Məhkəmə qərarları › İş №2(102)-2103/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2103/2019

05.04.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2103/2019 05.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı2, iddiaçının vəkili X2, cavabdehin vəkili Kərimov Fərhad Azad oğlunun iştirakı ilə, İddiaçı2 Cavabdeh1 və “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 13 sentyabr 2018-ci il tarixli qətnaməsindən cavabdeh “xxxx” ASC tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 08 sentyabr 2016-cı il tarixli qətnaməsi ilə (hakim B.Ələkbərov) İddiaçı2 Cavabdeh1 və “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı pul tələbinə dair iddiası təmin edilmiş, “xxxx” Açıq Səhmdar Cəmiyyətindən İddiaçı2 xeyrinə 462 432,2 manat pulun, habelə 30 manat dövlət rüsumunun əvəzinin tutulması, qalan hissədə iddianın təmin edilməməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 27 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə (sədrlik edən M.Məmmədov, hakimlər X.Mərdanova və X.Sarıyev) Binəqədi rayon Məhkəməsinin 08 sentyabr 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi MK-nın 20 iyun 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən İ.Xələfov, hakimlər Q.Allahverdiyev və Ə.Şadıyev) Bakı Apellyasiya Məhkəməsinin MK-nın 27 oktyabr 2017-ci il tarixli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 13 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən E.Həsənov, hakimlər V.Həsənov və İ.Vəliyev) Binəqədi rayon Məhkəməsinin 08 sentyabr 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ Cavabdeh “xxxx” ASC kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamış dır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 13 sentyabr 2018-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İşin mübahisə edilməyən hallarına görə Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül qəsəbəsi, 1999-cu məhəllədə yerləşən Ticarət Nazirliyinin Ticarət avadanlıqları İstehsalat kombinatının bazasında “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na, “Dövlət müəssisəsinin səhmdar cəmiyyətinə çevrilməsinin qaydaları haqqında Əsasnamə”yə və Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli Fərmanına əsasən Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi sədrinin 01 dekabr 1997-ci il tarixli sərəncamı ilə “Universal ev” açıq tipli səh mdar cəmiyyəti yaradılmışdır. Cavabdeh “xxxx” ASC “Universal ev” “ ATSC-nin hüquqi varisi olan “xxxx” ATSC-nin hüquqi varisidir. Eyni zamanda işin mübahisə edilməyən hallarına görə 2007-2009-cu illərdə “xxxx” ASC-nin təsisçisi İddiaçı2 ASC-nin yerləşdiyi torpaq sahəsində olan tikililərin bir qismini sökərək onların yerində yeni tikililər inşa etmişdir. İddiaçı bildirir ki, Cəmiyyətin balansında olan tikililərin çoxu köhnə olmaqla təyinatları üzrə istifadəyə yaramadıqlarından və onların təmir edilməsinə Cəmiyyətin vəsaiti olmadığından Cəmiyyətin rəhbərliyinin təklifi ilə, xüsusilə Cavabdeh1 təkidi ilə özünün vəsaiti hesabına 268 kv.metr ərazisi olan şüşə sexini, 448 kv.metr ərazisi olan montaj sexini və 335 kv.metr ərazisi olan ofis binasını demək olar ki, söküb yenidən tikmişdir, bundan əl avə 168 kv.metr ərazisi olan anbarı, ərazisi 127 kv.metr olan yeməkxananı, ərazisi 23 kv.metr olan sanuzeli, ərazisi 147 kv.metr olan dəmir sexini, ərazisi 12 kv.metr olan gözətçi otağını yenidən tikmişdir, Cəmiyətin 240 kv.metr ərazisinə metlax döşətdirmişdir. Cəmiyyətin 23 yanvar 2013-cü il tarixdə keçirilmiş ümumi yığıncağında görülən işlər audit tərəfindən qiymətləndirilmiş, müəssisənin tərkibinə daxil edilmiş və əmlak vergisinin ödənilməsi qərara alınmışdır. “xxxx” MMC tərəfindən işin bazar dəyərinin 1.223,050 manat olması müəyyən edilmişdir. Cəmiyyət həmin işləri 462432,2 manat qalıq dəyəri ilə balansa qəbul etmişdir. “xxxx” ASC bu işlərə görə ona olan borcu etiraf etsə də vəsaitinin olmamasını bildirməklə, Cavabdeh1 isə Cəmiyyətin ona satılmamasını səbəb göstərməklə görülən işlərin dəyərini ödəməkdən imtina etmişdir. Cavabdeh bildirir ki, tikinti işlərinin aparılması və dəyərinin ödənilməsi ilə bağlı bağlı iddiaçı ilə hər hansı bir razılaşması olmamışdır. İnşa edilən tikililəri qiymətləndirən “xxxx ” MMC-nin qiymətləndirilmə hesabatı standartlara uyğun olmamışdır. Bundan başqa ASCnin adından iddianı etiraf edən nümayəndə X belə bir səlahiyyətə malik olmamışdır. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməklə apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmalıdır. Çünki apellyasiya instansiyası məhkəməsini n qətnaməsi qanuni və əsaslı olmamaqla bərabər işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. Azərbaycan Respublikasının MPM-nin 217.1-ci məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.3-cü qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı verdiyi tələbi onunla əsaslandırmışdır ki, gördüyü işlərə görə əvvəlcədən ASC-nin o zamanki rəhbərliyi ilə və Vüqar Abdıyev adlı şəxslə tapşırıq müqaviləsi bağlamış, müqavilə üzrə öz vəsaiti hesabına tikililəri inşa etmiş, lakin gördüyü işlərin dəyəri tapşırıq müqaviləsi bağladığl şəxslər tərəfindən ödənilməmişdir.. İş üzrə cavabdehlərdən “xxxx” ASC iddiaçı ilə tikinti işlərinin aparılm ası ilə bağlı hər hansı bir razılaşma bağlamadığını göstərir. Digər cavabdeh X1in işə məhkəmə baxışlarında iştirakı təmin edilmədiyindən onun verilmiş tələbə münasibəti aydın deyildir. Həmçinin nəzərə alınmalıdır ki, bu halın sübut edilməsi yükünü daşıyan iddiaçı onunla cavabdehlər arasında tapşırıq müqaviləsinin bağlanmasına dair hər hansı bir yazılı sübut əlavə etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bununla yanaşı tərəflər işə baxan apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, ar asında tapşırıq müqaviləsinin bağlanması təsdiq olunduğu halda üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməməsinə görə yalnız “xxxx” ASC deyil, eyni zamanda X1də daşıyır. Eyni zamanda qeyd edilməlidir ki, X1in “xxxx” ASC-nin səhmlərinin əldə edə bilməməsi halı onu tapşırıq müqaviləsi üzrə üzərinə götürdüyü mülki məsuliyyətdən azad edə bilməz. Bundan başqa məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, tərəflər arasında tapşırıq müqaviləsinin bağlanması təsdiq edildiyi halda tikililərə çəkilmiş xərclə bağlı mübahisə olduğu və çəkilmiş xərclələ bağlı məhkəmə qaydasında ekspertiza təyin edilmədiyi üçün iddiaçı tərəfindən inşa edilmiş tikililərə çəkilmiş xərcin məbləğinin müəyyən edilməsi üçün ekspertiza təyin edilməli olduğu halda işə baxan məhkəmər tərəfindən iş üzrə ekspertiza təyin ed ilməmiş, eyni zamanda tikilələrə çəkdiyi xərclərdən əlavə iddiaçının hansı əsasla 18% ƏDV tələb etməsinə hüquqi qiymət verilməmişdir. Göstərilənlərlə yanaşı qeyd edilməlidir ki, işə ikinci apellyasiya baxışında baxan məhkəmə kollegiyası səhmdar cəmiyyəti olan cavabdehlərdən “xxxx” ASC-yə münasibətdə mübahisəyə düzgün hüquqi qiymət verilməsi üçün Mülki Məcəllənin 107.1-ci, 107.1.1-ci, 103.1-ci, 98.2-ci maddələrinin dispozitiv şərtlərinin nəzərə alınmalı olması barədə kassasiya instansiyası məhkəməsinin göstərişlərini nəzərə almamışdır. Eyni zamanda iş materiallarından görünür ki, kassator səhmdar cəmiyyətinin 23.01.2013-cü il tarixli ümumi yığıncağının keçirilməsini mübahisələndirdiyinə görə işin düzgün həlli üçün zəruri olmasına baxmayaraq apellyasiya instansiyası məhkəməsi “xxxx” ASC-nin 23 yanvar 2013-cü il tarixli iclasının keçirilib-keçirilmədiyini müəyyən etmək üçün həmin iclasda iştirak edən səhmdarların şahid qismində dindirilməsini tərəflərə təklif etməmiş, iclasda iştirak edən səhmdarların qərar qəbul etmək üçün lazımi miqdarda səsə malik olub-olmamasını araşdırmamış, eyni zamanda X1a qarşı tələbin rədd edilməsini əsaslandırmamışdır. Göstərilən hallarla yanaşı nəzərə alınmalıdır ki, “digər prosessual hərəkətləri həyata keçirmək” səlahiyyəti verildiyi üçün “xxxx” səhmdar cəmiyyətinin nümayəndəsinin iddianı etiraf etmək səlahiyyətinə malik olması barədə apellyasiya instansiyası məhkəməsinin hüquqi qiymətləndirilməsi MPM-nin 74-cü maddəsinin göstərişlərinə uyğun deyildir. Çünki MPM-nin 74.2-ci maddəsi ilə qanunverici yalnız etibarnamədə xüsusi göstərildiyi halda nümay əndəyə təmsil etdiyi şəxsin adından bəzi səlahiyyətlərdən, o cümlədən iddianın etiraf edilməsi səlahiyyətindən istifadə etmək imkanını verir. Beləliklə işin göstərinlən halları onu təsbit edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır. Azərbaycan Respublikasının MPM-nin 418.1-ci maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh “xxxx” ASC-nin kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 13 sentyabr 2018-ci il tarixli qətnaməsi ləğv ed ilsin. İş yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar