Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2099/2025 10.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı (Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X10 Agentliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) cavabdehlər Cavabdeh1nə, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ (Açar sözləri: mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddia, qanunsuz söküntü və yenidənqurma işləri nəticəsində dəymiş ziyanın aradan qaldırılması, əmlakın əvvəlki vəziyyətinə qaytarılması) Azərbay can Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X10 Agentliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2 və Cavabdeh3 qarşı “qanunsuz söküntü və yenidənqurma işləri nəticəsində dəymiş ziyanın aradan qaldırılması, əmlakın əvvəlki vəziyyətinə qaytarılması və s.” tələblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1062/2024 nömrəli, 12 fevral 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 10 iyul 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 1617.1 kv.m olan qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində 127 nömrəli reyestr kitabının 11840 nömrəli vərəqində xx.xx.2017-ci il tarixdə, Cavabdeh2 (qeydiyyat nömrəsi: **********, Seriya: RX, № 0998869); həmin ünvanda yerləşən ümumi sahəsi 751.80 kv.m olan qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə xx.xx.2020-ci il tarixdə Cavabdeh2 (qeydiyyat nömrəsi: **********); həmin ünvanda yerləşən sahəsi 179 kv.m olan 1 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə xx.xx.2022-ci il tarixdə (qeydiyyat nömrəsi: **********), 6 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə xx.xx.2022-ci il t arixdə (qeydiyyat nömrəsi: **********), 7 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə xx.xx.2023cü il tarixdə (qeydiyyat nömrəsi: **********) Cavabdeh3 adlarına qeydiyyata alınmışdır. 2. ünvan 2 ünvanında yerləşən 2 nömrəli mənzil isə tam mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində 3307 nömrəli reyestr kitabının 309165 nömrəli vərəqində xx.xx.2020-ci il tarixdə İddiaçı (qeydiyyat nömrəsi: **********); 3. “X14” MMC tərəfindən verilmiş 10 may 2023-cü il tarixli, 70 nömrəli mütəxəssis rəyinə əsasən, aparılmış tədqiqatlar nəticəsində ünvan 2 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində İddiaçı məxsus 2 saylı mənzilin solunda yerləşən 1 saylı mənzildə və üst mərtəbəsində (5-ci mərtəbədə) yerləşən 2 ədəd mənzillərin daxilində mövcud vəziyyəti üzrə monolit be ton konstruksiyalı döşəmənin və onun qarşısında yerləşən ümumi şaxtanın sökülməsi Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsinin və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 01 aprel 2015-ci il tarixli, 20/01-001 nömrəli qərarına əsasən AzDTN 1.6-2 “Tikintinin təşkili” haqqında qanunun tələblərinə uyğun olmadığı müəyyən edilir. ünvan 2 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində İddiaçı məxsus 2 saylı mənzilin solunda yerləşən 1 saylı mənzildə və üst mərtəbəsində (5ci mərtəbədə) yerləşən 2 ədəd mənzillərin daxilində mövcud vəziyyəti üzrə aparılmış söküntü və tikinti (şaxtanın və monolit beton konstruksiyalı döşəmənin sökülməsi) işləri zamanı 2 saylı mənzilin daxili konstruktik elementləri üzərində yaranmış çatlar həmin mə nzilə və mənzilin yerləşdiyi binaya texniki cəhətdən real təhlükə yarada bilər.
4. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X10 Agentliyi “Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutunun ünvan 2 ünvanında, 14+ mansard mərtəbəli yaşayış binasının 1÷4-cü mərtəbələrində keçid üçün mərtəbəarası örtük tavalarında boşluqların açılması ilə əlaqədar həmin sahənin texniki vəziyyəti haqqında xx.xx.2023-cü il tarixli rəyinə əsasən, sifarişçi Cavabdeh3 müraciətinə əsasən qeyd olunan ünvanda mərtəbəarası örtük tavalarında boşluğun açılması üçün gücləndirmə və layihələndirmə işləri ilə əlaqədar, binanın həmin hissəsinə texniki baxış keçirilmişdir. Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu, Vidadi və Rəsul Rza küçələrinin kəsişməsində yerləşən 1 girişli, yüksək mərtəbəli yaşayış binasının işçi layihəsi sifarişçi tərəfindən təqdim edilmişdir. Bina 2006-cı ildə 14 mərtəbəli (+mansard), zirzəmili və düzbucaqlı formada inşa edilmişdir. Zirzəmi avtodayanacaq, 1:3-cü mərtəbələr qeyriyaşayış, yuxarı mərtəbələr yaşayış üçün istifadə olunur. Binanın planda uzunluğu 32.4 m, eni 26.4 m-dir. Hündürlük (döşəmənin üst səthindən örtük tavasına qədər) zirzəmidə 3.59 m, 1-ci mərtəbədə 3.94 m, 2÷5-ci mərtəbələrdə isə 3.49 metrdir. Binanın konstruktiv sxemi çərçivə-rabitəli karkas (dəmirbeton diafraqmalar ilə) inşa olunmuşdur. Karkasın yükdaşıyan elementləri – sütunlar, rigellər və diafraqmalar monolit dəmir-betondan inşa edilmişdir. Örtüklər, tirlər, lift şaxtası və pilləkən qəfəsi monolit dəmir-betondandır. Baxış keçirilən sahədə “4-5” oxlar arasında və “D” oxu üzrə olan divarlar zirzəmi və 1-ci mərtəbədə qalınlığı 400 mm, 2÷5-ci mərtəbələrdə qalınlığı 300 mm olan monolit dəmirbeton diafraqmalardan ibarətdir. Mərtəbələrdə “4” oxu üzərində və “D-E” oxları arasında olan sütunlarası divarın qalınlığı 400 mm-dir. “4-5” və “D-E” oxları arasında monolit sütunların en kəsik ölçüləri zirzəmi və 1-ci mərtəbədə 700x700 mm, 2÷5-ci mərtəbələrdə 600x600 mm, monolit rigellərin en kəsik ölçüləri zirzəmi, 1÷4-cü mərtəbələrdə 400x600(h) mm, 5-ci mərtəbədə isə 400x500(h) mm-dir. Mərtəbəarası örtük tavasının qalınlığı 160 mm-dir. Arakəsmələr qalınlığı 10 sm olmaqla boşluqlu kərpicdən inşa edilib. Sifarişçi tərəfindən 4 və 5-ci mərtəbələrdə mənzillər təmir edilir. Örtük tavalarında açılması nəzərdə tutulan boşluqların binanın dayanıqlığına təsirini müəyyən etmək üçün X3 Baş İdarəsinə tələb olunan sənədləri təqdim etməklə, müvafiq rəyin alınmasının zəruriliyi barədə sahibkara məlumat verilmişdir.
5. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X10 Agentliyi “Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutunun ünvan 1 ünvanında, mövcud 14+ mansard mərtəbəli ofis və yaşayış binasında örtük tavalarında boşluqların açılması və gücləndirilməsi adlı layihə sənədinin üzərində “Dövlət Baş Ekspertiza – razılaşdırılmışdır” ştampı vardır (sifarişçi: Cavabdeh3). 6. ünvan 1 ünvanında yerləşən 14 mərtəbəli (+ mansard) yaşayış binasının örtük tavalarında boşluqların açılması ilə əlaqədar tədbirlərin ekspertiza rəyinə əsasən layihəyə uyğun olaraq aparılmasına etirazları olmadığını bildirmişlər.
7. Azərbaycan Respublik ası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X10 X1 Ekspertiza Baş İdarəsinin 36264 saylı, xx.xx.2023-cü il tarixli ekspertiza rəyinə əsasən, “ünvan 2 ünvanında yerləşən yaşayış binasının örtük tavalarında boşluqların açılması (±0.00÷+15.45 səviyyələrdə)” üzrə tikinti layihəsini konstruktiv dayanıqlıq baxımından qənaətbəxş hesab edib razılaşdırmaq olar (rəy Cavabdeh3 və Cavabdeh2 sifarişi əsasında verilmişdir). 8. "xxxx" MMC-nin 21 sentyabr 2023-cü il tarixli arayışına əsasən, ünvan 1 ünvanında yerləşən 14+ mansard mərtəbəli binada Cavabdeh3 məxsus mənzillərdə və Cavabdeh2 məxsus qeyri-yaşayış sahəsində mərtəbəarası örtük tavalarında boşluqların açılmasına heç bir etirazları olmadıqlarını bildirmişlər.
9. Bakı şəhər İcra Hakimiyyətinin 30 dekabr 2023-cü il tarixli məktubuna əsasən, ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 14+ mansard mərtəbəli yaşayış binasının Cavabdeh1 MMC-nin “İMC-1” klinikasının fəaliyyət göstərdiyi 1÷4-cü mərtəbələrində, lift quraşdırılması üçün mərtəbəarası örtük tavanlarında boşluqların açılması və gücləndirilməsi işlərinin həyata keçirilməsi ilə əlaqədar mövcud qanunvericilikdə nəzərdə tutulmuş qaydada aidiyyəti qurumlarla razılaşdırılmaqla həyata keçirilməsinə dair etiraz olunmamışdır.
10. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-16(006)187/2023 nömrəli qərardadı ilə, şikayət təmin edilmiş, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilmiş, İddiaçı müvəqqəti təminat tədbirinə dair ərizəsi qismən təmin edilmiş, məhkəmənin icraatında olan 2(006)-178/2024 saylı mülki iş üzrə yekun məhkəmə aktı qanuni q üvvəsini alanadək ünvan 1 ünvanında inşa edilmiş yüksək mərtəbəli yaşayış binasında və həmin binada yerləşən 1 və 6 saylı mənzildə aparılan qanunsuz söküntü, tikinti işlərinin dayandırılaraq söküntü, tikinti işlərinin aparılması cavabdehlər Cavabdeh1 MMC və X4 qadağan edilmiş, ərizə digər hissələrdə rədd edilmişdir Həmin qərardaddan verilən şikayət Bakı Apellyasiya Məhkəməsinin 16(103)-351/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə qeyri-mümkün hesab edilmişdir. 11. 26.05.2023-cü il tarixli müvəqqəti təminat tədbiri barədə qərardadın icrası barədə akta əsasən, Nəsimi rayon İcra Şöbəsinin böyük icra məmuru Cəlaləddin Əliyev, icra sənədi üzrə tələbkar X9 etibarnamə üzrə nümayəndəsi Vəkil1 (aktı imzalamaqdan imtina etmişdir) və "xxxx" MMC, B.Səfəroğlu 183 ünvanda yerləşən binanın ko mendantı X18, 45-ci mərtəbələrdə yerləşən mənzillərin sahibi X7 akt tərtib edərək, qeyd etmişlər ki, Nəsimi Rayon Məhkəməsinin 16(006)-147/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarının icrası ilə bağlı həmin ünvana gəlmişlər. Ünvanda olarkən tikinti aparılan mənzillərin sahibi müəyyən edilərək icra yerinə dəvət edilmişdir. Binanın 4-5-ci mərtəbələrində olan mənzillərə baxış keçirilmişdir. Həmin mənzildə təmir işləri aparıldığı müəyyən olunmuşdur. Qərara uyğun olaraq Cavabdeh1 MMC-yə və mənzillərin sahibi (3-cü şəxs) X5 həmin binada söküntü, tikinti,təmir və yenidənqurma işlərinin aparılması qadağan olunmuşdur. İcra yerində fotoşəkillər çəkilmiş və akta əlavə olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
12. İddiaçı iddia ərizəsi ilə məhkəmə yə müraciət edərək, ünvan 2 ünvanında inşa edilmiş yüksək mərtəbəli yaşayış binasında və həmin binada yerləşən 1 saylı və 2 saylı mənzildə cavabdehlərin həyata keçirdikləri qanunsuz söküntü və yenidənqurma işləri nəticəsində mülkiyyət hüququ əsasında iddiaçıya məxsus ünvan 2, 2 nömrəli mənzilə və mənzilin yerləşdiyi binaya dəymiş zərərin cavabdehlərin hesabına aradan qaldırılması ilə binanın əvvəlki vəziyyətə gətirilməsi, cavabdehlərin həyata keçirdikləri qanunsuz söküntü və yenidənqurma işləri nəticəsində iddiaçıya məxsus olan ünvan 2, 2 nömrəli mənzilə dəymiş 20.000 manat ziyanın cavabdehlərdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə; cavabdehlər tərəfindən ünvan 2 ünvanında inşa edilmiş yüksək mərtəbəli yaşayış binasında qanunsuz olaraq söküntü, tikinti və yenidənqurma işləri görül məsi ilə tikinti və təhükəsizlik qaydalarının pozulmasına görə cavabdehlərin inzibati və cinayət xarakterli əməllərə yol verdiyini nəzərə alaraq barələrində məhkəmə tərəfindən xüsusi qərardad çıxarılmasını xahiş etmişdir.
13. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında inşa edilmiş yüksək mərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 161 kv.metr olan 2 saylı mənzil mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. Həmin mənzilin yerləşdiyi binanın 1-2 və 3-cü mərtəbələrində Cavabdeh1 MMC fəaliyyət göstərir. İlkin olaraq həmin MMC binanın 1-2-ci mərtəbələrində fəaliyyət göstərsə də, sonradan binanın 3-cü mərtəbəsindən tibbi müəssisəsi kimi istifadə etmişlər. Hazırda iddiaçıya məxsus 2 saylı mənzillə qonşu olan 1 saylı mənzil və həmin mənzilin üst mərtəbəsində yerləş ən 6 saylı mənzillərin daxilində konstruktiv tikinti işləri aparılır, mənzillərin daxilində beton konstruksiyalı döşəmə dağıdılıb və arakəsmə divarları sökülüb. Bu da 2 saylı mənzilin daxilində qüsurların, divarda, balkonda çatların yaranmasına səbəb olmuşdur. Dördüncü mərtəbədəki mənzilin divarı ümumi dəhlizə doğru 5 sm qədər artırılaraq zəbt olunmuş, 3cü və 4-cü mərtəbə arasında olan binanın konstruksiyaları kustar hissə ilə doğrayaraq götürülərək ora lift yerləşdirilməsi planlaşdırılır. Binanın 4-cü mərtəbəsində lift sahəsinin qarşısında yerləşən 2 saylı mənzilin sol tərəfində arakəsmə divarlar üzərində və 2 saylı mənzilin daxilində sözügedən mübahisəli mənzillərə doğru olan eyvanın arakəsmə divarları üzərində yeni çatlar yaranır, iddiaçıya məxsus mənzilin qapısının sabitliyi pozularaq çətinliklə bağlınılır və mənzil yararsız vəziyyətə düşür. Məhkəmədə iddia qaldırmadan öncə verilən müvvəqəti təminat tədbiri barədə ərizə əsasında Nəsimi Rayon Məhkəməsinin qərardadı ilə Cavabdeh1 MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu 183 ünvanında inşa edilmiş yüksək mərtəbəli yaşayış binasında aparılan qanunsuz söküntü, tikinti, təmir və yenidənqurma işləri dayandırılaraq, söküntü, tikinti, təmir və yenidənqurma işlərinin aparılması Cavabdeh1 MMC-yə və digər 3-cü şəxslərə qadağan edilmişdir. Məhkəmə qərardadının icrası zamanı X8 özünü qanunsuz olaraq söküntü və yenidənqurma işəri həyata keçirilən 1 saylı mənzilin, həmin mənzilin üst mərtəbəsində yerləşən 6 saylı mənzilin sahibi kimi təqdim etdi. Bu səbəbdən də ilkin olaraq cavabdehlərdən biri həmin şəxs qoyulur. Cava bdeh müvafiq orqanlardan lazımi icazələr almadan binada və mənzillərdə qanunsuz söküntü və yenidənqurma işləri icra etmişdir. İddiaçı tərəf məhkəməyə müraciət etmədən əvvəl “X14”nə müraciət edərək, ona məxsus mənzilə qonşu olan 1 saylı mənzildə və həmin mənzilin üst mərtəbəsində yerləşən 6 saylı mənzildə aparılmış işlərin müəyyən edilməsini xahiş etmişdir. Həmin mənzillərin sahibi ekspertin girişinə maneə yaratdığı üçün öncədən çəkimiş video görüntülər əsasında mütəxəsis rəyi tərtib edilərək verilmişdir. Hazırda mütəxəsis rəyi ilə təsdiq olunur ki, Cavabdeh1 MMC tərəfindən binada aparılan söküntü işləri qanunsuz olaraq icra edilir və söküntü işləri dayandırılmadığı təqdirdə həmin mənzilə və mənzilin yerləşdiyi binaya texniki cəhətdən real təhlükə yarana bilər. “X14”nin 08 may 2023-cü il tarixli rəyinə əsasən müəyyən olunmuşdur ki, aparılmış tədqiqatlar nəticəsində ünvan 2 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində X11 məxsus 2 saylı mənzilin solunda yerləşən 1 saylı mənzildə və üst mərtəbəsində (5-ci mərtəbədə) yerləşən 2 ədəd mənzillərin daxilində mövcud vəziyyəti üzrə aparılmış söküntü və tikinti işləri Azərbaycan Respublikasının Şəhərsalma Və Tikinti Məcəlləsinin 75-ci maddəsinin və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 01 aprel 2015-ci il tarixli, 20/01-001 №-li Qərarına əsasən AzDTN 1.6-2 “Tikintinin təşkili” haqqında qanunun tələblərinə uyğun olmadığı müəyyən edilir. ünvan 4 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində X11 məxsus mənzilin solunda yerləşən 1 saylı mənzildə və üst mərtəbəsində (5- ci mərtəbədə) yerləşən 2 ədəd mənzillərin daxilində mövcud vəziyyəti üzrə aparılmış söküntü-tikinti işləri zamanı 2 saylı mənzilin daxili konstruktiv elementləri üzərində yaranmış çatlar həmin mənzilə və mənzilin yerləşdiyi binaya texniki cəhətdən real təhlükə yarada bilər. Bununla yanaşı mütəxəsis rəyi ilə təsdiq olunur ki, iddiaçıya məxsus 2 saylı mənzilin sanitar qovşağının və yataq otağının arxa divarına bitişik qonşu sahədə (1 saylı mənzildə) şaxta sökülmüş, şaxtanın qarşısında yerləşən təxminən 6 kv.m döşəmənin monolit beton konstruksiyası sökülüb dağıdılmış, həmin sahəyə dik döşənmişdir. Bundan başqa ümumi istifadədə olan dəhliz istiqamətinə tərəf arakəsmə divarı sökülərək həmin sahə alçipan vasitəsi ilə bağlanmışdır. 2 saylı mənzilin qonşuluğunda yəni 1 saylı mənzildə və üst mərtəb əsindəki mənzillərin daxilində konstruktiv tikinti və söküntü işləri aparılması, arakəsmə divarlarının və şaxtanın sökülməsi, monolit beton konstruksiyalı döşəmənin dağıdılması müəyyən edilmişdir. Cavabdehlər Bakı şəhəri, Nəsimi Rayonu, Bəşir Səfəroğlu 183 ünvanında inşa edilmiş yüksək mərtəbəli yaşayış binasında və həmin yaşayış binasında yerləşən 1 saylı və 6 saylı mənzildə qanunsuz söküntü və yenidən qurma işləri aparmadan öncə müvafiq icra hakimiyyətinə müraciət etməli və müraciətə mütəxəsislər tərəfindən baxılaraq texniki rəy verilməli və icazə alımalı idi. Lakin cavabdehlər müvafiq icra hakimiyyəti orqanından lazımi icazə almadan mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olan 2 saylı mənzilə qonşu olan 1 saylı mənzildə və həmin mənzilin üst mərtəbəsində yerləşən 6 saylı mənzildə və digər mənzillərdə, binada qanunsuz olaraq söküntü, tikinti və yenidən qurma işləri icra etmişdirlər.
