Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-21/2021 27.01.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kooperativ üzvlərinin kooperativin öhdəliklərinə görə məsuliyyəti, vərəsələrin miras qoyanın kreditorları qarşısında məsuliyyəti, öhdəliklərin əvəzləşdirilməsi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, Cavabdeh1, vəkili X6, Cavabdeh5 vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xxxxxxx nömrəli iş üzrə xx xxxxxx 2020ci il tarixli qətnaməsindən İddiaçı1 və Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. xx.xx.2013-cü il tarixli ********** nömrəli kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarışına əsasən, “xxxx” MTK-nın təsisçiləri İddiaçı1, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və mərhum X4r.
2. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli, xnömrəli qətnaməsi ilə iddiaçılar İddiaçı1 X oğlunun və İddiaçı2 birgə verdikləri apelyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(004)-113/2015 nömrəli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə çıxarılmış, iddiaçılar İddiaçı 1 oğlunun və İddiaçı2 cavabdeh “xxxx” Mənzil Tikinti Kooperativinə qarşı “təsisçi və pay hüququnun təmin edilməsi, pay hissəsi ilə müəyyən olunan mənfəətin, habelə zərərin ödənilməsi və mənzillərə görə verilmiş pulun qaytarılması” tələblərinə dair iddiaları qismən təmin olunmuş, “xxxx” Mənzil Tikinti Kooperativindən mənfəət qismində 335.420,0 manat, ona təhvil verilməyən mənzilə görə isə 172.000 ABŞ dollarının (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə) alınaraq İddiaçı1 oğluna verilməsi; xxxx Mənzil Tikinti Kooperativindən ona təhvil verilməyən mənzilə görə 143.000 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə) İddiaçı2 xeyrinə tutulması qət edilmiş, iddia tələbləri qalan hissələrdə rədd edilmişdir. Həmin qətnamə icraya yönəldilmişdir.
3. Bakı şəhəri Nəsimi rayon İcra və probasiya şöbəsi, icra tədbirləri nəticəsində “xxxx” MTK-nın fəaliyyətinin dayandırıldığını və rəhbəri xxin xx.xx.2017-ci il tarixdə vəfat etdiyini, MTK-nın bank hesablarında pul vəsaitinin, habelə əmlakının olmadığının müəyyən edildiyini bildirərək, MTKnın üzvlərinin və ya təsisçilərinin icra sənədi üzrə borclu qismində tanınıb-tanınmaması, habelə onların əmlak məsuliyyətinin həcmi məsələlərinə izah verilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli xnömrəli qərardadı ilə ərizə təmin edilməmişdir.
4. Bundan sonra iddiaçılar aşağıdakı iddia tələblərini irəli sürmüşlər. İş üzrə qə bul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı1 və İddiaçı2 ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 335.420 manat və 172.000 ABŞ dolları pulun (ödəniş günü manat məzənnəsi ilə) müştərək qaydada tutularaq İddiaçı1; 143.000 ABŞ dollar pulun isə (ödəniş günü manat məzənnəsi ilə) İddiaçı2 ödənilməsi, həmçinin, ödənilmiş 30 manat dövlət rüsümu və hüquqi yardım üçün vəkilə ödənilmiş 200 manat pulun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
6. İddia belə əsaslandırılmışdır ki, “xxxx” MTK-nın nizamnaməsinin 5.10-cu maddəsinə əsasən kooperativin üzvləri kooperativin öhdəliklərinə görə subsidiar məsuliyyə t daşıyırlar. Kooperativ üzvlərinin kooperativin öhdəliklərinə görə subsidiar məsuliyyəti kooperativin öz öhdəliklərinin silinməsi üçün kifayət qədər vəsaitləri olmadıqda yaranır və qanunvericiliyə müvafiq qaydada müəyyənləşdirilir. xx.xx.2013-cü il tarixli **********658100 nömrəli kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarışdan görünür ki, “xxxx” MTK-nın təsisçiləri X5 oğlu, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və mərhum X4r. Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 tərəfindən təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin elektron portalından çıxarışdan müəyyən edilir ki, təsisçilərdən biri olan - X8 xx.xx.2017-ci il tarixdə vəfat etmiş, onun birinci növbə vərəsələri - arvadı Babayeva X9 və oğlu Cavabdeh6dur. İddiaçılar hesab edirlər ki, on lar yuxarıda qeyd olunmuş məbləğlərdə pul vəsaitləri cavabdehlərdən tələb etməkdə haqlıdırlar.
7. Cavabdehlər isə iddiaya etiraz edərək bildirmişlər ki, onların da kooperativin təsisçiləri kimi mənfəətdən pay almaq hüquqları var. Bu mənada onların da alacağı təsisçilər olan iddiaçılara qarşı yönələ və qarşılıqlı tələblər əvəzləşdirilə bilər.
8. Cavabdeh5 isə bildirir ki, notarial sənəd əsasında mərhum əri X vərəsəsi olması müəyyən edilmədiyindən onun iddiaçıların qarşısında heç bir öhdəliyi yoxdur.
9. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim V.Hacıyev) xx xxxxxxxx 2019-cu il tarixli, 2(004)-3444/2019 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir.
10. Məhkəmə Mülki Məcəllənin 110-3-cü və 110.4-cü maddələrinə istinad edərək mövqeyini belə əsaslandırmışdır ki, “xxxx” MTK-nın nizamnəməsi nin 5.10-cu maddəsinə əsasən kooperativin üzvləri kooperativin öhdəliklərinə görə subsidiar məsuliyyət daşıyırlar. Kooperativ üzvlərinin kooperativin öhdəliklərinə görə subsidiar məsuliyyəti kooperativin öz öhdəliklərinin silinməsi üçün kifayət qədər vəsaitləri olmadıqda yaranır və qanunvericiliyə müvafiq qaydada müəyyənləşdirilir. xx.xx.2005-ci il tarixli “xxxx” MTK-nın təsisçilərin dəyişməsi ilə əlaqədar yeni təsis müqaviləsindən müəyyən edilir ki, xx.xx.2005-ci il tarixdə xxx nömrəsi ilə qeydiyyata alınmış “xxxx” MTK-nın fəaliyyəti ilə bağlı maliyyə ehtiyaclarının təmin edilməsi məqsədlərinin həyata keçirilməsi üçün təsisçilər arasında maliyyə vəsaitinin cəlb olunmasına dair xx.xx.2005-ci il tarixli müqavilə bağlanmış, tərəflərin hüquqi vəziyyəti və paylara müvafiq gəlirləri müəyyən edi lməsi xx.xx.2005-ci il tarixli müqavilə ilə dəqiqləşdirilmişdir. Həmin təsis müqavilənin 4-cü bəndində göstərilmişdir ki, tərəflər kooperativin idarə olunmasını ümumi razılıq əsasında həyata keçirirlər və kooperativin öhdəlikləri üzrə onlara mənsub bütün əmlakları ilə məsuliyyət daşıyırlar. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
11. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-X.Sarıyev (sədrlik edən və məruzəçi), V.Həsənov və Ş.Məmmədova) xx xxxxxx 2020-ci il tarixli, 2(103)-716/20 nömrəli qətnaməsi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 apelyasiya şikayəti təmin edilməmiş, Cavabdeh5 apelyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(004)-3444/2019 nömrəli qətnaməsinin Cavabdeh5 qarşı iddianın tə min edilən hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin Cavabdeh5 aid hissədə təmin edilməməsi qət edilmiş, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
12. Apelyasiya instansiyası məhkəməsi cavabdehlər Cavabdeh1 və Cavabdeh3 şikayətinə münasibətdə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış, Cavabdeh5 şikayətinə aid hissədə belə hesab etmişdir ki, Bakı şəhəri 14 saylı notariat ofisinin xx.xx.2019-cu il tarixli 1598 nömrəli məktubuna əsasən, X3 adına vərəsəlik işinin açılması ilə bağlı vərəsələrin müraciət etmələri aşkar edilməmişdir. Odur ki, Cavabdeh5 mərhum X2 miras aktiv qalması, həmin aktivdən pay alması ilə bağlı sübutlar müəyyən olunmadığından, o, mərhum X3 kreditorlarına münasibətdə cavabdeh olan şəxs deyildir. Kassasiya şikayətlərinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətlərinin dəlilləri
13. İddiaçı1 kassasiya şikayəti verərək qətnamənin iddia tələbinin Cavabdeh5 münasibətdə təmin edilməməsi hissəsində ləğv, işin həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə birinci instansiyası məhkəməsinin qətnaməsi xx.xx.2020-ci il tarixdə çıxarılmışdır. Apelyasiya instansiyası məhkəməsinin sübut kimi istinad etdiyi Bakı şəhəri 14 saylı notariat kontorunun 1598 nömrəli məktubu isə xx.xx.2019cu il tarixdə verilmişdir. Apelyator isə apelyasiya şikayətində Bakı şəhəri 14 saylı notariat kontorunun 1598 nömrəli məktubunun birin ci instansiya məhkəməsinə təqdim edilməsinin qeymümkün olduğunu əsaslandırmamışdır. Mülki işin materiallarından görünür ki, Cavabdeh5 Bakı şəhəri 14 saylı notariat kontorunun 1598 nömrəli məktubunun birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırmamış, ümumiyyətlə heç məhkəmə iclaslarında da gəlib iştirak etməmişdir. xxin adına vərəsəlik işinin açılması ilə bağlı onun vərəsələrinin notariat kontoruna müraciət etməmələri milyonçu olaraq dünyasını dəyişən xxən heç bir miras aktivinin qalmaması və vərəsələr tərəfindən heç bir mirasın qəbul edilməməsi kimi qiymətləndirilə bilməz. Milyonçu olaraq dünyasını dəyişən xxən heç bir miras aktivinin qalmaması və vərəsələr tərəfindən heç bir mirasın qəbul edilməməsini ağlabatan və ina ndırıcı deyil və kassator hesab edir ki, xxən miras olaraq qalan milyonlarla pul vəsaiti onun arvadı Cavabdeh5dır.
15. Cavabdeh1 kassasiya şikayəti verərək qətnamənin ləğv, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya məhkəməsinin qətnaməsindən narazıdırlar. Belə ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv olunmalıdır. xx.xx.2019-cu il tarixdə İddiaçı1, həm Bakı şəhər Yasamal rayon məhkəməsinə, həm də Bakı Apellyasiya məhkəməsinə ərizə yazaraq, 2006-cı ilin noyabr ayından etibarən Cavabdeh3 və Cavabdeh1 “xxxx” MTK-nın təsisçiliyindən (üzvlükdən, iştirakdan) uzaqlaşdırıldığına görə, onlara qarşı olan “xxxx” MTK-nın öhdəlikləri barədə iddia tələbindən imtina etmişdir. İddiaçı1 iddiadan imtina barədə ərizəsini ünvan 1 ünvanda yerləşən tikinti təşkilatı “xxxx” MMC-nin ofisində, şahidlər X10, X11 və X6 yanında imzalamışdır. Həmin imtina barədə ərizələr tərtib edilərkən və imzalanarkən cavabdehlər - Cavabdeh3 və Cavabdeh1 heç biri həmin ünvanda olmamış və iddiaçıya heç bir təzyiq göstərilməmişdir. Bundan əlavə cavabdehlərdən biri Cavabdeh1, ümumiyyətlə xx.xx.2019-cu il tarixdə Bakı şəhərində, daha doğrusu Azərbaycan Respublikasında olmamış və xx.xx.2019-cu il tarixdə keçirilən məhkəmə iclasında da iştirak etməmişdir. İş materiallarında olan və İddiaçı1 tərəfindən Şəki şəhərindən Yasamal rayon məhkəməsinə göndərilən teleqramdan görünür ki, guya iddiaçı həmin imtinaya dair ərizələri təsir və təzyiq altında yazmışdır. Halbuki bu belə olmamış, onun tərəfindən dəfələrlə iqrar və təsdiq etdiyi kimi Cavabdeh3 və Cavabdeh1 “xxxx” MTK- dan uzaqlaşdırıldığını, onların adının təsisçi kimi qalmasının formal hal daşıdığını və onlara qarşı heç bir iddia və tələbinin olmamasına görə iddiadan onlara münasibətdə imtina etdiyini təsdiqləmişdir. Həmçinin İddiaçı1 ona görə iddiadan imtina etmiş və həmin şəxslərə məxsus əmlaklarına üzərinə qoyulan həbsin götürülməsinə razılığını bildirmişdir ki, onun ərizəsi ilə Cavabdeh3 və Cavabdeh1 məxsus əmlakların da üzərinə həbs qoyulduğundan, həmin şəxslərin öz əmlaklarına sərəncam hüququ itmişdir. Halbuki iddiaçı bunu arzulamır, sadəcə digər cavabdehlər ilə Cavabdeh3 ilə Cavabdeh1 da ona görə cavabdeh etmişdir ki, iddiası daha da güclü, əsaslı və tutarlı olsun. Bundan əlavə, İddiaçı1 tər əfindən 2015-ci il tarixdə Cavabdeh3 və digərlərinə qarşı qaldırılan iddia üzrə, sonradan Bakı Apellyasiya məhkəməsində cavabdehlər əsl cavabdehlə əvəzlənmiş və Cavabdeh3 və digərlərini xxxxMTK əvəz etmişdir. Ona görə də, hazırda iddiaçının Cavabdeh3 və digər formal təsisçiyə qarşı olan iddiası, həmin cavabdehlərə qarşı qaldırılan iddiadan imtina edildikdən sonra, yenidən qaldırılan iddia olduğu üçün də rədd edilməlidir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 və vəkili X öz kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını, iddiaçının kassasiya şikayətinin təmin olunmamasını xahiş etdilər.
