Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2099/2022 25.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh MTK-ya qarşı “mənzillərin təhvil verilməsi və mənzillərin açarlarının təqdim edilməsi” tələbinə dair ilk və iddiaçı Cavabdeh MTK-nın cavabdeh İddiaçı, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" MMCyə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə QƏRARİ (Açar sözlər: müqavilənin etibarsızlığı, yeni inşa olunan binada yaşayış sahəsinin təhvil verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq q ızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 noyabr 2021-ci il tarixli, 2(103)8182/2021 nömrəli qətnaməsindən ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) tərəfindən verilmiş təqdimata Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: "xxxx" MMC və Cavabdeh MTK arasında bağlanmış 05 iyul 2018-ci il tarixli 0507/01-18 saylı müqavilə ilə ******* manat müqabilində Cavabdeh MTK "xxxx" MMC-nin sifarişinə əsasən, ünvan 1 ünvanında yerləşən 3 bloklu, 21 mərtəbəli yaşayış binasının inşa edilməsinə dair texniki tapşırığın şərtləri ilə bağlı xidmətlərin yerinə yetirməsini üzərinə götürmüşdür. Müqaviləyə əsasən qeyd olunan məbləğ yerinə ye tirilmiş işlərin həcminə uyğun olaraq, tərəflərin qarşılıqlı razılığına əsasən, müvafiq həcmdə mənzil sahəsi ilə əvəz ediləcək. Cavabdeh MTK 21 noyabr 2018-ci il tarixli C-085/08 saylı müqavilə ilə dəyəri 198159,00 manat müəyyən edilmiş ünvan 2 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş C blokunun 08-ci mərtəbəsində yerləşən ümumi sahəsi 152,43 kv.m, yaşayış sahəsi 136,40 kv.m olan izolə olunmuş 3 otaqdan ibarət C03 saylı mənzili və 21 noyabr 2018-ci il tarixli C-086/10 saylı müqavilə ilə dəyəri 198159,00 manat müəyyən edilmiş eyni yaşayış evinin giriş C blokunun 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 152,43 kv.m, yaşayış sahəsi 136,40 kv.m. olan izolə olunmuş 3 otaqdan ibarət C03 saylı mənzili İddiaçı təhvil verməyi, sonuncu isə müqavilələr üzrə müəyyən olunan mə nzillərin dəyərini Kooperativə ödənilməsini öhdəsinə götürmüşdür. İddiaçı mənzillərin dəyərini tam ödəmiş və Cavabdeh MTK bu barədə 21 noyabr 2018-ci il tarixli maliyyə arayışları vermişdir. "xxxx" MMC və Cavabdeh MTK arasında 05 oktyabr 2019-cu il tarixdə bağlanmış razılaşma müqaviləsinə əsasən 62 sayda mənzil Cavabdeh MTK-ya güzəşt edilmiş, lakin İddiaçı ilə bağlanmış müqavilələr üzrə qeyd olunan mənzillər həmin siyahıya daxil edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə bağladığı 21 noyabr 2018-ci il tarixli, C-085/08 saylı müqaviləyə əsasən, kooperativ tərəfindən ünvan 2 ünvanında inşa olunmuş 21mərtəbəli yaşayış kompleksində C blokunun 8-ci mərtəb əsində yerləşən 3 otaqlı, ümumi sahəsi 152,43 kv.metr, yaşayış sahəsi 136,40 kv.metr olan C-03 mənzilin və 21 noyabr 2018-ci il tarixli, C-086/10 saylı müqaviləyə əsasən, kooperativ tərəfindən ünvan 2 ünvanında inşa olunmuş 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş C blokunun 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 152,43 kv.metr, yaşayış sahəsi 136,40 kv.metr olan izolə olunmuş 3 otaqdan ibarət C03 saylı mənzilin ona təhvil-təslim edilməsi və mənzilin açarlarının təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən ünvan 3 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin tikintisi başa çatmış, binadakı mənzillər bəzi payçılara təhvil verildiyi halda, iddiaçıya məxsus mənzillər ona təhvil verilməmişdir. Mənzillərin ona təhvil-təslim edilməsi və mənzillərin açarlarının təqdim edilməsi barədə o, 27 avqust 2020-ci il tarixdə poçt vasitəsi ilə Cavabdeh MTK-nın hüquqi ünvanına və faktiki fəaliyyət göstərdiyi ünvana Pretenziya (xəbərdarlıq) göndərmişdir. Pretenziya (xəbərdarlıq) 31 avqust 2020-ci il tarixdə Cavabdeh MTK-ya təqdim edilmişdir. Pretenziyada mənzillərin 15 gün müddətində iddiaçıya təhvil-təslim edilməsi və mənzillərin açarlarının təqdim edilməsini MTK-ya təklif etmişdir. Lakin cavabdeh iddiaçının pretenziyasına cavab verməmişdir. İddiaçı mənzillərin pay dəyərini cavabdehə tam ödəməklə həmin mənzillərə sahiblik, istifadə hüququ və gözlənilən mülkiyyət hüququ əldə etmişdir. İddiaçı Cavabdeh MTK cavabdeh İddiaçı, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş C blokunun 08 mərtəbəsində yerləşən, ümumi sahəsi 152,43 kv.m, yaşayış sahəsi 136,40 olan izolə olunmuş 3 otaqdan ibarət C03 saylı, 21 noyabr 2018-ci il tarixli C-85/08 saylı və ünvan 2 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş C blokunun 10-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 152,43 kv.m, yaşayış sahəsi 136,40 olan izolə olunmuş 3 otaqdan ibarət C03 saylı mənzillərə 21 noyabr 2018-ci il tarixli C-086/J0 saylı müqavilələrin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 3 bloklu, 21 mərtəbəli yaşayış binasının inşa edilməsi məqsədilə sifarişçi "xxxx" MMC və Cavabdeh MTK arasında 05 iyul 2018-ci il tarixli, 0507/01-18 nömrəli Əlavə Dəyər vergisi ilə birlikdə ******* manat məbləğində müqavilə bağlamışlar. İddiaçının təqdim etdiyi müqavilələrdən görünür ki, olmayan mənzillərin satılmasına dair Cavabdeh MTK adından müqavilə bağlanmışdır. Mənzilin dəyəri qarşılıqlı iddia üzrə iddiaçıya ödənilməmişdir. Mübahisələndirilən müqavilələr bir qrup şəxslər tərəfindən öz çirkin niyyətlərini həyata keçirmək üçün bağlanmışdır. Belə olan halda bağlanmış müqavilə əhəmiyyətsiz əqddir. Cavabdeh MTK-nın balansında mənzil olmayıb və yoxdur. Bağlanmış müqavilədə olan imzalar icraçı direktora aid deyil və onun tərəfindən bağlanmamışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, 2(005)1223/2021 nömrəli qətnaməsi ilə (hakim A.N.Novruzova) ilk iddia təmin edilərək, Cavabdeh MTK ilə bağladığı 21 noyabr 2018-ci il tarixli, C-085/08 saylı müqaviləyə əsasən, kooperativ tərəfindən ünvan 2 ünvanında inşa olunmuş 21 mərtəbəli yaşayış kompleksində C blokunun 8-ci mərtəbəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 152,43 kv.metr, yaşayış sahəsi 136,40 kv.metr olan C-03 mənzilin və Cavabdeh MTK ilə bağladığı 21 noyabr 2018-ci il tarixli, C-086/10 saylı müqaviləyə əsasən, kooperativ tərəfindən ünvan 2 ünvanında inşa olunmuş 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş C blokunun 10cu mərtəbəsində yerləşən, ümumi sahəsi 152,43 kv.metr, yaşayış sahəsi 136,40 kv.metr olan izolə olunmuş 3 otaqdan ibarət C03 saylı mənzilin İddiaçı təhvil verilməsi və mənzilləri n açarlarının təqdim edilməsi öhdəliyi Cavabdeh MTK-nın üzərinə qoyulması, iddiaçı Cavabdeh MTK-nın cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsinin rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, ilk iddia üzrə cavabdeh müqavilələr üzrə mənzilləri iddiaçıya təhvil vermək öhdəliyi üzərinə götürmüş, lakin həmin öhdəliyi icra etməmişdir. Müqavilələrin şərtlərinə əsasən İddiaçı tam olaraq ödəniş etmişdir. Buna görə də cavabdehin hərəkətsizliyi, müqavilə bağlandıqdan təxmini 3 ilə yaxın müddət ərzində qeyd olunan ərazidə hər hansı inşaat işləri aparılmaması öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalıdır. Məhkəmə qətnamənin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 405.1, 421.2, 423.2, 425.1, 427.3, 442, 448.1, 448.2, 752.1, 759.1, 759.2-ci maddələri ilə əsaslandırmışdır. Məhkəmə qarşılıqlı iddiaya hüquqi qiymət verərkən Mülki Məcəllənin 324.1, 324.2, 324.4, 324.5, 337.1 və 339-cu maddələrinə istinad etməklə göstərmişdir ki, qeyd edilən mənzillər Cavabdeh MTK-ya məxsus olmaqla iddiaçı ilə müqavilələr bağlanmış, qeyd edilən mənzillərlə bağlı iş üzrə 3-cü şəxs "xxxx" MMC ilə Cavabdeh MTK arasında hər hansı bir razılaşma (müqavilə) bağlanmasından İddiaçı məlumatlı olması ağlabatan mühakimə olmamaqla, tərəflərin müqavilə öhdəliyinin yerinə yetirilməsindən yayınma kimi qiymətləndirilir. Qeyd edilən müqavilələrin Cavabdeh MTK-nın s ədri tərəfindən deyil, başqa şəxs tərəfindən icra olunması ilə bağlı irəli sürdüyü halla bağlı hər hansı sübut təqdim etməmişdir. Qarşılıqlı iddiaçının mübahisələndirdiyi müqavilələrin bağlanması zamanı qanunvericiliyin tələblərinin pozulduğu müəyyən edilməmişdir. Çünki mübahisələndirilən müqaviləyə dair hüquqi proseslər barəsində iddiaçının müqavilə tərəfi kimi azadlığı olmuş, “müqavilə azadlığı” prinsipi çərçivəsində o, tam sərbəst iradəsi ilə hərəkət etməklə, müqavilə şərtləri onun razılığı çərçivəsində müəyyənləşdirilmişdir. Müqavilənin digər tərəfi olan cavabdehin onu aldatdığı, yaxud hədə-qorxu və ya məcburiyyət təsiri altında qalaraq, eləcə də öz hərəkətlərinin mənasını dərk etməyərək müqaviləni bağladığı sübuta yetirilmədiyi təqdirdə isə, həmin müqavilənin etibarsız hesab olunması İddiaçı əldə etdiyi əmlak (əşya) hüquqlarının pozulması nəticəsini doğurmaqla bu hüquqlara qeyri-taraz müdaxilə olardı. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək baxımından ədalətli və qanunidir. b) Apellyasiya instansiyası məhkəməsində icraat İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh MTK apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, 2(005)-1223/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və ilk iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddianın isə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin mübahisə predm eti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" MMC apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, 2(005)-1223/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və ilk iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 noyabr 2021-ci il tarixli, 2(103)-8182/2021 qətnaməsi ilə (hakim X.A.Mərdanovanın sədrliyi və məruzəsi ilə, hakimlər E.M.Həsənovdan və F.F.Babayevdən ibarət tərkibdə) Cavabdeh MTK-nın və üçüncü şəxs "xxxx" MMC-nin apellyasiya şikayətləri təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, 2(005)-1223/2021 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı Cavabdeh MTK-y a qarşı “mənzillərin təhvil verilməsi və mənzillərin açarlarının təqdim edilməsi” tələbinə dair ilkin iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia ərizəsinin təmin edilməsi, Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış 21 noyabr 2018-ci il tarixli, C-085/08 saylı müqavilənin və 21 noyabr 2018-ci il tarixli, C-086/10 saylı müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh MTK-dan 396318 manat məbləğində pul vəsaitinin tutularaq, İddiaçı ödənilməsi qət edilmişdir. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmamış və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.2, 337.3, 337.4, 337.5, 752.1, 762.1, 763.1, 765-ci maddələrinə istinad edərək göstərmişdir ki, "xxxx" MMC və Cavabdeh MTK arasında bağlanmış 05 iyul 2018-ci il tarixli müqavilədən görünür ki, müq avilə üzrə tərəflər arasında podrat münasibətləri olmuş və Cavabdeh MTK "xxxx" MMC-nin sifarişi üzrə sonuncuya xidmət göstərmişdir. Cavabdeh MTK tərəfindən podrat müqaviləsi əsasında inşa edilən yaşayış binası üzrə yalnız "xxxx" MMC-yə xidmət göstərmək hüquqları və öhdəlikləri olmuş, inşa edilən yaşayış binası üzrə hər-hansı alğı-satqı əməliyyatları aparmaq hüquqları olmamışdır. Belə olan halda, Cavabdeh MTK-nın ünvan 4 ünvanında yerləşən 3 bloklu, 21 mərtəbəli yaşayış binasının hər-hansı mənzilinə dair alğısatqı müqaviləsi bağlamaq və buna dair pul vəsaiti almaq hüququ olmamışdır. Cavabdeh MTK ilə "xxxx" MMC arasında bağlanmış 05 oktyabr 2019-cu il tarixli razılaşma müqaviləsi Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış müqavilələrin etibarlı sayılmasına əsas vermir. İddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış müqavilələr (21 noyabr 2018) Cavabdeh MTK ilə "xxxx" MMC arasında imzalanmış (05 oktyabr 2019) razılaşmadan əvvəl bağlanmış və həmin zaman Cavabdeh MTK-ya "xxxx" MMC tərəfindən alğı-satqı müqaviləsi bağlamaq və buna dair pul vəsaiti almaq səlahiyyəti verilməmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh MTK-nın müqavilə bağlamaq hüququ olmadan İddiaçı ilə 21 noyabr 2018-ci il tarixli C-085/08 saylı və 21 noyabr 2018-ci il tarixli C-086/10 saylı müqavilələr bağladığından, qanunvericiliyin tələbləri pozulmuşdur. Belə olan halda, həmin müqavilələr etibarsız hesab edilməlidir. Bundan başqa etibarsız əqd isə özünün etibarsızlığından başqa hər-hansı hüquqi nəticələr yaratmadığından İddiaçı tərəfindən Cavabdeh MTK-ya ödənilmiş cəmi 396318 manat məbləğində pul vəs aiti Cavabdeh MTK-dan tutularaq İddiaçı ödənilməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: İddiaçı Hacıyev Faiq Xamis oğlu kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 noyabr 2021-ci il tarixli, 2(103)-8182/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası MM-in 337.1, 337.2, 337.3, 337.4 və 337.5-ci maddələrin tələbləri pozulmuş, iş materiallarında olan sənədlər üzrə tam araşdırma aparılmamış, mübahisəli məsələlərə aydınlıq gətirilməmiş və alıq-satqı müqavilələrinin etibarsız hesab edilməsində səhv nəticəyə gəlmişdir. Belə ki, Cavabdeh MTK və "xxxx" MMC arasında bağlanmış 05 oktyabr 2019-cu il tarixli razılaşma müqaviləsinin 1.1-ci bəndindən görünür ki, 05 iyul 2018-ci il tarixli müqaviləyə 1, 2 və 3 saylı əlavələr olmuşdur. Həmin əlavələrin məzmununun nədə ifadə olunması şifahi vəsatət verilsə də, məhkəmə kollegiyası tərəfindən həmin sənədlər tələb olunmamışdır. Bundan əlavə "xxxx" MMC-nin Cavabdeh MTK-ya ünvanladığı 24 iyun 2019-cu il tarixli 12/79 saylı məktubunun məzmunundan belə nəticə çıxarmaq olar ki, 15 fevral 2019-cu ilədək Cavabdeh MTK tərəfindən ******* manat dəyərində vətəndaşlarla alqı-satqı və barter əməliyyatları həyata keçirilmişdir. Deməli, mənzillərin satışı barədə razılaşma olub və bu razılaşma 05 iyul 2018-ci il tarixli müqaviləyə əlavələrdə öz əksini tapmışdır. İddiaçı il ə müqavilələr isə 21 noyabr 2018-ci il tarixdə bağlanmışdır. Lakin, məhkəmə kollegiyası bu məsələnin üzərindən sükutla keçmiş və bu məsələni aydınlaşdırmamışdır. Bundan əlavə 16 iyul 2021-ci il tarixli 015 saylı məktubla Cavabdeh MTK-ya 62 mənzildən əlavə daha 12 mənzilin verildiyi göstərilmişdir. Bu məsələ də məhkəmə kollegiyası tərəfindən araşdırılmamışdır. Cavabdeh MTK-nın 21 noyabr 2018-ci il tarixli, C-085/08 saylı C086/10 saylı müqavilələri bağlamaq hüququ olmuşdur və burada qanunvericiliyin tələblərinin pozulmasından söhbət belə gedə bilməz və həmin müqavilələr etibarsız hesab edilə bilməz. Həmçinin apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 88, 217.1, 217.3, 385.1 və 387.1-ci maddələri düzgün tətbiq edilməmiş və həmin normaların tələbləri pozulmuşdur. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən tam mübahisələndirildiyindən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin kassasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şə xsə qarşı mübahisə edilir. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-ci maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsin ə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutla ra obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillər indən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının tələbinin və apel lyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilmiş və məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə tam razıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilm əsinə dair” 02 aprel 2021-ci il tarixli qərar, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 18 mart 2022-ci il tarixli Qərar). Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ilə bağlanmış müqavilənin tərəfi olan Cavabdeh MTK mübahisələndirilən mənzillərin yerləşən yaşayış binasının tikintisində podratçı olmaqla, onun həmin mənzillərlə bağlı müqavilə bağlamaq səlahiyyəti olmaması müəyyən edildiyindən və sifarişçi olaraq "xxxx" MMC-nin həmin müqavilələrini bəyəndiyini təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın isə təmin edilməsinə dair apellyasiya məhkəməsinin mövqeyi qanuni olmuşdur. Kassasiya şikayətinin işin halların tam araşdırılmaması və sübutlara düzgün hüquqi qiymət verilməməsinə dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası yeni sübut qəbul etm ir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasi ya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 noyabr 2021-ci il tarixli, 2(103)-8182/2021 nömrəli qətnaməsini dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2099/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-2099/2022
25.04.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver