Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2099/2021 30.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh və Şamaxı rayon ******** kənd bələdiyyəsinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-*****/21 (Açar sözlər: maneənin aradan qaldırılması) Bakı şəhəri, xx xxxx 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı və vəkili Vəkil1 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-*****/2020 nömrəli iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən İ ddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdeh X1 qarşı “fərdi yaşayış evindən və torpaq sahəsindən istifadəyə maneələrin aradan qaldırılması, həmin fərdi yaşayış evinə və torpaq sahəsinə gediş gəliş yolu üzərindəki müdaxilələrin cavabdehə qadağan edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Şamaxı rayonu ********* kəndində yerləşən fərdi yaşayış evi və torpaq sahəsindən (0,6663 ha) istifadəyə cavabdeh X2 tərəfindən yönəlmiş maneələrin aradan qaldırılması, həmin torpaq sahəsinin və kəndin ümumi gediş gəliş yolu üzərindəki müdaxilənin Cavabdeh qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Şamaxı rayonu ******** kənd Bələdiyyəsini cavabdeh qismində göstərməklə, iddia tələbinin təmin olunması ilə yanaşı, eyni zamanda Şamaxı rayon ********** kənd Bələdiyyəsinin xx.xx.2012-ci il tarixli ***** saylı qərarının və onunla bağlı digər sənədlərin də etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Şamaxı rayonu ******** kəndi ərazisində ona və ailəsinə məxsus fərdi yaşayış evi və həyətəyanı torpaq sahəsi vardır. Şamaxı rayonu ******** kəndində yerləşən 0,6663 ha fərdi yaşayış evi və torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə ona məxsusudur. Torpaq sahəsinin qarşısında tarixən gen planla bütün kəndin istifadə etdiyi yol keçir. Bunu evinin texniki pasportundan da müəyyən etmək olar. Cavabdeh qanunsuz olaraq həmin yolun üzərində fərdi yaşayış evi tikmək üçün hazırlıqlar edir. Yolun kənarına torpaq sahəsinin qarşısında daş tökərək evinin fundamentini tökmüş və bunun nəticəsində torpaq sahəsinə dağdan gələn sel-sularının kənara axıdılması üçün çəkdirdiyi drenaj (arx) tamam yararsız hala düşmüşdür. Torpaq sahəsinin önü cavabdehin qazıntıları səbəbindən keçilməz bataqlıqa çevrilmişdir. Dəfələrlə cavabdehə bu qanunsuz hərəkətlərinə son qoymasını tələb etsə də cavabdeh öz qanunsuz əməllərini davam etdirir. İddia ərizəsinə əlavə etdiyi fotoşəkillərdən də göründüyü kimi cavabdeh yüksək gərginlikli işıq dirəyi basdırılan yeri qazdıraraq tikilisi üçün fundament (özül) tökmüşdür. Torpaq sahəsini müdafiə etmək üçün çəkdirdiyi arx tamam yarasız hala düşüb torpaq sahəsindən istifadə və yola texnikanın giriş-çıxışı qeyri mümükün olmuşdur. ******** kəndinin ortasında cavabdehin qanunsuz hərəkətəri üzündən blokadada qalmışlar. Şamaxı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx xxxxxx 2018-ci il tarixli 2(074)-*****/2018 nömrəli qərardadı ilə (hakim – Etibar Hümbətov) məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması AR ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti, AR ƏMDK yanında DƏDRX-nin 14 saylı Ərazi İdarəsinin mütəxəssisləri və Şamaxı rayonunun ******** kənd bələdiyyəsinin nümayəndəsi cəlb edilməklə Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Azərba ycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli ****** saylı ekspert rəyi ilə bildirilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz əmlakın Kadastrı və ünvan reyestri xidmətinin mütəxəssisləri tərəfindən tərtib olunmuş xx xxxxxxxx 2019-cu il tarixli **********14 saylı mütəxəssis rəyinə əlavə edilmiş sxemin məlumatlarına, eləcə də X1 məxsus torpaq sahəsinin plan ölçü sənədində qeyd olunan koordinatlara və baxış zamanı müəyyən edilmiş məlumatlara əsasən, Şamaxı rayonu ******** kəndində yerləşən İddiaçı və iş üzrə cavabdeh X1 məxsus torpaq sahələrinin ayrı-ayrılıqda və bir-birindən aralı yerləşdiyi, həmçinin Cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsinə hər hansı bir müdaxilə olunmadığı müəyyən edilmişdir. Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, X1 aid A-******* nömrəli plan ölçü sənədində qeyd olunan koordinatlarla faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları arasında hər hansı uyğunsuzluq müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(074)-******/2020 nömrəli qərardadı ilə (hakim Etibar Hümbətov) İddiaçı iddia tələbinin Şamaxı rayon ******** kənd bələdiyyəsinin xx.xx.2012-ci il tarixli ***** saylı qərarının və onunla bağlı digər sənədlərin də etibarsız hesab edilməsi hissəsində icraata hissəvi xitam verilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(074)-*****/2020 nömrəli qətnaməsi ilə (hakim Etibar Hümbətov) iddianın rədd edilməsi, İddiaçı ekspertiza tədqiqatının dəyəri üzrə 100 manatın tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, iddiaçı tələbini cavabdeh Tərbizə Məlikovanın bütün kəndin istifadə etdiyi yolun üzərində fərdi yaşayış evi tikmək üçün hazırlıqlar etməsi, yolun kənarına torpaq sahəsinin qarşısında daş tökərək evinin fundamentini tökməsi, nəticədə torpaq sahəsinə dağdan gələn sel-sularının kənara axıdılması üçün çəkdirdiyi drenajın (arx) tamam yararsız hala düşməsi, torpaq sahəsinin önünün cavabdehin qazıntıları səbəbindən keçilməz bataqlığa çevrilməsi, cavabdehin yüksək gərginlikli işıq dirəyi basdırılan yeri qazdıraraq tikilisi üçün fundament (özül) tökməsi, torpaq sahəsini müdafiə etmək üçün çəkdirdiyi arxın tamam yarasız hala düşüb torpaq sahəs indən istifadə və yola texnikanın giriş-çıxışının qeyri-mümkün olması, ******** kəndinin ortasında cavabdehin qanunsuz hərəkətəri üzündən blokadada qalması ilə əsaslandırsa da, iddiasının əsası kimi istinad etdiyi həmin halların təsdiqi üçün hər hansı sübutu, o cümlədən çəkdirdiyi drenajın (arx) sel-sularının kənara axıdılması üçün nəzərdə tutulması, həmin qurğunu bu məqsədləri üçün ayrılmış torpaq sahəsində, lazımi icazələr almaqla, şəhərsalma və tikinti normalarına, qaydalarına riayət etməklə tikdiyinə dair sübutu məhkəməyə təqdim etməmişdir. İş üzrə olan sübutlarla, 0,12 ha torpaq sahəsinin Şamaxı rayon ******** kənd Bələdiyyəsinin xx.xx.2012-ci il tarixli **** saylı qərarı ilə cavabdeh Tərbizə Məlikovaya satılması, eləcə də cavabdeh Tərbizə Məlikovanın apardığı tikintiyə hazırlıq işlər i nəticəsində iddiaçının mülki hüquqlarının və qanunla qorunan mənafelərinin pozulması təsdiq edilməmişdir. Yanaşı yoxlanılmış xx xxxxxx 2020-ci il tarixli ****** saylı ekspert rəyi ilə isə cavabdeh Tərbizə Məlikova tərəfindən iddiaçıya məxsus torpaq sahəsinə hər hansı bir müdaxilənin olunması müəyyən edilməmişdir. Məhkəmə, rəyi vermiş ekspertin mühəndislik sahəsində xüsusi biliyi olduğunu nəzərə alaraq, həmin rəylə razılaşır və cavabdeh Tərbizə Məlikova tərəfindən iddiaçının torpaq sahəsinə heç bir manə yaradılmadığını işin hallarına uyğun sayır. Beləliklə, iş üzrə olan sübutlarla müəyyən edilmişdir ki, 0,12 ha torpaq sahəsinin Şamaxı rayon ******** kənd Bələdiyyəsinin xx.xx.2012-ci il tarixli ***** saylı qərarı ilə cavabdeh Tərbizə Məlikovaya satılması, eləcə də cavabdeh Tərbizə Məlikova nın apardığı tikintiyə hazırlıq işləri nəticəsində iddiaçının mülki hüquqları və qanunla qorunan mənafeləri, o cümlədən mülkiyyətində olan ümumi sahəsi 57 kv.m, torpaq sahəsi 0,6505 ha olan fərdi yaşayış evinə öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək, ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqları pozulmamışdır. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19, 157.4-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 88, 107, 115, 124.2 və 217.4-cü maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Telman Məmmədov - sədrlik edən və məruzəçi, Şəmsəddin Abasov, Gülnarə Tağızadə) xx xxxxxxx 2020-ci il tarixli, 2(105)-*****/2020 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Şamaxı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(074)-*****/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər iş üzrə keçirilmiş ekspertizanın xx xxxxxx 2020-ci il tarixli, ******* saylı rəyi ilə tam təkzib olunur. Ona görə də apelyasiya şikayəti təmin edilməməlidir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəli lləri İddiaçı (vəkili Vəkil1) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, bələdiyyənin qeyd edilmiş qərarına qiymət verilməmişdir. Birinci instansiya məhkəməsinə Şamaxı rayon ******** kənd bələdiyyəsi cavabdeh qismində göstərilməklə bələdiyyənin xx.xx.2012-ci il tarixli ****** saylı qərarının və onunla bağlı sənədlərin etibarsız hesab edilməsi barədə əlavə ərizə təqdim edilməsi qətnamədə göstərilsə də, qətnamənin nəticə hissəsində öz əksini tapmamışdır. Bələdiyyə qeyd edilən qərarla Cavabdeh torpaq sahəsi ayırarkən normativ qaydalar pozulmuşdur. Tələbində qeyd etdiyi kimi hesab edir ki, mübahisə predmeti olan sahə kənd sakinləri tərəfindən istifadə olunan ümumi yola aiddir və cavabdehin istifadəsinə verilməməlidir. Məhkəmə qeyd edilən faktları nəzərə almamışdır. b) Kssasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh və Şamaxı rayon ******** kənd bələdiyyəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı (vəkili Vəkil1 kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13.1. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29.1 və 29.2. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticəl ərin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və h üquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin bələdiyyə qərarının etibarsız hesab edilməsinə dair dəlilləri üzrə qeyd edilmə lidir ki, cavabdeh kasasiya şikayətində məhkəmənin qəbul etdiyi qətnamədə iddia tələbinin bu hissəsinə qətnamənin nəticə hissəsində qiymət vermədiyinə istinad etsə də, nəzərə almamışdır ki, iddia tələbinin bu hissəsi üzrə birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə xitam verilmiş, maneənin aradan qaldırılması və s. tələblər üzrə isə qətnamə qəbul etmişdir. Kasasiya şikayətinin maneənin aradan qaldırılmalı olması barədə dəlili üzrə isə qeyd edilməlidir ki, cavabdeh tərəfindən iddiaçının mülkiyyətinə hər hansı maneənin yaradılması işə birinci instansiya məhkəməsində baxılarkən təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının vermiş olduğu rəy ilə təkzib olunur. İddiaçı isə əldə edilmiş ekspert rəyinin qeyri-mötəbər olması barədə hər hansı sübuta istinad edə və ya hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-*****/2020 nömrəli, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.