14. İddiaçı vəkili-nümayəndəsi Vəkil1 “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə ərizə təqdim edərək, cavabdeh X2 Cavabdeh3 və Cavabdeh2 ilə əvəz edilməsini; iddia tələbinin həcmini artıraraq, 1. ünvan 6 ünvanında inşa edilmiş yüksək mərtəbəli yaşayış binasında və həmin binada yerləşən 1, 6 və 7 saylı mənzillərdə cavabdehlərin həyata keçirdikləri qanunsuz söküntü və yenidənqurma işləri nəticəsində mülkiyyət hüququ əsasında iddiaçıya məxsus ünvan 2 ünvanında yerləşən 2 nömrəli mənzilə və mənzillin yerləşdiyi binaya dəymiş zərərin cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 və Cavabdeh3 hesabına aradan qaldırılması ilə binanın əvvəlki vəziyyətinə gətirilməsi, cavabdehlərin həyata keçir dikləri qanunsuz söküntü və yenidənqurma işləri nəticəsində iddiaçıya məxsus olan ünvan 2, 2 nömrəli mənzilə dəymiş 20.000 manat ziyanın cavabdehlərdən alınaraq iddiaçıya ödənilməsi; 2. ünvan 6 ünvanında inşa edilmiş yüksək mərtəbəli yaşayış binasının 4cü mərtəbəsində yerləşən 1 saylı, 5-ci mərtəbəsində yerləşən 6 və 7 saylı mənzillər olan yaşayış sahələrinin qeyri-yaşayış təyinatlı istifadə edilməsinin cavabdehlərə qadağan edilməsi; 3. ünvan 6 ünvanında inşa edilmiş yüksək mərtəbəli yaşayış binasının 1, 2 və 3-cü mərtəbələrində yerləşən ünvan 2 və ünvan 7 ünvanında yerləşən qeyri-yaşayış sahəsində, ünvan 8 inşa edilmiş yüksək mərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən 1 saylı, 5-ci mərtəbəsində yerləşən 6 və 7 saylı mənzillərdə binanın dayanıqlığına, bütövlüyünə təsir edən, o cümlədən iddiaçının qonşuluq hüququna müdaxilə edən təmir, tikinti, yenidən qurma, konstruksiya işlərinin həyata keçirilməsinin cavabdehlərə qadağan edilməsi barədə qətnamə çıxarılmasını;
4. Cavabdehlər tərəfindən ünvan 2 ünvanında inşa edilmiş yüksək mərtəbəli yaşayış binasında qanunsuz olaraq söküntü, tikinti və yenidənqurma işləri görülməsi ilə tikinti və təhükəsizlik qaydalarının pozulmasına görə cavabdehlərin inzibati və cinayət xarakterli əməllərə yol verdiyini nəzərə alaraq barələrində məhkəmə tərəfindən xüsusi qərardad çıxarılmasını xahiş etmişdir.
15. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 iyul 2024-cü il tarixli 3-16-16/2-10/2077 nömrəli ekspert rəyinə əsasən, ünvan 2 ünvanında yerləşən Cavabdeh3 məxsus 1, 6 və 7 nömrəli mənzillərin daxi lində rigel və sütunların üzərində hər hansı bir söküntü və dağılma işlərinin aparılması müşahidə olunmadı. Eyni zamanda daxili arakəsmə divarların (8/10 sm ölçüdə) sökülərək yenidənqurma işlərinin aparıldığı, lakin həmin arakəsmə divarların sökülməsinin tikinti və təhlükəsizlik norma və qaydalarına uyğun olduğu müəyyən edilir. Həmçinin qeyd olunur ki, Cavabdeh2 məxsus olan qeyri-yaşayış sahəsinin 1-4-cü mərtəbələri arasında liftin yerləşdirilməsi məqsədilə aparılan 14+ mansard mərtəbəli ofis və yaşayış binasında 1:4-cü mərtəbələrində (0.0015.45 m səviyyəsində) mərtəbəarası örtük tavalarında 2.55x3.1 m ölçüdə boşluqların açılması və gücləndirilmə işlərinin aparılması üçün işçi layihəsi hazırlanmış və həmin layihə sənədləri “DövlətBaşEkspertiza”da və Bakı Şəhər İcra Hakimiyyəti başçısının x x.xx.2023-cü il tarixli məktubuna əsasən razılaşdırılmışdır. Bu səbəbdən də, 1-4 mərtəbələr arasında liftin yerləşdirilməsi məqsədilə aparılmalı işlərin tikinti və təhlükəsizlik norma və qaydalarına uyğun olduğu müəyyən edilir. Lakin baxış zamanı, mərtəbəarası örtüyün sökülərək lift şaxtasının yaradılması üçün nəzərdə tutulan (mübahisələndirilən) sahənin kənarları hörüldüyündən, həmin hissəyə baxış keçirilməsi mümkün olmamışdır. Yenidənqurma işlərinin aparılması nəzərdə tutulan hissənin kənarları hörüldüyündən və həmin hissəyə baxış keçirilməsi mümkün olmadığından, həmin işlərin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X10 Agentliyi tərəfindən verilmiş rəyə uyğun olub-olmamasını müəyyən etmək mümkün olmadı. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikint idə X10 Agentliyi “Azərinşaatlayihə” Dövlət Baş LayihəKonstruktor və Texnoloji İnstitutu tərəfindən Cavabdeh3 sifarişi əsasında ünvan 6 ünvanda, mövcud 14+ mansard mərtəbəli ofis və yaşayış binasında 1:4-cü mərtəbələrində (0.00-15.45 m səviyyəsində) mərtəbəarası örtük tavalarında 2.55x3.1 m ölçüdə boşluqların açılması və gücləndirilmə işlərin aparılması üçün işçi layihəsi hazırlandığını və həmin layihə sənədlərinin “Dövlətbaşekspertiza”da razılaşdırıldığını nəzərə alaraq aparılmalı yenidənqurma işləri layihə sənədlərinə uyğun olaraq aparıldığı halda həmin işlərin binanın dayanıqlığı (binanın dayanıqlığının zəifləməsi) baxımından hər hansı təhlükə yaratmadığı müəyyən olunur. Aparılmalı və aparılan yenidənqurma işləri Cavabdeh3 məxsus 1 nömrəli mənzilin daxilindən yerləşdiyindən, həmin yenid ənqurma işlərinin ünvan 6 ünvanında 4-cü mərtəbədə yerləşən İddiaçı məxsus 2 nömrəli mənzildə hər hansı maneə (mənzilin qapısının bağlanması və s.) yaratmadığı müəyyən edilir. ünvan 6 ünvanında 4-cü mərtəbədə ümumi dəhlizə doğru Cavabdeh3 məxsus 1 nömrəli mənzilinə bitişik alçipandan təqribən 10 sm ölçüdə, 4,0 m uzunluğunda çıxıntı yaradılmışdır. Lakin, bu artırma alçipan ilə quraşdırıldığından və əsaslı tikinti olmadığından, həmin artırmanın tikinti norma və qaydalarına uyğun olub-olmaması tikinti normaları ilə tənzimlənmir. ünvan 6 ünvanında yerləşən İddiaçı məxsus 2 nömrəli mənzilə vizual baxış zamanı mənzilin divarları, tavanı üzərində hər hansı qüsurların, çatların olması müşahidə olunmadı. Bu səbəbdən də, bu suallar üzrə tədqiqat aparılmadı.
16. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-178/2024 nömrəli 24 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim-Günay Abidova) iddia tələbi təmin edilməmişdir.
17. Məhkəmə müəyyən etmişdir ki, ünvan 2 ünvanında yerləşən yüksək mərtəbəli binanın qeyri-yaşayış sahəsi təyinatlı 1-3-cü mərtəbələri Cavabdeh2 mülkiyyətində olmaqla, digər Cavabdeh1 MMC-nin istifadəsindədir. Həmin qeyri-yaşayış sahəsində MMC-nin klinikası fəaliyyət göstərir. Həmin binada 4-cü mərtəbədə yerləşən 1 nömrəli mənzil Cavabdeh3, 2 nömrəli mənzil isə İddiaçı mülkiyyətindədir. 5-ci mərtəbədə yerləşən 6 və 7 nömrəli mənzillər də, həmçinin, Cavabdeh3 məxsusdur. Cavabdeh1 MMC Cavabdeh3 məxsus olan mənzilləri də icarəyə götürərək, həmin mənzillərdən qeyriyaşayış təyinatlı – klinika fəaliyyəti üçün istifadə etmək niyyətində olduğundan, Cavabdeh3 Azərbaycan Respubl ikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X10 Agentliyi “Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutundan 1÷4-cü mərtəbələrdə keçid üçün mərtəbəarası örtük tavalarında boşluqların açılması ilə əlaqədar sahənin texniki vəziyyəti haqqında xx.xx.2023-cü il tarixli rəy almış, rəydə ona örtük tavalarında açılması nəzərdə tutulan boşluqların binanın dayanıqlığına təsirini müəyyən etmək üçün X3 Baş İdarəsinə tələb olunan sənədləri təqdim etməklə, müvafiq rəyin alınmasının zəruriliyi barədə məlumat verilmişdir.
18. Bundan sonra Cavabdeh3 sifarişi əsasında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X10 Agentliyi “Azərinşaatlayihə” Dövlət Baş LayihəKonstruktor və Texnoloji İnstitutunun ünvan 1 ünvanında, mövcud 14+ mansard mərtəbəli ofis və yaşayı ş binasında örtük tavalarında boşluqların açılması və gücləndirilməsi adlı layihə sənədinə “DövlətBaşEkspertiza – razılaşdırılmışdır” ştampı vurulmuş, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X10 X1 Ekspertiza Baş İdarəsinin xx.xx.2023-cü il tarixli ekspertiza rəyində ünvan 2 ünvanında yerləşən yaşayış binasının örtük tavalarında boşluqların açılması” üzrə tikinti layihəsinin konstruktiv dayanıqlıq baxımından qənaətbəxş hesab edib razılaşdırmaq ola biləcəyi qeyd edilmişdir.
19. Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.2023cü il tarixdə Cavabdeh3 ünvanladığı məktubda həmin yaşayış binasının örtük tavalarında boşluqların açılması ilə əlaqədar tədbirlərin ekspertiza rəyinə əsasən layihəyə uyğun olaraq aparılmasına; Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.2023-cü il tarixdə Cavabdeh3 ünvanladığı məktubda da lift quraşdırılması üçün mərtəbəarası örtük tavanlarında boşluqların açılması və gücləndirilməsi işlərinin həyata keçirilməsi ilə əlaqədar tədbirlərin mövcud qanunvericilikdə nəzərdə tutulmuş qaydada aidiyyəti qurumlarla razılaşdırılmaqla həyata keçirilməsinə dair etirazları olmadığını bildirmişlər.
19. İddiaçı iddia irəli sürərək, həmin binanın özündə və 1, 6-7 nömrəli mənzillərdə cavabdehlərin qanunsuz söküntü və yenidənqurma işləri apardıqlarını iddia edib, bunun nəticəsində öz mənzilinə və mənzilin yerləşdiyi binaya dəymiş zərərin cavabdehlərin hesabına aradan qaldırılması ilə binanın əvvəlki vəziyyətinə gətirilməsini; mənzilinə dəymiş 20.000 manat ziyanın cavabdehlərdən alınaraq ona ödənilməsini; 1, 6-7 nömrəli mənzillərin qeyri-yaşayış təyinatlı istifadə edilməsinin cavabdehlərə qadağan edilməsini; 1-3-cü mərtəbələrdə yerləşən qeyri-yaşayış sahəsində və 1, 6-7 nömrəli mənzillərdə binanın dayanıqlığına, bütövlüyünə təsir edən, o cümlədən iddiaçının qonşuluq hüququna müdaxilə edən təmir, tikinti, yenidən qurma, konstruksiya işlərinin həyata keçirilməsinin cavabdehlərə qadağan edilməsini xahiş edir. İddiaçı tələbini “X14” MMC tərəfindən verilmiş 10 may 2023-cü il tarixli, 70 nömrəli mütəxəssis rəyi ilə əsaslandırmışdır.
20. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı cavabdehlər tərəfindən aparılan söküntü və yenidənqurma işlərinin qanunsuz olduğunu iddia etsə də, bu dəlilini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmiş, əksinə cavabdehlər tərəfindən təqdim edilmiş mötəbər sübutlardan və məhkəmə tərəfindən təyin edilmiş ekspertiza nəticəsində verilmiş ekspert rəyindən onların apardığı tikinti, yenidənqurma işlərinin qanunsuz aparılmaması, layihənin müvafiq orqanlarla razılaşdırılaraq, həmçinin, müvafiq rəylər alınaraq həyata keçirilməsi müəyyən edilmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi yeganə mütəxəssis rəyi yalnız iddiaçının bildirdiyi faktlar əsasında, işdə olan digər sənədlər nəzərə alınmadan tərtib edildiyindən, habelə orada qeyd edilənlər işin digər materialları ilə təkzib edilərək, öz təsdiqini tapmadığından, məhkəmə həmin rəyi mötəbər sübut kimi qiymətləndirməmişdir.
21. İddiaçı cavabdehlərin apardığı söküntü və yenidənqurma işləri nəticəsində mənzilinə və binaya zərər dəydiyini iddia etdiyindən, zərərin mövcudluğunu sübut etmək vəzifəsi onun üzərində olmuşdur. Lakin buna baxmayaraq, iddiaçı mənzilinə və binaya zərər vurulmasını, həmin zərərin cavabdehlərin təqsirli hərəkətləri nəticəsində dəydiyini və zərərin məbləğini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmiş, məhkəmə araşdırmaları zamanı təqdim edilmiş ekspert rəyində isə onun mənzilinə və binaya zərər vurulmadığı müəyyən edilmişdir. Belə olan halda məhkəmə tərəfindən “binanın əvvəlki vəziyyətə gətirilməsi və dəymiş zərərin ödənilməsi” tələbinin təmin edilməsinə heç bir əsas müəyyən edilməmişdir. 22. “Cavabdeh3 mülkiyyətində olduğu müəyyən edilən 1, 6-7 nömrəli mənzillərin qeyriyaşayış təyinatlı istifadə edilməsinin qadağan edilməsi” tələbi ilə əlaqədar qeyd edilmişdir ki, cavabdehlərin həmin mənzildən qeyri-yaşayış təyinatlı sahə - klinika ki mi istifadə etmək niyyətində olmaları iş üzrə məhkəmə araşdırmaları zamanı tərəflərin izahatları ilə öz təsdiqini tapan, işin mübahisələndirməyən halı olmuşdur. Lakin hazırda bu mənzillərin qeyri-yaşayış təyinatlı istifadə edilmədiyi aşkardır. Gələcəkdə həmin sahələrin xəstəxana ofisi, klinika, doğum evi, anbar, yoxsa xəstəxana kafeteriyası və s. kimi istifadə edilməsi isə hələ dəqiq deyil, deməli, həmin sahənin gələcəkdə qeyri-yaşayış sahəsi təyinatı ilə istifadəsi zamanı iddiaçının hər hansı hüquqlarına xələl gətirib-gətirməyəcəyini müəyyən etmək hazırkı mərhələdə mümkün deyildir. Qanunvericilikdə mənzilin qeyri-yaşayış təyinatına çevrilərək istifadə edilməsinə dair hər hansı məhdudiyyət nəzərdə tutulmadığından və yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, tələbin bu hissəsini n də təmin edilməsinə heç bir əsas yoxdur. 23. “Binanın dayanıqlığına, bütövlüyünə təsir edən, o cümlədən iddiaçının qonşuluq hüququna müdaxilə edən təmir, tikinti, yenidən qurma, konstruksiya işlərinin həyata keçirilməsinin cavabdehlərə qadağan edilməsi” tələbinə münasibətdə qeyd edilmişdir ki, iddiaçı bu tələbini mərtəbələrarası hissədə lift üçün boşluq açılmasının və mənzillərdəki sütunların dağıdılmasının, habelə cavabdehin mənzilinin artırmasının binanın dayanıqlığına xələl gətirməsi, özünün mənzilindən istifadəsinə maneə yaratması ilə əsaslandırsa da, iş materiallarında olan ekspert rəyində onun bu iddialarının əsassız olması nəticəsinə gəlməyə əsas verən faktlar müəyyən edilmişdir. Lift üçün nəzərdə tutulan boşluq hörüldüyündən, ora baxış keçirilməsi mümkün olmasa da, məhkəmə hesab etmişdir ki, bu, mahiyyətcə heç nəyi dəyişmir, çünki cavabdeh tərəfin həyata keçirməyi nəzərdə tutduğu layihə müvafiq qurumlar tərəfindən təsdiqlənmişdir. Əlavə olaraq qeyd edilməlidir ki, qanuni qüvvəsini almış məhkəmə qərardadına əsasən hazırda həmin ünvanda qanunsuz söküntü, tikinti işlərinin dayandırılaraq söküntü, tikinti işlərinin aparılması cavabdehlərə qadağan edilmişdir. Bütün göstərilənləri ümumiləşdirərək məhkəmə hesab edir ki, iddia tələbinin bu hissəsi də təmin edilməməlidir. 24. “Cavabdehlər tərəfindən tikinti və təhlükəsizlik normalarının pozulması səbəbindən onlar barəsində xüsusi qərardad çıxarılması” barədə tələb məhkəmə tərəfindən vəsatət kimi qiymətləndirilir və məhkəmə qeyd etmişdir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən əgər məhkəmə proses iştirakçıları nın əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, tərəflərin belə tələblərinin olub-olmamasından asılı olmayaraq, bu barədə xüsusi qərardad çıxararaq özü prokurora xəbər verir. Lakin hazırkı iş üzrə məhkəmə belə bir hal aşkar etmədiyindən, xüsusi qərardad çıxarılması barədə vəsatətin də təmin edilməməli olduğu qənaətinə gəlmişdir.
25. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1, 21, 152, 157, 170, 171, 226.3, 459.1, 1096-cı maddələrinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 20.1-ci maddəsinə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 2009-cu il 7 aprel tarixli 37 nömrəli əmri ilə təsdiq edilmiş “X6-Epidemioloji Tələblərə dair Qaydalar”-ın 2.6, 4.1-ci bəndlərinə, Azərbaycan Respublikası Dövlət Şəhərsalma Və Arxitektura Komitəsinin Kollegiyasını n “Yaşayış binaları. Layihələndirmə normaları”nın təsdiq edilməsi haqqında 30 noyabr 2021ci il tarixli, 3 №-li Qərarının 4.11-ci bəndinə, “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76, 77.1, 80, 88, 101.7, 103.1, 106.1, 115.0.1, 119.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
26. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
27. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən cavabdeh ə məxsus 1, 6 və 7 saylı mənzilərə yerli baxış zamanı və cavabdehlərin nümayəndəsinin verdiyi izahatarı ilə təsdiq edilir ki, 1, 6 və 7 saylı mənzillər qeyri-yaşayış təyinatlı – klinika şəklində təmir edilir və gələcəkdə də klinika olaraq fəaliyyət göstərəcək. Bakı şəhəri, Nəsimi Rayonu, Bəşir Səfəroğlu 183 ünvanında inşa edilmiş yüksək mərtəbəli yaşayış binasının 4-ci mərtəbəsində yerləşən 1 saylı mənzil iddiaçı Gülnarə Hacıyevanın mülkiyyətində olan 2 saylı mənzil ilə divar qonşusudur, 5-ci mərtəbədə yerləşən Cavabdeh3 məxsus 6 və 7 saylı mənzillərin alt qonşuluğunda isə Gülnarə Hacıyevanın mülkiyyətində olan 2 saylı mənzil yerləşir. Azərbaycan Respublikasının Mənzil Məcələsinin 20.3-cü maddəsinin tələbinə əsasən isə Cavabdeh3 məxsus 6 və 7 saylı mənzilin qeyriyaşayış sahəsinə keçirilməs in üçün həmin mənzilin bilavasitə altında yerləşən sahələrin yaşayış sahələri olmamalıdır. Lakin iş materiallarından da aydın şəkildə görünür ki, cavabdehə məxsus Bakı şəhəri, Nəsimi Rayonu, Bəşir Səfəroğlu 183 ünvanında inşa edilmiş yüksək mərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən 6 və 7 saylı mənzil alt mərtəbəsində iddiaçı Gülnarə Hacıyevaya məxsus 2 saylı mənzil yerləşir. Yəni cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nəsimi Rayonu, Bəşir Səfəroğlu 183 ünvanında inşa edilmiş yüksək mərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən 6 və 7 saylı mənzilin qeyri-yaşayış təyinatlı istifadə edə bilməsi qanunvericiliyə əsasən mümkün deyildir. Məhkəmə isə A.R. Mənzil Məcəlləsinin 20.3-cü maddəsini tətbiq edərək iddia tələbini -Bakı şəhəri, Nəsimi Rayonu, Bəşir Səfəroğlu 183 ün vanında inşa edilmiş yüksək mərtəbəli yaşayış binasının 4-ci mərtəbəsində yerləşən 1 saylı, 5-ci mərtəbəsində yerləşən 6 və 7 saylı mənzil olan yaşayış sahələrinin qeyri-yaşayış təyinatlı istifadə edilməsinin cavabdehlərə qadağan edilməsi tələbini təmin etməli olduğu halda, maddi hüquq pozuntusuna yol verərək Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 20.1-ci maddəsini tətbiq edərək qətnamədə göstərir ki, qanunvericilikdə mənzilin qeyri-yaşayış təyinatına çevrilərək istifadə edilməsinə dair hər hansı məhdudiyyət nəzərdə tutulmamışdır. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında iddiaçıya məxsus Bakı şəhəri, Nəsimi Rayonu, Bəşir Səfəroğlu 183 ünvanında inşa edilmiş yüksək mərtəbəli yaşayış binasının 4-ci mərtəbəsində yerləşən 2 saylı mənzilin üst mərtəbəsində yerləşən və cavabdehə C avabdeh3 məxsus 6 və 7 saylı mənzillərin anbar deyil, klinika olaraq təmir edildiyini, klinika olaraq (doğum evi olaraq) fəaliyyət göstərəcəyini bildirmişdir. Cavabdeh3 Bakı şəhəri, Nəsimi Rayonu, Bəşir Səfəroğlu 183 ünvanında inşa edilmiş yüksək mərtəbəli yaşayış binasının 4-ci mərtəbəsində yerləşən 1 saylı, 5-ci mərtəbəsində yerləşən 6 və 7 saylı mənzilləri qeyri-yaşayış təyinatlı istifadə edilməsi qanunvericiliyə əsasən mümkün olmadığı üçün o həmin mənzillər üzərində olan mülkiyyət hüququndan sui-istifadə edərək mənzil üzərində mülkiyyət hüququnu onun təyinatına zidd olaraq qeyri –yaşayış təyinatlı istifadə etmək niyyətindədir. Halbukı hüquqdan sui-istifadə Azərbaycan Respublikası Konstitusiyasının 24.3, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.6, 560-cı maddələrinə əsasən qadağan edilmişdir. Gülnarə Hacıyevanın mülkiyyətində olan 2 saylı mənzilin üst mərtəbəsində yerləşən 6 və 7 saylı mənzillərin klinika (doğum evi) olaraq fəaliyyət göstərməsi isə iddiaçının öz mənzilindən istifadə etməsini və yaşamasını qeyrimümkün etməklə, onun mülkiyyət hüququnun pozuntusuna səbəb olur. Bundan əlavə, iddia tələbində göstərdiyi kimi Cavabdeh3 mülkiyyətində olan binanın dördüncü mərtəbəsində yerləşən 1 saylı mənzilin divarını yaşayış binasının ümumi əmlakına ümumi dəhlizə doğru eni 5-8 sm, uzunluğu -3 metrə qədər çəkərək zəbt etmişdir. Lakin məhkəmə qətnamə çıxararkən bu hissədə iddia tələbinə qiymət verməyi lüzumsuz bilmişdir. Halbukı, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 35.1-ci maddəsinin tələbinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin bin ada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər – dəhlizlər və s.. ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Həmin paylı mülkiyyətin zəbt edilməsi və hasarlanması isə qanuna ziddir. Yalnız çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında qəbul edilmiş qərara əsasən çoxmənzilli binada ümumi mülkiyyət obyektləri digər şəxslərin istifadəsinə verilə bilər. İş materiallarından isə görünür ki, dəhlizin cavabdehin mülkiyyətində olan 1 saylı mənzilə əlavə edilməsi üçün hər hansı ümumi yığıncağın qərarı yoxdur. Bu səbəbdən Cavabdeh3 tərəfindən mülkiyyətində olan 1 saylı mənzilin divarının ümumi dəhlizə doğru artırılmış hissəsi sökülərək əvvəlki vəziyyətə gətirilməli və iddia tələbi bu hissədəcavabdehlər tərə findən binanın əvvəlki vəziyyətinə gətirilməsi hissəsində də təmin edilməlidir. Bundan əlavə məhkəmə qətnaməsində göstərilir ki, vurulmuş ziyan ilə əlaqədar olaraq hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə tərəfindən Gülnarə Hacıyevaya məxsus mənzilə yerli baxış zamanı mənzilin üst hissəsindən divarlarda aydın şəkildə görünən dərin çatların mövcud olması, mənzilin qapısının çətinliklə açılıbbağlanması, bundan əlavə hazırda mənzildə antisanitariya vəziyyət baş alıb gedir, evə 67-ci mərtəbədən su sızmaları davam edir. Lakin digər hissələrdə olduğu kimi məhkəmə bu hissədə də iddiaçının pozulmuş hüquqlarını görməzdən gəlmişdir. Cavabdehlər tərəfindən Bakı şəhəri, Nəsimi Rayonu, Bəşir Səfəroğlu 183 ünvanında inşa edilmiş yüksək mərtəbəli yaşayış binasının 4-ci mərtəbəsində yerləşən 1 saylı m ənzildə, 5-ci mərtəbəsində yerləşən 6 və 7 saylı mənzildə qanunsuz olaraq təmir, tikinti, yenidən qurma, konstruksiya işlərinin həyata keçirilmiş, mənzillərin daxilində konstruktiv tikinti işləri aparılmış, mənzillərin daxilində monolit beton konstruksiyalı döşəmə dağıdılıb və arakəsmə divarları söküldükdən aylar sonra öz qanuna zidd hərəkətlərini rəsmiləşdirilməsi üçün “AZƏRİNŞAATLAYİHƏ” Dövlət Baş LayihəKonstruktor və Texnoloji İnstitutuna müraciət etmişdirlər. Həmin orqandan Texniki vəziyyyət haqqında rəy alınmış həmin rəy Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X13 Agentliyi Təsisatdan kənar Dövlət Ekspertizası Baş İdarəsinə göndərilmiş və ekspert rəyi alınmışdır. Məhkəmənin mötəbər sübut qismində qiymətləndirdiyi Ədliyyə Nazirliyinin məhkəmə Ekspertiza Mərkəzin in rəyində göstərilir ki, yenidən qurma işlərinin kənarları hörüldüyündən həmin hissəyə baxış keçirilməsinin mümkün olmadığından, həmin işlərin FHN TTN dövlət Agentliyi tərəfindən verilmiş rəyə uyğun olub-olmamasını müəyyən etmək mümkün olmadı. Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu 183 ünvanında aparılmış yenidənqurma işləri layihə sənədlərinə uyğun aparıldığı halda həmin işlərin binanın dayanaqlığı baxımından hər hansı təhlükə yaratmadığı müəyyən olunur. Yəni həmin yenidənqurma işlərinin düzgün icra edilib-edilməməsini ekspert müəyyən edə bilməmişdir. Beləki, iş üzrə ən mühüm əhəmiyyət kəsb edən suallara qeyri-müəyyən, natamam, ziddiyyətli cavablar verilmişdir. Dəfələrlə məhkəmə prosesində və əlavə olaraq yazılı qaydada vəsatətlər verərək həmin mənzillərin içərisində qeyri-yaşayış s ahəsindən qanunsuz olaraq yaşayış sahəsinə pilləkən yeri və lift yeri açılmasını və həmin hissələrin hər tərəfdən hasara alındığını, yəni tikilinin içinə baxış keçirilməsi üçün ora sökülməli olduğunu vurğulamışdırlar. Ekspertin həmin təkililərin yalnız söküldükdən sonra içinə baxış keçirilə biləcəyini də bildirmişdik. Lakin təəsüflər olsun ki, məhkəmə tərəfindən bu hal nəzərə alınmamışdır. Halbukı, məhkəmə tərəfindən mənzillərə yerli baxış keçirilən zamanda bu hal aşkar olunmuş cavabdehlər tərəfindən aparılan yenidənqurma, tikintisöküntü işlərinin, lift və piləkan açıldığı sahənin hər tərəfdən tavana qədər hasarlandığı üçün həmin hissəyə baxış keçirilə bilməmişdir. Məhkəməyə bu hal aydın şəkildə bəlli olduğu halda ekspertiza təyin edərəkən cavabdehlərə məxsus mənzillərdə həmin yenidənqurm a, tikinti-söküntü işlərinin aparıldığı, lakin tavana qədər hər tərəfdən alınmış sahənin cavabdehlər tərəfindən sökülərək, ekspert tərəfindən içərisinə baxış keçirilməsini müəyyən etməmişdir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması ilə natamam və qeyri müəyyən ekspert rəyinin verilməsinə, dolayısı ilə həqiqətin müəyyən edilməməsi və süründürməçiliyə səbəb olmuşdur. Belə ki, məhkəmə qətnamə çıxararkən prosessual hüquq pozuntusuna yol verərək A.R. Mülki Prosessual Məcəlləsinin, 14, 88-ci, 103.1-ci maddəsinin və İnsan Hüquq və Azadlıqları haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinin tələblərini pozmuşdur.
28. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1062/2025 nömrəli, 12 fevral 2025-ci il tarixli qətnaməsi i lə (hakimlər – Azad İmanov (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov və Fuad Talışinski) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
29. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, hazırkı halda iddiaçı mənzilinə və mənzilin yerləşdiyi binaya dəymiş zərərin cavabdehlərin hesabına aradan qaldırılması ilə binanın əvvəlki vəziyyətinə gətirilməsini, mənzilinə dəymiş 20.000 manat ziyanın cavabdehlərdən tutularaq ona ödənilməsini tələb etsə də, zərər vurulması faktı məhkəmə tərəfindən müəyyən edilməmişdir. Mülki prosessual qanunvericiliyin sübut etmə üzrə vəzifə bölgüsünü müəyyən edən normalarına istinadən qeyd edilməsi zəruridir ki, hər bir tərəf öz tələb və etirazlarının əsaslandığı halları sübut etmək vəzifəsi daşıyır. Deməli, iddiaçı cavabdehlərin apardığı söküntü və yenidənqurma işləri nəticəsində mənzilinə və binaya zərər dəydiyini iddia etdiyindən, zərərin mövcudluğunu sübut etmək vəzifəsi onun üzərində olmuşdur. Lakin buna baxmayaraq, iddiaçı mənzilinə və binaya zərər vurulmasını, həmin zərərin cavabdehlərin təqsirli hərəkətləri nəticəsində dəydiyini və zərərin məbləğini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmiş, məhkəmə araşdırmaları zamanı təqdim edilmiş ekspert rəyində isə onun mənzilinə və binaya zərər vurulmadığı müəyyən edilmişdir. Belə olan halda məhkəmə tərəfindən “binanın əvvəlki vəziyyətə gətirilməsi və dəymiş zərərin ödənilməsi” tələbinin təmin edilməsinə heç bir əsas müəyyən edilməmişdir. 30. “Cavabdeh3 mülkiyyətində olduğu müəyyən edilən 1, 6-7 nömrəli mənzillərin qeyriyaşayış təyinatlı istifadə edilməsinin qadağan edilməsi” tələbi ilə əlaqədar qeyd edilmişdir ki, cavabdehlərin həmin mənzildən qeyri-yaşayış təyinatlı sahə klinika kimi istifadə etmək niyyətində olmaları iş üzrə məhkəmə araşdırmaları zamanı tərəflərin izahatları ilə öz təsdiqini tapan, işin mübahisələndirməyən halı olmuşdur. Lakin hazırda bu mənzillərin qeyri-yaşayış təyinatlı istifadə edilmədiyi aşkardır. Gələcəkdə həmin sahələrin xəstəxana ofisi, klinika, doğum evi, anbar, yoxsa xəstəxana kafeteriyası və s. kimi istifadə edilməsi isə hələ dəqiq deyil, deməli, həmin sahənin gələcəkdə qeyri-yaşayış sahəsi təyinatı ilə istifadəsi zamanı iddiaçının hər hansı hüquqlarına xələl gətirib-gətirməyəcəyini müəyyən etmək hazırkı mərhələdə mümkün deyildir. Qanunvericilikdə mənzilin q eyri-yaşayış təyinatına çevrilərək istifadə edilməsinə dair hər hansı məhdudiyyət nəzərdə tutulmadığından və yuxarıda göstərilənlərə əsasən məhkəmə haqlı olaraq hesab etmişdir ki, tələbi bu hissəsinin də təmin edilməsinə heç bir əsas yoxdur. 31. “Binanın dayanıqlığına, bütövlüyünə təsir edən, o cümlədən iddiaçının qonşuluq hüququna müdaxilə edən təmir, tikinti, yenidən qurma, konstruksiya işlərinin həyata keçirilməsinin cavabdehlərə qadağan edilməsi” tələbinə münasibətdə qeyd edilmişdir ki, iddiaçı bu tələbini mərtəbələrarası hissədə lift üçün boşluq açılmasının və mənzillərdəki sütunların dağıdılmasının, habelə cavabdehin mənzilinin artırmasının binanın dayanıqlığına xələl gətirməsi, özünün mənzilindən istifadəsinə maneə yaratması ilə əsaslandırsa da, iş materiallarında olan ekspert rəyin də onun bu iddialarının əsassız olması nəticəsinə gəlməyə əsas verən faktlar müəyyən edilmişdir. Lift üçün nəzərdə tutulan boşluq hörüldüyündən, ora baxış keçirilməsi mümkün olmasa da, məhkəmə hesab edir ki, bu, mahiyyətcə heç nəyi dəyişmir, çünki cavabdeh tərəfin həyata keçirməyi nəzərdə tutduğu layihə müvafiq qurumlar tərəfindən təsdiqlənmişdir. Əlavə olaraq qeyd edilmişdir ki, qanuni qüvvəsini almış məhkəmə qərardadına əsasən hazırda həmin ünvanda qanunsuz söküntü, tikinti işlərinin dayandırılaraq söküntü, tikinti işlərinin aparılması cavabdehlərə qadağan edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddia tələbi bu hissədə də təmin edilməməlidir. 32. “Cavabdehlər tərəfindən tikinti və təhlükəsizlik normalarının pozulması səbəbindən onlar barəsində xüsusi qə rardad çıxarılması” barədə tələb məhkəmə tərəfindən vəsatət kimi qiymətləndirmiş və məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab etmişdir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən əgər məhkəmə proses iştirakçılarının əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, tərəflərin belə tələblərinin olubolmamasından asılı olmayaraq, bu barədə xüsusi qərardad çıxararaq özü prokurora xəbər verir. Lakin hazırkı iş üzrə məhkəmə kollegiyası tərəfindən belə bir hal aşkar etmədiyindən, xüsusi qərardad çıxarılması barədə vəsatətin də təmin edilməməsi barədə məhkəmənin qənaəti əsaslı olmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
33. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xa hiş etmişdir.
34. Kassasiya şikayəti apelyasiya şikayətinin məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, Məhkəmə mülki iş üzrə A.R. Mənzil Məcəlləsinin 20.3-cü maddəsini tətbiq edərək iddia tələbini -Bakı şəhəri, Nəsimi Rayonu, Bəşir Səfəroğlu 183 ünvanında inşa edilmiş yüksək mərtəbəli yaşayış binasının 4-ci mərtəbəsində yerləşən 1 saylı, 5-ci mərtəbəsində yerləşən 6 və 7 saylı mənzil olan yaşayış sahələrinin qeyriyaşayış təyinatlı istifadə edilməsinin cavabdehlərə qadağan edilməsi tələbini təmin etməli olduğu halda, maddi hüquq pozuntusuna yol verərək A.R Mənzil Məcəlləsinin 20.1-ci maddəsini tətbiq edərək iddia tələbini həmin hissədə rədd edərək qətnamədə göstərmişdir ki, qanunvericilikdə mənzilin qeyri-yaşayış təyinatına çevrilərək istifadə edilməsinə dair hər hansı məhdudiyyət nəzərdə tutulmamışdır.
35. Məhkəmə iddiaçı və cavabdelər arasında qanun qarşısında bərabərlik hüququnu pozaraq, dolayısı ilə Cavabdeh3 əmlaklara münasibətdə mülkiyyət hüququnu iddiaçının əmlakına münasibətdə mülkiyyət hüququndan üstün tutmuşdur.
36. Bakı Apellyasiya məhkəməsi də eyni ilə birinci instansiya məhkəməsinin mövqeyini olduğu tək təkrarlamaqla kifayətlənmiş və iddia tələbinə qiymət vermək əvəzinə ekspertizanın qeyri-müəyyən rəyində əks olunmuş fikirləri yazmaqla kifayətlənmişdir.
37. Bakı Apellyasiya məhkəməsi də yenidən qurma tikinti söküntü işlərinin rəyə uyğun aparılıb-aprılmaması məsələsini araşdırmamış, hətta xüsusi bilik tələb edilən hissəyə - öz mülahizəsi ilə əsaslandırmağa çalışmışdır. Bu hal isə təsdiq edir ki, məhkəmə qətnamə çıxarkən iş üzrə müəyyən edilm iş həqiqi hallara əsaslandırmamış, iş üzrə cavabdeh tərəfin təqdim etdiyi FHN TTN Dövlət Agentliyi tərəfindən verilmiş rəyi ekspert rəyindən üstün qiymətləndirmiş, Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin ekspert rəyinə isə düzgün qiymət verməyərək prosessual pozuntulara yol vermişdir.
38. Cavabdeh tərəfindən yenidənqurma, tikinti işlərinin qaydalara uyğun aparılmaması ekspert rəyi ilə müəyyən edilə bilməmiş, məhkəmə isə bu məsələ üzrə səthi keçmişdir. Lakin Bakı Apellyasiya məhkəməsi nəzərə almır kı iddianın bu hissəsinin araşdırlması nəinki iddiaçının, ictimai maraqlar baxımından da əhəmiyyətli idi. Çünki cavabdeh tərəfindən binada söküntü, yenidənqurma və tikinti işlərinin qanuna uyğun aparılmaması binanın dayanıqlığına, gələcəkdə binanın qəza, təhlükə riskinin yaranmasına səbəb ola b ilər. İctimai marağlar baxımından da məhkəmə bu hissədə işi daha ətraflı araşdırmalı, yenidən ekspertiza təyin etməli idi. Əgər cavabdehlər tərəfindən Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsində yerləşən yüksəkmərtəbəli binanın 4-ci mərtəbəsində yerləşən 1 saylı məznildən 3-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsinə lift və pilləkən yerinin açılması üçün apardığı yenidənqurma işlərinin, müvafiq orqanlarla razılaşdırılaşdırılmış layihəyə, həmçinin, müvafiq rəylər uyğun icra edilmişdirsə, niyə mənzilin həmin hissələri tavana qədər hörülərək icra edilmiş işlərin qanuna uyğun olaraq icra edilib-edilməməsinin müəyyən edilməsinə şərait yaradılmamışdır?... Niyə həmin görülmüş işlərə dair ekspert rəyinin verilməsinə maneçilik törədilmişdir?... Bütün bu hal özü-özlüyündə təsdiq edir ki, cavabdehlər tərəfindən aparılmış tikinti, yenidənqurma işlərinin, müvafiq orqanlarla razılaşdırılaşdırılmış layihəyə, həmçinin, müvafiq rəylərə uyğun icra edilməmişdir. Məhkəmə tərəfindən natamam və qeyri-müəyyən ekspert rəyinin və FHN rəyinin mötəbər sübut qismində qiymətləndirilməsi məhkəmə araşdırmasının ədalətli olmamasını təsdiq edir. Bakı Apelyasiya Məhkəməsində yenidən ekspertiza keçirilməsi barədə vəsatətin təmin edilməməsi, məhkəmə tərəfindən dolayısı ilə həqiqətin müəyyən edilməsinə maneələr yaradılmasına, məhkəmə araşdırmasının ədalətli olmamasına səbəb olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
39. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
40. Maddə
21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə a lınmalıdır.
41. Maddə 152.1-152.6. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlak a (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir.
42. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həm in hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
43. Maddə 170.1-170.2. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, birbirinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır.
44. Maddə 171.1-171.2. Torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur.
45. Maddə 226.3. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi müqavilə əsasında onu icarəyə verə bilər.
46. Maddə 459.1. Zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir.
47. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquql a və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mənzil Məcəlləsi
48. Maddə 20.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə bu Məcəllənin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərti ilə yol verilir.
49. Maddə 20.3. Çoxmənzilli binalarda mənzillərin qeyri-yaşayış sahələrinə keçirilməsinə o halda yol verilir ki, belə mənzil həmin binanın birinci mərtəbəsində yerləşsin. Digər mərtəbədə yerləşən mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsinə qeyriyaşayış sahəsinə ke çirilən mənzilin bilavasitə altında yerləşən sahələrin yaşayış sahələri olmadığı hallarda yol verilir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 2009-cu il 07 aprel tarixli 37 nömrəli əmri ilə təsdiq edilmiş “X6-Epidemioloji Tələblərə dair Qaydalar”
50. Bənd 2.6. Yaşayış və ictimai binalarda, eləcə də həmin binalara bitişik tikililərdə ambulator-poliklinik tibb müəssisələrinin (kabinetlərin), o cümlədən: müalicə-sağlamlıq, reabilitasiya və bərpa müəssisələrinin, həmin mərkəzlərin nəzdində gündüz stasionarlarının yerləşdirilməsinə icazə verilir.
51. Bənd 4.1. Ambulator-poliklinika müəssisələrinin yaşayış və ictimai binalarda, ayrıca tikilmiş binalarda və ya müalicə-diaqnostik xidmətlərə yaxın olan stasionara bitişik tikililərdə yerləşdirilməsinə yol verilir. Azərbaycan Respublikası Dö vlət Şəhərsalma Və Arxitektura Komitəsinin Kollegiyasının “Yaşayış binaları. Layihələndirmə normaları”nın təsdiq edilməsi haqqında 30 noyabr 2021ci il tarixli, 3 №-li Qərarı:
52. Bənd 4.11. Yaşayış binalarında, eləcə də həmin binalara bitişik tikililərdə ambulatorpoliklinik tibb müəssisələrinin (kabinetlərin), o cümlədən: müalicə-sağlamlıq, reabilitasiya və bərpa müəssisələrinin, həmin mərkəzlərin nəzdində gündüz stasionarlarının yerləşdirilməsinə yol verilir. Yaşayış binalarında yerləşdirilən tibb müəssisələri binanın əsas hissəsindən əsaslı divarlarla ayrılmalı, müstəqil ventilyasiya, kanalizasiya sistemləri və xəstələr üçün ayrıca girişlə təchiz edilməlidir. Yaşayış binalarında tibb müəssisələri Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 2009-cu il 07 aprel tarixli 37 nömrəli əmri ilə təsdiq edilmiş “X6 epidemioloji tələblərə dair Qaydalar” nəzərə alınmaqla yerləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
53. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
54. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
55. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
56. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
57. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.
58. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
59. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.
60. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
61. Maddə 103.2. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır.
62. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
63. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
64. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şik ayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
65. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
66. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya i nstansiyası məhkəməsinin mövqeyi
67. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələblərinin pozulmasına yol verildiyindən, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməlidir.
68. Belə ki, məhkəmələr iddianı rədd edərkən ona istinad etmişdirlər ki, iddiaçı cavabdehlər tərəfindən aparılan söküntü və yenidənqurma işlərinin qanunsuz olduğunu iddia etsə də, bu dəlilini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmiş, əksinə cavabdehlər tərəfindən təqdim edilmiş mötəbər sübutlardan və məhkəmə tərəfindən təyin edilmiş ekspertiza nəticəsində verilmiş ekspert rəyindən onların apardığı tikinti, yenidənqu rma işlərinin qanunsuz aparılmaması, layihənin müvafiq orqanlarla razılaşdırılaraq, həmçinin, müvafiq rəylər alınaraq həyata keçirilməsi müəyyən edilmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi yeganə mütəxəssis rəyi yalnız iddiaçının bildirdiyi faktlar əsasında, işdə olan digər sənədlər nəzərə alınmadan tərtib edildiyindən, habelə orada qeyd edilənlər işin digər materialları ilə təkzib edilərək, öz təsdiqini tapmadığından, məhkəmə həmin rəyi mötəbər sübut kimi qiymətləndirməmişdir.
69. Lakin iş materiallarından görünür ki, məhkəmələrin istinad etdiyi yenidənqurma işlərinin layihəsi və həmin layihənin təsdiq ediməsi barədə ekspertiza rəyi, həmçinin bu işlərin aparılmasına müvafiq razılaşdırmalar faktiki olaraq həmin işlərin görülməyə başlamasından sonra alınmış, iddiaçını təqdim etdiyi mütəx əssis rəyi isə tarix etibar ilə bu razılaşdırmalardan əvvəl tərtib edilmişdir.
70. İş üzrə keçirilmiş məhkəmə ekspertizası zamanı ekspert qarşısında aparılmış yenidənqurma işlərinin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X10 Agentliyi tərəfindən verilmiş rəyə uyğun olub-olmamasını müəyyən etmək barədə sual qoyulsa da, ekspert rəyində göstərilmişdir ki, yenidənqurma işlərinin aparılması nəzərdə tutulan hissənin kənarları hörüldüyündən və həmin hissəyə baxış keçirilməsi mümkün olmadığından, həmin işlərin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X10 Agentliyi tərəfindən verilmiş rəyə uyğun olub-olmamasını müəyyən etmək mümkün olmadı. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X10 Agentliyi “Azərinşaatlayihə” Dövlət Baş Lay ihə-Konstruktor və Texnoloji İnstitutu tərəfindən Cavabdeh3 sifarişi əsasında ünvan 6 ünvanda, mövcud 14+ mansard mərtəbəli ofis və yaşayış binasında 1:4-cü mərtəbələrində (0.00-15.45 m səviyyəsində) mərtəbəarası örtük tavalarında 2.55x3.1 m ölçüdə boşluqların açılması və gücləndirilmə işlərin aparılması üçün işçi layihəsi hazırlandığını və həmin layihə sənədlərinin “Dövlətbaşekspertiza”da razılaşdırıldığını nəzərə alaraq aparılmalı yenidənqurma işləri layihə sənədlərinə uyğun olaraq aparıldığı halda həmin işlərin binanın dayanıqlığı (binanın dayanıqlığının zəifləməsi) baxımından hər hansı təhlükə yaratmadığı müəyyən olunur.
71. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehlər tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsində yerləşən yüksəkmərtəbəli binanın 4-ci mərtəbəsində y erləşən Cavabdeh3 mülkiyyətində olan 1 saylı mənzildən 3-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsinə lift və pilləkən yerinin açılması üçün apardığı yenidənqurma işlərinin binanın dayanıqlığına, bütövlüyünə nə dərəcədə təsir etməsi təkcə iddiaçının deyil, ictimai maraqlar baxımından da əhəmiyyətlidir. Çünki binada söküntü, yenidənqurma və tikinti işlərinin qanuna uyğun aparılmaması binanın dayanıqlığına təhlükə törədə, həmin binada yaşayan şəxslərin həyatı üçün riskli ola bilər. İctimai marağlar baxımından da məhkəmə bu hissədə işi daha ətraflı araşdırmalı, müvafiq razılıqlar alınmadan başlanmış yenidənqurma işlərinin sonradan alınmış layihə və ekspertiza sənədlərində göstərilən qaydada yerinə yetirilib-yetirilməməsi, həmin sənədlərdə göstərilən zəruri bərkitmə işlərinin aparılıb-aparılma ması istiqamətində ekspertiza qarşısında qoyulmuş suallara cavab aldıqdan sonra iş üzrə obyektiv nəticəyə gəlməlidir.
72. Məhkəmə hesab edir ki, qonşu daşınmaz əmlakın mülkiyyətçiləri şübhəsiz ki qanunvericiliklə müəyyən edilmiş qaydalara riayət etməklə öz sahələrində tikinti və yenidənqurma işləri apara bilərlər. Lakin bu işlər görülərkən qonşu mülkiyyətçilərin hüquqları pozulmamalı və mənafeləri gözlənilməlidir. Öz sahəsində belə işləri aparan mülkiyyətçi qonşuya ziyan vurmamalı və onları hər hansı bir təhlükəyə məruz qoymamalıdır. Qonşu daşınmaz əmlak mülkiyyətçisi öz mülkiyyət hüququnu yolverilməz şəkildə poza biləcək belə işlərin görülməsini, qurğuların tikilməsini və ya istismarını qadağan edə bilər.
73. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının tam və hərtərəfli araşdırılmaması, iddiaçının dəlillərinə ətraflı qiymət verilməməsi onun ədalətli məhkəmə araşdırması hüququnu pozmuşdur.
74. Halbuki, «İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiə haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə görə hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.
75. Hər kəsin ədalətli məhkəmə araşdırılması hüququna malikdir. Bu ifadə lazımi qaydada həyata keçirilən məhkəmə araşdırmasının bir çox aspektlərini, məsələn, məhkəməyə müraciət hüququnun, məhkəmə qərarının əsaslandırılması və sair məsələləri əhatə edir.
76. Ədalətli məhkəmə araşdırması hüququ tərəflərin bərab ərliyi və işə çəkişmə prinsipi əsasında baxılması hüququnu da özündə ehtiva edir.
77. Kollegiya qeyd edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir.
78. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri yuxarıda qeyd edilən maddi və prosessual hüquq normalarının tələblərinə əsasən əsaslıdır, həmin dəlillər apel lyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsasdır. Hazırkı mərhələdə iş üzrə yeni qərar qəbul edilməsi üçün əsaslar müəyyən edilmədiyindən kassasiya şikayəti qismən təmin olunmalıdır.
79. Ona görə də qətnamə ləğv edilməli, iş yeni baxışa göndərilməli, kassasiya şikayəti qismən təmin edilməlidir. qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 fevral 2025-ci il tarixli 2(103)-1062/2025 saylı qətnaməsi ləğv edilərək, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.