Məhkəmə qərarları › İş №2(102)-2100/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2100/2023

23.05.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2100/2023 23.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər X2 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: cavabdehlərin qanunsuz zəbt etdikləri torpaq sahəsinin azad edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər X2 və Cavabdeh2 qarşı cavabdehlərin qanunsuz zəbt etdikləri torpaq sahəsinin azad edilməsi tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-220/2023 nömrəli, 07 fevral 2023-cü il tarixli qətnaməsindən cavabdehlər tərəfindən veri lmiş kassasiya şikayətinə 23 may 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xüsusi mülkiyyətində Masallı rayonu, İsi kəndində 0.1378 hektar yaşayış məntəqələri təyinatlı torpaq sahəsi vardır və bu barədə hüquqları daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi, xx.xx.2013-cü il qeydiyyat tarixi ilə qeydə alınmışdır.

2. X1 xüsusi mülkiyyətində Masallı rayonu, İsi kəndində 0.12 hektar yaşayış məntəqələri təyinatlı torpaq sahəsi vardır və bu barədə hüquqları daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi, xx.xx.2013-cü il qeydiyyat tarixi ilə qeydə alınmışdır.

3. Cavabdeh2 xüsusi mülkiyyətində Masallı rayonu, İsi kəndində 0.12 hektar yaşayış məntəqələri təyinatlı torpaq sahəsi vardır və bu barədə hüquqları daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi, xx.xx.2013-cü il qeydiyyat tarixi ilə qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı cavabdehlər X2 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Masallı rayonu İsi kənd sakini X1 zəbt etdiyi mülkiyyətində olan torpaq sahəsinin 1 sot hissəsindən, Masallı rayonu Qəriblər kənd sakini Cavabdeh2 zəbt etdiyi mülkiyyətində olan torpaq sahəsinin 4.5 sot hissəsindən çıxarılaraq torpağının sərhədlərinin əvvəlki vəziyyətinə qaytarılması, torpaqdan istifadə hüquqlarının bərpa edilməsi, cavabdehlərin ona mane olmalarına qadağa qoyulması və ödənilmiş 100 (bir yüz) manat dövlət rüsmunun müştərək qaydada cavabdehlərdən tut ularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2013-cü ildə Masallı rayonu İsi kəndi ərazisində yerləşən yaşayış məntəqəsinin torpaq sahəsindən sahibkarlıq məqsədi ilə 0.1378 ha torpaq sahəsi almışdır. Həmin torpaq sahəsi 26 sentyabr 2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə qeydiyyata alınaraq xüsusi mülkiyyətinə verilmişdir. Bu barədə hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarış almışdır. Həmçinin daşınmaz əmlakın Dövlət reyestri xidmətinin 8 saylı Ərazi İdarəsində həmin torpağa “torpaq sahəsinin planı və ölçüsü barədə“AA000282 nömrəli texniki sənəd verilmişdir. Sonradan həmin torpaq sahəsini o, "xxxx" QSC-də girov q oyaraq pul götürmüşdür. Torpaq girovda olduğundan həmin torpaqdan istifadə edə bilməmişdir. Daha sonra ölkədə baş verən devalivasiya səbəbindən bankdan götürdüyü pulu bir neçə il qaytara bilmədiyi üçün mülkiyyətində olan həmin torpaq üzərində sərəncam vermək hüququ dayandırılmışdır. Lakin 2022-ci ildə o, bankın pulunu ödəyərək öz torpağını girovdan azad etmişdir. Onun həmin torpaqla bir müddət əlaqəsi kəsildiyindən ətrafında olan qonşu torpaq sahibləri X3 1 sot, Cavabdeh2 isə 4.5 sot hissəsini zəbt etmişlər. Beləliklə, cavabdehlər ona məxsus torpağın yerləşdiyi ərazi sərhədlərini pozaraq sahənin ümumilikdə 5.5 sot hissəsini özlərinin qanunsuz sahibliyinə keçirmişlər. Torpağın yerləşdiyi ərazi sərhədlərinin şərqindən X4, şimalından isə Cavabdeh2 qeyd edilən həcmdə torpağını zəbt etmişdir. B u səbəbdən mülkiyyətindən istifadə hüquqları pozulmuşdur. Həmin şəxslərdən dəfələrlə ona məxsus torpaq sahəsini azad etmələrini tələb etsə də, cavabdehlər onun tələblərinə əhəmiyyət verməmişlər.

6. Birinci instansiya məhkəməsində Cavabdeh2 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, o, iddiaçıya məxsus torpaq sahəsini zəbt etməmişdir. Belə ki, iddiaçı kimi o da, 2013-cü ildə Soltan adlı şəxsdən torpaq almış və torpaq sahəsinin kənar nöqtələri ölçülərək ona təhvil verilmişdir. O da, dəmir borudan olan dirəkləri basdırmaqla torpağını sərhədləmişdir. Hazırda iddiaçı ona qarşı əsassız iddia qaldırmışdır. Yaranmış problemlər onun təqsirindən deyildir.

7. Birinci instansiya məhkəməsində cavabdeh X1 nümayəndəsi məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddiaçı mövcud vəziyyətə uyğ un koordinat veriləcəyi təqdirdə mülkiyyətində olan sahənin 1.3 sot hissəsini itəcəyini deyir. Əgər torpağı itəcəksə əmlak komitəsinə müraciət edə bilər. Baş vermiş sürüşməyə görə onların heç bir təqsiri yoxdur. Onlara uzun illər öncə verilən torpaq sahəsini istifadə edirlər. Əlavə heç kəsə aid sahəni zəbt etməmişlər.

8. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən təqdim edilmiş 01 may 2022-ci il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, Masallı rayonu İsi kəndində yerləşən İddiaçı **********15 (Seriya RX 0259866) reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın “Torpaq sahəsinin planı və ölçüsü’’ sənədinin döngə nöq tələrinin koordinatlarına əsasən mülkiyyətə verilmiş 0,1378 ha sahibkarlıq məqsədli torpaq sahəsinin şimal-şərq istiqamətində 0,01 hektaradək hissəsi cavabdeh X1 dəmir profillə hasarladığı, şimal-qərb istiqamətində 0,0471 hektaradək hissəsi isə Cavabdeh2 faktiki istifadə etdiyi ərazi kimi plana alınmış ortaq mərz xətti dəmir boru dirəklərdən ibarət olan torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir.

9. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə təqdim edilmiş 07 sentyabr 2022-ci il tarixli, 10/2789 saylı ekspert rəyində qeyd edilmişdir ki, **********15 reyestr nömrəli çıxarış sənədinə əsasən İddiaçı, **********15 reyestr nömrəli çıxarış sənədinə əsasən Cavabdeh2 və **********15 reyestr nömrəli çıxarış sənədinə əsasən X2 məxsus torpaq sahələri sənəd üzrə bir-birinə bitişik şəkildə yerləşməklə qonşu sahələrdir. Qeyd olunan torpaq sahələrinin “Torpaq sahəsinin planı və ölçüsü” sənədindəki koordinatlar ilə faktiki vəziyyət arasında şimal-qərb istiqamətidə sürüşmə halı mövcuddur. Belə ki, iddiaçının adına tərtib olunmuş “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan koordinatlar daxilində yerləşən torpaq sahəsinin 0,01 hektaradək hissəsi cavabdeh X1 istifadəsində olan sahəyə, 0,0471 hektaradək hissəsi isə Cavabdeh2 faktiki istifadəsində olan sahəyə düşdüyü, eyni zamanda iddiaçının faktiki istifadəsində olan 0.1313 ha torpaq sahəsinin 417 kv.m. hissəsinin ona məxsus “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən kənarda yerləşdiyi müəyyən edilmişdir. Cavabdeh X1 adına tərtib olunmuş “Torpaq sahəsini n planı və ölçüsü” sənədində qeyd olunan koordinatları daxilində yerləşən torpaq sahəsinin 335 kv.m hissəsi digər qonşuların istifadəsində olan ərazilərə və ümumi istifadədə olan yol düşdüyü, Cavabdeh2 adına tərtib olunmuş “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan koordinatlar daxilində yerləşən torpaq sahəsinin 527 kv.m. hissəsi digər qonşuların istifadəsində olan sahəyə düşdüyü müəyyən edilmişdir. İddiaçı və cavabdehlərin faktiki istifadəsində olan sahələri bir-birinə bitişik şəkildə yerləşməklə qonşu sahələr olduğu, X1 faktiki istifadəsində olan torpaq sahəsi mişar daşı və dəmir təbəqədən inşa edilmiş hasar vasitəsi ilə digər sahələrdən təcrid şəkildə ayrıldığı, Cavabdeh2 faktiki istifadəsində olan sahə ilə İddiaçı faktiki istifadəsində olan torpaq sahəsi dəmir dirəklər b asdırılmaqla şərti olaraq ayrılmışdır.

10. Masallı Rayon Məhkəməsinin 2(050)-802/2022 nömrəli, 11 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim A.A.Səlimov) iddia təmin edilməmişdir.

11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iş materiallarına əlavə edilmiş ekspert və mütəxəssis rəyləri ilə iddiaçı və cavabdehlərə mülkiyyət sənədi ilə məxsus torpaq sahələrinin bir-birinə bitişik yerləşməklə qonşu sahələr olduqları müəyyən edilir. Həmçinin o da müəyyən edilir ki, iddiaçıya məxsus torpaq sahəsinin 0,01 hektaradək hissəsi cavabdeh X1 istifadəsində olan sahənin, 0,0471 hektaradək hissəsi isə Cavabdeh2 faktiki istifadəsində olan sahənin ərazi hüdudlarına düşür. İddiaçı qeyd edilən halı cavabdehlər tərəfindən ona məxsus torpaq sahəsinin zəbt edilməsi kimi qiymətləndirir və həmin şəxs lərin mübahisəli sahədən çıxarılmalarını istəyir. Cavabdehlər isə torpaq sahəsini alarkən müvafiq dövlət orqanlarının əməkdaşlarının ölçü işləri apararaq onlara təhvil verilmiş olduğu sahəyə faktiki sahiblik etdiklərini, sonradan əlavə olaraq iddiaçıya məxsus torpaq sahəsini zəbt etmədiklərini qeyd edirlər.

12. Mübahisə ilə bağlı qeyd edilməlidir ki, iş üzrə verilmiş ekspert rəyində tərəflərə məxsus torpaq sahələrinin plan və ölçü sənədlərindəki koordinatlar ilə faktiki vəziyyət arasında şimal-qərb istiqamətində sürüşmə halının mövcudluğu qeyd edilmişdir. Həmçinin nəzərə alınmalıdır ki, hüquq müəyyənedici sənədlər tərəflərə 2013-cü ildə verilmiş və tərəflər müvafiq dövlət orqanının əməkdaşlarının ölçü işləri aparılaraq onlara təhvil verilmiş sahələrə hazırda faktiki sahiblik edirlər. İddia çının uzun illər ərzində deyil, 2022-ci ildə məhkəməyə hazırki iddia ərizəsi ilə müraciət etməsi isə onu deməyə əsas verir ki, daha əvvəl torpaq sahəsinin koordinatları faktiki vəziyyətlə plan və ölçü sənədinə uyğun olmuş, daha sonra isə sürüşmə halı baş vermişdir. Bundan başqa iddiaçı uyğunsuzluğun səbəbinin keçmişdə dövlət idarəsi tərəfindən ölçü işlərinin aparılması üçün istifadə edilən cihazların qeyri-dəqiq işləməsində olduğunu bildirsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir.

13. Məhkəmə qeyd edilənlərə əsasən hesab etmişdir ki, torpağa dair plan və ölçü sənədindəki koordinatlar ilə faktiki vəziyyət arasında sürüşmə halının baş verməsi və bunun nəticəsi olaraq ekspert rəyində cavabdehlərin faktiki olaraq iddiaçıya məxsus torpaq sahəsinin müəyyən hissəsini istifa də etmiş olduğunun qeyd edilməsi torpaq sahəsinin qanunsuz zəbt edilməsi kimi qiymətləndirilə bilməz. Belə ki, qeyd olunan halın baş verməsində cavabdehlərin hər hansı təqsirli hərəkəti müəyyən edilmir. Odur ki, iddia rədd edilməlidir.

14. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, iddianın “zəbt edilmiş torpaq sahəsinin geri qaytarılması” hissəsi təmin edilmədiyindən, əlaqədar olaraq “torpaqdan istifadə hüquqlarının bərpa edilməsi və cavabdehlərin ona mane olmasına qadağa qoyması” hissəsinin əsaslı olub-olmaması müzakirə edilməməlidir.

15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 6, 152.1, 157.1, 170.2, 239.2, Azərbaycan Respublikası Konstitusiyasının 29, Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci bəndinə, Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1 və 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Cavabdehlər mülkiyyətində olan torpaqdan çıxmamaqla mülkiyyətə dair toxunulmazlıq hüququ, həmçinin torpaq üzərində sərəncam vermək hüququ pozulmuşdur. Torpağın cavabdehlər tərəfindən hasara alınmaqla və dəmir dirəklər basdırılmaqla zəbt edilməsi ilə mülkiyyət hüquqları pozulmuş, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mülkiyyə tində olan torpaqdan məhrum edilməsinə şərait yaratmış və haqq qazandırmışdır. İşdə olan sənədlərdən görünür ki, mülkiyyətində olan torpağın 0.01 ha hissəsi bir cavabdehin, 0.0471 ha hissəsi isə digər cavabdehin faktiki istifadəsindədir. Mübahisəli həmin torpaq müvafiq sənədlərlə onun mülkiyyətində olduğu halda, cavabdehlərin mübahisəli əraziyə dair heç bir hüquqmüəyyənedici sənədləri yoxdur.

18. Şirvan Apellyasiya Məhkəməsinin (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(106)-220/2023 nömrəli, 07 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – İ.Q.Əsədov (sədrlik edən və məruzəçi), S.İ.Mayılov və P.T.Əhmədov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia təmin edilmiş, İddiaçı xüsusi mülkiyyətində olan və Masallı rayonu, İsi kəndində yerləşən yaşayış məntəqələri təyinatlı torpaq sahəsindən X3 - faktiki istifadə etdiyi 0,01 ha hissəsindən, Cavabdeh2 - faktiki istifadə etdiyi 0,045 ha hissəsindən çıxarılması və mülkiyyətində olan torpaq sahəsindən İddiaçı istifadəsinə edilən maneəçiliklərin onlara qadağan edilməsi qət edilmişdir.

19. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının tələbinin təmin edilməsi üçün o, iddia etdiyi torpaq sahəsinin mülkiyyətçisi (qanuni istifadəçisi) olmalı, torpaq sahəsi cavabdehlərin qanunsuz sahibliyində olmalı, cavabdehlər həmin əmlakı qaytarmaqdan imtina etməlidir. İddianın təmin edilməsi şərtlərindən biri ondan ibarətdir ki, iddiaçının iddia etdiyi sahənin məhz cavabdehin sahibliyində olan ərazidə yerləşdiyi sübut edilməlidir.

20. Apellyasiya instansiyası məhk əməsi qeyd etmişdir ki, mübahisəli sahənin iddiaçının mülkiyyətçi olduğu, həmin sahədən cavabdehin istifadəsinin qanunsuz olduğu müəyyən edildiyi halda iddia əsaslı hesab edilərək təmin edilməlidir. İddiaçıya məxsus torpaq sahəsinin cavabdeh tərəfindən istifadə edilib-edilməməsini müəyyən etmək üçün müvafiq ekspertiza keçirilmişdir.

21. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən göstərmişdir ki, hüquqmüəyyənedici sənədlər tərəflərə 2013-cü ildə verilmiş və tərəflər müvafiq dövlət orqanının əməkdaşlarının ölçü işləri aparılaraq onlara təhvil verilmiş sahələrə hazırda faktiki sahiblik edirlər. İddiaçının uzun illər ərzində deyil, 2022-ci ildə məhkəməyə hazırki iddia ərizəsi ilə müraciət etməsi isə onu deməyə əsas verir ki, daha əvvəl torpaq sahəsinin koordinatları faktiki vəziyyətlə p lan və ölçü sənədinə uyğun olmuş, daha sonra isə sürüşmə halı baş vermişdir. Bundan başqa iddiaçı uyğunsuzluğun səbəbinin keçmişdə dövlət idarəsi tərəfindən ölçü işlərinin aparılması üçün istifadə edilən cihazların qeyri-dəqiq işləməsində olduğunu bildirsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir.

22. Məhkəmənin mövqeyinə görə koordinatlar üzrə ümumi sürüşmə halı baş verdiyindən bu, cavabdehlərin torpaq sahəsini özbaşına zəbt etməsi kimi qiymətləndirilə bilməz. Mahiyyətcə birinci instansiya məhkəməsi iş üzrə hazırki baza məlumatları üzrə koordinatları nəzərə almadan iddianı rədd etmişdir.

23. Kollegiya məhkəmənin mövqeyini əsassız saymış və hesab etmişdir ki, iş üzrə ekspert rəyi sübut mənbəyi olaraq qəbul edilməli və müvafiq olaraq qiymətləndirilməlidir. Təqdim edilmi ş ekspert rəyinə görə, hazırkı baza məlumatları üzrə koordinatlar nəzərə alınarsa iddiaçının mülkiyyətində olan torpaq sahəsinin cavabdehlər tərəfindən qanunsuz istifadə etmələri müəyyən edilir. Hazırkı baza məlumatlarının nəzərə alınmaması üçün isə əsas yoxdur. Göstərilənlər onu deməyə əsas verir ki, iddiaçının tələbi haqlıdır.

24. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə sübutları düzgün qiymətləndirməmiş, nəticədə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bu da məhkəmə qətnaməsinin ləğvi üçün əsasdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

25. Cavabdehlər kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iş üzrə yekun qərar çıxarılması və ya işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus torpaq sahəsini zəbt etməmişlər. Belə ki, iddiaçı kimi onlar da, həmin torpaq sahəsini Soltan adlı şəxsdən almışlar və torpaq sahəsinin kənar nöqtələri ölçülərək onlara təhvil verilmişdir. Onlar da, çəpər çəkməklə torpaqlarını sərhədləmişlər. Yaranmış problemlər onların təqsirindən deyildir. İddiaçı mövcud vəziyyətə uyğun koordinat veriləcəyi təqdirdə mülkiyyətində olan torpaq sahəsinin 1.3 sot hissəsini itəcəyini deyir. Əgər torpağı itəcəksə əmlak komitəsinə müraciət edə bilər. Baş vermiş sürüşməyə görə onların heç bir təqsiri yoxdur. Onlara uzun illər öncə verilən torpaq sahəs ini istifadə edirlər. Əlavə heç kəsə aid sahəni zəbt etməmişlər. Torpağa dair plan və ölçü sənədindəki koordinatlar ilə faktiki vəziyyət arasında sürüşmə halının baş verməsi və bunun nəticəsi olaraq ekspert rəyində cavabdehlərin faktiki olaraq iddiaçıya məxsus torpaq sahəsinin müəyyən hissəsini istifadə etmiş olduğu qeyd edilməsi torpaq sahəsinin qanunsuz zəbt edilməsi kimi qiymətləndirilə bilməz. Belə ki, qeyd olunan halın baş verməsində cavabdehlərin hər hansı təqsirli hərəkəti müəyyən edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. İddiaçı kassasiya şikayətinə qarşı etiraz olunmamasını xahiş etmişdir. təqdim edərək, şikayətin təmin Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

28. Maddə 13, 1-ci hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunu lmazdır və dövlət tərəfindən müdafiə olunur.

29. Maddə

29. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülki Məcəllə

30. Maddə 140.Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir.Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

31. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Torpaq Məcəlləsi

32. Maddə 111, 1-ci bənd. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.

33. Maddə 111, 2-ci bənd. Özbaşına tutulmuş, zəbt olunmuş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətə gətirilməsi (orada olan binaların, tikililərin, qurğuların da sökülməsi daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. MPM

34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə ü çün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

37. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

38. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

39. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

41. Maddə 416.2. Apel lyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

42. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

43. Hazırkı kassasiya şikayəti ndə qətnamə cavabdehlər tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi hüquq normalarının və ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir.

45. Belə ki, hazırki mübahisə torpaq sahəsinin zəbti ilə bağlıdır. Hər iki tərəf mübahisələndirilən torpaq sahəsinin onların mülkiyyətində olmasını iddia edir. Belə ki, müvafiq olaraq iddiaçı və cavabdehlərin hüquqmüəyyənedici sənədlər əsasında əldə etdikləri to rpaq sahələri daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır və onların reyestr qeydlərinə etiraz edilməmiş və həmin qeydlər qüvvədədir.

46. Birinci instansiyası məhkəməsi işin həlli ilə bağlı məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş və iş üzrə qərarın 8-9-cu bəndində qeyd olunan məzmunda rəy alınmışdır. Birinci instansiya məhkəməsi həmin rəyə istinad edərək iddianı rədd etmiş, apellyasiya məhkəməsi isə rayon məhkəməsinin gəldiyi nəticə ilə razılaşmamış və yeni qətnamə qəbul edərək iddianı təmin etmişdir.

47. Lakin, mütəxəssis rəyinə əsaslanan 07 sentyabr 2022-ci il tarixli, 10/2789 saylı ekspert rəyində qeyd edilir ki, **********15 reyestr nömrəli çıxarış sənədinə əsasən İddiaçı, **********15 reyestr nömrəli çıxarış sənədinə əsasən Cavabdeh2 və **********15 reyestr nömrəli ç ıxarış sənədinə əsasən X2 məxsus torpaq sahələri sənəd üzrə bir-birinə bitişik şəkildə yerləşməklə qonşu sahələrdir. Qeyd olunan torpaq sahələrinin “Torpaq sahəsinin planı və ölçüsü” sənədindəki koordinatlar ilə faktiki vəziyyət arasında şimal-qərb istiqamətidə sürüşmə halı mövcuddur. Belə ki, iddiaçının adına tərtib olunmuş “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan koordinatlar daxilində yerləşən torpaq sahəsinin 0,01 hektaradək hissəsi cavabdeh X1 istifadəsində olan sahəyə, 0,0471 hektaradək hissəsi isə Cavabdeh2 faktiki istifadəsində olan sahəyə düşdüyü, eyni zamanda iddiaçının faktiki istifadəsində olan 0.1313 ha torpaq sahəsinin 417 kv.m hissəsinin ona məxsus “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən kənarda yerləşdiyi müəyyən edilmişdir. Cavabdeh X1 adına tərtib ol unmuş “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan koordinatları daxilində yerləşən torpaq sahəsinin 335 kv.m hissəsi digər qonşuların istifadəsində olan ərazilərə və ümumi istifadədə olan yol düşdüyü, Cavabdeh2 adına tərtib olunmuş “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan koordinatlar daxilində yerləşən torpaq sahəsinin 527 kv.m hissəsi digər qonşuların istifadəsində olan sahəyə düşdüyü müəyyən edilmişdir. İddiaçı və cavabdehlərin faktiki istifadəsində olan sahələri bir-birinə bitişik şəkildə yerləşməklə qonşu sahələr olduğu, X1 faktiki istifadəsində olan torpaq sahəsi mişar daşı və dəmir təbəqədən inşa edilmiş hasar vasitəsi ilə digər sahələrdən təcrid şəkildə ayrıldığı, Cavabdeh2 faktiki istifadəsində olan sahə ilə İddiaçı faktiki istifadəsində olan torpaq sa həsi dəmir dirəklər basdırılmaqla şərti olaraq ayrılmışdır.

48. Göründüyü kimi, mütəxəssis rəyi ilə cavabdehlərin mülkiyyətinə verilmiş torpaq sahəsinin bir hissəsinin iddiaçının mülkiyyəti kimi göstərilən torpaq sahəsi ilə üst-üstə düşməsi müəyyən edilmişdir. Qeyd edildiyi kimi işdə iştiraka cəlb edilmiş hər bir tərəfin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrinə qeydə alınmışdır. Apellyasiya instansiyası məhkəməsi faktiki olaraq zəbt olunmuş sahə kimi göstərdiyi torpaq hissələrinin cavabdehlərin adına mülkiyyət hüquq əsasında qeydiyyata alınması nəzərə almamış və ümumiyyətlə bununla bağlı hüquqi dəyərləndirmə aparmamışdır.

49. Halbuki, hazırki iddianın həlli üçün iddiaçının torpaq sahəsinin zəbt olubolmamasının, yəni cavabdehlərin mübahisəli torpaq sahəsindən istifadə və sahibl iyinin qanunsuz olub-olmamasının müəyyən edilməsi əhəmiyyət kəsb etdiyi halda, bu istiqamətdə araşdırma aparılmamış və apellyasiya məhkəməsi yuxarıda qeyd olunan halı nəzərə almadan iddianın təmin edilməsini qanuni hesab etmişdir.

50. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi MPM-in 101.7, 103.1, 218.1 və 392-ci maddələrinin tələblərini pozmuş və bu pozuntular iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.

51. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalı dır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

52. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın dey il. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi...

53. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir.

54. Belə ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, iddia ərizəsində və iddia ərizəsinə edilən etirazda olan dəlillərə müfəssəl hüquqi qiymət verməmişdir. Bu səbəbdən onun gəldiyi nəticə maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz.

55. Odur ki, qətnamə ləğv edilməl i və iş yeni apellyasiya baxışına göndərilməlidir.

56. İşə yenidən baxan məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, o cümlədən yuxarıda qeyd olunan məsələləri araşdırmalı, iş üzrə əlavə məhkəmə ekspertizasının keçirilməsi məsələsini tərəflərlə müzakirə etməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir.

57. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiy asının 07 fevral 2023-cü il tarixli, 2(106)220/2023 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar