Məhkəmə qərarları › İş №2(102)-21/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-21/2025

21.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-21/2025 21.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3un Cavabdeh qarşı iş üzrə QƏRARİ Kateqoriya: borcun qaytarılması, sübutetmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3un Cavabdeh qarşı pulun ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1779/2024 nömrəli, 24 aprel 2024-cü il tarixli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinə 21 yanvar 2025-ci il t arixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı1 tərəfindən Cavabdeh “Western Union” pul köçürmə sistemi vasitəsilə xx.xx.2022-ci il tarixdə 3940 ABŞ dolları (göndərmə xərci 40 ABŞ dolları), xx.xx.2022-ci il tarixdə 4000 ABŞ dolları (göndərmə xərci 40 ABŞ dolları), xx.xx.2022-ci il tarixdə 2000 ABŞ dolları (göndərmə xərci 40 ABŞ dolları) pul göndərilmişdir.

2. İddiaçı3 tərəfindən Cavabdeh “Western Union” pul köçürmə sistemi vasitəsilə xx.xx.2022-ci il tarixdə 5000 ABŞ dolları məbləğində pul göndərilmiş, göndərmə xərci 40 ABŞ dolları təşkil etmişdir.

3. İddiaçı2 tərəfindən Cavabdeh “Western Union” pul köçürmə sistemi vasitəsilə xx.xx.2022-ci il tarixdə 5000 ABŞ dolları məbləğində pul göndərilmiş, göndərmə xərci 4 0 ABŞ dolları təşkil etmişdir.

4. Cavabdeh tərəfindən Yelyzaveta Konovalenkoya “Western Union” pul köçürmə sistemi vasitəsilə xx.xx.2022-ci il tarixdə 1000 ABŞ dolları pul göndərilmişdir.

5. Cavabdeh tərəfindən Yevhen Bakuna “Western Union” pul köçürmə sistemi vasitəsilə xx.xx.2022-ci il tarixdə 1000 ABŞ dolları pul göndərilmişdir.

6. Elyanora Adıgözəlova tərəfindən Yelyzaveta Konovalenkoya “Western Union” pul köçürmə sistemi vasitəsilə xx.xx.2022-ci il tarixdə 1000 ABŞ dolları pul göndərilmişdir.

7. Cavabdeh tərəfindən Yelyzaveta Konovalenkoya “Western Union” pul köçürmə sistemi vasitəsilə xx.xx.2022-ci il tarixdə 1000 ABŞ dolları pul göndərilmişdir.

8. Nazrin Adıgözəlova tərəfindən Yevhen Bakuna “Western Union” pul köçürmə sistemi vasitəsilə xx.xx.2022-ci il tarixdə 970,87 ABŞ dolları pu l göndərilmiş, göndərmə xərci 29,13 ABŞ dolları təşkil etmişdir.

9. Nəzrin Adıgözəlova tərəfindən Yevhen Bakunun hesabına 970,87 ABŞ dolları pul göndərilmiş, xidmət haqqı 29,13 ABŞ dolları təşkil etmişdir.

10. Cavabdeh tərəfindən X1 “Western Union” pul köçürmə sistemi vasitəsilə xx.xx.2022-ci il tarixdə 970,87 ABŞ dolları pul göndərilmiş, göndərmə xərci 29,13 ABŞ dolları təşkil etmişdir.

11. Cavabdeh tərəfindən Galina Solodkaya xx.xx.2022-ci il tarixdə 1000 ABŞ dolları, Yelizaveta Konovalenkoya isə xx.xx.2022-ci il tarixdə 515 ABŞ dolları pul köçürülmüşdür.

12. İddiaçı1 tərəfindən Yelyzaveta Konovalenkoya “Western Union” pul köçürmə sistemi vasitəsilə xx.xx.2022-ci il tarixdə 1000 ABŞ dolları pul göndərilmiş, göndərmə xərci 22 ABŞ dolları təşkil etmişdir.

13. Cavabdeh tərəfindən Yelyzaveta Konovalenko, Yevhen Bakun və Galina Solodkaya pul köçürmələrinə dair yuxarıda qeyd edilən qəbzlərin görüntüləri məlumat üçün İddiaçı1 göndərilmişdir.

14. İddiaçı1 adına 2022-ci il ərzində "xxxx" ASC və onun filiallarında heç bir bank köçürmə əməliyyatı aparılmamışdır.

15. X2 tərəfindən "xxxx" ASC vasitəsilə xx.xx.2023-cü il tarixdə heç bir pul köçürmə əməliyyatı həyata keçirilməmişdir.

16. İddiaçı1 "xxxx" ASC və onun filiallarında qeyd olunan məktub üzrə 3 əməliyyat aşkarlandı. Bu əməliyyatlar “Western Union” sürətli pul köçürmə sistemi vasitəsilə xx.xx.2022-ci il tarixdə 2000 USD, xx.xx.2022-ci il tarixdə 4000 USD və xx.xx.2022-ci il tarixdə 4500 USD məbləğində əməliyyatlar aşkarlanmışdır.

17. İddiaçı1 adına “Western Union” sürətli pul köçürmə sistemi vasitəsilə xx.xx.2022-ci il tarixdə 5000 ABŞ dolları, xx.xx.2022-ci il tarixdə 5000 ABŞ dolları, xx.xx.2022-ci il tarixdə 4000 ABŞ dolları, xx.xx.2022-ci il tarixdə 7000 ABŞ dolları, xx.xx.2022-ci il tarixdə 3000 ABŞ dolları, xx.xx.2022-ci il tarixdə 2500 ABŞ dolları, xx.xx.2022-ci il tarixdə 3000 ABŞ dolları, xx.xx.2022-ci il tarixdə 3000 ABŞ dolları, xx.xx.2022-ci il tarixdə 2460 ABŞ dolları, xx.xx.2022-ci il tarixdə 2750 ABŞ dolları, xx.xx.2022-ci il tarixdə 3450 ABŞ dolları, xx.xx.2022-ci il tarixdə 3000 ABŞ dolları, xx.xx.2022-ci il tarixdə 2000 ABŞ dolları, xx.xx.2022-ci il tarixdə 2000 ABŞ dolları köçürülmüş, onun adından isə xx.xx.2022-ci il tarixdə 4000 ABŞ dolları, xx.xx.2022-ci il tarixdə 4500 ABŞ dolları xx.xx.2022-ci il tarixdə 2000 ABŞ dolları göndərilmişdir.

18. Naxçıvan Dövlət Universitetinin xarici tələbəl ərlə iş üzrə dekanı Ceyran Quliyeva tərəfindən Vəkil2 ünvanlanmış məktubuna əsasən, adları qeyd edilən 14 şəxs (Anar Abdullah, Gök Hayrunnisa, Aslan Çağrı, Aslan Kardelen, Dağ Nihat, Bulut Arzu, X6, Paşahan Senanur, X5, Atlı Metin, Muhammed Reşat, Akyüz Ertuğrul, X7 və X8) universitetin hazırlıq qrupunda, Aydın Ertuğrul adlı şəxs İ kursda təhsil alırlar. Oğuzhan Ural adlı şəxs hazırlıq qrupunda olub, hazırda tələbə deyildir. Keles Derya və Fırıncıoğulları Hüseyn adlı şəxslər haqqında isə məlumat aşkarlanmamışdır. Həmin məktuba əlavə edilmiş qəbul məktublarına (letter of acceptance) əsasən məktubda adları qeyd edilən 18 şəxsin hər birinin adına ayrı-ayrılıqda universitetin hazırlıq qrupuna qəbul olunduqlarını nəzərdə tutan məktublar verilmişdir.

19. İddiaçı1 tərəfindən müxtəlif şəxslərə (o cümlədən yuxarıdakı məktubda adı çəkilən şəxslərə) aid sənədlər (şəxsiyyət vəsiqələri, lisey diplomları və s.) Cavabdeh, sonuncu tərəfindən isə ona universitetə qəbul məktubları göndərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

20. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 10000 ABŞ dollarının alınaraq İddiaçı1e, 5000 ABŞ dollarının alınaraq İddiaçı3a və 5000 ABŞ dollarının alınaraq İddiaçı2 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

21. İddiaçılar həmin iddia tələblərini onunla əsaslandırmışlar ki, İddiaçı1 xarici ölkələrdə təhsil almaq istəyən tələbələr üçün təşkilati işlərlə məşğul olur. Cavabdeh Ukrayna dövlətində təhsil almaq istəyən şəxslər üçün danışıqlar aparan vasitə çisi olub və 4 ilə yaxın onunla işləyiblər. 2022-ci il tarixdə müharibənin başlaması ilə əlaqədar cavabdeh Azərbaycana qayıtmış və ünsiyyətlərini telefon vasitəsi ilə davam etdirmişlər. Bu müddətdə Naxçıvan Dövlət Universitetində təhsil alan tələbələrlə əlaqədar işlərində köməklik edirdi. Bu müddətdə cavabdeh onun tanışını Naxçıvan Dövlət Universitetinə tələbə kimi təhsil almaq üçün düzəltmək imkanının olduğunu, bunun üçün müəyyən vəsait xərcləməli olduğunu, eyni zamanda özünün də borc pula ehtiyacının olduğunu bildirmişdir. Bu adla ondan müxtəlif dövrlərdə 10000 ABŞ dolları hissə-hissə pul alaraq qısa müddətdə qaytaracağına dair vəd vermişdir, lakin keçən müddət ərzində pulu qaytarmaqdan yayınaraq artıq telefonlara da cavab verməmişdir. Bununla bağlı Naxçıvan Dövlət Universitetinə müraciə t etmiş, lakin orda heç bir tədbir görülməmiş, hətta məlum olmuşdur ki, tələbənin universitetə köçürdüyü 2700 ABŞ dollarını da alaraq mənimsəmişdir. Pulu “Wester Union” beynəlxalq köçürmə vasitəsi ilə xx.xx.2022-ci il tarixdə 3940, xx.xx.2022-ci il tarixdə 2000, xx.xx.2022-ci il tarixdə 4000 ABŞ dolları olmaqla “Ziraat Bank”da olan hesabından mobil bank vasitəsi ilə “Western Union” pul köçürmə üsulu ilə Azərbaycan dövlətinə Toğrul Axundovun adına köçürmüşdür. İddiaçı3 isə İddiaçı1 vasitəsilə cavabdeh Toğrul Axundovla qiyabi olaraq tanış olduqdan sonra əlaqə saxlamışdır. Həmin vaxt Ukraynanın Odessa şəhərində mübahisəli hadisəyə görə atası barəsində cinayət işi açılmışdır. Cavabdeh Ukraynada geniş əlaqələrinin olduğunu, qısa müddətdə, yəni 20 gün ərzində tanıdığı vəkil vasitəsilə atasının h əbsdən azad ediləcəyinə nail olacağına dair vəd verərək qarşılığında 10000 ABŞ dolları pul istəmişdir. İddiaçı1 onu uzun müddət tanıdığından və aralarında işgüzar münasibətlər olduğundan, ona inanaraq pulu bank vasitəsi ilə göndərmişdir. Lakin bu günədək cavabdehdən heç bir xəbər çıxmamış, pulu isə heç bir səbəb göstərmədən qaytarmayaraq telefonlara belə cavab vermir. Sonradan məlum olmuşdur ki, ümumiyyətlə heç bir iş görməmiş, etibardan istifadə edərək onu aldatmışdır. 5000 ABŞ dolları öz adından xx.xx.2022-ci il tarixdə, artıq məbləğə icazə olmadığı üçün 5000 ABŞ dolları isə dostu İddiaçı2 vasitəsi ilə həmin gün Azərbaycana Toğrul Axundovun adına göndərilmişdir.

22. Cavabdeh məhkəməyə etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, iddia ərizəsində yazılanlar hamısı şər və böhtandan ibarə tdir. İddiaçı1 iddia ərizəsində bildirdiyi kimi onunla işgüzar münasibətlərdə olmuşlar. Özünün bildirdiyi kimi, 4 ilə yaxın müddət birlikdə işləmişlər. İddiaçı1 qonaq kimi hər zaman qəbul edib və hörmətlə yola salmışdır. Bu gün ona qarşı bu cür əsassız, şər və böhtandan ibarət iddia tələbinin qaldırılmasından xəbərdar olduqda mənəvi sarsıntılar keçirmişdir. Həyatında ilk dəfədir ki, ona qarşı məhkəmədə iddia qaldırılır. İddiaçı1 hər zaman öz köməkliyini göstərmişdir. İndi isə guya ondan 10000 dollar borc pul istəməsini əsas gətirərək ondan pul tələb edir. Bu barədə məhkəməyə heç bir sübut təqdim oluna bilməz. Çünki bu cür hal heç vaxt baş verməmişdir. Borc müqaviləsi yazılı formada bağlanmalıdır. Onların aralarında isə nə şifahi, nə də yazılı formada borc müqaviləsi olmamışdır. O, heç vaxt cavabdehdən 10000 dollar borc pul verməsini istəməmiş və cavabdeh tərəfindən də ona borc pul verilməmişdir. Aralarında borc münasibətləri heç vaxt yaranmamışdır. Borc münasibətlərinin mövcud olması yalnız aralarında bağlanmış yazılı müqavilə ilə təsdiq oluna bilərdi. Onların aralarında isə heç vaxt borc münasibətləri olmamışdır. Heç şifahi olaraq da İddiaçı1 indiyə kimi heç vaxt borc pul istəməmişdir. İddiaçı1 isə bu gün onun hesabına əsassız varlanmaq üçün bu cür heç bir sübutu, heç bir dəlili olmadan iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı3 və İddiaçı2 iddiaları da tamamilə əsassızdır. İddiaçılar hər üçü ona şər, böhtan ataraq onun hesabına əsassız olaraq pul əldə etmək niyyətindədirlər. Onun tərəfindən də müxtəlif şəxslərə hər ay bank vasitəsi ilə pullar göndərilir. Belə çıxır k i, könüllü olaraq müəyyən işləri ilə əlaqədar hər pul göndərdikləri şəxsi məhkəməyə verib şər böhtan ataraq qəbzə əsaslanaraq pul tələb etməlidirlər. Ona qarşı irəli sürülən iddiaları qəbul etmir. İddia ərizəsi ilə və əlavə olunan sənədlərlə tanış olduqda da görünür ki, heç bir mötəbər sübut təqdim edilmədən ondan əsassız və qanunsuz olaraq pul tələb olunur. Bütün bunlara əsaslanaraq iddia tələbinin rədd edilməsini xahiş edir.

23. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1542/2023 saylı, xx.xx.2023-cü il tarixli qiyabi qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 10000 ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) tutularaq İddiaçı1, 5000 ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) tutularaq İddiaçı3a və 5000 ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində pulun tutularaq İddiaçı2 ödənilməsi qət edilmişdir.

24. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, qiyabi qətnamənin ləğv edilməsini və işin təzələnərək mahiyyəti üzrə baxılmasını xahiş etmişdir.

25. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1542/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1542/2023 nömrəli, 11 may 2023-ci il tarixli qiyabi qətnaməsinin ləğv edilməsi, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3un Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə icraatın təzələnərək mah iyyəti üzrə baxılması qərara alınmışdır.

26. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3un nümayəndəsi və vəkili Vəkil1 yazılı izahat təqdim edərək bildirmişdir ki, iddia tələbinin İddiaçı1e münasibətdə təqdim edilən və bankdan alınan, eyni zamanda cavabdeh tərəfdən təqdim edilən sübutlardan iddianın əsaslı olması öz təsdiqin tapmışdır. Belə ki, ilkin olaraq məhkəmədə iştirakdan boyun qaçıran, prosesi elektron məhkəmə sistemi vasitəsi ilə izləyən cavabdeh iddiaya münasibət bildirmiş və ilk olaraq xx.xx.2023-cü il tarixli etiraz ərizəsi təqdim edərək tələb edilən pulun borc pul olmadığını, çünki yazılı müqavilə bağlamadığını bildirmişdir. İddiaçıların isə ümumiyyətlə əsassız varlanmaq məqsədi ilə şər böhtan atdıqlarını bildirərək işgüzar münasibətlər olduğunu ümumi sözlərlə ifadə etsə də, bu münasibətin mahiyyətini açıqlamaqdan yayınmış, pulun onun tərəfindən qəbul edilməsinin məqsədlərini gizlətmişdir. Halbuki iddia ərizəsində cavabdehdən fərqli olaraq iddiaçılardan nə məqsədlə pul verildiyi iddiada açıq-aşkar qeyd edilmişdir. Növbəti xx.xx.2023-cü il tarixli ərizəsində cavabdeh işlərin görülməsi ilə əlaqədar aldığı pulların qaytarmamalı olduğunu israrla bildirmişdir. Ancaq hansı işləri gördüyünü, nəyin qarşılığında pul aldığını bildirməkdən yayınmaqda davam edərək ziddiyyəti daha da artırır. Nəhayət qiyabi qətnamənin qəbulundan sonra cavabdeh hüquqi yardım alaraq işə münasibəti dəyişir, israrla vəkili vasitəsi ilə bildirməyə başlamışdır ki İddiaçı1lə işgüzar münasibətləri olmuşdur və pulu bu məqsədlərə xərcləmişdir. Digər iddiaçılara münasibətdə isə pulu vəkillərə xərcləmi şdir. Əvvəl etdiyi kimi şər böhtan ifadələri yaddan çıxmış artıq işgüzar münasibətlərə pul xərclədiyini bildirmişdir. İlk olaraq xx.xx.2022-ci il tarixdə aldığı 5000 ABŞ dollarını hansı işgüzar münasibətə xərcləmişdir? Özlərinin təqdim etdikləri qəbzlərdən görünür ki, xx.xx.2022-ci il tarixdə vəkilə ödəməyə pul olmadığı üçün, vəkil də buna etiraz etdiyi üçün İddiaçı1 cavabdehin əvəzinə 1000 ABŞ dollarını vəkilə göndərir. Halbuki İddiaçı1 belə bir öhdəliyi olmamışdır. Yenə də özlərinin təqdim etdikləri qəbzlərdən görünür ki, Ali 1000 ABŞ dolları vəkilə göndərənə kimi cavabdeh aldığı 10000 ABŞ dollarının cəmi 3000 ABŞ dollarını vəkilə göndərmişdir. İddiaçı1 isə bildirmişdir ki, əlavə vəsait lazımdır vəkilə, İddiaçı1 də münasibətləri olduğundan inanaraq 1000 ABŞ dollarını göndərmişdir. Sabahı sı günü, yəni xx.xx.2022-ci il tarixdə isə 5000 ABŞ dolları da özünə borc vermişdir. Həmin dövrdə, xx.xx.2022-ci il tarixdə nəinki Naxçıvanda, dünyanın heç bir dövlətində nə tələbə sənəd qəbulu olur, nə də Universitetə qəbul olur. Hansı işgüzar münasibət mövcud olmuşdur, harda nə iş görmüşdür məlum deyil. Ancaq cavabdehin təqdim etdiyi sübutların özü öz bildirdiklərinə zidd olduğu müəyyən edilir. Təqdim edilən sübutlar 2 hissədən ibarət olmaqla bir hissəsi Universitetə daxil olan şəxslərlə bağlıdır ki, cavabdeh guya sənədlərini təqdim etdiyi şəxslərin təhsil məsələlərini həll etmişdir. Əslində isə cavabdehin təqdim etdiyi tələbə siyahısında olan şəxslərin bütün təhsil, maliyyə məsələlərini İddiaçı1 şəxsən özü həll etmişdir. Hətta cavabdehin təqdim etdiyi siyahısındakı şəxslərin bəziləri pu l köçürmələrini İddiaçı1 şəxsən Naxçıvana gedərək özünün adına birbaşa vəsaitləri qəbul etmiş, özü də həmin vəsaitləri qəbul edib cavabdehin verdiyi siyahıdakı şəxslərin təhsil məsələlərini həll etmişdir. Belə olan təqdirdə nə ehtiyacı olmuşdur ki, qəbul olmayan vaxtda xx.xx.2023-cü il tarixdə cavabdehə 5000 ABŞ dolları göndərsin. Cavabdeh isə bunu işgüzarlıqla əlaqələndirməyə çalışır. Cavabdehin özünün dediyi kimi işlərin görülməsinə görə özü üçün heç bir vəsait ödənəcəyi barədə iddiaçı ilə müqavilə bağlamadığı halda, həmin vəsaitlərin onun xidmət haqqı olmasını kimi vəkilinin arqumentləri də təmamilə əsassız fərziyyədir, özlərini müdafiə xarakter daşıyır. Vəkil işə qoşulana kimi bu işgüzar münasibət idi, indi isə xidmət haqqı oldu, özü də may ayında. Tərəflər arasında belə bir sövdələşmə olmamış, müqavilə bağlanmamışdır. "xxxx" ASCdən alınan sorğuya cavabdan müəyyən olunur ki, cavabdehin guya xidmət etdiyi adı ilə təqdim etdiyi siyahıdakı şəxslərin vəsaitləri onların özlərinin valideynləri və qohumları tərəfindən iddiaçının öz adına göndərilmiş, cavabdehin təqdim etdiyi siyahıdakı tələbələrin sənədlərinin hazırlanmasında heç bir rolu olmamışdır. Cavabdeh özü həmin tələbələri hətta şahid kimi məhkəməyə təqdim etmişdir. Bank tərəfindən təqdim edilən köçürmə qəbzlərindən görünür ki iddiaçı xx.xx.2022-ci il tarixdə eyni saatda 17000 ABŞ dolları pul qəbul etmişdir. Köçürmənin çox olduğunu nəzərə alaraq eyni gündə eyni bankda cavabdehlə birgə olan iddiaçı tələbə üçün köçürülən vəsaiti Türkiyədə öz hesabına, ordan isə cavabdehin adına köçürmüşdür. Bir gündə 4 köçürmə olmuş arala rında saat fərqini müqayisə etsək məlum olur ki, köçürmə saatları 11:46, 11:59, 12:30 və 12:38-dədir. Saat 12:30-da olan köçürmə İddiaçı1 xahişi ilə cavabdehin adına olmuş, o, da 4000 ABŞ dollarını çıxarıb özünə vermişdir. İddiaçının məqsədi və niyyəti cavabdehə şər atmaq olsa idi, həmin pulu da cavabdehdən tələb edərdi. İddiaçı yalnız cavabdehin ona qaytarmaq şərti ilə verdiyi vəsaiti tələb edir. xx.xx.2022-ci il tarixdə Ukraynada 10000 ABŞ dolları qarşılığında 1 ay müddətinə məhkumun azadlığa buraxdıracağını vəd verərək vəsaitləri əldə edən cavabdeh əslində belə bir niyyəti olmamışdır. Belə ki, özünün məhkəməyə təqdim etdiyi sənədlərdən və Kurtun vəkili kimi təqdim etdikləri vəkilin özünün onun şəxsi nömrəsinə göndərdiyi pul ödənişlərindən müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdə pulu bütöv alan cavabdeh vədinə əməl etməmiş, özünün əvvəlcədən tanıdığı vəkillə müqavilə bağlatdıraraq qismən ödəniş etmişdir. Halbuki razılaşmaya əsasən bir ay müddətində, yəni xx.xx.2022-ci il tarixdə aldığı 10000 ABŞ dolları qarşılığında məhkumu azadlığa buraxdırmalı idi. Aldığı vəsaiti vəd etdiyi kimi xərcləməməyi kifayət etməmiş, məhkəməyə aidiyyəti olmayan köçürmə qəbzləri təqdim etməklə guya ki 10000 ABŞ dollarının xərcə sənədləri təqdim etməklə sıfırlamağa cəhd edilir. Hələ bu azmış kimi bu qəbzləri hətta İddiaçı1e göndərdiyini təsdiq edir, hətta İddiaçı1e də vəkil üçün ödətdirdiyi 1000 ABŞ dollarını, oğlunun vəkilə ödədiyi 250 ABŞ dollarının qəbzlərini də özünün xərci kimi təqdim edir. Cavabdeh və vəkili özləri öz təqdim etdikləri sübutlarla özlərini təkzib edirlər. Belə ki, iş mat eriallarına təqdim etdikləri xx.xx.2022-ci il tarixli köçürmə qəbzindən görünür ki, köçürmə saatı 02:47 qeyd edilib, eyni gündə, eyni ünvanda saat 02:50-də, yəni 3 dəqiqə fərqlə Yevhen Bakun adlı şəxsə göndərdikləri qəbzi də vəkilin adına yazırlar. Halbuki 3 dəqiqə əvvəl göndərdikləri kimi onu da vəkilə göndərə bilərdilər. Hətta təqdim edilən qəbzlərdən və danışıqlardan görünür ki, 10000 ABŞ dollarını alan cavabdeh ilkin olaraq vəkil Yelezaveta Konovalenkoya 30.03.22, 26.03.22 və 29.03.22 tarixlərində hər biri 1000 ABŞ dolları olmaqla cəmi 3000 ABŞ dolları göndərilir. Sonradan özlərinin təqdim etdiyi danışıqlardan görünür ki, vəkil narazıdır, ödəniş tələb edir, lakin ödəniş olmur, belə olan təqdirdə vəziyyəti bilən cavabdeh İddiaçı1 16.05.22-ci il tarixdə cavabdehin əvəzinə 1000 ABŞ dollar ı vəkilə ödəniş edir, çünki məhkuma köməklik etməyi İddiaçı1 cavabdehdən xahiş etmişdir. Elə həmin günün səhəri, yəni xx.xx.2022-ci il tarixdə vəkilə pulu ödəyə bilməyən cavabdeh İddiaçı1den də 5000 ABŞ dolları da borc alır. Cavabdehlərin təqdim etdiyi sənədlərlə bu fakt bir daha öz təsdiqin tapmış olur. Cavabdehlə razılaşmaya əsasən o, aldığı vəsaitin qarşılığında məhkumun azadlığa çıxmasını təmin etməli idi. Bunun qarşılığında qəbzlərə əsasən vəkilə cəmi 4000 ABŞ dolları vəsait ödəmiş, qalan vəsait mənimsənilmişdir. Vəkil özü də danışıqlarında bunu təsdiq etmişdir. Beləliklə o, hər iki tələb üzrə vəsaitlərin tam olaraq cavabdehdən alınaraq iddiaçılara qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş edir.

27. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə etiraz ərizəsi təqdim edərək bil dirmişdir ki, iddiaçılar cavabdehin onların hesabına əsassız varlandıqlarını bildirirlər. Hazırki işdə əsassız varlanmadan irəli gələn maddi hüquq normalarının tətbiqi yolverilməzdir. Belə ki, tərəflər arasında öhdəlik münasibətləri yaranmışdır. Öhdəlik münasibətlərinin mövcudluğu və Cavabdeh öhdəliyi yerinə yetirməsi aşağıdakı sübutlarla təsdiq olunur:

1. İddia tərəfinin izahatları: İddia ərizəsində İddiaçı1 bildirir: “Cavabdeh Ukrayna dövlətində təhsil almaq istəyən şəxslər üçün danışıqlar aparan vasitəçim idi, 4 ilə yaxındır ki onunla işləyirdik” – açıq-aşkar bildirilir ki, tərəflər arasında işgüzar münasibətlər olub. “Naxçıvan Dövlət Universitetində təhsil alan tələbələrlə əlaqədar işlərimdə köməklik edirdi” – iddiaçı birlikdə iş görüklərini və hətta işin xarakterini də göstərir. “Naxç ıvan Dövlət Universitetinə müraciət etdim, lakin ordan bununla əlaqədar heç bir tədbir görülməmiş, hətta məlum olmuşdur ki, tələbənin universitetə köçürdüyü 2700 ABŞ dollarını da alaraq mənimsəmişdir” – görünür ki, cavabdehə tələbələrin universitetdə təhsil ala bilmələri üçün konkret tapşırıqlar verib.

2. Cavabdeh iddiaçı Ali Temizər ilə iddiaçının özünün də qeyd etdiyi kimi uzun illər işgüzar münasibətlərdə olmuş, iddiaçının tapşırığı ilə Naxçıvan Dövlət Universitetində təhsil almaq istəyən Türkiyə vətəndaşı olan tələblərə sənədlərinin hazırlanmasında köməklik göstərmişdir. O, tələbələri qarşılamaq, tələbələrin sənədlərini tərcümə etmək, təsdiq etmək və universitetə təqdim etmə işlərini görüb. Toğrulun gördüyü iş universitetdən dəvət məktubu almaqdır. Həmin məktublar təqdim olunmuşdur (1- ci cild, iş vərəq 164-192). Məktublardan görünür ki, tələblərə hazırlıq kursu keçmək üçün müsahibədə iştirak etməklə bağlı dəvət gəlmişdir. Cavabdeh işi bundan ibarətdir, müsahibəni keçmək, hazırlıq kursunu keçmək və sonradan universitetə qəbul olmaq tələbələrin öz üzərindədir. Ali Temizər tələblərlərdən pulu alır (iş materiallarına “paramız hesapta” yazdığı sübut əlavə olunub) və bundan sonra həmin tələblərin məlumatlarını Cavabdeh verir (vəsiqə məlumatlarının verilməsi ilə bağlı sübutlar iş materiallarına əlavə olunub (1-ci cild, iş vərəq 117-124) və Cavabdeh da fəaliyyətə başlayır (Aliyə dəvət məktubları göndərir-Ali də bəyənir (1-ci cild, iş vərəq 11-116). (Alinin iş tapşırması ilə bağlı video iş materiallarına əlavə olunub).

3. Təxmini 15 nəfər tələbənin vəsiqəsi var – hər tələbə üçün də 900 ABŞ dollarından (cəmi 13500) danışılmışdı. Lakin Ali 10 000 ABŞ dolları verir. Hələ danışıq üzrə Ali Temizər borcludur. Hər bir halda işin görülməsi üçün Ali Temizər 10 000 dollar göndərir. Həmin pula da iş görülür.

4. Ali Demizer alı şəxs iddiaçı kimi göstərilsə də, həmin şəxs ilə Cavabdeh arasında heç bir münasibət olmamışdır. İddia ərizəsindən də görünür ki, pul həmin şəxsə məxsus deyil, limiti keçməmək üçün Ali Demizerin adından göndərilmişdir. Yəni əsassız varlanma ilə bağlı maddi hüquq normasının dispozisiya şərtləri ödənmir. Əsassız varlanma o zaman yaranır ki, şəxs məhrum olanın hesabına varlanmış olsun. Bir halda ki, pul Ali Demizer aid deyil, onda sual olunur ki, Ali Demizer nədən məhrum olunub? Bu halda Ali Demizer əsassız varlanmış olur.

5. Cavabdeh razılaşmış tapşırı q üzrə işi görməsi, yəni öhdəliyini icra etməsi Naxçıvan Dövlət Universiteti tərəfindən verilmiş dəvət məktubları (1-ci cild, iş vərəq 164192) ilə sübut olunur. Həmin dəvət məktubları iddiaçı Ali Temizərə göndərilmiş və o da razı qalmışdır (bununla bağlı sübutlar iş materiallarına əlavə olunmuşdur - 1-ci cild, iş vərəq 11116). Həmçinin, Naxçıvan Dövlət Universiteti tərəfindən sorğuya verilmiş cavabla da təsdiq olunur ki, 14 tələbə hazırlıq qrupundan təhsil alır, 1 tələbə - Aydın Ertuğrul 1-ci kursda təhsil alır, 1 tələbə - Oğuzahan Ural hazırlıq qrupunda olub (1-ci cild, iş vərəq 163). Həmin məktubla təsdiq olunur ki, həmin tələbələrin Naxçıvan Dövlət Universitetinə müvafiq qeydiyyatı aparılıb, yəni cavabdeh razılaşdırılmış şərtlərlə öhdəliklərini icra edib.

6. İddiaçı tərəf ilkin olaraq C avabdeh borca pul verdiyini bildirsə də, daha sonra bildirmişdir ki, Cavabdeh tapşırıq üzrə öhdəliklərini icra etməmiş, həmin pulu mənsəmsəmişdir. Bu səbəbdən də həmin tələblərə Ali Temizərə pul göndərmiş və sonuncu tələbələr üçün qeydiyyat məsələlərini həll etmişdir. Bununla bağlı iddiaçı tərəf tələblərin Naxçıvan Bankı vasitəsi ilə Ali Temizərə pul göndərdiyi pul vəsaitləri ilə bağlı qəbzləri təqdim etmişdir. Etiraz olaraq bildiririk ki, Naxçıvan Bank ASC vasitəsi ilə Umit Demir, Zehra Gümüşsoy, Apdil Aydın, Abdulmelek Bulut, Ertuğrul Aydın, Sadık Keles, Mustafa Paşahan, Mustafa Gok, İbrahim Karadaş, Fetah Atlı, İsmail Akyuz, Abdurrahman Öztürk, Mustafa Paşahan adlı şəxslər İddiaçı1 pul vəsaiti göndərmişlər. Həmin şəxslərin qeydiyyatı ilə bağlı işləri Cavabdeh aparmamış, bu şəxslərin təh sil məsələlərinin icrası cavabdehə tapşırılmamışdır. İşlərinin görülməsi Cavabdeh tapşırılmış tələblərin məlumatları Ali Temizər tərəfindən cavabdehə göndərilmişdir. Bununla bağlı sübutlar məhkəməyə təqdim olunmuşdur. Həmin sübutlardan görünür ki, cavabdehə işləri tapşırılmış tələblər yuxarıda adı göstərilən şəxslər deyil. Cavabdehlə iddiaçı Ali Temizərin münasibətləri pozulduqdan sonra, iddiaçı özü bu işləri görməyə başlamışdır. İddia tələbinin hər vasitə ilə təmin olunmasına nail olmağa çalışan iddiaçı tərəf, cavabdehə tapşırmadığı, özünün birbaşa işlərini gördüyü tələbələr tərəfindən göndərilmiş pul vəsaitlərini, guya cavabdehin onların işini görməməsi səbəbindən həmin tələbələrin yenidən Ali Temizərə pul göndərdiklərini bildirir.

7. Həmçinin, Naxçıvan Bank ASC tərəfindən göndərilmiş qə bzlərdən görünür ki, pul vəsaitlərinin Ali Temizərə göndərildiyi tarixlər Cavabdeh iş gördüyü, ona pulun (tələb olunan) göndərilməsi tarixləri ilə üst-üstə düşür. Belə ki, iş materiallarına əlavə edilmiş Naxçıvan Dövlət Universiteti tərəfindən verilmiş qəbul məktublarından görünür ki, tələblərin qəbul tarixləri iyul-avqust ayları ərzində olmuşdur. Naxçıvan Bank ASC tərəfindən göndərilən qəbzlərdən də görünür ki, pul vəsaitləri iyul-avqust-sentyabr aylarında göndərilib. Eyni tarixdə pul vəsaitinin göndərilməsi onu göstərir ki, həmin pul vəsaitləri Cavabdeh öhdəliyi icra etməməsi nəticəsində göndərilməmişdir. Əgər cavabdehin öhdəlikdən yayınması, pul vəsaitinin mənimsəməsi halı olsaydı tələblər heç bir pretenziya irəli sürmədən yenidən pul göndərməzdilər. Bu ağlabatan və inandırıcı deyil.

8. Bundan başqa, qeyd olunan tələbələrin Naxçıvan Bank ASC vasitəsi ilə Ali Temizərə göndərdiyi məbləğlər həmin şəxslərin universitetdə təhsil alması ilə bağlı digər xərclərlə bağlı olmuşdur. Belə ki, yuxarıda da qeyd olunduğu kimi bir tələbənin qeydiyyatı ilə bağlı Cavabdeh ilə iddiaçı Ali Temizər arasında razılaşdırılmış məbləğ 500 ABŞ dolları (ilkin qeydiyyat üçün, yəni Cavabdeh tapşırılmış işlə bağlı) olmuşdur. Aydındır ki, 500 ABŞ dolları bir tələbənin təhsili üçün bütün xərcləri əhatə etmir. Naxçıvan Bank ASC tərəfindən göndərilmiş qəbzlərdən görünür ki, həmin məbləğlər müvafiq olaraq 3450, 4500, 5000, 2460, 5000, 3000, 7000, 2000, 3000, 2500, 3000, 3000, 2000 ABŞ dolları təşkil edir. Göründüyü kimi həmin məbləğlər Cavabdeh ödənilmiş məbləğlərdən yüksəkdir. Çünki bu məbləğlər ilkin qey diyyata görə ödənilmiş məbləğlər deyil. Həmin məbləğə təyyarə bileti, universitetin illik ödənişi, migrasiya işləri və sair daxildir. Bu hallar iş materiallarına əlavə olunmuş iddiaçı Ali Temizərə məxsus “ANT Danışmanlık yurtdışı eğitim”in reklamından görünür (şəkil iş materiallarına əlavə olunmuşdur). (Reklamda qeyd olunan telefon nömrəsindən görünür ki, mobil nömrə Ali Temizərə məxsusdur).

9. Bundan başqa, cavabdeh, İddiaçı1 tapşırığı ilə İddiaçı3un atası Ukrayna Respublikasında cinayət törətmiş və həbs olunmuş Kurt Korkutun hüquqi müdafiəsinin həyata keçirilməsi üçün Ukrayna Respublikasında ona vəkillər tapmış, onun müdafiəsi məqsədi ilə müntəzəm olaraq vəkillərlə əlaqə saxlamışdır. İddia ərizəsində qeyd olunan 10 000 ABŞ dolları (5000 ABŞ dolları və 5000 ABŞ dolları olmaqla) məbləğ d ə cavabdehə bu razılığa uyğun göndərilmişdir. Həmin məbləğin müəyyən hissəsi müxtəlif vaxtlarda müxtəlif banklar vasitəsi ilə Ukrayna Respublikasına – vəkillərə göndərilmişdir. Kurt Korkutun hüquqi müdafiəsinin həyata keçirilməsi üçün 2 vəkil – Yelyzaveta Konovalenki və Vak Volodimir tapılmış və onlara qonarar ödənilmişdir. Vəkillər Kurt Korkutun müdafiəsi məqsədi ilə bütün işləri görmüşlər. Vəkillər bildirmişlər ki, Kurt Korkut qəsdən adam öldürmə cinayət əməlində ittiham olunur və bu səbəbdən həmin şəxsin azadlığa çıxması və ya bəraət alması qeyri-mümkündür. Son nəticədə Kurt Korkut azadlığa çıxmadığı üçün İddiaçı3 vəkillərə ödənilmiş pul vəsaitlərini cavabdehdən tələb edir. Lakin cavabdeh Kurt Korkutun azadlığa çıxarılması ilə bağlı heç bir vəd verməmiş, o hüquqi müdafiənin aparılması ü çün iki vəkil tapmış, onlarla Kurt Korkutun müqavilə bağlamasına nail olmuşdur. Hazırda İddiaçı3 ödənilmiş vəsaiti ona görə tələb edir ki, atası azadlıqdan məhrum edilmişdir. Hesab edirik ki, hər vəchlə Kurt Korkutun azadlığa çıxması üçün cavabdehə təzyiq etmələri sonuncunu qanunsuz əməllərə məcbur etmək deməkdir.

10. Həmin 10 000 ABŞ dollarının 6500 ABŞ dolları cavabdeh, cavabdehin tapşırığı ilə onun arvadı Nəzrin Adıgözəlova və anası Elyanora Adıgözəlova tərəfindən Ukraynaya göndərilmişdir.

11. Belə ki, 1 000 ABŞ dolları – 1-ci cild, iş vərəq 147, 1 000 ABŞ dolları – 1-ci cild, iş vərəq 148, 5 00 ABŞ dolları – 1-ci cild, iş vərəq 145, 1 000 ABŞ dolları – 2-ci cild, iş vərəq 3, 1 000 ABŞ dolları - 2-ci cild, iş vərəq 7, 1 000 ABŞ dolları 2-ci cild, iş vərəq 16, 1 000 ABŞ dolları 2-ci cild, iş vərəq 17,

12. Ukraynaya pul göndərildiyi zaman bununla bağlı qəbzlərin şəkli məlumat verilməsi məqsədi ilə iddiaçı Ali Temizərə göndərilmişdir (1-ci cild, iş vərəq 193, 184, 185, 186, 187). Təqdim edilmiş həmin sübutlardan görünür ki, cavabdeh pul vəsaitini vəkilə ödəmişdir. Bundan başqa, əgər vəkilə pul ödənilməsə idi, vəkillər Kurt Korkutla müqavilə (müqavilələr təqdim olunub) bağlamaz, onun məhkəməsində iştirak etməzdi (1-ci cil, iş vərəq 131).

13. Həmşinin iş materiallarına əlavə edilmiş vəkillə yazışmalardan (1-ci cild iş vərəq 127-141) görünür ki, vəkillə danışıqlar Kurt Korkutun hüquqi müdafiəsi, onun yemək və sair ilə təmin olunması, vəkilə qonararın ödənilməsi ilə bağlı aparılmışdır.

28. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1542/2023 nömrəli, 20 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Nərgiz Tağıyeva) iddianın rədd edilməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçılara aid edilməsi qət edilmişdir.

29. Məhkəmə qeyd etmişdir ki, İddiaçı1 cavabdehə universitetə tələbə düzəldilməsi üçün və borc kimi 10000 ABŞ dolları məbləğində pul verdiyini, digər iddiaçılar isə Ukraynanın Odessa şəhərində barəsində cinayət işi açılan Korkut Kurtun azad edilməsi istiqamətində işlərin görülməsi üçün cavabdehə hər birinin adından 5000 ABŞ dolları (ümumilikdə 10000 ABŞ dolları) pul verdiklərini irəli sürmüşlər. Həmin pul məbləğlərinin cavabdehə verildiyi işin mübahisələndirilməyən halıdır, cavabdeh bu faktı etiraf etmiş, o cümlədən işin qeyd edilən halı iş materiallarına əlavə edilmiş pul göndərişlərinə dair bank sənədləri ilə də təsdiq olunur.

30. Məhkəmə ilk növbədə tərəflər arasında borc müqaviləsindən irəli gələn hüquq münasibətlərinin yaranıb-yaranmadığını araşdırmağı məqsədə uyğun hesab edərək, bununla bağlı qeyd etmişdir ki, İddiaçı1 cavabdehə 10000 ABŞ dolları pul verdiyi mübahisə mövzusu deyildir, lakin alınan vəsaitin geri qaytarılacağı öhdəliyinin yaranması (və ya Cavabdeh bunu üzərinə götürməsi), həmin vəsaitin (yaxud bir hissəsinin) borc məqsədilə cavabdehə verildiyi sübuta yetirilməmiş, habelə həmin öhdəliyin mövcudluğunu cavabdeh etiraf etməmişdir. Göründüyü kimi, İddiaçı1 cavabdehə verilən pulun borc olmasına dair irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmır. İddiaçı1 təhsil (tələbə namizədlərinin universitetlərə düzəldilməsi) sahəsində işgüzar münasibətlərdə olduğu Cavab deh ilə borc müqaviləsi bağlaması, pulun həqiqətən də borc olaraq verilməsi məhkəmə iclasında təsdiq edilməmiş və buna dair sübut əhəmiyyətinə malik olan məlumatlar məhkəməyə təqdim olunmamışdır.

31. İddiaçı1 cavabdehə verilən pulun (ən azından qeyri-müəyyən olmaqla bir hissəsinin) borc olmasına dair istinad etdiyi dəlillər məhkəmə iclasında təsdiqini tapmamaqla iş materialları ilə təkzib olunduğundan, məhkəmə hesab etmişdir ki, həmin pulun universitetə tələbə düzəldilməsi ilə bağlı aralarındakı işgüzar münasibətlər zəminində cavabdehə verilmiş olduğu qənaətinə gəlmək daha məntiqlidir. Belə ki, iş materiallarından qeyd edilmişdir ki, tərəflər arasında həmin ərəfələrdə “whatsapp” mobil tətbiqi vasitəsilə mütəmadi olaraq yazışmalar aparılmış, İddiaçı1 tərəfindən müxtəlif şəxslərə aid sənədlə r (şəxsiyyət vəsiqələri, lisey diplomları və s.) Cavabdeh göndərilmiş, Cavabdeh isə sənədləri göndərilən həmin şəxslərin Naxçıvan Dövlət Universitetinə qəbul məktublarını (letter of acceptance) İddiaçı1 yollamışdır. Naxçıvan Dövlət Universitetinin xarici tələbələrlə iş şöbəsinin məktubundan da İddiaçı1 tərəfindən Cavabdeh göndərilən sənədlərin (şəxsiyyət vəsiqələrinin, lisey diplomlarının) aid olduğu şəxslərin hazırlıq qrupunda və İ kursunda təhsil aldıqları müəyyən olunmuşdur. Göründüyü kimi, işin göstərilən faktiki halları da pulun borc verilməsini istisna edərək, əksinə cavabdehin fəaliyyəti ilə əlaqədar verilməsi qənaətinə gəlməyə əsas verir. Beləliklə sübutetmə yükü üzərinə düşən İddiaçı1, iddiasının faktiki əsası kimi istinad etdiyi halları – yəni, cavadehə 10000 ABŞ dolları məbləğin də pulu (ən azından bir hissəsini) məhz borc kimi verdiyini, o cümlədən pulu universitetə tələbə düzəldilməsi üçün cavabdehə verdiyi halda, onun bu işi icra etmədiyini biri digərini tamamlayan mötəbər dəlillərlə sübut edə bilməmişdir.

32. İddia ərizəsinin digər iddiaçılara aid hissəsinə gəldikdə isə, onların adından cavabdehə iddia edilən məbləğdə pul göndərildiyi də işin mübahisələndirilməyən halıdır. İddiaçılar iddianın həmin hissəsi üzrə göstərmişlər ki, Ukraynanın Odessa şəhərində barəsində cinayət işi açılan İddiaçı3un atası Korkut Kurtun azad edilməsi istiqamətində işlərin görülməsi üçün İddiaçı1 vasitəsilə tanış olduqları Cavabdeh onların hər birinin (İddiaçı3 və İddiaçı2) adından 5000 ABŞ dolları (ümumilikdə 10000 ABŞ dolları) pul göndərildiyi halda, cavabdeh heç bir iş görməmişdir. İddiaçılar Korkut Kurtun azad edilməsi istiqamətində işlərin görülməsi üçün cavabdehə pul verdikləri halda, cavabdehin heç bir iş görmədiyini irəli sürsələr də, iddialarının faktiki əsası kimi irəli sürdükləri həmin hal (cavabdehin heç bir iş görməməsi halı) öz təsdiqini tapmamış, əksinə cavabdehin iddiaçıların tapşırığının yerinə yetirilməsi istiqamətində real işlər apardığı müəyyən olunmuşdur.

33. Məhkəmənin qənaətinə görə, tapşırığın icra edilməsi məqsədilə cavabdehə göndərilən pul vəsaiti ilə onun bu məqsədlə xərclədiyi vəsait arasında fərqin mövcudluğu da qeyd edilən hissədə iddianın əsaslı olduğu qənaətinə gəlməyə əsas vermir. Belə ki, iş materiallarından və tərəflərin izahatlarından İddiaçı3un Cavabdeh ilə İddiaçı1 vasitəsilə tanış olduğu aydın olur. İşə əlavə edilmiş CD-dəki görü ntülərdən (WhatsApp Video 202306-07 at 15.20.05 adlı 42,979 KB ölçülü fayl) isə aydın olur ki, İddiaçı1 təqsirləndirilən şəxs Korkut Kurtun vəkillə təmin edilməyini cavabdehə tapşırarkən, bu işdən “yaxşı qazanc əldə edəcəklərini” bildirir. Bu o deməkdir ki, İddiaçı1 vasitəsilə İddiaçı3 və Cavabdeh arasında yaranmış tapşırıq münasibəti hər bir halda əvəzli tapşırıq müqaviləsinə əsaslanmışdır.

34. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739, 740, 777.1, 777.2, 778.1, 783.1 və 783.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1 və 217.4-cü maddələrinə, Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli və «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

35. İddiaçılar qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

36. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Azad İmanov (sədrlik edən və məruzəçi), Məmməd Məmmədli və ) 24 aprel 2024-cü il tarixli, 2(103)-1779/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnamasi apellyasiya şikayətinə əsasən (yoxlanılan hissədə) dəyişdirilmədən saxlanılmışdır.

37. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı1 təhsil (tələbə namizədlərinin universitetlərə düzəldilməsi) sahəsində işgüzar münasibətlərdə olduğu Cavabdeh ilə borc müqaviləsi bağlaması, pulun həqiqətən də borc olaraq verilməsi məhkəmə iclasında tə sdiq edilməmiş və buna dair sübut əhəmiyyətinə malik olan məlumatlar məhkəməyə təqdim olunmamışdır.

38. İddiaçı1 cavabdehə verilən pulun (ən azından qeyri-müəyyən olmaqla bir hissəsinin) borc olmasına dair istinad etdiyi dəlillər məhkəmə iclasında təsdiqini tapmamaqla iş materialları ilə təkzib olunduğundan, kollegiya hesab etmişdir ki, həmin pulun universitetə tələbə düzəldilməsi ilə bağlı aralarındakı işgüzar münasibətlər zəminində cavabdehə verilmiş olduğu qənaətinə gəlmək daha məntiqlidir. İşin göstərilən faktiki halları da pulun borc verilməsini istisna edərək, əksinə cavabdehin fəaliyyəti ilə əlaqədar verilməsi qənaətinə gəlməyə əsas verir. Beləliklə sübutetmə yükü üzərinə düşən İddiaçı1, iddiasının faktiki əsası kimi istinad etdiyi halları – yəni, cavabdehə 10000 ABŞ dolları məbləği ndə pulu (ən azından bir hissəsini) məhz borc kimi verdiyini, o cümlədən pulu universitetə tələbə düzəldilməsi üçün cavabdehə verdiyi halda, onun bu işi icra etmədiyini biri digərini tamamlayan mötəbər dəlillərlə sübut edə bilməmişdir.

39. İddia ərizəsinin digər iddiaçılara aid hissəsinə gəldikdə isə, yuxarıda göstərildiyi kimi onların adından cavabdehə iddia edilən məbləğdə pul göndərildiyi də işin mübahisələndirilməyən halıdır. İddiaçılar iddianın həmin hissəsi üzrə göstərmişlər ki, Ukraynanın Odessa şəhərində barəsində cinayət işi açılan İddiaçı3un atası Korkut Kurtun azad edilməsi istiqamətində işlərin görülməsi üçün İddiaçı1 vasitəsilə tanış olduqları Cavabdeh onların hər birinin (İddiaçı3 və İddiaçı2) adından 5000 ABŞ dolları (ümumilikdə 10000 ABŞ dolları) pul göndərildiyi halda, cav abdeh heç bir iş görməmişdir. Bununla belə iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, cavabdeh Ukrayna Respublikasında tutulan Korkut Kurtun vəkil ilə təmin edilməsi məqsədilə orada vəkil kimi fəaliyyət göstərən Yelyzaveta Konovalenko ilə “whatsapp” mobil tətbiqi vasitəsilə mütəmadi olaraq yazışmalar aparılmış, Korkut Kurtun hüquqlarının müdafiəsini ona tapşırmış, ona müxtəlif məbləğlərdə pul vəsaitləri göndərmiş, onun vasitəçiliyi ilə İddiaçı3 və Yelyzaveta Konovalenko arasında hüquqi xidmət göstərilməsi barədə müqavilə bağlanmış və həmin xidmət müqaviləsinə müvafiq olaraq vəkil Konovalenko təqsirləndirilən şəxs Korkut Kurt barəsindəki cinayət işi üzrə məhkəmə iclasında iştirak etmişdir. Həmçinin iş materillarından və işə əlavə edilmiş CD-dəki görüntülərdən müəyyən olunmuşdur ki, cavabdehin tanışı Yevhen Bakunun vasitəçiliyi ilə İddiaçı3 və vəkil X4 arasında da hüquqi xidmət göstərilməsi barədə müqavilə bağlanmış, həmin vəkilə çatdırılmaq məqsədi ilə cavabdeh tərəfindən Yevhen Bakuna müxtəlif məbləğlərdə pul vəsaitləri göndərilmiş (hər iki vəkilə ümumilikdə 6500 ABŞ dollarına yaxın məbləğ) pul vəsaiti keçirilmişdir. Göründüyü kimi, iddiaçılar Korkut Kurtun azad edilməsi istiqamətində işlərin görülməsi üçün cavabdehə pul verdikləri halda, cavabdehin heç bir iş görmədiyini irəli sürsələr də, iddialarının faktiki əsası kimi irəli sürdükləri həmin hal (cavabdehin heç bir iş görməməsi halı) öz təsdiqini tapmamış, əksinə cavabdehin iddiaçıların tapşırığının yerinə yetirilməsi istiqamətində real işlər apardığı müəyyən olunmuşdur.

40. Məhkəmənin qənaətinə gö rə, tapşırığın icra edilməsi məqsədilə cavabdehə göndərilən pul vəsaiti ilə onun bu məqsədlə xərclədiyi vəsait arasında fərqin mövcudluğu da qeyd edilən hissədə iddianın əsaslı olduğu qənaətinə gəlməyə əsas vermir. Belə ki, iş materiallarından və tərəflərin izahatlarından İddiaçı3un Cavabdeh ilə İddiaçı1 vasitəsilə tanış olduğu aydın olur. İşə əlavə edilmiş CD-dəki görüntülərdən (WhatsApp Video 202306-07 at 15.20.05 adlı 42,979 KB ölçülü fayl) isə aydın olur ki, İddiaçı1 təqsirləndirilən şəxs Korkut Kurtun vəkillə təmin edilməyini cavabdehə tapşırarkən, bu işdən “yaxşı qazanc əldə edəcəklərini” bildirir. Bu o deməkdir ki, İddiaçı1 vasitəsilə İddiaçı3 və Cavabdeh arasında yaranmış tapşırıq münasibəti hər bir halda əvəzli tapşırıq müqaviləsinə əsaslanmışdır.

41. Məhkəmə apellyasiya şikayət inin dəlillərinə münasibətdə bildirmişdir ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

42. İddiaçılar (Vəkil1) qətnamədən kassasiya şikayəti verərək ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

43. Kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiya məhkəməsinin heç bir maddi hüquq normalarına hüquqi qiymət verməmişdir. Məhkəmənin araşdırdığı yeganə bir hal bu idi ki, birinci və apellyasiya instansiya baxışında vəsaitlərin konkret borc yoxsa xidmət haqqı ol duğu soruşuldu. Cavabında da tələb edilən vəsaitin borc olduğu qeyd edilmişdir. Cavabdeh borc adı ilə aldığı pul vəsaitini geri qatarmaqdan imtina edərək hər pul ödəyən şəxsin pulu qaytarmalı olmadığını hesab edir. Vəkili isə hesab edir ki, verilən pul xidmət haqqıdır qaytarılmalı deyil. Pulun ilkin hissəsinin verildiyi dövrdə nə tələbə olmuş, nə xidmət olmuşdur. Tələbənin ərizəsinin universitetdə qeydiyyata alınmasına görə nə 900 ABŞ dolları, nə də 500 ABŞ dolları xidmət hqqının müəyyən edilməsi də tərəflər arasında müəyyən edilməmişdr. Qətnamə təmamilə birinci instansiya məhkəməsinin köçürülməsidir. Apellyasiya şikayətinin dəlillərinə heç bir hüquqi qiymət verilməmişdir. xx.xx.2022-ci il tarixdə borc alan cavabdeh həmin vəsaitin hansı tələbənin, hansı xərclərinə və hansı tələbəyə xidmət göstərməsinə görə sübut təqdim edilməmiş, məhkəmə tərəfindən isə sübut edilməmişdir. Cavabdeh tapşırıq müqaviləsini vicdanla icaetməsini sübut etməmiş, əksinə 10000 ABŞ dollarını aldıqdan sonra 7000 ABŞ dollarını artıq xx.xx.2022-ci il tarixdə mənimsəmişdir. 1000 ABŞ dollarını iddiaçı məcbur olub özü şəxsən ödəmişdir. Vəkilə 4250 manat ödənildiyi halda cavabdehin ödəmədiyi 1000 və 250 ABŞ dollarını cavadbehin tapşırıq icra etməsi kimi ödənişə daxil edilməsi sübut edilməmişdir. Razılaşdırılmış vəkildən başqa digər şəxslərə cavabdehin pul ödənişi etməsinin xərc kimi qiymətənsirilməsi sübut edilməmiş, qiymət verilməmişdir. Məhkəmə qətnaməsi MM-nin 783-cü maddəsinə istinad edilsə də məhkəmə bunu iddiaçıların ziyanına şərh edərək tapşırığı vicdanlı yerinə yetirməyən şəxsə həm razılaşdırılmayan xidmət haqqı tutmuşdur, həm fəaliyyət sahəsi olamyan tapşırğı icra etmşdir, həm tapşırığın icrası ilə əlaqədar olmayan şəxslərə ödənilən vəsiti tapşırığın icrası kimi təqdim etmişdir, lakin qətnamə bunun heç birinə hüquqi qiymət verilməmişdir.

44. Kassasiya şikayəti Mülki Məcəllənin 386.1, 439.1, 439.4, 1091.1, 1092.1, 783.1, 783.2-ci maddələrinə istinadla əsaslandırılmışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

45. Cavabdeh tərəfində yazılı etiraz daxil olmuşdur. Etirazda göstərmişdir ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1779/2024 nömrəli, 24 aprel 2024cü il tarixli qətnaməsinin dəyişdiri lmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

46. Maddə

739. Borc müqaviləsi üzrə iştirakçı (borc verən) pula dair mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldığı pulu həmin miqdarda borc verənə qaytarmağı öhdəsinə götürür.

47. Maddə

740. Borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Borc müqaviləsinə görə bir tərəf pulu verməli, qarşı tərəf isə həmin pulu qəbul edərək borc verənə qaytarmağı öhdəsinə götürməlidir.

48. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.

49. Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir.

50. Maddə 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir.

51. Maddə 783.1. Vəkalət verən vəkalət alanın tapşırığı vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzini, o cümlədən faizləri ödəməli və onu bu məqsədlə götürdüyü öhdəliklərdən azad etməlidir.

52. Maddə 783.2. Vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidm ətlər göstərir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

53. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

54. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

55. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

56. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına is tinad etməyə yol verilmir.

57. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

58. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

59. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

60. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

61. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

62. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını k assasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

63. İddiaçıların kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətində irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblər inə uyğun qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.

64. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

65. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1779/2024 nömrəli iş üzrə 24 aprel 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar