Məhkəmə qərarları › İş №2(102)-2103/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2103/2023

08.05.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2103/2023 08.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçılar İddiaçı1 İmanverdi qızının və İddiaçı2 Cavabdeh qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-2103/2023 (Açar sözlər: torpaq sahəsindən qanunsuz istifadəsinin dayandırılması və çıxarılması) Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X5 (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı1 İmanverdi qızının və İddiaçı2 Cavabdeh qarşı “torpaq sahəsindən qanunsuz istifadənin dayandırılması və çıxarma” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiya sının 2(106)-1781/2022 saylı, 07 sentyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh (Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə 08 may 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Sabirabad rayonu, Həşimxanlı kəndində yerləşən 1,3505 ha torpaq sahəsi Sabirabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 12-11/1 saylı Qərarı əsasında X2, İddiaçı2, İddiaçı1 İmaverdi qızının və X1 ümumi birgə mülkiyyətinə verilərək bu hüquq daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçılar İddiaçı1 İmanverdi qızı və İddiaçı2 Cavabdeh qarşı “torpaq sa həsindən qanunsuz istifadəsinin dayandırılması və çıxarması” tələbinə dair iddia ərizəsi ilə Sabirabad Rayon Məhkəməsinə müraciət edərək, ümumi birgə mülkiyyətlərində olan 1,3505 hektar pay torpaq sahəsindən cavabdehin qanunsuz istifadəsinin dayandırılaraq çıxarılması, 100 manat dövlət rüsumunun və 100 manat xidmət haqqının cavabdehdən alınaraq onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli torpaq sahəsini bütövlüklə əkib becərmək üçün cavabdehə icarəyə vermişlər və hal-hazıra kimi cavabdeh torpağı əkib becərmişdir. Hazırda isə torpaq sahəsini özləri əkib-becərmək istəyirlər. Torpaq sahəsindən qanunsuz istifadəsini dayandıraraq çıxmasını cavabdehdən xahiş və tələb etsələr də, bunun heç bir nəticəsi olmamışdır.

4. Sabir abad Rayon Məhkəməsinin 2(056)-664/2022 saylı, 17 may 2022-ci il tarixli qətnaməsi ilə (hakim Nurəddin Bağırov) iddia təmin olunaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 21 fevral 2022-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarış əsasında iddiaçılar İddiaçı1 İmanverdi qızı və İddiaçı2 ümumi birgə mülkiyyətində olan Sabirabad rayonu, Həşimxanlı kəndində yerləşən 1,3505 ha torpaq sahəsindən Cavabdeh istifadəsinin dayandırılaraq, onun həmin torpaq sahəsindən çıxarılması qət olunmuşdur.

5. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, boşaldılması tələb olunan Sabirabad rayonu, Həşimxanlı kəndində yerləşən 1,3505 ha torpaq DƏDRX tərəfindən verilmiş xx.xx.2022-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli Çıxarış əsasında iddiaçıların mülkiyyəti olduğu üçün, iddiaçılar mülkiyyətçi kimi həmin əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir. Habelə hüququnu həyata keçirmə istəyi cavabdehə münasibətdə qanunidir. Cavabdehin isə həmin torpaq sahəsinə dair hər hansı mülkiyyət, sahiblik və ya istifadə hüquqları müəyyən edilməmişdir. Odur ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinə dair hüququ cavabdehlər tərəfindən hər hansı şəkildə məhdudlaşdırıla bilməz. İddiaçılar mülkiyyətçi kimi mülkiyyətinə qəsd edən cavabehin hərəkətlərinə son qoyulmaqla, mülkiyyətində olan torpaq sahəsinə istifadənin cavabdeh tərəfindən dayandırılaraq, onların həmin torpaq sahəsindən çıxarılmasını və torpaq sahəsinin iddiaçıya qaytarılmasını tələb etməkdə haqlı olmuşlar. Ona görə də, iddia tələbi əsasl ı olduğundan təmin edilməli, cavabdeh iddiaçının mülkiyyətində olan Sabirabad rayonu, Həşimxanlı kəndində yerləşən 1,3505 ha torpaq sahəsindən istifadənin cavabdeh tərəfindən dayandırılaraq, onlar həmin torpaq sahəsindən çıxarılmalı və torpaq sahəsi iddiaçılara qaytarılmalıdır.

6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Torpaq Məcəlləsinin 68, 84, 111-ci, Mülki Məcəllənin 139.1, 152, 157.2, 157.4-cü və Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

7. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd olunmasını xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisə predmeti olan torpaq s ahəsinin pulunu tam ödəməklə almışdır. Bu barədə sübutları da vardır. Birinci instansiya məhkəməsi iştirakını təmin edilməmiş və buna görədə sübutları təqdim etmək mümkün olmamışdır. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Faktiki olaraq torpaq özünün mülkiyyətində və sahibliyndədir.

9. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1781/2022 saylı, 07 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Tale Kərimov (sədrlik edən və məruzəçi), Tofiq Heydərov və Zeynal Zeynalov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayətinə m ünasibətdə dəyişdirilmədən saxlanılmışdır.

10. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab etmişdir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmişdir.

11. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya şikayətlərində göstərilən dəlillər apellyasiya baxışı zamanı öz təsdiqini tapmadığından, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsaslar müəyyən edilmir.

12. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Torpaq Məcəlləsinin 68, 84, 111-ci, Mülki Məcəllənin 139.1, 152, 157.2, 157.4-cü və Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88-ci maddələrinə istinad etməklə əsasl andırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

13. Qətnamədən cavabdeh (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.

14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, həmin torpaq sahəsində əkilmiş bitkilər cavabdehə məxsus olmuşdur. Əkini biçilməmiş torpağın geri tələb edilməsi nə dərəcədə qanunidir? Bəs onun əkinə çəkdiyi xərc və ziyan necə olsun? Torpaq sahəsinin onun sahibliyinə verilməsi faktı məhkəmə tərəfindən niyə araşdırılmır? Cavabdehin əmlak hüquqları qorunmalıdır. Həm birinci instansiya məhkəməsi, həm də apellyasiya məhkəməsi maddi hüquq normasının tələbinə əməl etməmiş bununla da cavabdehi n hüquqlarını pozmuşdur. Mülkiyyətçi olmayan cavabdehin əmlak hüquqları mülkiyyətçi tərəfindən pozulmuşdur və cavabdehin əmlak hüquqları məhkəmə tərəfindən qorunmamışdır. Həmçinin Mülki Məcəllənin 158.4-cü maddəsi imperativ normadır. İddianın və apellyasiya şikayətinin bu norma üzərində qurulmasına baxmayaraq bu maddənin nə üçün tətbiqinə göz yumulduğu kassatora məlum deyil. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Torpaq Məcəlləsi.

15. Maddə 67. (4-cü bənd) Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toхunulmazlığına dövlət təminat vermir.

16. Maddə

68. Torpaq sahələrinin üzərində hüquqlar torpaq sahələrinin, sərhədlərinin yerdə müəyyən edilməsindən, onların plan və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmas ından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

17. Maddə

84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları yalnız bu Məcəllədə və digər normativ-hüquqi aktlarda nəzərdə tutulmuş hallarda məhdudlaşdırıla bilər.

18. Həmin Məcəllənin 110-cu maddəsinə əsasən torpaq sahəsinin özbaşına tutulması torpaq qanunvericiliyinin pozulması hesab edilir və bu hərəkəti törətmiş təqsirli şəxslər qanunvericiliklə müəyyən edilmiş məsuliyyət daşıyırlar.

19. Maddə

111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

20. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşmmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

21. Maddə

152. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

22. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

23. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası ki mi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

27. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

28. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

29. M addə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

30. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

31. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

32. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

33. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

34. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

35. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında ol an, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

36. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu ba xımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

38. Məhkəmə kollegiyası kassasiya şikayətinin mübahisəli torpaq sahəsinin cavabdeh tərəfindən istifadə edilməsi, torpaq sahəsində əkilmiş bitkilərin cavabdehə məxsus olması, əkini biçilməmiş torpağın geri tələb edilməsinin qanuni olmaması, cavabdehin əkinə çəkdiyi xərc və ziyanın həll edilməməsi, torpaq sahəsinin onun sahibliyinə verilməsi faktının məhkəmə tərəfindən araşdırılmaması barədə dəlillərinə münasibət bildirərək qeyd edir ki, cavabdeh şikayətində qeyd olunan hallarla bağlı hazırki işə baxılarkən sübutları araşdırmaq səlahiyyətinə malik olan məhkəmələrə qarşılıqlı iddia ilə müraciət etməmiş, eyni zamanda etirazı ilə bağlı müvafiq sübutları həmin məhkəmələrə təqdim etməmiş dir. Həmçinin cavabdehin həmin hallarla bağlı müstəqil şəkildə məhkəməyə müraciət etməsi də işdən müəyyən olunmur. Odur ki, kassasiya şikayətinin həmin dəlilləri əsassızdır.

39. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəm ənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

40. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

41. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiy a Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

42. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

43. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

44. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apelly asiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1781/2022 saylı, 07 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar