Məhkəmə qərarları › İş №2(102)-2096/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2096/2020

03.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sai
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2096/2020 03.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), X2 və X1 ibarət tərkibdə, X4 oğlunun katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 iyul 2019-cu il tarixli, X5 nömrəli qətnaməsindən İddiaçı və vəkili Vəkil qızı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı Ağdam Rayon Məhkəməsində iddia qaldıraraq, cavabdehdən malqaraya görə 36000 manat, maddi ziyana görə 10000 mana t və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 2016-cı ilin mart-iyun aylarında yaxın dostu olan Məhərrəmdən onun xahişi ilə 271000 manat məbləğində kəsim məqsədi ilə iribuynuzlu heyvanlar almışdır. Lakin Cavabdeh iribuynuzlu heyvanların dəyərinin bir hissəsini, yəni 61000 manatı ödəsə də, qalan borcu verməkdən boyun qaçırmışdır. Buna görə də hüquq mühafizə orqanlarına müraciət etmişlər və Cavabdeh 27 mart 2017-ci il tarixdə 36000 manat borcunun olmasına dair iltizam vermişdir. Dəfələrlə borcun ödənilməsi barədə Cavabdeh müraciət etsə də, lakin heç bir nəticə əldə olunmamışdır. Ağdam Rayon Məhkəməsinin (hakim Elşad Bayramov) 25 fevral 2019-cu il tarixli X5 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh İddiaçı xeyrinə 36000 (otuz altı min) manat əsas məbləğ olaraq və iddiaçının məhkəməyə müraciət etməsi üçün ödədiyi 30 (otuz) manat dövlət rüsumunun, yəni cəmi 36030 (otuz altı min otuz) manatın tutulması qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Rəhman Muradov-sədrlik edən və məruzəçi, Şəfiqə Əliyeva, Ədil Məmmədov) 01.07.2019-cu il tarixli, X5 nömrəli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilərək, iş üzrə Ağdam Rayon Məhkəməsinin 25 fevral 2019cu il tarixli X5 nömrəli qətnaməsi ləğv edilmiş, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı və vəkili Vəkil qızı kassasiya şikayəti verərək iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01.07.2019-cu il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə baxarkən Mülki Prosessual Məcəllənin, Konstitusiyanın və Beynəlxalq konvensiyaların bir çox müvafiq maddələrinin tələblərini düzgün tətbiq etmədiyi üçün qətnamə qanunsuz və əsassızdır. Belə ki, məhkəmə iddia tələbinin əsası kimi qətnamədə göstərir ki iddiaçı öz adına iddia qaldırmaq üçün subyektiv hüquqa malik deyil, tələbi mal-qaranın sahibi Məhərrəm irəli sürə bilər. Lakin, məhkəmə nəzərə almır ki Məhərrəmdən mal-qaranı cavabdehə iddiaçı alıb verib, razılaşma Məhərrəmdən əvvəl iddiaçı ilə cavabdeh arasında olub, Məhərrəm iddiaçının xahişi ilə, yəni iddiaçının əli ilə ona mal qara verib və pulun alınıb verilmə öhdəliyi də iddiaçının üzərində olub. Lakin cavabdeh onların hər ikisini aldatmışdır. Əgər iddiaçı məhkəmədə iştirak etmiş olsa idi qeyd etdiklərini sübut edə bilərdi. Cavabdehin bu barədə apelyasiya baxışından xəbəri olmamış, heç bir bildiriş almamışdır. Bu barədə 2019-cu ilin sentyabr ayında bilmişdir və məhkəmə qətnaməsini tələb etmişdir. Məhkəmə tərəfindən həm maddi, həm prossesual hüquq normaları pozulub, həm də işin halları düzgün müəyyən edilməyib və sübutlar düzgün qiymətləndirilməmişdir. Bununla da, Gəncə Apellyasiya Məhkəməsi qanunları düzgün tətbiq etməyərək Azərbaycan Respublikası MPM-nin 386-cı maddəsinin tələblərini pozmuşdur. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə kollegiyasının iclasında Cavabdeh vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPM-ni n 67-cı maddəsinə əsasən məhkəmə kollegiyası onun izahatını almayaraq işə baxılmasını mümkün hesab etmişdir. Digər proses iştirakçıları işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər, lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakları olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktik i hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı dostu Məhərrəm adlı şəxsdən kəsim məqsədi ilə 271000 manat dəyərində irubuynuzlu heyvanlar almışdır. Lakin cavabdeh heyvanların dəyərini tam ödəməmiş və 61000 manat borcu qalmışdır. Ona görə də iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi isə iddia tələbini təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və həmin nəticəni əsaslı hesab etmir. Belə ki, yuxarıda da qeyd olunduğu kimi iribuynuzlu heyvanların alqı-satqısına dair cavabdehlə iddiaçının dostu Məhərrəm adlı şəxslə razılaşma olmuş, lakin heyvanların dəyəri tam ödənilmədiyindən iddiaçı dostu qarşısında pis vəziyyətdə qaldığından hüquq mühafizə orqanlarına müraciət etmişdir. Nəticədə cavabdeh 27 mart 2017-ci il tarixli iltizama imza edərək, İddiaçı borcunun olmasını qeyd etmişdir. Göründüyü kimi İddiaçı ilə Cavabdeh arasında heç bir razılaşma olmamış, yəni hər hansı alqı-satqı və ya borc müqaviləsi bağlanmamışdır. Belə olan təqdirdə ödənilməmiş borcu İddiaçı dostu Məhərrəm adlı şəxsin tələb etmək hüququ yaranır. Beləliklə İddiaçı isə öz adından Cavabdeh qarşı pul tələbinə dair iddia irəli sürmək hüququ istisna olunur və sonuncu hazırki mübahisə üzrə öz adından iddia qaldırmaqda subyektiv hüquqa malik deyil. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin İddiaçı hazırki iş üzrə verdiyi iddianı qaldırmağa subyektiv hüququ olmamasına dair nəticəsi işin araşdırılmış hallarına uyğun olduğu üçün qanuni və əsaslı olmuşdur. Belə ki, “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il ta rixli Qərarında Konstitusiya Məhkəməsi Plenumu göstərmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Eyrenin İrlandiyaya qarşı iş üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəməyə müraciət etmək hüququ şəxsin hüquq və vəzifələrinin müəyyən edilməsi və öz işini lazımi qaydada təqdim etməsi üçün onun işinə müstəqil və qərəzsiz məhkəmə tərəfindən baxılması hüququna malik olması deməkdir. Şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərb aycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə iclası barədə məlumatlı olmaması barədə kassatorun dəlilləri isə əsassızdır. Belə ki, iş materiallarında onun 01.07.2019-cu il tarixli məhkəmə iclası barədə bildirişi 12.06.2019-cu il tarixdə alması barədə xəbərnamə var və iddiaçı 21.06.2019-cu il tarixdə məhkəməyə teleqram göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə h əqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən etmiş, MPM-in 14, 77, 88, 217, 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı kassasiya şikayəti təmin edilmədən, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 iyul 2019-cu il tarixli, X5 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar