anda onun verilməsinə dair prosessual hərəkət bitmiş hesab olunur, onun müvafiq apellyasiya instansiyası məhkəməsinə təqdim edilməsi anınadək tamlığı təmin edilməli, kassasiya şikayətinin verilməsi ilə bağlı hər hansı nöqsanlar onun verilməsi üçün nəzərə tutulmuş müddətdə aradan qaldırıla bilər.

31. Ali Məhkəmə tərəfindən kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi barədə qərardadın qəbul edilməsi məqamında, həmin kassasiya şikayəti ilə bağlı məhkəmə icraatına yekun vurulur, həmin kassasiya şikayətinin hər hansı prosessual dəyəri sıfıra enir və bundan sonra şikayəti verən şəxs yenidə n ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər.

32. Hazırkı işdə kassator olan iddiaçının peşəkar vəkillə təmsil olunması onun Ali Məhkəməyə müraciət etməyin qaydalarından xəbərsiz olmasını istisna edir.

33. Belə hallarda nəzərə alınmalıdır ki, peşəkar hüquqi yardım göstərən vəkil tərəfindən kassasiya şikayətinin tərtibi zamanı şikayətin forma və məzmun tələbinə riayət edilməməsi, vəkil orderinin əlavə edilməməsi, dövlət rüsumunun ödənilməməsi və yaxud az ödənilməsi, şikayətin imzalanmaması, nümayəndə kimi etibarnamənin əlavə edilməməsi, şikayətin elektron qaydada verilməməsi və s. bu kimi pozuntular qəbuledilməzdir və apellyasiya instansiyası məhkəməsi tərəfindən bu halların təkrar kassasiya şikayətinin verilməsi zamanı müddətin bərpasını mümkün edən üzrlü səbəb kimi qiymətlənd irilməməsi düzgün olmuşdur.

34. İddiaçının hazırki kassasiya şikayətinin vaxtında verilməməsinin üzrlü səbəbi kimi texniki yanlışlığın olması barədə dəlillərinə münasibətdə o da qeyd edilməlidir ki, Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda adı çəkilən qərarında hüquqi mövqe ondan ibarət olub ki, yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, həmin səbəblərin mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı və şəxsin özü tərəfindən onların dəf edilməsi imkanı mümkün olmamalıdır.

35. Nəzərə alınmalıdır ki, hazırki iş üzrə iddiaçı vəkillə təmsil olunduğu üçün şikayətin səlahiyyətli şəxs tərəfindən imzalanmalı olmasını bilməməsi ehtimalı istisna etməlidir. Bu baxımdan, vəkilə verilən etibarnamənin mülki işə aid olmamasının yanlışılıq kimi qəbul edilməsi iddiaçı nın öz iradəsindən asılı və özü tərəfindən dəf edilməsi mümkün olmayan hal kimi qiymətləndirilə bilməz.

36. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

37. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4525/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar