Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2104/2023 23.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pulun qaytarılması, maddi və mənəvi ziyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pulun qaytarılması, dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1815/2022 nömrəli, 19 oktyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə 23 may 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxara q, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş 18 aprel 2017ci il tarixli Xüsusi Lisenziyaya əsasən İddiaçı bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin idxalını həyata keçirməyə icazə verilmişdir.
2. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında X3 Xidməti tərəfindən verilmiş Pestisidlərin, Bioloji Preparatların və Aqrokimyəvi maddələrin dövlət qeydiyyatı haqqında 002237 nömrəli şəhadətnaməyə əsasən İddiaçı Gürcüstan Respublikasının “X10 LTD" Şirkətindən aldığı “Organica” aqrokimyəvi maddə 16 iyun 2017-ci ildən etibarən 5 il müddətinə dövlət qeydiyyatına alınmış və İddiaçı onu dövriyyəyə buraxmaq icazəsi verilmişdir. 3. 21 yanvar (sonradan düzəliş edilib “fevral” ayı qeyd edilmişdir) 2019-cu il tari xli ******* nömrəli qaimə fakturaya əsasən X4 90 ədəd, 5400 manat dəyərində olan "xxxx" gübrəsini İddiaçı təhvil almışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qaimə-faktura ilə verdiyi "xxxx" gübrəsinin dəyəri olaraq 5400 manat pulun, dəymiş maddi ziyan olaraq 4000 manat, mənəvi zərər kimi isə 1000 manat pulun və 30 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı kənd təsərrüfatı üçün gübrələrin və dərmanların ölkəyə idxalı və satışı ilə məşğul olmuşdur. Bunun üçün ona Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfind ən 18 aprel 2017-ci il tarixli xüsusi lisenziya da verilmişdir. Gürcüstan Respublikasının "X11 LTD” şirkətinin istehsalı olan "xxxx" gübrəsinin Azərbaycan Respublikasına idxalı və satışı üçün dövlət qeydiyyatına alınmış, bu barədə Kənd Təsərrüfatı Nazirliyi X3 Xidməti tərəfindən iddiaçıya 002237 saylı şəhadətnamə verilmişdir.
6. Cavabdeh 21 fevral 2019-cu il tarixində iddiaçıdan 5400 manat dəyərində "xxxx" gübrəsi almış, qeyd olunan məbləği iki ay müddətinə qaytaracağına söz vermişdir. Cavabdeh malın satılmasına dair tərtib edilmiş ******* nömrəli qaiməni öz imzası ilə təsdiq etmişdir. Gübrənin pulunun qaytaracağına söz verdiyi vaxtdan üç ilə yaxın vaxt keçməyinə baxmayaraq, cavabdeh qanunsuz və əsassız olaraq 5400 manat məbləğində pulu verməmiş, bunun nəticəsində də sahibkar kimi iddiaçıy a həm maddi, həm də mənəvi ziyan dəymişdir. Belə ki, cavabdeh iddiaçıya məxsus "xxxx" gübrəsinin pulunu qanunsuz və əsassız olaraq üç ilə yaxın müddətə özündə saxladığına görə iddiaçı sahibkarlıq fəaliyyətini dayandırmağa məcbur olmuşdur. Dəfələrlə zəng etsə də cavabdeh iddiaçıya olan borcu qaytarmamışdır.
7. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki məcllənin 21 və 600-cü maddələrinə istinad etmişdir.
8. Cavabdeh iddiaya etiraz etmişdir. Etirazın dəlilləri: - cavabdeh 2019-cu ildə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin "xxxx" ASC-nin Lənkəran Lerik, Astara bölməsinin rəisi vəzifəsində işləmişdir. O, iddiaçını deyil, iddiaçının əri Çingiz Mayılovu tanımışdır. 2019-cu ilin yanvar-fevral aylarında Çingiz cavabdehə yaxınlaşaraq onda "xxxx" gübrəsinin olduğunu, həmin gübrənin sa tılmasında ona köməklik göstərməsini xahiş etmişdir. Cavabdeh də razılaşaraq ondan 5400 manat dəyərində "xxxx" gübrəsini alaraq anbara yığmış, lakin idarənin balansına mədaxil etməmişdir; - 20 fevral 2019-cu il tarixində cavabdeh başqa bir idarəyə rəis təyin olunmuş, gübrə isə köhnə işlədiyi idarənin həyətində qalmışdır. Buna baxmayaraq cavabdeh həmin gübrəni satmağa cəhd etsə də, gübrənin keyfiyyəti aşağı olduğundan satılmamışdır; - bir müddət sonra X6 gələrək ondan gübrənin pulunu tələb etdikdə o, artıq həmin idarədə işləmədiyini bildirərək Çingizi onu əvəz edən şəxsin yanına göndərmişdir. Bir müddət sonra Çingiz zəng edərək həmin şəxsin ona pulu ödəmədiyini bildirmişdir.
9. Birinci instansiya məhkəməsində şahid X5 bildirmişdir ki, o, İddiaçı tərəfindən ona verilmiş etibarnamə əsasında İddiaçı məxsus Gürcüstan Respublikasının "X11 LTD” şirkətinin istehsalı olan "xxxx" gübrəsinin Azərbaycan Respublikasının rayonlarda satışı ilə məşğul olmuşdur. Cavabdeh 21 fevral 2019-cu il tarixində ondan 5400 manat dəyərində "xxxx" gübrəsi almış, qeyd olunan məbləği iki ay müddətinə qaytaracağına söz vermişdir. Bununla da cavabdeh malın satılmasına dair tərtib edilmiş ******* nömrəli qaiməni öz imzası ilə təsdiq etmişdir. Cavabdehin gübrənin pulunun qaytaracağına söz verdiyi vaxtdan üç ilə yaxın vaxt keçməyinə baxmayaraq, cavabdeh qanunsuz və əsassız olaraq 5400 manat verməmişdir. O, dəfələrlə cavabdehdən gübrənin pulunu və ya malın qaytarılmasını tələb etsə də, cavabdeh müxtəlif bəhanələr gətirərək üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Belə ki, cavabdeh həmin gübrənin keçmi ş iş yerində qaldığını, pulu da onlardan tələb etməsini bildirmişdir. O, bu barədə cavabdehin köhnə iş yerinə müraciət etdikdə, onlar ona cavabdehin gübrəni idarə müdiri kimi deyil, fiziki şəxs kimi onlardan qəbul etdiyini bildirmiş və pulu da cavabdehdən tələb etməyini bildirmişlər.
10. Lənkəran Rayon Məhkəməsinin 2(049)-151/2022 nömrəli, 03 fevral 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehdən 5400 manat məbləğində əsas borc, 30 manat dövlət rüsumu olmaqla, cəmi 5430 manat məbləğində pulun alınaraq iddiaçıya verilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. (hakim İsayev Mütəllim)
11. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh 2019-cu ilin yanvar-fevral aylarında iddiaçının nümayəndəsi X2 Azərbaycan Respublik ası Kənd Təsərrüfatı Nazirliyinin "xxxx" ASC-nin Lənkəran, Lerik, Astara bölməsinin rəisi kimi 5400 manat dəyərində "xxxx" gübrəsini alaraq ASC-in anbarına yığdığını bildirsə də, iş materiallarına əlavə olunmuş 21 fevral 2019-cu il tarixli qaimə fakturadan görünmüşdür ki, cavabdeh həmin gübrəni vəzifəli şəxs kimi deyil, fiziki şəxs kimi qəbul etmiş və qeyd olunan məbləği iddiaçıya ödəməmişdir.
12. Birinci instansiya məhkəməsi iddia tələbinin qalan hissədə, yəni maddi və mənəvi zərərin ödənilməsi hissəsində əsaslı hesab etməyərək qeyd etmişdir ki, iddiaçı nisyə satılmış məhsulun pulunun ödənilməməsi nəticəsində ona 4000 manat maddi, 1000 manat isə mənəvi zərər dəyməsini bildirsə də, bu barədə məhkəməyə mötəbər sübutlarını təqdim etməmişdir.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 328.1, 385.1, 442, 445, 448.1, 567, 600.1 və 600.4-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayətinin dəlilləri: - iddiaçı qaimənin tarixini sonradan məqsədli şəkildə dəyişdirmiş, yanvar ayını pozaraq fevral ayı kimi qeyd etmişdir. Ancaq yadından çıxartmışdır ki, cavabdeh 20 fevral 2019-cu ildən artıq başqa idarədə rəis işləyir. Və 21 fevral 2019-cu il tarixdə həmin qəiməyə imza ata bilməzdi; - bundan başqa, həmin qaimə ciddi hesabat blankı deyil; - cavabdeh başqa bir idarədə rəis işlədiyi halda, "xxxx" ASC-nin həyətində olan gübrəyə görə məsuliyyət daşıya bilməz; - h əmin gübrənin keyfiyyəti də aşağı olmaqla bu barədə məhkəməyə rəsmi sənəd də təqidim edib; - iddiaçı ilə cavabdehin arasında hər hansı müqavilə olmayıb, cavabdeh heç bir öhdəlik götürməyib ki, nə vaxtsa həmin malın dəyərini ödəsin.
16. Apellyasiya baxışında iddiaçının nümayəndəsi bildirib ki, gübrənin idarənin anbarında olması barədə deyilənlər həqiqəti əks etdirmir. Gübrələr boşaldıldığı yerdə yoxdur. Cavabdeh bu gün də gübrələri qaytararsa, qəbul etməyə hazırdırlar.
17. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1815/2022 nömrəli, 19 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Tale Kərimov (sədrlik edən və məruzəçi), Tofiq Heydərov və Zeynal Zeynalov)
18. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız saymışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
19. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
20. Şikayət belə əsaslandırlıb: - iddiaçı ilə aralarında alqı-satqı müqaviləsi bağlanmamış və cavabdeh üzərinə heç bir öhdəlik götürməmişdir. Məhkəmə istinad etdiyi qaimənin ciddi hesabat blankı olubolmadığını, həmin qaimədəki tarixin sonradan hansı səbəbdən dəyişdirildiyini, qaimədə bir neçə xətlə və qələmlə sonradan düzəlişlər edilməsini, qaimədəki rəqəmlərin nəyi bildirdiyini, eləcə də qaimədə heç bir möhürün olmamasını, iddiaçı tərəfindən vergi ödəyicisi, elektron hesabda olub-olmamasını, son nəticədə 21 fevral 2019-cu il tarixdə həmin qaimə yazılmışdırsa, onun artıq 20 fevral 2019-cu il tarixdən digər bir idarəyə, yəni Kənd Təsərrüfatı Nazirliyinin «X12 İstehsalat və Emal Birliyi» MMC-nin Cənub Regional idarəsinin rəisi vəzifəsinə təyin edildiyindən həmin tarixdə həmin qəbzə imza etməyinin mümkün olmadığını, yəni qaimədəki tarixin məqsədli şəkildə dəyişdirildiyini aydınlaşdırmamışdır; - qətnamədə göstərilib ki, guya cavabdeh həmin gübrələrin hazırda da anbarda olmasını, iddiaçının nümayəndəsi isə gübrələrin anbarda olmadığını bildirmişdir. Belə bir fikir iddiaçının nümayəndəsi tərəfindən səsləndirilməyib. Həm in gübrələr bildiyinə görə hazırda da anbardadır və iddiaçı istənilən vaxt həmin idarənin rəhbərliyinə müraciət edərək onları oradan götürə bilər. İddiaçı belə bir fikir səsləndirmişdisə, məhkəmə işin obyektivliyi naminə işi yekunlaşdırmamalı, həmin halı araşdırmalı idi. Bəlkə də iddiaçı gedib gübrəsini götürər və məsələdə həllini tapardı; - məhkəmənin əsasız olaraq qaimə faktura kimi qiymətləndirdiyi ciddi hesabat blankı olmayan boş bir sənəddə cavabdehin 2 ay müddətinə hansısa məbləğdə pulu iddiaçıya vermək öhdəliyi götürməsi yazılmayıb; - iddiaçının hər hansı tələbi var idisə, gübrənin yerləşdiyi idarənin rəisinə, həmin idarəyə qarşı yönələ bilərdi. Ən azından məhkəmə həmin idarənin bir əməkdaşını məhkəməyə dəvət edib həqiqəti öyrənər və daha ədalətli qərar qəbul edərdi; - bundan başqa, iddiaçı 2019-cu ildə boşaltdığı gübrəni uzun müddət ərzində tələb etməyərək, yalnız 2 ildən sonra tələb etmişdir. Bu da bir daha onu təsdiq edir ki, iddiaçı özü də həmin gübrəyə görə cavabdehin məsuliyyətli şəxsin olmadığını bilir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər ə saslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunuilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzə rdə tutulmadıqda isə bu Məcəllənin 427-cimaddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icraetmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 416.1. Kassasiya instansiyası məhk əməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
22. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub -olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
23. Kassasiya şikayətində qətnamə tam mübahisələndirilib. Bu səbəbdən kollegiya qətnaməni tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya baxışının predmeti iddianın təmin edilən hissəsi olub, qətnamə də həmin hissə üzrə qəbul edilib. Bu baxımdan, qətnamənin tam yoxlanılması dedikdə, apelyasiya baxışının predmeti olan hissə başa düşülür.
24. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli h esab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. Apellyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.
27. İddia tələbi nisyə alqı-satqı müqaviləsi əsasında satılmış malın dəyərinin alınması barədədir.
28. İşin məhkəmələr tərəfindən müəyyən edilən halına görə d ə tərəflər arasında "xxxx" gübrəsinin nisyə qaydada alqı-satqısı münasibətləri olmuşdur. İddiaçı cavabdehə 2019-ci ilin fevral ayında nisyə olaraq 5400 manat dəyərində gübrə satıb, iddia olunan borc məbləği, tərəflər arasında həmin alqı-satqı ilə bağlı yaranan borc məbləğidir.
29. Məhkəmə kollegiyası işin müəyyən edilmiş halları və tətbiq edilən maddi hüquq normaları baxımından apellyasiya məhkəməsinin iddia tələbi üzrə gəldiyi nəticə ilə razılaşır.
30. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini qəbul etmir. Çünki işin faktiki hallarının müəyyən edilməsinə yönələn bu dəlilləri cavabdeh işə mahiyyəti üzrə baxan məhkəmələrdə irəli sürməyib. Kassasiya instansiyası məhkəməsinə yeni dəlillər verilməsi isə istisna edilir.
31. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəl ir ki, cavabdehin kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
32. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1815/2022 nömrəli, 19 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.