Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2099/2020 23.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi) Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, maraqlı şəxsin nümayəndəsi və vəkili Abbasov Rəfail Arif oğlunun iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Samux rayon şöbəsi tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 23 iyu n 2020-ci il tarixdə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Samux Rayon Məhkəməsinin (hakim N.Hümbətov) 2(058)-395/2019 saylı mülki iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə ərizənin təmin edilməsi, xx.xx.1952-ci il tarixdə anadan olmuş Ərizəçi 1979-cu ilin may ayından 1990-cı ilin avqust ayına kimi Kəlbəcər rayonunda fəaliyyət göstərmiş İstisu sanatoriyasında sürücü işləməsi faktının müəyyən edilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər Ə.Məmmədov (sədrlik edən, məruzəçi), Ş.Əliyeva və A.Hüseynzadə, 2(104)-3464/2019 saylı mülki iş) hazırki iş üzrə Samux Rayon Məhkəməsinin 2(058)-395/2019 saylı mülki iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Ərizəçi maraqlı şəxs Azərbayca n Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Samux rayon şöbəsinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, 1979-cu ilin may ayından 1990-cı ilin avqust ayına kimi Kəlbəcər rayon İstisu sanatoriyasında sürücü işləməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri: Ərizəçi 1979-cu ilin may ayından 1990-cı ilin avqust ayına kimi Kəlbəcər rayonunda fəaliyyət göstərmiş İstisu sanatoriyasında sürücü işləməsi faktının müəyyən edilməsi barədə ərizəsi “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1, 3.1.1, 3.2, 3.2.2-ci maddələrinə əsasən təmin edilməməlidir. Prosessual məsələlər: Məhkəmə kollegiyasının iclasında maraqlı şəxsin nümayəndəsi və vəkili Abbasov Rəfail Arif oğlu kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məh kəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Kassasiya şikayəti ilə bağlı məhkəmənin mövqeyi: 003609 saylı vəsiqənin surətindən görünür ki, Ərizəçi xx.xx.1973-cü il tar ixdən xx.xx.1974cü il tarixə kimi sürücülük məktəbinin 3-cü klas imtahanını verərək xx.xx.1974-cü il tarixli, 01 №-li protokola əsasən xx.xx.1974-cü il tarixdə AAQ № 819073 saylı sürücülük vəsiqəsi almışdır. Gəncə Kəndnəqliyyat ASC üzrə 367 №-li əmrdən çıxarışın surətindən görünür ki, Ərizəçi Gəncə Kəndnəqliyyat ASC-nə 367 saylı əmrə əsasən xx.xx.1976-cı il tarixdə sürücü kimi işə qəbul edilmişdir. Gəncə Kəndnəqliyyat ASC üzrə 13 №-li əmrdən çıxarışın surətindən görünür ki, Ərizəçi Əmək Məcəlləsinin 37-ci maddəsinə əsasən 13 saylı əmrlə xx.xx.1979-cu il tarixdə Gəncə Kəndnəqliyyat ASC-dən öz xahişi ilə sürücü işindən azad edilmişdir. Gəncə şəhəri,XXX mənzil 11-də yaşayan XXX qızının, Kəlbəcər rayon İstisu qəsəbə sakini Gəncə şəhəri ADAU-nun 6 saylı yataqxanasının ətrafında məskunlaşan, məc buri köçkün X1 və Kəlbəcər şəhər sakini Gəncə şəhəri ADAU-nun 6 saylı yataqxanasında məskunlaşan məcburi köçkün X2 iştirakları ilə tərtib olunmuş və onlar tərəfindən imzalanmış xx.xx.2019-cu il tarixli Aktdan görünür ki, Samux rayon Burunqovaq kənd sakini Məmmədov X3 rayon İstisu sanatoiyasında 1979-cu ilin may ayından 1990-cı ilin avqust ayına kimi sürücü vəzifəsində işlmişdir. DSMF-nun Samux Rayon şöbəsinin 66/226 saylı xx.xx.2017-ci il tarixli məktubundan görünür ki, əmək kitabçası olmadığı üçün Ərizəçi əmək pensiyası təyin etmək mümkün olmamışdır. Kəlbəcər rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli 60 saylı arayışından görünür ki, Kəlbəcər rayonu xx xxxxx 1993-cü il tarixdə Ermənistan Respublikasının silahlı birləşmələri tərəfindən işğal edildiyi üçün Kəlbəcər rayonunun idarə, müə ssisə və təşkilatlarının Kəlbəcər rayon Dövlət Arxiv idarəsinə verdiyi bütün sənədlər işğal zonasında qaldığından ərizəçinin müraciətinə uyğun hüquqi sənəd vermək imkan xaricində olması bildirilmişdir. Azərbaycan Respublikası daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin xx.xx.2019-cu il tarixli 15/Q345 saylı məktubunun surətindən görünür ki, 1952-ci il təvəllüdlü Ərizəçi adına xx.xx.1974-cü il tarixdə AAQ seriyalı 819073 №-li «BC» kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. Məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, həqiqətən də Ərizəçi 1979-cu ilin may ayından 1990-cı ilin avqust ayına kimi Kəlbəcər rayonunda fəaliyyət göstərmiş İstisu sanatoriyasında sürücü işləmişdir. Ərizəçinin həmin tarixlərdə işləməsi heç bir şübhə doğurmamaqla bütün sübutlarla və şahid ifadələri ilə, o cüml ədən həmin şahidlərin iştirakı ilə tərtib olunmuş Aktla da təsdiq olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sə nədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsinə əsasən əmək pensiyası şəxsin (ərizəçinin) daimi yaşadığı yer, qaçqın və məcburi köçkünlərin isə məskunlaşdıqları yer üzrə məcburi dövlət sosial sığortası, pensiyalar və pensiyalara əlavələr sahəsində idarə etməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanları tərəfindən təyin edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin olunması üçün sosial sığorta stajının müəyyən edilməsi və hesablanması Qaydalarının 2.5-ci bəndində göstərilir ki, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, y anğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda sığorta olunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Maraqlı şəxs Azərbaycan Respublik ası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Samux rayon şöbəsinin kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2099/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2099/2020
23.06.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver