Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2103/2024 01.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının Ərizəçi (maraqlı şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı göstərilməklə) hüquqi əhəmiyyəti olan müəyyən edilməsi barədə ərizəsinə dair iş üzrə QƏRARİ (Açar sözlər: əmək stajının müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (məruzəçi hakim), Şəfiyev İspəndiyar Əsəd oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Ərizəçi (maraqlı şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müda fiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı göstərilməklə) hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1118/2024 nömrəli iş üzrə 19 fevral 2024-cü il tarixli qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Ərizəçi ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasına əsasən xx.xx.1986-cı il tarixdən 13 nömrəli əmr ilə Kirov adına Kolxoz üzvlüyünə qəbul edilmişdir. xx.xx.1986-cı il tarix dən xx.xx.1988-ci tarixədək hərbi xidmətdə olmuşdur. 1989-cu ildən 1994-cü ilədək Azərbaycan Neft və Kimya İnstitutunda (hazırki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) təhsil almışdır.
2. Kirov adına Kolxozun sədrinin Ərizəçi barəsində verdiyi xx.xx.1989-cu il tarixli Xasiyyətnamədə qeyd edilmişdir ki, Ərizəçi 1986-ci ilin sentyabr ayından kolxoz üzvlüyünə qəbul olunmuş və işləmişdir. 1986-ci il tarixdən 1988-ci il tarixədək hərbi xidmətdə olmuş və hərbi xidmətdən qayıdandan sonra kolxozda işləməyə başlamışdır.
3. Cəbrayıl Rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli Arxiv arayışına əsasən Cəbrayıl rayonu xx.xx.1993-cü il tarixdə işğal olunan zaman Cəbrayıl rayon təmir tikinti idarəsi və Q.Namazalıyev (Kirov) adına kolxozun arxiv sənədləri işğal zonasında qalmışdır.
4. X7 АЗЕ se riyalı, ******* nömrəli əmək kitabçasına əsasən xx.xx.1988-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Q.Namazalıyev adına Kolxozun üzvü olmuşdur.
5. X4 АЗЕ seriyalı, ******* nömrəli əmək kitabçasına əsasən xx.xx.1987-ci tarixdən xx.xx.1992-ci il tarixədək Kirov adına Kolxozun üzvü olmuşdur.
6. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının **********8 nömrəli məktubu ilə Ərizəçi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasını təyinatından imtina edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
7. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1988-ci il tarixdən xx.xx.1989-cu il tarixədək (9 ay, 6 gün) əmək stajının hesablanması faktının müəyyən edilmə si barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1968-ci il tarixdə Cəbrayıl rayonunda doğulmuşdur. xx.xx.1985-ci il tarixdə Cəbrayıl Təmir Tikinti sahəsinin 75 nömrəli əmri ilə sahəyə 2-ci dərəcəli fəhlə qəbul edilmişdir. xx.xx.1985-ci il tarixədə sahənin 91 nömrəli əmri ilə öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.1985-ci il tarixdə 16 nömrəli SMD-nin 41 nömrəli əmri ilə 1-ci dərəcəli fəhlə kimi işə qəbul edilmiş, xx.xx.1986cı il tarixdə SMD-nin 31 nömrəli əmri ilə öz ərizəsi əsasında işdən azad edilmişdir. 1986-cı ilin iyun ayının 6-sı tarixində 55 nömrəli əmrlə 1-ci dərəcəli fəhlə kimi işə qəbul edilmişdir. xx.xx.1986-cı il tarixdə öz ərizəsi ilə 85 nömrəli əmrə əsasən işdən azad edilmişdir.xx.xx.1986-cı il tarixdən 13 nömrəli əmr ilə Ki rov adına Kolxoz üzvlüyünə qəbul edilmişdir. xx.xx.1986-cı il tarixdə hərbi çağırışa çağırılaraq, xx.xx.1988-cil tarixə kimi Sovet ordusu sıralarında hərbi qulluq etmişdir. Hərbi qulluqdan qayıtdıqdan sonra xx.xx.1988-ci il tarixdə yenidən Kirov adına Kolxozda işləməyə başlamışdır. 1989-cu il tarixdə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutuna daxil olmaq üçün, sənədlərini vermiş və həmin ildə instituta qəbul olmuşdur. xx.xx.1989-cu il tarixdə Kirov adına kolxozun sədri K.Məmmədov tərəfindən xasiyyətnamə verilmişdir. 1994-cü il tarixdə müvəffəqiyyətlə qəbul olduğu ali təhsil ocağını bitirmişdir. Ali təhsilini bitirdikdən sonra, işləmiş olduğu Kolxoza qayıtmış, bir müddət orada işləmək fikrində olmuşdur. Bu səbəbdən Kolxozdan işdən azad olunması barədə ərizə yazmamış və əmək kita bçası Kirov adına Kolxozda qalmışdır. 1993-cü ilin avqust ayının 23 tarixində Ermənistan Silahlı Qüvvələri tərəfindən Cəbrayıl rayonu işğal edilmişdir. xx.xx.1993-cü il tarixdə Bakı Metropoliteni QSC-yə işə düzəlmişdir. Daima gecə növbəsində xx.xx.2006-cı il tarixə kimi xüsusi zərərli şəraitdə işləmişdir. Hazırda Bakı Metropoliteni QSC-də işləyir. xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ərizə ilə müraciət edərək, güzəştli şərtlərlə pensiyanın təyinatının müəyyən edilməsini xahiş etmişdir. Müraciətinə cavab olaraq **********8 nömrəli, xx.xx.2022-ci il tarixli məktubu ilə güzəştli şərtlərlə pensiyanın təyinatından imtina edilmişdir. İmtina onunla ə saslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq, 20 il iş stajı olan və bu stajın azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmş 1 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 52 ya şı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Əmək stajının hesablaması zamanı müəyyən olunmuşdur ki, onun Sovet ordusu sıralarından qayıdıb, ali təhsil ocağına daxil olduğu müddət yəni, xx.xx.1988-ci il tarixdən xx.xx.1989cu il tarixədək (9 ay, 6 gün) nəzərə alınmayaraq, hesablanmamışdır. Əmək stajını təsdiq edən müvafiq sənədin verilməsi üçün Cəbrayıl rayon İcra Hakimiyyətinin Cəbrayıl rayon Dövlət Arxivinə yazılı müraciət etmiş, xx.xx.2023-cü il tarixli, 11/07 nömrəli arxiv arayışında Cəbrayıl rayonu xx.xx.1993-cü il tarixdə işğal olunan zaman Cəbrayıl rayon Təmir Tikinti İdarəsi və (Kirov) Q.Namazəliyev adına kolxozun arxiv sənədləri işğal zonasında qaldığı barədə yazılı məlumat verilmişdir. Kolxozda işlədiyi zaman, onunla bərabər iş yoldaşları ola n xx.xx.1967-ci il təvəllüdlü Cəbrayıl rayon sakini X13 və xx.xx.1967-ci il təvəllüdlü Cəbrayıl rayon sakini X2 yazdıqlarını təsdiq edə bilərlər.
9. Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaya qarşı etiraz verilərək belə əsaslandırılmışdır ki, ərizəçinin işlədiyini iddia etdiyi dövrlərlə şahidlərin işlədiyi dövr arasında uyğunsuzluq mövcuddur. Belə ki, şahidlərin əmək kitabçalarındakı qeydlər eyni dövrlərdə yazılmasına baxmayaraq, X7 əmək kitabçasında Q.Namazəliyev adına kolxozda işlədiyi qeyd olunsa da, digər şahid X1 əmək kitabçasında Kirov adına kolxozda işləməsi qeyd olunmuşdur. Kirov adına kolxoz ilə Q.Namazəliyev adına kolxozun eyni müəss isə olması barədə hər hansı sübut mövcud olmadığı kimi, şahidlərin əmək kitabçalarına diqqət etdikdə məlum olur ki, işlədikləri müəssisələrin möhürləri fərqlidir, işə giriş və çıxış əmrləri müəssisənin sədri kimi fərqli şəxslər tərəfindən imzalanmışdır. Bu isə Kirov adına kolxoz ilə Q.Namazəliyev adına kolxozun eyni müəssisə olmamasına və ərizəçinin xx.xx.1988-ci il tarixdən xx.xx.1989-cu il tarixədək həmin müəssisədə işləmə faktının əsassız olmasına dəlalət edir.
10. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadə verərək bildirmişdir ki, Ərizəçi onun kəndçisidir. Hərbi xidmətdən qayıtdıqdan sonra Kirov adına kolxozda işləmişdir. Kolxozda işə daxil olanda Ərizəçi artıq orda fəhlə işləyirdi. Ərizəçi instituta gedənədək kolxozda işləmişdir.
11. Məhkəmə iclasında şahid qismində dindir ilmiş X5 ifadə verərək bildirmişdir ki, Ərizəçi kənddən tanımışdır. O, 1987-ci il tarixdən 1992-ci il tarixədək Kirov adına kolxozda işləmişdir. Ərizəçi ondan əvvəl, yəni 1985-ci il tarixdən kolxozda işləmişdir. Ərizəçi əsgərlikdən gələndən sonra instituta qəbul olanadək kolxozda işləmişdir.
12. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2 noyabr 2023-cü il tarixli, 2(005)3405/2023 nömrəli qətnaməsi ilə ərizə qismən təmin edilmiş, Ərizəçi xx.xx.1988-ci il tarixdən xx.xx.1989-cu il tarixədək Q.Namazalıyev (Kirov) adına kolxozda işləməsi faktının müəyyən edilməsi qət edilmişdir (hakim R.N.Quliyev).
13. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək qeyd etmişdir ki, hazırki iş üzrə hüquqi əhəmiyyəti olan faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün zəruri olan ilkin şərt mövcuddur. Belə ki, ərizəçi qanunvericiliyin tələbinə əsasən, iş stajı faktını təsdiq edən sənədi başqa qaydada ala bilmədiyindən onun Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququ yaranmışdır.
14. Məhkəmə qeyd etmişdir ki, əvvəla ərizəçinin müəyyən edilməsini xahiş etdiyi fakt hüquq əhəmiyyətlidir. Belə ki, qeyd edilən sənədlərin alınması üçün əsas təşkil edir və maraqlı şəxsin hüquqlarını qeydiyyata almaqdan imtinasının əsaslarından biri də məhz Q.Namazalıyev (Kirov) adına kolxozun sənədləri xx.xx.1993-cü il tarixində Cəbrayıl rayonu işğal olunan zaman məhv edildiyidir. Qeyd edilən sənədlərin bərpası mümkün deyildir, çünki həmin qurumların arxivi işğal zamanı məhv olunmuşdur. Bu səbəbdən məhkəmə ərizənin məhkəmə icraatını mümkün hesab etmişdir. Odur ki, ərizə əsas lı hesab edilməli və hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir.
15. Məhkəmə həmçinin qeyd etmişdir ki, ərizəçi ərizəsində xx.xx.1988-ci il tarixdən xx.xx.1989-cu il tarixədək (9 ay, 6 gün) əmək stajının hesablanması faktının müəyyən edilməsini xahiş etsə də, onun Q.Namazalıyev (Kirov) adına kolxozda xx.xx.1988-ci il tarixdən işə başlamasına dair hər hansı sübut təqdim edilməmişdir. Bunun əksinə ərizəçi öz ərizəsində qeyd etmişdir ki, hərbi xidmətdən qayıdandan sonra kolxozda xx.xx.1988-ci il tarixdən işləməyə başlamışdır. Odur ki, məhkəmə ərizənin işə başlama tarixi hissədə qismən təmin edərək, ərizəçinin işə başlama tarixini xx.xx.1988-ci il tarixdən müəyyən edir.
16. Bundan başqa məhkəmə qeyd etmişdir ki, ərizəçi Q.Namazalıyev (Kirov) adına kolxozda xx.xx.1989-cu il tarixədək işlədiyin i bildirmiş və bu hal şahid ifadələri ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə iclasında ifadə vermiş şahidlər ərizəçinin instituta qəbul olunduğunu və instituta gedənədək kolxozda işlədiyini bildirmişdilər. Məlum olduğu kimi, təhsil müəssisələrində dərslərin 1 sentyabr tarixində başlandığını nəzərə alaraq, şahid ifadələri həqiqəti əks etdirir.
17. Məhkəmə öz mövqeyini “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 03 saylı qərarının 6.1, 6.2, 6.3-cü bəndlərinə, “S.Eyvazovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uy ğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4, 305.1.1, 307.2.5, 307.2.11, 308, 311-ci maddələrinə istinadla əsaslandırılmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
18. Maraqlı şəxs qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və ərizənin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmədə şahid qismində çıxış etmiş şəxslərin ifadələri və sənədlərində uyğunsuzluq mövcuddur. Şahid qismində çıxış edən X8 münasibətdə qeyd edilir ki, məhkəmə qətnamədə onun xx.xx.1988-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Kirov adına kolxozda işlədiy ini qeyd etməsinə baxmayaraq, ona məxsus ******* nömrəli əmək kitabçasına əsasən, onun həmin dövrlərdə Q.Namazəliyev adına kolxozda işlədiyi müəyyən olunur. Qənbər Məmmədovun əmək kitabçasına əsasən onun Q.Namazəliyev adına kolxozda əmək fəaliyyətinə xx.xx.1988-ci il tarixdə başlanması müəyyən olunur. Lakin məhkəmə iclası zamanı o əmək fəaliyyətinə başlayan zaman Ərizəçi orda işlədiyini bildirmişdir. Lakin Ərizəçi ərizəsinə əsasən xx.xx.1988-ci il tarixdən kolxozda əmək fəaliyyətinə başladığını iddia edir. Q.Məmmədov məhkəmə iclası zamanı sözügedən kolxozun əvvəl Kirov adına kolxoz, sonradan Q.Namazəliyev adına kolxoz olduğunu qeyd etməsinə baxmayaraq həm işə daxilolma, həm işdən azad olma qeydində Q.Namazəliyev adına kolxozda işlədiyi qeyd olunmuşdur. Həmçinin, şahidlər Q.Məmmədov və Y.Ba yraməliyevə məxsus əmək kitabçalarına nəzər yetirilən zaman işə daxilolma və işdən azad edilmə əmrlərinin mövcud olmadığı müəyyən olunur. Y.Bayraməliyevə məxsus əmək kitabçasına əsasən xx.xx.1987-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Kirov adına kolxozda işlədiyini qeyd edilmişdir. Lakin digər şahid Qənbər Məmmədov məhkəmə iclası zamanı sözügedən kolxozun əvvəl Kirov adına kolxoz, sonradan Q.Namazəliyev adına kolxoz olduğunu qeyd etmişdir. Bu halda şahidlərin sənədləri arasında uyğunsuzluq müəyyən olunur. İş materiallarına əlavə edilmiş X3 məxsus əmək kitabçasına əsasən onun xx.xx.1985xx.xx.1989-cu il tarixlərdə Kirov adına kolxozda işləməsi müəyyən olunur. Lakin xx.xx.1989-cu il əmri K.Məmmədov tərəfindən imzalanmışdır. Digər şahidlərin əmək kitabçalarına diqqət yetirən zaman Qənbər Məmmədovun xx.xx.1988-ci il işə daxil olma əmrinin Pirverdiyev tərəfindən, Y.Bayraməliyev xx.xx.1987-ci il işə daxil olma əmrinin K.Məmmədov tərəfindən imzalanması müəyyən olunur. Bu halda şahidlərin sənədləri arasında uyğunsuzluq müəyyən olunur. Məhkəmə tərəfindən əlavə araşdırılma aparılmadan Kirov adına kolxoz və Q.Namazəliyev adına kolxoz eyni müəssisə kimi nəzərə alınmış, bu barədə məhkəmə tərəfindən tədbir görülməmişdir.
20. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)1118/2024 nömrəli iş üzrə 19 fevral 2024-cü il tarixli qətnaməsi ilə maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhər i Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)3405/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər X9 (sədrlik edən və məruzəçi), X10 və X11).
21. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, Ərizəçi xx.xx.1988-ci il tarixdən xx.xx.1989-cu il tarixədək Q.Namazalıyev (Kirov) adına kolxozun üzvlüyündə olması həmin dövr kolxozun üzvü olmuş şahidlərin ifadələri və onların əmək kitabçaları ilə təsdiq edilir.
22. Bundan əlavə, ərizəçinin qeyd olunan dövrdə kolxozun üzvlüyündə olması kolxozun sədri və həmkarlar təşkilatının sədri tərəfindən imzalanmış xx.xx.1989-cu il tarixli xasiyyətnamə ilə də təsdiq edilir.
23. Məhkəmə apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, Cəbrayıl Rayon Dövlət Arxivinin xx.xx.2023-c ü il tarixli Arxiv arayışında kolxozun adının “(Kirov) Q.Namazalıyev” qeyd olunması əsasında Q.Namazalıyev adına kolxoz ilə Kirov adına kolxozun eyni kolxoz olması müəyyən olunur.
24. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, iş materiallarına əsasən şahid X4 əmək kitabçasının doldurulduğu tarix xx.xx.1989-cu il, digər şahid X7 əmək kitabçasının doldurulduğu tarix xx.xx.1993-cü il, ərizəçinin əmək kitabçasının doldurulduğu tarix isə xx.xx.1998-ci il olduğu müəyyən edildiyindən əmrləri imzalayan şəxslərin adlarında fərqliliklərin olması ağlabatan hal kimi qəbul edilməlidir.
25. Beləliklə, məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvinə əsas ola bilməz.
26. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.3, 217.4, 305.1, 307.1, 307.2.11, 308, 311, 384.0.1, 385.2-ci, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı xx.xx.2019-cü il tarixli, 3 nömrəli Qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
27. Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı (vəkili Vəkil) tərəfindən kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və yeni qərar qəbul edilərək ərizənin təmin edilməməsini xahiş etmişdi.
28. Kassasiya şikayətini apellyasiya şikayətinin dəlillərinə uyğun və oxşar məzmunda əsaslandırmış, əlavə olaraq qeyd etmişdir ki, ərizəçinin əmək kitabçasında onun dublikat olması və ya əvvəllər başqa yerlərdə işləməsi barədə qeyd mövcud deyildir.
29. Belə ki, əmək kitabçası oğurlandıqda, yandıqda, itirildikdə, yararsız hala salındıqda işçi işə yenidən bərpa edildikdə qanunvericilikdə müəyyən edilən qaydada işçinin xahişi ilə ona əmək kitabçasının dublikatı verilməlidir. Dublikat almaq hüququna malik olan işçi axırıncı iş yeri üzrə işəgötürənə əmək kitabçası və ona əlavə içliyin verilməsi haqqında müraciət etməlidir. Əmək kitabçası itirildikdə və ya yararsız hala düşdükdə işçiyə verilən əmək kitabçasının işçi haqqında məlumat səhifəsinin yuxarı sağ tərəfində iri hərflərlə “Dublikat” sözü yazılmalıdır.
30. Kassator öz mövqeyini Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 16-cı və 17-ci bəndinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 3.10, 7.1 və 7.3-cü bəndlərinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 3 saylı qərarın 1.2-ci bəndinə və MPM-ın 9, 80,88, 104.3, 106, 306.2, 308-ci madd ələrinə istinadla əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
31. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
36. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
37. Maddə 305.1.1. Məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır.
38. Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.
39. Maddə 307.2.11. Məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır.
40. Maddə
308. Məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
41. Maddə
311. Məh kəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. 42. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı xx.xx.2019-cü il tarixli, 3 nömrəli Qərarı: Bənd
13. Məhkəmələr nəzərə alsınlar ki, məhkəmə qaydasında müəyyən edilən hüquqi əhəmiyyətli faktların siyahısı qanunla məhdudlaşdırılmamışdır. Azərbaycan Respublikası MPM-in 307.2.11-ci maddəsində qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi də nəzərdə tutulmuşdur. Belə faktlar müəyyənləşdirilərkən müvafiq olaraq həmin münasibətləri tənzimləyən qanunvericilik normalarına ciddi riayət edilməsi və belə faktların məhkəmədən kənar qaydada nizamlanmasını nəzərdə tutan şərtlərə əməl edilib-edilməməsi sübutlarla təsdiq olunmalıdır. Bənd 13.1. Nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələblərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. Bənd 13.2. Əmək stajını təsdiq edən sənədlər ( əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mö vcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Bənd 13.3. Əmək kitabçasında və iş stajını təsdiq edən digər sənədlərdə işçinin əmək fəaliyyətinin qeyd edilməsinə baxmayaraq, həmin dövrün müxtəlif səbəblərdən sosial sığorta stajı kimi nəzərə alınmaması barədə DSMF orqanlarının imtinası həmin dövrün iş stajının hüquqi əhəmiyyətli fakt kimi məhkəmə qaydasında müəyyən edilməsi üçün əsas deyildir. Bu halda, həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla, müvafiq pensiyanın təyin edilməsi üçün DSMF orqanlarına qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırılmalı və həmin sənədlərin mötəbərliyinə həmin icraatda qiymət verilməlidir. Bənd 13.4. Ə mək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. Kassasiya baxışının hədləri
43. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı in stansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
44. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maraqlı şəxs tərəfindən tam mübahisələndirildiyindən hazırkı kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kassasiya instansiya məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
46. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
47. Maraqlı şəxsin kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasi ya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
48. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.
49. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1118/2024 nömrəli, 19 fevral 2024-cü il tarixli qətnaməsi dəyi şdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.