Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2096/2024 13.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər "xxxx" MMC, Cavabdeh2, Cavabdeh3 BOKT ASC, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi və Cavabdeh5 qarşı “Hərracın yekunlarına dair protokolların və eyni tarixli alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, icra hərəkətlərinin qanunsuz hesab edilməsi və fərdi yaşayış evinə dair aparılmış hüquqların dövlət qeydiyyatının ləğv edilməklə ipoteka müqavilələrinə xitam verilməsi” tələbinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: kassasiya şikayəti vermək üçün bura xılmış prosessual müddətin bərpasından imtina Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi hakim), Məmmədov Vidadi Məmməd oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər "xxxx" MMC, Cavabdeh2, Cavabdeh3 BOKT ASC, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi və Cavabdeh5 qarşı “Hərracın yekunlarına dair protokolların və eyni tarixli alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, icra hərəkətlərinin qanunsuz hesab edilməsi və fərdi yaşayış evinə dair aparılmış hüquqların dövlət qeydiyyatının ləğv edilməklə ipoteka müqavilələrinə xitam verilməsi” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1362/2023 nömrəli, 21 fevral 2024-cü il tarixli qərardadından Cavabdeh3 BOKT ASC-nin kassasiya şikayətinə 13 iyun 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
1. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər "xxxx" MMC, Cavabdeh2, Cavabdeh3 BOKT ASC, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi və Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Hərrac Mərkəzi MMC ilə Cavabdeh3 ASC-nin arasında bağlanmış 28/03 və 28/04 nömrəli hərracın yekunlarına dair protokollarının və eyni ta rixli alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsinə, digər Cavabdeh2nə münasibətdə cavabdehin apardığı icra hərəkətlərinin qanunsuz hesab edilməsi və onlara məxsus Gəncə şəhəri, Kəpəz rayonu, X3 küçəsi 141 və ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair aparılmış hüquqların dövlət qeydiyyatının ləğv edilməklə B0001/15/11 sayli va B0001/15/12 saylı ipoteka müqavilələrinə xitam verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər.
2. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(044)276/2022 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. (hakim Gündüz Şirinov)
3. İddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti verərək, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(044)-276/2022 nömrəli qətnaməsinin ləğv, iddianın təmin ed ilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.
4. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 avqust 2022-ci il tarixli 2(104)-1900/2022 nömrəli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(044)-276/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər İslam Həsənov (sədrlik edən və məruzəçi), Loğman Süleymanov, Afiq Hüseynzadə)
5. İddiaçılar kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iş üzrə yeni qərar çıxarılmasını, bu, mümkün olmadıqda işin təkrar apellyasiya baxışına göndərilməsi dair qərar qəbul edilməsini xahiş etmişlər.
6. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-600/2023 nömrəli qərarı ilə kassasiya şikayəti təm in olunmuş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 avqust 2022-ci il tarixli 2(104)1900/2022 nömrəli qətnaməsinin ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
7. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(104)-1362/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmuş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(044)-276/2022 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamənin çıxarılmaqla iddia təmin edilmişdir.
8. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi 04 iyul 2023-cü il tarixdə poçt qəbzi ilə Cavabdeh3 BOKT ASC-yə təqdim edilmişdir.
9. Cavabdeh3 BOKT ASC xx.xx.2024-cü il tarixdə həmin qətnamədən kassasiya şikayəti və kassasiya şikayəti vermək üç ün ötürülmüş müddətin bərpa edilməsinə dair ərizə vermişdir.
10. Müddətin bərpası barədə ərizə onunla əsaslandırılmışdır ki, qətnamə Cavabdeh3 BOKT ASC-nin e-məhkəmə portalında yaradılmış elektron kabinetinə yerləşdirilsə də, bu barədə həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) məlumat göndərilməmişdir. Qətnamənin e-məhkəmə portalında yaradılmış kabinetə yerləşdirilməsini xx.xx.2024-cü il tarixdə aşkar etmişlər. Belə ki, MPM-nin 135.6-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məl umat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Göründüyü kimi, maddənin tələbinə əsasən çatdırılmanın baş verməsi üçün məhkəmə sənədi işdə iştirak edən şəxsin elektron kabinetinə yerləşdirilməli və ona bu barədə hökmən məlumat verilməlidir (elektron poçt, SMS və s. vasitəsilə). Yəni, məhkəmə sənədinin elektron kabinetə yerləşdirilməsi həmin sənədin çatdırılması sayılmır. Buna görə də kassasiya şikayətini yuxarıda qeyd edilən üzrlü səbəbdən verə bilməməkləri nəzərə alınmaqla müddət bərpa edilməlidir.
11. İddiaçıların nümayəndəsi (vəkili) X1 “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə etiraz ünvanlayaraq göstərmişdir ki, məhkəmə tərəfindən sözgedən qətnamə elektron kabinetə yerləşdirilmiş, bu barədə tərəflərə,o cümlədən iddiaçını n vəkili olaraq ona müvafiq “sms bildiriş” elektron sistem vasitəsi ilə göndərilmişdir. Sözgedən qətnamə xx.xx.2023-cü il tarixdə qanunu qüvvəsini almış, icraya yönədilmiş və hazırda qətnamə icra edilmişdir. Cavabdeh təşkilatın nümayəndəsi tərəfindən verilmiş vəsatət tamamilə əsassız olmaqla heç bir mötəbər sübut əlavə edilməmişdir. Hərçənd sözügedən ərizənin məzmunundan məhz qətnamənin elektron kabinetə yerləşdirildiyini cavabdeh təsdiq etmişdir. b)Apellyasiya instansiyası məhkəməsində icraat
12. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1362/2023 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə kassasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpasından imtina edilmiş, kassasiya şikayəti geri qaytarılmışdır. (hakimlər Fikrət Mehtiyev (sədrlik edən və məruzəçi), Rəhman Muradov, Teyyub Muxtarov)
13. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin müvafiq normalarına istinadən qeyd etmişdir ki, qanunvericilik rəsmi sənədlərin verilməsinin üç qaydasını, yəni poçt vasitəsi ilə çatdırılma, təqdim olunmaqla verilmə və “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməsi qaydalarını müəyyən etmişdir. Bu üsulların birinin digərindən üstünlüyü müəyyən olunmamışdır.
14. İş materialları ilə müəyyən olunur ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(104)-1362/2023 nömrəli qətnaməsi poçt vasitəsilə Cavabdeh3 BOKT ASC-yə göndərilmiş və sonuncu tərəfindən qətnamə xx.xx.2023-cü il tarixdə poçt xəbərnaməsinə imza edilməklə qəbul edilmişdir. Bu halda kassasiya şikayəti verilməsi müddətinin axımı Azərbaycan Respublikasının MPM-in 128.3- cü maddəsinə əsasən xx.xx.2023-cü il tarixdən başlanmışdır. Çünki, prosessual qanunvericiliyə görə illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır.
15. Cavabdeh3 BOKT ASC-nin nümayəndəsi (vəkili) isə kassasiya şikayəti və müddətin bərpa olunması barədə ərizəni xx.xx.2024-cü il tarixdə AZEMİS “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə göndərmişdir. Bununla da, cavabdeh tərəfindən kassasiya şikayəti 6 aydan artıq müddət ötürülməklə verilmişdir.
16. Apellyasiya instansiya məhkəməsinin mövqeyinə görə cavabdeh ötürülmüş prosessual müddətin bərpa edilməsini xahiş etsə də, ərizəsinə ötürülmüş prosessu al müddətin üzrlü səbəblərdən olmasını təsdiq edən sübutlar əlavə etməmişdir.
17. Apellyasiya instansiya məhkəməsi vurğulamışdır ki, qanuni qüvvəyə minmiş və barəsində şikayət vermə imkanları tükənmiş yekun məhkəmə qərarının istənilən anda ləğv edilməsi mümkünlüyü qanunun aliliyi və hüquqi müəyyənlik prinsipləri ilə ziddiyyət təşkil edir.
18. Qanunvericinin məhkəmə qərarlarının (qanuni qüvvəyə minmiş məhkəmə qərarları da daxil olmaqla) müvafiq məhkəmə instansiyalarında mübahisələndirilməsinə MPM-nin qeyd olunan tərzdə yanaşması ilə növbədə hüquqi müəyyənlik prinsipi ilə əhatələndirilməsi də ehtiva edilən qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyinin təmin olunmasına yönəlmişdir.
19. Apellyasiya instansiya məhkəməsi onu da qeyd etmişdir ki, qətnamədən vaxtında xəbərdar olmuş və onu almış şəxs tərəfindən qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayətinin verilməməsi, bunu isə heç də məqbul hesab edilməyən səbəblərlə əlaqələndirməsi, müddət keçdikdən sonra kassasiya şikayəti verməsi halları yalnız həmin şəxsin iradəsindən asılı olan məsələ kimi təzahür edir. İstisna etmək olmaz ki, həmin şəxs sui-istifadəyə yol verib, uzun müddət səhlənkarlığı nəticəsində məhkəmə aktından şikayət verməmişdir. Aydındır ki, qüvvəyə minmiş məhkəmə aktının taleyi, onun yaratdığı hüquq münasibətləri barəsində uzun müddət sürən belə qeyri-müəyyənlik vəziyyəti həmin qərarlarda şərh edilən hüquqi müəyyənlik prinsipi nöqteyi-nəzərindən məqbul sayıla bilməz.
20. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Prosessual Məcəllənin 10-1.1, 10-1.3, 128.3, 129.1, 133, 134.1.5, 135, 227.4, 40 5.0.1 və 408.1.4-cü maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
21. Cavabdeh3 BOKT ASC (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi və müddətin bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
22. Kassasiya şikayətinin dəlilləri: - mübahisələndirilən qətnamə Cavabdeh3 BOKT ASC-nin e-məhkəmə portalında yaradılmış elektron kabinetinə yerləşdirilsə də, bu barədə həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) məlumat göndərilməmişdir. Qətnamənin e-məhkəmə portalında yaradılmış kabinetə yerləşdirilməsini xx.xx.2024-cü il tarixdə aşkar etmişlər. Məhkəmə qeyd edilən bu vacib məqamı arxa plana keçirməyə çalışmış, ona,ümumiyyətl ə, münasibət bildirməmiş, yalnız poçt sənədi və poçt qaydaları haqqında mülahizələr irəli sürməyə başlamışdır. Halbuki e-məhkəmə informasiya sisteminin tətbiq edildiyi məhkəmələrdə məhkəmə sənədlərinin çatdırılma qaydaları konkret və dəqiq müəyyən edilib; - məhkəmənin qərardadda istinad etdiyi 135.1-ci maddədə bu məqam dəqiq açıqlanır. Orada göstərilir ki, Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisnadır. Yəni, e-məhkəmə informasiya sisteminin tətbiq edildiyi məhkəmələrdə poçt qaydaları, kağız daşıyıcısına zərurət qalmır. Apellyasiya instansiyası məhkəməsi bu qanun normasını yanlış və fərqli təqdim etməyə çalışmışdır. Bu, o demək deyil ki, kağız daşıyıcısı qadağandır, təbii bu, mümkündür. Sadəcə məhkəmə sənədlərinin çatdırılmasının baş verməsi üçün MPM 135. 6-cı maddədəki qaydaları müəyyən edib. Yalnız bu qaydalara əməl edildiyi təqdirdə sənədin çatması baş verir; - qətnamələrdə olduğu kimi qəbul edilmiş qərardad məhkəmə tərəfindən əsaslandırılmalıdır. Məhkəmə qərardadda göstərsə də ki, qətnamə poçt vasitəsilə Cavabdeh3 BOKT ASC-yə göndərilmiş və sonuncu tərəfindən qətnamə xx.xx.2023-cü il tarixdə poçt xəbərnaməsinə imza edilməklə qəbul edilmişdir, bu, heç də belə deyil. Məhkəmənin poçt vasitəsi ilə xx.xx.2023-cü il tarixdə çatdırdığı sənəd xx.xx.2023-cü il tarixə təyin edilmiş xx.xx.2023-cü il tarixli məhkəmə iclasının bildirişidir, hansı ki, iclas keçiriləndən sonra onlara çatdırılıb. Apellyasiya instansiyası məhkəməsi həmin bildirişi onlara qətnamənin çatdırılması kimi təqdim etməyə çalışır. xx.xx.2023-cü il tarixli bildirişin olduğu zərfd ə də dəqiq göstərilib ki, zərfin (əlavə edilir) içində qətnamə yox, 1362/23 saylı bildirişdir. Sual yaranır, məhkəmə bütün sənədləri poçtla çatdırırdısa, onda xx.xx.2023-cü il tarixli bildiriş poçtla onlara nə vaxt çatdırıb? Və ya hansı qaydada iclas barədə məlumatlandırıb? Belə olan halda hətta poçtla qəbul edilsə belə, ünvanlarına qətnamə yox, gecikmiş bildiriş göndərilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. M əhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 128.2. Prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə, dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. Maddə 129.1. İllərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkə tləri etmək hüququ keçmiş olur. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri t əmin olunmadığı hallarda şikayət verə bilərlər. Maddə 405.0.1. Apellyasiya instansiyası məhkəməsinin aktlarından qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzər də tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi il ə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
24. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
25. Kassasiya şikayətində apellyasiya məhkəməsinin qərardadının ləğvini xahiş edilmişdir. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərardadını tam yoxlayır.
26. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırkı şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması üçün əsas yoxdur.
28. Apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi işin hallarından görünür ki, barəsində şikayət verilən Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli 2(104)-1362/2023 nömrəli qətnamə si poçt vasitəsilə Cavabdeh3 BOKT ASC-yə göndərilmiş və sonuncu tərəfindən qətnamə xx.xx.2023-cü il tarixdə poçt xəbərnaməsinə imza edilməklə qəbul edilmişdir. Həmin qətnamədən kassasiya şikayəti və müddətin bərpa olunması barədə ərizə isə AZEMİS “Elektron məhkəmə” informasiya sisteminə xx.xx.2024-cü il tarixdə yerləşdirilmiş, bununla da, kassasiya şikayəti müddət ötürülməklə verilmişdir.
29. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hazırkı qərarın 1319-cu bəndlərində əks edilən hüquqi dəyərləndirməsini əsaslı sayır.
30. Nəzərə alınsa ki, MPM-in 405.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslər qətnamənin onlara rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verə bilər, belə olan halda, apellyasiya in stansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı və qanuni olmuşdur.
31. Məhkəmə kollegiyası hazırkı işin halları ilə bağlı diqqəti Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir qərarına da çəkir. “C.İsmayılzadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2013cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 iyun 2014-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli v ə pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Hüquqi müəyyənlik prinsipi hüquqi tənzimləmənin sabitliyini nəzərdə tutur; hüquqi münasibətlərin iştirakçıları ağlabatan müddət çərçivəsində öz hərəkətlərinin nəticələrini əvvəlcədən görmək və öz rəsmi statuslarının, əldə olunmuş hüquq və vəzifələrinin dəyişilməz olduğuna əmin olmaq imkanına malik olmalıdırlar. Hüquqi müəyyənlik prinsipi və onun tərkib hissəsi olan “res judicata” prinsipi tələb edir ki, məhkəmə tərəfindən hər hansı məsələ üzrə yekun qərar qəbul olunduğu halda bu qərar şübhə altına alınmasın. Burada əsas amil ondan ibarətdir ki, tərəflərdən heç biri həmin iş üzrə yenidən məhkəmə araşdırılmasının aparılması və yeni qərarın qəbul edilməsi məqsədilə qüvvəyə minmiş yekun məhkəmə qərarının yenidən baxılmasını tələb edə bilm əz. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının ləğvi və ya dəyişdirilməsi üçün əsaslar konstitusiya əhəmiyyətli məqsədlərə cavab verməli və mütənasiblik prinsipinə uyğun olaraq məhkəmə qərarının ədalətliliyini, stabilliyini və tarazlığını pozmamalıdır. 32. “Akif Həsənov Azərbaycana qarşı” məhkəmə işi üzrə qəbul etdiyi X4 Hüquqları Məhkəməsi göstərmişdir ki, “Hətta Bakı Apellyasiya Məhkəməsi onu məhkəməyə çağırmamış olsa və onun məhkəmə baxışında iştirakını təmin etməmiş olsa belə (həmçinin qərarın surətini ərizəçiyə verməmiş olsa da), bu faktlar ərizəçini özünün müvafiq orqanlardan öz şikayətinin nəticəsi barədə məlumat almaq üçün elementar addımlar atmaq öhdəliyindən azad etmir.”
33. Həmçinin“Kudrina Rusiyaya qarşı” iş üzrə 21 iyun 2007-ci il tarixli qərarında Avropa İnsan Hüquqları Məh kəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə təmin edilən məhkəmə araşdırması hüququ hüququn aliliyi prinsipininin Razılığa gələn Dövlətlərin ümumi irsinin hissəsi kimi tanınmasına dair Kovensiyanın Preambulasına uyğun təfsir olunmalıdır. Hüququn aliliyinin əsas aspektlərindən biri də hüquqi müəyyənlik prinsipidir ki, sair şərtlərdən başqa məhkəmələrin qəti qərarlarının mübahisələndirilə bilinməməyini tələb edir. Sözü gedən prinsipə görə tərəflərin yalnız işə yenidən baxılması və yeni qərar çıxarılması məqsədi ilə məhkəmə qərarına yenidən baxılması hüququ yoxdur. Yalnız iş üzrə iki mövqeyin mövcudluğu işə yenidən baxılması üçün əsas ola bilməz.
34. Bu baxımdan, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini əsassız sayır. 35.Məhkəmə kollegiyası qeyd olunanla ra əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
36. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh3 BOKT ASC-nin kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1362/2023 nömrəli, 21 fevral 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.