Məhkəmə qərarları › İş №2(102)-2099/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2099/2019

01.04.2019 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2099/2019 01.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı və onun nümayəndəsi-vəkili Vəkil, Cavahdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30.10.2018-ci il tarixli 2(103)11326/2018 nömrəli qətnaməsindən cavahdehlər Cavabdeh1, Cavabdeh2 Bəkir qızı, Cavabdeh3 və vəkil Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə b axaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim A.Qasımov) 07 may 2018-ci il tarixli, 2(008)-1575/2018 saylı qətnaməsi ilə İddiaçı cavahdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Bakı şəhəri 46 saylı notariat kontoruna qarşı “vərəsəlik hüququnun tanınması” tələbi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, onun X5 miras qalmış əmlakın qəbul edilməsi müddətinin uzadılması, 01.01.2005-ci il tarixdə anadan olmuş X6 və 12.12.2012-ci il tarixdə anadan olmuş X7 X9 qanuni vərəsələri kimi tanınaraq onalrın da payının müəyyən edilməsi, Bakı şəhəri 46 saylı notariat kontoru tərəfindən verilmiş vərəsəlik hüquq haqqında şəhadətnamədə dəyişiklik edilərək onların paylarına uyğun olaraq vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə iddia tələbi rədd edilmişdi r. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının (hakimlər X.Mərdanova, İ.Şirinov, E.Həsənov) 30 oktyabr 2018-ci il tarixli, 2(103)-11326/2018 saylı qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 may 2018-ci il tarixli, 2(008)-1575/2018 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. 16 avqust 2014-cü il tarixdə ****** saylı reyestrlə və 29 aprel 2017-ci il tarixdə ********saylı reyestrlə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr ləğv edilsin. X2 vərəsələri, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X10 və X6 hər birinə 1/5 hissədə pay hüququ müəyyən edilsin. Yeni vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi öhdəliyi Bakı şəhəri 46 saylı Notariat Kontoru nun üzərinə qoyulsun. İddia tələbi qalan hissədə rədd edilsin. Cavahdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və vəkil Vəkil iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30.10.2018-ci il tarixli 2(103)-11326/2018 nömrəli qətnaməsindən kassasiya şikayəti vermişlər. İşin halları: İddiaçı cavahdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Bakı şəhəri 46 saylı notariat kontoruna qarşı “vərəsəlik hüququnun tanınması” tələbi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, onun X5 miras qalmış əmlakın qəbul edilməsi müddətinin uzadılması, 01.01.2005-ci il tarixdə anadan olmuş X6 və 12.12.2012-ci il tarixdə anadan olmuş X7 X9 qanuni vərəsələri kimi tanınaraq onalrın da payının müəyyən edilməsi, Bakı şəhəri 46 saylı notariat kontoru tərəfindən verilmiş vərəsəlik hüquq haqqında şəha dətnamədə dəyişiklik edilərək onların paylarına uyğun olaraq vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, mərhum həyat yoldaşından qalmış miras əmlakın bir hissəsini faktiki olaraq qəbul etmiş, bu barədə qəbz yazmşdır. Mərhum həyat yoldaşının adına yalnız birinci nikahdan olan uşaqlarının yaşadığı ev vardır. Bundan başqa onun hər hansı əmlakı olmadığı üçün ondan qalan əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin alması ilə əlaqədar notariat kontoruna müraciət etməmişdir. Ondan yalnız vəfat etməsi ilə əlaqədar 11000 manat məbləğində sığorta ödənişinin qaldığını bilirdi və bu ödənişlə əlaqədar cavabdehlərlə razılığa gələrək onun bir hissəsini götürmüşdür. Mərhum həyat yoldaşından istifadə etmədiyi məzuniyyət illərinə görə 12683 manat məbləğində ödənilməmiş məzuniyyət pulunun qaldığını yalnız bu günlərdə bilmişdir. Bunu biləndən sonra da notariat kontoruna müraciət etsə də, ərizəsi təmin edilməmişdir. Ona görə də müddətin uzadılması ilə əlaqədar iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Qeyd edilən maddi hüquq normalarının tələblərindən açıq–aşkar görünür ki, iddiaçı mirasın qəbulu üçün qanunvericiliklə müəyyən edilmiş müddəti buraxmış və mirası faktiki olaraq qəbul etməmişdir. Qeyd edilən fakt iddiaçının məhkməyə verdiyi iddia ərizəsi ilə də təsdiq olunur. Belə ki, iddiaçı iddia ərizəsində mirasın qəbulu üçün müəyyən edilmiş müddəti buxardığmı və bu səbəbdən də mirasın qəbulu müddətinin uzadılmasını xahiş etmişdir. Məhkəmə isə bizim tərəfimizdən iddiaçıya 3000 (üç min) manat məbləğində pulun verilməsini mirasın faktiki qəbulu kimi qiymətləndirərək onun qanunvericiliklə müəyyən edilmiş müddəti buraxmadığı qənaətinə gəlmişdir. Bununla bağlı aşağıdakıları qeyd etmək istəyirik. Məhkəmənin faktiki qəbul kimi istinad etdiyi hal qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi və bizim həmin şəhadətnamə əsasında 11000 (on bir min) manat məbləğində pulu almağımızdan sonra baş vermişdir. Bu isə o deməkdir ki, miras faktiki olaraq qəbul edilməmişdir və edilə də bilməzdi. Həmçinin məhkəmə nəzərə almamışdır ki, miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Məhkəmənin faktiki qəbul kimi istinad etdiyi pulun alınması tarixi isə miras qoyan X9 ölümündən altı ay keçdikdən və onların qanun üzrə vərəsəlik haqqında şəhadətnamə əsasında miras qalmış pulu almağından sonra baş vermişdir. Məhkəmə nəzərə almamışdır ki, pul iddiaçıya mirasdan pay olaraq verilməmiş və o, həmin paya faktiki sahiblik etməmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 vəkili Vəkil kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun nümayəndəsi-vəkili Vəkil kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya ins tansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Bakı şəhəri 46 saylı notariat kontorunun notariusu məhkəməyə məktub göndərərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3cü maddəsinə əsasən işə cavabdeh 46 saylı notariat kontorunun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, maddi və prosessual hüquq n ormalarının tələblərini pozaraq, düzgün olmayan qətnamə qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, X13 15.02.2014-cü il tarixdə kəskin ağ ciyər, ürək çatışmazlığından ölmüşdür. X3 ilə İddiaçı faktiki nikahlarından 01.01.2005-ci il tarixdə X11 və 12.12.2012-ci il tarixdə X10 anadan olmuşlar. Bakı şəhəri 46 saylı Notariat Kontoru tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş ******** saylı, 13.12.2017-ci il tarixli məktubdan görünür ki, 15.02.2014-cü il tarixdə ölmüş X5 miras qalmış əmlaklara vərəsələri Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 16 avqust 2014-cü il tarixdə ****** saylı reyestrlə və 29 aprel 2017-ci il tarixdə ******* saylı reyestrlə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. 16.08.2014-cü ildə verilmiş qanun üzrə vərəsəlik hüququ şəhadətnaməsinin surətindən görünür, 15.02.2014-cü ildə ölmüş X9 vərəsələri, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 miras əmlakdan tam hissədə irs almalıdır. Şəhatədnamə verilən miras əmlak Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin 20 iyun 2014-cü il tarixli ********* saylı məktubuna əsasən 11000 manat sığorta ödənişlərindən ibarətdir. Azərbaycan Respublikası Müdafiə Nazirlyinin iddiaçı X4 müraciətinə cavab olaraq 05.06.2017-ci il tarixli məktubunda göstərilir ki, onun mərhum həyat yoldaşının adına hərbi xidmət dövründə istifadə etmədiyi illər üçün məzuniyyət pulunu alınması ilə ona vərəslik hüquq haqqında şəhadətnamə aldıqdan sonra onun ərizəsinə baxıla bilməsi qeyd edilmişdir. 15.02.2014-cü ildə ölmüş X9 vərəsələri, Cavabdeh1, Cava bdeh2 və Cavabdeh3 ünvan1 ünvandakı miras əmlakdan 1/3 hissədə pay almalıdılar. Şəhatədnamə verilən miras əmlak Azərbaycan Respublikası Müdafiə Nazirlyinin 26 aprel 2017-ci il tarixli ******* saylı məktubuna əsasən 12683.10 manat ödənilməmiş məzuniyyət haqqından ibarətdir. Həmçinin iş materiallarına əlavə olunmuş 26 avqust 2014-cü il tarixli qəbzdən görünür ki, iddiaçı X1 ölümü ilə əlaqədar verilmiş 11000 manat məbləğində sığorta ödənişinin 3000 manatını 26 avqust 2014-cü il tarixdə almışdır. Hazırki iddiaçı X8 yetkinlik yaşına çatmayan X6 və X7 adından məhkəməyə müraciət edərək X3ndan miras qalmış əmlakın qəbul edilməsi müddətinin uzadılması, 01.01.2005ci il tarixdə anadan olmuş X6 və 12.12.2012-ci il tarixdə anadan olmuş X7 X9 qanuni vərəsələri kimi tanınaraq onalrın da payının müəyyən e dilməsi, Bakı şəhəri 46 saylı notariat kontoru tərəfindən verilmiş vərəsəlik hüquq haqqında şəhadətnamədə dəyişiklik edilərək onların paylarına uyğun olaraq vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş edir. Apellyasiya instansiyası məhkəməsi iddia tələbini təmin edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı X1 ölümü ilə əlaqədar verilmiş 11000 manat məbləğində sığorta ödənişinin 3000 manatını 26 avqust 2014-cü il tarixdə miras qismində qəbul etdiyindən, o, mirasın bir hissəsinə sahiblik etməyə faktiki başlamış və mirası tamamilə qəbul etmiş hesab olunur. Belə olan halda isə iddiaçı tərəfindən mirasın qəbul edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürülməmişdir. X2 vərəsələri, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X10 və X11 müəyyən edildiyindən pay hüququ müəyyən edilməklə miras əmlakdan tam hissədə irs almalıdırlar. Belə olan halda Bakı şəhəri 46 saylı Notariat Kontoru tərəfindən verilmiş 16 avqust 2014-cü il tarixdə ******** saylı reyestrlə və 29 aprel 2017-ci il tarixdə ******** saylı reyestrlə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr ləğv edilməli, hər bir vərəsə üzrə 1/5 hissədə pay hüququ müəyyən edilməklə yeni vərəsəlik hüququ haqqında şəhadətnamə verilməlidir. Apellyasiya instansiyası məhkəməsi iddiaçının iddia ərizəsi ilə tələb etdiyi “vərəsəlik hüququ haqqında şəhadətnamədə dəyişiklik edilməsi” hissəsi ilə bağlı belə nəticəyə gəlmişdir ki, vərəsəlik hüququ haqqında şəhadətnamədə dəyişiklik edilməsi, həmin şəhadətnamə ediləcək dəyişikliyin onun hüquqi anlamda nəticə ilə etibarı ilə ləğvini ehtiva edir və məhkəmə tərəfindən iddia tələbinin həmin hissədə də təmin edilməsi qərara alındığından bu tələb mahiyyət etibarı ilə özündə vərəsəlik hüququ haqqında şəhadətnamədə dəyişikliyin edilməsini deyil, onun ləğv edilməsini ehtiva etdiyindən iddia tələblərinin qismən təmin edilməsi iddia tələblərindən kənara çıxma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi bu nəticəyə gələrkən işin hallarını tam araşdırmamış, məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı olmamışdır. Belə ki, məhkəmə miras qoyan X9 arvadı Cavabdeh1, onun digər vərəsəlri olan uşaqları Cavabdeh2, Cavabdeh3, T1 və B1 1/5 hissədə pay hüququnu müəyyən etməkdə düzgün nəticəyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, mir as qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243-cü maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Hazırda miras əmlak X9 işlədiyi müddətdə istifadə etmədiyi məzuniyyət günlərinə görə hesablanmış 12683 manat puldur. Həmin pul mülkiyyət kimi qəbul edilməlidir. Bu qiymələndirmə Avropa İnsan Hüquqları məhkəməsinin presedentlərindən irəli gəlir. Belə ki, Avropa İnsan Hüquqları Məhkəməsi tərəfındən Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində nəzərdə tutulan "mülkiyyət" və ya "əmlak" anlayışları çox geniş çərçivədə şərh olunur. Həmin maddə ilə bağlı Avropa Məhkəməsinin presedentlərinə əsasən: daşınar və daşınmaz əmlak, maddi və qeyri-maddi maraqlar (səhmlər, patentlər), iddia barədə arbitraj qərarları, əmək haqqı, pensiya hüququ, ev sahibinin icarə haqqı almaq hüququ, biznes fəaliyyətinin həyata keçirilməsi ilə bağlı iqtisadi maraqlar və s. "Van Marle və başqaları Niderlanda qarşı", 26 iyun 1986-cı il işində məhkəmə qeyd etmişdir ki, maddi dəyəri olan hər hansı hüquq Konvensiyanı n 1 saylı Protokolunun 1-ci maddəsində ifadə olunmuş "əmlak" anlayışı ilə əhatə olunur. "Pravednaya Rusiya Federasiyasına qarşı", 18.11.2004-cü il; "Kopetski Sloveniyaya qarşı", № 9 44912/98, 2004 və "Aunola Finlandiyaya qarşı" 15.03.2001-ci il işlərində Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya öz-özlüyündə qocalığa görə pensiya hüququnu və konkret həcmdə sosial ödəmələrə təminat vermir. Bununla belə, "tələb" hətta pensiyaya münasibətdə, əgər o milli qanunvericiliklə kifayət qədər əsası malikdirsə, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi baxımından özündə "mülkiyyəti" təmsil edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin məcəllənin 32.2 və 32.2.1-ci maddələ rinə görə, ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri daxildir. Mülki Məcəllənin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Sadalanan normalardan göründüyü kimi, nikah dövründə ər-arvadın əldə etdikləri əmlak onların birgə mülkiyyəti sayılır. Belə olan halda X3ndan miras qalmış 12683 manat pul mərhumun arvadı Cavabdeh1 ilə birgə nikah dövründə əldə edilmiş əmlak sayılmalıdır. Apellyasiya instansiyası məhkəməsi bu halı diqqətdən qaçırmış, miras əmlakın birgə ni kah dövründə əldə edilmiş əmlak olmasına, 12683 manat pulun yarısına Cavabdeh1 hüququnun olmasına əhəmiyyət verməmişdir. Ona görə də, işə yenindən baxan zaman məhkəmə miras əmlaka payları müəyyən edərkən miras əmlakın yarısının birgə nikah dövründə əldə edilmiş əmlak olmasını nəzərə almalı, əmlakın qalan yarısına isə vərəsələr arasında müvafiq olaraq payların müəyyən edilməsini həll etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.1-cimaddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməs i üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya kollegiyası, kassasiya şikayətinin dəlilləri ilə razılaşır və onları əsaslı hesab edərək qeyd edir ki, bu dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsasdır. Odur ki, kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30.10.2018-ci il tarixli qətnaməsi ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən apellyasiya qaydasında baxılan zaman qərarın təsviri hissəsində göstərilənlər araşdırılıb hüquqi qiymət verilməklə, mübahisənin düzgün həllinə dair qanuni və əsaslı qərar qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci m addələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavahdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və vəkil Vəkil kassasiya şikayəti təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30.10.2018-ci il tarixli 2(103)-11326/2018 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar