Məhkəmə qərarları › İş №2(102)-2104/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2104/2021

17.05.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2104/2021 17.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 Tapdıq qızının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2104/2021 (Açar sözlər: evə köçürmə, evin özbaşına tikili olması, qanunun analogiyası) Bakı şəhəri, 17 may 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı1 vəkili Vəkil2 iştirakı ilə, İddiaçı1 Tapdıq qızının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı evə köçürülmə tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2370/2020 nömrəli, 23 oktyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı1 Tapdıq qızının kassasiya şikayəti üzrə işə 17 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı1 cavabdeh X4 ilə 19 aprel 2015-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan tərəflərin 23 yanvar 2016-cı il təvəllüdlü X1 adlı bir uşaqları var.

2. Ailə həyatı qurduqdan sonra iddiaçı cavabdehlərə məxsus Sumqayıt şəhəri, X6 sağ tərəfində, XXX ərazisi ilə üzbəüz 2 mərtəbəli, mansardlı fərdi yaşayış evinə gəlin köçmüşdür.

3. Sumqayıt şəhər Məhkəməsinin 12 mart 2018-ci il tarixili qətnaməsi ilə tərəflərin nikahı pozulub, bundan sonra idd iaçı valideynlərinin yanına köçmüşdür. a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, onun azyaşlı övladı ilə birgə cavabdehlərə məxsus Sumqayıt şəhəri, X6 sağ tərəfində, XXX ərazisi ilə üzbəüz 2 mərtəbəli, mansardlı fərdi yaşayış evinə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılıb ki, nikah pozulduqdan sonra iddiaçı müvəqqəti olaraq valideynlərini yanında yaşayır, lakin orada yaşamaq üçün normal şərait yoxdur. Maddi imkanı və yaşayış yeri olmadığından, iddiaçı cavabdehlərə məxsus evə köçmək istəyir.

7. İddiaçı tələbinin hüquqi əsası Mülki Məcəllənin 11.1-ci, yeni Mənzil Məcəlləsinin 12.1,12.2,12.3,12.5,13.1 və 14.1-ci m addələrinə istinad etmişdir.

8. Cavabdeh1 vəkili iddiaya etraz olaraq göstərib ki, hazırki, mülki iş üzrə cavabdehlərin qeyd olunan fərdi yaşayış evinə heç bir aidiyyatı yoxdur. Belə ki, həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi X2 Sumqayıt Bələdiyyəsi tərəfindən ayrımışdır və torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi həmi şəxsə məxsusdur.

9. Torpaq sahəsinin və evin əsl sahibi uzun müddətdir ki, ölkə hüdudlarındadır və həmin şəxs bu səbəbdən Cavabdeh3 adına uzunmüddətli etibarnamə vermişdir.

10. Bundan əlavə, iddiaçı hamiləlik dövrünün 5-ci ayında həmin fərdi yaşıyış evini tərk edib valideyinlərinin yanına köçmüşdür. 2018-ci ildə tərəflər arasında nikah pozulmuşdur.

11. Sumqayıt şəhər Məhkəməsinin 2(060)-4660/2019 nömrəli, 12 iyul 2019-ci il tarixli qətnaməsi ilə iddi a təmin edilməmişdir. (hakim Ceyhun Məmmədov)

12. Məhkəmə toplanmış sübutlara əsasən müəyyən etmişdir ki, mübahisəli ev Cavabdeh1 aid deyil və tərəflər ümumi təsərrüfatı birgə idarə etmirlər.

13. Birinci instansiya məhkəməsinin mövqeyinə görə mübahisənin predmetiin qanunsuz tikili olan yaşayış sahəsi olmasına, dövlət və ya bələdiyyə mənzil fonduna daxil olan yaşayış sahəsinə aid olan yaşayış sahəsinin olmamasına baxmayaraq, hazırki mübahisə üzrə qanunun analogiyası tətbiq edilməli və Mənzil Məcəlləsinin 30-cu maddəsi rəhbər tutulmalıdır.

14. Birinci instansiya məhkəməsi Mənzil Məcəlləsinin 30-cu maddəsinə əsasən iddiaçının evə istifadə hüququnun olmaması nəticəsinə gəlib.

15. Üstəlik, birinci instansiya məhkəməsi onu da qeyd edib ki, İddiaçı1 Tapdıq qızının mübahisəli fərdi yaşayış evinə h üququ yaranmış olsa idi belə, Cavabdeh1la olan nikahına xitam verildikdən sonra iddiaçının qüvvədə olan Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən mənzildə olan hüququ artıq itirilmişdir.

16. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, həmin fərdi yaşayış evində istifadə hüququ olmadığı tədqirdə İddiaçı1 Tapdıq qızının ora köçürülməsi yolverilməzdir.

17. İddianın rədd ediləmsinin bir əsası kimi də birinci instansiya məhkəməsi qeyd edilən mənzilin cavabdehlərə məxsus olmasının öz təsdiqini tapmamasına istinad etmişdir.

18. Belə ki, 03 sentyabr 2004-cü il tarixli 129 saylı Sumqayıt Bələdiyyə Şurasının qərarına əsasən qeyd edilən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi X3 adlı şəxsə ayrılmışdır.

19. Birinci instansiya məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 11.1, Mənzil Məcəlləs inin 30.1, 30.2, 30.4, 68.1, 68.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 80 və 81-ci maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat

20. İddiaçı İddiaçı1 apellyasiya şikayəti verib, qətnamənin ləğv, iddiasının təmin edilməsini xahiş etmişdir.

21. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normlarını pozmuşdur. Belə ki, iddia tələbi iddiaçının evə istifadə hüququnun tanınması barədə deyil, evə köçürülmə barədədir. Məhkəmə Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin birinci hissəsinə istinad etsə də, ikinci hissəni qeyd etməyib. Həmin madd’nin ikinci hissəsinə görə istifad hüquqü müəyyən vaxta qədər saxlanıla bilər.

22. Mübahisə predmeti olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi 03 sentyabr 2004-cü il tarixli 129 saylı Sumqayıt Bələdiyyə Şurasının qərarına X3 adlı şəxsə ayrılsa da, sonuncu tərəfindən torpağa dair bütün hüquqların həyata keçirilməsi üçün Cavabdeh3 50 illik müddətə etibarnamə verilmişdir.

23. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-3980/2019 nömrəli, 27 noyabr 2019-cu il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt şəhər Məhkəməsinin Sumqayıt Şəhər Məhkəməsinin 12 iyul 2019-cu il tarixli qətnaməsinin ləğv edilmiş, yeni qətnamə qəbul edilərək, iddia təmin edilmiş, İddiaçı1 Tapdıq qızının 23.01.2016-cı il təvəllüdlü X1 ilə birlikdə cavabdehlərə məxsus Sumqayıt şəhəri, X6 sağ tərəfində, XXX 2 mərtəbəli fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. (hakimlər Te lman Quliyev(sədrlik edən və məruzəçi), Gülnarə Tağızadə və Elman Rəhimov)

24. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, ev cavabdehin istifadəsində olmaqla faktiki olaraq mövcuddur və cavabdehlər tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. Cavabdehlər, mübahisəli evdə normal şərtlər daxilində yaşadığından, bərabərlik prinsipinə uyğun olaraq uzun müddət həmin evdə yaşamış ailə üzvü olan İddiaçı1 da həmin şərtlər daxilində bu evdə yaşamalıdır. İddiaçı evə köçürülməklə, orada yaşayan şəxslərin yaşamış olduğu şərtlər daxilindən yaşamaq imkanına malikdir.

25. Apellyasiya instansiyası məhkəməsi iddianı təmin edərkən maddi hüquq normaları kimi Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü, Mülki Məcəllənin 6.1.1, 180-ci, “Torpaq islahatı haqqında” Qanunun 9, 10-cu, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddələr istinad etmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat 26.Cavabdehlər kassasiya şikayəti vermiş, şikayətdə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

27. Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsiişə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır.

28. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-1824/2020 nömrəli, 09 iyun 2020-ci il ta rixli qərarı ilə cavabdehlərin kassasiya şikayəti qismən təmin olunmuş, apelyasiya instansiyası məhkəməsinin 27 noyabr 2019-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

29. Kassasiya instansiyası məhkəməsi qeyd edib ki, mübahisə predmeti olan fərdi yaşayış evi bununla bağlı müvafiq icazə alınmadan inşa edilsə də, bələdiyyə tərəfindən T.Quliyevə ayrılmış torpaq sahəsində inşa edildiyindən, həmin ev şəhərsalma qaydalarına və tikinti normalarına zidd inşa olunmadığı, həmin tikilinin saxlanılması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığı, fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaratmadığı halda qeyd edilən evə münasibətdə sonuncunun gözlənti ilə mülkiyyət hüquqları yarana bilər.

30. Tərəflər arasında hazırkı iş üzrə mübahisə 2015-ci ildə, yəni hazırda qüvvədə olan Mənzil Məcəlləsinin qüvvəyə mindiyi 01 oktyabr 2009-cu il ildən sonra yarandığından və həmin tarixdən sonra xüsusi mülkiyyətdə olan mənzillərdən istifadə hüququnun yaranması ilə bağlı mübahisələr həmin Məcəllənin 30-cu maddəsinin müddəaları ilə nizama salındığından apelyasiya instansiyası məhkəməsi mübahisəyə bu maddənin tələbləri baxımından hüquqi qiymət verməli idi. d) Apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat

31. Sumqyıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2370/2020 nömrəli, 23 oktyabr 2020-cu il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-4660/2019 saylı, 12 iyul may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanı lmışdır. (hakimlər Şəmsəddin Abasov (sədrlik edən və məruzəçi), Səyyad Qafari, Telman Məmmədov

32. Apellyasiya instansiyası məhkəməsi hesab emişdir ki, mübahisənin obyektiv və düzgün həlli üçün mübahisəli yaşayış evinin hüququ statusu müəyyən edilməlidir.

33. Apellyasiya instansiyası qeyd etmişdir ki, mübahisə predmeti olan evin yerləşdiyi torpaq sahəsi barədə XXX adına ilkin torpaq ayırma sənədi olsa da, nə həmin torpaq sahəsi, nə də yaşayış evi daşınmaz əmlakın dövlət reyrestrində qeydiyyata alınmamışdır.

34. Azərbaycan Respublikasının qanunvericiliyində özbaşına inşa edilmiş fərdi yaşayış evlərinə istifadə hüququnun tanınması və həmin evlərə köçürülmə ilə bağlı hüquq normaları mövcud olmadığından və tərəflərin 19.04.2015-ci ildə rəsmi nikah münasibətlərinə girmələri halına istinadən ape llyasiya məhkəməsi hesab edib ki, hazırkı iş üzrə mübahisəyə qanunun analogiyası tətbiq edilməklə Mənzil Məcəlləsinin 30-cu maddəsinin tələbləri baxımından hüquqi qiymət verilməlidir.

35. Çünki “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 oktyabr 2013-cü il tarixli Qərarına əsasən 2009-cu ilin oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir.

36. Apellyasiya məhkəməsi işin hallarına əsasən qeyd edib ki, mübahisə predmeti olan yaşayış evi bələdiyyə tərəfindən T.Quliyevə ayrılmış torpaq sahəsində inşa edildiyindən, h əmin ev şəhərsalma qaydalarına və tikinti normalarına zidd inşa olunmadığı, həmin tikilinin saxlanılması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığı, fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaratmadığı halda, qeyd edilən evə münasibətdə sonuncunun gözlənti ilə mülkiyyət hüquqları yarana bilər. İddiaçı1 Tapdıq qızı ilə mübahisəli evə dair gözlənti hüququna malik X3 arasında isə heç bir qohumluq əlaqəsi yoxdur. Belə olan halda, iddiaçının heç bir qohumluq bağı olmayan şəxsə məxsus mübahisəli evə köçürülməsi barədə iddiası da təmin edilə bilməz və bu barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına və sadalanan normaların tələblərinə uyğundur.

37. Apellyasiya məhkəməsi mövqeyini əsaslandırmaq üşün “V.Q.Teryoxinin şikayəti ilə əl aqədar” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 yanvar 2010-cu il tarixli qərarına da istinad edib. istinad etməyi vacib hesab edir.

38. Apellyasiya məhkəməsi iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizə kimi qiymətləndirirərək hesab edib ki, bu dəlillər öz təsdiqini tapmadığı kimi, daha öncə şərh olunan hallara əsasən birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Çünki mübahisəli evə dair hüquqlar cavabdehlərə deyil, T.Quliyevə məxsusdur.

39. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 11.1, 157.4, 157.8, 164.1, Mənzil Məcəlləsinin 30.1-cı maddələrinə və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarına istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

40. İddiaçı1 (Vəkil2 oğlu) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

41. Kassasiya şikayəti iddia ərizəsinə və apellyasia şikayətini dəlillərinə uyğun əsasllandırılmışdır. b) Kassasiya şikayətinə qarşı tərəfin etirazı

42. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

43. Məhkəmə kollegiyasının iclasında İddiaçı1 Tapdıq qızının vəkili Abbasov Qo.qar Məcid oğlu kassasiya şikay ətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi.

44. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, cavabdehlər məhkəmə iclasına gəlməmiş və bunun səbəblərini bildirməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən gəlməyən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsi Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaql arı və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün hə min yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Hüququn tətbiq ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair”16 dekabr 2014-cü il tarixli Qərarı Mə nzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Ailə Məcəlləsinin 15ci Fəslinə əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxslər qardaş, bacı, baba, nənə, nəvə, ögey ata və anadır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Maddə

420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri

45. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiy ası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

46. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hü quq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

48. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi MPM-in 420-ci maddəsinin tələblərinə əməl edərək hazırki iş üzrə kassasiya instansiyasının qərarında şərh edilən göstərişlərinə əməl etməklə (hazırki qərarın 32-39-cu bəndləri) qanuni nəticəyə gəlmişdir.

46. İşə mahiyyəti üzrə baxan məhkəmələr tərəflər arasında mübahisəli evlə bağlı hüquq münasibətlərinin iddiaçının Cavabdeh1la 19.04.2015-ci ildə nikaha girib cavabdehlərin yaşadığı evə köçdüyü vaxtdan yaran masını müəyyən etdiklərindən mübahisəyə yeni Mənzil Məcəlləsinin 30-cu maddəsinin tətbiq edilməsi işin müəyyən edilmiş hallarına uyğun olmuşdur.

47. Apellyasiya məhkəməsi işin hallarına əsasən qeyd edib ki, mübahisə predmeti olan yaşayış evi bələdiyyə tərəfindən XXX ayrılmış torpaq sahəsində inşa edildiyindən, həmin ev şəhərsalma qaydalarına və tikinti normalarına zidd inşa olunmadığı, həmin tikilinin saxlanılması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığı, fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaratmadığı halda, qeyd edilən evə münasibətdə sonuncunun gözlənti ilə mülkiyyət hüquqları yarana bilər. İddiaçı1 Tapdıq qızı ilə mübahisəli evə dair gözlənti hüququna malik X3 arasında isə heç bir qohumluq əlaqəsi yoxdur. Belə olan halda, iddiaçının heç bir qohumluq bağı olmayan şəxsə məxsus mübahisəli evə köçürülməsi barədə iddiası da təmin edilə bilməz və bu barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına və sadalanan normaların tələblərinə uyğundur.

48. Məhkəmə kollegiyası qeyd edir ki, mövcud qanunvericiliyin mənasına görə yaşayış sahəsindən istifadə hüququnun yaranması üçün istifadə hüququnun yaranmasını iddia edən şəxsin yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərində olması imperativ şərtdir. (Mənzil Məcəlləsi, maddə 30)

49. Hazırki işdə isə məhkəmələr müəyyən edib ki, iddiaçı ilə mübahisə predmeti olan yaşayış evinin inşa edildiyi torpaq sahəsinin sahibi arasında ailə münasibətləri yoxdur.

50. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülki yyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 51. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşay ış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Nəzərə almaq lazımdır ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsində yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanmadığı qeyd edilmişdir.

52. Hazırki işdə də iddiaçının mübahisə predmeti olan yaşayış evinin inşa edildiyi torpaq sahəsinin sahibindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxslərin sırasına aid olmadığı müəyyən edildiyi üçün məhkəmələrin gəldiyi nəticə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüququ mövqeyi baxımından düzgün olmuşdur.

53. İşin müəyyən edilmiş hallarına əsasən tətbi q edilən maddi hüquq normalarının dispoztiv şərti iddianın təmin edilməsini istisna edir. Bu baxımdan iddianın təmin edilməməsi barədə gəlinən nəticə işin müəyyən edilmiş hallarına və qanunvericiliyə uyğundur.

54. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

55. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı1 kassasiya şikayətləri təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23.10.2020 il tarixli 2(105)2370/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar