Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2103/2025 02.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı X6 Cavabdehnə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətinin bərpasından imtina, şikayətin geri qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Xıdırov Əhliman Mehman oğlu və X2 ibarət tərkibdə, iddiaçı X6 Cavabdehnə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin S osial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1785/2024 nömrəli, 29 aprel 2025-ci il tarixli qərardadından Cavabdeh MMC (Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə 2 iyul 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı X9 (bundan sonra iddiaçı) Cavabdehnə (bundan sonra cavabdeh, yaxud MMC) qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti mübahisə predmeti barədə müstəqil tələb irə li sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, MMC tərəfindən onun işdən azad olunmağı ilə bağlı verilmiş xx.xx.2023cü il tarixli, 05 saylı əmrin ləğv edilməsi, əvvəlki işinə bərpa olunması və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(004)-5163/2023 nömrəli, 30 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Kərim Xudayev) iddia təmin edilərək, MMC-nin xx.xx.2023-cü il tarixli, 05 nömrəli əmrinin ləğv edilməsi və iddiaçının əvvəlki iş yerinə bərpa edilməsi, xx.xx.2023-cü il tarixindən işə bə rpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqının MMC tərəfindən iddiaçıya ödənilməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
3. Qətnamədən cavabdeh MMC-nin nümayəndəsi X3 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(103)-1785/2024 nömrəli, 27 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Vahid Sadıqov (sədrlik edən və məruzəçi), Akif İsgəndərov və Məhəmməd Rüstəmli) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdı r.
5. Qətnamədən qanunla müəyyən edilmiş 2 ay müddət ərzində kassasiya şikayəti verilmədiyinə görə qətnamə qanuni qüvvəyə minərək icraya yönəldilmişdir.
6. Qətnamədən cavabdeh MMC-nin nümayəndəsi Fəxrəddin İsrafilov (Vəkil) xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsi ilə kassasiya şikayəti vermiş və şikayətə kassasiya şikayəti verilməsi müddətinin bərpası barədə ərizə əlavə etmişdir. Ərizədə qanunla müəyyən edilmiş 2 aylıq müddətin MMC tərəfindən buraxılmasının səbəbinin üzrlü hesab edilərək, bərpa edilməsi xahiş olunmuşdur.
7. Ərizə onunla əsaslandırılmışdır ki, qətnamədən şikayət verilməsi üçün müəyyən edilmiş 2 aylıq prosessual müddətin buraxılmasının iki səbəbi olmuşdur. Birincisi, həmin ərəfədə MMC-nin qanuni təmsilçisinin (nümayəndəsinin) anası vəfat etmişdir (məhkəmə prosesi olan dövrdə mərhumun 40 mərasimi hələ çıxmamışdır). Anasının vəfatı mənəvi cəhətdən pis təsir etdiyindən yas məclislərinə görə məhkəmədə iştirak edə bilməmiş, qətnamədən məlumatsız olmuş, şikayət vermək halında olmamışdır. İkincisi, iddiaçının müraciəti əsasında xx.xx.2024-cü il tarixdə Nəsimi RPİ-nin istintaq şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 151-ci maddəsi ilə cinayət işi başlandığından MMC-nin qanuni təmsilçisinin (nümayəndəsinin) istintaqda iştirakları ilə əlaqədar olmuşdur. Haqsızlıq üzündən mövcud iztirabları çəkməsi mülki işlə maraqlanmasına maneçilik törətmişdir. Bu səbəblərdən də MMC tərəfindən qətnamədən şikayət vaxtında verilməmişdir.
8. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1785/2024 nömrəli, 29 aprel 2025-ci il tarixli qərardadı ilə ( hakimlər Vahid Sadıqov (sədrlik edən və məruzəçi), Xumar Mərdanova və Cavid Hüseyn) cavabdeh tərəfindən verilmiş buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin və kassasiya şikayətinin verilməsi üçün ödənilmiş 50 manat (xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbz) dövlət rüsumunun geri qaytarılması qərara alınmışdır.
9. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, apellyasiya instansiyası məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi məhkəmə sənədlərinin proses iştirakçılarının Elektron kabinetinə yerləşdirilməsinə dair "xxxx" Elektron Məhkəmə İnformasiya Sistemindən Çıxarışa əsasən xx.xx.2024-cü tari xdə MMCnin elektron kabinetinə yerləşdirilmişdir. Qətnamə eyni zamanda həmin tarixdə Azərbaycan Respublikasinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin AVİS – X1 Sistemi göndərilən Məlumata dair çıxarışa əsasən MMC-yə təqdim olunmuşdur.
10. Məhkəmə kollegiyası qeyd etmişdir ki, məhkəmə qətnaməsi cavabdehə həm elektron məhkəmə, həm də X1 Sistemi vasitəsi təqdim edilmişdir.
11. Məhkəmə kollegiyası ərizənin dəlillərini inandırıcı hesab etməyərək qeyd etmişdir ki, mübahisələndirilən qətnamə xx.xx.2024-cü il tarixdə MMC-yə təqdim edilmişdir. MMCnin qanuni təmsilçisinin anası (ərizədə qeyd edildiyi kimi) Gülzar İsrafilova xx.xx.2024-cü il tarixdə ölmüşdür.
12. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, bu dəlil müddətin bərpası üçün əsas ola bilməz. Belə ki, cavabdeh MMC qətna məni aldığı tarixdən 1 ay 15 gün sonra MMC-nin qanuni təmsilçisinin anası ölmüşdür. Bu hal özü cavabdeh MMC-nin qanuni təmsilçisinin anasının vəfatının 40 gün mərasimindən sonra belə müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etməsinə mane olan hal hesab edilə bilməz. Cavabdeh MMC yalnız 1 il 17 gündən sonra məhkəməyə müraciət etmişdir.
13. Ərizənin digər dəlillinə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, MMCnin qanuni təmsilçisi barədə cinayət təqibinin həyata keçirilməsi buraxılmış prosessual müddətin bərpası üçün əsas ola bilməz. Qeyd edilən halı təsdiq edən cinayət işi üzrə hər hansı qərar məhkəməyə təqdim edilməmişdir.
14. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 405.0.1, 408.1.4-cü maddələrinə istinad edərək əsaslandırmışd ır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
15. Qərardaddan cavabdeh MMC (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini, kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
16. Kassasiya şikayəti dəlilləri kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizənin dəlillərinə oxşar məzmunda olmuş, əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MMC-nin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ pozulmuşdur. Məhkəmənin istinad etdiyi qanunvericilik normaları düzgün tətbiq edilməmiş, mübahisənin düzgü n və ədalətli həlli üçün MMC tərəfindən məhkəməyə təqdim edilən mötəbər dəlil və sübutlar düzgün qiymətləndirilməyərək nəzərə alınmamış, nəticədə qanunsuz və ədalətsiz qərardad qəbul edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
17. Maddə 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir.
18. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq ol unduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.
19. Maddə 10-1.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz.
20. Maddə 10-1.7. “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir.
21. Maddə 10-1.8. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilm iş iş materialları kağız daşıyıcıda olan materiallara bərabər tutulur və onlarla eyni hüquqi qüvvəyə malikdir.
22. Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir.
23. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
24. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
25. Maddə 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.).
26. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
27. Maddə 402.2.2 və 402.2.3. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü b arədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında və kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər.
28. Maddə 405.0.1. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
29. Maddə 408.1.4. Kassasiya şikayəti kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.
30. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və q ərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
31. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
32. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
33. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
34. Maddə 418.3. Pr osessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Elektron imza və elektron sənəd haqqında Azərbaycan Respublikasının qanunu.
35. Maddə 3.2. İnformasiya Sisteminin istifadəçiləri tərəfindən sənədlər “Elektron kabinet” vasitəsilə PDF, ADOC və EDOC formatında “Proses iştirakçısının Elektron kabineti”ndən istifadə qaydalarında nəzərdə tutulmuş prosedurlar üzrə gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə etməklə göndərilir.
36. Maddə 5.2. Sənədlərin elektron dövriyyəsi zamanı göndərilən sənədlərin gücləndirilmiş elektron imza ilə təsdiq edilməsi tələb olunur. Kassasiya baxışının hədləri:
37. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
38. Hazırkı kassasiya şikayətində qərardad Cavabdeh MMC tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyas ı məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərardadın ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
40. Cavabdeh MMC-nin apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilməsi üçün müddətin buraxılması səbəblərinin üzrlü hesab olunmasına dair kassasiya şikayətinin dəlilləri əsassızdır.
41. Qeyd olunmalıdır ki, cavabdeh MMC (Vəkili Vəkil) apellyasiya instansiyası məhkəməsinin qərardadından verdiyi kassasiya şikayətini, kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizənin dəlillərinə oxşar məzmunda əsaslandırmışdır.
42. Lakin apellyasiya instansiyası məhkəməsinin də qeyd etdiyi kimi, apellyasiya instansiyası məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi məhkəmə sənədlərinin proses işti rakçılarının Elektron kabinetinə yerləşdirilməsinə dair "xxxx" Elektron Məhkəmə İnformasiya Sistemindən Çıxarışa əsasən xx.xx.2024-cü tarixdə MMC-nin elektron kabinetinə yerləşdirilmiş, qətnamə eyni zamanda həmin tarixdə Azərbaycan Respublikasinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin AVİS - X1 Sistemi göndərilən Məlumata dair çıxarışa əsasən MMC-yə təqdim olunmuşdur. Cavabdeh MMC isə apellyasiya instansiyası məhkəməsinin 27 fevral 2024-cü il tarixli qətnaməsi ona rəsmi təqdim edildikdən 2 ay müddətində kassasiya şikayəti verməli olduğu halda bunu etməmiş, qətnaməni rəsmi qaydada aldığı tarixdən 2 ay müddət 1 may 2024-cü il tarixində bitməsinə baxmayaraq, həmin qətnamədən müddəti ötürməklə kassasiya şikayəti vermiş, şikayət 17 mart 2025-ci il tarixdə elektron sistemə yük lənmişdir. Göründüyü kimi kassasiya şikayəti onun cavabdeh MMC-yə rəsmi qaydada təqdim edilməsindən 1 il 17 gün müddət keçdikdən sonra elektron sistemə yüklənmişdir.
43. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Ryabıx Rusiyaya qarşı” və “Kot Rusiyaya qarşı” işlərdə xatırlatmışdır ki, hüquqi müəyyənlik prinsipi tələb edir ki, hər hansı tərəf araşdırmaların yenidən açılmasına sadəcə olaraq yenidən baxılma və işin təzədən araşdırılması üçün çalışmamalıdır. Qəti və məcburi məhkəmə qərarlarının ləğv olunması və ya dəyişdirilməsi səlahiyyəti fundamental səhvləri düzəltmək üçün istifadə edilməli, lakin təzə araşdırmanın keçirilməsinə xidmət etməməlidir. Yenidən araşdırma gizli şikayəti təşkil etməməli və məsələyə iki baxışın mövcudluğunun sadəcə olaraq mümkünlüyü yenidən baxılma üçün əsas deyildir. Bu prinsipdən kənara çıxmalar yalnız əhəmiyyətli və qarşısıalınmaz xarakterli hallardan irəli gələn zərurətlə əlaqədar haqlı ola bilər.
44. Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə istinad edərək qeyd olunmalıdır ki, məhkəmə “Miraqall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. 45. “X4 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəb lər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.
46. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsinin qətnaməsindən qanunla müəyyən edilmiş 2 ay müddəti ərzində kassasiya şikayəti verilməməsi və prosessual müddətin buraxılması müəyyən hüquqi nəticələr yaradır. Belə ki, şikayətin verilmə müddətinin keçməsi ilə, qətnamə qanuni qüvvəyə minir və icraya yönəldilir, prosessual müddətin bitməsi ilə müvafiq prosessual hərəkətləri etmək hüququ keçmiş olur və prosessual müddətin bərpası üçün müddəti buraxmış şəxs özünün subyektiv mülahizələrini deyil, konkret üzrlü səbəbləri təqdim etməyə borcludur.
47. Buraxılmış müddətin bərpası haqqında ərizə v erilərkən onun buraxılmasının səbəbləri izah edilməli və ərizəçinin bu səbəbləri üzrlü hesab etməsinin əsasları göstərilməlidir. Həmin müddətdə müvafiq prosessual hərəkətləri yerinə yetirməsinə maneçilik yaradan istənilən həyati hal üzürlü səbəb hesab edilə bilər. Bu zaman konkret haldan çıxış etmək zəruridir. (məsələn şəxsin xəstəliyi, ailənin xəstə üzvünə qulluq etmənin zəruriliyi, müddətli xidməti ezamiyyət və s.). Cavabdeh MMC (Vəkili Vəkil) isə kassasiya şikayəti verilməsi barədə müddətin bərpa edilməsi haqqında ərizəsində, qətnamənin qəbul edilməsindən 1 il 17 gün müddət keçməsindən sonra kassasiya şikayəti verməsinin səbəbini formal dəlillərlə əsaslandırmağa çalışmışdır.
48. Göründüyü kimi cavabdeh MMC (Vəkil) hüquqi şəxs olmaqla vəkillə müqavilə bağlayaraq təmsil olunmaq imkanına m alik olduğundan, qətnamədən kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş 2 ay müddəti üzürlü səbəb olmadan ötürmüşdür.
49. Bu səbəbdən müddətinin bərpasına dair ərizənin təmin edilməməsi və kassasiya şikayətinin qaytarılmalı olmasından ibarət apellyasiya instansiyası məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur. Kassasiya şikayətində göstərilənlər qanuni və əsaslı qərardadın ləğvi üçün əsas ola bilməz.
50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hər hansı maddi və prossesual hüquq normalarının pozulmasına yol verilmədiyindən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
51. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini r əhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1785/2024 nömrəli, 29 aprel 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.