Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2096/2022 13.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi Cavabdeh2 MMC-yə qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: işə bərpa və əmək haqqı tələbi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-9801/2021 nömrəli iş üzrə 11 oktyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 13 aprel 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi, İşin halları: 06 avqust 2019-cu il tarixdə İddiaçı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi Cavabdeh2 MMC arasında əmək müqaviləsi bağlanmış və İddiaçı müqaviləyə əsasən İmişli rayon Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi üzrə təmizlik işləri və Sosial Xidmətlərin göstərilməsi üzrə gözətçi vəzifəsinə təhkim olunmuşdur. İşlədiyi müddət ərzində İddiaçı 2020-ci ilin avqust ayına kimi əmək haqqı ödənilmiş, ondan sonra 2020-ci ilin sentyabr-dekabr ayları və 2021-ci ilin yanvar- fevral ayları üçün işə çıxmaması əsası ilə ona əmək haqqı hesablanmamışdır. 12 mart 2021-ci il tarixdə Cavabdeh2 M MC ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2021-ci ilin iyul ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2020-ci ilin may ayında İmişli rayon Məşğulluq Mərkəzinin filial müdiri N və İmişli rayon MKTİB-nin sabiq müdiri Cahangir adlı şəxs tərəfindən ona qarşı edilən təhdidlər nəticəsində əmək haqqı kartının alınıb iki aylıq əmək haqqının götürülməsini və kartın qaytarılması üçün ondan 500 manat məbləğində pul tələb edilməsini, bundan imtina etdiyi üçün guya işə çıxmaması əsası ilə ona əmək haqqının hesablanmamasının və 12 mart 2021-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini əsas göstərməklə bu barədə qəbul edilmiş qərarın ləğv edilməsi və həmin andan əmək müqaviləsinin qüvvəyə minmiş hesab edilməsi, 2020-ci ilin avqust ayından əmək haqqının ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4725/2021 nömrəli, 05 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakim: T.B.Axundov) iddia rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İş üzrə İddiaçı məhkəmənin həmin nəticəsi ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, əmək müqaviləsinə xitam verilməsi barədə qərarın ona təqdim olunduğu vaxtdan 1 ay ərzində hazırkı iddia ilə məhkəməyə müraciət etməsini, belə olduqda iddia müddətinin ötürülməsi tələbi ilə iddianın rədd edilməsinin qanunsuz olmasını əsas göstərməklə qətnamənin ləğv edilməsi və iddianın t əmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-9801/2021 nömrəli, 11 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – F.Ş.Talışinski (sədrlik edən və məruzəçi), R.Ə.Eyvazov və Ş.A.Məmmədova) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4725/2021 saylı iş üzrə 05 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə İddiaçı kassasiya şikayəti verərək iddia müddətinin ötürülməsi barədə apellyasiya instansiyası məhkəməsinin nəticəsinin iş materiallarına uyğun olmamasını əsas göstərməklə qətnamənin ləğv edilməsini və iddianın təmin olun ması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi Cavabdeh2 MMC kassasiya şikayətinə qarşı yazılı etirazla məhkəməyə müraciət edərək iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 11 oktyabr 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilməd ən baxılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 70, “ç” bəndi İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Maddə 296.2 Fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutl ara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Azərbaycan Respublikasının MPM-in 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəm iyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyindən, kollegiya qətnamənin qanuniliyini tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi İşin məhkəmə instansiyaları tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçı Aynur Mirzəyeva 2020-ci ilin sentyabr ayından 2021-ci ilin fevral ayına kimi işə çıxmamaqla əmək müqaviləsi üzrə öhdəliklərini icra etməmişdir. Bununla əlaqədar iddiaçıya əmək haqqı hesablanmamış və işə çıxmayacağı təqdirdə onunla bağlanmış əmək müqaviləsinə xitam veriləcəyi barədə ona 25 yanvar 2021-ci il tarixdə xəbərdarlıq verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. İşdən göründüyü kimi, iddiaçı işə bərpa tələbi ilə məhkəməyə 2021-ci ilin iyul ayında, yəni onunla əmək müqaviləsinə xitam verildiyi vaxtdan təxminən 4 ay sonra müraciət etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2-ci bəndinə görə fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aş kar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Maddənin 3-cü bəndinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. İddiaçı qanunla müəyyən olunmuş 1 ay müddət ərzində işə bərpa edilməsi üçün məhkəməyə müraciət etmədiyinə və iddia müddətini ötürdüyünə görə apellyasiya instansiyası məhkəməsi iddianın rədd edilməsini qanuni və əsaslı saymışdır. Göstərilənlərlə əlaqədar kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesa b edir ki, qətnamə iş üzrə müəyyən olunmuş sübutlara və qanunun tələblərinə uyğun əsaslandırılmaqla çıxarıldığından kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-9801/2021 nömrəli iş üzrə 11 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2096/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-2096/2022
13.04.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver