Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-21/2024 15.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1na, Cavabdeh3 və Cavabdeh2 qarşı QƏRARİ Açar sözlər: vərəsəlik hüququ, mirası qəbul etmə, mirasdan imtina Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri, Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-225/2023 saylı mülki iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər. 2. ünvan 1 ünvanda (indiki Heydər Əliyev küçəsi 9) ümumi sahəsi 119,8 kv.m, yaşayış sahəsi 68 kv.m, köməkçi sahəsi 51,8 kv.m olan 3 otaqlı fərdi yaşayış evinin ümumi mülkiyyətçisi Daşdəmirov Vəli Sədrəddin oğlu xx.xx.2003-cü ildə vəfat etmişdir.
3. Kamran onun yeganə oğludur, həmin ünvanda doğulmuşdur. Kamranın anası Cavabdeh2 VCavabdeh3la aralarındakı nikah pozulana qədər birlikdə göstərilən ünvanda yaşamışlar. Cavabdeh3 xx.xx.2004-cü ildə Ucar rayon Notariat kontorunda öz adına qanun üzrə vərəsəlik şəhadətnaməsi almışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh3 adına ünvan 1 (indiki Heydər Əliyev k üçəsi 9) evin ½ hissəsinə Cavabdeh1 tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli qanun üzrə vərəsəlik hüquq haqqında şəhadətnamənin ləğv edilməsi, həmin fərdi yaşayış evinin 1/4 hissəsinə miras qoyan Daşdəmirov Vəli Sədrəddin oğlunun yeganə oğlu və qanuni varisi İddiaçı adına vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini Cavabdeh1na vəzifə olaraq tapşırılması, Cavabdeh3 ləyaqətsiz vərəsə kimi tanınması və 20 (iyirmi) manat dövlət rüsumunun Cavabdeh3 iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda (indiki Heydər Əliyev küçəsi 9) ümumi sahəsi 119,8 kv.m, yaşayış sahəsi 68 kv.m, köməkçi sahəsi 51,8 kv.m olan 3 otaqlı fərdi yaşayış evinin 1/4 hissəsinin mülkiyyətçisi Daşdəmirov Vəli Sədrəddin oğlu xx.xx.2003-cü ildə vəfat etmişdir. Kamran onun yeganə oğludur, həmin ünvanda doğulmuşdur. Kamranın anası Cavabdeh2 VCavabdeh3la aralarındakı nikah pozulana qədər birlikdə göstərilən ünvanda yaşamışlar. xx.xx.2003-cü ildə VCavabdeh3 vəfat etdikten sonra onun qardaşı Cavabdeh3 Kamranın qanuni nümayəndəsi olan anası Cavabdeh2 təzyiq edərək, atasından qalmış miras əmlakı onun maraqlarına və mənafeyinə uyğun olmayan şəkildə xx.xx.2004-cü ildə Ucar rayon Notariat kontorunda öz adına qanun üzrə vərəsəlik şəhadətnaməsi almağa nail olmuşdur. Ucar rayon Notariat kontoru qeyd edilən miras əmlakı rəsmiləşdirərkən yerli icra hakimiyətinin qəyyumluq və himayə orqanlarına məlumat verməli olduğu halda bunu etməyib. Yuxarıda göstərilənləri nəzərə alaraq Cavabdeh3 adına ünvan 1 (indiki Heydər Əliyev küçəsi 9) evin ¼ hissəsinə Cavabdeh1 tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, həmin fərdi yaşayış evinin 1 /4 hissəsinə miras qoyanDaşdəmirov Vəli Sədrəddin oğlunun yeganə oğlu və qanuni varisi İddiaçı adına vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini Cavabdeh1na vəzifə olaraq tapşırılması, Cavabdeh3 ləyaqətsiz vərəsə kimi tanınması və 20 (iyirmi) manat dövlət rüsumunun Cavabdeh3 iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Ucar Rayon Məhkəməsinin (hakim Ç.İsgəndərov) 22 oktyabr 2009-cu il tarixli, 2(063)-242/2009 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir.
7. Məhkəmə qeyd etmişdir ki, İddiaçı ünvan 1 ünvanda (indiki Heydər Əliyev küçəsi 9) ümumi sahəsi 119,8 kv.m, yaşayış sahəsi 68 kv.m, köməkçi sahəsi 51,8 kv.m olan 3 otaqlı fərdi yaşayış evinin 1/4 hissəsinin mülkiyyətçisi Daşdəmirov Vəli Sədrəddin oğlu xx.xx.2003-cü ildə vəfat etmişdir. Kamran onun yeganə oğludur, həmin ünvanda doğulmuşdur. Kamranın anası Cavabdeh2 VCavabdeh3la aralarındakı nikah pozulana qədər birlikdə göstərilən ünvanda yaşamışlar. Məhkəmə belə nəticəyə gəlmişdir ki, Cavabdeh3 miras qoyan VCavabdeh3 xəstə olduğu vaxtlarda onun müalicəsinə kömək etmiş, o, vəfat etdikdən sonra dəfn mərasiminin xərclərini ödəmiş, mərhum qardaşından qalmış miras əmlakı olan fərdi yaşayış evinə köçmüş və həmin evə faktiki olaraq sahiblik etməyə başlamışdır. Mirası qanunvericilikdə müəyyən edilmiş müddət ərzində faktiki qəbul etmişdir. Miras qoyanın oğlu 1992-ci ildə anadan olmuş İddiaçı qanuni nümayəndəsi olan anas ı Cavabdeh2 2004-cü ilin may ayında Ucar rayon Notariat kontoruna ərizə verərək miras əmlakı oğlu İddiaçı adından qəbul etmədiyini göstərmiş, müddətin bərpası barədə iddia verməyəcəyini və fərdi yaşayış evinin Cavabdeh3 adına qeydə alınmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında Cavabdeh3 ləyaqətsiz vərəsə olmasını təsdiq edən sübutlar təqdim edilməmişdir.
8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenimunun 5 saylı qərarı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin1137, 1243.2, 1244, 1246, 1247, 1255, 1272 və 375.2-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 və 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat
9. Ucar Rayon Məhkəməsinin 22 oktyabr 2009-cu il tarixli qətnaməsindən İddia çı apellyasiya şikayəti vermişdir.
10. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, əqdin etibarsızlığı əqdin qanunun tələblərinə zidd olaraq və yaxud qanunvericilikdə müəyyən edilmiş qaydalara riayət edilmədən bağlanmasını, yəni əqdin bağlandığı andan qanunsuz olmasını ehtiva edir. Birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan halları nəzərdən qaçıraraq olduqca yanlış nəticəyə gəlmişdir. İş materiallarında olan notariat işinin 14-cü səhifəsində isə Daşdəmirov Vəli Sədrəddin oğlunun verdiyi vəsiyyətnamə öz əksini tapmışdır. Vəsiyyətnamə xx.xx.2003-cü il tarixdə, saat 17:00-da verilmişdir. Həmin vəsiyyətnaməni mərhumun özü deyil, X17 imzalamışdır. Əsas da o olmuşdur ki, bütün barmaqlar yandığına görə mərhum guya tapşırıq vermişdir ki, Söhrab Əskərov vəsiyyətnaməni imzalasın. Bu tama milə yalandır. Onların şəxsiyyətlərinə dair notariat işində heç bir məlumat öz əksini tapmamışdır. Mülki Məcəllənin 1184-cü maddəsinə əsasən yetkinlik yaşına çatmayanlar, fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxslər, vəsiyyət üzrə vərəsələr və onların yüksələn və eynən xətt üzrə qohumları, bacıları, qardaşları, arvadı (əri) və vəsiyyət tapşırığını alan (leqatari) vəsiyyətin şahidləri ola bilməzlər. İş materiallarından şahidlərin və vəsiyyəti imzalayan şəxslərin kimlikləri müəyyən olunmur. Bu da qanunvericiliyin tələblərinin vasitənin köməyi ilə ifadə edilə bilər, lakin imzanı vəsiyyət edən qoymalıdır. Bu halda vəsiyyət edən vəsiyyətnaməni iki şahidin yanında tərtib etməli və imzalamalıdır. Həmin şahidlər təsdiq etməlidirlər ki, vəsiyyətnamə onların yanında texniki vasitədən istifadə edil məklə tərtib olunmuşdur. Vəsiyyət edən vəsiyyətnaməni imzaladıqdan dərhal sonra şahidlər vəsiyyətnamədə öz adlarını, soyadlarını və yaşayış yerlərini göstərməklə müvafiq qeyd vasitəsilə vəsiyyətnaməni təsdiqləməlidirlər. İş materiallarından görünür ki, şahidlərin yaşayış yerinə dair məlumatları və şəxsiyyətini idendifıkasiya edəcək hər hansı məlumatlar vəsiyyətnamədə və vərəsəlik işində öz əksini tapmamışdır. İş materiallarından görünür ki, vəsiyyət qoyan VCavabdeh3 “ŞİZOFRENİYA” diaqnozu qoyulmuşdur. Şizofreniya anlaqlığı istisna edən xəstəliklərin siyahısına daxildir. Şizofreniya ciddi və kompleks ruhi xəstəlikdir. Psixozun ən çox görülən formasıdır. Əvvəllər funksional psixiatrik xəstəliklərdən biri kimi təsnif edilirdisə, indi əsasən beyin fiziologiyasının anormallığı kimi qəbul edilir. Bütün dünyada insanlar arasında hər 100 nəfərdən birində rast gəlinir. Şizofreniyanın əsasında düşüncə və qavrayışın pozulması dayanır. Xəstəlik zamanı fərdi xüsusiyyətlər və özünü idarə etmə bacarığı itirilir. Habelə qanunvericiliyin məzmununa görə fəaliyyət qabiliyyətli sayılıb-sayılmamasından aslı olmayaraq şəxs vəsiyyət edərkən anlaqsız vəziyyətdə ola bilər. Mülki Məcəllənin 346.1-ci maddəsində fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqdin etibarsızlığının onun özünün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin tələbi ilə məhkəmə qaydasında təsdiq oluna bilməsi nəzərdə əlavə edilən 2V-26 saylı Ucar Ra yon Notariat Ofisinin notariat işindən görünür ki, həmin notariat işi ilə əlaqədar icraat notarius tərəfindən tamamilə qanunsuz və əsassız olaraq aparılmışdır. Belə ki, notariat işinin 2-ci səhifəsində qeyd olunmuşdur ki, Daşdəmirov Vəli Sədrəddin oğlu xx.xx.2003-cü il tarixdə bədən səthinin 1/3 hissəsinin termiki yanığı səbəbilə vəfat etmişdir. Həmin notariat işinin 14-cü səhifəsində isə Daşdəmirov Vəli Sədrəddin oğlunun verdiyi vəsiyyətnamə öz əksini tapmışdır. Vəsiyyətnamə xx.xx.2003-cü il tarixdə, saat 17:00-da verilmişdir (Yəni ölümündən 3 gün əvvəl). Həmin vəsiyyətnaməni mərhumun özü deyil, X17 imzalamışdır. Əsas da o olmuşdur ki, bütün barmaqlar yandığına görə mərhum guya tapşırıq vermişdir ki, Söhrab Əskərov vəsiyyatnaməni imzalasın. Bu tamamilə yalandır. X6 iddiaçının atası tərəfi ndən verilmiş vəsiyyətnamə tamamilə saxtalaşdırılmışdır. Birincisi iddiaçının atasının tək əlləri deyil, bədəninin 1/3 hissəsi yanmışdır. Tibb elminə görə termiki yanıq yanıqların ən ağır növünə aiddir. İddiaçının atası belə ağır vəziyyətdə vəsiyyətnamə verə bilməzdi. Üstəlik atası ekstrasens deyildi ki, o bilsin ki, o, 3 gün sonra vəfat edəcək. Bundan başqa iddia ərizəsinə əlavə olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 saylı X3 Vəli Sədrəddin oğluna dair Ambulator Kitabçasından çıxarışdan və digər sənədlərdən görünür ki, onun atası VCavabdeh3 “şizofreniya” diaqnozu qoyulmuşdur. Yəni o vəsiyyət verə bilməzdi. Onun verdiyi vəsiyyətnamə onsuz da bağlandığı andan etibarsızdır. Digər tərəfdən atası yananda affekt vəziyyətində olub. O heç danışa da bilmirdi. Çünki ona güclü ağrıkəs icilər vurulurdu ki, ağrını hiss etməsin. Bildiririk ki, atası VCavabdeh3 anlaqsızlığı tərəfindən mötəbər dəlillərlə tam olaraq sübuta yetirilmişdir. Ucar Rayon Məhkəməsi ümumiyyətlə onun atası VCavabdeh3 vəsiyyatnamə verdiyi anda “şizofreniya” xəstəliyinin olmasını və bədənin 1/3 hissəsinin termiki yanıqlarından dolayı affekt vəziyyətində olması faktını hüquqi qiymət verməmiş, necə deyərlər bu faktı görməzdən gələrək sanki yoxmuş kimi bu faktdan “yan keçmişdir”. İş materiallarından görünür ki, şizofreniya xəstəsi olan VCavabdeh3 öz əmlakını ölməmişdən 3 gün əvvəl öz doğma övladına deyil, yaşlı və ölüm ayağında olan Qətibə Daşdəmirovaya vəsiyyət etmişdir. Sizcə bu halın özü də şübhəli deyilmi? Hansı ata öz mirasını 12 yaşlı övladına deyil, yaşlı və ölüm ayağında olan birinə bağışlayar? İş materiallarından açıq-aydın şəkildə görünür ki, VCavabdeh3 qardaşı Cavabdeh3 notariusun da yardımı ilə “iz itirməklə” öz qardaşının övladına çatası payı dolayı yollarla mənimsəmişdir. Bu nəinki qanuna zidd, həmçinin vicdansızlıqdır. Göründüyü kimi birinci intansiya məhkəməsi qeyd etdiyi bu hala da hüquqi qiymət verməmişdir. İş materiallarından görünür ki, 1 il 3 ay sonra Cavabdeh2 iddiaçının adından qəbul etməmə barədə ərizə yazmışdır. Halbuki qanunvericilik deyir ki, mirasdan 3 ay ərzində imtina oluna bilərdi. Yəni 1 il 3 aydan sonra- iddiaçının anasını qucağında 11 yaşlı uşaqla məcburən qaçdığı Bakı şəhərindən Ucar Notariat Kontoruna çağırılıb ona məcburi yazdırılan ərizənin heç bir hüquqi qüvvəsi ola bilməz. Bu cür ərizə yazıldığı andan etibarsızdır. 1 il 3 ay sonra yazılmış ərizə artıq müddət bitdikdən sonra verildiyi üçün hüquq münasibətlərini dəyişdirmək və ləğv etmək iqtidarında deyildi. 1 il 3 ay sonra yazılan ərizənin qanunvericilik baxımından əhəmiyyəti yoxdur. Birinci instansiya məhkəməsi işin bu hallarına hüquqi qiymət verməyərək maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Göründüyü kimi, məhkəmə işin halları və tətbiq etməli olduğu maddi hüquq normaları ilə bağlı səhv nəticəyə gəlmişdir. Bildirir ki, onun atası öləndə (xx.xx.2003-cü il) və miras açılarkən onun cəmi 11 yaşı olmuşdur. İş materiallarından görünür ki, 11 yaşlı uşağın köməksiz vəziyyətindən istifadə edərək ona məxsus əmlakı əmisi Cavabdeh3 ələ keçirmişdir. Nəyə görə ölənin İ dərəcəli vərəsəsi ola-ola ona münasibətdə İİ dərəcə vərəsə olan əmisi saxtakarlıq edərək əmlaka sahib çıxmalıdır? İş mat eriallarına əlavə etdiyi sənədlərdən görünür ki, açıq-aydın formada 11 yaşlı azyaşlı uşağın köməksiz vəziyyətdən olmasından və onun anasının hüquqi savadsızlığından suiistifadə olunmuşdur. Hazırki evdə nəyə görə hazırda haqqı olan insan da yox, tək onun əmisinin oğlu və həyat yoldaşı yaşamalıdır ? O, 2016-cı il aprel döyüşlərinin, daha sonra 2020-ci il 44 günlük vətən müharibəsinin iştirakçısı olmuşdur. İddia ərizəsinə əlavə edilən Azərbaycan Resublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinasının xx.xx.2021, xx.xx.2021 və xx.xx.2020-ci il tarixli arayışlarından görünür ki, o Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Xocavənd rayonu istiqamətində gedən döyüşlər zamanı partlayış travması (xx.xx.2020) nəticəsində keçirilmiş QKBT, baş beyin silkələnməsindən sonrakı dağınıq oc aqlı nevroloji nişanələr, solda konverqensiya çatışmazlığı (nervus abducens) ekspert diaqnozu ilə şəhadələndirilmişdir. (Kəllə beyin travması, baş beynin silkələnməsi və sol uzaqlaşdırıcı sinirin zədələnməsi). Bir gözü proyeksiyadan-yerindən qaçmışdır. Miras qoyan VCavabdeh3 yeganə İ növbədə olan vərəsəsi odur. İş materialları ilə açıq-aydın şəkildə müəyyən olunur ki, 2003-2004-cü illərdə o məhdud fəaliyyət qabiliyyətli şəxs olmuşdur. Belə ki, onun cəmi 11 yaşı olmuşdur. Əgər vərəsə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxsdirsə, mirasdan imtinaya məhkəmənin icazəsi ilə yol verilir. İş materiallarından göründüyü kimi, onun anası Cavabdeh2 mirasın qəbul edilməsindən imtina etmişdir. Lakin bu məhkəmənin icazəsi olmadan mümkün deyildi. Çünki həmin vaxt o azyaşlı i di və məhdud fəaliyyət qabiliyyətli idi. İş materiallarında olan notariat işinin 8-ci vərəqindən görünür ki, iddiaçı Cavabdeh2 mirasdan imtina barədə ərizəsini öz əli ilə yazmamışdır. Bunu məhkəməyə ünvanladığı ərizəsində özü də etiraf etmişdir. Beləki ərizə latın qrafikası ilə yazılsa da, kirilcə “Cavabdeh2” sözləri yazılmış və imza edilmişdir. Bildiririk ki, həmin ərizəni onun anası imzalasa da Ucar notariusi Elman Cəlalov ona saxta yollarla ona yardım adı ilə aldadaraq ərizəyə imza atdırmışdır. 2(063)-242/2009 saylı, 22 oktyabr 2009-cu il tarixli Ucar Rayon Məhkəməsinin qətnaməsində də onun anasının 500 dollar müqabilində ərizəyə imza etməsi faktı öz əksini tapır. Belə ki, Cavabdeh3 məhkəmədə öz dili ilə etiraf etmişdir ki, fərdi yaşayış evinin 1/4 hissəsindən ibarət miras əmlakın onun adına qeydə alınmasına etiraz etməməsi üçün ondan 500 ABŞ Dolları pul almışdır. Bunun özü bir etirafdır ki, 11 yaşlı uşağa məxsus mirası cavabdeh pul qarşılığında mənimsəmişdir. Bundan başqa həmin vaxt anası latın qrafikasını bilmirdi. Bunu özü də məhkəmədə təsdiq etmiş və bu barədə yazılı ərizə vermişdir. Ərizədən görünür ki, ərizə latınca yazılmış, lakin kirilcə imzalanmışdır. Ucar Rayon Məhkəməsinin qətnaməsində qeyd olunmuşdur ki, Cavabdeh1 notariusu X18 iddianı qəbul etməyərək bildirmişdir ki, onun tərəfindən Cavabdeh3 verilmiş Ucar şəhəri, Nərimanov (indiki Heydər Əliyev küçəsi 9) küçəsi 9 saylı evin 1/2 hissəsinə xx.xx.2004-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə qanuni əsaslarla verilmişdir. Bildirik ki, notariusun 2009-cu ildə məhkəməyə verdiyi izahat tamami lə yalan və absurddur. Vərəsəlik hüququ haqqında şəhadətnamə necə qanuni əsasla verilə bilərdi ki, məhdud fəaliyyət qabiliyyətli 1 növbəli vərəsə olan uşağa çatası miras əmlak İİ növbəli vərəsəyə verilərkən qəyyumluq və himayə orqanına müraciət edilməmiş və məhkəmənin icazəsi alınmamışdır ? İş materiallarına əlavə olunan Ucar Rayon Qeydiyyat Şöbəsinin verdiyi arayışlardan görünür ki, Daşdəmirov Vəli Sədrəddin oğlu ilə Cavabdeh2 xx.xx.1991-ci ildə rəsmi nikaha girərək evlənmişlər. Həmin nikah xx.xx.1995-ci il tarixdə pozulmuşdur. Göründüyü kimi onun anası Cavabdeh2 boşandığına görə və üstündən 3 ildən çox müddət keçdiyinə görə onun atasına qarşı hər hansı əmlak tələbi ola bilməzdi və atasından ona çatası miras payına münasibətdə xx.xx.2004-cü ildə onun ziyanına və mənafelərinə zidd olan sər əncam verə bilməzdi. Bu halda işə qəyyumluq və himayəçilik orqanı cəlb olunmalı və məhkəməyə müraciət olunmalı idi. Bütün bu hallara da Ucar Rayon Notariat Kontoru nəzarət etməli idi. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1163-ci maddəsinə əsasən nikahı ləğv etmiş ər-arvad bir- birindən sonra vərəsə ola bilməzlər. Hətta Həmin Məcəllənin 1164-ci maddəsində qeyd olunmuşdur ki, əgər arvadın (ərin) miras qoyanla nikahına mirasın açılmasından azı üç il əvvəl faktik xitam verildiyi və ərlə arvadın ayrı yaşadıqları təsdiq edilərsə, məhkəmənin qərarı ilə arvad (ər) qanun üzrə vərəsəlik hüququndan məhrum edilə bilər. Birinci instansiya məhkəməsi qeyd olunan maddəni də işə düzgün tətbiq etməmişdir. Hesab edirik ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etməyərək çoxsaylı səhvlərə yol vermişdir. İş materiallarından görünür ki, Qətibə Daşdəmirovanın ölümündən cəmi 2 ay keçdikdən sonra Cavabdeh3 vərəsəlik şəhadətnaməsi verilmişdir. Halbuki, vərəsəlik şəhadətnaməsi qanunvericiliyin tələbinə görə altı (6 ay) aydan sonra verilə bilərdi. Notariat icraatının birinci səhifəsindən görünür ki, notarius Elman Cəlilov və Daşdəmirov Vəli Sədrəddin oğlu bilərəkdən-qəsdən Daşdəmirov Vəli Sədrəddin oğlunun övladları qismində ondan savayı X2 miras qoyanın oğlu və X5 isə miras qoyanın qızı kimi göstərilmişdir. Halbuki, iş materiallarından görünür ki, X1 Daşdəmirovun qardaşı, X8 isə VCavabdeh3 bacısıdır. Bundan əlavə, Daşdəmirov Vəli Sədrəddin oğlunun payını vəsiyyət etdiyi Qətibə Daşdəmirovanın adı vərəsəlik işinin birinci səhifəsində qeyd olunan həmin 17 saylı ər izədə göstərilməmişdir. Bundan əlavə, Daşdəmirov Vəli Sədrəddin oğlunun həyatı boyu cəmi bir vərəsəsi olmuşdur. O, da onun öldüyü gün 11 yaşı olan oğludur. Ucar rayon məhkəməsi mülki işə baxarkən konstitusion və konvension hüquqlarımı pozaraq aşağıdakıları nəzərdən qaçırmışdır. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması. Məsələn, onun atası VCavabdeh3 vəsiyyətnamə qoyarkən “şizofreniya” xəstəsi olması, onun vəsiyyətnaməni şəxsən tərtib etməməsi, vəsiyyətnaməni tərtib edərkən ölüm ayağında olması, ölüm səbəbinin bədən səthinin 1/3 hissəsinin termiki yanığı olması, vəsiyyətnamə qoyulan zamanı şahidlərin və vəsiyyətnaməni imzalayan şəxslərin şəxsiyyətinin müəyyən olunmaması, onun anası Cavabdeh2 ilə atası VCavabdeh3 1995-ci ildə rəsmi qayda da boşanmaları və bir-birinin vərəsəsi ola bilməməsi, onun anasının 3 ay ərzində deyil, 1 il 3 ay sonra hüquqi qüvvəsi olmayan mirası qəbul etməmə barədə ərizə yazması, onun vəsiyyətnamə qoyularkən 12 yaşında olması, köməksiz vəziyyətdə olması, çoxsaylı digər üzürlü səbəblərin olması və sair. İş materiallarından görünür ki, Ucar Rayon Məhkəməsi tərəfindən onun xeyrinə mülki işdəki çoxsaylı faktiki hallar aydınlaşdırılmamış və qətnamədə həmin hallara istinad olunmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi. İş materiallarından görünür ki, Ucar Rayon Məhkəməsi tərəfindən qətnamənin əsaslandırıcı hissəsində müəyyən edilmiş və istinad edilmiş halların heç biri sübut edilməmişdir. Birinci instansiya məhkəməsinin qətnamədə g östərilmiş nəticələrinin isin hallarına uyğun gəlməməmişdir. Ucar Rayon Məhkəməsinin 22 oktyabr 2009-cu il tarixli, 2(063)242/2009 saylı qətnaməsi rəsmi qaydada təqdim olunmamış, yalnız Məhkəmə Hüquq Şurasına müraciət edəndən sonra rəsmi qaydada ona verilmişdir. Bildirir ki, həmin qətnamə qanunsuz və əsassızdır. Qeyd edilənləri nəzərə alaraq o, məhkəmə kollegiyasından Ucar Rayon Məhkəməsinin 22 oktyabr 2009-cu il tarixli 2(063)-242/2009 saylı qətnaməsinin ləğv olunması, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər X21 (sədrlik edən və məruzəçi), X19 və X15) 2(107)-225/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmdən, qətnamə dəyişdirilmədən saxlanılmışdır.
12. Kollegiya qeyd etmişdir ki, ünvan 3 ünvanında yerləşən mübahisəli fərdi yaşayış evinə dair iddiaçıya vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi vəzifəsinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ucar rayon notariat ofisinin üzərinə qoyulması barədə obyektiv, ədalətli və qərəzsiz qətnamə qəbul edilməsini xahiş etmişdir. Ucar Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2(063)-400/2021 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı Daşdəmirov X22 Rayon Məhkəməsinin həmin qətnaməsindən apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli, 2(107)-1942/2021 saylı qətnaməsi ilə İddiaçı apellyasiya şikayətinin təmin edilməməsi, Ucar Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2(063)-400/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanı lması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 noyabr 2021-ci il tarixli, 2(107)-1942/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 15 mart 2022-ci il tarixli, 2(102)-1977/2022 saylı qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 noyabr 2021-ci il tarixli, 2(107)-1942/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Göründüyü kimi apelyatorun vəsiyyətnamənin saxta olmaqla etibarsız olması barədə dəlilləri əsassızıdır. Çünki həmin dəlil qüvvədə olan qətnamə ilə təkzib edilir.
13. Məhkəmə kollegiyası qeyd etmişdir ki, yuxarıda qeyd edilən məhkəmə tərəfindən şəhadətnamənin etibarsız hesab edilm əsinə dair iddianı rədd etdiyi halda yenidən indiki iddiaçı tərəfindən qaldırılan iddia tələbini əsaslı hesab edib təmin etmək qeyri mümkündür.
14. Kollegiya bildirmişdir ki, eyni əgər yuxarıda qeyd edilən qətnamə ilə şəhadətnamənin etibarsızlığına dair qaldırılan iddia məhkəmə tərəfindən təmin edilmədikdə, bu artıq həmin şəhadətnamənin hüquqi nəticə əmələ gətirən etibarlı bir sənəd olduğunun təsdiq olunması deməkdir. Bu səbəblə də ilkin iddia işi üzrə məhkəmə icraatı və həmin icraatlar üzrə qəbul edilən məhkəmə qətnamələri hüquqi və məntiqi zərurət olaraq həmin şəhadətnamənin etibarlı olub-olmadığı məsələsini əhatə etmişdir. Məhkəmə icraatında tərəflərin iddiaçı və ya yeni iddiaçı kimi statuslarının dəyişməsi istinad olunan şəhadətnamənin etibarlı olub-olmaması baxımından heç bir əhəmiyyə t kəsb etmir. Şikayətin digər dəlilləri ondan ibarətdir ki, Cavabdeh2 iddiaçının adından mirası qəbul etməmə barədə ərizəni miras açıldıqdan 1 il 3 ay sonra imtina etmişdir. Halbuki qanunvericilik deyir ki, mirasdan 3 ay ərzində imtina oluna bilərdi. Əgər vərəsə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxsdirsə, mirasdan imtinaya məhkəmənin icazəsi ilə yol verilir. Məhdud fəaliyyət qabiliyyətli 1 növbəli vərəsə olan uşağa çatası miras əmlak İİ növbəli vərəsəyə verilərkən qəyyumluq və himayə orqanına müraciət edilməmiş və məhkəmənin icazəsi alınmamışdır.
15. Kollegiya son olaraq qeyd etmişdir ki, iddiaçının mirasda olan payından anası tərəfindən imtina edilməsi üçün qəyyumluq və himayə orqanına müraciət etməyə lüzum olmamışdır. Belə ki, qəyyumluq və himayə orqanına o vaxt müraciət etmək olardı ki, iddiaçı ya qəyyumluqda olsun yada himayə altında olsun. Halbuki həmin vaxt onun anası qanuni nümayəndə olaraq iddiaçını təmsil etmişdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iddia tələbi üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
16. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-225/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən araşdırılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
17. Kassator kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, əqdin etibarsızlığı əqdin qanunun tələblərinə zidd olaraq və yaxud qanunvericilikdə müəyyən edilmiş qaydalara riayət edilmədən bağlanmasını, yəni əqdin bağlandığı andan qanunsuz olmasını ehtiva edir (Məsələn, iddiaçının “Şizofreniya” xəstəliyinə düçar olmuş atasının yazdığı vəsiyyatnamənin və anasının 1 il 3 ay sonra yazdığı mirasdan imtina barədə ərizənin bağlandığıandan etibarsızlığı). Birinci instansiya məhkəməsi və apellyasiya instansiya məhkəməsi yuxarıda qeyd olunan halları nəzərdən qaçıraraq olduqca yanlış nəticəyə gəlmişdir.
18. Kassat or bildirmişdir ki, iş materiallarında olan notariat işinin 14-cü səhifəsində isə Daşdəmirov Vəli Sədrəddin oğlunun verdiyi vəsiyyətnamə öz əksini tapmışdır. Vəsiyyətnamə xx.xx.2003-cü il tarixdə, saat 17:00-da verilmişdir (yəni ölümündən 3 gün əvvəl). Həmin vəsiyyətnaməni mərhumun özü deyil, X17 imzalamışdır. Əsas da o olmuşdur ki, bütün barmaqlar yandığına görə mərhumguya tapşırıq vermişdir ki, Söhrab Əskərov vəsiyyətnaməni imzalasın. Bu tamamilə yalandır. Vərəsəlik işindən vəsiyyətnaməni VCavabdeh3 əvəzindən imzalayan X12, şahidlər X13 və X7 (şəxsi məlumatları yoxdur) bilinmir. Onların şəxsiyyətlərinə dair notariat işində heç bir məlumat öz əksini tapmamışdır. Mülki Məcəllənin 1184-cü maddəsinə əsasən yetkinlik yaşına çatmayanlar, fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxslər, vəsiyy ət üzrə vərəsələr və onların yüksələn vəenən xətt üzrə qohumları, bacıları, qardaşları, arvadı (əri) və vəsiyyət tapşırığınıalan (leqatari) vəsiyyətin şahidləri ola bilməzlər. İş materiallarından şahidlərin və vəsiyyəti imzalayan şəxslərin kimlikləri müəyyən olunmur. Bu da qanunvericiliyin tələblərinin pozulmasıdır. Həmin Məcəllənin 1188. maddəsinə əsasən vəsiyyətnamənin mətni hamılıqla qəbul olunmuş texniki vasitənin köməyi ilə ifadə edilə bilər, lakin imzanı vəsiyyət edən qoymalıdır. Bu halda vəsiyyət edən vəsiyyətnaməni iki şahidin yanında tərtib etməli və imzalamalıdır. Həmin şahidlər təsdiq etməlidirlər ki, vəsiyyətnamə onların yanında texniki vasitədən istifadə edilməklə tərtib olunmuşdur. Vəsiyyət edən vəsiyyətnaməni imzaladıqdan dərhalsonra şahidlər vəsiyyətnamədə özadlarını, soyad larını və yaşayış yerlərini göstərməklə müvafiq qeyd vasitəsilə vəsiyyətnaməni təsdiqləməlidirlər. İş materiallarından görünür ki, şahidlərin yaşayış yerinə dair məlumatları və şəxsiyyətini idendifikasiya edəcək hər hansı məlumatlar vəsiyyətnamədə və vərəsəlik işində öz əksini tapmamışdır.
19. Kassator daha sonra bildirmişdir ki, X6 iddiaçının atası tərəfindən verilmiş vəsiyyətnamə tamamilə saxtalaşdırmışdır. Birincisi iddiaçının atasının tək əlləri deyil, bədəninin 1/3 hissəsi yanmışdır. Tibb elminə görətermiki yanıq yanıqların ən ağır növünə aiddir. İddiaçının atası belə ağır vəziyyətdə vəsiyyətnamə verə bilməzdi. Üstəlik atası ekstrasens deyildi ki, o bilsin ki, o, 3 gün sonra vəfat edəcək. Bundan başqa iddia ərizəsinə əlavə olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 saylı X3 Vəli Sədrəddin oğluna dair Ambulator Kitabçasından çıxarışdan və digər sənədlərdən görünür ki, iddiaçının atası VCavabdeh3 “ŞİZOFRENİYA” diaqnozu qoyulmuşdur. Yəni o vəsiyyət verə bilməzdi. Onun verdiyi vəsiyyətnamə onsuz da bağlandığı andan etibarsızdır..Digər tərəfdən atası yananda affekt vəziyyətində olub. O heç danışa da bilmirdi. Çünki ona güclü ağrıkəsicilər vurulurdu ki, ağrını hissetməsin. Mülki Məcəllənin 346.1-ci maddəsinə əsasən, fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özünün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası ilə məhkəmə tərəfindən etibarsızsayıla bilər.
20. Kaasator qey d etmişdir ki, iddiaçının atası öləndə(xx.xx.2003-cü il) və miras açılarkən onun cəmi 11 yaşı olmuşdur. İş materiallarından görünür ki, 11 yaşlı uşağın köməksiz vəziyyətindən istifadə edərək ona məxsus əmlakı əmisi Cavabdeh3 ələ keçirmişdir. Nəyə görə ölənin İ dərəcəli vərəsəsi ola-ola ona münasibətdə İİ dərəcə vərəsə olan iddiaçının əmisi əmlaka sahib çıxmalıdır? İş materiallarına əlavə etdiyimiz sənədlərdən görünür ki, açıq-aydın formada 11 yaşlı azyaşlı uşağın köməksiz vəziyyətdə olmasından və onun anasının hüquqi savadsızlığından sui-istifadə olunmuşdur. Hazırki evdə nəyə görə hazırda haqqı olan insan da yox, tək iddiaçının əmisinin oğlu və həyat yoldaşı yaşamalıdır ?! İddiaçı 2016-cı il APREL döyüşlərinin, daha sonra 2020-ci il 44 günlük vətən müharibəsinin iştirakçısı olmuşdur. İddia ərizəsinə əlavə edilən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinasının xx.xx.2021, xx.xx.2021, xx.xx.2020-ci il tarixli arayışlarından görünür ki, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Xocavənd rayonu istiqamətində gedən döyüşlər zamanı partlayış travması (xx.xx.2020) nəticəsində keçirilmiş QKBT, baş beyin silkələnməsindən sonrakı dağınıq ocaqlı nevroloji nişanələr, solda konverqensiya çatışmazlığı (nervus abducens) eksert diaqnozu ilə şəhadələndirilmişdir. (Kəllə beyin travması, baş beynin silkələnməsi və sol uzaqlaşdırıcı sinirin zədələnməsi). Bir gözü proyeksiyadan-yerindənqaçmışdır. Miras qoyan VCavabdeh3 yeganə İ növbədə olan vərəsəsi- oğlu İddiaçıdur. Apellyasiya instansiya məhkəməsi bu hallara da hüquqi qiymət verməmişdir. Tətbiq edilə n hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
21. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
22. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
23. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.
24. Maddə 1134.2. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun u şaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər.
25. Maddə 1151. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
26. Maddə 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar.
27. Maddə 1160. Əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir.
28. Maddə 1166. Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər.
29. Maddə 1193. Vəsiyyət edə nin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir.
30. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.
31. Maddə 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir.
32. Maddə 1268.2. Əgər vərəsə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxsdirsə, mirasdan imtinaya məhkəmənin icazəsi ilə yol verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəll əsi
33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
36. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
37. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya i nstansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
39. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
40. Kassasiya şikayətində iddiaçı qətnaməni tam mübahisələndirdiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yox lanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
41. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş üzrə gəldikləri nəticəni onunla əsaslandırmışlar ki, Miras qoyanın oğlu 1992-ci ildə anadan olmuş İddiaçı qanuni nümayəndəsi olan anası Cavabdeh2 2004-cü ilin may ayında Ucar rayon Notariat kontoruna ərizə verərək miras əmlakı oğlu İddiaçı adından qəbul etmədiyini göstərmiş, müddətin bərpası barədə iddia verməyəcəyini və fərdi yaşayış evinin Cavabdeh3 adına qeydə alınmasına etiraz etmədiyini bildirmişdir. iddiaçının mirasda olan payından anası tərəfindən imtina edilməsi üçün qəyyumluq və himayə orqanına müraciət etməyə lüzum olmamışdır (§ 7-8, 15).
42. Kollegiya birinci və apelyasiya instansiyası məhkəmələrinin bu mövqelərini əsassız hesab edir, ona görə ki, əvvəla, iddiaçının miras əmlaka vərəsəlik hüququna, mirası qəbul edib-etməməsi ilə deyil, mirasdan qanunla müəyyən olunmuş qaydada imtina edib-etməməsi əsasında hüquqi qiymət verilməlidir. Belə ki, mülki qanunvericilik miras açıldığı andan mirasın vərəsələrin əmlakının aktiv və passivinə daxil olduğunu nəzərdə tutur. Bununla belə, vərəsə mirasın açıldığı andan üç ay müddətində notarial formada mirasdan imtina edə bilər. Vərəsə mirasdan imtina etdikdə onun mirasla bağlı hüquq və öhdəlikləri aradan qalxır. Əks halda, yəni qanunla müəyyən edilmiş müddətdə və qaydada mirasdan imtina etmədikdə vərəsə kimi qalmaqda davam edir. Odur ki, şəxsin mirası qəbul etməməsinə görə onun vərəsəlik hüququndan məhrum olması barədə mövqe Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş vərəsəlik və mülkiyyət hüquqlarına ziddir.
43. B undan əlavə, fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli vərəsənin mirasdan imtina etməsinə məhkəmənin icazəsi ilə yol verilir (§ 32).
44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 oktyabr 2022-ci il tarixli qərarında Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı qeyd etmişdir ki, “qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, əvvəldə də qeyd olunduğu kimi, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəs ində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar....Mülki Məcəllə ilə vərəsə statusunun yaranmasının xüsusi qəbul müddətinə bağlı tutulması, eyni zamanda mirasdan imtinanın ehtimal oluna bilmə imkanı (Mülki Məcəllənin 1273-1-ci maddəsi) hüquqi baxımdan qeyrimüəyyənliyin yaranmasına, məhkəmə mübahisələrinin çoxalmasına səbəb olmaqla yanaşı, vərəsəlik hü ququna dair Konstitusiya təminatına da xələl yetirmiş olur.”
45. Fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxslərin mirasdan imtina etməsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu həmin qərarında qeyd etmişdir ki, “qanunverici göstərilən şəxslər tərəfindən miras əmlakdan imtina edilməsinin xüsusi formasını müəyyənləşdirərək, bu halda imtinanın yalnız məhkəmə qərarı əsasında mümkünlüyünü təsbit etmişdir (Mülki Məcəllənin 1268.2-ci maddəsi). Birtərəfli əqd olaraq miras əmlakdan imtinanın da yalnız məhkəmənin icazəsi ilə mümkünlüyünü müəyyənləşdirərkən qanunverici məhz fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxslərin mənafelərinin qorunması, qəyyum və himayəçilər tərəfindən yol verilə biləcək sui-istifadə hallarının qarşısının alınma sı düşüncəsindən çıxış etmişdir. Nəzərə alınmalıdır ki, fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxslərin mirasdan imtinası hallarına da Mülki Məcəllənin 1256-cı maddəsində nəzərdə tutulmuş imtina müddətləri ilə bağlı məhdudiyyət şamil olunur.”.
46. Konstitusiya Məhkəməsinin Plenumu yuxarıdakı hüquqi mövqelərin davamı olaraq, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarında göstərilmişdir ki, “Mülki Məcəllədə vərəsəlik hüququnun xüsusi qəbul müddətinə bağlı tutulması mülkiyyət hüququna müdaxilənin qanuni əsasını təşkil etsə də, bu müdaxilə fərdi azadlığın və bazar iqtisadiyyatının ən əsas elemen tlərindən olan mülkiyyət hüququnun konstitusiya təminatına, mülki dövriyyə iştirakçılarının maraqlarına zidd olmaqla, hər hansı ictimai maraqlara cavab verməməklə yanaşı, mirasın açılması ilə mülkiyyət hüququna malik olan vərəsənin bu hüququnu qeyri-mütənasib şəkildə, hər hansı qanuni məqsədə xidmət etmədən məhdudlaşdırır....vərəsəlik hüququnun xüsusi qəbul müddətinə tabe tutulması hüquqi müəyyənlik və mütənasibliklə bağlı Konstitusiya prinsiplərinin tələblərinə cavab vermədiyindən, mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxardığından, Mülki Məcəllənin 1246-cı maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğun hesab edilə bilməz....mirasın qəbulu universal hüquq varisliyi prinsipi əsasında həyata keçirilir. Bu prinsipə müvafiq o laraq miras qoyanın ölümü ilə mirası qəbul etmiş vərəsələr onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Bu məsuliyyətin vərəsələr üçün yaradacağı çətinlikləri aradan qaldırmaq, habelə şəxslərin iradələrindən kənar vərəsə olmasının qarşısını almaq məqsədilə qanunverici mirasdan imtina hüququnu nəzərdə tutmuşdur. Bununla belə, hüquqi müəyyənliyi və sabitliyi təmin etmək, vərəsələrin, habelə miras qoyanın və vərəsələrin kreditorlarının mənafeləri baxımından bu hüquqdan istifadə imkanı qanunverici tərəfindən müəyyən müddətlə məhdudlaşdırılmışdır. İmtina müddəti kreditorların mirasdan imtina edilib-edilməməsini, imtina edilmişdirsə borclu olan vərəsələrin dəqiq dairəsini bilmələri və iddia qaldırmaq hüquqlarından istifadə edə bilmələri üçün əlverişli olduğu kimi, borclu vərəsələr baxımından da payların dəqiq müəyyən edilməsi, kreditorlar qarşısında məsuliyyətin qətiləşməsi və uzun müddət məhkəmə çəkişməsi təhdidi altında qalmalarının qarşısını almaq baxımından olduqca mühümdür. Bu baxımdan mirasdan imtina institutu mülki dövriyyə iştirakçılarının hüquqlarının müdafiəsi yönümündən başda Konstitusiya olmaqla, mülki qanunvericiliyin tələblərinə daha uyğundur. Vurğulanmalıdır ki, “mirasdan imtina” anlayışı hüquqi məntiqə uyğun olaraq artıq yaranmış olan, mövcud bir hüququn rədd edilməsini ifadə edir ki, bu da vərəsəlik hüququnun məhz mirasın açılması ilə yaranması, qəbulla şərtləndirilməməsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 14 oktyabr tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyi bir daha təsdiqləyir....m iras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir....mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir.... vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğu nsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir.”
47. Konstitusiya Məhkəməsinin Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir.
48. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və əsaslandırma yuxarıda göstərilən hüquqi mövqelərə və qanunvericiliyə uy ğun olmamışdır.
49. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsi iddiaçının şikayətinin rədd edilməsinin əsaslarından biri kimi İddiaçı iddiası əsasında açılmış digər mülki iş üzrə məhkəmə aktlarına (Ucar Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2(063)-400/2021 saylı qətnaməsinə, Şəki Apellyasiya Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli, 2(107)1942/2021 saylı qətnaməsinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 15 mart 2022-ci il tarixli, 2(102)-1977/2022 saylı qərarına) istinad etmişdir (§ 12-14).
50. Məhkəmə tərkibi belə yanaşmanı əsaslı saymır, ona görə ki, sadalanan məhkəmə aktlarında hazırkı iş üzrə çıxarılmış Ucar Rayon Məhkəməsinin 22 oktyabr 2009-cu il tarixli qətnaməsinə istinad olunmuşdur.
51. Buna baxmayaraq hazırkı işdə də apellyasiya instansiya sı məhkəməsinin öz qətnaməsində Ucar Rayon Məhkəməsinin 22 oktyabr 2009-cu il tarixli qətnaməsindən sonra çıxarılan həmin məhkmə aktlarına istinad etməsi qanuni və əsaslı olmamışdır. Ona görə ki, apellyasiya məhkəməsinin bu iş üzrə yoxlama predmetini Ucar Rayon Məhkəməsinin 22 oktyabr 2009-cu il tarixli qətnaməsi təşkil etmişdir. Bu səbəbdən həmin tarixdən sonra çıxarılmış məhkəmə aktları bu yoxlamada nəzərə alına bilməzdi.
52. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq kassasiya məhkəməsi bu qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mübahisənin yenidən araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün iş həmin məhkəməyə göndərilməlidir.
53. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutara q, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-225/2023 saylı mülki iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.