19. Cavabdeh5 v əkili İntiqam Hacıyev iddiaçının kassasiya şikayətinə etiraz edərək onun rədd olunmasını xahiş etdi.
20. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
21. Maddə 110-3.1. Kooperativ öz öhdəliklərinə görə ona məxsus olan əmlakı ilə cavabdehdir.
22. Maddə 110-3.4. Kooperativin üzvləri kooperativin öhdəliklərinə görə subsidiar məsuliyyət daşıyırlar. Kooperativ üzvlərinin kooperativin öhdəliklərinə görə subsidiar məsuliyyəti kooperativin öz öhdəlikləri nin silinməsi üçün kifayət qədər vəsaitləri olmadıqda yaranır və bu Məcəllənin 110.4-cü maddəsinə müvafiq qaydada müəyyənləşdirilir.
23. Maddə 110.4. Kooperativin üzvləri əmələ gəlmiş zərəri illik balansın təsdiqindən sonra iki ay ərzində əlavə haqlar vermək yolu ilə ödəməyə borcludurlar. Bu vəzifə yerinə yetirilmədikdə kreditorların tələbi ilə kooperativ məhkəmə qaydasında ləğv edilə bilər. Kooperativin üzvləri onun öhdəlikləri üçün kooperativin hər bir üzvünün əlavə haqqının verilməmiş hissəsi həddində birgə subsidiar məsuliyyət daşıyırlar.
24. Maddə 540.1. Əgər iki şəxs arasında mövcud olan qarşılıqlı tələblərin icra müddəti çatmışsa, həmin tələblərə onların əvəzləşdirilməsi yolu ilə xitam verilə bilər.
25. Maddə 540.2. Tələblərin əvəzləşdirilməsi tələblərdən birinin icra müddətinin h ələ çatmadığı, lakin bu tələbə hüququ olan tərəfin əvəzləşdirməyə tərəfdar olduğu halda da mümkündür. Tələblərin əvəzləşdirilməsi bu barədə digər tərəfə məlumat verməklə həyata keçirilir. məlumat hər hansı şərtlə və ya müddətin müəyyənləşdirilməsi ilə bağlı olduqda etibarsızdır.
26. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
27. Maddə 1159.1.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).
28. Maddə 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
29. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
32. Apelyasiya instansiya məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasına istinad edilməklə tam şəkildə mübahisələndirilmişdir. Ona görə də, həmin şikayət üzrə qətnamə bütövlükdə, iddiaçıların kassasiya şikayəti üzrə isə Cavabdeh5 aid hissədə yoxlanılmışdır.
33. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırmas ı kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
34. Apelyasiya instansiyası məhkəməsi iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişdir. 35. “xxxx” MTK-nın nizamnəməsinin 5.10-cu maddəsinə əsasən kooperativin üzvləri kooperativin öhdəliklərinə görə subsidiar məsuliyyət daşıyırlar. Kooperativ üzvlərinin kooperativin öhdəliklərinə görə subsidiar məsuliyyəti kooperativin öz öhdəliklərinin silinməsi üçün kifayət qədər vəsaitləri olmadıqda yaranır və qanunvericiliyə müvafiq qaydada müəyyənləşdirilir.
36. İş materiallarında olan, xx.xx.2005-ci il tarixli “xxxx” MTK-nın təsisçilərin dəyişməsi ilə əlaqədar yeni təsis müqaviləsindən müəyyən edilir ki, xx.xx.2005-ci il tarixdə xxx nömrəsi ilə qeydiyyata alınmış “xxxx” MTK-nın fəaliyyəti ilə bağlı maliyyə ehtiya clarının təmin edilməsi məqsədlərinin həyata keçirilməsi üçün təsisçilər arasında maliyyə vəsaitinin cəlb olunmasına dair xx.xx.2005-ci il tarixli müqavilə bağlanmış, tərəflərin hüquqi vəziyyəti və paylara müvafiq gəlirləri müəyyən edilməsi xx.xx.2005-ci il tarixli müqavilə ilə dəqiqləşdirilmişdir. Həmin təsis müqavilənin 4-cü bəndində göstərilmişdir ki, tərəflər kooperativin idarə olunmasını ümumi razılıq əsasında həyata keçirirlər və kooperativin öhdəlikləri üzrə onlara mənsub bütün əmlakları ilə məsuliyyət daşıyırlar.
37. İş materiallarında olan, xx.xx.2013-cü il tarixli **********658100 nömrəli kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarışdan görünür ki, “xxxx” MTK-nın təsisçiləri İddiaçı1, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və mərhum X4r.
38. İşdə olan, nikah haq qında şəhadətnamənin surətindən görünür ki, X8 ilə Cavabdeh5 xx xxxxxx 2014-cu il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar.
39. İş materiallarında olan, Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 tərəfindən təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin elektron portalından çıxarışdan müəyyən edilir ki, təsisçilərdən biri olan - X8 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir, onun həyat yoldaşı Cavabdeh5 və oğlu Cavabdeh6dur.
40. Apelyasiya məhkəməsi təsisçilərin kooperativin öhdəlikləri üzrə onlara mənsub bütün əmlakları ilə subsidiar məsuliyyət daşımalarına dair “xxxx” Mənzil Tikinti Kooperativinin təsis sənədlərinə (§ 35-36) və qanunvericilik normalarına (§ 21-23) istinad edərək belə nəticəyə gəlmişdir ki, rayon məhkəməsinin qətnaməsi cavabdeh lər Cavabdeh1 və Cavabdeh3 aid hissəsində əsaslıdır.
41. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi cavabdehlərin apelyasiya şikayətinin dəlillərinə lazımi hüquqi qiymət vermədən bu nəticəyə gəlmişdir.
42. Belə ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 apelyasiya şikayətlərini onunla əsaslandırmışlar ki, onlar da iddiaçılar kimi “xxxx” MTK-da təsisçidirlər və Ali məhkəmənin qərarı ilə müəyyən edilən mənfəətdən onlara da pay çatır. Eyni zamanda İddiaçı1 da “xxxx” MTK-nın təsisçisi kimi subsidiar qaydada məsuliyyət daşıyır və MTK-nın onun qarşısında olan öhdəlikləri kimi, onun da MTK qarşısında öhdəlikləri var. Ən azından o iddia tələbi ilə çıxış edərkən özünə aid hissədə olan öhdəlikləri əvəzləşdirməli və yerdə qalan məbləğdə başqa təsisçilərə qarşı iddia tələbi ilə ç ıxış etməli idi. Bundan əlavə, tərəflərindən Yasamal rayon məhkəməsində hazırkı iddiaçılara və digər təsisçilərə qarşı tərəflərindən iddia qaldırılıb və hesab olunur ki, həmin işlə hazırki apelyasiya şikayəti bir-biri ilə qarşılıqlı əlaqadə olduğu üçün işlər birləşdirilməlidir.
43. Kollegiya hesab edir ki, bu xüsusatlar hazırkı iş üzrə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edə biləcəyindən cavabdehlərin xxxx MTK-nın təsisçiləri kimi kooperativin mənfəətindən pay tələb etmək hüquqlarının mövcudluğu, bu tələbin digər təsisçilər kimi iddiaçılara qarşı yönəldilməsi, bu barədə Yasamal rayon məhkəməsində qaldırılmış iddiaya baxılmasının nəticəsi, bu iş üzrə pul tələblərinin cavabdehlərin iddiaçılara qarşı tələbləri ilə əvəzləşdirilməsi üçün qanunla müəyyən edilmiş əsasların olması və di gər mühüm hallar aydınlaşdırılmalıdır.
44. Bu məsələdə məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalı (§ 29) və araşdırmanın nəticəsindən asılı olaraq iddia tələblərinə əsaslı şəkildə hüquqi qiymət verməlidir.
45. Bununla belə, məhkəmə kollegiyası İddiaçı1 cavabdehlər Cavabdeh1 və C2yə qarşı iddia tələbindən xx.xx.2019-cu il tarixli ərizə ilə imtina etməsinə və İddiaçı1 2015-ci ildə qaldırılmış iddia üzrə həmin cavabdehləri xxxx MTK ilə əvəz etməsinin iddiadan imtinaya bərabər tutulmasına dair cavabdehin kassasiya şikayətinin dəlillərini əsaslı saymır. Ona görə ki, birinci instansiya məhkəməsində qətnamə çıxarılan tarixdə tərtib edilmiş həmin ərizə iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Nəzərə alınmalıdır ki, iddiadan imtina barədə ərizə iddiaçının sağlam iradəsini əks etdirdiyi, qanunla müəyyən edilmiş qaydada məhkəməyə təqdim edildiyi və belə imtinanın nəticələrinin ərizəçiyə izah olunduğu halda hüquqi nəticə yarada bilər.
46. İş materiallarından görünür ki, İddiaçı1 xx.xx.2019-cu il tarixdə Bakı şəhər Yasamal rayon məhkəməsinə teleqram vuraraq iddiadan imtina barədə ərizəni təsir altında yazdığını və ərizədən imtina etdiyini bildirmişdir. Bundan əlavə, apelyasiya baxışında İddiaçı1 nümayəndəsi iddia tələblərini müdafiə edərək bildirmişdir ki, sözügedən ərizə təmsil etdiyi şəxsin iradəsini əks etdirmir, İddiaçı1 iddiadan imtina etməmişdir. Odur ki, cavabdehin kassasiya şikayətinin dəlilləri bu hissədə əsaslı deyil.
47. Kollegiya, iddiaçıların kassasiya şikayəti ilə bağlı qeyd edir ki, apelyasiya məhkəməsi i ddianı Cavabdeh5 aid hissədə rədd edərkən mövqeyini Cavabdeh5 X13 miras aktivindən pay alması ilə bağlı sübutun olmaması ilə əsaslandırmışdır.
48. İddiaçının kassasiya şikayətindən görünür ki, X13 xxxx MTK-nın pay fondundakı mütləq payı 40% olmuşdur. Ekspertiza rəyinə görə kooperativin mənzillərinin və qeyri yaşayış sahələrinin satışından əldə edilmiş gəlir isə 3.354.200 manat olmuşdur. X13 pul həcmindəki pay haqqı da həmin məbləğin 40%-ni, yəni 1.341.680 manat təşkil edir. Bundan əlavə, iş materiallarında S.Əliyevin müflis olması və ya əmlakının talanması haqqında məlumat yoxdur. Belə olan halda, Cavabdeh5 S.Əliyevdən miras qalan 1.341.680 manatı qəbul etməməsi sual doğurur.
49. Bu xüsuatla bağlı Kolleghiya bildirir ki, ölmüş şəxsin (miras qoyanın) əmlakı onun vərəsəsinə eyni zamanda qanun üzrə vərəsəlik qaydasında keçir, ölən şəxsin arvadı miras qoyanın birinci növbə vərəsəsi sayılır və vərəsələr miras qoyanın kreditorları qarşısında borclu kimi məsuliyyət daşıyırlar (§ 26-28).
50. Bu baxımdan xxin adına vərəsəlik işinin açılmamasına dair Bakı şəhəri 14 saylı notariat ofisinin xx.xx.2019-cu il tarixli məktubu, iddianın Cavabdeh5 aid hissədə rədd edilməsi üçün kifayətedici dəlil sayıla bilməz.
51. Belə ki, S.Əliyevin öldüyü məqamda mövcud olan əmlak aktivi (daşınar-daşınmaz əmlak, tələb hüquqları və s.), vərəsələrinin dairəsi, vərəsələrin mirası faktiki və ya ərizə verməklə qəbul etmələrinin və digər əhəmiyyət kəsb edən halların müəyyənləşdirilməsi üçün tərəflərə lazımi şərait yaradılmalı, həmin xüsusatlar üzrə toplanmış sübutların nəticəsindən asılı olaraq Cavabdeh5 q arşı iddiaya qanunvericiliyin tələblərinə uyğun yekun hüquqi qiymət verilməlidir.
52. Qeyd edilənləri nəzərə alaraq Kollegiya hesab edir ki, apelyasiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yuxarıda göstərilən hallar nəzərə alınmaqla, mübahisənin yenidən araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün iş apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
53. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayətləri təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xxxxxxx nömrəli iş üzrə xx xxxxxx 2020ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apelyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.