Məhkəmə qərarları › İş №2(102)-2103/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2103/2022

17.05.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2103/2022 17.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X18, Cavabdeh3nə, Cavabdeh4 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Binəqədi rayon İcra və Probasiya şöbəsi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə) iddiası və birləşdirilmiş iş üzrə iddiaçı X15 cavabdehlər Cavabdeh2, Cavabdeh1 və İddiaçı qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, əmlak üzərində pay hüququnun müəyyən edilməsi, mənzildən çıxarılma tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X18, Cavabdeh3 MMC-yə, Cavabdeh4 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Binəqədi rayon İcra və Probasiya şöbəsi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə) qarşı “müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, əmlak üzərində pay hüququnun müəyyən edilməsi və sair tələbinə dair” iddiası və birləşdirilmiş iş üzrə iddiaçı X15 cavabdehlər Cavabdeh2, Cavabdeh1 və İddiaçı qarşı mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8080/2021 nömrəli, 16 noyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı və cavabdehlər Cavabde h1 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə 17 may 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh1 və İddiaçı xx.xx.2010-cu il tarixdə evlənmiş, həmin nikahdan 25 oktyabr 2012-ci il tarixdə M, 23 iyun 2014-cü il tarixdə Mədinə və 02 sentyabr 2018-ci il tarixdə 111üç uşaqları doğulmuşdur. Tərəflərin nikahları Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(011)-926 saylı qətnaməsilə pozulmuşdur. Sonradan tərəflər barışaraq 21 aprel 2016-cı ildə yenidən nikaha daxil olmuşlar. Lakin sonradan münasibətləri pisləşmiş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 sentyabr 2020-ci il tarixli, 2(011)-906/2020 saylı qətnaməsi il tərəflərin arasında bağlanmış 21 aprel 2016-cı il t arixli nikah pozulmuş, tərəflərin birgə nikahından doğulmuş uşaqların anaları İddiaçı yanında qalmaları və onların saxlanması üçün cəmi 510 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir.

2. Cavabdeh1 adına 14 dekabr 2013-cü il tarixdə alğı-satqı müqaviləsi əsasında “KİA Sportage” markalı, **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyata alınmış, 23 sentyabr 2016-cı il tarixdə qeyd olunan avtomobil alğı-satqı müqaviləsi əsasında onun adından qeydiyyatdan çıxarılaraq özgəninkiləşdirilmişdir.

3. Cavabdeh1 Cavabdeh3 MMC ilə 09 sentyabr 2013-cü il tarixdə 47b və 67b saylı mənzil tikintisinə və satışına dair müqavilələr bağlayaraq, ünvan 1 ünvanda İ giriş 12-ci mərtəbədə yerləşən ümumi sahəsi 101 kv.m olan 2 otaqlı mənzili 60 600 ABŞ dollarına, həmin mərtəbədə yerləşən ümu mi sahəsi 97 kv.m olan 2 otaqlı mənzili 75 660 ABŞ dollarına almış, mənzillərin pulunu tam ödəmişdir.

4. Cavabdeh1 21 dekabr 2012-ci il tarixdə Cavabdeh3 MMC-ə ərizə yazaraq, ünvan 2 ünvanında İ giriş, 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 97 kv.m olan 46 saylı mənzilə və ümumi sahəsi 101 kv.m olan 47 saylı mənzilə dair onunla bağlanmış müqavilələrin ləğv edilməsini və ödənilmiş məbləğin ona qaytarılmadan həmin mənzillərin anası Cavabdeh2 adına rəsmiləşdirilməsini xahiş etmişdir. Həmin ərizə əsasında Cavabdeh3 MMC-nin 21 dekabr 2015-ci il tarixli iclasında sözügedən mənzillərə dair Cavabdeh1 ilə bağlanmış 09 sentyabr 2013-cü il tarixli müqavilələr ləğv edilmiş, Cavabdeh1 tərəfindən ödənilmiş məbləğin anası Cavabdeh2 adına keçirilməsi qərara alınmışdır.

5. Bundan sonra Cavabdeh2 ilə Cava bdeh3 MMC arasında 21 dekabr 2015-ci il tarixdə Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, 4 saylı ünvanda İ giriş 12-ci mərtəbədə yerləşən ümumi sahəsi 101 kv.m olan 2 otaqlı mənzilin 47571 manata, 97 kv.m olan 2 otaqlı mənzilin 59393 manata Cavabdeh2 tərəfindən alınması barədə mənzil tikintisinə və satışına dair müqavilələr bağlanmışdır.

6. Cavabdeh2 qeyd olunan mənzillərə mülkiyyət hüququnu rəsmiləşdirmiş və 07 avqust 2020-ci il tarixdə X16 bağladığı AN-İ seriyalı ******* nömrəli alğı-satqı müqaviləsi ilə Nərimanov rayonu, Qədirbəyova küçəsi, məhəllə 841-842, ev 5, mənzil 51 (yeni qaydalarla: AZ1008, ünvan 3 ünvanında yerləşən mənzili 130000 manata, AN-İ seriyalı ******* nömrəli alğı-satqı müqaviləsi ilə Nərimanov rayonu, Qədirbəyova küçəsi, məhəllə 841-842, ev 5, mənzil 52 (yeni qaydalarl a: AZ1008, ünvan 11 ünvanında yerləşən mənzili 135000 manata X20 satmışdır.

7. X19 Nərimanov rayonu, Qədirbəyova küçəsi, məhəllə 841-842, ev 5, mənzil 51-ə (yeni qaydalarla: AZ1008, ünvan 3 xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 07 avqust 2020-ci il tarixdə, Nərimanov rayonu, Qədirbəyova küçəsi, məhəllə 841-842, ev 5, mənzil 52-yə (yeni qaydalarla: AZ1008, ünvan 11 xüsusi mülkiyyət hüququ 11 avqust 2020-ci il tarixdə qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X18, Cavabdeh3 MMC-ə, Cavabdeh4 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Binəqədi rayon İcra və Probasiya şöbəsi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə) qarşı iddia ərizəsi və daha sonra iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək: 1. ünvan 5 ünvanda İ giriş 12-cı mərtəbədə yerləşən ümumi sahəsi 97 kv.m olan 46 saylı mənzilə dair Cavabdeh2 ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi;

2. Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, məhəllə 841-842, 5 saylı evin 51 saylı mənzilinə (yeni qaydalarla Bakı şəhəri, Nərimanov rayonu, Gülarə Qədırbəyova küçəsi. 8, M12, mənzil 1) dair X2 ilə X21 arasında bağlanmış xx.xx.2020-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin məbzilə X15 adına həmin mənzilə dair verilmiş dövlət reyestrindən çıxarışın l əğv edilməsi;

4. Bakı şəhəri, Nərimanov rayonu, Qədirbəyova küçəsi, məhəllə 841-842, 5 saylı evin 51 saylı mənzilində (yeni qaydalarla Bakı şəhəri, Nərimanov rayonu, Gülarə Qədırbəyova küçəsi. 8, M12, mənzil 1) 2/3 hissədə İddiaçı, 1/3 hissədə isə Cavabdeh1 paylarının müəyyən edilməsi; 5. ünvan 5 ünvanda İ giriş 12-cı mərtəbədə yerləşən ümumi sahəsi 101 kv.m olan 47 saylı mənzilə dair Cavabdeh2 ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi;

6. Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, məhəllə 841-842, 5 saylı evin 52 saylı mənzilinə (yeni qaydalarla Bakı şəhəri, Nərimanov rayonu, Gülarə Qədırbəyova küçəsi. 8, M12, mənzil 2) dair Cavabdeh2 ilə X21 arasında bağlanmış xx.xx.2020-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi X15 adına həmin mənzilə dair verilmiş dövlət reyestrindən çıxarışın ləğv edilməsi, həmin mənzilin 2/3 hissədə iddiaçı Cavabdeh1nın, 1/3 hissədə isə Cavabdeh1 paylarının müəyyən edilməsi; 7.“KİA Sportage” markalı **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair Cavabdeh1 ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2016-cı il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin avtomobildə 2/3 hissədə İddiaçı, 1/3 hissədə isə Cavabdeh1 paylarının müəyyən edilməsi;

8. Məhkəmə qətnamələrinə əsasən Cavabdeh3 MMC-dən X4 xeyrinə tutulmuş və hazırki vaxtadək ödənilməmiş 142320 (yüz qırx iki min üç yüz iyirmi) manat məbləğində pulda 2/3 hissədə İddiaçı, 1/3 hissədə isə Cavabdeh1 paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını, cavabdehlər Cavabdeh3 MMC-nin direktoru İmda d İİİabdeh1 hərəkətlərində cinayət əlamətləri aşkar olunduğundan bu barədə xususi qərardad çıxarılmaqla Azərbaycan Respublikası Baş Prokurorluğuna məlumat verilməsini xahiş etmişdir.

9. X.Haqverdiyevanın iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1lə nikahda olduğu müddətdə bir sıra daşınar və daşınmaz əmlak əldə edilmişdir. Lakin cavabdeh ona olan etibardan sui-istifadə edərək bütün əmlakları öz yaxın qohumlarının adına keçirmişdir. Birgə nikah dövründə əldə etdikləri əmlaklardan yalnız hazırda yaşadığı ünvan 6 ünvanda yerləşən "Svit Haus” MMC tərəfindən inşa olunmuş yaşayış binasının İ girişində 46 saylı və 47 saylı mənzillər Cavabdeh1 adına olmuşdur. Belə ki, Cavabdeh3 MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli mənzil tikintisinə və satışına dair müqaviləyə əs asən ünvan 1 ünvanda İ giriş 12-ci mərtəbədə yerləşən ümumi sahəsi 97 kv.m olan 46 saylı və 101 kv.m olan 47 saylı mənzillər Cavabdeh1 məxsus olmuşdur. Lakin iddiaçı nikahın pozulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra Cavabdeh1 digər Cavabdeh3 MMC-nın direktoru İmdad Dursunovla cinayət əlaqəsinə girərək, həmin mənzilləri onun razılığı olmadan digər cavabdeh olan anası Cavabdeh2 adına keçirmişdir. Cavabdeh2 ilə Cavabdeh3 MMC arasında bağlanmış xx.xx.2015-cı il tarixli, əslində 2020-ci ilin yanvar ayında imzalanaraq möhürlənmiş mənzil tikintisinə və satışına dair müqavilələrdən görünür ki, ünvan 1 ünvanda İ giriş 12-ci mərtəbədə yerləşən ümumi sahəsi 97 kv.m olan 46 saylı və 101 kv.m olan 47 saylı mənzillər sifarişçi Cavabdeh3 MMC tərəfindən Cavabdeh2 satılmışdır. xx.xx.2015-ci il tarixli, əslində 2020-ci ilin yanvar ayında imzalanaraq möhürlənmiş maliyyə arayışları da bunu təsdiq edir. Həmin mənzillər xx.xx.2013-cü il tarixdə Cavabdeh1lə nikah dövründə Cavabdeh1 adına alınmışdır. Tarixi saxtalaşdırılaraq xx.xx.2015-ci il kimi qeyd edilən müqavilələrdə Cavabdeh3 MMC-nin direktoru İmdad İİİlərin qiymətini köhnə qiymətlə qeyd etmişdir. Halbuki, mübahisəli mənzil 2015-ci ildə alınmış olsaydı, onların qiyməti ən azı 200.000-300.000 manat arası qeyd edilməli idi. Bu müqavilələrin və maliyyə arayışlarının tarixi xx.xx.2015-ci il qeyd edilsə də, əslində həmin müqavilələr X3 ilə Cavabdeh3 MMC arasında, iddiaçı məhkəməyə müraciət edəndən sonra, təxminən 2020-ci ilin yanvar ayında imzalanmışdır. Bununla əlaqədar olaraq ekspertiza keçirilərsə, o zaman həmin im zaların 5 il əvvəl, yoxsa təzəlikcə icra olunması üzə çıxacaqdır. İddiaçı həmin müqavilələr barədə xx.xx.2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsində keçirilmiş məhkəmə iclasında xəbər tutmuşdur. Belə ki, həmin iclasda Cavabdeh1 Xətai Rayon Məhkəməsinin 2(011)-2247/2020 saylı xx.xx.2020-ci ıl tarixli qərardadından verilmiş şikayətə baxılaraq şikayət təmin edilmiş və ünvan 1 ünvanda yerləşən Cavabdeh3 MMC tərəfindən inşa olunmuş yaşayış binasının İ girişində 46 saylı və 47 saylı mənzillərin üzərinə qoyulmuş həbs götürülmüşdür. Həbsin götürülməsinin əsas səbəbi isə mübahisəli mənzillərin Cavabdeh1 adına deyil, onun anası Cavabdeh2 adına olması göstərilmişdir. Bundan sonra o, mübahisəli mənzillərə dair qayınanası Cavabdeh2 ilə Cavabdeh3 MMC arasında guya xx.xx.2015-ci il tarixli müqavilə bağlandığını bilmişdir. Bundan başqa Cavabdeh1 ilə birgə nikahda olduqları zaman “KİA Sportage” markalı, **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobil də alınmışdır. Belə ki, Cavabdeh1 adına 14 dekabr 2013-cü il tarixdə alğı-satqı müqaviləsi əsasında “KİA Sportage” markalı, **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyata alınmış, 23 sentyabr 2016-cı il tarixdə qeyd olunan avtomobil alğı-satqı müqaviləsi əsasında onun adından qeydiyyatdan çıxarılaraq özgəninkiləşdirilmişdir. Həmin avtomobil cavabdehin arvadı kimi onun razılığı olmadan başqa şəxsə satılmışdır. BDYPİ-nin cavab məktubundan sonra qeyd edilən avtomobilin başqa şəxsə satıldığını bilmişdir. Qeyd edilənlərdən əlavə Cavabdeh1lə nikahda olduqları dövrdə, yəni 12 yanvar 2012-ci il tarixdə ünvan 7 ünvanda ümumi sahəsi 203 kv.m o lan 4 otaqlı mənzil alınmışdır. Həmin mənzilə dair XXXilə Cavabdeh3 MMC arasında məhkəmə çəkişmələri olmuşdur. Belə ki, Binəqədi Rayon Məhkəməsinin 24 yanvar 2018-ci il tarixli 2(001)-470/2018 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək Cavabdeh3 MMC ilə Cavabdeh1 arasında bağlanmış 12 yanvar 2012-ci il tarixli 103 saylı müqavilə əsasında ünvan 7 ünvanda tikiləcək yüksək mərtəbəli yaşayış binasının 4-cü giriş, 14-cü mərtəbəsində yerləşən ümumi sahəsi 203 kv.m olan 4 otaqlı mənzilə görə ödənilmiş 94 880 manatın Cavabdeh3 MMC-dən alınıb iddiaçılara ödənilməsi, iddianın qalan hissədə, yəni əldən çıxmış faydanın tutulması və mənəvi ziyanın tutulması hissəsində rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4397/2018 saylı 16 may 2018-ci il tarixli qətnaməsinə əsa sən iddiaçıların apellyasiya şikayəti qismən təmin edilərək, Binəqədi Rayon Məhkəməsinin 24 yanvar 2018-ci il tarixli qətnaməsi əldən çıxmış faydanın təmin olunmayan hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilməsi, Cavabdeh3 MMC-dən Cavabdeh1 xeyrinə 47 440 manat əldən çıxmış faydanın tutulması qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilməmiş və həmin qətnamə icra olunması üçün 6 avqust 2018-ci il tarixdə Binəqədi Rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Göründüyü kimi borclu Cavabdeh3 MMC tərəfindən tələbkar Cavabdeh1 ünvan 7 ünvanda yerləşən ümumi sahəsi 203 kv.m olan 4 otaqlı mənzilə görə 94 880 manat və əldən çıxmış fayda 47 440 manat, cəmi 142 320 manat məbləği ndə pul ödənilməlidir. Binəqədi Rayon İcra Şöbəsinin 08 iyun 2020-ci il tarixli məktubundan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4397/2018 saylı 06 avqust 2018-ci il tarixli icra sənədi üzrə icraata 24 avqust 2018-ci il tarixdə başlanılmış və borcluya tələbin icrası barədə bildirişin göndərilməsinə baxmayaraq, tələb bu günədək icra edilməmişdir. ünvan 1 ünvanda İ giriş 12-ci mərtəbədə ümumi sahəsi 97 kv.m olan 46 saylı və 101 kv.m olan 47 saylı mənzillər, “KİA Sportage” markalı **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobil və borclu Cavabdeh3 MMC tərəfindən tələbkar Cavabdeh1 ünvan 7 ünvanda yerləşən ümumi sahəsi 203 kv.m olan 4 otaqlı mənzilə görə ödəyəcəyi 142320 manat məbləğində pul Cavabdeh1 ilə onun birgə nikah dövründə olduqları zaman əldə edilmişdir.

10. X21 cavabdehlər Cavabdeh2, Cavabdeh1 və İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və İddiaçı ona məxsus ünvan 8 ünvandakı yaşayış sahəsindən məcburi qaydada çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. X21 iddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 9 ünvandakı mənzillər 7 avqust 2020-ci il tarixli ********** saylı çıxarış əsasında birləşdirilmiş iddiaçının mülkiyyətindədir. Cavabdehlərin ona məxsus mənzildən çıxmaları barədə xəbərdarlıq etməsinə baxmayaraq, bu günə kimi hələ də mənzilləri tərk etməmişlər. Bu səbəbdən qanunvericiliyin ona verdiyi hüquqdan istifadə edərək məhkəməyə müraciət etmək məcburiyyətindədir.

12. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə iddia tələbləri bir icraatda birləşdirilmişdir.

13. Bakı şəhəri Nər imanov Rayon Məhkəməsinin (005)-231/2021 saylı, 26 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakim V.Quliyev) İddiaçı iddia tələbi qismən təmin edilərək, ünvan 1 ünvanda İ giriş 12-ci mərtəbədə yerləşən ümumi sahəsi 97 kv.m olan mənzilə və həmin ünvanda 101 kv.m sahəsi olan 47 saylı mənzilə dair Cavabdeh2 ilə Cavabdeh3 MMC arasında bağlanmış mənzil tikintisinə və satışına dair xx.xx.2015-ci il tarixli müqavilələr; Bakı şəhəri, Nərimanov rayonu, Qədirbəyova küçəsi, məhəllə 841-842, 5 saylı evin 51 saylı (yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi 8, m 12, m1) və 52 saylı (yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi 8, m 12, m2) mənzilinə dair Cavabdeh2 ilə X21 arasında bağlanmış xx.xx.2020-ci il tarixli ******* nömrəli və ******* nömrəli alğ ı-satqı müqavilələri etibarsız hesab edilmiş; X15 adına Bakı şəhəri, Nərimanov rayonu, Qədirbəyova küçəsi, məhəllə 841-842, 5 saylı evin 51 saylı (Yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi 8,, m 12, m1) mənzilinə dair ********** qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci il tarixdə verilmiş hüquqların dövlət reyestrindən çıxarış və Bakı şəhəri, Nərimanov rayonu, Qədirbəyova küçəsi, məhəllə 841-842, 5 saylı evin 52 saylı (yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi 8, m 12, m 2) mənzilinə dair ********** qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci il tarixdə verilmiş hüquqların dövlət reyestrindən çıxarış ləğv edilmiş; Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, məhəllə, 841-842, 5 saylı evin 51 saylı və 52 saylı mənzillərində (yeni qaydalarla Bakı şəhəri, Nərimanov rayonu, Gülarə Qədirbəyova küçəsi, 8 M12, mənzil 1 və mənzil 2) və Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 4397/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən X5 Cavabdeh3 MMC tərəfindən ödənilməli olan ümumi məbləğin, yəni 142320 manatın (mənzilə görə ödənilmiş 94880 manat, əldən çıxmış faydaya görə 47440 manat) 80.661 manatı məbləğinə pulda ½ hissədə İddiaçı İrizvan qızının, ½ hissədə isə Cavabdeh1 payları müəyyən edilmiş; İddiaçı iddia tələbi qalan hissədə təmin edilməmiş, X15 iddiası cavabdehlər X1, X6, X7 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddiası təmin edilməmişdir.

14. Birinci instansiyası məhkəməsi işin mahiyyəti üzrə həlli üçün əhəmiyyəti olan hallar kimi müəyyən etmişdir ki, ilkin iddia üzrə İddiaçı ilə Cavabdeh1 xx.xx.2010-cu il tarixdə nika ha daxil olmuş, xx.xx.2016-cı il tarixdə aralarında olan nikah Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(011)- 926 saylı qətnaməsilə pozulmuşdur. Tərəflər yenidən 21 aprel 2016-cı ildə təkrar nikaha daxil olmuş və xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(011)-906 saylı qətnaməsilə nikahları pozulmuşdur. Cavabdeh1 adına 14 dekabr 2013-cü il tarixdə alğı-satqı müqaviləsi əsasında “KİA Sportage” markalı, **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyata alınsa da 23 sentyabr 2016-cı il tarixdə qeyd olunan avtomobil alğı-satqı müqaviləsi əsasında onun adından qeydiyyatdan çıxarılaraq özgəninkiləşdirilmişdir. Bundan başqa xx.xx.2008-ci ildə Cavabdeh1 ona məxsus olan Bakı şəhəri, Xətai rayonu, Gen. Şıxlınski küçəsi, ev 4 0, mənzil 14-də yerləşən mənzili 61659 manata X12 alğı-satqı müqaviləsinə əsasən satmış, daha sonra iddiaçı Hakverdiyev Xumar ilə birgə nikah dövründə Cavabdeh1 Cavabdeh3 MMC-dən ünvan 7 ünvanda tikiləcək yüksək mərtəbəli yaşayış binasının 4-cü giriş, 14-cü mərtəbəsində yerləşən ümumi sahəsi 203 m² metr olan 4 otaqlı mənzilin alınmasına görə 12 yanvar 2012-ci il tarixli 103 saylı müqavilə əsasında 94 880 manatı Cavabdeh3 MMC-nə ödəmiş, lakin Cavabdeh3 MMC öhdəliyi yerinə yetirmədiyindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 yanvar 2018-ci il tarixli 2(001)- 470/2018 saylı qətnaməsi və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4397/2018 saylı 16 may 2018- ci il tarixli qətnaməsi əsasında mənzilə görə ödənilmiş 94 880 manatın, əldən çıxmış faydaya görə isə 47 440 manatın Cavabdeh3 MMC-dən alınıb XXXYYY ödənilməsi müəyyən edilərək həmin mülki işlə bağlı qətnamə icraya yönəldilmişdir. Binəqədi Rayon İcra və Probasiya Şöbəsinin 08 iyun 2020-ci il tarixli məktubundan Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 4397/2018 saylı 06 avqust 2018-ci il tarixli icra sənədi üzrə icraata 24 avqust 2018-ci il tarixdə başlanılmış və borcluya tələbin icrası barədə bildirişin göndərilməsinə baxmayaraq, mənzilə görə ödənilmiş 94 880 manatın, əldən çıxmış faydaya görə isə 47 440 manatın Cavabdeh3 MMC-dən alınıb XXXYYY ödənilməmiş, 18 fevral 2021-ci il tarixli xx/xx-174157-18/12 nömrəli məktubu ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4397/2018 saylı 06 avqust 2018-ci il tarixli icra sənədi üzrə Cavabdeh3 MMC tərəfindən Cavabdeh1 94 886 manat məbləğində pul vəsaiti ödənildiyi müəyyən edilmişdir. Bu məbləğin 14 dekabr 2018-ci il tarixdə ödənildiyini Cavabdeh1 onun nümayəndəsi və vəkili məhkəmə iclasında Cavabdeh3 MMC tərəfindən qəbul edildiyini təsdiq etmişdir. Daha sonra Cavabdeh1 iddiaçı ilə birgə nikahda olduqları dövrdə Cavabdeh3 MMC ilə 09 sentyabr 2013-cü il tarixdə bağlanmış 47b saylı Mənzil Tikintisinə və Satışına dair müqavilə ilə ünvan 1 ünvanda İ giriş 12-ci mərtəbədə yerləşən ümumi sahəsi 101 m² olan 2 otaqlı mənzili 60 600 ABŞ dollarına Cavabdeh3 MMC-dən almış və və pulu həmin müqavilənin bağlanması ilə tam ödəmiş, bu barədə maliyyə arayışı almışdır. Eyni zamanda Cavabdeh1 Cavabdeh3 MMC arasında 09 sentyabr 2013-cü il tarixdə bağlanmış 67b saylı Mənzil Tikintisinə və Satışına dair müqavilə ilə Cavabdeh1 ünvan 1 ünvanda İ giriş 12-ci mərtəbədə yerləşən ümumi sahəsi 97 m² o lan 2 otaqlı mənzilə görə 75 660 ABŞ dollarını tam ödəmiş və Cavabdeh3 MMC-dən ikinci mənzili də almışdır. Cavabdeh1 ilkin iddia üzrə İddiaçı razılığı olmadan 21 dekabr 2012-ci il tarixli ərizə ilə Cavabdeh3 MMC-nə müraciət edərək ünvan 2 ünvanında İ giriş, 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 97 m² olan 46 saylı mənzilə və ünvan 1 ünvanda İ giriş 12-ci mərtəbədə yerləşən ümumi sahəsi 101 m² olan 47 saylı mənzilə dair onunla bağlanmış müqavilənin ləğv edilməsi və ödənilmiş məbləğ ona qaytarılmadan həmin mənzillərin anası Cavabdeh2 adına rəsmiləşdirilməsini xahiş etmiş, Cavabdeh3 MMC həmin ərizəyə əsasən MMC-nin 21 dekabr 2015-ci il tarixli müqaviləsi əsasında qeyd edilən mənzilləri 21 dekabr 2015-ci il tarixli alğı-satqı müqaviləsi ilə Cavabdeh2 adına rəsmiləşdirmişdir. Daha sonra iddi anı təmin etmə tədbirinə dair ərizəyə əsasən Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(005)-2641 saylı qərardadı ilə həmin mənzillərin özgəninkiləşdirilməsinin qadağan olunmasına, 05 avqust 2020-ci il tarixdə məhkəmənin hazırlıq iclasında cavabdehlər Cavabdeh2 nümayəndəsi X17 və digər Cavabdeh1 iştirak edərək bu barədə məlumatlı olmasına baxmayaraq 07 avqust 2020-ci il tarixdə bağlanmış AN-İ seriyalı ******* nömrəli və AN-İ seriyalı ******* nömrəli alğı-satqı müqavilələrinə əsasən Cavabdeh2 həmin mənzilləri Cavabdeh5 satmışdır.

15. Məhkəmə gəldiyi nəticəni aşağıdakı kimi əsaslandırmışdır: «Məhkəmələr ərarvadın ümumi əmlakdakı paylarının bölünməsi tələbinə dair iddialara baxarkən müvafiq tərəfin ümumi əmlakla bağlı hüquqlarının pozulduğunu bildiyi və ya bilməli oldu ğu günü müəyyən etmək üçün işin konkret hallarını ətraflı araşdıraraq müvafiq nəticəyə gəlməlidir.

16. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 iyun 2020-ci il tarixli, 2(103)-4263/20 saylı qərardadından görünür ki, ilkin İddiaçı ilk əvvəl “X8 və Cavabdeh3 MMC-nə qarşı mənzil üzərində payların müəyyən edilməsi” tələbilə müraciət etmiş, həmin mülki iş üzrə Cavabdeh1 mənzilin onun anası Cavabdeh2 satılmasını bildirərək həmin iş üzrə qərardaddan şikayət vermişdir. Bundan sonra İddiaçı 21 iyul 2020-ci il tarixdə Cavabdeh2 ilə Cavabdeh3 MMC ilə aralarında bağlanmış müqavilənin etibarsız hesab edilməsi tələbilə hazırki iş üzrə məhkəməyə müraciət etmişdir. Məhkəmənin qənaətinə görə bu hal İddiaçı iddia etdiyi müqavilələr barədə sonradan, adıçəkilən məhkəmə aktından sonra məlumatlı olmasını istisna etmir. O da qeyd edilməlidir ki, Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda adıçəkilən qərardakı hüquqi mövqeyinə görə ərarvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir (Ailə Məcəlləsinin 36.1 və 36.3-cü maddələri). Həmin Qərardan da aydın olur ki, tərəflərdən birinin tələbi ilə nikah pozulduqdan sonra da ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olun ması məhkəmə qaydasında həyata keçirilir.

17. Birinci dəfə nikahın pozulması ilə yenidən nikaha daxil olması arasında (xx.xx.2016-cı il tarixdən 21 aprel 2016-cı il tarixədək olması) olan fərqin qısa zaman kəsiyində olmasını, həmin dövrdə faktiki olaraq münasibətlərin davam etdirilməsini, onların nikah münasibətlərinin xx.xx.2020-ci il tarixdən pozulmasını, habelə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 02 iyun 2020-ci il tarixli 2(103)-4263/20 saylı qərardadında müəyyən edilmiş halllardan sonra İddiaçı iddia etdiyi müqavilələr barədə sonradan məlumatlı olmasını nəzərə alaraq məhkəmə, iddia müddətinin tətbiqinin rədd edilməsi qənaətinə gəlir.

18. İşin mübahisəsi halı ondan ibarətdir ki, mübahisə edilən Cavabdeh1 ilə Cavabdeh3 MMC arasında xx.xx.2013-cü il tarixdə bağlanmış 101 k v.m olan 2 otaqlı mənzilə görə və 97 kv.m olan 2 otaqlı mənzilə görə bağlanmış müqavilələrdə göstərilən mənzillərlə X15 adına Bakı şəhəri, Nərimanov rayonu, Qədirbəyova küçəsi, məhəllə 841842, 5 saylı evin 51 saylı (Yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi 8,, m 12, m1) mənzilinə dair xx.xx.2020-ci il tarixdə verilmiş hüquqların dövlət reyestrindən çıxarışda və Bakı şəhəri, Nərimanov rayonu, Qədirbəyova küçəsi, məhəllə 841-842, 5 saylı evin 52 saylı (yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi 8, m 12, m 2) mənzilinə dair xx.xx.2020-ci il tarixdə verilmiş hüquqların dövlət reyestrindən çıxarışda göstrərilən mənzillər eynidir. Bu halı tərəflər məhkəmədə qəbul etmişlər.

19. Məhkəmənin qənaətinə görə Cavabdeh1 ilə Cavabdeh3 MMC arasında xx.xx.2013-cü il tarixdə bağlanmış 101 kv.m olan 2 otaqlı mənzilə görə və 97 m² olan 2 otaqlı mənzilə görə bağlanmış müqavilələr Bakı Apellyasiya Məhkəməsinin 2(103)4397/2018 saylı 06 avqust 2018-ci il tarixli icra sənədinin yerinə yetirilməsinə görə həmin tələb üzrə tələbkar olan Cavabdeh1 ilə razılaşmanın əvəzi olaraq bağlanmamışdır.

20. Belə mövqe onunla əsaslandırılır ki, Cavabdeh1 ilə Cavabdeh3 MMC arasında xx.xx.2013-cü il tarixdə bağlanmış müqavilələrdən göründüyü kimi bu müqavilələr tərəflər arasında əvəzləşdirmə və ya hər hansı öhdəliyin icrasını deyil, pul məbləğinin ödənilməsi şərtilə mənzilin alı-satqısına dair müqavilələrdir. Bundan başqa mübahisəli mənzillərə dair Cavabdeh1 Cavabdeh3 MMC arasında bağlanmış hər iki müqavilələrin 7.2-ci bəndindən də görünür ki, Cavabdeh1 101 kv.m olan 2 otaqlı mənzilə görə 60 600 ABŞ dolları, 97 m² olan 2 otaqlı mənzilə görə 75 660 ABŞ dollarını tam ödəmiş və Cavabdeh3 MMC-dən ikinci mənzili də almışdır. Bu barədə maliyyə arayışı da verilmişdir. Bu müqavilələr bağlanarkən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4397/2018 saylı 06 avqust 2018-ci il tarixli icra sənədi üzrə icra Cavabdeh3 MMC tərəfindən yerinə yetirilməmişdir. Cavabdeh3 MMC tərəfindən Cavabdeh1 94 886 manat məbləğində pul vəsaiti həmin müqavilənin bağlanmasından uzun müddət sonra, yəni 14 dekabr 2018-ci il tarixdə ödənildiyi müəyyən edilmişdir. Bu hal iş materiallarında olan Binəqədi Rayon İcra və Probasiya Şöbəsinin 18 fevral 2021-ci il tarixli xx/xx-174157-18/12 nömrəli məktubu və Cavabdeh3 MMC –nin 14 dekabr 2018-ci il tarixli X30 ilə də öz təsdiqini tapır.

21. O da qeyd edilməlidir ki, iş materiallarında olan Cavabdeh1 ilkin iddia üzrə İddiaçı razılığı olmadan ərizə ilə Cavabdeh3 MMC-nə müraciət edərək ünvan 2 ünvanında İ giriş, 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 97 m² olan 46 saylı mənzilə və ünvan 1 ünvanda İ giriş 12-ci mərtəbədə yerləşən ümumi sahəsi 101 m² olan 47 saylı mənzilə dair onunla bağlanmış müqavilənin ləğv edilməsi və ödənilmiş məbləğ ona qaytarılmadan həmin mənzillərin anası Cavabdeh2 adına rəsmiləşdirilməsini xahiş etmiş, Cavabdeh3 MMC həmin ərizəyə əsasən MMC-nin 21 dekabr 2015-ci il tarixli müqaviləsi əsasında qeyd edilən mənzilləri 21 dekabr 2015-ci il tarixli alğı-satqı müqaviləsi ilə Cavabdeh2 adına rəsmiləşdirmişdir.

22. Alğı-satqı müqaviləsinin bağlanmasının zəruri şərtlərindən biri də Mülki Məcəllənin 572-ci maddəsin ə uyğun olaraq satıcının alıcıya üçüncü şəxslərin hüquqlarından azad surətdə olan əşyanın verilməsidir. Əqdin etibarlılığı üçün qanunvericiliyin tələblərinə uyğun olması vacibdir.

23. Yuxarıda istinad olunan hüquq normalarının təhlili nəticəsində məhkəmə belə qənaətə gəlir ki, iddiaçı həm birgə nikah dövründə əldə edilmiş xx.xx.2013-cü il tarixdə bağlanmış müqavilələrə, həm də Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4397/2018 saylı 06 avqust 2018-ci il tarixli icra sənədi üzrə əldə edilməli olan pul məbləğinə iddia tələbi əsaslıdır.

24. Məhkəmə qətnamələrinə əsasən Cavabdeh3 MMC-dən X4 xeyrinə tutulmuş 142320 (yüz qırx iki min üç yüz iyirmi) manat məbləğində pulda iddiaçının tələbinə münasibətdə məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir.

25. Belə ki, Cavabdeh1 il ə Cavabdeh3 MMC arasında xx.xx.2013-cü il tarixdə bağlanmış müqavilələrdən əvvəl Cavabdeh1 ilə X9 ünvan 10 ünvanında yerləşən mənzili xx.xx.2008-ci ildə AN-İ seriyalı ******* nömrəli alğı-satqı müqaviləsinə əsasən 61 659 manata almış, daha sonra həmin mənzili xx.xx.2013-cü ildə X26 arasında bağlanmış AN-İ seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Alğı-satqı müqaviləsi əsasında satmışdır.

26. Odur ki, qeyd edilən mənzilin alınması ilə bağlı 61 659 (altmış bir min altı yüz əlli doqquz manat) manat birgə nikah dövründə əldə edilmədiyindən məhkəmə qətnamələrinə əsasən Cavabdeh3 MMC-dən X4 xeyrinə tutulmuş 142320 (yüz qırx iki min üç yüz iyirmi) manat məbləğində puldan bu məbləğ çıxılmalı, qalan məbləğə, yani 80661 manat məbləğdə (səksən min altı yüz altmış bir) ilkin İddiaçı 2/1 hissədə pay hü ququ tanınmalıdır 27. “KİA Sportage” markalı **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobildə 2/3 hissədə İddiaçı tanınmasına münasibətdə məhkəmə hesab etmişdir ki, nəqliyyat vasitəsi birgə nikah dövründə alınsa da, onun satılması da həmin dövrə təsadüf etdiyindən, iddiaçı tərəfindən həmin əmlakın satışından əldə edilmiş gəlirin ailə ehtiyacları üçün sərf edilməməsi, həmin gəlirdən yeni əmlaklar əldə edilməsi və s. ilə bağlı sübutlar təqdim edilmədiyindən iddia bu hissədə rədd edilməlidir.

28. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37-ci maddəsinin tələblərinə əsasən və qanunvericiliyin yuxarıda sadalanan normalarını nəzərə alaraq, əmlaklara 2/3 hissədə pay hüqunun tanınması ilə bağlı hissədə də iddianı əsassız hesab edir. Belə ki, hazırda arvadın diqqətəlayiq mənafeyi, o cümlədən ər-arva dın biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallar məhkəmə araşdırması zamanı müəyyən edilmir. Ona görə də, məhkəmə iddia tələbinin həmin hissədə təmin edilməməsini əsaslı və qanuni hesab edir.

29. İş materiallarından aydın olur ki, iddiaçının iddianı təmin etmə tədbirinə dair ərizəsinə əsasən Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(005)-2641 saylı qərardadı ilə həmin mənzillərin özgəninkiləşdirilməsinin qadağan olunmasına, 05 avqust 2020-ci il tarixdə məhkəmənin hazırlıq iclasında cavabdehlər Cavabdeh2 nümayəndəsi X17 və digər Cavabdeh1 iştirak edərək bu barədə məlumatlı olmasına baxmayaraq 07 avqust 2020-ci il tarixdə bağlanmış AN-İ seriyalı ******* nömrəli və AN-İ seriyalı ******* nömrəli Daşı nmaz Əmlakın alğı-satqı müqavilələrinə əsasən Cavabdeh2 həmin mənzilləri Cavabdeh5 satmışdır.»

30. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 149.2, 157.5, 158.3, 225.6, 337.4, 340.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. b) Apellyasiya instansiyası məhkəməsində icraat

31. Qətnamədən iddiaçı Cavabdeh5 kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, ilkin iddiaçının iddia tələbinin rədd edilməsini, birləşdirilmiş iş üzrə Cavabdeh5 iddiasının təmin edilməsini xahiş etmişdir.

32. Qətnamədən cavabdehlər Cavabdeh1, Cavabdeh2 apellyasiya şikayətləri verərək, qətnamənin ləğv edilməsini, X.Hakverdutevanın iddia tələbinin rədd edilmısini, iddiaçı X15 iddiasının təmin edilməsini xahiş etmişlər.

33. Bakı Apellyasiya Məhk əməsi Mülki Kollegiyasının 2(103)-8080/2021 saylı, 16 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər X.Mərdanova (sədrlik edən və məruzəçi), E.Həsənov və F.Babayev) cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh5 apellyasiya şikayəti təmin edilmiş, Nərimanov Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli, 2(005)-231/2021 saylı qətnaməsi Bakı şəhəri, Nərimanov rayonu, Qədirbəyova küçəsi, məhəllə 841-842, 5 saylı evin 51 saylı (yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi 8, m 12, m1) və 52 saylı (yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi 8, m 12, m2) mənzilinə dair Cavabdeh2 ilə X21 arasında bağlanmış xx.xx.2020-ci il tarixli ******* nömrəli və ******* nömrəli alğı-satq ı müqavilələrinin etibarsız hesab edilməsi və X15 adına Bakı şəhəri, Nərimanov rayonu, Qədirbəyova küçəsi, məhəllə 841-842, 5 saylı evin 51 saylı (Yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi 8, m12, m1) mənzilinə dair ********** qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci il tarixdə verilmiş hüquqların dövlət reyestrindən çıxarış və Bakı şəhəri, Nərimanov rayonu, Qədirbəyova küçəsi, məhəllə 841-842, 5 saylı evin 52 saylı (yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi 8, m 12, m2) mənzilinə dair ********** qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci il tarixdə verilmiş hüquqların dövlət reyestrindən çıxarışın ləğv edilməsi, birləşdirilmiş iş üzrə iddiaçı X15 birləşdirilmiş iş üzrə cavabdehlər X1, X6, X7 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddiasının təm in edilməməsi hissələrində ləğv edilmiş, həmin hissələr üzrə yeni qətnamə çıxarılmaqla, ilkin iddianın Bakı şəhəri, Nərimanov rayonu, Qədirbəyova küçəsi, məhəllə 841-842, 5 saylı evin 51 saylı (yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi 8, m12, m1) və 52 saylı (yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi 8, m12, m2) mənzilinə dair Cavabdeh2 ilə X21 arasında bağlanmış xx.xx.2020-ci il tarixli ******* nömrəli və ******* nömrəli alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və X15 adına Bakı şəhəri, Nərimanov rayonu, Qədirbəyova küçəsi, məhəllə 841-842, 5 saylı evin 51 saylı (Yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi 8, m12, m1) mənzilinə dair ********** qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci il tarixdə verilmiş hüquqların dövlət reyestrindən çıxarış və Bakı şəhəri, Nərimanov rayonu, Qədirbəyova küçəsi, məhəllə 841842, 5 saylı evin 52 saylı (yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi 8, m12, m2) mənzilinə dair ********** qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci il tarixdə verilmiş hüquqların dövlət reyestrindən çıxarışın ləğv edilməsi hissələrində rədd edilmiş, birləşdirilmiş iş üzrə iddiaçı X15 birləşdirilmiş iş üzrə cavabdehlər X1, X6, X7 qarşı “mənzildən çıxarılma” tələbi təmin edilərək, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və İddiaçı X18 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Qədirbəyova küçəsi, məhəllə 841842, ev 5, mənzil 51 və 52 (yeni qaydalarla: AZ1008, Bakı şəhəri, Nərimanov rayonu, Gülarə Qədirbəyova küçəsi, 8, M12, M1 və AZ1008, ünvan 11 ünvandakı yaşayış sahəsindən məc buri qaydada çıxarılması, qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanılması, ödənilmiş dövlət rüsumlarının tərəflərin özlərinə aid edilməsi qət edilmişdir.

34. Məhkəmə kollegiyası gəldiyi nəticəni aşağıdakı kimi əsaslandırmışdır: «Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 iyun 2020-ci il tarixli 2(103)-4263/20 saylı qərardadından görünür ki, ilkin İddiaçı ilk əvvəl “X8 və Cavabdeh3 MMC-nə qarşı mənzil üzərində payların müəyyən edilməsi” tələbilə müraciət etmiş, həmin mülki iş üzrə Cavabdeh1 mənzilin onun anası Cavabdeh2 satılmasını bildirərək həmin iş üzrə qərardaddan şikayət vermişdir. İşin materiallarından görünür ki, bundan sonra İddiaçı 21 iyul 2020-ci il tarixdə Cavabdeh2 ilə Cavabdeh3 MMC ilə aralarında bağlanmış müqavilənin etibarsız hesab edilməsi tələbi ilə hazı rki iş üzrə məhkəməyə müraciət etmişdir.

35. Məhkəmə kollegiyası bu halın İddiaçı iddia etdiyi müqavilələr barədə sonradan, adıçəkilən məhkəmə aktından sonra məlumatlı olmasını istisna etməməsinə dair birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşır.

36. Birinci instansiya məhkəməsinin iddia müddətinin tətbiqinin rədd edilməsi barədə nəticəsini məhkəmə kollegiyası əsaslı sayır və hesab edir ki, ilk iddiaçı ünvan 5 ünvanda İ giriş 12-cı mərtəbədə yerləşən ümumi sahəsi 97 m² olan 46 saylı mənzilə və ünvan 5 ünvanda İ giriş 12-cı mərtəbədə yerləşən ümumi sahəsi 101 m² olan 47 saylı mənzilə dair Cavabdeh2 ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqavilələrin etibarsız hesab edilməsi, həmçinin birgə nikah dövründə əldə edilmiş mənzillərlə bağlı xx.xx.2013-cü il tarixdə bağlanmış müqavilələrə, həm də Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4397/2018 saylı 06 avqust 2018-ci il tarixli icra sənədi üzrə əldə edilməli olan pul məbləği ilə də bağlı iddia tələbləri üzrə düzgün hüquqi nəticələrə gəlmişdir.

37. Birinci instansiya məhkəməsi həmçinin bu qənaətə gəlmişdir ki, Cavabdeh1 ilə Cavabdeh3 MMC arasında xx.xx.2013-cü il tarixdə bağlanmış 101 kv.m olan 2 otaqlı mənzilə görə və 97 m² olan 2 otaqlı mənzilə görə bağlanmış müqavilələr Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4397/2018 saylı 06 avqust 2018-ci il tarixli icra sənədinin yerinə yetirilməsinə görə həmin tələb üzrə tələbkar olan Cavabdeh1 ilə razılaşmanın əvəzi olaraq bağlanmamışdır.

38. Belə mövqe birinci instansiya məhkəməsi tərəfindən onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə Cavabdeh3 MMC arasında xx. xx.2013-cü il tarixdə bağlanmış müqavilələrdən göründüyü kimi bu müqavilələr tərəflər arasında əvəzləşdirmə və ya hər hansı öhdəliyin icrasını deyil, pul məbləğinin ödənilməsi şərtilə mənzilin alğı-satqısına dair müqavilələrdir. Bundan başqa mübahisəli mənzillərə dair Cavabdeh1 Cavabdeh3 MMC arasında bağlanmış hər iki müqavilələrin 7.2-ci bəndindən də görünür ki, Cavabdeh1 101 kv.m olan 2 otaqlı mənzilə görə 60.600 ABŞ dolları, 97 m² olan 2 otaqlı mənzilə görə 75.660 ABŞ dollarını tam ödəmiş və Cavabdeh3 MMC-dən ikinci mənzili də almışdır. Bu barədə maliyyə arayışı da verilmişdir. Bu müqavilələr bağlanarkən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4397/2018 saylı 06 avqust 2018-ci il tarixli icra sənədi üzrə icra Cavabdeh3 MMC tərəfindən yerinə yetirilməmişdir. Cavabdeh3 MMC tərəfindən Cavabde h1 94.886 manat məbləğində pul vəsaiti həmin müqavilənin bağlanmasından uzun müddət sonra, yəni 14 dekabr 2018-ci il tarixdə ödənildiyi müəyyən edilmişdir. Bu hal iş materiallarında olan Binəqədi Rayon İcra və Probasiya Şöbəsinin 18 fevral 2021-ci il tarixli xx/xx-174157-18/12 nömrəli məktubu və Cavabdeh3 MMC-nin 14 dekabr 2018-ci il tarixli X30 ilə də öz təsdiqini tapır.

39. Beləliklə də məhkəmə kollegiyası hesab edir ki, «Svit Haus” MMC-dən X4 xeyrinə tutulmuş 142.320 (yüz qırx iki min üç yüz iyirmi) manat məbləğində pula iddiaçının tələbinə münasibətdə birinci instansiya məhkəməsi haqlı olaraq bu nəticəyə gəlmişdir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir.

40. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37-ci maddəsinin tələblərinə əsasən, birinci instansiy a məhkəməsinin iddia edilən pul vəsaitinə 2/3 hissədə pay hüququnun tanınması ilə bağlı hissəyə verdiyi hüquqi qiymətlə razılaşır.

41. Belə ki, işə baxan məhkəmə hazırda arvadın diqqətəlayiq mənafeyi, o cümlədən ər-arvadın biri üzrsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi halların olmasını müəyyən etməmişdir.

42. Bundan əlavə, məhkəmə kollegiyasının iclasında Cavabdeh1 izahatı zamanı icra sənədi əsasında ona ödənilmiş 94886 manat məbləğində pulu ailə ehtiyaclarına sərf etdiyini bildirsə də, buna dair hər hansı sübutları məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin, o, həmin pul məbləğindən şəxsi borclarını ödəmək üçün istifadə etdiyini bildirsə də, buna dair də hər hansı sübutu məhkəməyə təqdim edə bilməmiş, İddiaçı da qeyd olunan pul məbləğində xəbərdar olmadığını bildirmişdir.

43. Məhkəmə kollegiyası daha sonra hesab edir ki, birinci instansiya məhkəməsi ünvan 1 ünvanda İ giriş 12-ci mərtəbədə yerləşən ümumi sahəsi 97 kv. metr 46 saylı mənzilə və 47 saylı mənzilə dair Cavabdeh2 ilə Cavabdeh3 MMC arasında bağlanmış mənzil tikintisinə və satışına dair xx.xx.2015-ci il tarixli müqavilələrin etibarsız hesab edilməli olmasına dair nəticəsi istinad edilən qanunvericilik normalarının tələblərinə və işin araşdırılmış hallarına uyğun olduğundan ilkin iddia üzrə cavabdehlərin apellyasiya şikayətinin bu hissə üzrə dəlilləri əsassızdır.

44. Belə ki, yuxarıda sadalanan qanunvericilik normalarının tələbləri baxımından həmin mənzillər ilkin iddiaçı ilə Cavabdeh1 birgə nikah dövründə əldə etdikləri əmlaklar olmuşdur. Beləliklə də, mübahisələndirilən mənzillərin xx.xx.2015-ci il tarixli müqavilələr əsasında ilkin iddiaçının razılığı olmadan digər cavabdeh olan Cavabdeh2 adına keçirilməsinin qanunsuzluğuna birinci instansiya məhkəməsi düzgün hüquqi qiymət vermişdir.

45. Lakin bununla belə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Bakı şəhəri, Nərimanov rayonu, Qədirbəyova küçəsi, məhəllə 841-842, 5 saylı evin 51 saylı (yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi 8,, m 12, m1) və 52 saylı (yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi 8, m 12, m2) mənzilinə dair Cavabdeh2 ilə X21 arasında bağlanmış xx.xx.2020-ci il tarixli ******* nömrəli və ******* nömrəli alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi ilə bağlı nəticəyə gələrkən Cavabdeh5 vic danlı əldə edən statusuna malik olubolmamasına ümumiyyətlə hüquqi qiymət verməmiş, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 149.2-ci maddəsini hazırki mübahisəyə tətbiq etsə də onun tələblərinə diqqət yetirməmişdir.

46. Mülki qanunvericilikdən göründüyü kimi müqavilə əsasında daşınmaz əmlak əldə edən şəxslərin vicdanlılığı özgəninkiləşdirənin adına reyestrdəki qeydin mövcudluğu, reyestrin məzmununun dəqiqliyi və bu qeydə dair etirazın reyestrə daxil edilməməsi ilə şərtləndirilmişdir. Bu şərtlərin mövcudluğu şəraitində daşınmaz əmlakı əldə edən şəxs vicdanlı hesab edilir və daşınmaz əmlakı özgəninkiləşdirənlə əvvəllər bağlanmış əqdin etibarsızlığı restitusiya qaydasında əmlakın ilkin mülkiyyətçisinə qaytarılması hüquqi nəticəsini doğurmur.

47. Birinci instansiya məhkəməsi Cavabdeh5lə b ağlanmış müqavilələrin etibarsızlığı nəticəsinə gələrkən iddiaçının iddianı təmin etmə tədbirinə dair ərizəsinə əsasən Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(005)-2641 saylı qərardadı ilə həmin mənzillərin özgəninkiləşdirilməsinin qadağan olunmasına, 05 avqust 2020-ci il tarixdə məhkəmənin hazırlıq iclasında cavabdehlər Cavabdeh2 nümayəndəsi X17 və digər Cavabdeh1 iştirak edərək bu barədə məlumatlı olmasına baxmayaraq 07 avqust 2020-ci il tarixdə bağlanmış AN-İ seriyalı ******* nömrəli və AN-İ seriyalı ******* nömrəli Daşınmaz Əmlakın alğı-satqı müqavilələrinə əsasən Cavabdeh2 həmin mənzilləri Cavabdeh5 satmasına istinad etsə də, nəzərə almayaraq işin bu halına qiymət verməmişdir ki, əvvəla ilkin iddiaçı müqavilələrin bağlanmasına hüquqi əsas verən Cavabdeh2 adı na həmin mənzillərə dair adına verilmiş müvafiq «çıxarış»ları mübahisələndirmədən sözügedən xx.xx.2020-ci il tarixli alğı-satqı müqavilələrin qanuniliyini mübahisələndirmişdir.

48. Buna baxmayaraq məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 adına həmin mənzillərə dair verilmiş müvafiq «çıxarış»ları mübahisələndirilibmübahisələndirilməməsindən asılı olmayaraq hər bir halda birinci instansiya məhkəməsi Cavabdeh2 nümayəndəsi X17 və digər Cavabdeh1 mənzillərin mübahisə predmeti olmasını bilərək, bilərəkdən də onu özgəninkiləşdirməyə nail olsalar da, alıcı Cavabdeh5 bu mübahisələrdən xəbəri olub-olmaması aydınlaşdırılmalı, mübahisdən məlumatı və aidiyyatı olmadığı təqdirdə isə vicdanlı əldə edən statusuna malik olması ilə bağlı müvafiq qanunvericilik normalarının hazırki mübahisəyə tətbiqi müz akirə edilməli idi.

49. Belə ki, işdə olan sübutlardan görünür ki, qanuniliyi mübahisələndirilən alğı-satqı müqavilələri üzrə qanunvericiliklə nəzərdə tutulmuş tələblərə riayət edilmiş, ilkin iddiaçının irəli sürdüyü əsaslar üzrə əqdin etibarlılığına şübhə yaranmamışdır.

50. Alğı-satqı müqavilələrindən isə görünür ki, notarius tərəfindən tərəflərə alğı-satqı müqaviləsi bağlanarkən müvafiq hüquq və vəzifələri izah olunmuş, nəticələr izah olunmuşdur.

51. Hazırkı halda, tərəflər öz iradələri ilə alğı-satqı müqaviləsi bağlamaqla, müqavilənin bağlanmasını arzu etmişlər və müqavilənin qiymətini müəyyən etməkdə sərbəst iradə nümayiş etdirmişlər. Başqa sözlə, müqavilələr bağlanılan zaman qanun pozuntusuna yol verilməmişdir.

52. İlkin iddiaçı tərəf alğı-satqı müqaviləsinin bağlanması zamanı onun iddiası üzrə əqdin etibarsızlığına əsas ola biləcək hallar barədə X15 məlumatlı olmasına dair subütlar təqdim etməmiş, eyni zamanda müəyyən olunmuşdur ki, alıcı X21 mulkiyyət hüququna dair reyestrdəki yazının mövcudluğu faktına əsasən əmlakı əldə etmişdir.

53. Məhkəmə kollegiyası hesab edir ki, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, 4 saylı ünvanda İ giriş 12-ci mərtəbədə yerləşən ümumi sahəsi 97 kv.m olan mənzilə və həmin ünvanda 101 kv.m sahəsi olan 47 saylı mənzilə dair Cavabdeh2 ilə Cavabdeh3 MMC arasında bağlanmış mənzil tikintisinə və satışına dair xx.xx.2015-ci il tarixli müqavilələrin ilk iddia üzrə iddiaçı Xumar Hakverdiyevının tələbinə əsasən etibarsız hesab olunması, ondan sonra yaranan hüquqi nəticələrin, yəni ilkin iddia üzrə Cavabdeh5lə bağlanmış alğı-satqı müqavilələrinin e tibarsızlığı üçün əsaslar kimi qəbul edilsə belə, bu əsaslar vicdanlı əldə edən şəxslə bağlı işin yuxarıda göstərilən halları və sadalanan qanunvericilik normalarının tələbləri baxımından formaldır.

54. Belə ki, qanunverici bu halların mövcudluğunda da ilkin iddia üzrə Cavabdeh5 vicdanlı əldə edən kimi tanınmalı olmasını tələb edir və belə olan halda kollegiyanın qənaətinə görə ilk iddianın Bakı şəhəri, Nərimanov rayonu, Qədirbəyova küçəsi, məhəllə 841-842, 5 saylı evin 51 saylı (yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi 8, m 12, m1) və 52 saylı (yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi 8, m 12, m2) mənzilinə dair Cavabdeh2 ilə X21 arasında bağlanmış xx.xx.2020-ci il tarixli ******* nömrəli və ******* nömrəli alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və X15 adına Bakı şəhəri, Nərimanov rayonu, Qədirbəyova küçəsi, məhəllə 841-842, 5 saylı evin 51 saylı (Yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi 8, m12, m1) mənzilinə dair ********** qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci il tarixdə verilmiş hüquqların dövlət reyestrindən çıxarış və Bakı şəhəri, Nərimanov rayonu, Qədirbəyova küçəsi, məhəllə 841-842, 5 saylı evin 52 saylı (yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi 8, m 12, m 2) mənzilinə dair ********** qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci il tarixdə verilmiş hüquqların dövlət reyestrindən çıxarışın ləğv edilməsi hissələrinin təmin edilməsi mümkünsüz olur.

55. Kollegiya həmçinin hesab edir ki, ilk iddianın qeyd edilən hissələri əsassız olduğu üçün təmin edilməli ol madığından bunun hüquqi nəticəsi kimi birləşdirilmiş iş üzrə iddiaçıya cavabdehlərin mənzildən çıxarılması ilə bağlı tələb hüququnun təmin edilməsinin zərurilyinə hüquqi qiymət verilməlidir.

56. Belə ki, iddiaçı Cavabdeh5 tələb hüququ Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozitiv şərtlərindən irəli gəlir.

57. Vindikasiya iddiası mülkiyyətçinin öz əmlakını qanunsuz və faktiki sahibliyində saxlayan şəxsdən natura şəklində qaytarılması barədə müqavilədənkənar tələbidir. Vindikasiya iddiasının irəli sürülməsi üçün - iddiaçı əmlakın mülkiyyətçisi olmalı, mülkiyyətçi öz əmlakı üzərinə faktiki sahiblikdən məhrum olmalı, mülkiyyətçinin məhrum olduğu əmlak naturada mövcud olmalı və başqa şəxsin faktiki sahibliyində olmalı, lakin həmin şəxsin sahiblik hüququ olmamalıdır.

58. Göstərilən şərtlər isə məcmu halda hazırki işdə mövcuddur. Birləşdirilmiş iddia üzrə iddiaçı tərəf bunun əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmiş, istinad etdiyi halları isə sübut edə bilməmişdir.

59. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi ilkin iddianın qeyd edilən hissəsinə və birləşdirilmiş iddiaya baxarkən işin qeyd edilən hallarını tam və hərtərəfli araşdırmamış, ilkin iddianı bu hissələrdə təmin etməklə və birləşdirilmiş iddianı təmin etməməklə bu hissələr üzrə maddi və prosessual hüquq normalarını pozmuş, düzgün tətbiq etməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırmamış və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlməmiş, sonda isə həmin iddia tələbləri ü zrə düzgün hüquqi nəticəyə gəlməmişdir.»

60. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 321.1, 32.2.2, 33.1, 36.1, 36.3, 37.1, 37.2, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 140, 226.1, 213.2, 213.5, 337.1-337.4, 354.1, 354.2, 372.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

61. İddiaçı kassasiya şikayəti verib, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 noyabr 2021-ci il tarixli 2(103)-8080/2021 nömrəli qətnaməsinin qismən ləğv edilərək, “qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın” hissəsində dəyişdirilmədən saxlanılması, qalan hissələrin ləğv edilərək, ilkin iddianın Bakı şəhəri, Nərimanov rayonu, Qədirbəyova küçəsi, məhəllə 841-842, 5 saylı evin 51 saylı (yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi 8, m 12, m1) və 52 saylı (yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi 8, m 12, m2) mənzilinə dair Cavabdeh2 ilə X21 arasında bağlanmış xx.xx.2020-ci il tarixli ******* nömrəli və ******* nömrəli alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və X15 adına Bakı şəhəri, Nərimanov rayonu, Qədirbəyova küçəsi, məhəllə 841-842, 5 saylı evin 51 saylı (Yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi 8, m12, m1) mənzilinə dair ********** qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci il tarixdə verilmiş hüquqların dövlət reyestrindən çıxarış və Bakı şəhəri, Nərimanov rayonu, Qədirbəyova küçəsi, məhəllə 841-842, 5 saylı evin 52 saylı (yeni qaydalarla: Bakı şəhəri, Nərimanov ray onu, G.Qədirbəyova küçəsi 8, m 12, m2) mənzilinə dair ********** qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci il tarixdə verilmiş hüquqların dövlət reyestrindən çıxarışın ləğv edilməsi hissələrində təmin edilməsi, birləşdirilmiş iş üzrə iddiaçı X15 birləşdirilmiş iş üzrə cavabdehlər X1, X6, X7 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddiasının təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

62. İddiaçı (Vəkil1) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Belə ki, qətnamədə qeyd edilir ki, ilkin iddiaçı tərəf alğı-satqı müqaviləsinin bağlanması zamanı onun iddiası üzrə əqdin etibarsızlığına əsas ola biləcək hallar barədə Cavabdeh5 məlumatlı olmasına dair sübutlar təqdim etməmiş, eyni zamanda müəyyən olunmuşdur ki, alıcı Cavabdeh5 mülkiyyət hüququna dair reyestrdəki yazının mövcudluğu faktına əsasən əmlakı əldə etmişdir. Apellyasiya instansiya məhkəməsi Cavabdeh5 vicdanlı alıcı kimi tanımışdır. Məhkəmənin bu qənaəti ilə razılaşmaq olmaz. Çünki məhkəmə iclasında təqdim edilmiş çoxsaylı sübutlar Cavabdeh5 tərəflər arasında olan əmlak mübahisəsindən xəbərdar olmasını təsdiq edir. Həmçinin İddiaçı mübahisəli mənzillərin yerləşdiyi ərazidə real bazar qiymətlərinin müəyyən edilməsi üçün qiymətləndirmə şirkəti olan "xxxx" MMC-yə müraciət etmiş və müvafiq mütəxəssis rəyi almışdır. Mütəxəssis rəyinə əsasən Bakı şəhəri Nərimanov rayonu. G.Qədirbəyova küçəsi, məhəllə 841-842, 5 nömrəli evin 51 nömrəli və 52 nömrəli mənzillərinin 2020-ci ilin avqust tarixə olan bazar qiyməti 4 10.000-415.000 manat, hazırki bazar qiyməti isə 425.000430.000 manat təşkil edir. Göründüyü kimi mənzillərin satıldığı dövrdə müəyyən edilən qiymətlə alğı-satqı müqaviləsində göstərilən qiymət arasında kəskin fərq mövcuddur. Nəzərə alınsa ki, mənzillərin yerləşdiyi bina “X31” və “Bakı Konqres Mərkəzi”-nin yanında yerləşir, o zaman mütəxəssis rəyində müəyyən edilən qiymət reallığa nisbətən yaxındır. Qəbul edilmiş qətnamə, həmçinin prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, mübahisəli mənzillər müvafiq olaraq 130000 və 135000 manata Cavabdeh2 tərəfindən Cavabdeh5 satılmışdır. Halbuki həmin ərazidə təmir mənzillərin 1 kv.metrinin qiyməti təxminən 3000 manata yaxındır. İddiaçının vəkili tərəfindən mübahisəli mənzillərin yerləşdiyi ərazidə real bazar qiymətlərinin müəyy ən edilməsi üçün qiymətləndirilmə şirkətinə müraciət edilmiş və müvafiq mütəxəssis rəyi alınmışdir və rəyə əsasən mənzillərin 2020-ci ilin avqust tarixə olan bazar qiyməti bazar qiyməti 410.000415.000 manat, hazırki bazar qiyməti isə 425.000-430.000 manat təşkil edir. Göründüyü kimi mənzillərin satıldığı dövrdə müəyyən edilən qiymətlə alğı-satqı müqaviləsində göstərilən qiymət arasında kəskin fərq mövcuddur. Belə olan halda məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilməsini xahiş etmiş məhkəmə heç bir əsaslandırma aparmadan yerində müşavirə edərək vəsatəti təmin etməmişdir. Halbuki mövcud qanunvericiliyə əsasən məhkəmə ekspertizanın təyin edilməsi barədə vəsatəti rədd etdikdə bu barədə qərardad çıxarmalı idi. Bununla da prosessual hüquq normaları pozulmuşdur.

63. Cavabdehlər kassasiya ş ikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 noyabr 2021-ci il tarixli 2(103)-8080/2021 nömrəli qətnaməsi qismən ləğv edilərək, “qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın”, yəni ünvan 12 ünvanda İ giriş 12-ci mərtəbədə yerləşən ümumi sahəsi 97 kv.m olan mənzilə və həmin ünvanda 101 kv.m sahəsi olan 47 saylı mənzilə dair Cavabdeh2 ilə Cavabdeh3 MMC arasında bağlanmış mənzil tikintisinə və satışına dair xx.xx.2015-ci il tarixli müqavilə etibarısız hesab edilsin və Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, məhəllə 841-842, 5 saylı evin 51 saylı və 52 saylı mənzillərində (yeni qaydalarla Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi 8, m 12, mənzil 2 və mənzil 2) və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4397/2018 saylı xx.xx.2018-ci il tarix li icra sənədinə əsasən X6 Cavabdeh3 MMC tərəfindən ödənilməli olan ümumi məbləğin, yəni 142320 manatın (mənzilə görə ödənilmiş 94880 manat, əldən çıxmış faydaya görə 47440 manat) 80.661 manatı məbləğinə pulda 2/1 hissədə İddiaçı İrizvan qızının, 2/1 hissədə isə Cavabdeh1 payları müəyyən edilsin.” Hissələrdə ləğv edilməsi, həmin hissələrdə İddiaçı iddia tələblərinin (təmin edilməməsi) rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

64. Cavabdehlər X14 və Cavabdeh2 (Vəkil2) kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin, Ailə Məcəlləsinin 32.1, 32.2. 36.9, 8-ci maddələrinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, xx.xx.2008-ci il tarixli qərarlarının, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 367.1, 372.2, 377.1, 354, 375, 374.2-ci maddələrin pozuntusuna yol verilmişdir.

65. Məhkəmələr nəzərə almamışlar ki, Cavabdeh1 ilə MMC arasında 2012 və 2013cü illərdə 3 ədəd müqavilə bağlanılıb. Lakin Cavabdeh1 yalnız bir dəfə hissələrlə, cəmi 94.886 manat MMC-yə pul ödəyib. Digər iki ədəd mənzilə dair müqavilələr üçün ödəniş etmədiyi MMC-nin məhkəmə sorğusu və vəkil sorğularına verdiyi cavab məktublarında bu fakt təsdiqlənib. Məhkəmə sübutları səhv qiymətləndirib. Məhkəmə mənzilin alınması üçün geri alınaraq, nikah dövründə xərclənmiş pulu, həm də pulu geri aldığı halda, həmin mənzildə tərəflərin ½ hissədə paylarını müəyyən etməklə qanunu pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

66. İddiaçı Cavabdeh5 kassasiya şikayətinə qarşı etiraz edərək, Xumar Hak verdiyanın kassasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

67. Cavabdeh1 kassasiya şikayətinə qarşı etirazda göstərmişdir ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi Cavabdeh5 iddiası üzrə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Tətbiq edilən hüquq

68. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə pay lar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Maddə 213.5. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə, məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Maddə 337.1. Maddəsinə əsasən isə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2 Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və y a bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.

69. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 32.1.Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi mülkiyyəti sayılır. Maddə 32.2.2 Ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətindədir. Maddə 33.1. Ər-arv adın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Maddə 36.1 Ər-arvadın ümumi əmlakının bölünməsi, nikah dövründə eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə, həyata keçirilir. Maddə 36.3 Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Maddə 37.1 Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Maddə 37.2 Ayrı-ayrı hallarda məhkəməyə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və ərin diqqətəlayiq mənafeyini, o cümlədən ar-arvadın biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Kassasiya baxışının hədləri

70. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi q iymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər.

71. İddiaçı kassasiya şikayətində apellyasiya instansiya məhkəməsinin qətnaməsini «İlkin iddianın Bakı şəhəri, Nərimanov rayonu, Qədirbəyova küçəsi, məhəllə 841-842, 5 saylı evin 51 saylı (yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi 8, m12, m1) və 52 saylı (yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi 8, m12, m2) mənzilinə dair Cavabdeh2 ilə X21 arasında bağlanmış xx.xx.2020-ci il tarixli ******* nömrəli və ******* nömrəli alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və X15 adına Bakı şəhəri, Nərimanov rayonu, Qədirbəyova küçəsi, məhəllə 841-842, 5 saylı evin 51 saylı (Yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi 8, m12, m1) mənzilinə dair ********** qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci il tarixdə verilmiş hüquqların dövlət reyestrindən çıxarış və Bakı şəhəri, Nərimanov rayonu, Qədirbəyova küçəsi, məhəllə 841-842, 5 saylı evin 52 saylı (yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi 8, m12, m2) mənzilinə dair ********** qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci il tarixdə verilmiş hüquqların dövlət reyestrindən çıxarışın ləğv edilməsi hissələrində rədd edilməsi, İddiaçı X18 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Qədirbəyova küçəsi, məhəllə 841-842, ev 5, mənzil 51 və 52 (yeni qaydalarla: AZ1008, Bakı şəhəri, Nərimanov rayonu, Gülarə Qədirbə yova küçəsi, 8, M12, M1 və AZ1008, ünvan 11 ünvandakı yaşayış sahəsindən məcburi qaydada çıxarılması» hissəsində mübahisələndirir.

72. Cavabdehlər isə apellyasiya instansiyası məhkəməsinin qətnaməsini «ünvan 1 ünvanda İ giriş 12-ci mərtəbədə yerləşən ümumi sahəsi 97 kv.m olan mənzilə və həmin ünvanda 101 kv.m sahəsi olan 47 saylı mənzilə dair Cavabdeh2 ilə Cavabdeh3 MMC arasında bağlanmış mənzil tikintisinə və satışına dair xx.xx.2015-ci il tarixli müqavilələrin etibarsız sayılması, Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, məhəllə, 841842, 5 saylı evin 51 saylı və 52 saylı mənzillərində (yeni qaydalarla Bakı şəhəri, Nərimanov rayonu, Gülarə Qədirbəyova küçəsi, 8 M12, mənzil 1 və mənzil 2) və Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 4397/2018 saylı xx.xx.2018-ci il tarixli icra sən ədinə əsasən X5 Cavabdeh3 MMC tərəfindən ödənilməli olan ümumi məbləğin, yəni 142320 manatın (mənzilə görə ödənilmiş 94880 manat, əldən çıxmış faydaya görə 47440 manat) 80.661 manatı məbləğinə pulda ½ hissədə İddiaçı İrizvan qızının, ½ hissədə isə Cavabdeh1 payları müəyyən edilməsi» hissəsində mübahisələndirir. Buna görə də apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən bu hissələr üzrə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

73. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayəti təmin olunmamalı, cavabdehlərin iddiası isə qismən təmin olunmalıdır.

74. Məhkəmə kollegiyası ilk növbədə İddiaçı Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, məhəllə 841-842, 5 saylı evin 51 və 52 saylı mənzillərə dair X2 ilə X21 arasında bağlanmış 7.08.2020-ci il tari xli alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, X15 adına həmin mənzilə dair verilmiş dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələbinin dəlilləri ilə bağlı qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi bu hissədə iddianı rədd etməkdə haqlı olmuşdur.

75. Belə ki, qanunvericilik əldə edənin vicdanlılığı prezumpsiyasını müəyyən etmişdir. Bu prezumpsiyaya görə əldə edən onun vicdanlı sahib olması sübut edilənədək vicdanlı sahib hesab olunur. Vicdanlı sahib o şəxsdir ki, bu şəxs əmlakı onun özgəninkiləşdirməyə hüququ olmayan şəxsdən əldə etməsini bilmir və ya bunu bilməli olmağa borclu deyildir. O halda əldə edən vicdanlı sahib sayıla bilməz ki, əgər dəyəri ödənilməklə aparılan alğı-satqı anında mübahisəli əmlaka 3-cü şəxslərin iddiaları ona məlum olmuş olsun və bu iddialar so nradan qanuni sayılsın. Qanunun tələbinə görə əgər mülkiyyətçi tərəfindən alğı-satqı müqaviləsinin və onun alıcıya verilmiş əmlakın geri qaytarılması formasında nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürülərsə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edilərsə bu halda Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.5-ci maddəsi ilə müəyyən edilmiş qaydada iddianın təmin olunmasından imtina edilməlidir.

76. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin S.N.Məmmədovanın şikayəti üzrə qəbul etdiyi xx.xx.2004-cü il tarixli qərarında həmçinin göstərilir ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka 3-cü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir.

77. Sözügedən qərarda daha sonra göstərilmişdir ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən, vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona maneə olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir.

78. Qeyd edilən qərara əsasən Azərbaycan Respublikasında mülkiyyət hüququ müxtəlif üsullar, o cumlədən, əqd (müqavilə) üzrə əldə edilir. Dövlət yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada və hallarda daşınar və daşınmaz əmlak üzərində əldə edilmiş mülkiyyət hüquqlarının tanınmasına və qorunm asına təminat verir. Mübahisəli əşya üzərində qanuni əsalarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da aiddir. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır.

79. «X13 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublika sı Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqeyinə əsasən isə, əldə edənin əmlakı onu ozgəninkiləşdirməyə səlahiyyəti olmayan şəxsdən əldə etdiyini bilməməsi faktının mövcudluğu tələbin təmin olunmasının mümkünlüyü baxımından vicdanlı sahibi mulkiyyətciyə nisbətdə daha üstün hüquqi movqeyə çıxarır.

80. Həmin qərarda həmçinin göstərilmişdir ki, “vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınmasını, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan hüquqi qeyri-müəyyənlik mülki dövriyyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, həmçinin tərəflərin bir-birinə olan inamının da azalmasına gətirib çıxarardı”

81. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Qladışeva Rusiyaya qarşı” iş üzrə qəbul etdiyi xx.xx.2011-ci il tarixli Qərarında qeyd etmişdir ki, “mülkiyyətə hər hansı müdaxilə qanuni olmaqla həmçinin proporsionallıq tələblərinə də uyğun olmalıdır. Cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdi şəxslərin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında əlverişli qərar qəbul edilməlidir və belə əlverişli qərarın axtarışı bütövlükdə Konvensiyaya məxsusdur. Ərizəçi hətta saxta sənədlər əsasında və ya dələduzluq yolu ilə özəlləşdirilmiş mənzili alarkən milli qanunvericiliyin bütün tələblərinə əməl etdiyindən vicdanlı alıcı hesab edilməlidir və onun sonradan Moskva şəhər Mənzil İstismar İdarəsinin iddiasına əsasən üç ildən artıq müddətdə yaşa dığı mənzildən əvəzi ödənilmədən çıxarılması ərizəçinin Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit edilmiş mülkiyyət hüququnun pozulması ilə nəticələnmişdir”. 82. “H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 6 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 sentyabr 2014-cü il qərarında da Konstitusiya Məhkəməsi qeyd edir ki, mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı, digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırası na vicdanlı əldə edənin hüquqları da aiddir.

83. Avropa İnsan Hüquqları Məhkəməsinin “Paduraru Rumıniyaya qarşı” işində daşınmaz əmlakın alğı-satqısında vicdanlı üçüncü şəxslərin hüquqlarının qorunmasına dair yerli qanunvericiliyinin mövcudluğuna əsaslanaraq, həmin işdə ərizəçinin geri tələb edilən əmlakının ona qaytarılmasını mümkün olmadığını qeyd edir.

84. Avropa İnsan Hüquqları Məhkəməsi “Buciaş Ruminiyaya qarşı” işində qeyd edir ki, ləğv olunması istənilən satış müqaviləsinin taleyi tərəflərin vicdanlığı və ya vicdansızlığından asılıdır.

85. Göründüyü kimi, qanunvericilik vicdanlılığın qoruyucu təsirindən yararlana bilməsi üçün bəzi hallarda şəxsin müəyyən vaxt ərzində vicdanlı olmasını, bəzi hallarda isə müəyyən bir anda vicdanlı olmasını şərt qoymuş, daşınmaz əmlaka hüquqlar əldə ed ərkən reyestrə güvənən üçüncü şəxsin əldə etdiyi hüquqlarının qorunmasının məhz onun hüquqları əldə edərkən vicdanlı olması halında mümkün olduğu müəyyən etmişdir.

86. İddiaçının mənzillərin dəyərinə istinadla irəli sürdüyü dəlillər, hazırki işdə alıcının vicdanlı əldə edən kimi tanınmasını istisna edən hal deyildir. Məhkəmənin mənzillərin həqiqi dəyərinin müəyyən olunması üçün ekspertiza təyin etməməsi barədə dəlil də bu baxımdan əsassızdır. İddiaçı gələcəkdə mənzillərin satılmasına görə cavabdehlərə qarşı iddia verdiyi halda, mənzillərin dəyəri ilə bağlı dəlillər yoxlana bilər.

87. Alıcının vicdanlı əldə edən olmaması barədə iddiaçının kassasiya şikayətində irəli sürdüyü dəlillər apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmış və qiymət verilmişdir (bu qərarın 45-58-ci paraqra fları). Məhkəmə kollegiyası bununla bağlı apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır.

88. Cavabdehlərin kassasiya şikayətində irəli sürülən dəlillər, onların apellyasiya şikayətinin dəlillərinə uyğundur. Apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin dəlillər də ətraflı araşdırılaraq hüquqi qiymət verilmişdir (bu qərarın 34-39-cu və 42-44-cü paraqrafları).

89. Məhkəmə kollegiyası bununla yanaşı qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini «Cavabdeh2 ilə X21 arasında bağlanmış xx.xx.2020-ci il tarixli ******* nömrəli və ******* nömrəli alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, 51 və 52 saylı mənzillərə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi» hissələrində ləğv edərək, həmin hissələr də iddianı rədd etməsinə baxmayaraq, birinci instansiya məhkəməsinin qətnaməsini «Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, məhəllə 841-842, 5 saylı evin 51 və 52 saylı mənzillərdə ½ hissədə İddiaçı, ½ hissəsində Cavabdeh1 payının müəyyən edilməsi» hissəsində qüvvədə saxlamışdır. Halbuki, həmin hissə, məhkəmənin «Cavabdeh2 ilə X21 arasında bağlanmış xx.xx.2020-ci il tarixli ******* nömrəli və ******* nömrəli alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi 51 və 52 saylı mənzillərə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi» tələbinin rədd olunması barədə gəlinən nəticə ilə ziddiyyət təşkil edir.

90. Buna görə də mübahisələndirilən qətnamə qismən - “Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, məhəllə 841-842, 5 saylı evin 51 və 52 saylı mənz illərdə ½ hissədə İddiaçı, ½ hissəsində Cavabdeh1 payının müəyyən edilməsinin qüvvədə saxlanılması hissəsində ləğv edilməli, həmin hissədə iddia təmin olunmamalı, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

91. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı Allahverdiyeva Xumar İrzivan qızının kassasiya şikayəti təmin edilməsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 noyabr 2021-ci il tarixli qətnaməsi qismən - “Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, məhəllə 841842, 5 saylı evin 51 və 52 saylı mənzillərdə ½ hissədə İddiaçı, ½ hissəsində Cavabdeh1 payının müəyyən edilməsinin qüvvədə saxlanılmas ı hissəsində ləğv edilsin. Həmin hissədə iddia təmin olunmasın. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar