Məhkəmə qərarları › İş №2(102)-210/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-210/2025

18.03.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-210/2025 18.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “əmlakın qaytarılması” tələbinə dair ilk, iddiaçı Cavabdeh İddiaçı qarşı “borcun ödənilməsi” tələbinə dair qarşılıqlı iddia üzrə QƏRARİ Açar sözlər: (əşyanın lombardda girovu, sübutetmə yükü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi hakim), Babayev Zəki Baba oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “əmlakın qaytarılması” tələbinə dair ilk, iddiaçı Cavabdeh İddiaçı qarşı “pulun ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası barədə iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegi yasının 2(103)-24/2024 nömrəli iş üzrə 20 avqust 2024-cü il tarixli qətnaməsindən ilkin İddiaçı hüquqi varisi Niyazov Xalid Qüdrət oğlu tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh Azadlıq prospekti, 57/b ünvanda yerləşən lombardın sahibi olub.

2. İddiaçı lombarda girov qoymaqla pul götürüb.

3. Tərəflər arasında girov qoyulmuş əmlaklar və qaytarılmalı pul məbləği barəsində mübahisə vardır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən özünə məxsus 1500 ABŞ dolları qiymətində qızıl-brilyant daşlı sırğa, 8500 ABŞ dolları qiymətində “mavi servis”, 14000 ABŞ dolları qiy mətində “konyak” dəsti, 15000 ABŞ dolları qiymətində 3300 qram çəkisi olan “mavi servis” dəsti, 14000 ABŞ dolları qiymətində “şərq konyak” dəsti, 18000 ABŞ dolları dəyərində brilyant qaşlı qızıl üzük və 15000 ABŞ dolları dəyərində “nefrit” servizi, 25.000 ABŞ dolları qiymətində brilyant qaşlı qızıl dəsti (üzük, sırğa, klon, boyunbağı - 95.15 qram çəkidə qızıl, 114 karat brilyant), 30.000 ABŞ dolları dəyərində brilyant qaşlı qızıl saatı (“Harry Winston” 70.39 qram çəkidə qızıl), 8.000 ABŞ dolları dəyərində “babocka” serviz, 7.000 ABŞ dolları dəyərində 6 ədəd qədəh, 3000 ABŞ dolları dəyərində salat tabağı, 6000 ABŞ dolları dəyərində meyvə tabağı, 5500 ABŞ dolları dəyərində yemək dəsti (12 personal), 12.000 ABŞ dolları dəyərində “rıbka” RS serviz, 3000 ABŞ dolları dəyərində yemək dəsti (6 per sonal), 3600 ABŞ dolları dəyərində gümüş qrafin (2 ədəd), 4000 ABŞ dolları dəyərində qara norka kürk, 5000 ABŞ dolları dəyərində palto dior, 2200 ABŞ dolları dəyərində vaza “beqoniya” SÇ, 1500 ABŞ dolları dəyərində 3 daşlı qızıl brilyant sırğa, 2000 ABŞ dolları dəyərində qəhvəyi norka jilet, 1200 ABŞ dolları dəyərində norka yaxalıqlı palto, 2500 euro dəyərində qəhvəyi norka jilet, 2500 euro dəyərində norka jilet (VUD), 2500 manat dəyərində yarım palto, 10.000 manat dəyərində 2 ədəd rəsm əsəri, 12000 ABŞ dolları dəyərində serviz “balıq RS”, 5500 ABŞ dolları dəyərində yemək dəsti SÇ (12 personal), 6000 ABŞ dolları dəyərində stəkanaltı RS (yaşıl), 5000 ABŞ dolları dəyərində meyvə tabağı RS, 2400 ABŞ dolları dəyərində mürəbbə qaşıq (6 ədəd), 3.000 ABŞ dolları dəyərində tort üçün kürək RS (6 əd əd), cəmi 239.900 ABŞ dolları, 5000 euro və 12500 manat dəyərində əmlaklarının alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, 2016-cı ildə iddiaçıya təcili pul lazım olmuş və tanışı Yaqut Nəsirova vasitəsi ilə Cavabdeh adlı lombard sahibinə müraciət etmişdir. İddiaçını bu məsələdə bir qədər arxayınlaşdıran səbəblər sırasında sırf subyektiv amillər də vardı. Belə ki, həmin qadınla, yəni cavabdehlə illər öncə onun tanışlığı olmuşdur və qarşılıqlı söhbət zamanı məlum olub ki, onlar uzaq da olsa qohumdurlar. Cavabdeh iddiaçının tərəddüd etdiyini görüb, iddiaçıya narahat olmamağı, rahat şəraitlə işləyəcəklərini bildirmişdir. Beləliklə, 2016-cı ildən başlayaraq iddiaçı əvvəlcə ümumi tanışı Y.Nəsirova vasitəsilə Cavabde h bir neçə dəfə pul götürüb faizi ilə qaytarmışdır. Lombardın reklam lövhəsində 3-6 faizlə kredit verildiyi yazılmışdır. Cavabdeh ona ilkin olaraq 6 faizdən pul verəcəyini, lakin daha böyük girov müqabilində faiz dərəcəsini azaldacağını vəd etmişdir. 23 noyabr 2016-cı il tarixdə özü şəxsən Cavabdeh 5000 ABŞ dolları pul götürmüş və qarşılığında onun tələbi ilə məbləğin 5 mislini təşkil edən, 1500 ABŞ dolları qiymətində brilyant qaşlı qızıl sırğa (Puset), 8500 ABŞ dolları qiymətində gümüş “Mavi” serviz dəsti, 14000 ABŞ dolları qiymətində gümüş “Konyak” dəsti girov qoymuşdur. İddiaçı 15 fevral 2017-ci il tarixdə 6000 ABŞ dolları pul götürmüş, 15000 ABŞ dolları qiymətində 3300 qram çəkisi olan gümüş “Mavi” serviz dəstini girov qoymuşdur. İddiaçı 20 fevral 2017-ci il tarixdə 6000 manat pul gö türmüş, əvəzində 14000 ABŞ dolları qiymətində gümüş “Şərq” konyak serviz dəstini girov qoymuşdur. İddiaçı 16 mart 2017-ci il tarixdə 5000 ABŞ dolları pul götürmüş, əvəzində 18000 ABŞ dolları dəyərində brilyant qaşlı qızıl üzük (dəyirmi şəkildə, ortasındakı 50 sot brilyant qaşın ətrafında 10 ədəd yarpaqvari brilyant qaşlar) və 15000 ABŞ dolları dəyərində gümüş “Nefrit” serviz dəstini girov qoymuşdur. İddiaçı 14 avqust 2017-ci il tarixdə 10863 manat pul götürmüş, əvəzində 8000 ABŞ dolları dəyərində gümüş “Baboçka” serviz dəsti, 7000 ABŞ dolları dəyərində 6 ədəd gümüş qədəh, 3000 ABŞ dolları dəyərində gümüş salat tabağı, 6000 ABŞ dolları dəyərində gümüş meyvə tabağı girov qoymuşdur. İddiaçı 19 mart 2018-ci il tarixdə 3390 manat pul götürmüş, əvəzində 5500 ABŞ dolları dəyərində gümüş yemək dəs ti (12 person) girov qoymuşdur. İddiaçı 22 mart 2018-ci il tarixdə, 11.000 manat pul götürmüş, əvəzində 12.000 ABŞ dolları dəyərində gümüş “Balıq” serviz dəsti, 3000 ABŞ dolları dəyərində gümüş yemək dəsti (6 person), 3600 ABŞ dolları dəyərində gümüş qrafın (2 ədəd) girov qoymuşdur. Beləliklə, ötən dövr ərzində iddiaçı cəmi 16000 ABŞ dolları və 41.253 manat borc pul götürmüşdür. Əlindəki lombard biletlərindəki qeydlərə əsasən manatla olan borcdan iddiaçı 12334 manat, ABŞ dolları ilə olan borcdan 1400 dollar ödəmişdir. Bundan əlavə, iddiaçı müxtəlif vaxtlarda - 2017-ci ilin noyabr və dekabr aylarında 1500+1500; 2018-ci ilin yanvar və fevral aylarında müvafiq olaraq 1000+1000 manat olmaqla ümumilikdə 5000 manat pul götürmüş və əvəzində müvafiq olaraq 4000 ABŞ dolları dəyərində qara norka kür k, 5000 ABŞ dollarında “Dior” firmasından palto, 2200 ABŞ dolları dəyərində gümüş vaza “Beqoniya”, 1500 ABŞ dolları dəyərində 4 daşlı qızıl brilyant sırğa (dördkünc formasında və hərəsində bir qaş olmaqla), 2000 ABŞ dolları dəyərində qəhvəyi norka jilet, 1200 ABŞ dolları dəyərində norka yaxalıqlı palto, beləliklə, cəmi 16900 ABŞ dolları dəyərində əmlakları girov qoymuşdur. Sonradan Cavabdeh həmin borc üzrə faizin aşağı salınacağı vədinə əsasən iddiaçı müvafiq olaraq 2500 Avro dəyərində qəhvəyi norka jilet və 2500 Avro dəyərində norka jilet (VUD rəngli), eləcə də 2500 manat dəyərində firuzə rəngli yarım palto, 10000 manat dəyərində 2 ədəd rəsm əsərini cəmi 5000 Avro və 12500 manat dəyərində əlavə girov qoymuşdur. Cavabdeh sürücüsü Fərhad adlı şəxslə cinayət əlaqəsinə girərək heç bir öhdəliy inin olmadığı halda ona məxsus 33.900 ABŞ dolları dəyərində əmlakı - 12000 ABŞ dolları dəyərində gümüş “Balıq” serviz dəstini (RS), 5500 ABŞ dolları dəyərində gümüş yemək dəsti (SÇ, 12 person), 6000 ABŞ dolları dəyərində gümüş stəkanaltı (RS, yaşıl), 5000 ABŞ dolları dəyərində gümüş meyvə tabağı (RS), 2400 ABŞ dolları dəyərində gümüş mürəbbə qaşıqları (6 ədəd), 3.000 ABŞ dolları dəyərində tort üçün gümüş kürək (RS, 6 ədəd) aldatma yolu ilə ələ keçirmişlər. Bununla da iddiaçının girov qoyduğu və ələ keçirilmiş əmlaklarının ümumi dəyəri 239.900 ABŞ dolları, 5000 Avro və 12500 manat təşkil edir. Həmin borcdan ödənilmiş faizlər və dəbbə pulu çıxılmaqla müqavilə müddəti üzrə borcu 14.600 ABŞ dolları və 29.919 manat təşkil edir və əmindir ki, mühasibatlıq sənədlərinin üzləşdiriləcəyi təqdirdə hə min borc əhəmiyyətli dərəcədə azalacaqdır. İddiaçı 2017 və 2018-ci illərdə bir neçə dəfə Cavabdeh məxsus Azadlıq prospekti 57/b ünvanda yerləşən lombarddan müxtəlif məbləğlərdə pul götürüb qarşılığında külli miqdarda girov qoymuşdur. Sonralar Cavabdeh vəd etdiyi kimi faiz dərəcəsini aşağı salmaq əvəzinə, guya ona donorluq edən bankın faiz dərəcələrini artırdığını və bundan sonra aylıq 8 faizdən ödəniş etməli olduğunu bəyan etmişdir. İddiaçı qəti şəkildə etiraz etmiş, israrla bankın nümayəndəsi ilə görüşüb-danışmaq istədiyini bildirmişdir. Cavabdeh buna etiraz edib və bankın adını açıqlamayıb ki, guya bu, bank sirridir, hələ bu azmış kimi iddiaçıdan əlavə girov tələb etmişdir. İddiaçı təzə kredit götürmədiyini bildirmiş və nəyə görə girov qoymalı olduğunu soruşanda, cavabdeh yeni faiz dərəc əsinin əvvəlki kreditlərə şamil edildiyini və buna görə də girovun miqdarının artırılmasının zəruri olduğunu söyləmişdir. İddiaçı belə bir faizi ödəməyəcəyini bildirdikdə, Cavabdeh tələb etmişdir ki, bu halda götürdüyü bütün kreditlər dərhal bağlansın. Təbii ki, iddiaçının həmin anda belə bir imkanı olmayıb. İddiaçı artıq “piramida” qurbanına çevrildiyini anlamış və Cavabdeh soyğunçu faiz və az qala hər gecikdirilən günün saatına belə hesabladığı dəbbədən xilas olmaq üçün bəzən onun özündən təkrar kredit götürmüşdür. Ancaq sonra aşkar etmişdir ki, iddiaçı cavabdehə külli miqdarda vəsait ödəməyinə baxmayaraq, kreditlərin məbləği azalmır, əksinə həndəsi silsilə ilə artır. Belə ki, cavabdeh iddiaçının etibarından sui-istifadə edərək ödədiyi pulları borc məbləğindən silmir, vergidən yayınmaq məqsədilə heç bir mühasibat uçotu aparmır. Sonradan Cavabdeh çirkin əməlləri ilə bağlı bir çox sahibkardan məlumat almağa başlamışdır. Cavabdeh çoxlarını borc quyusuna salıb əmlakına əl qoyur, ipə-sapa yatmayanları polislə, guya ki, arxasında duran vəzifəli şəxslərlə, hətta oğru dünyasının nümayəndələri ilə qorxudurmuş. Cavabdehdən qarşılıqlı haqq-hesabın əks olunduğu mühasibat kitabını göstərməyi, eləcə də nə qədər pul ödədiyini dəqiqləşdirmək üçün ödəniş qəbzlərini tələb etmiş, lakin həmişə onunla çox mehriban olan cavabdehdən səs çıxmamış, artıq 2018-ci ilin mayından etibarən cavabdeh gizlənməyə başlamışdır. Onun zənglərinə cavab vermir, səsli ismarıclarını cavabsız buraxırdı. İddiaçının dəfələrlə və israrlı şəkildə borcunu ödəyib girov qoyduğu malları azad etməklə bağlı tələblərini Ca vabdeh bir qayda olaraq qulaqardına vururdu, çünki bu onun “oyun qaydalarına” zidd idi. Məsələn, Cavabdeh ondan dörd dəfəyə götürdüyü 5 (beş) min manat (1500+1500+1000+1000) müqabilində 16900 ABŞ dolları, 5000 Avro və 12500 manat dəyərində geyim əşyaları, qızıl-zinət və gümüş məmulatı, qiymətli rəsm əsərləri girov götürmüşdür. Bununla bağlı lombarddakı dəftərdə şəxsən qeydiyyat aparmışdır. Ancaq sonradan məbləğin 4000 (dörd min) manatını ödəsə də, girovu qaytarmamışdır. Guya bank bütün məbləğin qaytarılmasını tələb edir. Neçə aydır ki, 1000 manat borcu qaytarıb malları girovdan azad etmək istəsə də, Cavabdeh ondan qaçır. Əlindəki sənədlərə əsasən iddiaçının lombarddakı əmlakının məbləği götürdüyü kreditdən ən azı 8 (səkkiz) dəfə çoxdur. Cavabdeh ondan qat-qat artıq girov tələb etməsinin sə bəbi aydın olur ki, iddiaçı ödəmə qabiliyyətini itirsin və iddiaçının bütün əmlakına əl qoysun. Dəfələrlə tələb etsə də, Cavabdeh hər bir kredit üzrə ayrıca ödəniş cədvəli verməkdən imtina etmişdir. İddiaçının qaytardığı məbləğlərin hansı kreditdən silindiyini öyrənmək üçün israrlı müraciətlərinə cavabdeh bir cavab verib ki, qeydiyyat aparırılır, borc azalır. Ancaq cavabdeh nə qədər azaldığı barədə konkret sənəd verməmişdir.. İddiaçı girov qoyuduğu qiymətli brilyant saatı (“Harry Winston” 30000 ABŞ dolları) “Moskva” Univermağında Cavabdeh və kürəkəninə məxsus qızıl şöbəsində görmüşdür. İkinci belə bir fakt odur ki, iddiaçı girov qoyduğu bahalı 2 ədəd orijinal (erkən payız fəslini əks edirən rəsm əsərini (10.000 manat) Bakı Ticarət Mərkəzindəki Nairə Səttarovaya məxsus antik qablar və mebe l mağazasında görmüşdür. Polisə qədər gedib çıxan münaqişədən sonra həmin əsərlər satışdan götürülsə də, bu dəfə bir ayrı dükana qoyulmuşdur. İddiaçı girov qoyduğu 14000 ABŞ dolları dəyərində gümüş “Şərq” konyak dəstini və 8000 ABŞ dolları dəyərində gümüş “Baboçka” servizini Cavabdeh BTM-də Xatirə adlı qadının dükanında satışa qoymuşdur. Göründüyü kimi, Cavabdeh vermiş olduğu toplam borcun müqabilində iddiaçıdan 8 dəfədən artıq girov götürməklə, nəticə etibarilə iddiaçını borc tələsində boğub müflis etmək, əmlakına yiyələnmək və əsassız varlanmaq məqsədi güdmüşdür. Ən vacibi odur ki, iddiaçının 2018-ci ilin may ayından başlayaraq borcu qaytarmaq cəhdlərinə Cavabdeh imtina ilə cavab vermiş, yəni verdiyi pulun qalığını geri almaqdan imtina etmişdir. Bunu şüurlu şəkildə, bilərəkdən, əvvəlcədə n hazırlamış olduğu planın tərkib hissəsi kimi - müştərinin əmlakına əl qoymaq məqsədilə həyata keçirmişdir. Halbuki, mövcud qanunvericiliyə əsasən, iddiaçıya məxsus girov kimi qoyduğu əşyalar açıq hərracda satılaraq ödənilməmiş borc məbləği Cavabdeh verilməli və yerdə qalan əşyalar sahibi kimi iddiaçıya qaytarılmalıdır.

6. Cavabdeh pulun ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı 33919 manat və 14600 ABŞ dolları məbləğində əsas borc, 10175,70 manat və 4380 ABŞ dolları məbləğində faiz borcu olmaqla, ümumilikdə 44094.70 manatın və 18980 ABŞ dollarının, hüquqi yardıma görə ödədiyi 100 manatın və 30 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Daha sonra qarşılıqlı iddiaçı Cavabdeh qarşılıqlı iddi a ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “Mavi servis”; “konyak dəsti ağ rəngdə”; “gümüş qab”, “saat Harry Winston”, “servis kəpənək”, “06 ədəd qədəhlər”, “salat qabı” və “meyvə qabı” olmaqla 8 adda əşyaların İddiaçı qaytarılması şərti ilə, İddiaçı 33919 manat və 14600 ABŞ dolları məbləğində əsas borc və 10175,70 manat və 4380 ABŞ dolları məbləğində faiz borcu olmaqla, ümumilikdə 44094,70 manatın və 18980 ABŞ dollarının, hüquqi yardıma görə ödədiyi 100 manatın və 30 manat dövlət rüsumunun onun xeyrinə tutulması və əşyalarla pul məbləğlərinin geri qaytarılmasının eyni anda icra edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Daha sonra qarşılıqlı iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət e dərək, 1 ədəd qızıl üzüyü göstərməyi unutduğunu bildirmiş, 9 adda əşyaların İddiaçı qaytarılması şərti ilə, İddiaçı 33919 manat və 14600 ABŞ dolları məbləğində əsas borc və 10175,70 manat və 4380 ABŞ dolları məbləğində faiz borcu olmaqla, ümumilikdə 44094,70 manatın və 18980 ABŞ dollarının, hüquqi yardıma görə ödədiyi 100 manatın və 30 manat dövlət rüsumunun onun xeyrinə tutulması və əşyalarla pul məbləğlərinin geri qaytarlmasının eyni anda icra edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı öz ərizəsində də, qeyd etdiyi kimi, həqiqətən də ondan xx.xx.2016-ci il tarixində 5000 ABŞ dolları məbləğində, daha sonra xx.xx.2017-ci il tarixində 6000 ABŞ dolları, xx.xx.2017-ci il tarixində 6000 manat xx.xx.2017-ci il tarix də 5000 ABŞ dolları, xx.xx.2017-ci il tarixində 10000 manat, xx.xx.2017-ci il tarixində 10863 manat, 2017-ci ilin noyabr ayında 1500 manat, 2017-ci ilin dekabr ayında daha 1500 manat, 2018-ci ilin yanvar ayında 1000 manat, 2018-ci ilin fevral ayında 1000 manat, xx.xx.2018-ci il tarixində 3390 manat, xx.xx.2018-ci il tarixində 11000 manat olmaqla, ümumilikdə ondan 46253 manat və 16000 ABŞ dolları məbləğində borc pul götürmüşdür. İddiaçı ilk öncə pul verməkdən imtina etsə də, sonuncu ümumi tanışlarının xahişinə əsasən, ondan qeyd olunan məbləğləri borc almağa nail olmuşdur. Belə ki, özü həmin pulu bankdan aylıq 3 faizlə götürmüşdür və İddiaçı də, pulun faizini artıqlaması ilə hər ay vaxtında ödəyəcəyinə vəd verdiyindən, ona müxtəlif vaxtlarda qeyd olunan pul məbləğlərini vermişdir. Lakin İdd iaçı bir müddət həm faizi və həm də ümumi borcdan az qismini qaytararaq, onun etibarına nail olmuş və sonuncu dəfə xx.xx.2018-ci il tarixində 11000 manat pulu aldıqdan sonra, nə əsas məbləğdən, nədə ki, faizlərdən heç bir məbləğ ödəməmişdir. İddiaçı özünün iddia ərizəsində etiraf etdiyi kimi, borca götürdüyü pulun manatla olan hissəsindən yalnız 12334 manat, ABŞ dolları ilə olan hissədən isə, cəmi 1400 ABŞ dolları qaytarmışdır. Beləliklə, nəticədə cavabdehin ona 33919 manat və 14600 ABŞ dolları məbləğində ödənilməmiş borcu qalmışdır. Eyni zamanda İddiaçı 2018-ci ilin aprel ayından hazıradək 10 ay müddətində yerdə qalan 33919 manat və 14600 ABŞ dolları məbləğə görə illik 36% faiz borcunu ödəmədiyi nəzərə alınarsa, 33919 manat x 3% (hər ay) = 101 7,57 manat x 10 ay = 10175,70 manat; 14600 AB Ş dolları x 3% (hər ay) - 438 ABŞ dolları x 10 ay = 4380 ABŞ dolları məbləğ alınacaqdır. Beləliklə, İddiaçı faizlə almış olduğu borc pula görə, 10 ay müddətində faizləri vaxtında ödəməməsi nəticəsində o, yerdə qalan borc məbləğindən əlavə 10175,70 manat və 4380 ABŞ dolları öz vəsaiti ilə faizləri ödəməklə ziyana düşmüşdür.

10. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 13 may 2019-cu il tarixli 2(009)338/2019 saylı qətnaməsi ilə (hakim R.Qafarova) ilkin iddia tələbi qismən təmin edilmiş, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı məxsus 15000 ABŞ dolları dəyərində 3300 qram çəkisi olan gümüş “mavi serviz” dəstinin, 14000 ABŞ dolları dəyərində gümüş “Şərq” konyak dəstinin, 18000 ABŞ dolları dəyərində brilyant qaşlı qızıl üzüyün, 15000 ABŞ dolları dəyərində gümüş “Nefrit” dəstinin, 30000 AB Ş dolları dəyərində brilyant qaşlı qızıl saatın (“Harry Winston” 70.39 qram çəkidə qızıl), 8000 ABŞ dolları dəyərində gümüş “kəpənək” dəstinin, 7000 ABŞ dolları dəyərində 6 ədəd gümüş qədəhin, 3000 ABŞ dolları dəyərində gümüş salat tabağının, 6000 ABŞ dolları dəyərində gümüş meyvə tabağnın, 5500 ABŞ dolları dəyərində gümüş yemək dəstinin cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh alınaraq iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı verilməsi, qeyd edilən əşyalar olmadıqda onların dəyəri olan 120500 ABŞ dolları məbləğinin ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə pul vəsaitinin cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tutularaq iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ödənilmə si, qarşılıqlı iddia tələbinin təmin edilərək, 33919 manat və 14600 ABŞ dolları dəyərində əsas və 10175,70 manat və 4380 ABŞ dolları dəyərində faiz borcu olmaqla, ümumilikdə 44094,70 manatın və 18980 ABŞ dolları məbləğinin ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə pul vəsaiti, hüquqi yardıma görə ödənilmiş 100 manat və 30 manat dövlət rüsumunun iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tutularaq cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ödənilməsi, əşyaların və pul məbləğlərinin geri qaytarılmasının eyni anda icra edilməsi qət edilmişdir.

11. Birinci instansiya məhkəməsi işdəki sübutalara, o cümlədən şahid ifadələrinə əsasən müəyyən etmişdir ki, İddiaçı Cavabdeh işlətdiyi lombarda müxtəlif v axtlarda əmlaklarını girov qoyması və müxtəlif məbləğlərdə pul götürməsilə tərəflər arasında lombard münasibətləri yaranmışdır. Tərəflər arasında lombard münasibətlərinin olması həmçinin Cavabdeh adını əks etdirən möhürlü xx.xx.2016-cı il tarixli, xx.xx.2017-ci il tarixli, xx.xx.2017-ci il tarixli, xx.xx.2017-ci il tarixli, xx.xx.2017-ci il tarixli və Şahid adını əks etdirən möhürlü xx.xx.2017-ci il tarixli lombard biletlərinin mövcudluğu və onların məzmunu ilə də təsdiq edilir. Cavabdeh tərəflər arasında lombard deyil, borc münasibətlərinin olmasını qeyd etsə də, onun məhkəmə araşdırması zamanı ilk iddiaçının iddiasında göstərdiyi əşyalardan 9 adda əşyanın özü tərəfindən borc pul verməsi müqabilində götürülməsini etiraf etməsi də digər sübutlarla yanaşı tərəflər arasında lombard münasibət lərinin olmasını təsdiq edir. Çünki ilk iddia üzrə Cavabdeh qarşılıqlı iddia ərizəsində və izahatında “Mavi servis”; “konyak dəsti ağ rəngdə”; “gümüş qab“, “saat Harry Winston”, “servis kəpənək”, “06 ədəd qədəhlər”, “salat qabı” və “meyvə qabı” və 01 ədəd qızıl üzük olmaqla 9 adda əşyaların onda olduğunu və qaytarılmalı olmasını etiraf etmişdir.

12. Məhkəmə xx.xx.2016-cı il tarixli (Cavabdeh adını əks etdirən möhürlü) lombard biletinə münasibət bildirərək qeyd etmişdir ki, 3.400 qram çəkisi olan gümüş servis 5000 ABŞ dolları məbləğində qiymətləndirilmiş və həmin gümüş servis müqabilində 5000 ABŞ dolları İddiaçı verilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı həmin gümüş dəstin cavabdehdə olduğunu və həmin əşyanın müqabilində götürdüyü pul məbləğini hələ də qaytarmadığını qeyd etmişdir. Cavabdeh isə biletdə qeyd edilmiş əşyanın adının üzərindən xətt çəkilməsinə istinad edərək həmin əşyanın İddiaçı qaytarıldığını və bu əşya müqabilində verilmiş pulun geri ödənildiyini bildirsə də məhkəmə Cavabdeh qeyd etdiyi xüsusatı inandırıcı və ağlabatan hesab etməmişdir.

13. Məhkəmə hesab etmişdir ki, Cavabdeh iddia tələbində İddiaçı də öz izahatında qeyd etdiyi kimi 14600 ABŞ dolları məbləğində ödənilməmiş borcunun ona qaytarılmasını tələb etməsi xx.xx.2016-cı il tarixli (Cavabdeh adını əks etdirən möhürlü) lombard biletində göstərilən 3.400 qram çəkisi olan gümüş servisin İddiaçı qaytarılmadığına dəlalət edir. Əks halda, Cavabdeh LaləMəmmədzadədən 14600 ABŞ dolları məbləğində yox, 9600 ABŞ dolları (14600-5000= 9600 ABŞ dolları) məbləğində borcun qaytarılmasını tələb etməli idi.

14. Məhkəmə belə qənaətə gəlib ki, Cavabdeh onda olmasını etiraf etdiyi 9 əşya ilə yanaşı, xx.xx.2016-cı il tarixli (Cavabdeh adını əks etdirən möhürlü) lombard biletində göstərilən 3.400 qram çəkisi olan gümüş servis də müqabilində götürülən borc məbləğinin qaytarılması şərti ilə İddiaçı qaytarılmalıdır.

15. Məhkəmə ilk iddia üzrə cavabdehin etirafını nəzərə alaraq hesab etmişdir ki, ilk iddia tələbi girov kimi götürülmüş 10 adda əşyaların, yəni, İddiaçı məxsus 15000 ABŞ dolları dəyərində 3300 qram çəkisi olan gümüş “mavi serviz” dəsti, 14000 ABŞ dolları dəyərində gümüş “Şərq” konyak dəsti, 18000 ABŞ dolları dəyərində brilyant qaşlı qızıl üzük, 15000 ABŞ dolları dəyərində gümüş “Nefrit” dəsti, 30.000 ABŞ dolları dəyərində brilyant qaşlı qızıl saatı (“Harry Winston” 70.39 qram çəkidə qızıl), 8.000 ABŞ dolları dəyərində gümüş babocka “kəpənək” dəsti, 7.000 ABŞ dolları dəyərində 6 ədəd gümüş qədəh, 3000 ABŞ dolları dəyərində gümüş salat tabağı, 6000 ABŞ dolları dəyərində gümüş meyvə tabağı, 5500 ABŞ dolları dəyərində gümüş yemək dəstinin qaytarılması hissəsində əsaslı olduğundan təmin edilməlidir.

16. Məhkəmə, iddia tələbi olmasa da, qeyd edilən əşyalar olmadığı təqdirdə onların dəyəri olan 120.500 ABŞ dolları məbləğinin ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə pul vəsaitinin cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tutularaq iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ödənilməsini də mümkün saymışdır.

17. Məhkəmə ilk iddia tələbini digər əmlakların geri qaytarılması hissəsində t əmin etməmiş və bunu iddia tələbinin həmin hissələrinin sübut edilməməsi ilə əsaslandırmışdır.

18. Məhkəmə qarşılıqlı iddia tələbinin “33919 manat və 14600 ABŞ dolları dəyərində əsas borcun ödənilməsinə” dair hissəsi ilə bağlı qeyd etmişdir ki, İddiaçı 2016cı ildən başlayaraq müxtəlif vaxtlarda girov müqabilində lombard fəaliyyəti ilə məşğul olan Cavabdeh 6-8 faiz olmaqla pul götürmüşdür. Götürdüyü pulların bir qismini ödəsə də, lakin onun həmin girov müqabilində götürdüyü pullar üzrə Cavabdeh borcu qalmışdır. Borcunun qalmasını isə İddiaçı öz ilkin iddia ərizəsində etiraf edərək göstərmişdir ki, Cavabdeh 14.600 ABŞ dolları və 29919 manat borcu vardır. İddiaçı 2017-ci ilin noyabr və dekabr aylarında 1500+1500; 2018-ci ilin yanvar və fevral aylarında 1000+1000 manat olmaqla ümumilikdə 5000 manat pul götürməsini etiraf etsə də, sonradan Cavabdeh ondan dörd dəfəyə götürdüyü 5000 manat (1500+1500+1000+1000) müqabilində 16900 ABŞ dolları, 5000 Avro və 12500 manat dəyərində geyim əşyalarını, qızıl-zinət və gümüş məmulatlarını, qiymətli rəsm əsərlərini girov götürməsini, bununla bağlı lombarddakı dəftərdə şəxsən qeydiyyat aparmasını, sonradan 5000 manatın 4000 manatını Cavabdeh ödəməsini və buna baxmayaraq girov qoyulmuş həmin əmlaklarının qaytarılmamasını təsdiq edən hər hansı bir mötəbər sübut məhkəməyə təqdim etməmişdir.

19. Məhkəmə İddiaçı 2017-ci ilin noyabr və dekabr aylarında 1500+1500; 2018-ci ilin yanvar və fevral aylarında 1000+1000 manat olmaqla ümumilikdə 5000 manat pul götürməsinin öz etirafı ilə də təsdiq olunduğunu, lakin sonradan həmin 5000 (beş min) manatın 4000 ( dörd min) manatını Cavabdeh ödəməsinin məhkəmə araşdırması zamanı təsdiq edilmədiyini nəzərə alaraq hesab edib ki, İddiaçı Cavabdeh əsas borc olaraq 29.919 manat deyil, 33919 manat borcu qalmışdır.

20. Məhkəmə gəldiyi nətciəni əsaslandırmaqda davam edərək qeyd edib ki, İddiaçı ilə Cavabdeh arasında yaranmış lombard münasibətləri ilə bağlı müqavilələri müddətsiz olmuş, yəni bu münasibət müddətlə şərtləndirilməmişdir. Tərəflər arasında girov qoyulmaqla pul götürülməsi (lombard münasibətləri) özlərinin izahatlarına əsasən 6-8 faizlə olduğu halda, qarşılıqlı iddiaçı tələbində göstərdiyi faizlə, yəni, hər ay 3 faiz olmaqla borcun tutulmasını tələb etdiyindən məhz bu faizlə hesablanmanın nəzərə alınması məqsədə uyğundur. 2018-ci ilin may ayından etibarən İddiaçı lombard münasibətləri əsasında ya ranan borcu üzrə ödənişlər etməmiş və bunun səbəbini o, ilkin iddia ərizəsində göstərdiyi kimi 2018-ci ilin may ayından etibarən Cavabdeh iş yerində tapa bilməməsi ilə əsaslandırmışdır. Borcunu ödəməməkdə digər səbəb kimi isə onun girovda olan əşyalarını qaytarmaq istəyi, eləcə də, ümumiyyətlə onun nə qədər borcunun olmasını aydınlaşdırmaq niyyətinin olmasını göstərmişdir. Bununla da X2 2018-ci ilin may ayından qarşlılıqlı iddia ərizəsi verilən tarixə olan dövr üçün (10 ay) ümumi borcu üzrə ödənişləri həyata keçirməmişdir.

21. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 302.2, 302.5, 390.1, 385.1, 442, 448.1, 5.3, 16.1-cı; Mülki Prossesual Məcəlləsinin 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icra at

22. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ilkin iddianın təmin edilməyən, qarşılıqlı iddianın təmin edilən hissəsində ləğv edilərək, ilk iddianın tam təmin, qarşılıqlı iddianın isə rədd olunmasını xahiş etmişdir.

23. Apellyasiya şikayətində göstərilmişdir ki, birinci instansiya məhkəməsinin İddiaçı qaytarılmasını qət etdiyi əmlakın dəyəri qətnamədə göstərildiyi kimi 120.500 ABŞ dolları deyil, 121.500 ABŞ dolları təşki edir. Cavabdeh qarşılıqlı iddia ərizəsində 8 adda əmlakın onda olduğunu etiraf etmişdir. Daha sonra İddiaçı tərəfindən məhkəməyə dəyəri 15000 ABŞ dolları olan "Nefrit" dəsti, 18000 ABŞ dolları olan brilyant üzük və 25000 ABŞ dolları təşkil edən brilyant dəstinin (üzük, sırğa, kulon, boyunbağı – 55,15 qr və 115 kr) girov verildiyinə dair lombard bilet ləri təqdim edilmişdir. Məhkəmə həmin biletləri təkzibedilməz fakt kimi qəbul edərək yalnız iki adda əmlakın - dəyəri 15000 ABŞ dolları olan “Nefrit” dəsti və 18000 ABŞ dolları olan brilyant üzüyün qaytarılmasını qət etmişdir. Lakin məhkəmə xx.xx.2017-ci il tarixli 10000 manatlıq kreditin girovu qismində dəyəri 25000 ABŞ dolları təşkil edən brilyant dəstin qaytarılması ilə bağlı doğru olmayan nəticəyə gəlmişdir. Belə ki, həmin lombard biletində yazı qaralandığına görə məhkəmə cavabdehin iddiası əsasında hesab etmişdir ki, həmin əmlak ödənilmiş 3800 manatın müqabilində İddiaçı qaytarılmışdır. İddiaçı həmin epizodla bağlı məhkəməyə izahatında bildirmişdir ki, 3800 manatlıq məbləği ödəyərkən lombard biletində müvafiq qeydiyyatın aparılmasını tələb edərkən yazının üstündən xətt çəkildiyini aşk ar etmiş və səbəbini soruşduqda lombardın əməkdaşı bildirmişdir ki, həmin məmulatı “Moskva” Ticarət evində Cavabdeh kürəkəni ilə birlikdə qızıl satan Hətəm adlı bir şəxsə satmağa veriblər və həmin məbləğ borcdan silinəcəkdir. Hətta iddiaçının yanında zəng vurub həmin şəxslə alqı-satqı faktını bir daha təsdiqləmişdir.

24. Cavabdeh də həmçinin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin 5500 ABŞ dolları dəyərində gümüş yemək dəstinin ondan tutulması hissəsində ləğv edilərək, ilk iddianın həmin hissədə də rədd olunmasını xahiş etmişdir.

25. Apellyasiya şikayətində göstərilmişdir ki, 5500 ABŞ dolları dəyərində gümüş yemək dəstinin ondan alınması hissəsində qətnamə ona görə əsassızdır ki, lombard biletində həmin əşyanın adının üzərindən xətt çəkilib. İddiaçı 23 noyabr 2016-cı il tarixli lombard biletinə müəyyən düzəlişlər etdiyini məhkəmədə etiraf etmişdir. Məhkəmə alınması qət etdiyi əşyaların dəyəri mübahisəli olmasına baxmayaraq, həmin əşyaların dəyərini müəyyən etmək üçün məhkəmə əmtəəşünaslıq ekspertizası keçirmədən, mütəxəssis rəyi almadan, məhz İddiaçı sözünə istinad edərək, həmin əşyaların dəyərini müyyən etməklə prosessual pozuntuya yol vermişdir.

26. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-11332/2019 nömrəli, 31 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər - Şərafət Məmmədova (sədrlik edən və məruzəçi) Vüqar Həsənov və Xəyal Sarıyev) ilk iddia üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, ilk iddia üzrə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2019c u il tаrixli, 2(009)-338/2019 saylı qətnaməsinin 5500 ABŞ dolları dəyərində gümüş yemək dəstinin cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh alınıb ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı verilməsi hissəsində ləğv olunması, həmin hissədə iddianın rədd olunması, qalan hissədə dəyişdirilmədən saxlanması qət edilmişdir.

27. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, ilkin iddia üzrə İddiaçı sadalanan əmlaklarla bağlı iddia tələbinin əsası kimi istinad etdiyi halları, yəni, həmin əmlakların pul götürməsi müqabilində lombarda girov qoymasını təsdiq edən hər hansı bir sübut növünü məhkəməyə təqdim etməmişdir.

28. Məhkəmə kollegiyası iddiaçının apellyasya şikayəti üzrə qarşılıqlı iddia tələbinin təmin edilməsi hissəsində də birinci i nstansiya məhkəməsinin gəldiyi nəticəni işin hallarına uyğun hesab edərək göstərib ki, 2018-ci ilin may ayından etibarən İddiaçı lombard münasibətləri əsasında yaranan borcu üzrə ödənişlər etməmiş və bunun səbəbini o, ilkin iddia ərizəsində göstərdiyi kimi 2018-ci ilin may ayından etibarən Cavabdeh iş yerində tapa bilməməsi ilə əsaslandırmışdır. Bu da təsdiq edir ki, Lalə Məmmədadə 2018-ci ilin may ayından qarşılıqlı iddia ərizəsi verilən tarixə olan dövr üçün (10 ay) ümumi borcu üzrə ödənişləri həyata keçirməmişdir.

29. Cavabddehin apellyasiya şikayəti üzrə isə 5500 ABŞ dolları dəyərində gümüş yemək dəstinin İddiaçı qaytarılması hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan apellyasiya məhkəməsi bunu onunla əsaslandırıb ki, iş materiallarının 123-cü səhifəsi ndə olan qəbzə əsasən Cavabdeh tərəfindən İddiaçı 3390 manat pul verilmişdir, lakin həmin pulun müqabilində 5500 ABŞ dolları dəyərində olan gümüş yemək dəstinin girov qoyulması göstərilməmişdir. Həmçinin məhkəmə baxışı zamanı İddiaçı bununla bağlı hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir.

30. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin 3-cü hissəsinə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 21 dekabr 2012-ci il tarixli qərarına, Mülki Məcəlləsinin 5.3, 16.1, 302.2, 302.5, 302.6, 385.1, 390.1, 442, 448.1-ci və Mülki Prosessual Məcəllənin 77.1, 222.1, 372-376, 384.0.3, 393 və 405.0.1-ci maddələrinə istinad etmişdir. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat

31. Qətnamədən iş üzrə İdd iaçı kasasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qətnaməsinin ilkin iddianın təmin edilməyən, qarşılıqlı iddianın təmin edilən hissəsində ləğv edilərək, ilk iddianın tam, qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişdir.

32. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-2705/2020 nömrəli iş üzrə 30 iyun 2020-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin olunmuş, apelyasiya instansiyası məhkəməsinin 31 oktyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

33. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmələr 25000 ABŞ dolları dəyərində olan brilyant dəstinin qaytarılmasının mümkün olmamasını lombard biletində həmin əşya ilə bağlı yazını n qaralandığına istinad edərək əmlakın geri qaytarılmış olması nəticəsinə gəlmişdir.

34. Kassasiya instansiyası qeyd etmişdir ki, müvafiq qeydin (əşyanın adının) üzərindən xəttin çəkilməsi əşyanın geri qaytarılması ilə bağlı nəticəyə gəlməyə kifayət edən sübut hesab edilə bilməz. Tərəflərin aralarında formalaşdırdıqları münasibətlərdən aydın olur ki, hətta borcun bir hissəsinin ödənilməsi halında müvafiq məbləğ göstərilməklə həmin gün edilən ödəniş imza və möhürlə təsdiq olunur, ödənilən məbləğdən kifayət qədər dəyərli olan əmlakın isə geri qaytarılmasının yalnız yazının üzərindən xətt çəkilməklə təsdiq edilməsi ağlabatan mühakimə hesab edilmir.

35. Kassasiya instansiyasının mövqeyinə görə həmin girov predmeti üzrə borcun qaytarılmasını təsdiq edən sənədlərin olmadığı və bundan əvvəl qayta rılması iddia olunan məbləğin ödənilməsi halında girovların geri qaytarılmadığı nəzərə alındıqda, dəyəri 25000 ABŞ dolları olan brilyant dəstinin hər hansı müvafiq yazılı qeyd aparılmadan ilk iddiaçıya qaytarılmış olmasına dair nəticəyə gələn məhkəmələrin mövqeyi düzgün hesab edilə bilməz. Bundan başqa, işin halları ilə müəyyən olunur ki, xx.xx.2016-cı il tarixdə götürülmüş 5000 ABŞ dolları məbləğinə görə çəkisi 3400 qram olan gümüş servis («Konyak» dəsti, 14000 ABŞ dolları) girov qoyulmuşdur. Birinci instansiya məhkəməsi bununla bağlı qətnaməsində qeyd etmişdir ki, «Cavabdeh biletdə qeyd edilən əşyanın adının üstündən xətt çəkilməsinə istinad edərək həmin əşyanın İddiaçı qaytarıldığını və həmin əşya müqabilində verilmiş pulun geri ödənildiyini bildirmişdir. Məhkəmə Cavabdeh qeyd etdiyi xü susatı inandırıcı və ağlabatan hesab etmir. Cavabdeh onda olmasını etiraf etdiyi 9 əşya ilə yanaşı xx.xx.2016-cı il tarixli (Cavabdeh adını əks etdirən möhürlü) lombard biletində göstərilən 3400 qram çəkisi olan gümüş servizində müqabilində götürülən borc məbləğinin qaytarılması şərti ilə İddiaçı qaytarılmalıdır».

36. Göründüyü kimi, həmin iddia tələbi üzrə (3400 qram olan gümüş «Konyak» serviz dəsti, 14000 ABŞ dolları) birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə işin müəyyən edilmiş halları ilə uyğunluq təşkil etmir. Məhkəmə faktiki olaraq həmin əmlakın qarşılıqlı iddiaçı tərəfindən ilk iddiaçıya qaytarılmalı olmasını müəyyən etsə də, faktiki olaraq bununla bağlı qərar qəbul etməmişdir. Digər tərəfdən istinad olunan sonuncu iki halla (dəyəri 25000 ABŞ dolları olan brilyant dəst i və çəkisi 3400 qram olan gümüş «Konyak» serviz dəsti) bağlı məhkəmələrin gəlmiş olduğu nəticələr ziddiyyətlidir.

37. Belə ki, birinci halda məhkəmələr əşyanın üstündən çəkilən xətti əsas götürərək cavabdehin iddiaçı qarşısında məsuliyyət daşımaması nəticəsinə gəlsə də, eyni əsaslara malik olan dəlillə isə fərqli qiymət verilməsi aydın görünür (birinci halda əşyanın adının üzərindən xəttin çəkilməsini öhdəliyin icra edilməsi, ikinci halda isə icra edilməməsi kimi qəbul olunmuşdur).

38. Kassasiya instansiyası tərəflər arşında lombardla bağlı öhdəlik münasibətlərinin olması barədə məhkəmələrin həmin mövqeyi ilə razılaşıb və qeyd edib ki, belə olan halda yuxarda göstərilən müddətdən əvvəl və sonra verilmiş pul məbləğlərinə görə girov qəbul edən və ilk iddiaçının cavabdeh qarşısında əvvəlki ö hdəliklərinin icra olunmadığı halda ona girovsuz pul məbləği verməsi faktiki olaraq tərəflərin özlərinin formalaşdırmış olduqları münasibətlərlə heç bir uyğunluq təşkil etmir. Nə qədər ki, cavabdeh iddiaçının göstərdiyi tarixlərdə və məbləğlərdə pul məbləğinin ilk iddiaçıya verilməsini qəbul edir, iddiaçının göstərdiyi kimi bu halda həmin tarixlərdə verilmiş pul məbləğlərinə görə ilk iddiaçının girov qoyması daha inandırıcı və tərəflərin formlaşdırmış olduqları münasibətlərə uyğun hesab edilə bilər. Lakin məhkəmələr ilkin iddiaçının bu dəlilli üzrə faktiki olaraq heç bir araşdırma aparmamış və yalnız müvafiq sübutların təqdim edilməməsinə istinad edərək nəticəyə gəlməklə kifayətlənmişlər.

39. Faiz məbləğinin aşağı salınması ilə bağlı verildiyi iddia olunan əşyalara münasibətdə nə birinci i nstansiya məhkəməsi, nə də müvafiq dəlillər irəli sürməsinə baxmayaraq apellyasiya instansiya məhkəməsinin həmin dəlilləri araşdırması müəyyən olunmur. Digər əmlaklarla bağlı hissə üzrə isə müvafiq olaraq birinci instansiya məhkəməsi tərəfindən xüsusi qərardad qəbul olunmasına baxmayaraq apellyasiya instansiya məhkəməsi həmin qərardadın icrası ilə bağlı araşdırma aparmamış və xüsusi qərardadın nəticələri müəyyən edilərək işdə olan sübutlarla qarşılıqlı olaraq qiymət verilməmişdir.

40. Kassasiya instansiyası qeyd etmişdir edir ki, ilkin olaraq məhkəmələr qarşılıqlı iddianın irəli sürülməsi əsaslarını, həmin məbləğlərin verilməsi, onlara müvafiq olaraq girov qoyulmuş əmlakların (onların sayı, məbləği, çəkinin əhəmiyyətli olması halında çəkisinin) olub-olmamasını aydınlaşdırmalı, bundan sonra qaytarılmış və qalıq borc məbləğini, faiz hesablanmalıdırsa, bunun dərəcəsi və cəmi məbləğini müəyyən etməli idi. Bundan sonra ilk iddiaçının həqiqətən borc məbləğinin geri qaytarılmasına dair iradəsinin olmasını müəyyən etməli və borc məbləği geri qaytarılmamışdırsa, qarşılıqlı iddiaçının hansı səbəbdən borcun məcburi qaydada tələb olunmasına cəhd etməməsi müəyyən edilməlidir.

41. Məhkəmələr məhz ilk iddiaçının tələbindən sonra faktiki olaraq ilk iddia ərizəsində göstərilən məbləğlə razılaşaraq cavabdehin tələb irəli sürməsini aydınlaşdırmamışlar. İşdə olan digər sübutların qarşılıqlı olaraq yoxlanaraq qiymətləndirilməsi zəruri olduğu halda məhkəmələr faktiki olaraq heç bir araşdırma aparmamış, sübutların qarşılıqlı qiymətləndirilməsini təmin etməmişlər. Yalnız qarşılıqlı iddiaçının form al mülahizələrə əsaslanan izahatı və təqdim olunmuş bir-birini tamamlamayan şahid ifadələrinə əsaslanmaqla qətnamə qəbul edilmişdir. Faiz məbləğini müəyyən edərkən isə tərəflər arasında bağlanmış ayrı-ayrı müqavilələrin olmasını, onların hər birində fərqli faiz məbləğləri göstərilməsini, hansı səbəbdən məhz 10 aylıq müddət üçün faiz məbləğinin tələb olunması və faiz məbləğinin hesablanması və tələb olunması üçün maddi hüquqi əsasların mövcudluğu müəyyən edilməmiş qalmışdır. ç)Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

42. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7147/2020 nömrəli, 22 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – F.Babayev (sədlik edən və mərizəçi), E.Həsənov və X.Mərdanova) ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti təmin olunmamış, ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti təmin olunaraq, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 13 may 2019-cu il tarixli 2(009)-338/2019 nömrəli qətnaməsi 5500 ABŞ dolları dəyərində gümüş yemək dəstinin cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh alınıb ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı verilməsi hissəsində ləğv olunması, həmin hissədə iddia tələbinin rədd olunması qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

43. Apellyasiya instansiyası apellyasiya məhkəməsinin əvvəlki qərarında göstərilənləri təkrar edərək, cavabdehin və iddiaçının apellyasiya şikayətləri üzrə eyni nəticəyə gəlmişdir. ç)Kassasiya instansiyası məhkəməsində ikinci icraat

44. İd diaçı X3 qətnamədən kassasiya şikayəti verib, qətnamənin ləğv, iddia tələbinin təmin, qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişdir.

45. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2761/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə (hakimlər - A.Abbasov (sədrlik edən və mərizəçi), E.Vəliyeva və E.Şamayev) İddiaçı kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7147/2020 nömrəli, 22 oktyabr 2020-ci il tarixli qətnaməsinin mübahisələndirilən hissələrdə - ilk iddianın təmin olunmayan, qarşılıqlı iddianın təmin olunan hissələrində ləğv edilməsi, işin qeyd edilən hissələrdə yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır.

46. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi hazır ki işə birinci apellyasiya baxışı üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsini olduğu kimi təkrar etmiş, nəinki Ali Məhkəmənin yuxarıda qeyd edilən qərarında şərh olun göstərişlər üzrə, hətta hər hansı başqa xüsusatlar üzrə də müstəqil araşdırma aparmamışdır. ç) Apellyasiya instansiyası məhkəməsində üçüncü icraat 47. 17 mart 2022-ci il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi Niyazov Xalid Qüdrət oğlu İddiaçı ölüm haqqında şəhadətnamənin surətini məhkəməyə təqdim edərək onun 29 yanvar 2022-ci il tarixdə vəfat etdiyini və hazırda hüquqi varisin müəyyən edilmədiyini bildirmişdir.

48. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 mart 2022-ci il tarixli 2(103)-390/2022 nömrəli qərardadı ilə İddiaçı hüquqi varisi müəyyən edilənədək mülki iş üzrə icraatın dayandırılma sı qərara alınmışdır (hakimlər-Rəşad Həsənov (sədrlik edən), Məmməd Məmmədov və Şeyda Məhərrəmova).

49. İddiaçı əri- Niyazov Xalid Qüdrət oğlu onun prosessual hüquqi varisi müəyyən edilmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 dekabr 2022-ci il tarixli 2(103)-390/2022 nömrəli qərardadı ilə mülki iş üzrə icraatın təzələnməsi qərara alınmışdır.

50. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 avqust 2024-cü il tarixli, 2(103)-24/2024 nömrəli qətnaməsi ilə (hakimlər - G.Axundova (sədrlik edən və məruzəçi), C.Musayeva və F.Qasımov) ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı (hüquqi varisi Niyazov Xalid Qüdrət oğlunun) apelyasiya şikayəti qismən təmin olunmuş, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh apelyasiya şikayət i təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 13 may 2019cu il tarixli 2(009)-338/2019 nömrəli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilmiş, yeni qətnamə qəbul edilərək, 5500 ABŞ dolları dəyərində gümüş yemək dəstinin Cavabdeh alınıb İddiaçı verilməsi hissəsində qətnamə ləğv olunaraq, həmin hissədə ilkin iddia tələbi təmin edilməmiş, mübahisələndirilən hissədə ilkin iddia tələbi qismən təmin olunaraq 1500 ABŞ dolları dəyərində qızıl brilyant qaşlı sırğanın (Puset) Cavabdeh alınaraq İddiaçı hüquqi varisi Niyazov Xalid Qüdrət oğluna verilməsi, əşya olmadıqda onun dəyərinin (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə pul vəsaiti) tutulub verilməsi, qarşılıqlı iddia tələbinin qismən təmin edilmə si, 23063 manat əsas borc və 4151.34 manat faiz borcu, 10120 ABŞ dolları əsas borc və 1821.6 ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 27214.34 manat və 11941.6 ABŞ dolları məbləğində pulun (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə) İddiaçı hüquqi varisi Niyazov Xalid Qüdrət oğlundan tutularaq Cavabdeh ödənməsi qət edilmişdir.

51. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, tərəflər arasında lombardla bağlı öhdəlik münasibətlərinin olması işin mübahisəsiz halıdır. Lakin əvvəlki öhdəliklərin icra olunmadığı halda ilkin iddia üzrə iddiaçıya girovsuz pul verilməsi tərəflərin özünün formalaşdırdığı münasibətə uyğun gəlmir. Habelə ilkin iddia üzrə cavabdeh izahatında təsdiq etmiş dir ki, onun tərəfindən girovsuz yalnız 200-300 manat pul verilə bilərdi. İş materiallarında olan girov biletləri ilkin iddia üzrə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmişdir.

52. İlkin iddia üzrə İddiaçı izahatında qeyd etmişdir ki, “lombard biletində olan imza onundur. Cavabdeh bildirdi ki, girov qoyduğu gümüş servisi almaq istəyən var və həmin girov qoyulmuş girov servisi digər əşyalarla əvəz etmək istəyir. Cavabdeh razılığı ilə digər əşyaları gətirdi, ona baxış keçirildi və servisin əvəzində iki üzüyü, sırğanı və puseti girov götürdü. Həmin biletdə yazılanlar onun xəttidir. Sonradan həmin gümüş qabını yenidən qaytarıb, əvəzində qoyduğu əşyaları götürdü” (1-ci cild, səh 130).

53. Məhkəmə kollegiyası qeyd edib ki, məhkəməyə girov biletlərinin əsli ilkin iddia üzrə İddiaçı tərəfindən t əqdim edilmişdir. İddiaçı özü təsdiq edir ki, girov qoyulmuş əşyanı almaq istəyən olmuşdur və o, həmin əşyanı başqa əşya ilə əvəzlənməsi barədə Diları Bağırova ilə razılaşmışdır. Göründüyü kimi əvvəlki girov əşyanın da üstündən xətt çəkilmişdir. Deməli, belə qənaətə gəlmək olur ki, tərəflər arasında girov qoyulmuş əşyanın üstündən xətt çəkib həmin əşyanı başqa əşya ilə əvəz etmək barədə tərəflər arasında razılıq olmuşdur. Bu hala digər girov biletlərində də rast gəlmək mümkündür. Belə ki, xx.xx.2017-ci il tarixli (Cavabdeh adını əks etdirən möhürlü) lombard biletindən görünür ki, ilkin olaraq 3.6 kq gümüş, “baboçka” (kəpənək) dəsti, salat qabı qeyd olunub. Daha sonra 3.6 kq üstündən xətt çəkilərək 1070 kq “nefrit” serviz yazılmış, “baboçka” (kəpənək) dəsti, salat tabağının üzərindən xətt ç əkilmiş və üzük qeyd edilmişdir.

54. Tarixən sonrakı xx.xx.2017-ci il tarixli biletdə “baboçka” (kəpənək) serviz, 6 ədəd qədəh, salat qabı və meyvə qabı qeyd edilmişdir. Göründüyü kimi xx.xx.2017-ci il tarixli biletdən silinmiş “baboçka” (kəpənək) dəsti, salat qabı sonradan xx.xx.2017-ci il tarixli biletə əlavə edilmişdir. 55. xx.xx.2017-ci il tarixli lombard biletindən görünür ki, “komplekt 750 əyar - 95,15 qram” qeyd edilmişdir. Daha sonra onun üzərindən xətt çəkilmiş və “saat 750 əyar-70,39” qeyd edilmişdir. 56. 26 yanvar 2023-cü il tarixli iclas protokolundan müəyyən olunur ki, Cavabdeh qeyd etmişdir ki, “xx.xx.2017-ci il tarixdə brilyant qaşlı qızıl dəsti gətirdi, 10000 manat pul götürdü, 1 ay faizi ödədi. Sonra gəldi komplekti istədi. Dedi əşyanı dəyişə bilərəm, dedim bəli. Bir müddə t sonra qızıl saat gətirdi, əvəzində qızıl dəst qaytarıldı, üstündən xətt çəkildi. Saat hazırda ondadır. Vərəqin arxa üzündə də qeyd olunub. 6200 borcu qalıb. Götürdüyü əşyanı pozuruq. Bu iki əşyaya 10000 manat verilə bilməzdir. Ən azı 20000 manat ödənilərdi. Şahidi bu yaxınlarda gördü. Şahid dedi ki, Lalə o vaxt qızıl komplekti ona verdi, o satdı” (ikinci cild, səh 228).

57. Əlavə olaraq məhkəmə kollegiyası qeyd edib ki, şahid Məmmədova Gülşənxanım ifadəsində qeyd etdi ki, girova qoyulmuş komplekti İddiaçı ona verdi, o da satdı.

58. Beləliklə, məhkəmə kollegiyası hər iki tərəfin verdiyi izahatlara və girov biletlərinə əsaslanaraq bu qənaətə gəlib ki, tərəflər arasında girov qoyulmuş əşyanın üstündən xətt çəkərək onun digər əşya ilə əvəz olunması barədə razılıq olmuşdur. Hər girov bileti nə görə girov qoyulmuş əşya olmuşdur.

59. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni əsaslandırmaqda davam edərək bildirmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən xx.xx.2017-ci il tarixli girov bileti üzrə 15000 ABŞ dolları dəyərində 3300 qram çəkisi olan gümüş “mavi serviz” dəst, xx.xx.2017ci il tarixli girov bileti üzrə 15000 ABŞ dolları dəyərində gümüş “Nefrit” dəsti və 18000 ABŞ dolları dəyərində brilyant qaşlı qızıl üzük, xx.xx.2017-ci il tarixli girov bileti üzrə 30000 ABŞ dolları dəyərində brilyant qaşlı qızıl saat (“Harry Winston” 70.39 qram çəkidə qızıl), xx.xx.2017-ci il tarixli girov bileti üzrə 8000 ABŞ dolları dəyərində gümüş babocka “kəpənək” dəst, 7000 ABŞ dolları dəyərində 6 ədəd gümüş qədəh, 3000 ABŞ dolları dəyərində gümüş salat tabağ, 6000 ABŞ dolları dəy ərində gümüş meyvə tabağı, xx.xx.2017-ci il tarixli girov bileti üzrə 14000 ABŞ dolları dəyərində gümüş “Şərq” konyak dəstinin cavabdehdən iddiaçının xeyrinə alınıb verilməsi qət edilmişdir. Həmin hissədə iddia tələbini Cavabdeh da etiraf etmişdir.

60. Qətnamə ilə həmçinin xx.xx.2016-cı il tarixli girov bileti üzrə 5500 ABŞ dolları dəyərində gümüş yemək dəstinin cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmişdir. Həmin hissədə ilkin iddia üzrə Cavabdeh qətnaməni mübahisələndirmişdir. 61. xx.xx.2016-cı il tarixli (Cavabdeh adını əks etdirən möhürlü) lombard biletindən görünür ki, 3.400 qram çəkisi olan gümüş servis müqabilində 5000 ABŞ dolları İddiaçı verilmişdir.

62. Həmin biletdən görünür ki, 3.400 qram çəkisi olan gümüş servis ifadəsinin üstündən xətt çəkilmiş, “saffir üzük, ametis üzük, sırğa (yarpaq), Puset” qeyd edilmişdir. Həmin biletin arxasında qalıq borcun 520 dollar olması qeyd edilib.

63. İlkin iddia üzrə iddiaçının özü isə iddia ərizəsində xx.xx.2016-cı il tarixli bilet üzrə 1500 ABŞ dolları olan brilyant qaşlı qızıl sırğa (Puset), 8500 ABŞ dolları qiymətində gümüş “Mavi” serviz dəsti, 14000 dollar dəyərində gümüş Konyak dəsti girov qoyduğunu qeyd etmişdir.

64. Lakin həmin biletlə bağlı İddiaçı bildirmişdir ki, Cavabdeh razılığı ilə digər əşyaları gətirdi, ona baxış keçirildi və servisin əvəzində iki üzük, sırğa və puset girov götürüldü. Həmin biletdə yazılanlar onun xəttidir. Sonradan həmin gümüş qabını yenidən qaytarıb, əvəzində qoyduğu əşyaları götürdü (1-ci cild, səh 130).

65. Məhkəmə kollegiyası qeyd edib ki, Lalə Məmməzadə özü etiraf etmişdir ki, serv isi götürüb başqa əşyalarla əvəz etmişdir. Bu səbəbdən servisin üstündən xətt çəkmişdir. Lakin İddiaçı onu da qeyd edir ki, sonra servisi qaytarıb digər əşyaları götümüşdür.

66. Məhkəmə kollegiyası hesab edib ki, tərəflər öz aralarında girovda olan əşyanın üstündən xətt çəkib başqa əşya ilə əvəzləmək kimi təcrübə formalaşdrıblar. Lakin əgər servisi sonradan qaytarıb digər əşyaları götürmüşdürsə, girov biletində bununla bağlı qeyd aparılmalı idi.

67. Bu səbəbdən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, xx.xx.2016-cı il tarixli bilet üzrə 1500 ABŞ dolları olan brilyant qaşlı qızıl sırğa (Puset) cavabdehdən alınıb iddiaçıya verilməlidir.

68. Qeyd edilməlidir ki, həmin biletdə göstərilən digər əşyalar - üzüklər və sırğa (yarpaq şəkilli) ilkin iddiaçının tələb etdiyi əşyalar sırasında (iddia ərizəsinin “xahiş edirəm” hissəsində) yoxdur.

69. Apelyasiya instansiyası məhkəməsi qarşılıqlı iddia tələbinə münasibətdə qeyd edib ki, qarşılıqlı iddiaçı ilkin iddia tələbində göstərilən məbləği qeyd etməklə iddia tələbini irəli sürmüşdür. Lakin nəzərə alınmalıdır ki, ilkin iddia üzrə iddiaçı təqdim etdiyi girov biletlərindən savayı da girovda əmlakının olmasına istinad edərək 2017 və 2018-ci illərdə başqa girov əşya hesabına borc götürdüyü, borcunun 14600 dollar və 29919 manat təşkil etdiyini, lakin dəqiqləşdirildiyi təqdirdə ümumiyyətlə borcunun olmadığının aşkar olunacağını qeyd etmişdir.

70. Qarşılıqlı iddia üzrə iddiaçı isə məhkəmə iclasında verdiyi izahatında 200-300 manatdan artıq olan məbləği girovsuz borc vermədiyini qeyd etmişdir.

71. İşə baxan məhkəmə yalnız iddiaçının iddia ərizəsində qeyd etdiklərinə əsasən ilkin iddia üzrə iddiaçının ilkin iddia ərizəsində məhkəməyə təqdim edə bilmədiyi girov biletləri üzrə də borcunun olmasını qənaətinə gəlmişdir. Lakin girov əşyalarla bağlı isə qeyd etmişdir ki, subut olunmur.

72. Göründüyü kimi tərəfin etirafı qismən nəzərə alınmışdır. Lakin digər tərəfdən də məhkəmə kollegiyası hesab edir ki, əşya tələb olunduğu halda ilk növbədə onun mövcudluğu sübut olunmalıdır. Ən əsası isə əşyanın lombardda girovu haqqında müqavilə də girov bileti verməsi yolu ilə rəsmiləşdirilir.

73. Məhkəmə kollegiyası hesab edib ki, hazırki iş üzrə tərəflər arasında lombard münasibətləri olduğundan işdə olan girov biletləri üzrə qalıq borc qarşılıqlı iddia üzrə cavabdehdən qarşılıqlı iddia üzrə iddiaçının xeyrinə tutulmalıdır. Girov biletləri olm adan, girov qoyulmadan borcun verilməsi işin hallarına uyğun gəlmir.

74. Birinci instansiya məhkəməsi yalnız iddiaçının qeyd etdiklərinə əsasən borcun məbləğini müəyyən etmişdir. Lakin iddia ərizəsində iddiaçı qeyd etmişdir ki, dəqiqləşdirildiyi təqdirdə onun borcunun olmadığı müəyyən ediləcəkdir.

75. Məhkəmə kollegiyası araşdırmanın nəticələrinə əsasən qeyd edib ki, xx.xx.2016-cı il tarixli girov bileti üzrə 520 ABŞ dolları, xx.xx.2017-ci il tarixli girov bileti üzrə 6200 manat, xx.xx.2017-ci il tarixli girov bileti üzrə 3600 ABŞ dolları, xx.xx.2017-cı il tarixli girov bileti üzrə 6000 ABŞ dolları, xx.xx.2017-ci il tarixli girov bileti üzrə 10863 manat, xx.xx.2017-cı il tarixli girov bileti üzrə 6000 manat məbləğində əsas borcun olması sübut olunur. O cümlədən müəyyən olundu ki, tərəflər arasında lombardla bağlı öhdəlik münasibətləri konkret müddətlə şərtləndirilməmişdir. Faizin ödənilməsi isə nəzərdə tutulmuşdur. Qarşılıqlı iddia üzrə iddiaçı tələbində faizin 3 faizdən hesablanmasını tələb etmişdir.

76. Apellyasiya kollegiyası öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.3, 302.1, 302.2, 442, 739.1, 739.2, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

77. İlkin İddiaçı hüquqi varisi Niyazov Xalid Qüdrət oğlu kassasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ilkin iddianın təmin edilməmiş hissəsində, qarşılıqlı iddianın təmin edilmiş hissəsində ləğv edilməsi, ilkin iddianın tam təmin edilməsi qarşılıqlı iddianın isə rədd olunası barədə qərar çıxarılmasını xahiş etmişdir.

78. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 30 mart 2000-ci il tarixli, İ-61 nömrəli əmri ilə təsdiq edilmiş «“Girov bileti”nin (forma GB-1) forma və rekvizitləri və onlardan istifadə Qaydaları»nın 6-cı bəndindən göründüyü kimi “Girov bileti” ciddi hesabat blankıdır. Həmin Qaydaların 12-ci bəndinə əsasən ciddi hesabat blanklarını cırmaq, pozmaq, ləkələmək və onların üzərində düzəliş aparmaq olmaz. Belə olan halda apellyasiya məhkəməsinin girov biletinə (“Qadalara” görə yol verilməyən, yəni girov əşyanın üzərindən sadəcə xətt çəkilməklə qaytarılmasını təsdiq edən sənəd kimi) istinadən tərəflər arasında yaranmış mülki münasibətləri öz mülahizəsinə görə sərbəst şərh etməsi maddi hü quq normasının düzgün tətbiq edilmədiyini təsdiq edir. Həmçinin nəzərə almaq lazımdır ki, hazırkı işə kassasiya qaydasında baxmış Ali Məhkəmənin 30 iyun 2020-ci il tarixli qərarında həmin məsələyə münasibət bildirilərək qeyd edilmişdir ki: “müvafiq qeydin (əşyanın adının) üzərindən xəttin çəkilməsi əşyanın geri qaytarılması ilə bağlı nəticəyə gəlməyə kifayət edən sübut hesab edilə bilməz. Tərəflərin aralarında formalaşdırdıqları münasibətlərdən aydın olur ki, hətta borcun bir hissəsinin ödənilməsi halında müvafiq məbləğ göstərilməklə həmin gün edilən ödəniş imza və möhürlə təsdiq olunur, ödənilən məbləğdən kifayət qədər dəyərli olan əmlakın isə geri qaytarılmasının yalnız yazının üzərindən xətt çəkilməklə təsdiq edilməsi ağlabatan mühakimə hesab edilmir”. 79. “Göründüyü kimi, həmin iddia tələbi üzrə (3400 qram olan gümüş «Konyak» serviz dəsti, 14000 ABŞ dolları) birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə işin müəyyən edilmiş halları ilə uyğunluq təşkil etmir. Məhkəmə faktiki olaraq həmin əmlakın qarşılıqlı iddiaçı tərəfindən ilk iddiaçıya qaytarılmalı olmasını müəyyən etsə də, faktiki olaraq bununla bağlı qərar qəbul etməmişdir. Digər tərəfdən istinad olunan sonuncu iki halla (dəyəri 25000 ABŞ dolları olan brilyant dəsti və çəkisi 3400 qram olan gümüş «Konyak» serviz dəsti) bağlı məhkəmələrin gəlmiş olduğu nəticələr ziddiyyətlidir. Belə ki, birinci halda məhkəmələr əşyanın üstündən çəkilən xətti əsas götürərək cavabdehin iddiaçı qarşısında məsuliyyət daşımaması nəticəsinə gəlsə də, eyni əsaslara malik olan dəlilə isə fərqli qiymət verilməsi aydın görünür.

80. Ap ellyasiya məhkəməsi ilkin iddianın təmin olunmayan hissələrinə münasibətdə maddi hüquq normasını düzgün tətbiq etməmişdir.

81. Digər tərəfdən, işin içində bəzi ciddi uyğunsuzluqlara aydınlıq gətirilməsi məqsədilə ekspertin məhkəməyə dəvət edilməsi ilə bağlı vəsatətləri təmin olunmamışdır. İşin içində olan xx.xx.2024-cü il tarixli yazılı mülahizələrində girovla bağlı ciddi saxtakarlıq faktlarının olduğunu məhkəmənin diqqətinə çatdırmışlar. Lakin məhkəmə cavabdehdən nə üçün girovları ekspertizaya təqdim etməməsinin səbəbləri ilə maraqlanmamış və analoji olaraq bunca ciddi saxtakarlıq faktlarına münasibət bildirməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

82. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri

83. Qanunun tələbinə görə, kassasi ya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

84. İşdən göründüyü kimi iş üzrə Ali Məhkəmənin 2(102)-2761/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)7147/2020 nömrəli, 22 oktyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə ilk iddianın təmin olunmayan, qarşılıqlı iddian ın təmin olunan hissələrində ləğv edilmiş, işin qeyd edilən hissələrdə yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır.

85. Hazırki kasassiya baxışının predmetini apellyasiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

86. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

87. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

88. Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlaya nın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.

89. Maddə 269.3. Girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda hüquqların da girov qoyulması mümkündür.

90. Maddə 300.0. Girov aşağıdakı növlərdə ola bilər:... 300.0.2. əşyanın lombardda girovu;...

91. Maddə 302.1. Şəxsi istehlak üçün nəzərdə tutulan daşınar əşyanın fiziki şəxslərdən qısamüddətli kreditlərin təmin edilməsi məqsədilə girov götürülməsini sahibkarlıq fəaliyyəti qaydasında buna xüsusi icazəsi (lisenziyası) olan ixtisaslaşdırılmış təşkilatlar - lombardlar həyata keçirə bilərlər.

92. Maddə 302.2. Əşyanın lombardda girovu haqqında müqavilə l ombardın girov bileti verməsi yolu ilə rəsmiləşdirilir.

93. Maddə 302.7. Əşyanın lombardda girovu ilə təmin edilmiş kredit məbləği müəyyənləşdirilmiş müddətdə qaytarılmadıqda lombard həmin əşyanı açıq hərracdan realizə edə (sata) bilər. Bundan sonra lombardın girov qoyana (borcluya) qarşı tələbləri, hətta girov qoyulmuş əşyanın satışından götürülən məbləğ onların tam ödənilməsi üçün yetərli olmadıqda belə, ləğv edilir.

94. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

95. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdiri lməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

96. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

97. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

98. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə a ldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

99. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

100. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

101. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanun larda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

102. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

103. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

104. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

105. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya i nstansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

106. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

107. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəy işdirilməsi üçün əsas yoxdur.

108. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

109. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, iddiaçını n (qarşılıqlı iddia üzrə cavabdehin) apelyasiya şikayətinin əsaslandırmasını təşkil edirdi və apellyasiya məhkəməsi onun apelyasiya şikayətini qismən təmin etməklə, həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

110. Bununla yanaşı, məhkəmə kollegiyası kassatorun dəlilləri ilə bağlı əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

111. Kassator dəlillərini həm də Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 30 mart 2000-ci il tarixli, İ-61 nömrəli əmri ilə təsdiq edilmiş «“Girov bileti”nin (forma GB-1) forma və rekvizitləri və onlardan istifadə Qaydaları»na istinadla əsaslandırmışdır.

112. Lakin nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin “Maliyyə sahəsində bəzi normativ hüquqi aktların qüvvədən düşməsi barədə” 23 yanvar 2006-cı il tarixli, İ-04 nömrəli əmri ilə, 30 mart 2000-ci il tarixli, İ-61 nömrəli əmrlə təsdiq edilmiş və 06 aprel 2000-ci il tarixdə dövlət qeydiyyatına alınmış (şəhadətnamə №-965) “Girov biletinin (forma №-GB-1) forma və rekvizitləri və onlardan istifadə Qaydaları” qüvvədən düşmüş hesab edilmişdir.

113. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdı r.

114. Bu baxımdan kassatotun istinad etdiyi Qaydalar baxılan mübahisənin həllinə tətbiq edilə bilməz.

115. Bundan başqa, ilkin iddiaçının tələbinin təmin olunmayan hissəsində iddia tələbi, bilavasitə sübutetmə ilə bağlıdır.

116. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır.

117. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etm əlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri).

118. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların mövcud olub olmamasını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

119. MPM-in 88-ci maddəsi məhkəmənin sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsini tələb edir.

120. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir.

121. Sübutlara obyektiv baxılması dedikdə, məhkəmə tərəfindən subyektiv mülahizələrə yol vermədən sübutun məzmununu təşkil edən dəlillərin və faktların qiymətləndirilməsi başa düşülür. Obyektivlik ilk növbədə sübutun məzmununda olan dəlillərin və faktların həqiqi və mötəbər olduğunu yoxlamağı tələb edir. Sübut o halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin.

122. Sübutların qiymətləndirilməsi zamanı ilk addımlardan biri də sübutun özünün mümkünlüyünün araşdırılmasıdır. Sübutların mümkünlüy ündən bəhs edən MPM-nin 81-ci maddəsində deyilir ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

123. Bu baxımdan nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 302.2-ci maddəsinə görə əşyanın lombardda girovu haqqında müqavilə lombardın girov bileti verməsi yolu ilə rəsmiləşdirilir.

124. İlkin iddiaçı, tələbi təmin olunmayan hissədə qeyd olunan əşyaların lombardı barədə lombard biletini təqdim etməmişdir. İddiaçının həmin əşyaları lombarda qoyması özünün verdiyi izahatlarla təsdiq edilir. Lakin mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəm ə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin.

125. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər.

126. Apelyasiya instansiyası məhkəməsi də iddia tələbini bu prosessual qaydalara əsasən araşdırmış və əsaslandırılmış nəticəyə gəlmişdir.

127. Kassatorun xx.xx.2016-cı il tarixli girov bileti ü zrə apelyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)2705/2020 nömrəli iş üzrə 30 iyun 2020-ci il tarixli qərarında ifadə olunan hüquqi mövqedən fərqli nəticəyə gəlməsi barədə dəlili qətnamənin ləğvinə əsas vermir.

128. Çünki kassasiya instansiyası məhkəməsi həmin qərarda qeyd etmişdir ki, müvafiq qeydin (əşyanın adının) üzərindən xəttin çəkilməsi əşyanın geri qaytarılması ilə bağlı nəticəyə gəlməyə kifayət edən sübut hesab edilə bilməz. Tərəflərin aralarında formalaşdırdıqları münasibətlərdən aydın olur ki, hətta borcun bir hissəsinin ödənilməsi halında müvafiq məbləğ göstərilməklə həmin gün edilən ödəniş imza və möhürlə təsdiq olunur, ödənilən məbləğdən kifayət qədər dəyərli olan əmlakın isə geri qaytarılmasının yalnız yazının üzərində n xətt çəkilməklə təsdiq edilməsi ağlabatan mühakimə hesab edilmir.

129. Kassasiya instansiyası məhkəməsi bu baxımdan (əsaslandırmanın və araşdırmanın yetərsizliyi nöqteyi-nəzərindən) araşdırmanın davam etdirilməsini zəruri saymış və apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv etməklə işi yenidən baxılması üçün göndərmişdir.

130. Yenidən işə baxan apelyasiya instansiyası məhkəməsi, qeyd olunan xüsusatla bağlı yenidən araşdırma aparmış, İddiaçı özü tərəfindən bu xüsusatla bağlı verilən izahatları (1-ci cild, səh 130) əsasında müəyyən etmişdir ki, Lalə Məmməzadə özü etiraf etmişdir ki, servisi götürüb başqa əşyalarla əvəz etmişdir. Bu səbəbdən servisin üstündən xətt çəkmişdir. Lakin İddiaçı onu da qeyd edir ki, sonra servisi qaytarıb digər əşyaları götürmüşdür. Məhkəmə kollegiyası hesab edib ki, tərəflər öz aralarında girovda olan əşyanın üstündən xətt çəkib başqa əşya ilə əvəzləmək kimi təcrübə formalaşdrıblar. Lakin əgər servisi sonradan qaytarıb digər əşyaları götürmüşdürsə, girov biletində bununla bağlı qeyd aparılmalı idi.

131. Göründüyü kimi apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-2705/2020 nömrəli iş üzrə 30 iyun 2020-ci il tarixli qərarına zidd hesab oluna bilməz.

132. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

133. Kassasiya şikayətinin bəzi dəlilləri mahiyyəti etibarilə, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır. Qeyd olunmalıdır ki, işin faktiki halları ilə bağlı dəlillər üzrə kassasiya icraatında araşdırma aparılmır, onlara qiymət verilmir. Çünki kassasiya icraatı yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət verilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutula n hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilibedilmədiyini yoxlayır.

134. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

135. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-24/2024 nömrəli iş üzrə 20 avqust 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qəra

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar